İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   2   3   4   5   6   7   8   9   ...   20

 
C=30 
E=25 
B=20 
F=10 
A=10 
D=5 
1



2



4



5



100 



 
24 
Bölmə 3. İnformasiya emalının texniki vasitələri 
3.1. Ədədi informasiya emalı qurğuları 
 
―Suanpan‖ adlı ilk ədədi informasiya emalı qurğusu bizim eranın 190-cı ilində Çində 
yaradılmışdır.  Bu  barədə  məlumat  Syuy  Yuenin  ―Şuşu  tcizii‖  adlı  kitabında  verilmişdir. 
Bu  qurğunu  12-ci  əsrdə  yaradılmış  indiki  ―çötkə‖nin  ulu  əcdadı  hesab  etmək  olar.  
―Çötkə‖  Rusiyaya,  bəzi  mənbələrə  görə,  14-cü  əsrdə,  digər  mənbələrə  görə  isə  17-18-ci 
əsrlərin qovşağında tacirlər tərəfindən gətirilmişdir.  
―Soroban‖
40
  adlı  ədədi  informasiya  emalı  qurğusu  1400-cü  ildə  Yaponiyada 
yaradılmışdır. Buna abak da deyilir. ―Soroban‖ orta əsrlərdə Çindən Yaponiyaya gətirilmiş 
―Suanpan‖  əsasında  düzəldilmiş  qurğudur.  ―Soroban‖  ən  müasir  kompüterlərlə  təchiz 
edilmiş  Yaponiyada  bugün  də  istifadə  edilir.  1500-cü  ildə  Leonardo  da  Vinçi  Yapon 
abakının modifikasiyası olan cəmləyici  qurğu düzəltmişdir. 10 dişli çarxlardan qurulmuş 
bu qurğu 13 mərtəbəli ədədləri cəmləyə bilirdi.  
1617-ci  ildə  Neper  hesab  əməllərinin  icrasını  asanlaşdıran  riyazi  tirlər  yığımı  ixtira 
etmişdir.  Tirlərin  üzərində  0-dan  9-dək  rəqəmlər  və  bunların  hasilləri  olan  ədədlər 
yazılmışdır.  Vurma  əməlini  icra  etdikdə,  üzərində  uyğun  rəqəmlər  yazılmış  tirlər  yanaşı 
elə  düzülür  ki,  tirlərin  yan  üzlərində  nəticə  görünür.  Bu  qurğu  ilə  bölmə  və  kvadrat 
kökalma əməllərini icra etmək mümkün idi.  
1622-ci ildə ingilis həvəskar-riyaziyyatçısı Uilyam Otred ədədi informasiyanın emalı 
üçün  dairəvi  loqarifm  xətkeşi  yaratdı.  Bunun  sadəliyinə  baxmayaraq  mürəkkəb 
hesablamalar aparmağa imkan verirdi. 
Şikkard 1623-cü ildə cəmləyici maşın yaratmışdır. Bu, 6 mərtəbəli ədədlər üzərində 4 
hesab əməlini yerinə-yetirirdi. 
1642-ci  ildə  Paskal  ədədi  informasiyanın  emalı  üçün  dişli  çarxlardan  yığılmış 
hesablayıcı maşın düzəltdi.  
1694-cü ildə Leybnis mexaniki kalkulyator yaratdı. 
1804-cü  ildə  Jozef  Mari  Jakkar  perfokartla  işləyən  toxucu  dəzgahı  düzəltdi. 
Perfokartlar seriyası naxışları təyin edirdi. Bu proqramlaşdırma tarixində ilk və çox vacib 
addım idi.  
                                                 
40
 Yaponca ―hesab taxtası‖ deməkdir.  

 
25 
1820-ci ildə Tomas arifmometri meydana çıxdı. Bu, Leybnis maşınının iş prinsipinə 
əsaslanan ilk seriyalı istehsal edilən hesablayıcı maşın idi. 
1830-cu ildə Bebbic ilk universal avtomat hesablayıcı maşın yaratdı. Bu maşın müasir 
EHM-lərin bütün əsas hissələrinə malik idi. 
1874-cü  ildə  Peterburqlu  mexanik  V.Odner  yeni  arifmometr  yaratdı.  ―Feliks‖ 
arifmometri Odner maşınının modifikasiyası idi.  
1983-cü  ildə  müxtəlif  növ  informasiyanın  emalı  üçün  universal  elektron  qurğunun 
yaradılması barədə məlumat verildi ki, bu qurğu da müasir fərdi kompüterlər idi. 
2000-ci  ildə  informasiya  emalının  ―ağılda‖  emalı  üçün  qurğu  yaradıldığı  barədə 
məlumat verildi.  
Bizim eradan əvvəl 500-4200 il əvvələ aid mağara divarlarında qrafik informaiyanın 
qeyd edilib saxlanması həyata keçirilmişdi. 
Hər şey ondan başladı ki, çoxmərtəbəli tam ədədləri maşında heç olmazsa, toplamaq 
(cəmləmək) mümkün olsun. 1500-cü ilə yaxın Leonardo da Vinçi 13 mərtəbəli cəmləyici 
qurğunun  eskizini    hazırladı.  İlk  cəmləyici  maşını  1642-cii  ildə  Blez  Paskal  yaratdı.  Bu 
maşın 8 mərtəbəli ədədləri cəmləyə bilirdi. O vaxtdan 250 il sonra, yəni 19-cu əsrin əvvə-
lində  bir-sıra  elm  sahələrinin,  o  cümlədən,  riyaziyyatın,  mexanikanın,  astronomiyanın, 
mühəndis  elmlərinin,  naviqasiyanın,  həmçinin  praktiki  fəaliyyət  sahələrinin  o  zamana 
qədər  görünməmiş  inkişafı  çoxsaylı  və  mürəkkəb  hesablamalar  aparılmasına  kəskin 
ehtiyac yaratdı ki, bu da müvafiq texnika ilə silahlanmamış insanın imkanı xaricində idi. 
Bu  mexaniki  hesablayıcı  qurğunun  yaradılması  və  təkmilləşdirilməsi  üzərində  həm 
dünyanın ən görkəmli alimləri, həm də adları tarixə düşməyən minlərlə istedadlı insanlar 
ömür sərf etmişlər. 
Hələ  20-ci  əsrin  70-ci  illərinədək  mağazalarda  mexaniki  arifmometrlər  və  onların 
yaxın qohumu olan elektromexaniki hesablayıcı maşınlar satılırdı. Bu maşınlar tamamilə 
başqa səviyyəli texnika olan və adi dildə EHM
41
 adlandırılan avtomatik rəqəm hesablayıcı 
maşınlarla (ARHM) uzun müddət yanaşı istifadə edilmişdi. 
ARHM-in  tarixi  20-ci  əsrin  birinci  yarısına  gedib  çıxır  və  ingilis  riyaziyyatçısı  və 
mühəndisi  Çarlz  Bebbicin  adı  ilə  bağlıdır.  Belə  ki,  1822-ci  ildə  Ç.Bebbic  ilk  ARHM-ın 
layihəsini  verdi  və  30  illik  təkmilləşdirmə  nəticəsində  ilk  ―analitik  maşın‖  yaradıldı. 
                                                 
41
 Hərçənd ki, bu adlar o qədər də uyğunlaşmırlar 

 
26 
―Analitik  maşın‖ın  yaradılması  prinsipləri  hesablayıcı  texnikanın  təməl  prinsiplərinə 
çevrildi. Bu prinsiplər aşağıdakılardan ibarətdir: 
1.
 
Əməliyyatların avtomatik icrası. 
2.
 
İşə buraxılan proqram üzrə işləmək. 
3.
 
Verilənlərin saxlanması üçün xüsusi qurğunun (yaddaşın
42
) olması. 
Əməliyyatların  avtomatik  icrası.  İrihəcmli  hesablamaların  icrası  üçün  təkcə  hər  bir 
hesab əməlinin cəld icrası əhəmiyyətli deyil, həm də bu əməllər arasında insan müdaxiləsi 
tələb  edən  fasilələr  olmamasıdır.  Halbuki,  müasir  kalkulyatorların  əksəriyyəti  hesab 
əməllərini kifayət qədər cəld icra etsə də, bu tələbə cavab vermir. Yəni icra edilən əməllər 
dayanmadan ardıcıl icra edilməlidir. 
İşə  buraxılan  proqram  üzrə  işləmək.  Əməliyyatların  avtomatik  icrası  üçün  proqram 
icraçı qurğuya əməliyyatların icra sürətinə bərabər sürətlə daxil edilməlidir. Bu məqsədlə 
Ç.Bebbic  proqramın  əvvəlcədən  perfokartlara
43
  yazılmasını  və  sonra  maşına  daxil 
edilməsini təklif etmişdi.  
Verilənlərin  saxlanması  üçün  xüsusi  qurğunun  (yaddaşın
44
)  olması.  Bu  inqilabi 
ideyalar  onların  mexaniki  texnika  əsasında  reallaşdırılmasının  mümkün  olmaması 
ucbatından  xeyli  gözləməli  oldu.  Belə  ki,  ilk  elektrik  mühərriki  50  il  sonra,  ilk  elektron 
lampası  isə  100  il  sonra  yaradıldı.  Ötən  100  il  ərzində  az  qala  tamamilə  unudulmuş  bu 
ideyalar növbəti 100 illikdə yenidən kəşf edildi.   
Avtomatik  fəaliyyət  göstərən  ilk  hesablayıcı  qurğu  20-ci  əsrin  ortalarında  meydana 
çıxdı. Bu, mexaniki konstruksiyalarla yanaşı, elektromexaniki relelərdən istifadə edilməsi 
sayəsində mümkün oldu. Releli maşınlar üzərində iş 20-ci əsrin 30-cu illərində başlandı. 
Bu  iş  1944-cü  ildə  amerika  riyaziyyatçısı  və  fiziki  Qovard  Aykenin  rəhbərliyi  altında 
İBM
45
 firmasında Ç.Bebbicin ideyalarına əsaslanan
46
 ―Mark-1‖ adlı maşının istehsalınadək 
davam  etdi.  Bu  maşında  ədədləri  təsvir  etmək  üçün  mexaniki
47
,  idarə  etmək  üçün  isə 
elektromexaniki  elementlərdən  istifadə  edilmişdi.  Ən  güclü  releli  maşınlardan  biri  olan 
                                                 
42
 Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı 
43
 O illərdə perfokartlar toxucu dəzgahların idarə edilməsi üçün istifadə edilirdi. 
44
 Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı 
45
 International Business Machines 
46
 Baxmayaraq ki, bu maşının yaradıcıları Ç.Bebbic ideyaları ilə tanış deyildilər.  
47
 sayğac təkərləri 

 
27 
―РВМ-1
48
‖ 50-ci illərdə SSRİ-də N.İ.Bessonovun rəhbərliyi altında yaradılmışdı ki, bu da 
kifayət qədər uzun 2-lik ədədlər üzərində saniyədə 20 vurma əməli icra edə bilirdi.  
Hesablayıcı texnikada əsl inqilab elektron qurğuların tətbiqi ilə baş verdi. Bu qurğular 
üzərində  iş  20-ci  əsrin  30-cu  illərinin  sonunda  eyni  vaxtda  ABŞ-da,  Almaniyada, 
İngiltərədə və SSRİ-də aparılmağa başladı. Bu illərdə radiotexniki qurğularda geniş tətbiq 
edilən  elektron  lampaları  ədədi  informasiyanın  emalı  və  saxlanması  üçün  texniki  təməl 
kimi istifadə edilməyə başladı.  
İlk fəaliyyət göstərən EHM ABŞ-da 1945-1946-cı illərdə istehsal edlmiş ENIAC oldu. 
Bu  maşının  adı  ingiliscə  ―elektron-ədədi  inteqrator  və  hesablayıcı‖  kimi  tərcümə  edilən 
sözlərin baş hərflərindən yaradılmışdı. Bu maşının yaradılması işinə 30-cu illərin sonunda 
Corc  Atanasov,  sonrakı  illərdə  isə  Con  Mouçli  və  Presper  Ekkert  rəhbərlik  etmişdilər. 
ENIAC  18  min  elektron  lampasından  və  çoxsaylı  elektromexaniki  elementlərdən 
qurulmuşdu.  Enerji  tələbatı  150  kvt  idi  ki,  bu  da  çox  da  böyük  olmayan  bir  zavodun 
tələbatı qədərdir. 
Praktiki  olaraq  eyni  zamanda  Böyük  Britaniyada  da  EHM  yaratmaq  üzərində  iş 
gedirdi.  Bu  iş,  ilk  növbədə,  Allan  Türinqin  adı  ilə  bağlı  idi.  A.Türinq  alqoritmlər 
nəzəriyyəsi və kodlaşdırma nəzəriyyəsi sahələrində görkəmli xidmətlər göstərmiş məşhur 
riyaziyyatçı idi. 1944-cü ildə Böyük Britaniyada ―Koloss‖ adlı maşın yaradıldı.  
Bu və digər ilk EHM-lər sonrakı kompüterlərin konstruktorlarının nöqteyi-nəzərindən 
çox  mühüm  keyfiyyətə  malik  deyildilər.  Belə  ki,  bu  maşınlarda  proqram  yaddaşda 
saxlanmırdı. Olduqca mürəkkəb kommutasiyaedici xarici qurğularda yığılırdı. 
Elektron-hesablayıcı  texnikanın  inkişafının  ilk  mərhələsində  görkəmli  amerika 
riyaziyyatçısı Con fon Neyman nəzəri və praktiki cəhətdən böyük xidmətlər göstərmişdir. 
Belə  ki,  ―fon  Neyman  prinsipləri‖  ömürlük  tarixə  düşmüşdür.  Bu  prinsiplər  EHM-lərin 
klassik  (fon  Neyman)  arxitekturasını  törətdi
49
.  Əsas  prinsiplərdən  biri,  yəni  proqramın 
                                                 
48
 РВМ - Релейная вычислительная машина 
49
 
Fon Neyman maşını aşağıdakı prinsiplərə əsaslnır: 
-Kompüter bir-neçə əsas qurğulardan ibarət olmalıdır; 
-İnformasiya xüsusi yaddaş qurğusunda saxlanmalıdır; 
-Verilənlər yaddaşda ikilik ədədlər şəklində saxlanmalıdır; 
-Hesab və məntiq əməlləri hesab-məntiq qurğusunda icra edilməlidir; 
-Proqramın icrasına nəzarət idarəetmə qurğusu vasitəsi ilə həyata keçirilməlidir
-Proqram verilənlərlə birgə yaddaş qurğusunda saxlanmalıdır; 
-İnformasiyanın daxil edilməsi və çıxarılması üçün giriş-çıxış qurğusu olmalıdır. 
Müasir kompüterlərin əksəriyyəti fon Neyman prinsipləri əsasında qurulmuşdur. 

 
28 
saxlanması  prinsipi  ―proqramın  da  verilən  kimi,  maşın  yaddaşında  saxlanmasını‖  tələb 
edir. İlk belə maşın 1949-cu ildə Böyük Britaniyada yaradılan EDSAC  adlı maşın oldu. 
1970-ci  illərədək  SSRİ-də  yaradılan  EHM-lər  son  dərəcə  məxfi  strateji  məhsul 
sayılaraq  ətraf  dünyadan  tamamilə  izolə  olunmuş  halda  istehsal  edilirdi.  80-ci  illərdən 
məxfilik  bir  qədər  yumşaldıldı  və  köhnə  EHM  modelləri  idxal  edilməyə  başladı.  Hal-
hazırda ABŞ və Yaponiya yeni kompüter modellərinin hazırlanması və istehsalını məxfilik 
rejimində həyata keçirir. 
SSRİ-də  istehsal  edilən  ilk  EHM
50
  1951-ci  ildə  akademik  S.A.Lebedevin  rəhbərliyi 
altında  yaradıldı.  60-cı  illərin  ortalarında  SSRİ-də  yaradılan  BESM-6
51
  adlı  EHM  öz 
dövrünün ən güclü EHM-i olaraq uzun müddət müdafiə, kosmik tədqiqatlar, elmi-texniki 
tədqiqatlar  sahələrində  baza  maşın  kimi  istifadə  edildi.  Həmin  illərdə  İ.S.Bruk, 
M.A.Karsev, B.İ.Rameev, V.M.Qluşkov, Y.A.Brazilevcki kimi konstruktor və informatika 
nəzəriyyəçilərinin  rəhbərliyi  ilə  ―Minsk‖,  ―Ural‖,  ―M-20‖,  ―Mir‖  və  s  EHM-lər  istehsal 
edildi. 
3.2 İnformasiya emalının instrumental vasitələrinin inkişafı 
 
Mübaliğəsiz  demək  olar  ki,  XIX  əsrin  son  qərinəsi  ilə  XX  əsrin  sonu  arasındakı 
müddər çoxsaylı irili-xırdalı inqilabların ―beşiyi‖ olmuşdur. Belə ki, XIX əsrin sonu, XX 
əsrin  əvvəlində  sənaye  inqilabı  baş  vermiş,  Birinci  Dünya  müharibəsi  sosial  inqilablar 
dalğası  yaratmış,  Dünya  təlatümə  gəlmişdir.  İkinci  Dünya  müharibəsi  və  sonrakı  illər 
iqtisadiyyatın  inkişafı,  nüvə  və  mikromolekulyar  fizika,  bərk  cisim  elektronikası 
sahələrində  aparılan  tədqiqatlar,  ilk  hesablayıcı  sənaye  qurğularının  yaradılması  sənaye 
inqilabı  yaratdı  ki,  bu  da  XX  əsrin  son  rübündə  informasiya  texnologiyalarının  güclü 
inkişafı  üçün  münbit  zəmin  yaratdı.  Yəni,  1900-1920-ci  illərdə  sənaye  inqilabı,  1920-
1940-cı  illərdə  sosial  inqilablar,  1940-1975-ci  illərdə  sənaye  qurumları  inqilabı,  1975-
2000-ci illərdə informasiya inqilabı baş vermişdir.  
Ötən əsrin sonunu bürüyən keyfiyyət dəyişiklikləri çoxəsrlik tarixə malik idi. 
Hesablayıcı texnika müasir inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. Bu günədək 
4 nəsil və bunadək uzun tarixi müddət keçmişdir. 
                                                 
50
 МЭСМ -«малая электронно-счетная машина»
 
51
 
БЭСМ-6 - «большая электронно-счетная машина, 6-я модель»
 

 
29 
3.2.1 EHM-ə qədərki tarixi dövr. Ən qədim hesab aləti təbiətin insana bəxş etdiyi əl 
barmaqlarıdır.  Ədəd  və  fiqur  anlayışları  gerçək  dünyadan  götürülmüşdür.  10  barmaqla 
saymaq  ilk  hesab  əməli  olmuşdur.  Əlbəttə,  bunu  yaradıcılığın  məhsulu  hesab  etmək 
düzgün  olmazdı.  Bir-çox  dillərdəki  say  adları  göstərir  ki,  ibtidai  insanın  saymaq  aləti 
əsasən onun əl barmaqları olmuşdur. Təsadfi deyil ki, qədim ruslar təklik rəqəmi ―перст‖ 
(barmaq),  onluq  ədədi  ―состав‖  (tərkib),  bütün  qalan  sayları  ―сочинение‖  (qurama) 
adlandırmışlar. Bir-çox xalqlar əl mənasını ―beş‖ sözünə yükləmişlər. Məsələn, malaylar 
―lima‖dedikdə, həm əl, həm də ―beş‖ nəzərdə tuturlar. Barmaqlar əsasında 5-lik,10-luq və 
20-lik  say  sistemləri  yaradılmışdır.  Bir  sıra  xalqlar  hələ  də  barmaq  hesabı  saylardan 
istifadə edirlər. Barmaq hesabı Romada da geniş yayılmışdı. 
Barmaq hesabı ilə yanaşı, ən qədim dövrlərdən ilk hesablama alətləri də yaranmağa 
başlamışdı. Buna misal, naxışlı (oymalı) çubuqlar
52
 və düyünlü qaytanlar (iplər) göstərilə 
bilər. Lakin bu üsullar və vasitələr ticarətin inkişafı ilə bağlı hesablamalara artan tələbatı 
ödəmək iqtidarında deyildi. Yazılı hesablamanın inkişafına 2 cəhət mane olurdu. Əvvəla, 
yazı  üçün  işlədilən  gil  və  mum  lövhələr  bu  işə  yaramırdı.  İkincisi  də,  o  dövrdə  istifadə 
edilən  say  sistemləri  ilə  hesab  əməlləri  aparmaq  çətin  idi.  Odur  ki,  ―abak‖  deyilən  ilk 
hesab  aləti  yaradıldı.  Bu,  bizim  eradan  əvvəl  500-cü  ilə  təsadüf  edirdi.  Abak  müasir 
çötkənin ulu əcdadı hesab olunur. Bu barədə yuxarıda ətraflı məlumat verilmişdir. 
3.2.2 EHM nəsilləri.  
1943-cü  il.  Amerikalı  Qovard  Aykenin  rəhbərliyi  və  IBM  firmasının  sifarişi  və 
dəstəyi ilə Mark-1 adlı ilk proqramla idarə edilən kompüter yaradıldı. Bu, elektromexaniki 
relelər üzərində qurulmuşdu. Verilənlərin emalı proqramları perfolentdən daxil edilirdi. 
1945-ci  il.  Amerikalı  Con  fon  Neyman  ―Eniak  maşını  barədə  ilkin  məruzə‖  adlı 
hesabatda  müasir  proqramla  idarə  edilən  kompüterin  iş  prinsiplərini  və  komponentlərini 
elan etdi. Bu komponentlər aşağıdakıla idi: 
-hesab-məntiq qurğusu; 
-idarəetmə qurğusu; 
-yaddaş; 
-informasiyanın daxil edilməsi və çıxarılması qurğusu. 
                                                 
52
  Yaxın  illərədək  çobanlar  otardıqları  qoyun  sürüsünün  sayını  və  tərkibini  çomaq,  qamçı  sapı  və  s. 
üzərinə naxışlara bənzər xüsusi yazı formasında qeyd edirdilər. Bəzi kəndlərdə indi də qonşular süd xapı 
edərkən  divarda,  kərəndə,  dirəkdə  və  s.  yanaşı  şaquli  xətlər  çəkmək,  xapı  qaytardıqca  həmin  xətlərin 
üstündən çəpəki xətt çəkmək üsulundan istifadə edirlər (İ.M.) 

 
30 
 Bu  günədək  istehsal  edilən  kompüterlərin  böyük  əksəriyyəti  fon  Neyman 
arxitekrturası ilə buraxılır. 
1946-cı  il.  Amerikalı  Con  Presper  Ekert  və  Con  Uilyam  Moçli  Mark-1  maşınından 
1000 dəfə sürətli olan ―Eniak‖
53
 adlı ilk güclü elektron-rəqəm kompüterini yaratdılar. 
1956-cı  il.  Yüksək  səviyyəli  ilk  alqoritmik  dil  olan  FORTRAN  yaradıldı.  Bu  dil, 
əslində,  1954-cü  ildən  1957-ci  ilədək  Con  Bekusun  rəhbərliyi  altında  IBM 
korporasiyasında proqramçılar qrupu tərəfindən yaradılmışdı
54
. FORTRAN adı FORmula 
TRANslator sözlərindən yaradılmış və düsturların tərcüməçisi deməkdir. Bu dil bu gün də 
elmi və mühəndis hesablamalarının aparılmasında geniş istifadə edilir. 
1958-ci il. Amerikalı Cek Kilbi ilk inteqral sxem qurdu. 
1960-cı il. ALQOL-60 alqoritmik dili yaradıldı. 
1963-cü  il.  Dartmut  kollecinin  professorları  Tomas  Kurt  və  Con  Kemeni  BASİC
55
 
adlı alqoritmik dil işləyib hazırladılar. Bu dil proqramlaşdırmanı öyrətmək üçün nəzərdə 
tutulmuşdu. 
1964-cü il. Aprelin 7-də IBM firması System-360 kompüterləri ailəsinin yaradılması 
barədə  elan  verdi.  Bu,  kompüterlərin  unifikasiyası,  birgəliyi  və  standartlaşdırılması 
yolunda  ən  mühüm  addım  idi.  Həmin  ildə  nəşr  edilən  elmi  məqalələrdə  ilk  dəfə  ―fərdi 
kompüter‖ termini işlədilmişdi.  
1970-ci il. İsveçrəli Niklaus Virt Paskal adlı proqramlaşdırma dili işləyib hazırladı ki, 
bu da sonra proqramlaşdırmanın öyrədilməsində geniş tətbiq edildi. 
1971-ci  il.  Intel  firmasının  mühəndisi  Ted  Xoffun  rəhbərliyi  altında  4  mərtəbəli 
(4004)  ilk  mikroprosessor  yaradıldı  ki,  buna  da  ―bir  kristalda  yaradılmış  kompüter‖ 
deyirdilər.  Bu  mikroprosessor  2250  tranzistordan  yığılmışdı  və  universal  kompüterin 
mərkəzi prosessorunun bütün funksiyalarını icra edə bilirdi. 
1974-cü  il.  İntel  8080  prosessoru  bazasında  yaradılmış  ―Altair‖  adlı  ilk  mik-
rokompüter  bazara  çıxarıldı.  Hər  bir  alıcıya  maşın  təklif  edən  Albukerk  şəhərindən  olan 
kiçik MİTS şirkəti İBM və DEC firmalarının şahlıq etdiyi bazarın sakit həyatını pozdu. 
1975-ci il. Pol Allen və Bill Qets adlı iki tələbə Altair adlı fərdi kompüter üçün Basic 
dilinin  interpretatorunu  hazırladılar.  Bu  gün  fərdi  kompüterlərin  proqram  təminatı  üzrə 
                                                 
53
 ENIAC - Electronic Numerical Integrator and Calculator 
54
 1945-ci ildə Plankalkul adlı dil ixtira edilsə də, 2000-ci ilədək reallaşdırıla bilmədi. 
55
  BASIC  -  Beginner's  All-purpose  Symbolic  Instruction  Code -  универсальный  код  символических 
инструкций для начинающих; Basic - основной, базовый) 

 
31 
nəhəng  istehsalçıya  çevrilmiş  məşhur  Microsoft  şirkətinin  təməlini  həmin  tələbələr 
qoymuşlar. Həmin dövrdə MOP-technoloqy 6502 adlı mikroprosessor yaradıldı ki, bu da 
4300  tranzistordan  yığılmışdı  və  o  dövrün  fərdi  kompüterlərində  geniş  istifadə  edilirdi. 
IBM firması ilk lazer printerlərdən biri olan IBM 3800 adlı printeri bazara çıxardı. 
1977-ci  il.  Bu  ildə  6502  prosessoru  bazasında  Apple-2  (Apple  komputer),  8088 
prosessoru  bazasında  PET  (Commodore)  və  Z80  prosessoru  bazasında  TRS-80  (Tendy 
Corporation) adlı üç fərdi kompüter kütləvi istehsala buraxıldı. 
1983-cü  il.  Apple  Computer  firması  Apple  Lisa  adlı  ―mış‖-la  idarə  edilən  ilk  fərdi 
kompüter  qurdu.  Həmin  ildə  çevik  disklərin  (disketlərin)  kütləvi  istifadə  edilməsinə 
başlandı.  
1985-ci il. Microsoft firması Windows 1.01 qrafik interfeysi əsasında fərdi kompüter 
üçün çoxməsələli əməliyyat mühiti yaratmağa ilk cəhd etdi. 
1988-ci  il.  Apple  firmasının  banisi  Stiv  Cobs  özünün  Next  Computer  adlı  yeni 
firmasında  Next  adlı  kompüter  və  Next  Step  adlı  əməliyyat  sistemi  yaradılmasına  nail 
oldu.  Philips  firması  CD-I  (CD-Interactive)  kompakt-disk  üçün  yazı  standartı  işləyib 
hazırladı. 
1989-cu  il.  Tim  Berners-Li
56
  ―bəşəri  biliyin  birləşdirilməsi‖  məqsədi  ilə 
―Ümumdünya  hörümçək  toru‖  (World  Wide  Web  -  WWW)  adlandırdığı  paylanmış 
informasiya  sistemi  konsepsiyasını  təklif  etdi.  Bunun  yaradılması  üçün  iki  mövcud 
texnologiyanı  –  verilənlərin  ötürülməsi  üçün  IP-protokollar  texnologiyası  ilə  hiper-mətn 
texnologiyasını (Hypertext Technology) birləşdirdi.  
1991-ci il. Hiper-mətnə baxış üçün əmr sətri rejimində işləyən ilk kompüter proqramı 
– brauzer ((Browser) yaradıldı. Bunun tətbiqi 1992-ci ildə son yekunda bütün planeti əhatə 
edən  ―tikişsiz  informasiya  mühiti‖  (Seamless  Informational  Area)  yaradılmasına 
yönəldilmiş layihənin uğurla icrasına imkan verdi. 
1993-cü  il.  Intel  firması  Pentium  mikroprosessorunu  təqdim  etdi.  Siemens  firması 
özünün  ―Synapse1‖  adlı  neyrokompüterini  təqdim  etdi  ki,  bunun  da  gücü  8000  işçi 
stansiyanın  gücünə  ekvivalentdir.  Bu  kompüter  süni  neyronlar  şəbəkəsindən  aldığı 
informasiyanın paralel emalını həyata keçirir. Sözü gedən neyrokompüter şəklin  və niqtin 
tanınması üzrə həll edilən məsələlər üçün ideal qurğudur. 
                                                 
56
 Tim Berners-Lee, Conseil Europeen pour la Recherche Nucleaire - CERN, Женева 

 
32 
1995-ci il. Fərdi  kmpüterlərin proqram  təminatı sahəsində dünyəvi  hadisə baş  verdi: 
Windows-95  adlı  çoxməsələli  universal  əməliyyat  sistemi  yaradıldı.  1995-ci  ilin 
sentyabrında  buraxılmış  Windows-95  əməliyyat  sistemi  IBM  PC  kompüterləri  üçün  ilk 
qrafik interfeysli əməliyyat sistemi oldu. Sonra bu inkişaf etdirilərək Windows-98-ə, daha 
sonra  isə  növbəti  versiyalara  çevrildi.  Aparat-proqram  təminatı  istehsalçıları  qovşaq  və 
qurğuları  elə  düzəldirlər  ki,  Windows  əməliyyat  sistemi  ilə  uyuşan  olur.  Yəni  indiki 
kompüterlərə  istənilən  qurğunu  qoşmaq  heç  bir  problem  yaratmır.  Microsoft  firması 
özüsazlanan qurğular üzrə yeni standart
57
 daxil etdi. 
1996-cı  il.  Hər  bir  sonrakı  EHM  nəslinə  aid  olan  maşınlar  əvvəlkilərdən  daha  cəld, 
daha  etibarlı,  daha  ucuz  və  daha  kiçik  qabaritli  olmaqla,  daha  mükəmməl  giriş-çıxış 
qurğularına malik idi. Kompüter insanın informasion funksiyalarının texniki modeli kimi 
qəbul  edildiyindən,  giriş  qurğuları  görmə,  eşitmə  və  taktil-toxunma  kimi  təbii  dərketmə 
kanallarına  yaxınlaşdırılmaq  istiqamətində  inkişaf  etdirilir.  Buna  görə  də  kompüterdə  iş 
günü-gündən daha münasib şəkil alır. 
XX  əsrin  son  rübündə  sənaye  EHM-ləri,  sonra  isə  fərdi  kompüterlər  çoxfunksiyalı 
idarəedici  sistemlərin  və  informasiya  sistemlərinin  yaradılmasının  aparat-hesablayıcı 
təməlini təşkil etdi. 
Aşağıdakı cədvəldə elektron-hesablayıcı qurğuların müxtəlif nəsillərinin parametrləri 
verilmişdir: 
 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin