Ipf – B05 analiTİk həNDƏSƏ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix20.09.2023
ölçüsü0,89 Mb.
#146317
1   2   3   4   5   6   7   8   9   ...   16
1203.01-Kompüter elmləri (riyaziyyat)

bacarıqların
üzə çıxarılmasına yönəldilmişdir: 
Universal bacarıqlar: 
­
müasir elmi nailiyyətləri tənqidi mövqedən təhlil etmək və qiymətləndirmək, 
tədqiqat və praktiki xarakterli məsələlərin həlli zamanı, o cümlədən fənlərarası 
sahələrdə yeni ideyalar irəli sürmək qabiliyyəti; 
Ümumi peşəkar bacarıqlar

­
müvafiq peşə sahəsində müasir tədqiqat metodlarından və informasiya-
kommunikasiya texnologiyalarından istifadə etməklə müstəqil elmi-tədqiqat fəaliy-
yətini həyata keçirmək qabiliyyəti. 
Peşəkar bacarıqlar: 
­
Riyaziyyat sahəsində nəzəri və eksperimental tədqiqatların metodo-
logiyasının mənimsənilməsi; 
­
Mövcud riyazi problemləri və üsulları təhlil etmək qabiliyyəti; 
­
Praktiki məsələlərin həllində riyaziyyat elminin nəzəri və praktiki 
əsaslarından istifadə etmək qabiliyyəti. 
Fəlsəfə doktoru imtahanında doktorant aşağıda sadalanan bilik, bacarıq 
və vərdişlərini nümayiş etdirməlidir: 
biliklər: 
- riyaziyyat və kompüter elmləri sahəsində elmi-tədqiqat fəaliyyətinin əsas 
metodları və prinsipləri; 
- riyazi və eksperimental tədqiqatların növləri və üsulları; 
- riyaziyyata aid tədqiqatların metodoloji xarakteristikaları; 
- riyaziyyat elminin nəzəri əsasları, tədqiqat məsələlərinin qoyuluşu üsulları; 
- riyazi inkişafın qanunauyğunluqları; 
- riyaziyyatın və kompüter elmlərinin əsas istiqmətləri; 
- riyaziyyatın və kompüter elmlərinin tətbiqi problemləri; 
- müasir nəzəriyyələr, məktəblər, elmi axtarışın metodologiyası; 



- riyaziyyatın və kompüter elmlərinin inkişafının əsas problemləri, onların 
müxtəlifliyini və təbiətdə baş verən proseslərlə qarşılıqlı əlaqəni görmək; 
bacarıqlar:
- praktikada rast gələn prosesləri tədqiq edərkən riyaziyyat elminin nəzəri 
əsaslarını tətbiq etmək; 
- riyazi tədqiqatların formalarını, metodlarını və texnologiyalarını tətbiq etmək; 
- tədqiqat və praktiki xarakterli məsələlərin həllinin alternativ variantlarını 
təhlil etmək və bu variantların reallaşdırılmasının potensial faydasını/zərərini qiy-
mətləndirmək; 
- tədqiqat və praktiki xarakterli məsələlərin həlli zamanı mövcud resurslar və 
məhdudiyyətlər əsasında ayrı-ayrı əməliyyatlar şəklində yeni ideyalar irəli sürmək; 
- kompüter elmləri və riyaziyyatın müasir şəraitdə problemlərin həllinə tətbiq 
edilməsi qanunauyğunluqlarını aşkar etmək; 
- elmi məktəblərin və istiqamətlərin konseptual müddəalarını qiymətləndirmək, 
riyazi və kompüter biliklərinin inkişafı problemlərinin mənbələrini aşkar etmək; 
- praktikada rast gələn konkret problemlərin təhlili zamanı qarşıya çıxan məlum 
problemlərin mənbələrini aşkar etmək, onların həll üsullarını təklif etmək, gözlənən 
nəticələri qiymətləndirmək; 
- riyaziyyat elminin öyrənilməsinə müasir metodoloji yanaşmaları tətbiq etmək, 
riyaziyyat elminin problemləri barədə əsaslandırılmış şəxsi fikrini bildirmək; 
- riyazi fəaliyyətin göstəricilərinin işlənib hazırlanması və əsaslandırılması kimi 
analitik fəaliyyəti həyata keçirmək; 
- tədqiqatların nəticələrini məntiqli şəkildə yazılı və şifahi formada tərtib 
etmək; 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin