İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

Şəkil 17.
 
Yanvar ayına aid cəmin 
AutoSum
 (
Автосумма
-Avtomatik Cəmlə) düyməsini 
ikiqat sıxmaqla hesablanması 
Bundan  öncə  isə 
Create
  (
Создать
-Yarat)  əmri  ilə  məlumatlar  adlandırılmış,  Yanvar, 
Fevral, Mart, Aprel, Bakı, Sumqayıt, Gəncə, Quba kimi hücrə adları təyin edilmişdir. Bu 
halda  yuxarıdakı  formulda 
C3:C6
  yerinə  Yanvar  yazılması,  yəni,  formulun 
=SUM
(Yanvar) şəklində yazılması daha uyğundur. 
AutoSum
  (
Автосумма
-Avtomatik  Cəmlə)  düyməsindən  istifadə  edərək  cəmi 
hesablayacaqsınızsa,  sahə  hücrə  adları  nəzərə  alınmayacaqdır.  Bunun  əvəzinə  formulu 
özünüz 
=SUM
(Yanvar) şəklində yazmalısınız. 
Excel  XP
-də  təyin  olunmuş  adların  seçdiyiniz  bir  sahədəki  bütün  formullara  tətbiq 
edilməsini  təmin  edə  bilərsiniz.  Hətta,  tam  işçi  səhifəni  seçib  oradakı  adların  bütün 
formullara tətbiq edilməsini də təmin edə bilərsiniz. 
Bunun  üçün  öncə  işçi  səhifəni  tam  olaraq  seçin.  Sonra 
Insert
  (
Вставка
-Daxil  Et) 
menyüsünün 
Name
  (
Имя
-Ad)  alt  menyüsündən 
Apply
  (
Применить
-Tətbiq  Et)  əmrini 
seçin.  Şəkildə  göstərilmiş 
Apply  Names
  (
Применение
 
имени
-Adları  Tətbiq  Et)  dialoq 
pəncərəsi açılacaqdır (şəkil 18.). 
Bu  dialoq  pəncərəsində  mövcud  olan  bütün  adların  siyahısını  görəcəksiniz.  Tətbiq 
edilməsini istədiyiniz adları seçdikdən sonra 
OK
 düyməsini sıxın. 

 
156 
Seçdiyiniz adların təmsil etdikləri hücrə və ya hücrə sahələrinin ünvanlarının olduğu 
formullarda o ünvanlar avtomatik olaraq adlara çevriləcəklər. Məsələn, Yanvar ayına aid 
cəmin  hesablandığı  formulu  gözdən  keçirdikdə  artıq 
=SUM
(Yanvar)  olduğunu 
görəcəksiniz. 
Bu cür də edə bilərsiniz: işinizi qurarkən başlanğıcda hücrə adlarından tamamilə asılı 
olmamasını  düşünə  bilərsiniz. 
Mouse
-dan  istifadə  edərək  formullarınızı  rahatca  yaradın, 
sonra adları təyin edin və işçi səhifəni tamamilə seçərək adların hamısını bütün formullara 
tətbiq edin. 
 
Şəkil 18.
 
Apply Names
 (
Применение
 
имени
-Adları Tətbiq Et) dialoq pəncərəsi 
Ancaq  formullarda  adlardan  istifadə  etməyin  yolu  yalnız  bu  deyildir.  Formulu 
Function  Wizard
  (
Мастер
 
функции
-Funksiya  Sehirbazı)  vasitəsilə  və  ya  əllə  daxil 
edərkən,  yəni,  yazarkən  hücrə  adlarından  istifadə  edə  bilərsiniz.  Məsələn,  ―
=SUM
(― 
yazdıqdan  sonra  formul  çubuğunun  solundakı  ad  düyməsini  (və  ya  aşağı  ox  düyməsini) 
sıxaraq siyahıdan Yanvar adını seçə bilər və sonra ―)― yazıb girişi tamamlaya bilərsiniz. 
Formullarda  adlardan  istifadə  etməyin  başqa  bir  yolu  da,  formulu  yazarkən 
Insert
 
(
Вставка
-Daxil  Et)  menyüsünün 
Name
  (Имя-Ad)  alt  menyüsündən 
Paste
  (
Вставить
-
Yapışdır)  əmrini  seçməkdir.  İstənilən  vaxt  bu  əmri  seçə  bilər  və  açılacaq 
Paste  Name
 
(
Вставка
 
имени
-Ad  Yapışdır)  dialoq  pəncərəsindəki  (şəkil  19.)  siyahıdan,  formulda 
istifadə edilən istədiyiniz adı seçə bilərsiniz. 

