10
FƏSİL 3. OPTİMALLAŞDIRMA ÜSULLARI
Optimallaşdırma məsələlərinin təsnifatı. Funksiyanın lokal və qlobal
ekstremumu. Unimodal funksiya. Qabarıq funksiya və çoxluqlar.
Birdəyişənli
funksiyanın minimallaşdırılması üsulları. Klassik üsul.
Ekstremumun zəruri və kafi şərti. Parçanı yarıya bölmə və qızıl bölgü üsulu.
Aproksimasiya üsulları.
Çoxdəyişənli funksiyanın şərtsiz ekstremumu üçün zəruri və kafi şərt. Sıfır
tərtibli ədədi üsullar. Huk-Civs, Rozenbrok, Nelder-Mid üsulları. Birtərtibli üsullar.
Qradiyent və qoşma qradiyent üsulu. İkitərtibli üsullar. Nyuton, Nyuton -Rafson-
Kantoroviç üsulu.
Xətti proqramlaşdırma məsələsinin (XPM) qoyuluşu və ona aid bəzi riyazi
modellər. XPM- in həndəsi təsviri. XPM- in müxtəlif yazılış formaları. XPM-ə aid
tərif və anlayışlar. XPM- in həllinin əsas xassələri. Bir dayaq plana görə digərinin
qurulması. Optimal planın tapılması haqqında teoremlər. Simpleks üsul və onun
alqoritmi. Süni bazislər üsulu.
Tamqiymətli optimallaşdırma məsələləri. Diskret optimallaşdırma məsələsinin
qoyuluşu. Tamqiymətli optimallaşdırma məsələlərinə dair misallar. Bul
proqramlaşdırma məsələləri. Tamqiymətli optimallaşdırma məsələlərinin həll
üsulları. Tamqiymətli optimallaşdırma alqoritmlərinin hesablama mürəkkəbliyi.
Qeyri-xətti proqramlaşdırma məsələsinin qoyuluşu. Laqranj vuruqları üsulu.
Kun-Takker teoremi. Qradiyentin proyeksiyası üsulu. Şərti qradiyent üsulu. Cərimə
funksiyaları üsulu. Təsadüfi axtarış üsulları
Klassik variasiya məsələsi. Eyler tənliyi. Şərtsiz variasiya məsələsi. Bir neçə
funksiyadan, yüksək tərtib törəmələrdən asılı funksionallar. Dəyişən sərhədli
variasiya məsələsi. Şərti variasiya məsələsi. Diferensial və inteqral əlaqəli şərti
variasiya məsələsi.
Optimal idarəetmə məsələsinin qoyuluşu və variyasiya məsələsi ilə
müqayisəsi. Optimallığın zəruri şərtləri. Pontryaqinin maksimum prinsipi. Optimal
idarənin sintezi məsələsi. Zamanı qeyd edilmiş, ucları bərkidilmiş optimal
idarəetmə məsələləri. Optimal idarəetmə məsələsinin ədədi həlli üçün birinci tərtib
optimallaşdırma üsullarının tətbiqi.
Dostları ilə paylaş: