1. Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu
Stratejik maya dəyərinin idarəolunmasının bir bir parçası olan və əsas hədəfi bütün müəssisə
funksiyalarının bazar əsaslı olaraq yerinə gətirilməsi ilə maya dəyərinin planlanması və məsrəflərin
azaldılması düşüncəsinə dayalı sistem olan hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu, idarəetmə
uçotunu və müəssisənin digər şöbələri arasındakı qarşılıqlı təsiri nəzərə alır. Bu çərçivədə uzun
müddətli gəlir planlaması məqsədləri istiqamətində xərcləri davamlı azaltmaq məqsədi daşıyır.
Xərclərin azaldılması isə müəssisələrdə hər zaman rəqabət üstünlüyü yaradır.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
279
26-27 October 2018, Baku, Azerbaijan
Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodu hər şeydən əvvəl mənfəətin idarə edilməsi üsulu
olduğu ifadə edilərkən, tətbiq olunmasındakı əsas məqsəd, gələcəkdə istehsal olunacaq məhsullar ilə
müəssisənin uzun müddətdə mənfəət planlamasında müəyyən edilmiş mənfəətin əldə olunmasını
təmin etməkdir [4].
Bir məhsulun hədəflənən maya dəyəri məhsul və ya xidməti istehsalçı və ya xidmət təminatçısına
hədəflənən qiymətlə satarkən gözlənilən gəliri əldə etməyə imkan verən maya dəyəridir. Hədəflənən
maya dəyərini hesablayarkən biz bütün gələcək məsrəfləri, sabit və dəyişkən məsrəflərin hər ikisini
hesaba qatırıq. Əsas məntiq ondan ibarətdir ki, şirkətin gəlirləri uzunmüddətli məsrəflərini bərpa
etməlidir. Bir məhsula düşən hədəflənən maya dəyəri əsasən hər məhsula düşən mövcud
/qiymətləndirilmiş məsrəfdən az olur [11].
HGƏMD = 𝑇𝑎ℎ𝑚𝑖𝑛 𝐸𝑑𝑖𝑙ə𝑛 𝑆𝑎𝑡𝚤ş 𝑄𝑖𝑦𝑚ə𝑡𝑖 – 𝐴𝑟𝑧𝑢 𝐸𝑑𝑖𝑙ə𝑛 𝑀ə𝑛𝑓əə𝑡
Təxmin edilən satış qiymətindən arzu edilən mənfəəti çıxaraq Hədəf göstəriciyə əsaslanan maya
dəyəri[5]. Ənənəvi sistemdə bunun tam tərsi maya dəyəri hesablanaraq üzərinə mənfəəti əlavə etsək
qiyməti almış oluruq [6].
Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodunun əsas məqsədləri aşağıdakı kimidir[7].
Bazara istiqamətli olmağı gücləndirmək; fəaliyət sahəsi planlama çərçivəsində məhsul
planlamada müştərilərə, rəqabətə satıcılara yönəlik olma,
Qiymət mühəndisliyi ilə əlaqəli olaraq müştərilərə və rəqabətə dayalı xərclərin azaldılmasında
yeni metod,
Bütün istehsal mərhələlərində xarici istehsalı tam zamanlı olaraq dış üretimin tam zamanlı
olarak nəzarətinə məcbur etmə,
Potensial istifadənin planlaşdırılması və potensialın planlaşdırılması ilə əlaqədar olaraq
“Simultaneous Engineering”-ə məcbur etmə,
Məhsul hazırlama, məhsul pazarlama üçün vacib olan bütün mərhələ halqaları və buradan
nəticə olaraq çıxarılan valyuta təsirlərinə ehtiyac duyulduğunda onun əvəz edən qiymət analiziylə
əlaqədar araşdırmalar və nəticələri üzərində analizlər aparmağa məcbur etmə.
2. Hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesi
Hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesi bazarın vəziyyəti nəzərə alınaraq satış
qiymətinin formalaşdırılması ilə başlamaqdadır. Bu satış qiymətindən istənilən mənfəət səviyyəsi
çıxarılaraq məsrəf əldə edilir. Sonra isə bir neçə bölümlərdən olan gruplar hədəflənən maya dəyərini
əldə etmək üçün funksional hədəflənən maya dəyəri təhlili aparırlar. Əgər təxmin edilən maya dəyəri
hədəflənən maya dəyərinə uyğundursa yeni məhsula keçmək üçün qərar verilir. Əks təqdirdə yenidən
funksional hədəflənən maya dəyəri təhlili aparılmağa davam edilir[5].Error! Reference source not
found.1-də Hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesinin qısa xülasəsi verilmişdir.
Cooper və Slagmulderə görə hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesi bazar yönlü maya
dəyəri, məhsul səviyyəsində maya dəyəri və hissə(detal) səviyyəsində maya dəyəri olmaq üzərə üç
yerə bölünür. [3]
3. Təhcizat zənciri və Hədəf göstəriciyə əsaslanan maya dəyəri
Hədəflənən maya dəyəri bütün istehsal zəncirində tətbiq etmək standart maya dəyəri tətbiqindən
daha çətindir. Bütün təhcizat zinciri hazırladıqları, istehsal ettikləri və payladıkları komponentlərin
maya dəyərini aşağı salama yollarını tapması vacibdir[2].
Hədəf göstəriciyə əsaslanan maya dəyəri metodunu təşkil etmək zaman alıcı bir işdir və tələb
informasiya mübadiləsini və qrup çalışmasını tələb edir. Start-up prosesi olaraq təhcizatçıları tələsik
maya dəyəri endiriminə məcbur etmək uzun müddətdə maya dəyəri endirimini itirir[2].
Bəzən təhcizat zincirinin müəyyən bir halqasında təhcizatçı alıcısından daha güclüdür və belə
vəziyyətdə qiymətləri hədəf göstəriciyə əsaslanan maya dəyəri istifadə edərək qiymətləri nizamlamada
halqanın sonundakı müştəriyə çatmamaqdadır. Belə vəziyyətlərdə təhcizat zincirində Hədəf
göstəriciyə əsaslanan maya dəyərinin idarəedilməsi müəyyən bir yerdə başlayaraq güclü təhcizatçı
ötürülərək yenidən başlanmaqda və nəticə olaraq halqada birdən artıq hədəf göstəriciyə əsaslanan
maya dəyəri halqası yarana bilməkdədir. Tətbiqdə bir neçə hədəf göstəriciyə əsaslanan maya dəyəri
halqası 2 ilə 4 arası müəssisəni əhatə etməkdədir[3].
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
280
26-27 October 2018, Baku, Azerbaijan
Şəkil 1 Hədəf göstəriciyə əsaslanan maya dəyəri prosesi[5]
Şəkil 2. Təhcizat zəncirində çoxlu hədəf göstəriciyə əsaslanan maya dəyəri halqası[3].
Chrysler kimi müəssisələrdə dizayn mərhələsində təhcizatçılar da təmsil edilməkdədir. Chrysler
təhcizatçılarını “Təhcizatçılar Maya Dəyərini azaltma cəhdlərini” (Supplier Cost Reduction Effort)
programına daxil etməkdədirlər. Bu program təhcizatçıları məhsul dizayn qruplarına aktiv şəkildə
qatılmasını savadlı raportları özündə əks etdirməkdədir. Bu davranış qarşılıqlı etibarı, məlumat
mübadiləsini vacib edir[8].
Az güclü müştərilər
Üst Müəssisə
2.Sıra Təhcizatçılar
Hedef maliyetten müstəqil Təhcizatçılar
1.Sıra Təhcizatçılar
3.Sıra Təhcizatçılar
4.Sıra Təhcizatçılar
1.Hədəf
Məsrəf
Zənciri
2.Hədəf
Məsrəf Zinciri
Xeyir
Bəli
Məhsul üçün hədəflənən mənfəət yarat
Hədəflənən maya dəyəri müəyyən et
Funksional hədəflənən maya dəyəri təhlili apar
Təxmin ediln maya dəyərini müəyyən et
Hədəfə Uyğundur?
Son qərarı ver
İstehsala göndər
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
281
26-27 October 2018, Baku, Azerbaijan
4. Nəticə
Hədəf göstəriciyə əsaslanan maya dəyəri məhsul inkişafı qruplarına yalnız bazar üçün uyğun
keyfiyyətdə deyil, həm də hədəflənmiş müştəri seqmenti üçün əlverişli bir qiymətlə məhsullar
hazırlamağa imkan verir. Hədəf göstəriciyə əsaslanan maya dəyəri yanaşması illər boyu çəkən qiymət
strategiyalarını; “müştərilərin məhsulun şirkətə olan maya dəyərinə deyil, özlərinə olan maya dəyərinə
önəm verdiyini” göstərərək tərsinə çevirmişdir. Bundan əlavə, Hədəf göstəriciyə əsaslanan maya
dəyəri yaxşı qurulduqda, firmanın rəqabət mövqeyini; məsrəfləri azaldaraq, keyfiyyətin artıraraq və
bazara giriş müddətinin azaldaraq artırır[9].