 
157 
 
Şəkil 19.
 
Paste Name
 (
Вставка
 
имени
-Ad Yapışdır) dialoq pəncərəsi 
Bu  dialoq  pəncərəsindəki 
Paste  List
  (
Все  имени
-Siyahı  Yapışdır)  düyməsindən 
istifadə  edərək,  o  anadək  təyin  etdiyiniz  adların  və  təmsil  etdikləri  ünvanların  siyahısını 
işçi səhifənin boş bir yerinə daxil edə bilərsiniz. Bunun üçün öncə adların yerləşdiriləcəyi 
ilk hücrəni seçin və sonra 
Paste  Name
  (
Вставка имени
-Ad  Yapışdır)  dialoq  pəncərəsini 
açıb 
Paste List
 (
Все имени
-Siyahı Yapışdır) düyməsini sıxın. 
 
#NAME
? nə deməkdir? - Əgər hər hansı bir formulda hücrə və ya hücrə qrupunun 
adından istifadə edirsinizsə və sonradan bu adı silərsinizsə, o formulun olduğu hücrədə bu 
səhv  ifədəsini  görəcəksiniz.  Bu  cür  səhv  ifadələrin  yaranmasına  səbəb  olan  formulları 
yenidən tərtib etməlisiniz.
 
 
 
6.7.3. Qrafik redaktorlar 
6.7.3.1 Adobe Photoshop 
 
Qrafik  redaktorlar  üçölçülü  şəkilləri  kölgə  effektləri  ilə  yaratmağa  imkan  verən 
proqramlar kompleksidir. 
Peşəkar  rastr  qrafik  redaktoru 
Adobe  Photoshop 
müxtəlif  xarakterli  məsələləri  həll 
etmək üçün istifadə edilir. Proqramın köməyi ilə rastr təsvirlərlə yanaşı, vektor təsvirləri 
də redaktə etmək mümkündür. 
Hal  –  hazırda 
Adobe  Photoshop 
proqramındakı  alətlərdən  bəhrələnən  dizaynerlər, 
tərtibatçılar və rəssamlar təsvirlərin redaktə edilməsində proqramdan geniş istifadə edirlər. 
Adobe  Photoshop 
proqramının əsas vəzifəsi təsvirlər yaratmaqla yanası, hazır təsvir-
ləri  təhlil  etməkdir.  Rəsmlərin  çəkilməsini,  fotoşəkil  neqativlərinin  və  ya  fotoşəkillərin 

 
158 
tuşla düzəldilməsini
172
, təsvirlərin parlaqlığının və onlarda olan təzadların tənzim edilmə-
sini, müxtəlif sayda təsvirlərin kombinə edilməsini buraya aid etmək olar. 
Təhlil ediləcək təsvirləri fərdi kompüterə skaner və ya rəqəmli kameraların köməyi ilə 
daxil etmək istifadəçi üçün əlverişlidir. 
Adobe  Photoshop 
proqramındakı  çoxlu  sayda  alətlərdən  (məsələn,  karandaş.  fırça, 
avtoqələm,  aeroqraf  və  s.)  istifadə  edərək  təsvirdə  yaranmış  bütün  qüsurları  aradan 
qaldırmaq mümkündür. 
Proqramda  önəmli  işlərdən  biri  təsvirin  müəyyən  hissəsinin  (və  ya  fraqmentin) 
seçilməsi  və  seçim  aparılmış  sahənin  üzərində  müəyyən  əməliyyatların  həyata  keçiril-
məsidir. 
Adobe Photoshop
 rastr qrafik redaktorunun əsas üstün cəhətlərindən biri təsvir qatları 
ilə  işin  təşkil  edilməsidir.  Yəni,  istifadəçinin  müəyyən  sayda  qatlar  üzərində  zəruri 
əməliyyatları yerinə yetirəcək son nəticənin lazımı səviyyədə əldə edilməsinin mümkün-
lüyüdür. 
Proqram pəncərəsinin əsas hissələri. 
Adobe  Photoshop 
rastr  qrafik  redaktoru  ilə  işə  başlamazdan  öncə  proqramın  əsas 
anlayışları ilə ətraflı tanış olmağınız məsləhətdir.  
 
Şəkil 20.
 
Proqram
 pəncərəsinin əsas hissələri 
1.
 
