Elmi ixtisas üzrə fəlsəfə doktoru imtahanının məqsədləri:
elmi ixtisas üzrə fəlsəfə doktoru imtahanına hazırlıq və fəlsəfə doktoru
imtahanının verilməsi prosesində 1203.01 - “Kompüter elmləri” hazırlıq istiqaməti
üzrə Dövlət Ali Təhsıl Standartlarının tələbləri (ali ixtisaslı kadrların hazırlıq
səviyyəsi) və təhsil alanların ali təhsil proqramının - doktoranturada elmi-pedaqoji
kadrların hazırlanması proqramının mənimsənilməsi prosesində əldə etdikləri faktiki
bilik, bacarıq və vərdişlər, o cümlədən idarəetmə üzrə ümumi və xüsusi biliklər,
səmərəli idarəçilik fəaliyyətinə aid biliklər və bacarıqlar arasında uyğunluğu təyin
etmək;
doktorantın riyaziyyatın ümumi kateqoriyalarını, anlayışlarını və
metodologiyasını, riyaziyyat elminin konseptual (fundamental) problemlərini, tədqiq
edilən problemlərə əsas elmi yanaşmaları nə dərəcədə mənimsədiyini aşkar etmək;
doktorantın nəzəri və tətbiqi iqtisadi problemləri və prosesləri təhlil etmək,
yeni və ya daha əvvəl məlum olan faktları, prosesləri və üsulları dərk etmək,
riyaziyyatın qanunauyğunluqlarını və inkişaf meyllərini aşkar etmək, bu əsasda
mövcud faktları və üsulları anlamaq və praktiki məsələlərin həllinə tətbiq etmək
bacarığını qiymətləndirmək;
doktorantın tədqiqat metodlarını müstəqil öyrənmək, müasir elmi nailiy-
yətləri tənqidi mövqedən təhlil etmək və qiymətləndirmək, tədqiqat və praktiki xa-
rakterli məsələlərin həlli zamanı yeni ideyalar irəli sürmək, praktiki məsələlərin
həllində əsas problemləri seçmək, modelləşdirmək, onların həlli yollarını və
üsullarını seçmək qabiliyyətini qiymətləndirmək.
6
II BÖLMƏ. FƏLSƏFƏ DOKTORU İMTAHANININ VERİLMƏSİ PROSESİNDƏ YOXLANAN BACARIQLAR Doktorantura proqramının ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanı aşağıda
sadalanan