Hədəf göstəriciyə əsaslanan maya dəyərinin faydaları aşağıdadır[10]:
Şirkətdə müəyyən edilmiş bir məsrəf salma hədəfi olması hər kəsi bu hədəfə çatmağa və
birləşdirməyə istiqamətləndirir.
Şirkətin büdcəsinin hazırlanmasında və bununla əlaqədar hədəflərə nail olmasına köməklik
edir.
Şirkətin içində və kənarında təşkilata mal vəya xidmət verilməsində məsrəflərin azaldılmasına
təzyiq göstərərək müştərinin lehinə bir vəziyyət yaradır.
Hədəf göstəriciyə əsaslanan maya dəyəri uyğun bir səviyyədə müəyyən ediləndə çalışanları
motivasiya edir.
Müştərinin sistemdə aktiv rolu mövcuddur.
Uyğun bir Hədəf göstəriciyə əsaslanan maya dəyəri sistemi yaxşı rəqabətli vasitədir.
Məhsul və məsrəflər üzərinə daha mücərrəd bir şəkildə cəmləşərək inkişafı və yeniliyi
cəsarətləndirir. Hədəf göstəriciyə əsaslanan maya dəyəri məhsulun fiziki formasından çox funksiyaları
və xidmət potensialını təhlil edir.
Hədəf göstəriciyə əsaslanan maya dəyəri çatışmamazlıqları aşağıdadır[10]:
Nail olmaq istənən hədəf çox çətin vəya çox asandırsa motivasiyanı poza bilər.
Məsrəflər zamanında aşağı salına bilmədiyində pul və zaman itkisinə səbəb olur.
Şirkətin hədəf satış qiyməti ilə çalışması məhsul dizaynını məhdudlaşdıra bilər.
Məhsulların inkişafı mərhələsində məsrəfləri düşürmə çalışmaları əsnasında keçən zaman
səbəbi ilə məhsulun bazara gec girməsinə səbəb ola bilər.
ƏDƏBIYYAT
1.
Feil, Patrick, Yook, Keun-Hyo, Kim, Il-Woon, “Japanese Target Costing: A Historical Perspective”, International
Journal of Strategic Cost Management, Vol: Spring, s. 2004,10-19.
2.
Helms Marilyn M., Ettkin, Lawrence P., Baxter, Joe T., Gordon, Matthew W., “Managerial Implications of Target
Costing”, Competitiveness Review: An International Business Journal incorporating Journal of Global
Competitiveness. - 2005. - 1 : 15. - s. 49 - 56.
3.
Cooper, Robin, Slagmulder, Regine., Supply Chain Development for the Lean Enterprise, The IMA Foundation for
Applied Reseach,Productivity, Portland,1999.
4.
Alagöz, Ali, Ceran, Yunus, “Stratejik Maliyet ve Kar Planlama Aracı Olarak Hedef Maliyet Yönetimi (Target Cost
Management)”, Selçuk Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , 15, 2006, 61-84.
5.
Gagne, Margaret L. Discenza, Richard, “Target Costing”, Journal of Business & Industrial Marketing, MCB University
Press, 1 : Vol: 10, 1995, s. 16-22.
6.
Okur, Ayperi S., Yalın Üretim: 2000'liyıllara Doğru Türkiye Sanayii İçin Yapılanma Modeli, Mart Matbaacılık
Sanatları Tic. ve San.Ltd.Şti, İstanbul, 1997.
7.
Coşkun, Ali. “Stratejik Maliyet Yönetimi Aracı Olarak Hedef Maliyetleme”, Akademik Araştırmalar Dergisi, 15 :
Cilt 4., 2003,s. 25-34.
8.
Kaplan, Robert S., Atkinson, Anthony, A., Advanced Management Accounting, Prentice Hall, New Jersey 1998.
9.
Gamze Ayça KAYA , Target Costing, Fırat University Journal of Social Science, Cilt: 20, N: 1, p. 313-332, 2010
10. GÖKÇEN Gürbüz, Maliyet Düşürme Yaklaşımı Olarak Hedef Maliyetleme, Muhasebe ve Finansman Dergisi,
Sayı:20, Ekim 2003
11. Maliyyə elmi tədris mərkəzi, İdarəetmə uçotu, Bakı 2013
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
282
26-27 October 2018, Baku, Azerbaijan
AZƏRBAYCANDA DEVALİVASİYA SONRASI SIĞORTA
BAZARININ VƏZİYYƏTİ
L. L. Piriyeva
Bakı Mühəndislik Universiteti
lpiriyeva@beu.edu.az
XÜLASƏ
Sığorta fəaliyyəti insanların rahat yaşamasına şərait yaratmaqla bərabər, ölkə iqtisadiyyatında bir maliyyə
qurumu olaraq iqtisadi böyüməyə və inkişafa şərait yaradır. Buna görə də, sığorta fəaliyyətinin inkişaf etməsi
ölkənin inkişaf və rifah səviyyəsini əks etdirməkdədir.
Bu məqalədə Azərbaycanda devalivasiya sonrasında sığorta bazarındakı hazırkı vəziyyət və bu sahənin
problemləri qeyd edilmişdir.
Açar sözlər: Azərbaycan sığorta bazarı, devalivasiya, sığorta haqqı, mənfəət, zərər
CURRENT SITUATION IN THE INSURANCE MARKET OF AZERBAIJAN AFTER DEVALUATION
ABTRACT
Insurance activities contribute economic growth and development as a financial institution in the country's
economy, creating comfortable living conditions for people. For this reason, the development of the insurance
activity of the country reflects the development and prosperity of the country.
This article summarizes the current situation in the insurance market and the problems of the sector after
devaluation in Azerbaijan.
Key words: Azerbaijan insurance market, devaluation, insurance premium, profit, loss
Giriş
Sığorta fəaliyyətinin inkişaf etdiyi ölkələrə nəzər salsaq, sığortanın ölkə iqtisadiyyatına həm
mikro, həm də makro cəhətdən təsir etdiyini görə bilərik. Müşahidələr göstərir ki, sığortanın mikro
cəhətdən təsirlərinə risklərin idarə edilməsi və iqtisadiyyatda sahibkarlıq fəaliyyətinin inkişafına mühit
yaratmasını aid etmək olar. Bununla yanaşı makro cəhətdən sığorta fəaliyyəti iqtisadiyyatın istehsal
gücünü artıran, inkişaf etdirən və iqtisadi böyüməyə şərait yaradan bir fəaliyyət sahəsidir. Belə ki,
sığorta şirkətləri yığılan sığorta haqlarından istifadə edərək səhm, istiqraz, daşınmaz əmlak kimi
aktivləri almaqla bir növ iqtisadiyyatda canlanmaya səbəb olur. Bu baxımdan da sığorta fəaliyyətinin
inkişafı ölkə iqtisadiyyatını inkişaf etdirmək potensialına malikdir [1, s.22-28].
Azərbaycanda sığorta bazarının yaranması digər maliyyə sektorları kimi müstəqllik əldə etdikdən
sonrakı dövrə təsadüf edir. Belə ki 1992-ci ildən sonra digər sahələrdə olduğu kimi sığorta sahəsində
də özəl sektorlar yaranmağa başlamışdır. Bu dövrdə və daha sonrakı illərdə ümümilikdə Azərbaycan
sığorta bazarında lisenziya əldə etmiş sığorta şirkətlərinin sayı 30-dan çox idi. Lakin daha sonralar
həm aparılan islahatlar, bazarda yaranmış rəqabət şəraiti , həm də ölkə iqtisadiyyatında baş verən
hadislər nəticəsində bir sıra sığorta şirkətlərinin lisenziyası ləğv edilmiş və bugünkü dövrdə sığorta
şirkətlərinin sayı 21-ə enmişdir [2].
Sığorta fəaliyyətinin inkişafı ölkəmizdə 2003-ci illərdən sonrakı dövrə təsadüf edir. Belə ki, bu
dövrdə bank və kredit təşkilatları ucuz maliyyə qurumu cəlb etdiklərinə görə kredit məhsullarının
satışı artmağa başladı. Bu kreditlərin içərisində avtomobil krediti üstünlük təşkil etdiyi üçün banklar
kreditə verdikləri avtomobili mütləq şəkildə sığortalamaq istəyirdilər, çünki kreditin ödənilməməsi
halında və avtomobilə ziyan dəydikdə bu bankın qarşılaşacağı risklərdən hesab olunurdu. Bu risklər-
dən qorunmaq üçün banklar sığorta şirkətlərinə daha tez-tez müraciət edirdilər. Həmçinin əmlakın
girov qoyularaq alınan biznes kreditlərində də eyni hal müşahidə olunurdu. Bu girov əmlakları da
sığorta şirkətləri tərəfində bankların müraciətinə əsasən sığortalanırdı. Beləliklə, bank sektorunda can-
lanma sığorta sektorunda da canlanmaya səbəb olmuşdu.
Cədvəl 1. 2011-2017-ci illər ərzində Azərbaycanda sığorta yığımlarının miqdarı
İlllər
2011
2012
2013
2014
2015
2016
2017
Həyat sığortası (mln. manatla)
23
36,8
68,7
105
116,5
146,9
211,02
Qeyri-həyat sığortası (mln. manatla)
190
305,7
337
324,2
326,4
339,2
345,85
Cəmi:(mln. manatla)
213
342,5
405,7
429,2
442,9
486,1
556,87
Mənbə: Cədvəl Maliyyə Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
283
26-27 October 2018, Baku, Azerbaijan
Cədvəl 1-ə nəzər saldıqda sığorta haqlarında nəzərə çarpan əsas dəyişiklik 2012-ci ildə müşahidə
olunur. Azərbaycanda sığorta bazarında 2011-ci ildə “İcbari Sığortalar haqqında”Azərbaycan
Respublikasının qanunun qəbul olunmasından sonra sığorta şirkətlərinə müraciət daha da artmağa
başladı. Əhali daha çox avtomobillərin icbari sığortasına müraciət edirdi. Təbii ki, bu da bir faktdır ki,
əhalinin sığorta haqqında təsəvvürlərinin müyyən səviyyədə artmasına icbari sığortanın tətbiqi səbəb
olmuşdur. Bu səbəbdən də, 2012-ci ildə sığorta haqlarında əvvəlki ilə nisbətdə 60,8%-lik bir artış
olmuşdur. Lakin sığorta bazarında yaşanan bu canlanma 2014-ci ildən başlayaraq azalmağa
başlamışdır. Belə ki, 2014-ci ildən əvvəlki illərdə bazarda artış 20%-dən çox idisə, 2014-2016-ci
illərdə bu göstərici 3-5%-ə düşdü. Buna səbəb bu dövrdə dünyada yaşanan böhranlar, xüsusilə də neft
qiymətlərində yaşanan kəskin azalmasi idi. Bu hadisələr ölkəmizdə bank və sığorta sektoruna da öz
təsirini göstərmişdir. Alınan kreditlərin geri qaytarılmasında yaşanan gecikmələr, ödəmə qabiliyyətli
müştərilərin sayının azalması bank sektorunda kredit bazarında durğunluğa səbəb oldu. Beləliklə də,
banklar vasitəsi ilə satılan sığorta xidmətlərinin həcmində azalma ilə nəticələndi. Sığorta bazarında
yaşanan bu durğunluq sığorta şirkətlərinin sayında da öz əksini göstərdi.
Qrafik 1. 2010-2017-ci illərdə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sayı
Mənbə: Qrafik Maliyyə Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Qrafik 1-dən də göründüyü kimi 2014-ci ildən başlayaraq sığorta şirkətlərinin sayında azalma
olmuşdur və ən son 2017-ci ildə 3 sığorta şirkətinin lisenziyası ləğv edilmiş,1 sığorta şirkətinə
lisenziya verilmiş və nəticə olaraq hal-hazırda bazarda fəaliyyət göstərən sığortaçıların sayı 21-dir [2].
Sığorta şirkətlərinin mənfəət-zərər hesabatlarına nəzər saldıqda, 2017-ci il sığorta şirkətlərinin
ictimaiyyətə açıqladıqları hesabatlarına əsasən ən yüksək mənfəət əldə edən Paşa Həyat Sığorta (17
334 000 min manat) [6] , Paşa Sığorta (13 094 322 min manat) [5] və Meqa Sığorta (4 968 879 min
manat) [7] şirkətləri olmuşdur. Ötən ili ən çox zərərlə başa vuran sığorta şirkətləri isə
“
Atəşgah”
Sığorta (1 027 407 min manat) [8], “Rəvan Sığorta” (1 041 287 min manat) [9] , “AZSIĞORTA” (3
064 666 min manat) [10] şirkətləri olmuşdur. Ümumilikdə isə, 2017-ci ildə hesabatlarını açıqlayan 20
sığorta şirkətindən mənfəətlə işləyən şirkətlərin sayı 15, zərərlə işləyənlərin sayı isə 5 olmuşdur.
Dünyada ölkələrinə nəzər saldıqda sığorta bazarının inkişafı ümumi sığorta haqlarının ÜDM-dəki
çəkisi ilə qiymətləndirirlir. Bu göstərici inkişaf etmiş ölkələrdə 8-10%, Rusiya, Türkiyə, Ukrayna kimi
ölkələrdə isə 1-2% təşkil edir [11]. Cədvəl 2-də də göründüyü kimi ölkəmizdə isə sığorta haqlarının
ÜDM-dəki xüsusi çəkisi 2014-ci ildən başlayaraq eyni səviyyədə, yəni 0.8% müşahidə olunur.
Cədvəl 2. Azərbaycanda ümumi sığorta haqlarının ÜDM-də xüsusi çəkisi
İllər
2011
2012
2013
2014
2015
2016
2017
ÜDM (milyon manatla)
52082.00
54743.70
58182.00
59014.10
54380,0
60425,2
70135,1
Ümumi Sığorta Haqlarının
ÜDM-də xüsusi çəkisi (%)
0,4%
0,6%
0,7%
0,7%
0,8%
0,8%
0,8%
Mənbə: Cədvəl Azərbaycan Dövlət Statistika Komitəsinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının
hesabatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
25
27
28
28
28
27
25
21
0
5
10
15
20
25
30
2010
2011
2012
2013
2014
2015
2016
2017
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
284
26-27 October 2018, Baku, Azerbaijan
Təbii ki, buna səbəblərdən biri də ölkədə sığorta sektoruna marağın az olmasıdır. Azərbaycanda
sığorta sektoruna müraciətin az olmasına səbəb olaraq insanların həm bu sahə haqqında məlumatları-
nın, həm də sığorta sahəsinə inamının azlığını göstərmək olar.
Sığorta bazarında sığortaçılar üçün ən potensial müştərilər avtomobil sahibləri və daşinmaz əmlak
sahibləri hesab olunur, lakin bu şəxsləri belə tam şəkildə sığortaya cəlb edilmədiyini sığorta yığımları-
nın həcmində görmək mümükdür. Əlbəttə ki, buna səbəb avtomobil və ya daşınmaz əmlak sahiblərinin
pulunun azlığı deyil, bu sahə haqqında məlumat azlığıdır, çünki hər bir əmlak sahibi, şəxs risklərdən
qorunmaq istəyir ki, gələcəkdə maddi və ya mənəvi zərərlərlə qarşılanmasın.
Bəs bu məlumat azlığına səbəb nədir? Bank sahəsinə nəzər saldıqda istər televiziyada, istərsə də
ictimai nəqliyyat vasitəslərində reklam çarxlarına, reklam afışalarına rast gəlmək mümkündür. Ancaq
sığorta sahəsində reklam bu qədər göz önündə deyil, insanlar sığorta şirkətlərinin məhsulları haqqında
yalnız radio verilişlərində və ya şirkətlərin saytlarında məlumat ala bilirlər ki, bu da əhalinin bu sahə
haqqında informasıyasının azlığına və nəticə olaraq sığorta məhsullarının satışının zəif olmasına səbəb
olur. Buna görə də, sığortaçılar əhalinin maarifləndirilməsi, bu sahəyə marağın və inamın artırılması
üçün mütləq şəkildə tədbirlər planı həyata keçirməlidirlər. Çünki sığorta sahəsi insanlarının müxtəlif
sahələrdə rastlaşacağı riskləri azaltmaqla yanaşı, topladıqları sığorta haqlarını bazarda səhm, istiqraz
almaqla və ya müəyyən investisiya sahələrinə yönləndirməklə ölkə iqtisadiyyatının canlanmasına
kömək edə bilər.
Sığorta sahəsində aparılan ən son yeniliklərdən biri isə icbari tibbi sığortanın tətbiqinə başlanıl-
ması məqsədilə bir sıra rayonlarda pilot layihə çərçivəsində tədbirlərin həyata keçirilməsidir. Tam
olaraq bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiqindən sonra əhalinin tibbi xidmətlərə olan
ehtiyacının sığorta vasitəsilə həyata keçirilməsi ilə həm əhalinin bu sahə haqqında təsəvvürlərinin
genişlənməsi, həm də sığorta yığımlarının artması gözlənilir.
Yenə də nəzər salsaq sığortanın inkişafı üçün sığorta şirkətlərindən daha çox dövlət müəyyən
tədbirlər həyata keçirir, lakin effektiv nəticə üçün sığorta şirkətləri də bazarı araşdırmalı və əhalinin
marağını və inamını qazanmaq üçün tədbirlər həyata keçirməlidirlər.
Dostları ilə paylaş: |