Title Bar (Заголовок Окна
 – Başlıq Çubuğu) 
                                                 
172
 
retuşlama əməliyyatı
 

 
159 
2.
 
Menu Bar (Меню
 – Menyü Çubuğu) 
3.
 
Option Bar (Полоса Настройки
 – Sazlama Çubuğu) 
4.
 
Toolbar (Панель Инструментов
 – Alətlər Çubuğu) 
5.
 
Pallets (Палитры
 – Palitralar) 
6.
 
Corrent Zoom (Текущий Масштаб
 – Cari Miqyas) 
7.
 
Status Bar (Строка состояния и Подсказки
 – Vəziyyət və Yardım Çubuğu) 
8.
 
Image Window (Окно с изображением
 – Təsvir Sahəsi) 
Adobe  Photoshop 
proqramı  ilə  işləyərkən  qarşılaşacağınız  proqram  pəncərəsinin 
ümumi görünüşü şəkildə göstərildiyi kimidır (şəkil 20.). 
Masaüstünün sol tərəfində yerləşən alətlər çubuğunu ekrana gətirmək və ya ekrandan 
götürmək  üçün 
Window  (Окно
  –  Pəncərə)  menyüsünün 
Tools  (Инструменты
  –  Alətlər 
Çubuğu) əmri ya seçilməli, ya da ki, ləğv edilməlidir. 
Alətlər  çubuğu  və  onun  üzərində  olan,  müxtəlif  funksiyaları  yerinə  yetirən  alətlər 
cədvəl 1-də verilmişdir. 
Cədvəl 1.
 
 
İşarəsi 
Adı 
 
Restangular  Marguee  Tool  (Инструмент  прямоугольная  область
  – 
Düzbucaqlı sahə aləti) (М) (М) 
 
Elliptical  Marguee  Tool
  (
Инструмент  oвальная  область
  – 
Yumurtavari sahə aləti) 
 
Hove Tool (Перемещение
 – Yerdəyişmə) (V) (V) 
 
Lasso Tool (Инструмент Лассо
 – Lasso aləti) (L) (L) 
 
Magic  Wand  Tool  (Инструмент  Вольшебная  палочка
  –  Sehirbazın 
çubuğu aləti) (W)  
 
Grop Tool (Кодирование
 – Şifrələmə) (С) (С) 
 
Slice Tool (Фрагмент
 – Fraqment) (К) (К) 
 
Healing Brush Tool (Лечащая кисть
 – Bitişdirici alət) ( J) 

 
160 
 
Brush Tool (Выберите опции автоматизации – 
Fırça aləti) (В) 
 
Clone Stamp Tool (Инструмент Штамп копий
 – Surət Möhürü aləti) 
(S) (S) 
 
History Brush Tool (Инструмент Кисть историческая
 – Keçmiş Fırça 
aləti) (Y) (Y) 
 
Erazer Tool (Инструмент Ластик
 – Pozan aləti)
 
(Е) (Е) 
 
Gradient Tool (Инструмент Градиент 
– Qradiyent aləti) (G) (G) 
 
Blur Tool (Инструмент размывание
 – Yaxma aləti) (R) (R) 
 
Dodge Tool (Инструмент Осветление
 – Şəffaflaşdırma aləti) (О) (О) 
 
Path Selection Tool (Выделение Пути
 – Yolun seçilməsi) (А) 
 
Horizontal Type Tool (Инструмент Текст
 – Mətn aləti) (Т) (Т) 
 
Pen Tool (Инструмент Перо
 – Qələm aləti) (Р) (Р) 
 
Restangle Tool (Инструмент прямоугольник
 – Düzbucaqlı aləti) (U) 
(U) 
 
Notes Tool (Инструмент Заметки 
– Qeydlər aləti) (N) (N) 
 
Eyedropper Tool (Пипетка 
– Damcı tökən) (I) 
 
Hand Tool (Инструмент Рука 
– Əl aləti) (H) (H) 
 
Zoom Tool (Инструмент Лупа
 – Lupa aləti) (Z) (Z) 
 
Switch  Foregraund  and  Background  Colors  (X)  (Переключить 
Основные Цвета и Цвета Подложки
 – Əsas və astar rənglərə çevirici) 
(Х) 
 
Set background Color (Установки цвета передного плана 
– Ön plan 
rənginin qurulması)
 
Set  foreground  Color  (Установки  цвета  фона
  –  Fon  rənginin 
qurulması)  

 
161 
 
Default  Foreground  and  Background  Colors  (Основные  Цвета  и 
Цвета  Подложки  по  умолчанию
  –  Susmaya  görə  əsas  və  astar 
rənglər) (D)   
 
Edit  in  Standard  Mode  (Правка  в  стандартном  режиме  –
  Standart 
rejimdə düzəliş) (Q) (Q) 
 
Edit in Quick Mask Mode (Правка режиме быстрой маски –
  Sürətli 
maska rejimində düzəliş) (Q) (Q) 
 
Standard Screen Mode (Стандартный режим 
– Standart rejim) (F) 
 
Full Screen Mode With Menu Bar (Полноэкранный режим с полосой 
меню
 – Menyü çubuğu ilə tam ekran rejimi) (F) 
 
Full Screen Mode (Полноэкранный режим
 – Tam ekran rejimi) (F) 
 
Edit  in  ImageReady  (Переключение  в  ImageReady 
– 
ImageReady
 
çevrilmə) (Shift+Ctrl+M) 
 
Edit  in  ImageReady  (Переключение  в  ImageReady 
– 
ImageReady
 
çevrilmə) (Shift+Ctrl+M) 
 
Alətlər  çubuğu  üzərindəki  alətlərin  vəzifəsi  rəsm  çəkmək,  çəkilmiş  rəsmlərə  baxış 
keçirmək  və  təsvirləri  redaktə  etməkdən  ibarətdir.  Hər  bir  alət  özünəməxsus  düymə  ilə 
təchiz  olunmuşdur.  Əksər  düymələrin  şağ  aşağı  küncündə    işarəsi  vardır.  İşarənin 
sıxılması ilə yardımçı çubuq ekrana çıxaçaqdır. 
Məsələn, 
Restangular  Marguee  Tool  (Инструмент  прямоугольная  область
  – 
Düzbucaqlı sahə aləti) alətinin sağ aşağı küncündəki qara rəngli üçbucağın üzərinə 
Mouse
 
göstəricisini  (kursorunu)  gətirib  sol  düyməsini  sıxın  və  bir  müddət  saxlayın,  ekrana 
düzbucaqlıya aid yardımçı alətlər dəsti çıxacaqdır (şəkil 21.). 

 
162 
 
Şəkil 21.
 
Rectangular Marguee Tool (Инструмент прямоугольная область
 – 
Düzbucaqlı sahə aləti)nə daxil olan alətlər dəsti 
Yardımçı alətlər dəstini 
Mouse
 – un sağ düyməsini alət üzərində sıxmaqla da əldə edə 
bilərsiniz.  Aləti  seçərkən  ona  məxsus  olan  parametrlər  masaüstünün  yuxarı  hissəsində 
yerləşən  sazlama  çubuğunda  əks  olunur.  Sazlama  çubuğunu  zövqünüzə  uyğun  yerə 
sürükləyə  bilərsiniz.  Sazlama  çubuğunu 
Window  (Окно
  –  Pəncərə)  menyüsündəki 
Options (Настройки
 – Sazlama) əmrini qeyd etməklə (və ya əksinə) masaüstünə gətirə (və 
ya ekrandan götürə) bilərsiniz. 
Masaüstünün sağ tərəfində palitranın idarəetmə elementləri yerləşir. Palitranın vəzifəsi 
istifadəçiyə  rənglər  toplusunun,  fırçaların,  naxışların,  teksturların  və  təsvir  qatlarının 
seçilməsində yardımçı olmaqdır. Fərdi kompüterə yüklənmiş proqramların sazlanmasından 
asılı olaraq palitranın sayı və masaüstündə yerləşməsi fərqli ola bilər. 
Susmaya  görə  palitra  masaüstünün  sağ  tərəfində,  bir-birinə  sıxılmış  vəziyyətdə 
yerləşmişdir. 
QEYD:  İş  prosesində  bütün  palitranın  masaüstündə  görünməsinə  ehtiyac  yoxdur. 
Ehtiyac  duyularsa, 
Window  (Окно
  –  Pəncərə)  menyüsündəki 
Navigator  (Навигатор
  – 
Naviqator), 
Color (Цвет
 – Rəng), 
History (История
 – Keçmiş) və 
Layers (Слои
 – Qatlar) 
əmrlərini  qeyd  etməli,  əksinə,  palitranı  masaüstündən  gizlətmək  tələb  olunarsa,  sadəcə 
olaraq əmrlərin seçilməməsi kifayətdir.  
Əksər  palitra  əlavə  sazlanma  düyməsi  ilə  təchiz  olunmuşdur.  Palitranın  sağ  yuxarı 
küncündə yerləşən   sazlanma düyməsi əlavə Menyünün əldə olunmasına yardımçıdır. 
Masaüstünün  aşağı  hissəsində 
Status  Bar  (Строка  состояния
  –  Vəziyyət  Çubuğu) 
yerləşir. 
Status  Bar  (Строка  состояния
  –  Vəziyyət  Çubuğu)  bir  neçə  sahədən  ibarətdir. 
Vəziyyət  çubuğunun  sol  tərəfində  cari  sənədin  miqyası  əks  olunur.  Bir  az  sağda  sənəd 
haqqında məlumat verilir  

 
163 
Adobe  Photoshop 
rastr  qrafik  redaktorunda  hazırlanmış  təsvirləri  sonradan  istifadə 
etmək,  onlar  üzərində  müəyyən  dəyişikliklək  aparmaq  və  s.  üçün  təsvirləri  kompüterin 
yaddaşında və ya diskdə saxlamaq lazım gəlir. Bu baxımdan təsvirlərin yaddaşa yazılması, 
yaddaşdan  çağırılması,  yeni  yaradılmış  fayllara  köçürülməsi  və  s.  əməliyyatları  yerinə- 
yetirmək üçün təsvirə ad verilməlidir, yəni təsvir üçün yeni sənəd yaradılmalıdır. 
Bunun  üçün 
File  (Файл
  –  Fayl)  menyüsündən 
New  (Новый
  –  Yeni)  əmrini  seçin. 
Açılmış dialoq pəncərəsindəki 
Name (Имя
 – Ad) sahəsinə yaratdığınız təsvirin adını yazın 
(şəkil 22.). 
 
Şəkil 22.
 
File (Файл
 – Fayl) Menyüsu, 
New (Новый
 – Yeni) dialoq pəncərəsi 
Hazır sənədin açılması. 
İstifadəçi çox vaxt hazır fayllarla işləyir. Bunun üçün 
File (Файл
 – Fayl) menyüsündən 
Open  (Открыть
  –  Aç)  əmrini  seçin.  Masaüstünə  eyniadlı  dialoq  pəncərəsi  çıxacaqdır 
(şəkil 23.). Dialoq pəncərəsi 
Windows
  əməliyyat  sistemində  olduğu  kimi, faylı  seçməyə, 
idarəetmə  elementlərinə,  həmçinin  seçilmiş  fayla  öncədən  baxmağa  və  s.  əməliyyatların 
həyata keçirilməsinə imkan verir. 

 
164 
 
Şəkil 23.
 
File (Файл
 – Fayl) Menyüsu, 
Open (Открыть
 – Aç) dialoq pəncərəsi 
Dialoq  pəncərəsinin  üzərindəki
  Folder  (Папка
  –  Qovluq)  düyməsini  sıxmaqla  yeni 
qovluq  yarada,  nəzərdə  tutduğunuz  faylları  qovluğun  içinə  yerləşdirə  və  qovluğu  qeyd 
etməklə onun daxilində olan istənilən faylı seçib aça bilərsiniz. 
Dialoq pəncərəsində 
File Type (Тип Файлов
  –  Faylların  tipi)  siyahısını  açmaqla  əks 
olunacaq faylların sayını məhdudlaşdırmaq olar. 
File  (Файл
  –  Fayl)  menyüsündən 
Open  Recent  (Открыть  Последний
  –  Sonuncunu 
Ac)  əmrini  seçməklə  son istifadə  etdiyiniz  faylı  sürətlə  açıb, ona  baxış  keçirə bilərsiniz. 
Əmr  seçilərkən  açılmış  yardımçı  menyüdə  son  redaktə  olunmuş  faylların  siyahısı 
görünəcəkdir. 
File  (Файл
  –  Fayl)  menyüsündən 
Open  As  (Открыть  Как
  –  Yeni  Adla  Aç)  əmrini 
seçsəniz, istifadə etdiyiniz fayl yeni formatda yaddaşa yazılacaqdır. 
Son redaktə edilmiş faylı cəld açmaqdan ötrü 
File (Файл
 – Fayl) menyüsündən 
Open 
Recent (Открыть предыдущие
 – Öndəkini Aç) əmrinin seçilməsi kifayətdir. Əmr seçilən 
kimi  masaüstünə son redaktə edilmiş faylların siyahısı olan yardımçı  menyü açılacaqdır. 
Fayllardan istənilən birini açmaq üçün fayl seçilməlidir. 
 
6.8. Proqram təminatının yayılması 

 
165 
Proqram  məhsullarını  yayılma  xarakterinə  görə,  sərbəst  yayılan,  şərti  sərbəst 
yayılan və kommersiya proqram təminatına bölürlər.  
Müftə  proqramlar  (freeware)  istehsalçı  tərəfindən  pulsuz  yayılır  və  istifadəçi  bu 
proqram mətni üzərində dəyişiklik edə bilir. Şərti sərbəst yayılan proqramlar (shareware
da  pulsuz  yayılır.  Lakin  istifadəci  ondan  kommersiya  məqsədi  ilə  istifadə  etməmək 
barədə  öhdəlik  götürür.  Kommersiya  proqramları  adi  bazar  məhsullarıdır.  Proqram 
bazarının  artıq  40  ildən  artıq  yaşı  vardır.  1969-cu  ildə  İBM  firması  özünün  proqram 
məhsullarını satışa çıxardı. 
Səmərəli  və  rəqabətqabiliyyətli  fəaliyyət  göstərmək  istəyən  ixtiyari  müəssisə 
proqram təminatını satın almağa məcburdur. 
Proqram məhsulu dedikdə, müəyyən funksiyaların icrası üçün yaradılmış qarşılıqlı 
əlaqəli proqramlar yığımı (proqram paketi) nəzərdə tutulur. 
Proqram bazarındakı məhsulları 3 əsas qrupa bölürlər: sistem proqramları, proqram 
tərtibi sistemləri və tətbiqi proqramlar. 
Sistem  proqramlarına  ƏS,  utilitlər,  drayverlər  və  s  aiddir.  Bunları  adətən  bazara 
kompüter istehsalçıları göndərir. 
Proqram  tərtibi  sistemləri  proqramların  layihələşdirilməsi,  tərtibi  və  sazlanmasını 
avtomatlaşdırmaq  üçündür.    Buraya:  kompilyatorlar,  VBİS-lər,  proqram  generatorları, 
redaktorlar, sazlayıcılar və s. texnoloji vasitələr aiddir. 
Tətbiqi proqram  paketləri  (TPP)  müəyyən  tətbiq  oblastına  (məsələn, iqtisadiyyata, 
texnikaya,  tibbə  və  s.),  və  ya  müəyyən  fəaliyyət  növünə  aid  məsələləri  həll  etmək 
üçündür
173
.  Proqram  təminatı  10  min  dollardan  bir  neçə  100  min  dollaradək 
dəyərləndirilir. 
 
Bölmə 7. Kompüter şəbəkələrinin arxitekturası 
7.1.Kompüter şəbəkələri haqqında ümumi anlayış və onların təyinatı 
 
Kompüter şəbəkəsi dedikdə, rəqəm ötürən rabitə xətləri ilə birləşdirilmiş və bir-biri 
ilə  informasiya  mübadiləsi  edən  kompüterlər  qrupu  nəzərdə  tutulur.  Şəbəkədə  birləş-
dirilmiş  kompüterlər  müxtəlif  coğrafi  nöqtələrdə  yerləşə  bilər.  Kompüter  şəbəkəsi  ilə 
çoxmaşınlı  kompleksi  eyniləşdirmək  olmaz.  Çünki  çoxmaşınlı  kompleksə  daxil  olan  hər 
                                                 
173
 
mətn redaktorları, elektron cədvəllər sistemləri, qrafik paketlər, statistik paketlər və s.
 

 
166 
bir  maşın  vahid  hesablama  prosesində  ayrıca  bir  iş  görür.    İstənilən  kompüter  miniatür 
çoxmaşınlı kompleksdir. Çünki kompüterin tərkibinə müxtəlif kontrollerlər və adapterlər 
daxildir ki, bunların da hər birinin özünəməxsus funksiyası, prosessoru və yaddaşı vardır. 
Çoxmaşınlı  kompleks  həm  də  özünü  iri  maşın  (maynfreym)  kimi  aparır.  Çünki  onun 
tərkibində  xarıcı  qurğuların  idarə  edilməsi  kimi  köməkçi  funksiyalar  icra  edən  köməkçi 
kompüterlər  vardır.  Çoxmaşınlı  kompleksdən  fərqli  olaraq  şəbəkədə    birləşdirilmiş 
maşınların  icra  etdikləri  funksiyalar  əvvəlcədən  məlum  deyil,  şəbəkənin  quruluşu  dəyişə 
biləndir  və  müxtəlif  proseslərdə  kompüterlərin  qarşılıqlı  fəaliyyəti  müxtəlif  ola  bilir. 
Şəbəkənin  işi  yalnız  kompüterlər  arasında  informasiya  mübadiləsini  reallaşdırmaqdan 
ibarət olur.  
Kompüterlərin  şəbəkədə  birləşdirilməsi  meyli  bir  sıra  obyektiv  səbəblərlə,  o 
cümlədən,  iqtisadiyyatın  qloballaşdırılması,  işgüzar  fəaliyyətin  və  dövləti  işlərin  idarə 
edilməsi  səviyyəsinin    yüksəldilməsi,  informasiya  xidmətinin  yeni  növlərinin  meydana 
çıxması ilə bağlıdır.  
Müəssisədəki  kompüterlərin  birləşdirilməsi  və  şəbəkə  aşağıdakı  üstünlüklərə 
malikdir: 
 
iş  yerlərində  icra  edilən  idarəetmə  əməliyyatları  bir  proqramla,  vahid  qayda  və 
vahid vasitələrlə həyata keçirilir
 
şəbəkədən  istifadə  edilməsi  zamanı  müəssisənin  bütün  verilənləri  bir  (bəzən  bir 
neçə) kompüterdə  yerləşdirilir  ki,  bu  da  həmin  verilənlərə bütün  iş  yerlərindən  müraciət 
etmək imkanı verir; 
 
disk yaddaşına qənaət edilir; 
 
sistemə daxil edilən informasiya həmin andan etibarən  bütün istifadəçılər üçün də 
əlçatan olur; 
 
çoxistifadəçili rejim təmin edilir; 
 
periferiya qurğularından (printerdən və maqnit diskindən) şərikli istifadə edilir. 
Sadalanan  bu  funksiyalar  proqramların  paylanması,  verilənlərin  paylanması  və 
kompüter  resurslarının  paylanması  adlanır.  Şəbəkədə,  həmçinin  prosessor  resursları  da 
paylana bilir. Yəni, zəif kompüter güclü kompüterin resurslarından istifadə edə bilir.  
Kompüter şəbəkələri lokal, regional və qlobal olur. 

 
167 
Lokal hesablayıcı şəbəkələr (LAN - Local Area NetWork) məhdud  məkanda (1 km-lik 
radiusda) yerləşən bir müəssisəyə aid kompüterləri birləşdirir.  
Regional  hesablayıcı  şəbəkələr  (WAN  –  Wide  Area  NetWork)  ərazi  və  ya  tabeçilik 
əlaməti üzrə birləşdirilmiş bir neçə lokal şəbəkədən yaranır. 
Qlobal  hesablayıcı  şəbəkələr  (GAN  –  Global  Area  NetWork)  müxtəlif  ölkələrdə  və 
müxtəlif  kontinentlərdə  yerləşən  təşkilatların,  firmaların,  elmi  idarələrin  və  ya  şəxslərin 
kompüterlərini birləşdirir.  
Şəbəkə  proqram  təminatının  təşkilinə  2  yanaşma  mövcuddur:  mərkəzləşdirilmiş 
idarəetmə ilə təşkil edilən şəbəkələr və birsəviyyəli şəbəkələr. 
Mərkəzləşdirilmiş  idarəetmə  ilə  təşkil  edilən  şəbəkələrdə  informasiya  mübadiləsini 
idarə  etmək  üçün  ayrıca  bir  və  ya  bir-neçə  kompüter  olur.  Buna  mərkəzi  server  deyilir. 
Serverdə  şəbəkə  dispetçeri  vardır  ki,  bu  da  şəbəkənin  etibarlı  və  təhlükəsiz  işləməsini 
təmin edir. Qalan kompüterlər işçi stansiyalardır. 
Server 3 əsas funksiya icra edir: 
 
şəbəkənin konfiqurasiyası (quruluşu) barədə məlumatı, sistem  cədvəllərini və tez-
tez istifadə edilən proqramları saxlayır; 
 
bir işçi stansiyadan digərinə ötürüləcək informasiyanı qəbul edir; 
 
digər şəbəkələr üçün şlüz (ötürücü qurğu) xidməti göstərir. 
Server  ayrılmış  və  ayrılmamış  ola  bilir.  Ayrılmış  server  işçi  stansiya  kimi  işləmir. 
Ayrılmamış server həm də işçi stansiya kimi işləyir. Bu halda şəbəkənin məhsuldarlığı və 
etibarlılığı aşağı düşür.  
Ümumi  təyinatlı  sistem  vasitələri  çox  hallarda  serverdə  saxlanır  ki,  bu  da  işçi 
stansiyaların yaddaşından səmərəli istifadə edilməsinə imkan verir.  
Birsəviyyəli  şəbəkələrdə  ayrıca  server  olmur.  Şəbəkənin  idarə  edilməsi  funksiyaları 
işçi  stansiyalar  arasında  paylanır.  Lakin  bu  halda  sistem  cədvəlləri  bütün  kompüterlərə 
yazılır. Bu şəbəkələr nisbətən azməhsuldar olsa da, istismarı sadədir. 
Şəbəkənin  ən  mühüm  cəhəti  konfliktli  situasiyaların  həlli  metodları  ilə  seçilir.  Bu 
məqsəd üçün şəbəkələrin çoxu prioritet sistemindən istifadə edir. 
İcra  etdiyi  funksiyadan  asılı  olaraq,  server  müxtəlif  cür  adlandırılıa  bilir.  Məsələn, 
telekommunikasiyalar serveri lokal şəbəkə ilə digər şəbəkələr arasında əlaqə yaradır. Buna 
görə  də  bu  server  xəbərlərin  marşrutlaşdırılmasını  və  gəlib-gedən  informasiyanın 

 
168 
buferləşdirilməsini  təmin  etməlidir.  Hesablayıcı  server  işçi  stansiyaların  gücü  çatmayan 
hesablamaları  aparmaq  üçündür.  Disk  serveri  geniş  xarıcı  yaddaş  resurslarına  malik 
olmaqla, işçi stansiyalara əlavə yaddaş xidməti göstərmək üçün qurulur.  
Bu  bölgü  yalnız  funksional  bölgü  olduğundan,  real  həyatda  bir  kompüterdə  həm 
kommunikasiya  serveri,  həm  verilənlər  bazası  serveri,  həm  poçt  serveri  və  həm  də  işçi 
stansiya təşkil etmək mümkündür. 
Verilənlər  bazası  serveri  üçün  isə  bir  neçə  kompüter  ayırmaq  mümkündür.  Lakin 
bütün bu kompüterlərə funksional aspektdə vahid kompüter kimi baxılacaqdır.  
Şəbəkə  həm  də  müxtəlif  proqram  və  altproqramların  qarşılıqlı  fəaliyyətini  təmin 
etdiyindən, həmin proqramların hansı kompüterlərdə yerləşməsindən çox şey asılıdır. Yəni 
elə etmək lazımdır ki, şəbəkə boyu ötürülən informasiyanın həcmi minimum olsun.  
―Müştəri  –  server‖  texnologiyasında  funksiyalar  və  informasiya  xidməti  müştəri 
(informasiya  istifadəçisi)  ilə  server  (informasiya  sahibi)  arasında  elə  paylanır  ki,  şəbəkə 
üzrə  informasiya  ötürülüşü  minimum  olsun.  Bu  texnologiyada  müştəri  serverə  sorğu 
göndərir. Sorğuda tələb olunan informasiyanın xarakteri və həcmi, həmçinin verilənlərin 
təşkili forması göstərilir. Bunun əsasında lazımi informasiyanı server verilənlər bazasında 
axtarır,  tapır  və  tələb  olunan  formada  dəyişdirir,  alınmış  nəticə  müştəriyə  ötürülür.  Bu 
texnologiyada  interfeys  proqramları  müştəri  kompüterdə,  sorğunu  işləyən  sistem 
proqramları isə serverdə işləyir. 
Global,  regional  və  lokal  şəbəkələrin  geniş  yayılması,  xüsusilə  İNTERNET-in 
meydana  çıxması  bir  sıra  yeni  xidmətlərin  yaranmasına  səbəb  oldu  ki,  bunlardan  da  ən 
populyarı  elektron  poçtdur.  Bununla  yanaşı,  verilənlərin  şəbəkə  vasirəsilə  ötürülməsi, 
uzaqdakı  verilənlər  bazasına  və  proqramlara  müraciət,  telekonfransların  keçirilməsi, 
İnternet  vasitəsilə  telefon  zənglərinin  icrası  mümkün  olmuşdur.  İnternet  artıq  bir  sosial 
hadisə olaraq müasir cəmiyyətin həyat ukladlarının hamısına televiziya qədər güclü təsir 
göstərməkdədir.  
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin