"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə60/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   56   57   58   59   60   61   62   63   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

290  

26-27 October 2018, Baku, Azerbaijan 

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunları və HP-nın Daxili Nizamnaməsi 

təşkil edir. 

A.R.-nın  Hesablama  Palatası  haqqında  qanununa  əsasən  palata  dövlət  büdcəsinin  və  büdcədən-

kənar  dövlət  fondlarının  büdcələrinin  layihələrinə  rəy  verir,  gəlir  və  xərc  maddələrinin  həcmi, 

strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir, dövlət büdcəsinin icrası barədə illik 

hesabata  və  müvafiq  qanun  layihələrinə  rəy  verir,  dövlət  büdcəsindən  maliyyələşdirmələrin  təsdiq 

olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşma-

ların  aradan  qaldırılması,  habelə  bütövlükdə  büdcə  prosesinin  təkmilləşdirilməsi  haqqında  təkliflər 

hazırlayır və Milli Məclisə təqdim edir, dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakı-

nın  idarə  edilməsinə,  onun  barəsində  sərəncam  verilməsinə,  dövlət  əmlakının  özəlləşdirilməsindən 

əldə  edilən  vəsaitlərin  dövlət  büdcəsinə  daxil  olmasına,  hüquqi  şəxslərə  və  bələdiyyələrə  dövlət 

büdcəsindən  vəsaitlər  ayrıldıqda  həmin  vəsaitlərin  təyinatı  üzrə  istifadə  edilməsinə  nəzarəti  həyata 

keçirir,  həmçinin  nəzarətin  həyata  keçirilməsi  zamanı  inzibati  xəta  və  ya  cinayət  əlamətləri  olan 

hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti 

orqanına və ya Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir[3, maddə 2,2-1]. 

Göründüyü kimi, Palata əsas etibari ilə dövlət maliyyə nəzarəti ilə əlaqədar olaraq ekspert-analitik 

fəaliyyət  (maliyyə-büdcə  təhlili),  maliyyə  və  uyğunluq  auditini  həyata  keçirir.  Əfsuslar  olsun  ki,  HP 

tərəfindən səmərəlilik auditi (pilot səviyyədə icrası planlaşdırlılır) və daxili audit həyata keçirilmir. 

AAİ-nin fəaliyyətinin aşkarlıq və ədalətliyini təmin etmək məqsədi ilə Lima Bəyannaməsinin 16-

cı  maddəsinin  (Parlament  və  ictimaiyyət  qarşısında  hesabat)  AAİ  fəaliyyəti  haqqında  hər  il  və 

müstəqil qaydada parlament və ya digər səlahiyyətli dövlət orqanına hesabat verməli və bu hesabatın 

dərc  edilməsini  təmin  etməlidir.  HP-nın  rəsmi  internet  saytında  (www.sai.gov.az)  2007-ci  ildən 

etibarən fəaliyyət hesabatları yerləşdirilir. Hesabatlarda palatanın fəaliyyəti barədə ümumimi məlumat, 

audit  nəzarət  təbirləri  üzrə,  ekspert-analitik  fəaliyyət  üzrə  və  palatanın  fəaliyyətinin  təşkili  üzrə 

məlumatlar qeyd olunur. Palatanın son beş ildəki fəaliyyət göstəricilərinə nəzər salaq. 



Cədvəl. Hesablama Palatasının bəzi fəaliyyət göstəriciləri 

S/s 


Göstərici 

İllər 


2013 

2014 


2015 

2016 


2017 

HP tərəfindən görülmüş tədbirlər 



o cümlədən: 

75 


82 

82 


77 

60 


 

Audit 


75 

80 


81 

65 


50 

 

Analitik təhlil 





12 

10 


Audit olunmuş vəsaitin həcmi 

(mlyn, AZN) 



4177,8 

5606.5 


2518,07 

Bərpa edilmiş vəsaitin həcmi (min, 



AZN) 

cümlədən: 

4751,4 

8746,4 


10512,7 

11538,4 


18039,1 

 

Dövlət büdcəsinə 



4555.3 

8683.9 


10286.7 

11256.4 


16918.2 

 

DSMF büdcəsinə 



196.1 

62.5 


226 

282.0 


1120.9 

Qurum sayı 



126 


175 

155 


135 

Müəyyənləşdirilmiş nöqsanlar 





825 

689 


Mənbə: Hesablama Palatasının müxtəlif illərdə fəaliyyəti haqqında hesabatları əsasında tərtib olunmuşdur. 

 

Palatanın  fəaliyyətinin  təhlilindən  öncə  hesabatlığının  inkişafı  barədə  danışmalıyıq.  Cədvəlin 



strukturundan  da  aydın  olduğu  kimi,  illər  üzrə  palatanın  ictimaiyyətə  çatdırdığı  informasiyanın 

keyfiyyəti artmış, daha dolğun və ətraflı məlumatlar qeyd olunmuşdur. Cədvələ əsasən deyə bilərik ki, 

2015-ci il HP-nın fəaliyyətinin ən gərgin dövrü olmuşdur. Həmin ildə 175 qurum üzrə 81 audit-nəzarət 

tədbiri  həyata  keçirilmişdir  ki,  bu  da  2014-cü  illə  müqayisədə  müvafiq  olaraq  38,8%  və  1,25% 

artmışdır.  2016-cı  ildə  audit  olunan  vəsaitin  həcmi  2015-ci  ilə  görə  34,1%  artmışdır.  Bərpa  olunan 

vəsait həcmi isə 2017-ci ildə maksimum səviyyəyə çataraq 18039,1 min AZN olmuşdur. 

AAİ-nin fəaliyyətinin effektivliyi aşağıdakı göstəricilərin nisbəti şəklində də qiymətləndirilə bilər: 

  Təsir əmsalı audit olunan 100AZN-in neçəsinin bərpa olunduğunu göstərir. Bu əmsal bərpa edil-



miş pul vəsaiti həcminin nəzarət tədbirləri ilə əhatə olunmuş pul vəsaitinə nisbəti şəklində hesablanır.  

  Miqyas  əmsalı  AAİ-nin  dövlət  büdcəsinin  necə  faizinə  nəzarət  etdiyini  göstərir  və  audit 



olunmuş pul vəsaitinin dövlət büdcəsinin ümumi həcminə nisbəti şəklində hesablanır [4]. 

Yuxada qeyd olunan iki əmsal əsasında A.R. HP-nın effektivlik nəticələrinə diqqət yetirək. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

291  

26-27 October 2018, Baku, Azerbaijan 

S/s 


Göstərici 

İllər 


2015 

2016 


2017 

Audit olunmuş vəsaitin həcmi (mlyn, AZN) 



4177,8 

5606,5 


2518,07 

Bərpa edilmiş vəsaitin həcmi (mlyn, AZN) 



10,5127 

11,5384 


18,0391 

Dövlət büdcəsinin gəlirləri (mlyn, AZN) 



17498,0 

17505,7 


16516,7 

Əmsallar 

Təsir Əmsalı (2/1) 



0,003 

0,002 


0,007 

Miqyas Əmsalı (1/3) 



0,24 

0,32 


0,15 

Sxem. Hesablama Palatasının fəaliyyət effektivliyinin əmsal təhlili nəticələri 

 

2013,  2014-cü  illərdə  audit  olunmuş  vəsaitin  həcmi  barədə  məlumatın  olmaması  səbəbindən 



əmsal təhlili son üç ili əhatə etməkdədir. Müşahidə edildiyi kimi, bərpa olunmuş vəsaitin həcmindəki 

ardıcıl artım səbəbi ilə təsir əmsalı 2017-ci ildə ən yüksək həddə çatmışdır. Əmsal göstəricisinin aşağı 

qiymət  alması  müsbət  bir  hal  kimi  qəbul  edildiyini  nəzərə  alsaq,  bu  eyni  zamanda  maliyyə-büdcə 

intizamının  pozulmaması  mənasını  da  daşıyır.  Təsir  əmsalının  0,007  göstəricisinin  interpretasiyası 

yoxlanılan hər 1 milyon AZN-in 7000 AZN-i dövlət büdcəsinə qaytarıldığı anlamını daşıyır.  

Miqyas əmsalının interpretasiyasına gəldikdə isə HP-nın ən yaxşı halda dövlət büdcəsinin 32%-

nə  yoxlama-nəzarət  tədbirlərini  həyata  keçirdiyini  anlaşılır.  Fikrimizə,  2017-ci  ildə  “Büdcə  sistemi 

haqqında” Azərbaycan Respublikası qanununa edilmiş əlavə və dəyişikliklərdən sonra HP-nın miqyas 

əmsalı göstəricinin artacağına ümid etmək olar. Maraq doğuran bir məqam kimi qeyd etmək istərdim 

ki,  Palatanın  büdcədənkənar  dövlət  fondlarında  audit  tədbirlərini  həyata  keçirmək  hüquqi  olsa  da, 

Dövlət Neft Fonunun auditini həyata keçirməmiş. 

AAİ-nin  fəaliyyətinin  qiymətləndirilməsinin  növbəti  bir  aləti  Açıq  Büdcə  İndeksidir.  Qlobal 

miqyasda  büdcə  məsələlərini  əhatə  edən  əsas  tədqiqat  aləti  olan  Açıq  Büdcə  İndeksi  (ABİ)  xüsusi 

sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını və əsas büdcə sənədlərinin əlçatanlığını ümumi 

şəkildə  ölçməyə  və  digərləri ilə  müqayisə  etməyə  imkan  verən  indeksdir.  Bu  indeks  bütün  dünyada 

büdcə  şəffaflığının  və  hesabatlığının  bütün  dünyada  tam  müstəqil  ekspertlər  tərəfindən 

qiymətləndirildiyi  yeganə  müqayisəli  və  müntəzəm  indeksdir.  İndeks  hesablanarkən  Açıq  Büdcə 

Sorğusunun sualları əsas götürülür[5,5]. 

 

ABİ 3 əsas kateqoriya üzrə qiymətləndirilir ki, burada aşağıdakılar aiddir: 



 büdcə proseslərinin (büdcə layihəsinin hazırlanması, təsdiqi, icrası) şəffaflığı,  

 büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığının təmini,  



 büdcə-maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin səmərəliliyi. 

 

Qeyd  etmək  gərəkdir  ki,  ABİ  beş  hesabat  sənədinin —  Beynəlxalq Valyuta  Fondunun “Fiskal 



Şəffaflığın Məcəlləsi”, Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, “INTOSAI-ın 1 

saylı  standartı  —  Lima  Bəyannaməsi”,  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  “Fiskal  şəffaflıq 

üzrə Təcrübələr” sənədi və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüsü” əsasında tərtib edilir [6]. 

AAİ-nın fəaliyyəti büdcə-maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin səmərəliliyi 

kateqoriyası üzrə aparılır. Burada iki punkt – qanunverici orqanın fəaliyyəti və audit əsasında müvafiq 

olaraq parlament və HP qiymətləndirilir. 2017-ci ildə qanunverici orqanin fəaliyyəti – büdcənin təsdiqi 

üzrə mümkün 100 baldan 52 balla, icrası üzrə isə mümkün 100 baldan 53 balla qiymətləndirilmişdir. 

ABİ-nə  görə  mövcud  bal  büdcə  dövrünün  planlaşdırılmasında  və  büdcənin  icrasında  qanunverici 

orqanın məhdud nəzarəti malik olduğunu əks etdirir. HP fəaliyyətinin qiymətləndirilməsində isə daha 

yüksək  rəqəmin  şahidi  oluruq.  Belə  ki,  HP-nın  fəaliyyəti  100  baldan  83  balla  qiymətləndirilərək, 

adekvat  hesab  olunmuşdur.  ABİ  eyni  zamanda  büdcəyə  nəzarətin  təkmilləşdirilməsi  üçün  audit 

proseslərinin  müstəqil  bir  təşkilat  tərəfindən  nəzərdən  keçirilməsini  təmin  etməyi  və  müstəqil  bir 

maliyyə qurumunun yaradılmasını məsləhət görür [7].

 

 



HP-nın  ABİ  mövqeyi  üzrə  xarici  ölkələrin  AAİ-ləri  ilə  qarşılıqlı  müqayisəsinə  qrafikdə  nəzər 

salaq. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

292  

26-27 October 2018, Baku, Azerbaijan 

 

Qrafik. AAİ üzrə Açıq Büdcə İndeksi reytinqi 

 

Qrafikdən  də  müşahidə  edildiyi  kimi  Azərbaycan  (HP)  2017-ci  ildə  ən  yüksək  nəticəni  əldə 



edib. MDB ölkələrində büdcə şəffaflığı, eləcə də AAİ fəaliyyətinin təsirliyi baxımından ən mütərəqqi 

ölkə  Gürcüstandır.  2017-ci  ildə  Gürcüstanın  ABİ  göstəricisi  82,  AAİ-nin  fəaliyyəti  isə  89  balla 

qiymətləndirilib.  Gürcüstan  AAİ-nin  digər  bir  üstünlüyü  isə  qurum  tərəfindən  daxili  audit  aparma 

hüququdur.  Müqayisə  üçün  bildirməliyik  ki,  Gürcüstan  və  Ukrayna  AAİ  orqanları  istisna  olmaqla 

digər  bütün  ölkə  AAİ-ləri  büdcədənkənar  fondlara  nəzarət  tədbirlərini  həyata  keçirirlər.  Azərbaycan 

AAİ istisna olmaqla digər bütün AAİ orqanlarının səmərəlilik auditi aparma səlahiyyətlərinin olması 

onların daha yüksək nəticə qazanmasına səbəb olmuşdur. 

  Zənnimcə,  HP-nın  fəaliyyətinin  effektivliyinin  artırılması  üçün  risk  əsaslı  maliyyə  auditi, 

səmərəlilik  auditi  və  daxili  audit  tədbirlərinin  aparılması,  mandatının  genişləndirilməsi  və 

strukturunun  inkişafı  labüd  tədbirlərdir.  Bundan  əlavə,  palatanın  iş  planın  hazırlanmasında 

müstəqilliyinin  təmin  edilməsi  və  iş  planını  hazırlayarkən  yalnız  dövlət  orqanlarının  sorğuları  yox, 

vətəndaşların sorğu və təkliflərinin nəzərə alınması da olduqca mühüm məsələlərdir. HP-ya istintaq və 

hökm səlahiyyətlərinin verilməsi, yəni “Napoleonic” sistemin “hesablama məhkəməsi” şəklində təşkili 

də, A.R.-da ali auditin çevik və şəffaf şəkildə həyata keçirilməsini daha da sürətləndirmiş olar. 

 

ƏDƏBIYYAT SIYAHISI: 

1. 


S.Özekiçioğlu. Yüksek denetimin tarihsel geçmişi veavrupa birliği’nde yüksek denetim//İktisat Politikası Araştırmaları 

Dergisi, 2018, №5, s.73-86 

2. 

Ö.Köse. Dünyada ve Türkiye’de Yüksek Denetim. Ankara: Sayıştay Başkanlığı, 2007, 303 



3. 

www.e-qanun.az

 

- “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasinin qanunu. 



4. 

The Performance Impact of the Supreme Audit Institutions on National Budgets. Great Britain and Romania Case 

Comparative Study // Procedia Economics and Finance , 2015, №27, s. 621 – 628 

5. 


K.Aslanlı. Açıq Büdcə Indeksi: Beynəlxalq büdcə təcrübəsi və Azərbaycan. Bakı: Qanun nəşrlər evi, 2014, s.155 

6. 


https://www.internationalbudget.org/open-budget-survey/methodology/  

7. 


https://www.internationalbudget.org/open-budget-survey/results-by-country/country-info/?country=az#oversight  

 

 



 

 

 



 

 

 

0

10



20

30

40



50

60

70



80

90

100



Azərbaycan 

Gürcüstan

Qırğızıstan

Qazaxıstan

Ukrayna

2010


2012

2015


2017

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

293  

26-27 October 2018, Baku, Azerbaijan 

FÖVQƏLADƏ HALLAR ZAMANI DƏYƏN İQTİSADİ ZİYANIN 

BÖLÜŞDÜRÜLMƏSİ ÜÇÜN SIĞORTA MEXANİZMİNİN QURULMASI 

 

Rəşad Şöhrət oğlu Məmmədli 

Fövqəladə Hallar Nazirliyinin Akademiyası 

r_mammadli@list.ru 

 

XÜLASƏ 

Elm və texnikanın son dövrlərdəki sürətli inkişafına, nəzərəçarpacaq nailiyyətlər əldə olunmasına baxma-

yaraq təbii və texnogen xarakterli fövqəladə hallar çoxsaylı insan tələfatına və dağıntılara səbəb olur, iqtisadiy-

yata böyük zərbə vurur. Fövqəladə hadisənin baş verməsi təhlükəsi hər an mövcuddur.Məqalədə risklərin idarə 

olunması  imkanları,  zərər  riskinin  qarşılanması  mexanizmi  əks  olunmuş,  sığortanın  mahiyyəti,  faydaları  və 

istifadə mexanizmi təhlil edilmişdir.  

Açar sözlər: Ekvivalentlik prinsipi, qeyri-həyat sığortası, təsadüflük prinsipi, sığorta eksperti 

ABSTACT 

The  rapid  development  of  science  and  technology  in  the  last  period,  significant  successes  have  been 

achieved  despite  numerous  casualties  and  destruction  caused  great  damage  to  the  economy  is,  and  emergency 

situations of natural and man-made. There is always the threat of an extraordinary incident. In the article, the risk 

of loss reflected the mechanism of insurance benefits and use of the mechanisms of analysis, risk management 

capabilities, the essence of the meeting. 



Key words: equivalence principle, peradventure, non-life insurance, insurance expert

 

 



Giriş 

Bəşər  tarixi  yaradılandan  bəri  təbiətlə  cəmiyyət  arasında  daima  ziddiyyətlər  baş vermişdir.  Bu 

isə təbiət cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gəlir. Həmin ziddiyyətlərinin mövcud olma 

formalarından  biri  də  təbii  fəlakətlər,  müxtəlif  fövqəladə  hadisələrdir.  Praktik  olaraq  planetimizin 

müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və onların sayı ildən ilə durmadan artır. Bu isə 

o  deməkdir  ki,  fövqəladə  hallar  nəticəsində  qurbanların,  yaralananların  da  sayı,  vurulan  maddi 

ziyanların miqyası da daima artmaqdadır. Belə maddi ziyanlar  əvvəlcədən nəzərə alınmamış xərclər 

olduğundan, miqyasından asılı olaraq bəzən iqtisadiyyatda ciddi qalxıb - enmələrə səbəb ola bilir ki, 

bu  iqtisadi  subyektlər  üçün  risk  deməkdir.  Əlbəttə,  onların  da  qarşısını  almaq  bir  subyektin  vəsaiti 

hesabına  mümkün  deyildir.  Ona  görə  də  bəşəriyyət  həmişə  öz  mənafelərinin  müdafiəsinin  daha  da 

səmərəli üsulu kimi risklərin sığortalanmasına səy göstərir [1]. 

Sığorta ictimai istehsalın ən vacib və ən qədim elementlərindən biridir. O əsasən iqtisadiyyatda 

meydana gələn maddi itkilərin əvəzin ödənilməsi ilə ilə əlaqədardır. Sığorta cəmiyyətin ictimai – iqti-

sadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanət-

çisi  kimi  çıxış  edir,  gözlənilməz  və  fövqəladə  hadisələr  zamanı  əmlak  mənafelərinin  qorunmasına, 

dövlət  maliyyə  sisteminin  möhkəmləndirilməsinə  təsir  göstərir.  O  nəinki  sığorta  hadisələri  zamanı 

büdcəni  dəyən  zərərlərin  ödənilməsindən  azad  edir,  hətta  uzunmüddətli  investisiyaların  mənbəyinə 

çevrilir. Bu baxımdan İEO  –də sığorta inkişaf edərək cəmiyyətin əsas elementinə çevrilmişdir. Res-

publikamızda da sığorta münasibətləri yaranmış və özünün inkişaf mərhələsindədir, amma bəzi səbəb-

lərdən  hələlik  istənilən  səviyyəyə  çatmamışdır.  Sığorta  şirkətlərimiz  40  –dan  çox  icbari  və  könüllü 

sığorta növlərini təklif edirlər. Lakin bu hələ də kifayət deyil. 

Sığorta ictimai istehsalın müdafiəsi məqsədini daşıyır. Adətən zərər görmüş şəxslərin sayı sığorta 

edilənlərin ümumi sayından az olur. Sığorta edən nə qədər böyük ərazini əhatə edirsə, ödənilən vəsaitin 

bölüşdürülməsi bir o qədər səmərəli olur, yəni minimal haqq ödənilməklə maksimal ziyan qarşılana bilir [4]. 

Sığortalamanın əsas şərtləri aşağıdakılardır: 

eyni riskə məruz qalan müəyyən sayda təsərrüfat vahidləri, yaxud şəxslərin mövcud olması; 

sığorta ödənişinin yalnız sığorta hadisəsi baş verdikdə ödənilməsi; 

yalnız qiymətləndirilməsi razılaşdırılmış müəyyən risk ziyanının sığortalanması. 

Sığorta fəaliyyəti ekvivalentlik və təsadüflük prinsipinə əsaslanır. Ekvivalentlik prinsipi sığorta 

şirkətinin  qazancları  ilə  xərcləri  arasında  tarazlıq  yaradılması  tələbini  ifadə  edir.  Sığorta  şirkətinin 

müflisləşməməsi  üçün  onun  xərcləri  qazancından  artıq  olmamalıdır.  Sığortalanan  hadisə  təsadüfi  və 

gözlənilməz  xarakter  daşımalıdır,  yəni  bilinməməlidir  ki,  sığorta  hadisəsi  nə  zaman  baş  verəcək, 

yaxud, ümumiyyətlə, baş verəcəkmi? Düşünülmüş şəkildə edilən hərəkət sığortalanmır.  



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

294  

26-27 October 2018, Baku, Azerbaijan 

Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 696-IG saylı “Sığorta haqqında” Qanu-

nuna görə, sığorta sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. 

Bu qanun sığortanın iki növünü – həyat və qeyri-həyat növlərini nəzərdə tutur. Həyat sığortasısığorta-

lının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə,və ya qismən itiril-

məsi  halları  üçün  aparılan  sığortadır.  Həyat  sığortası  üzrə  müqavilə  müddəti  bitdikdə,  və  ya  sığorta 

hadisəsi  baş  verdikdə  sığorta  məbləğisığorta  müqaviləsində  müəyyən  edilmiş  qaydada  və  şərtlərlə 

sığortalıya qaytarılır [2]. 

Qeyri-həyat sığortası sığorta hadisəsi baş verdiyi zaman, sığortalıya vurulan zərər ödənilməklə, 

onun  məsuliyyəti,  əmlakı  və  mənafeləri  ilə  bağlı  risklərin  sığortasıdır.Sığorta  fəaliyyəti  göstərilməsi 

üçün qanunvericiliklə bəzi məhdudiyyətlər nəzərdə tutulur. 

Sığorta  riski  ehtimal  olunan  elə  təsadüf  əlamətlərinə  malik  hadisədir  ki,  onun  baş  verməsinə 

qarşı sığorta aparılır. Sığorta hadisəsi, qanuna, və ya sığorta müqaviləsinə görə, sığorta ödənişinin sı-

ğortalıya, və ya üçüncü şəxslərə ödənilməsi üçün əsasdır. 

Sığorta müqaviləsinə, və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığorta-

çının öhdəliklərinin son həddi olan pul məbləği, başqa sözlə, sığorta ödənişi — sığorta hadisəsi baş 

verdikdə sığortalının əmlakına, və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul, və 

ya natura şəklində ödənilən vəsait sığorta məbləğidir. 

Sığortalı  ilə  sığortaçı  arasında  bağlanan  sığorta  müqaviləsinin  olmasını  təsdiq  edən  və  həmin 

müqavilənin əsas məzmununu əks etdirən sənəd sığorta şəhadətnaməsi adlanır. Müvafiq icra hakimiy-

yəti orqanı, sığortaçılar, sığorta brokerləri, agentləri və ekspertləri sığorta sistemini əmələ gətirir [3].  

İqtisadi  tənzimləməni  təmin  edən  başlıca  faktorlardan  biri  ölkənin  iqtisadi  vəziyyətini,  əhali 

gəlirlərini, sığorta şirkətlərinin maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə malik olmasını və s. əhatə 

edir.  Qeyd  edək  ki,  sığorta  bazasının  inkişafı  iqtisadiyyatın  digər  sahələrinin  inkişafından  bilavasitə 

asılıdır. Təbii ki, istehsal münasibətlərinin, əhalinin ümumi rifahının inkişafı sığortaçıya tələb doğurur 

və  tələbin  təmin  edilməsi  sığorta  münasibətlərinin  inkişafını  təmin  edir.  Belə  ki,  əhalinin  əldə  etdiyi 

gəlir onun maddi və sosial ehtiyaclarını tam ödəyirsə, əhali özünün sosial müdafiəsinə əlavə təminat 

yaratmaq məqsədilə sığorta müqaviləsi yaratmağa üstünlük verəcəkdir. Bundan başqa müxtəlif iqtisadi 

alətlər  vasitəsilə  bu  prosesi  stimullaşdırmaq  olar.  Məsələn,  vergi  məcəlləsində  dəyişiklik  etməklə 

yaxın bir neçə il müddətində ödənilən sığorta haqlarını gəlirdən çıxılan xərclərə aid etmək bu prosesin 

sürətlənməsinə imkan yaradır [5,6]. 

Sosial  –  psixoloji  istiqamətdə  müxtəlif  maarifləndirici,  reklam  çarxları,  və  s.  vasitələrlə  bu 

prosesi təşviq  etmək  və  cəmiyyətin  şüuruna  sığorta mədəniyyətini  düzgün  çatdırmaqdır.  Çox  təəssüf 

ki,  müstəqilliyimizin  ilk  illərində  bəzi  sığorta  şirkətlərinin  etinasız  və  aldadıcı  əməlləri  cəmiyyətdə 

sığorta  barəsində  bu  günə  qədər  davam  edən  mənfi  rəy  yaratmışdır.  Əhalinin  maarifləndirilməsi 

istiqamətində məqsədyönlü işlər görülməlidir. Bu bilavasitə sığorta şirkətlərinin mənafeyinə uyğundur 

və bu işi məhz onlar etməlidirlər. Rusiyanın sığorta şirkətləri bu sahədə xeyli işlər görürlər. Məsələn, 

ölkənin telekanallarında sığorta maarifləndirilməsi xarakterli verilişləri maliyyələşdirilir və əhali üçün 

pulsuz kurslar təşkil edilir [7]. 

Yuxarıda qeyd  etdiyimiz  kimi,  təkmil  nəzarət  mexanizmi,  müxtəlif iqtisadi  güzəştlər,  sosial  – 

psixoloji  tədbirlər  tətbiq  etməklə  bu  prosesin  insanların  təfəkkürünə  düzgün  çatdırılmasına  və 

gələcəkdə baş verə biləcək hər hansı fövqəladə hallara cəmiyyətin hazır olmasına nail olmaq olar.  



Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin