İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Tarixən əmtəə istehsalı təşkilinin üç forması ( tipi) mövcuddur: sadə əmtəə təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı



Yüklə 152,03 Kb.
səhifə22/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
1   ...   18   19   20   21   22   23   24   25   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom

Tarixən əmtəə istehsalı təşkilinin üç forması ( tipi) mövcuddur: sadə əmtəə təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı.
Sadə əmtəə istehsalı təsərrüfat təşkilinin elə bir formasıdır ki, burada istehsal vasitələri üzərində istehsalçıların xüsusi mülkiyyəti var və onlar məhsulu mübadilə üçün, bazarda satmaq məqsədilə istehsal edirlər.
Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müstəqil olan kapitalist- sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar- kapitalist nəzərdə tutulur. Onu qeyd etmək lazımdır ki, kapitalist- sahibkar iri istehsalı təşkil edir.
Fərdi kapitalist istehsalı ilə yanaşı kollektiv təsərrüfat formaları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və s.
Təsərrüfat tiplərinin xüsusi formalarından biri də inzibati- amirlik, mərkəzləşdirilmiş planlı iqtisadiyyatdır. Planlı iqtisadiyyatda əmtəə- pul və bazar əlaqələri saxlanılır. Lakin iqtisadiyyatın idarə edilməsinə dövlət həddən artıq nüfuz edir. Planlı əmtəə təsərrüfatında istehsalçılarla istehlakçılar arasında olan əlaqələri dövlər özü nizamlayır.
Planlı əmtəə təsərrüfatı özünü doğrultmadığı üçün müasir mərhələdə bütün keçmiş sosialist ölkələri bazar iqtisadi sisteminə keçmişlər.



  1. Əmtəə təsərrüfatı formaları

Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi yaranmışdır. Təsərrüfat tiplərinin sonrakı təkamülüi ctimai əmək bölgüsünü yaradır. İbtidai-icma istehsalında əkinçiliklə yanaşı maldarlıq da yaranır. Əlverişli ərazilərdə maldarlıq daha da inkişaf edir və əsas əmək fəaliyyətinə çevrilir. Bir çox qəbilələr əkinçilikdən maldarlığa keçirlər. Maldar tayfaların əkinçılikdən ayrılması birinci ictimai əmək bölgüsünü yaradır.
Əmək alətlərinin təkmilləşdirilməsi və yayılması əməyin sonrakı ixtisaslaşmasını doğurur. Bu proses icmalarda müəyyən adamların sənətkarlıqla məşğul olmasını yaradır. İcmalarda sənətkarların formalaşması ikinci əmək bölgüsünü yaradır. Sənətkarlığın əkinçilik təsərrüfatından ayrılması epizodik xarakter daşıyan məhsul mübadilsini daimi məhsul mübadiləsinə çevirir. Əmtəə mübadiləsi ilə xüsusi qrup adamlar-tacirlər məşğul olurlar. Bu isə üçüncü ictimai əmək bölgüsünü yaradır.
Natural təsərrüfatın əmtəə təsərrüfatı ilə əvəz olunması uzunmüddətli, mürəkkəb və çoxcəhətli bir proses olmuşdur. Bu onunla izah olunur ki, natural təsərrüfat inyersiyalı və durğun təsərrüfat tipidir. Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili formaısıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil olur.
Müxtəlif əmtəələr insanların müxtəlif tələbatını ödəyir. Əmtəənin faydalılığı, insanın bu və ya digər bir tələbatını ödəmək xassəsi onu istehlak dəyəri edir.İstehlak dəyəri hər hansı bir şeyin təbii xassəsindən asılıdır. Əmtəənin istehlak dəyəri natural təsərrüfatda yaradılan məhsulun istehlak dəyərindən fərqlənir. Əmtəə isə ictimai istehlak dəyərinə malik olmalıdır. Əmtəənin istehlak dəyəri cəmiyyətin digər üzvlərinin tələbatını ödəməlidir.
Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir. Çünki mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində bir-birinə dəyişdirilməlidirlər. Belə ki, əmtəələrin mübadilə dəyərini onların istehlak dəyərilə müəyyən etmək olmur. Əgər bu belə olardısa bərabəri bərabərsizliklə, ölçüləni ölçülməyənlə eyniləşdirmək olardı. Əmtəənin mübadilə dəyəri imkan verir ki, bu əmtəələr müəyyən nisbət daxilində bir-birinə bərabərləşdirilsin. Çünki dəyəri yaradan ictimai əməkdir, bu ictimai əmək dəyər formasında mübadilə prosesində təzahür edir. Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.



  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin