İsa Musayev, Mətləb Əlizadə


Bölmə 2. İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   2   3   4   5   6   7   8   9   ...   20

Bölmə 2. İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası 
2.1. İnformasiya təməl elmi anlayış kimi 
 
Elmi ədəbiyyatda İnformasiya termininə çoxsaylı təriflər verilmişdir ki, bunlar da bu 
anlayışa müxtəlif yanaşmaları və izahları (yozumları) əks etdirir. 
Rusiya  Federasiyasının  Federal  Qanununda  göstərilir  ki,  ―İnformasiya  dedikdə, 
təqdimat  formasından  asılı  olmayaraq,  şəxslər,  əşyalar,  faktlar,  hadisələr  və  proseslər 
barədə məlumatlar başa düşülür‖. 
Ojeqovanın Rus dilinin izahlı lüğətində informasiyanın 2 tərifi verilmişdir: 
1.İnformasiya - ətraf dünya və onda gedən proseslər barədə insan və ya xüsusi qurğu 
tərəfindən dərk edilən, qavranılan, mənimsənilən məlumatlardır. 
2. İnformasiya – işlərin və ya nəyinsə vəziyyətini aydınlaşdıran məlumatlardır. 
İnformasiya  və  onun  xassələri  bir  sıra  elm  sahələrinin,  o  cümlədən,  informasiya 
nəzəriyyəsinin
5
,  kibernetikanın
6
,  semiotikanın
7
,  kütləvi  kommunikasiyalar  nəzəriyyə-
sinin
8
,  informatikanın,  sosionikanın
9
,  informodinamikanın
10
,  informasiologiyanın
11
 
tədqiqat obyektidir. 
                                                 

İnformasiya ötürən sistemlərin riyazi nəzəriyyəsidir 

Maşınlarda, heyvanlarda və İnsan cəmiyyətində idarəetmə və rabitə haqqında elmdir 

İşarələr və işarə sistemləri haqqına elmdir
 
8
 Kütləvi informasiya vasitələrinin və onların cəmiyyətə təsirinin tədqiqi ilə məşğul olan elmdir 

Fərdi və sosial psixikanın informasiya metabolizmi nəzəriyyəsidir
 
10 
Açıq informasiya sistemləri haqqında elmdir 
11
 Müxtəlif obyektlər çoxluğu üçün informasiyanın alınması, saxlanması və ötürülməsi haqqında elmdir
 

 
12 
İnformasiya  izah  etmək  mənasında  anlaşılan  sözdür.  İnformasiya  informatikanın 
təməl  anlayışıdır.  Lakin  artıq  göstərildiyi  kimi,  informasiya  həm  də  ümumelmi  anla-
yışdır. Hər bir elm sahəsi informasiyanı özünəməxsus mənalandırır. 
2.1.1  İnformasiya  fizikada.  Fizikada  termodinamik  sistem  üçün  qaydasızlıq,  xaos 
ölçüsü entropiya adlanır. Bu baxımdan, qaydalılıq, sahmanlılıq ölçüsü olan anti entropiya, 
neqentropiya,  informasiya  mahiyyəti  daşıyır.  Sistem  mürəkkəbləşdikcə  ondakı  entropiya 
azalır, informasiya isə artır. İnformasiyanın artması prosesi ətraf mühitlə maddi, enerji və 
informasiya mübadiləsi edən açıq sistemlərə, özü inkişaf edən canlı aləmə
12
  xasdır.  
Beləliklə, fizikada informasiya mənfi entropiya kimi qavranılır. 
2.1.2  İnformasiya  biologiyada.  Canlı  aləmi  öyrənən  biologiyada  informasiya  canlı 
orqanizmlərin  məqsədyönlü  davranışı  ilə  əlaqələndirilir.  Çünki  belə  davranış  canlı 
orqanizmin ətraf mühitdən aldığı informasiyanın hesabına əldə edilir.  
Biologiyada  informasiya  anlayışı  həm  də  irsiyyət  mexanizmlərinin  tədqiqi  ilə  bağlı 
olaraq istifadə edilir. Genetik informasiya irsi olaraq ötürülür və canlı orqanizmlərin bütün 
hüceyrələrində saxlanır.  Genlər  canlı  orqanizmin  qurulması barədə  informasiya  saxlayan 
mürəkkəb molekulyar strukturlardır. Məhz bu ideyaya əsaslanaraq klonlaşdırma
13
 eksperi-
menti keçirilmişdir.  
2.1.3  İnformasiya  kibernetikada.  İdarəetmə  haqqında  elm  olan  kibernetikada  ―in-
formasiya‖ anlayışı mürəkkəb sistemlərdə (canlı orqanizmlərdə və ya texniki qurğularda) 
idarəetmə prosesləri ilə əlaqələndirilir. Yəni istənilən canlı orqanizmin həyat fəaliyyəti və 
ya  texniki  sistemin  normal  işləməsi  idarəetmə  prosesindən  asılıdır.  Çünki  idarəetmə 
onların  zəruri  parametrlərini  müəyyən  hədlər  daxilində  saxlayır.  İdarəetmə  prosesi 
informasiyanın alınması, saxlanması, dəyişdirilməsi və ötürülməsi prosedurları zəncirin-
dən ibarətdir. 
2.1.4  İnformasiya  informatikada.  İnformatikada  informasiyanın  aşağıdakı  tərifi 
daha tez-tez istifadə edilir: 
İnformasiya  -    ətraf  dünya  haqqında  dərk  edilmiş  və  saxlanma,  ötürülmə,  dəyiş-
dirilmə və istifadə edilmə obyekti olan məlumatlardır. 
Məlumat – siqnallarda, xəbərlərdə, bildirişlərdə ifadə edilən bilgilərdir. 
                                                 
12
 zülal molekullarına, orqanizmlərə, heyvan populyasiyasına və s. 
13
 Bir hüceyrədən orqanizmin dəqiq surətinin (nüsxəsinin) yaradılması 

 
13 
Xəbər  -  informasiyanın  maddi  formasıdır.  Bu  baxımdan,  informasiya  –  xəbərdən 
süzülüb  çıxarılan  qeyri-maddi  mahiyyətli  mənadır.  Yəni  informasiya  xəbərin  məna 
yüküdür. Lakin həm eyni informasiya müxtəlif xəbərlərlə ötürülə biləndir, həm də eyni 
xəbərin  müxtəlif  mənalarda  başa  düşülməsi  mümkündür.  Hətta  elə  xəbərlər  var  ki, 
onların mənasını heç kim anlaya bilmir. Odur ki, xəbərin mənasının izah edilməsi üçün 
xüsusi  dilə  ehtiyac  duyulur.  Bu  dilə  kodlaşdırma  sistemi  deyilir.  Beləliklə, informasiya 
yalnız  kodlaşdırıldıqdan  (xüsusi  işarələr  sisteminə  tərcümə  edildikdən)  sonra  xəbərə 
yüklənə  bilir  və  yalnız  dekodlaşdırıldıqdan  (əks  tərcümədən)  sonra  xəbərdən  süzülülüb 
çıxarıla bilir. Lakin eyni informasiya (məna) müxtəlif kodlaşdırma sistemləri ilə müxtəlif 
xəbərlərə yüklənə biləndir. 
İnformatika baxımından, informasiyanın əsas növləri aşağıdakılardır: 
-Qrafik və ya təsviri informasiya
14
 
-Səs informasiyası
15
;  
-Mətn informasiyası
16

-Ədədi informasiya
17

-Videoinformasiya
18

Bunlardan  əlavə,  taktil
19
,  orqanoleptik
20
  informasiya  kimi  kodlaşdırılması  və 
saxlanması hələ mümkün olmayan informasiya növləri və həmçinin, elmin, hələ nəinki 
kodlaşdırıb  saxlamağı,  hətta  izah  etməyı  belə  bacarmadığı  bir  sıra  başqa  informasiya 
növləri
21
 də vardır. 
İnformasiya uzaq məsafəyə əvvəlcə kodlaşdırılaraq işıq siqnalları ilə, sonra elektrik 
naqili ilə, daha sonra isə radio dalğaları ilə ötürülmüşdür. 
Rəqəmsal  rabitənin  banisi  ümumi  informasiya  nəzəriyyəsinin  yaradıcısı  Klod 
Şennon sayılır. 
İnternetin  təqdim  etdiyi  informasiya  xüsusi  növ  informasiya  hesab  edilir.  Çünki 
burada irihəcmli paylanmış informasiyanın saxlanması, emalı, axtarışı, ötürülməsi üçün 
                                                 
14
 Ətraf dünya haqqında ilk saxlanan informasiya növüdür. Qayaüstü rəsmlər...
 
15 
1877-ci ildən saxlanması mümkün olmuşdur. Əsas növü musiqi informasiyasıdır. 
16 
Şifahi dilin sözlərinin və cümlələrinin xüsusi simvolların (hərflərin) və digər durğu işarələrinin köməyi 
ilə kodlaşdırılması nəticəsində meydana gəlmişdir.
 
17
 Ətraf dünyadakı obyektlərin və onların xassələrinin kəmiyyət ölçüləri olan rəqəmlərlə ifadə edilir. 
18
 Ətraf dünyanın ―canlı‖ təsviri. Kinonun ixtira edilməsi ilə mümkün olmuşdur. 
19
 lamisə, duyğu, hiss 
20
 iybilmə, dadbilmə və s 
21
 Məsələn, ekstrasensor informasiya 

 
14 
xüsusi priyomlardan və müxtəlif informasiya növlərinin işlənməsi üçün xüsusi üsullardan 
istifadə edilir. 
Digər  obyektlər  kimi,  informasiya  da  müəyyən  xassələrə  malikdir.  İnformasiyanın 
xassələrinin  digər  obyektlərin xassələrindən  əsas  fərqi dualizmdir.  Yəni  informasiyanın 
məzmununu formalaşdıran xassələr həm ilkin verilənlərin xassələrindən, həm də qeydiy-
yataalma metodlarının xassələrindən asılıdır. 
İnformatika  baxımından,  obyektivlik,  gerçəklik,  tamlıq,  dəqiqlik,  aktuallıq,  yarar-
lılıq,  qiymətlilik,  məqamlılıq,  başa  düşülənlik,  əlçatanlıq  və  lakoniklik  kimi  ümumi 
keyfiyyət xassələri ön plana çəkilir. 
Obyektivlik informasiyanın qeydiyyata alınma üsulundan asılı olmamasını ifadə edir. 
Məsələn,  ―hava  istidir‖  -  cümləsindəki  informasiya  obyektiv  deyil.  Lakin  ―havanın 
hərarəti 
С
0
22
təşkil  edir‖  -  cümləsindəki  informasiya  obyektivdir.  Çünki  bu,  insanın 
subyektiv qiyməti deyildir. 
Gerçəklik  informasiyanın  hadisəni  düzgün  əks  etdirməsini  ifadə  edir.  Obyektiv 
informasiya həmişə gerçəkdir. Gerçək informasiya isə həm obyektiv,  həm də subyektiv 
ola biləndir. Gerçək informasiya düzgün qərar qəbul etməyə kömək edir. İnformasiyanın 
bilərəkdən
22
  və  ya  bilməzlikdən,  həmçinin  manelərin  təsiri  və  ya  dəqiq  ölçü  cihazının 
olmaması üzündən təhrif edilməsi nəticəsində gerçək olmayan informasiya yaranır. 
Tamlıq informasiyanın dərketmə və ya qərar qəbulu üçün yetərli olmasını ifadə edir. 
Natamam informasiya səhv qərar qəbuluna səbəb ola bilir. 
Dəqiqlik  informasiyanın  obyektin,  prosesin,  hadisənin  gerçək  vəziyyətinə  yaxınlıq 
dərəcəsini göstərir
23
.  
Aktuallıq informasiyanın istifadə məqamı üçün vacibliyini ifadə edir. Bəzən yalnız 
vaxtında alınan informasiya yararlı olur. 
Yararlılıq  (qiymətlilik)  informasiyanın  konkret  istifadəçi  ehtiyacını  ödəmək 
baxımından qiymətləndirilməsini ifadə edir. 
Ən qiymətli informasiya obyektiv, gerçək, tam və aktual olan informasiyadır
24
.  
Sosial (ictimai) informasiya əlavə xassələrə də malikdir. Çünki bu, semantik (məna) 
xarakterli  olub,  ətraf  dünyanı  anlayışlar  vasitəsilə  təsvir  edir.  Digər  tərəfdən,  bu 
                                                 
22 
dezinformasiya 
23 
Bu, ölçü cihazlarının xətası ilə bağlıdır. 
24 
Lakin  nəzərə almaq lazımdır ki,  obyektiv və  gerçək olmayan informasiya da, məsələn, bədii əsər də 
insan üçün çox qiymətli informasiya kimi çıxış edə biləndir. 

 
15 
informasiya dil mahiyyətli olub, bir mahiyyəti  müxtəlif dillərdə
25
 ifadə etməyi  mümkün 
edir. 
Zaman  keçdikcə,  informasiyanın  kəmiyyəti
26
  artır,  sistemləşdirilir,  qiymətləndirilir 
və ümumiləşdirilir. Bu, informasiyanın kumulyativ
27
 xassəsidir.  
İnformasiyanın  köhnəlməsi  zaman  keçdikcə  onun  qiymətdən  düşməsi  formasında 
baş  verir.  Mövcud  informasiyanı  köhnəldən  onu  tamamlayan  və  dəqiqləşdirən  yeni 
informasiyadır.  Elmi-texniki  informasiya  sürətlə,  estetik  informasiya
28
  isə  yavaş-yavaş 
köhnəlir. 
Məntiqilik, yığcamlıq və münasib təqdimat forması informasiyanı asan anlamağa və 
mənimsəməyə kömək edir. 
2.1.5 İnformasiyanın sosial əhəmiyyətli xassələri. İnsan – sosial varlıq olduğundan, 
cəmiyyətdə  mövcuddur.  Bu  isə  o  deməkdir  ki,  insanlar  arasında  informasiya  mübadiləsi 
baş verir. İnformasiya mübadiləsi həmişə müəyyən dildə baş tutur.  
İnformasiya  faydalı olmazsa,  informasiya  mübadiləsinin  praktiki  əhəmiyyəti  olmaz. 
Faydasız informasiya küy yaradır. Bu, faydalı informasiya almağa mane olur.  
Dedik ki, informasiya gerçək və aktual olmalıdır. Çünki gerçək olmayan informasiya 
çaşdırıcı olur. Aktual olmayan informasiya isə faydalı deyil.  
Yuxarıda  göstərdik  ki,  informasiya  tam  və  dəqiq  olmalıdır.  Çünki  tam  informasiya 
qərar qəbulu üçün kifayətedici informasiyadır.  Dəqiq  informasiya  isə  hər  yerdə  eyni  cür 
başa düşülən informasiyadır. Tam və dəqiq informasiya elmin məhsuludur.  
İnformasiya ətraf mühitdən qəbul edilən giriş verilənləri, ətraf mühitə ötürülən çıxış 
xəbərləri və sistemin daxilində saxlanan məlumatlar çoxluğudur.  İnformasiya sənədlərdə, 
çertyojlarda, şəkillərdə, mətnlərdə, səs və işıq siqnallarında, elektrik və əsəb impulslarında 
mövcud  ola  biləndir.  Verilənlər  informasiyanın  tərkib  hissəsi  olub,  qeyd  edilmiş 
siqnallardır. 
İnformasiya  prosesləri  zamanı  verilənlər metodların  köməyi  ilə  bir  növdən digərinə 
dəyişdirilir.Verilənlərin  emalı  müxtəlif  əməliyyatlar  çoxluğunu  ehtiva  edir.  Əsas 
əməliyyatlar aşağıdakılardan ibarətdir: 
-verilənlərin yığılması – qərar qəbulu üçün kifayət edən informasiyanın toplanması; 
                                                 
25
 Məsələn, təbii danışıq dilindəki fikrin riyazi düsturlarla ifadə edilə bilməsi 
26
 miqdarı və həcmi 
27 
Kumulyasiya – latınca, yığılma, toplanma, artma mənasına gəlir. 
28 
Sənət əsəri 

 
16 
-verilənlərin formallaşdırılması – müxtəlif mənbələrdən daxil olan verilənlərin vahid 
formaya gətirilməsi; 
-verilənlərin  filtrlənməsi  –  qərar  qəbulu  üçün  lazım  olmayan  artıq  verilənlərin  ləğv 
edilməsi; 
-verilənlərin  çeşidlənməsi  –  istifadə  baxımından  münasib  olsun  deyə,  verilənlərin 
müəyyən əlamət üzrə səliqəli düzülməsi; 
-verilənlərin arxivləşdirilməsi – verilənlərin münasib və əlçatan formada saxlanması; 
-verilənlərin  qorunması  –  verilənlərin  itməsinə,  təkrar  istehsalına  və  modifikasiya 
edilməsinə qarşı yönəldilmiş tədbirlər kompleksi; 
-verilənlərin  nəql  edilməsi  –  informasiya  prosesinin  uzaqda  yerləşən  ayrı-ayrı 
istifadəçiləri  arasında  verilənlərin  ötürülməsi  və  qəbul  edilməsi.  Verilənlərin  mənbəyi 
server, istifadəçisi isə müştəri adlandırılmışdır; 
-verilənnlərin  dəyişdirilməsi  –  verilənlərin  bir  formadan  digərinə,  bir  strukturdan 
digərinə dəyişdirilməsi və ya daşıyıcı (yaddaş) tipinin dəyişdirilməsi. 
 
2.2. İnformasiynın kəmiyyət xarakteristikaları 
2.2.1  İnformasiyanın  texnikada  ölçülməsi.  Texnikada
29
  informasiyanın  kəmiyyəti 
dedikdə, kodlaşdırılan, ötürülən  və  ya  saxlanılan simvolların sayı  nəzərdə  tutulur. Yəni 
burada həcm ön plana çəkilir və məzmun nəzərə alınmır.  
Hesablayıcı  texnikada  2  standart  ölçüdən  –  bit  və  baytdan  istifadə  edilir.  Bit 
minimal  informasiya  vahididir  ki,  bu  da  iki  haldan  birinin  seçilməsinin  nəticəsini  ifadə 
edir.  Bayt  8  bitlik  standart  vahiddir.  Adətən  mətnin  bir  simvolunu  təqdim  etmək  üçün 
istifadə edilir. 
2.2.2  Xəbərin  informasion  həcmi  (tutumu).  Xəbərin  informasion  həcmi  (tutumu) 
dedikdə, xəbərdəki informasiyanın bitlə, baytla və törəmə vahidlərlə
30
 ölçülən kəmiyyəti 
nəzərdə tutulur. 
2.2.3 İnformasiyanın miqdarı – bilikdəki qeyri-müəyyənliyin azalması ölçüsü kimi 
2.2.3.1  İnformasiya  və  bilik.  Ətraf  mühitdən  əldə  edilən  informasiya  dərk  edilir  və 
yadda  saxlanır.  Bu  informasiyanın  yaddaşda  toplanması  nəticəsində  bilik  yaranır. 
Dərketmə  prosesi  biliyin  artmasına  səbəb  olur.  Dərketmə  prosesi  çevrədirsə,  dairə  bilik, 
                                                 
29 Xəbərlərin kodlaşdırılması və ötürülməsi nəzəriyyəsində 
30 Kbayt, Mbayt və s 

 
17 
çevrədən  kənar  biliksizlikdir.  Biliksizlik  tərəddüd  yaradır.  Tərəddüd  qeyri-müəyyənlik 
əlamətidir. Odur ki, biliyin artması qeyri-müəyyənliyin azalmasına səbəb olaraq tərəddüdü 
yox edir və qərarlılıq yaradır.  
2.2.3.2  Bilikdəki  qeyri-müəyyənliyin  azalması.  İnformasiyaya  qeyri-müəyyənliyin 
antipodu  kimi  baxılması  onu  kəmiyyətcə  ölçməyə  imkan  vermişdir  ki,  bu  da  həm 
kibernetika, həm də informatika üçün olduqca vacibdir.  
Hadisədən  əvvəl  mümkün  halların  ehtimalları  tərəddüd  mənbəyi  kimi  çıxış  edir. 
Hadisə  baş  verdikdən  sonra  tərəddüd  yox  olur.  Məsələn,  göyə  atılan  metal  pulun  hansı 
üzünə  düşəcəyini  söyləmək  nə  qədər  çətindirsə,  pul  yerə  düşdükdən  sonra  bir  o  qədər 
asandır. Bu halda əldə edilən informasiya qeyri-müəyyənlik yaradan 2 halı azaldıb 1 hala 
çevirir. Oyun zərində bu, 6 halın 1 hala çevrilməsidir. Yəni, 2 üzlü pula nəzərən, 6 üzlü zər 
3 dəfə artıq informasiya verir. 
2.2.4  İnformasiya  miqdarının  ölçü  vahidləri.  İstənilən  kəmiyyəti  miqdar  cəhətdən 
ifadə etmək üçün ölçü vahidini təyin etmək lazımdır.  İnformasiyanın miqdarı ləğv edilən 
qeyri-müəyyənliklə  ölçülür.  İnformasiyanın  həcmi  kimi,  miqdarı  üçün  də  ölçü  vahidi 
olaraq 2 mümkün halın yaratdığı qeyri-müəyyənlk götürülür.  
Kompüter 2-lik say sistemində işləyir. Burada yalnız 0 və 1 simvollarından istifadə 
edilir. 1 bayt 2-lik rəqəmlərin (0 və 1-lərin) 8 mərtəbəsidir. Odur ki, burada ölçü baytların 
dərəcələri kimi hesablanır. Məsələn, 1 Kbayt 1024 bayt, 1 Mbayt 1024 Kbayt və s. 
2.2.5 Mümkün halların sayı və informasiyanın miqdarı. Mümkün halların sayı (N) 
ilə  informasiyanın  miqdarını  (İ)  bir-birinə  bağlayan  düstur 
I
N
2
  şəklində  ifadə  edilir. 
Əgər  informasiyanın  miqdarı  məlumdursa,  mümkün  halların  sayını  təyin  etmək  çətin 
deyil.  Məsələn,  əgər  hadisənin  nəticəsi  4  bit  informasiya  veribsə,  bu  o  deməkdir  ki, 
mümkün  halların sayı  16-imiş:   
16
2
4
N
.  Əksinə,  mümkün  halların  sayı  məlumdursa, 
onda informasiyanın miqdarı 
4
2
16
 və 
I
2
2
4
yazılışından İ=4 alınır. 
 
2.3. İnformasiyanın miqdarının təyini üçün əlifba yanaşması 
Bilikdə  qeyri-müəyyənliyin  azalması  kimi  təyin  edilən  informasiyanın  miqdarı 
məzmun  etibarı  ilə  anlaşıqlı  və  yeni  olmalıdır.  Bu  baxımda  göyə  atılan  pulun  hansı  üzü 
üstə  düşdüyü  barədə  verilən  xəbərin  uzunluğundan  asılı  olmayaraq  həmin  xəbər  1  bit 
informasiya daşıyır.  

 
18 
Lakin texniki qurğuların köməyi ilə saxlanması və ötürülməsi zamanı informasiyanın 
məzmunu arxa plana keçir. Odur ki, bu zaman informasiyaya  işarələr (hərflər, rəqəmlər, 
şəkil nöqtələrinin kodları və s.) sırası kimi baxmaq məqsədə uyğun olur.  
İşarələr  sisteminin  (əlifbanın)  simvolları  yığımına  müxtəlif  mümkün  vəziyyətlər 
(hadisələr) kimi baxmaq olar. Bu halda nəzərə alsaq ki, xəbərdəki simvollar eyni ehtimallı-
dır, onda 32 hərfli əlifbanın hər bir işarəsi 5 bit (
5
2
32
) informasiya daşıyacaqdır. Yəni 1 
hərfin informasiya tutumu 5 bitdir. Beləliklə, mətndəki işarələri sayıb 5-ə vurmaqla ondakı 
informasiyanın miqdarını hesablamaq olar.  
 
2.4. İnformasiyanın miqdarı üçün Şennon düsturu 
Çox hallarda baş verən hadisələri törədə biləcək mümkün hallar eyni ehtimallı olmur. 
Məsələn, pul və ya zər simmetrik deyilsə, onun bir üzünün düşmə ehtimalı fərqlənəcəkdir. 
Müxtəlif  ehtimallı  mümkün  hallar  üçün  informasiyanın  miqdarı  düsturunu  1948-ci  ildə 
K.Şennon  təklif  etmişdir: 
i
N
i
i
p
p
I
2
1
log
  Burada:  İ  –  informasiyanın  miqdarı,  N  – 
mümkün halların sayı, 
i
p
 - i-ci halın ehtimalıdır. 
Fərz edək ki, qeyri-simmetrik piramidanın üzlərinin düşmə ehtimalları: 
2
1
1
p

4
1
2
p

8
1
3
p
 və 
8
1
4
p
 kimidir. Bu halda informasiyanın miqdarı: 
75
,
1
8
14
)
8
3
8
3
4
2
2
1
(
)
8
1
log
8
1
8
1
log
8
1
4
1
log
4
1
2
1
log
2
1
(
2
2
2
2
I
 bit olar. 
Eyni ehtimallı hallar üçün Şennon düsturu 
N
N
I
N
i
1
log
1
2
1
 şəklinə düşür. 
Eyni  ehtimallı  hallarda  bu  informasiyanın  miqdarı  2  bit  (
I
2
2
4
2
  və  ya 
2
4
log
2
I
) olur. Göründüyü kimi, eyni ehtimallı hallarda alınan informasiyanın miqdarı 
daha  çoxdur.  Bu,  əslində,  maksimal  miqdardır.  İnformasiyanın  miqdarının  təyini  üçün 
təklif edilən bu yanaşma ehtimallı üsul adlanır. Bu üsul hər hansı suala cavab vermək üçün 
azı  nə  qədər  cəhd  edilməsini  təyin  etməyə  imkan  verir.  Məsələn,  32  hərfli  əlifbanın  hər 
hansı hərfinin təyini üçün azı 5 addım tələb olunur. 
 
2.5. İnformasiyanın təqdimatı və kodlaşdırılması 
2.5.1. Dil və işarələr sistemi 

 
19 
Dil  informasiyanın  təqdimatı  vasitəsidir.  Dilin  təməlində  işarələr  (səslər,  hərflər, 
jestlər) yığımı durur. İşarələrin qrammatik qaydalara uyğun düzülməsi dilin əsas obyekt-
lərini (sözləri) əmələ gətirir. Sözlərdən cümlə düzəldilməsi qaydasına sintaksis deyilir.  
Dillərdən  biri  də  formal  dildir.  Buraya:  say  sistemləri,  cəbr  dili,  proqramlaşdırma 
dilləri və s aiddir. Formal dilin qrammatikası və sintaksisi ciddi qaydalara söykənir. 
Say sistemi, formal dil olaraq, obyektləri (ədədləri) adlandırmağa, yazıb-oxumağa və 
hesabi əməllər icrasına imkan verir.  
 
2.5.2. Canlı orqanizmlərdə informasiyanın təqdimatı 
İnsan ətraf mühit haqqındakı informasiyanı hiss üzvləri vasitəsi ilə qəbul edir. Əsəb 
telləri  (reseptorlar)  hiss  üzvlərinin  verdiyi  informasiyanı  (təsiri)  neyronlara  (əsəb 
hüceyrələrinə)  ötürür.  Bu  hüceyrələr  zənciri  əsəb  sistemini  əmələ  gətirir.  Neyron  2 
vəziyyətdə  ola  biləndir:  həyəcanlı  və  həyəcansız.  Həyəcanlı  neyron  elektrik  impulsu 
yaradıb əsəb sistemi ilə ötürür. Bu iki vəziyyətə neyron dilinin əlifbası kimi baxmaq olar. 
Beləliklə, canlı orqanizmdə informasiya təqdimatı neyron dili vasitəsi ilə baş tutur ki, bu 
da 2-lik say sistemində işləmək deməkdir. Yəni kompüterin 2-lik say sistemində işləməsi 
təsadüfi deyildir.  
 
2.5.3. İnformasiyanın kodlaşdırılması 
İnformasiya təqdimatının bir formadan (işarələr sistemindən) digərinə keçirilməsinə 
kodlaşdırma  deyilir.  Kodlaşdırma  mahiyyətcə,  tərcümə  olduğundan,  uyğunluq  (ekviva-
lentlik)  cədvəlinə  (lüğətə)  əsaslanır.  İnformasiya  mübadiləsi  zamanı  kodlaşdırma  (tərcü-
mə)  və  dekodlaşdırma  (əks  tərcümə)  baş  verir.  Məsələn,  klaviatura  sıxılan  düymə 
kodlarını 2-lik rəqəmlər sırası şəklində kompüterə ötürdükdən sonra monitor həmin 2-lik 
rəqəmləri klaviatura düymələrindəki simvollara çevirir.  
 
2.5.4. Kompüterdə informasiyanın 2-lik kodlaşdırılması 
Kompüterdə  informasiyanın  təqdimatı  üçün  2-lik  kodlaşdırmadan  istifadə  edilir. 
Çünki  yalnız  iki  vəziyyətdə  ola  bilən  yüksək  etibarlı  texniki  element  mövcuddur.  Bu 
element  elektromaqnit  reledən,  maqnitlə  işlənmiş  səthdən,  lazerlə  işlənmiş  səthdən  və 
triggerdən ibarətdir ki, bunlar da yalnız 2 vəziyyətdə ola bilir. Vəziyyətin biri 1-ə, digəri 0-
a müvafiq gəlir. Kompüterə daxil edilən ədədi, mətni, qrafik, səs və video informasiya 2-

 
20 
lik koda çevrilir. 2-lik kodun rəqəmləri olan 0 və 1-ə eyni ehtimallı iki mümkün hal kimi 
baxmaq olar. Hər işarə 1 bit informasiya daşıyır.  
2.5.4.1 Səs informasiyasının kolaşdırılması 
Səs  müəyyən  tezlikli  və  amplitudalı  sinusoidal  dalğadır.  Səsin  tezliyi  herts-lə 
ölçülür.  İnsan  20-17000  herts  tezlikli  dalğaları  eşidə  bilir.  Səsi  rəqəmsal  kodla  ifadə 
etmək üçün səsin müəyyən vaxt kəsiyindəki intensivliyi göstəricisindən
31
, məsələn, 0,001 
saniyədə 48 dəfə və ya 1 saniyədə 48000 dəfə döyünən dalğadan istifadə edilir. 
Səsin keyfiyyət xarakteristikaları aşağıdakılardır: 
-seçim dəqiqliyi və ya səsin kodlaşdırılma dərinliyi
32

-seçim tezliyi və ya diskretləşdirmə tezliyi
33
. 
2.6. İnformasiyanın saxlanması 
Hiss üzvləri vasitəsi ilə əldə edilən informasiya yaddaşa köçürülür və orada toplanır. 
Lakin  əldə  edilmiş  və  biliyə  çevrilmiş  informasiyanı  uzunmüddətli  saxlamaq
34
  və 
nəsildən-nəslə  ötürmək  üçün  müxtəlif  daşıyıcılardan:  DNK  molekulundan  (genetik 
informasiya), kağızdan (mətn və şəkil), maqnit lentindən (səs), foto və kino lentlərindən 
(qrafik), yaddaş mikrosxemlərindən, maqnit və lazer disklərindən (kompüterdəki proqram 
və verilənlər) və s. istifadə edilir. 
Mütəxəssislərin fikrincə, müxtəlif daşıyıcılarda saxlanan informasiyanın illik həcmi 1 
eksabayt  (
18
10
bayt)  təşkil  edir.  Bu  informasiyanın  80%-i  maqnit  və  optik  daşıyıcılarda 
rəqəm  formasında,  20%-i  analoq  daşıyıcılarda  (kağızda,  maqnit  lentində,  foto-kino 
lentlərində) saxlanır. 2000-ci ildə dünya üzrə adambaşına düşən saxlanan informasiyanın 
həcmi  250  Mbayt  təşkil  etmişdir  ki,  buna  da  hər  biri  20  Qbaytlıq  85  milyon  vinçester 
lazımdır. 
2.6.1  İnformasiya  daşıyıcılarının  informasiya  tutumu.  Ən  böyük  yaddaş  tutumu 
olan  daşıyıcı  DNK  molekuludur  ki,  bunun  da  1  kub  santimetrində 
21
10
  bit  informasiya 
yerləşir.  Müasir  yaddaş  mikrosxemləri  1  kub  santimetrdə 
10
10
  bit  informasiya  saxlayır. 
                                                 
31 
Buna seçim tezliyi də deyilir. Mümkün amplitudaların sayı seçim dəqiqliyi adlanır. 
32
  Səs  siqnalının  bir  ölçmə  kəmiyyətinə  düşən  bit-lərin  sayı  ilə  ölçülür.  Müasir  səs  kartları  16  bit 
kodlaşdırma dərinliyi ilə işləyir. Bu halda amplituda variantlarının sayı 65536 olur. 
33
 1 saniyədə səs siqnalının səviyyəsinin ölçülmələrinin sayıdır. 1 saniyədə 1 ölçmə 1 hertsə uyğundur. 1 
saniyədə  8000-48000  herts  ölçmə  aparıla  bilir.  8000  herts  radio  translyasiyaya,  48000  herts  audio-CD 
səsləndirməsinə uyğundur.
 
34
 
İnformasiyanın saxlanması dedikdə, onun elə şəkildə qorunması nəzərdə tutulur ki, lazımi vaxtda onu 
lazımi şəkildə ötürmək mümkün olsun.
 

 
21 
Yəni, müasir texnologiyalar bioloji təkamüldən xeyli geri qalır. Buna baxmayaraq kitaba 
nəzərən kompüterin daha  mükəmməl  daşıyıcı  və  informasiya  mənbəyi  olduğu  sirr deyil. 
Hər  bir  maqnit  diskində  600  səhifəlik  kitab  saxlamaq  mümkündür.  1  Vinçesterdə  bir 
kitabxana tutumu vardır. 
2.6.2 İnformasiyanın saxlanmasının etibarlılığı və uzunmüddətliliyi. 
İnformasiyanın  saxlanmasının  etibarlılığı  və  uzunmüddətliliyi  böyük  əhəmiyyət 
daşıyır.  Ən  etibarlı  daşıyıcı  DNK  molekuludur.  Analoq  daşıyıcılara  nisbətən  diskret 
daşıyıcılar  daha  az  etibarlıdır.  Buna  görə  də  maqnit  və  optik  daşıyıcıların  istismar  və 
saxlanma  qaydalarına  ciddi  əməl  etmək  lazımdır.  Ən  uzunmüddətli  yaddaş  da  DNK 
molekuludur.  Analoq  daşıyıcılara  nisbətən  diskret  daşıyıcılar  daha  az  müddətlidir.  Buna 
görə də diskret daşıyıcılardakı informasiyanı müəyyən müddət keçdikdən sonra təzələmək 
lazımdır. 
2.6.3 İnformasiyanın müxtəlif növlərinin sıxılması (arxivləşdirilməsi)  
İnformasiyanın  diskret  rəqəmsal  təqdimatı  adətən  müəyyyən  bolluğa  (boşluğa) 
malik  olur.  Belə  ki,  tez-tez  eyni  bit  sıraları  təkaralanır.  Bu  isə  informasiyanın  həcmini 
artırır  ki,  bu  da  həm  saxlama,  həm  də  ötürmə  baxımından  həll  edilməsi  tələb  olunaan 
problem  sayılır.  Buna  görə  də  xüsusi  sıxma  metodları  (alqoritmləri)  işlənib  hazırlan-
mışdır ki, bunların köməyi ilə də informasiyanın həcmini əhəmiyyətli dərəcədə azaltmaq 
mümkün  olur.  Həm  universal
35
,  həm  də  ixtisaslaşdırılmış
36
  sıxma  alqoritmləri  möv-
cuddur.  
Sıxma alqoritmlərinin hamısı bit-lə işləyir. 
Sıxma  prosesinin  əsas  texniki  xarakteistikaları  və  nəticələri  aşağıdakılardan 
ibarətdir: 
-sıxma dərəcəsi
37

-sıxma sürəti
38
;  
-sıxma keyfiyyəti
39
. 
Sıxma üsulları dönərli və dönməz olmaqla 2 qrupa bölünür. 
                                                 
35
 Universal alqoritmlər informasiyaya sadəcə, bitlər sırası kimi baxır 
36 
Bunlar müəyyən tip (şəkil, mətn, səs, video) informasiyanı sıxmaq üçündür  
37
 Sıxılmamış həcmin sıxılmış həcmə nisbəti ilə ölçülür 
38
 Müəyyən informasiya həcminin sıxılmasına sərf edilən vaxtla ölçülür 
39
 Başqa alqoritmlə təkrar sıxarkən aşkara çıxan sıxılma dərəcəsi
 

 
22 
Dönməz  sıxma  zamanı  sıxılmış  informasiya  xarici  görünüş  etibarı  ilə  ilkin  infor-
masiya yığımına bənzəsə də, həcmcə kiçik olur. Bu alqoritmlər rastr şəkil fayllarını, səs 
və video faylları sıxmaq üçün tətbiq edilir. 
Dönərli  sıxma  zamanı  informasiyanın  informativliyi,  yəni  informasion  strukturu 
qorunub saxlanır.  
 
2.6.4 Seriyalı kodlaşdırma üsulu ilə sıxma  
Bu  üsulda  təkrar  olunan  elementlər  üçün  sayğac  qoyulur.  Məsələn,  fərz  edək  ki, 
sıxılması tələb olunan informasiya: 44 44 44 11 11 11 11 01 33 ff 22 22 şəklindədir. Bu 
üsulla sıxılmış informasiya: 03 44 04 11 00 03 01 33 ff 02 22 kimi olacaqdır. Göründüyü 
kimi, 03 44 üç dənə 44 olduğunu, 04 11 isə dörd dənə 11 olduğunu göstərir. Əgər birinci 
bayt 00 şəklindədirsə, sayğac təkrar olunmayan baytları sayır ki, bizim misalda da bu, üç 
dənədir  (01  33  ff).  Buna  görə 00 03  baytlarından sonra 01  33 ff  gəlir, sonra isə  02  22 
baytları, yəni iki dənə 22 gəlir. 
Bu üsul rastr şəkilləri sıxmaq üçün münasibdir. 
Lakin bu üsul informasiyanı az sıxır. 
2.6.5 Haffmen alqoritmi  
Bu üsulda əvvəlcə bütün informasiya oxunur və təkrarlanan elementlər sayılır. Sonra 
bunlar üçün binar ağac qurulur. 
Haffmen alqoritmi ilə sıxmaya misal cədvəldə verilmişdir. 
Fərz edək ki, mətnə daxil olan simvolların təkrarlanması aşağıdakı kimidir:  
Simvol 






Təkrarlanma 
10 
20 
30 

25 
10 
Simvolları təkrarlanma tezliyinin azalması qaydasında çeşidləyək: 
Simvol 






Təkrarlanma 
30 
25 
20 
10 
10 

  
Bu cədvəl əsasında qurulmuş binar ağac aşağıdakı kimidir: 

 
23 
 
 Göründüyü kimi, son iki elementi (A və D) birləşdirib təkrarlanma tezliyi 15 (5+10) 
olan bir ―düyün‖ alırıq. Sonra bu düyünü F-lə birləşdirib təkrarlanma tezliyi 25 (15+10) 
olan  yeni  bir  ―düyün‖  alırıq.  Sonra  bu  düyünü  B  ilə  birləşdirib  təkrarlanma  tezliyi  45 
(25+20) olan daha bir ―düyün‖ alırıq. Sonra C və E elementlərini birləşdirib təkrarlanma 
tezliyi 55 (30+25) olan yeni bir ―düyün‖ alırıq. Sonra isə bu düyünləri birləşdirib (45+55) 
binar aşacın kökünü alırıq.  
Bu düyünlərin sol (yuxarı) qanadını 0-la, sağ (aşağı) qanadını 1-lə kodlaşdırırıq. 
Beləliklə: 
C=00 (2 bit) 
E=01 (2 bit) 
B=10 (2 bit) 
F=110 (3 bit) 
A=1101 (4 bit) 
D=1111 (4 bit) kimi kodlar alınır. 
Sıxma zamanı bu simvollar yeni kodları ilə yadda saxlanır və açma zamanı əvvəlki 
kodları bərpa olunur. 
Bundan  əlavə,  hesabi  kodlaşdırma,  Lempel-Ziv-Velç  (LZW)  alqoritmi,  ikipilləli 
kodlaşdırma (Lempel-Ziv alqoritmi) kimi sıxma metodları mövcuddur.  
Hal-hazırda PKPAK, ZİP, LHArc, LHA, ARJ, WinRAR kimi arxivator proqramları 
geniş tətbiq edilir. 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin