İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   2   3   4   5   6   7   8   9   ...   20

 
3.6. Kompüterin aparat həlli 
Müasir  fərdi  kompüter  stolüstü  (desktop),  portativ  (notebook)  və  cibdəgəzdirilən 
(handheld) variantlarda yaradılmışdır. 
3.6.1  Kompüterin  sistem  bloku.  Stolüstü  kompüterin  bütün  əsas  komponentləri
82
 
sistem  blokunda  yerləşir.  İnformasiya  mübadiləsi  üçün  magistral  da  sistem  bolkunda 
reallaşdırılmışdır.  Prosessorun  və  operativ  yaddaşın,  həmçinin  xarıci  qurğuların 
kontrollerlərinin qoşulması üçün qovşaqlar da sistem blokundadır. 
3.6.2  Prosessorun,  sistem  şini  və  periferya  qurğuları  şininin  tezliyi.  Kompüterin 
müxtəlif  komponentlərinin  sürəti  bir-birindən  kəskin  fərqlənir.  Bu  qurğuları  bir-birinə 
uyğunlaşdırmaq  üçün  sistem  platasında  xüsusi  mikrosxemlər  (çipsetlər)  quraşdırılmışdır. 
Çipsetlərdə ―şimal körpüləri‖ deyilən operativ yaddaş kontrollerləri və ―cənub körpüləri‖ 
adlanan periferiya qurğularının kontrollerləri yerləşir. ―Şimal körpüsü‖ sistem şini vasitə-
silə prosessorla operativ yaddaş arasında informasiya  mübadiləsi yaratmağa imkan  verir. 
Prosessorda  daxili  tezlik  hasilinidən  (vurulmasından)  istifadə  edildiyindən,  prosessorun 
tezliyi  sistem  şininin  tezliyindən  bir  neçə  dəfə  artıq  olur.  Müasir  kompüterlərdə 
prosessorun tezliyi sistem şininin tezliyindən 10 dəfə çoxdur. Məsələn, prosessorun tezliyi 
1 QHs, sistem şininin tezliyi 100 MHs-dir
83
.   
3.6.3  Xarici  (uzunmüddətli)  yaddaş.  Kompüterin  xarici  yaddaş  qurğusunun  əsas 
vəzifəsi  böyük  həcmli  informasiyanı  (proqramları,  sənədləri,  audio-video  klipləri  və  s.) 
                                                 
82
 
prosessor və operativ yaddaş quraşdırılmış sistem platası, sərt və çevik disk yığıcıları, CD-ROM və s.
 
83
 
Dərslikdə yer alan bu tip göstəricilər sadəcə təsəvvür yaratmaq üçündür. Çünki bu göstəricilər böyük 
sürətlə dəyişəndir.
 

 
42 
uzun  müddət  saxlamaqdan  ibarətdir.  İnformasiyanı  yazıb  oxuyan  qurğuya  yığıcı  və  ya 
diskovod deyilir. İnformasiyanı saxlayan qurğuya (məsələn, disketə) isə daşıyıcı deyilir. 
3.6.4  İnformasiyanın  yazılıb  oxunmasının  maqnit  prinsipi.  Çevik  və  sərt  maqnit 
disklərindəki  (vinçesterdəki)  yığıcılar  ferromaqnitə  əsaslanır.  Lazımi  şəraitdə  bu  disklər 
informasiyanı 10 illər boyu saxlaya bilir. 
3.6.4.1  Çevik  maqnit  diskləri.  Bunlar  plastik  kütlədən  hazırlanmış  korpus  daxilində 
quraşdırılmış  fırlanan  maqnit  diskləri  idi,  informasiyanı  bir  kompüterdən  digərinə 
köçürmək üçün istifadə edilirdi. 
3.6.4.2  Sərt  maqnit  diskləri  (vinçester).  Vincester  dəmir  korpus  daxilində  bir  ox 
üzərində  yerləşdirilmiş  böyük  sürətlə  fırlana  bilən  çoxsaylı  maqnit  diskləri  paketidir. 
Vinçesterin tutumu 150 Qbayta çatır. Yazıb oxuma sürəti saniyədə 133 Mbayt təşkil edir. 
Fırlanma sürəti dəqiqədə 7200 dövrdür. 
3.6.5 İnformasiyanın yazılıb oxunmasının optik prinsipi.  CD-ROM və DVD-ROM  
kimi lazer diskovodları optik prinsiplə işləyir. CD-ROM 650 Mbayt informasiya tutumuna 
malikdir.  Saniyədə  150  Kbayt  informasiya  oxuya  bilir.  52  sürətli  CD-ROM-lar  adi  CD-
ROM-lardan 52 dəfə sürətlə (saniyədə 7,8 Mbayt) oxuyur.  DVD-ROM   17 Qbayt həcmə 
malikdir.  
3.6.6  Flash-yaddaş.  Bu  enerjidən  asılı  olmayan  yaddaş  növüdür.  İnformasiyanı 
mikrosxemə yazır. 
3.7. Aparat platformalarının növləri 
Kompüterlər  əsas  etibarı  ilə  kəmiyyət  xarakteristikaları
84
  ilə  bir-birindən  fərqlən-
dirilir.  Bu  xarakteristikalar  üzrə  kompüterlər  4  sinfə  bölünür:  mikro  kompüterlər,  mini 
kompüterlər, iri kompüterlər (maynfreymlər) və super kompüterlər.  
Müasir  fərdi  kompüterlər,  noutbuklar,  serverlər  və  işçı  stansiyalar  mini  kompüter 
sayılır.  Mini  kompüterlərin  bir  qismi  ixtisaslaşdırılmış  kompüterlərdir.  Məsələn,  kassa 
aparatları, avtomobillərdəki kompüterlər, istehsalatda texnoloji xətləri idarə edən kompü-
terlər ixtisaslaşdırılmış maşınlardır. Serverlər irihəcmli informasiya saxlayan və çoxsaylı 
istifadəçilərə xidmət göstərən mini kompüterlərdir. Yüksək məhsuldarlığa malik stolüstü 
kompüterlər  işçi  stansiya  adlanır.  Bunlar  peşəkar  istifadəçilər  (proqramçılar)  üçündür. 
                                                 
84
 
operativ və xarici yaddaşların həcmi, prosessorun sürəti
 

 
43 
Fərdi  kompüterlər  həm  peşəkar,  həm  də  peşəkar  olmayanlar  üçün  nəzərdə  tutulmuş 
stolüstü mini kompüterdir. 
İri kompüterlər (maynfreymlər) ümumi təyinatlı, çox güclü, çoxmaşınlı hesablayıcı 
sistemlərdir. Bunlar gecə-gündüz fasiləsiz iş rejimində işləyir.  
Super  kompüter  əməliyyat  sistemi  (ƏS)  üçün  vahid  bütöv  maşın  kimi  təsəvvür 
olunan maşınlar şəbəkəsidir. 
 
3.8. Kompüterin təşkili və fəaliyyəti 
Müasir  fərdi  kompüterlərin  arxitekturası  magistral-modul  prinsipinə  əsaslanır. 
Modul prinsipi kompüterin konfiqurasiyasını dəyişməyə imkan verir. Kompüterin modul 
təşkili  isə  magistral  prinsipə,  yəni  qurğulararası  informasiya  mübadiləsinin  şin  vasitəsi 
ilə ötürülməsinə əsaslanır. 
Arxitektura dedikdə,  kompüteri təşkil edən  qurğular, onların qarşılıqlı əlaqələri  və 
bu  əlaqələrin  qurulması  qaydaları  çoxluğu  nəzərdə  tutulur.  Başqa  sözlə,  arxitektura 
dedikdə, kompüterin quruluşu, ayrı-ayrı qurğularının xarakteristikaları, yaddaşa və xarici 
qurğulara  müraciət  üsulları,  maşın  əmrləri  sistemi,  əmrlərdə  istifadə  edilən  verilən 
formatları və s. ön plana çəkilir. 
Kompüterin  əsas  qurğuları  prosessor  və  yaddasdır.  Kompüterin  hesablama  imkanı 
məhz  bu  iki  qurğunun  qarşılıqlı  fəaliyyəti  ilə  təyin  olunur.  Verilənləri  prosessordan 
yaddaşa və əksinə ötürən rabitə xətlərinə şin deyilir. Şinlər 4 cürdür: verilən şini, ünvan 
şini,  idarə  şini  və  qidalanma  (cərəyan)  şini.  Kompüter  qurğularını  əlaqələndirən  şin 
ümumi  şin  adlanır.  Bundan  əlavə,  köməkçi  şinlər  də  vardır  ki,  bunlara  da  lokal  şinlər 
deyilir. 
Kompüter bloklarını birləşdirən rabitə sistemi maşındaxili sistem interfeysi adlanır.  
Prosessor külli miqdarda elektron mikrosxemlərin mikroskopik həcmdə cəmləşdiril-
diyi  bir  qurğudur
85
.  Dünyada  prosessor  qədər  mürəkkəb  qurğu  yoxdur.  Kompüter 
sənayesinin tərəqqisi prosessorun təkmilləşdirilməsi
86
 ilə bağlıdır. 
Prosessorun sürətini müəyyən edən ən mühüm xarakteristika takt tezliyidir ki, bu da 1 
saniyədəki taktların sayını ifadə edir. Takt dedikdə, kompüter düyünlərinin işini sinxron-
                                                 
85
 
Pentium  4-də  42  milyon  funksional  element  var.  Hər  element  0,13  mikrondur.  1  mikron  1  metrin 
milyonda biridir.
 
86
 
icra edilən funksiyaların artırılması, həcmin kiçildilməsi, əməliyyat sürətinin artırılması, iş etibarlılı -
ğının yüksəldilməsi
 

 
44 
laşdıran takt tezliyi generatorunun hasil etdiyi iki ardıcıl impuls arasındakı zaman kəsiyi 
başa düşülür. Prosessorun icra etdiyi hər bir əməliyyata (məsələn, cəmləməyə)  müəyyən 
sayda  taktlar  ayrılır.  Takt  tezliyi  çox  olan  prosessor  daha  sürətli  və  məhsuldardır.  Takt 
tezliyi  meqahers  (MHs)  və  qiqaherslə  (QHs)  ölçülür.  1  MHs  1  saniyədə  1  milyon  takta 
bərabərdir.  Son  20  ildə  takt  tezliyi  500  dəfə  artırılaraq  5  MHs-dən
87
  2,4  QHs-ə
88
 
çatdırılmışdır.  
Prosessorun məhsuldarlığını ifadə edən digər xarakteristika onun mərtəbəliliyidir. Bu, 
prosessorun  bir  dəfəyə  emal  edib  ötürdüyü  2-lik  mərtəbələrin  sayını  ifadə  edir. 
Prosessorun  mərtəbəliliyi  64/36  şəklində  yazılıbsa,  bu,  o  deməkdir  ki,  prosessorun 
verilənlər şini 64 mərtəbəli, ünvan şini 36 mərtəbəlidir.  
Prosessorun  məhsuldarlığı  inteqral  xarakteristikadır.  Çünki  bu,  tezlikdən,  mərtə-
bəlilikdən  və  arxitekturadan  (keş-yaddaşın  olub-olmamasından)  asılı  göstəricidir. 
Prosessorun  məhsuldarlığı  CD-ROM-dan  yüklənən  SiSoftware  Sandra  adlı  testləşdirmə 
proqramının köməyi ilə təyin edilir. 
Nisbətən  daha  cəld  yaddaş  növü  olan  prosessor  registrləri  prosessorun  daxilində 
yerləşir. 
Müasir kompüterlər açıq sistem ideologiyası ilə yaradılır. Yəni, kompüter qurğuları 
kifayət qədər sərbəst fəaliyyət göstərən müəyyən funksiyalar icraçılarıdır. Qurğuları bir-
birinə  qoşan  hissə  həmin  qurğunun  interfeysi  adlanır.  İnterfeysin  reallaşdırdığı  qayda 
protokol  adlanır.  Bəzən  interfeys  dedikdə,  qoşqu  ilə  yanaşı,  həm  də  protokol  nəzərdə 
tutulur.  Eyni  qurğu  üçün  bir  neçə  protokol  ola  bilər.  Kompüter  daxilindəki  rabitə 
kanallarında  siqnallar  yalnız  rəqəm  formasında,  1  və  0-ları  kodlaşdıran  impulslar 
şəklində ötürülür. 
Müxtəlif  cür  periferiya  qurğuları  mövcuddur.  Fərdi  kompüterin  periferiya 
avadanlığına:  klaviatura,  mış,  skaner,  manitor,  printer,  plotter  (qrafquran),  vinçester, 
diskovod,  CD-ROM,  səsucaldan,  şəbəkə  çıxışı  aiddir.  Kompüterin  qurğuları  şinə 
kontroller  və  ya  adapter  vasitəsilə  qoşulur.  Kontroller  və  adapterlərin  öz  prosessoru 
vardır. Yəni, bunlar faktiki ixtisaslaşdırılmış mikrokompüterlərdir. 
Bütün iş operativ yaddaşda gedir. Odur ki, kompüter cərəyana qoşulan kimi bütün 
lazımi informasiyanın üzü vinçesterdən operativ yaddaşa köçürülür.  
                                                 
87
 1978-ci ildə istehsal edilmiş 8086 prosessoru  
88
 2002-ci ildə istehsal edilmiş Pentium 4 prosessoru 

 
45 
3.8.1 Mərkəzi prosessor. Bu, informasiyanı emal edən qurğudur. Operativ yaddaşa 
gətirilmiş  maşın  proqramı  prosessorun  başa  düşəcəyi  əmrlər  ardıcıllığı  olduğundan, 
prosessor  həmin  əmrləri  növbə  ilə  yerinə  yetirir.  Əmrdə  göstərilir  ki,  ilkin  verilən 
haradan  götürüləcək,  üzərində  hansı  əməliyyat  aparılacaq,  nəticə  haraya  yerləşdirilə-
cəkdir. Prosessor aşağıdakı funksiyaları icra edir: 
 
əmri operativ yaddaşdan oxuyub deşifrasiya
89
 edir; 
 
veriləni operativ yaddaşdan və giriş-çıxış portlarından oxuyur; 
 
veriləni operativ yaddaşa yazır və ya giriş-çıxış portlarına göndərir; 
 
xarici qurğu adapterlərindən müraciət və əmrləri qəbul edib işləyir; 
 
kompüterin bütün qurğularını idarə etmək üçün siqnallar hasil edir. 
Prosessor  2  hissədən  ibarətdir:  əməliyyat  hissəsi  və  interfeys  hissəsi.  Əməliyyat 
hissəsi idarə qurğusundan, hesab-məntiq qurğusundan və prosessor yaddaşından (ümumi 
təyinatlı registrlərdən) ibarətdir.  İnterfeys hissəsi şin və portların idarə edilməsi mikro-
sxemlərindən və ünvan və əmr registrlərindən təşkil edilir. İdarə qurğusu prosessorun ən 
mürəkkəb hissəsidir. İdarə qurğusu aşağıdakı funksiyaları icra edir: 
 
operativ yaddaşdakı icrası tələb olunan növbəti əmrin ünvanını ünvan registrindən 
seçir; 
 
operativ yaddaşdan növbəti əmri seçir; 
 
əməliyyat  deşifratorunun  köməyi  ilə  əmrin  kodunu  təhlil  edib  əmrdə  nəzərdə 
tutulan əməliyyatı və onun əlamətini identifikasiya
90
 edir; 
 
seçılmiş  əməli  icra  edən  mikropoqramı  prosessordan  oxuyub  lazımi  idarəedici 
siqnallar hasil edir; 
 
operativ  yaddaşdakı  əməl  operandlarının
91
  ünvanlarını  oxuyub  ümumi  təyinatlı 
registrlərə yazır; 
 
əməli icra edir; 
 
nəticəni operativ yaddaşa yazır; 
 
növbəti əmrin ünvanını formalaşdırır. 
                                                 
89
 
əks tərcümə
 
90
 
adlandırma
 
91
 
parametrlərinin
 

 
46 
Hesab-məntiq  qurğusu  hesab  və  məntiq  əməllərinin  icrası  üçündür.  Bu  işin  icrası 
üçün əməl operandları əvvəlcədən ümumi təyinatlı registrlərdə yerləşdirilir. Nəticələr də 
həmin registrlərə yazılır. 
Şin və portların idarə edilməsi sxemi aşağıdakı funksiyaları icra edir: 
 
portun və onu idarə edən informasiyanın ünvanını formalaşdırır; 
 
portdakı informasıyanı (və ya portun əmrə hazırlığı barədə məlumatı) qəbul edir; 
 
bütün  qurğu  və  mikrosxemləri  prosessorla  giriş-çıxış  portu  arasında  informasiya 
mübadiləsi üçün hazırlayır. 
Şini  idarə  edən  sxem  idarəedici  şinə  giriş  və  ya  çıxış  əməlinə  hazırlaşmaq,  ünvan 
şininə  isə  portun  ünvanı  barədə  siqnal  göndərir.  Ünvan  yerləşən  qurğu  hazır  olmaq 
barədə cavab verdikdən sonra verilən şini üzrə verilənlərin daxil edilməsi və ya çıxarıl-
ması həyata keçirilir. 
3.8.2  Operativ  yaddaş.  Operativ  yaddaş  modullardan  təşkil  edilmişdir.  Yaddaş 
modulları  dedikdə,  üzərində  yaddaş  BİS-ləri
92
  quraşdırılmış  lövhələr  nəzərdə  tutulur. 
Operativ  yaddaşın  əsas  xarakteristikası  yazıb-oxuma  sürətidir.  Müasir  modulların  sürəti 
800 MHs-ə, həcmi 512 Mbayta çatır. 
Operativ yaddaş, əslində, daxili ünvanlaşdırılmış yaddaşdır. Operativ yaddaş bəzən 
birbaşa müraciət yaddaşı (RAM-Random Access Memory) da adlanır. Kompüterlərin həm 
də sabit yaddaşı olur. Yalnız informasiya oxumaq üçün olduğundan, buna  ROM (Read-
Only Memory) deyilir.  
Müasir  fərdi  kompüterlərdə  ünvanlaşdırılmış  yaddaşın  həcmi  ilə  faktiki  qurulmuş 
operativ  yaddaşın  həcmi  praktiki  olaraq  həmişə  fərqli  olur.  Belə  ki,  məsələn,  ünvanlaş-
dırılmış  yaddaşın  həcmi  64Qbayt  olsa  da,  qurulmuş  operativ  yaddaşın  həcmi  64Mbayt 
təşkil edir. 
Aralıq nəticələr də operativ  yaddaşda  saxlanır.  Kompüterin  məhsuldarlığı həm  də, 
operativ  yaddaşın  sürətindən  asılıdır.  Odur  ki,  kompüterin  inkişafının  əsas  istiqamətlə-
rindən biri də operativ yaddaşın işləmə sürətinin artırılmasından ibarətdir. Elektromaqnit 
mahiyyətli olduğundan, kompüter sönən kimi operativ yaddaşdakı informasiya pozulur. 
Buna görə də kompüter söndürülməzdən əvvəl operativ yaddaşdakı informasiya maqnit 
mahiyyətli vinçesterə köçürülür.  
                                                 
92
 
Böyük inteqral sxemlər
 

 
47 
Sabit  yaddaş  (ROM)  kompüteri  hazır  vəziyyətə  gətirmək  üçündür.  Burada  işə 
başlama proqramları, o cümlədən, əməliyyat sistemini (ƏS) yükləyən proqramlar, giriş-
çıxış baza sistemi (BİOS- Base İnput Output System) və diaqnostika proqramları saxlanır. 
Sabit yaddaşın məzmunu dəyişməzdir
93
.  
Fərdi  kompüterdə  operativ  yaddaş  ana  plataya  əlahiddə  qurğu  kimi  qoşulur. 
Operativ yaddaş triggerlər sırasından ibarətdir. Trigger yalnız 2 vəziyyətdə (0 və  1) ola 
bilən  elektron  qurğudur.  Sabit  yaddaşda  isə  1  və  0-lar  inteqral  sxemlər  şəklində  hazır-
lanmışdır.  Buna  görə  də  cərəyan  kəsiləndə  operativ  yaddaşın  məzmunu  pozulur,  sabit 
yaddaşınkı  pozulmur.  Yaddaşla  prosessor  arasındakı  informasiya  mübadiləsinin  sürəti 
yaddaşın  sürətini  müəyyən  edir.  Prosessor  hesablama  nəticələrini  registrə,  oradan  da 
operativ  yaddaşa  ötürür.  Operativ  yaddaşdakı  informasiya  da  əvvəlcə  registrə,  sonra 
prosessora ötürülür.  
Xarici yaddaş praktiki olaraq hüdudsuz həcmə malik nisbətən ucuz yaddaşdır. Ope-
rativ  yaddaşın  sürətini  artırmaq  üçün  keş-yaddaşdan  istifadə  edilir.  Keş-yaddaş 
prosessorla operativ yaddaş arasında yerləşir. 
3.8.3  Sistem  şinləri.  Sistem  şini  dedikdə,  bütün  şinlərin  məcmusu  nəzərdə  tutulur. 
Sistem  şininin  əsas  funksiyası  prosessorla  digər  elektron  komponentlər  arasında 
informasiya  mübadiləsini  həyata  keçirməkdən  ibarətdir.  Müasir  fərdi  kompüterlərdə  64 
mərtəbəli (xətli) şinlərdən istifadə edilir ki, bu da eyni zamanda 8 bayt verilən ötürə bilir. 
Buna 32 mərtəbəli ünvan şini uyğun gəlir. 
 
3.9. Periferiya qurğuları: təyinatı və xarakteristikası 
3.9.1 Giriş qurğuları. Kompüterə informasiya daxil edən qurğulara: klaviatura, mış, 
trekbol, coystik, skaner, dicitayzer, sözanlayan qurğu və s. aiddir. 
Klaviatura  hələ  əsas  giriş  qurğusu  olaraq  qalır.  Klaviatura  düymələri  nömrələn-
mişdir. Hər nömrə ayrıca elektrik sxeminə uyğundur. Registr düymələri (ShiftCtrlAlt
Caps  Lock  və  Num  Lock)  klaviatura  düymələrinin  nömrələrini  dəyişir.  Klaviatura 
bütövlükdə 510-a qədər işarə daxil etməyə imkan verir. 
Mış  və  trekbol  koordinatlı  daxiletmə  qurğusudur.  Yəni,  bunları  müstəvi  üzərində 
hərəkət  etdirdikdə displey  ekranında üfqi  və şaquli hərəkət  edən kursor  informasiyanın 
                                                 
93
 
Bəzi sabit yaddaş növlərinin məzmununu dəyişdirmək mümkündür.
 

 
48 
daxil edilməsi və idarə edilməsi prosesini reallaşdırmağa imkan verir. Trekbol arxası üstə 
çevrilmiş  mışdır.  Trekbolun  fırlanan  kürəsini  barmaqla  fırlatmaqla  kursoru  lazımi  yerə 
gətirmək mümkündür. 
Coystik – üfqi və şaquli hərəkət edən iki şarnirli altlığa bərkidilmiş dəstəkdir. Bu da 
mış kimi işləyir. 
Skaner şəkiloxuyan qurğudur. Skaner də kseroks kimi işləyir. 
Dicitayzer (elektron planşet) koordinat dəyişdiricidir. Avtomatlaşdırılmış layihələş-
dirmə sistemlərində istifadə edilir. 
Sözanlayan qurğu sözü ikilik rəqəmə çevirib kompüterə ötürür. 
3.9.2  Xarici  yaddaş  qurğuları.  Bunlar  informasiyanı  uzun  müddət  saxlamaq 
üçündür. Hal-hazırda maqnit və lazer mahiyyətli disklər vardır. Diskə informasiya yazan 
və oxuyan qurğulara xarici yaddaş qurğuları deyilir. Çevik maqnit disk (disket) yığıcıları 
və  lazer  disk  yığıcıları  (CD-ROM)  geniş  tətbiq  tapmışdır.  Disklərdən  paket  yaradılır. 
Diskin  səthi  cığırlaşdırılır.  Eyni  radiuslu  cığırlar  paketdə  silindr  yaradır.  İnformasiya 
cığırla  radiusun  kəsişməsinə  yazılır.  Cığırlar  eyni  tutumludur.  Cığırlar  sektorlara 
bölünür. Sektorun ölçüsü 512, 1024 və ya 2048 bayt olur. 
Vinçester  də  maqnit  mahiyyətli  disk  paketidir.  Lakin  vinçester  çevik  yaddaş 
qurğusu hesab edilmir. Vinçester diski dəqiqədə 3600-7200 dövr sürəti ilə fırlanır.  
3.9.3  Çıxış  qurğuları.  Bunlar  kompüterdə  işlənmiş  informasiyanı  insan  üçün 
münasib formada təqdim etmək üçündür. Buraya: monitor, printer, plotter (qrafquran) və 
səsucaldan kolonkalar aiddir. 
Monitor  (displey)  mətn  və  qrafik  informasiyanı  təqdim  etmək  üçündür.  Fərdi 
kompüterin  monitoru  mətn  rejimində  25  sətr  və  80  sütunun  kəsişməsindəki  2000 
xanadan  ibarətdir.  Hər  xanaya  bir  simvol  yazılır.  Simvol  nöqtələrdən  yığılmış  şəkildir. 
Qrafik  rejimdə  isə  monitorun  sahəsi  piksellə  (nöqtə  ilə)  ölçülür.  480x640,  600x800, 
768x1024, 864x1152, 1024x1280 rejimləri vardır. 
Monitor  ekranına  çıxarılan  informasiya  videoyaddaşda  saxlanır.  Bu,  məntiqi 
cəhətdən  operativ  yaddaşın  bir  hissəsi  olsa  da,  fiziki  cəhətdən  monitora  quraşdırılmış 
ayrıca qurğudur. 
Giriş-çıxış qurğuları portlar vasitəsilə idarə olunur. Port kompüterin girişinə və ya 
çıxışına müvafiq virtual yuvadır. Konkret qurğuya bir-neçə port xidmət edə bilir. Hansı 
verilənin  və  ya  əmrin  hansı  porta  ötürüləcəyi  və  ya  hansı  portdan  qəbul  ediləcəyi 

 
49 
prosessor tərəfindən təyin və icra edilir. Məsələn, printerin qoşulduğu port əvvəlcə onun 
qoşulub-qoşulmadığını,  sonra  işə  hazır  olub-olmadığını,  sonra  kağızın  olub-olmadığını 
yoxlayır, sonra lazımi əmri ötürür. 
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər: ardıcıl, sətri və səhifəlik olur. 
İş  prinsipinə  görə,  zərbəli  və  zərbəsiz  printerlər  vardır.  Çap  üsuluna  görə,  matris  və 
simvol printerləri mövcuddur. Matris printer iynə ilə işləyir. Başlıqda 9, 18, 24 iynə ola 
bilir. Sətri və səhifəlik matris printerlət müvafiq olaraq sətri və səhifəni bir dəfəyə çap 
edir.  Lakin  bunlar  səslidirlər.  Şırnaqlı  printerlər  zərbəsiz  olduğundan  səssiz  işləyir. 
Dəqiqədə 2-7 səhifə çap edir. Lazer printer kseroks prinsipində işləyir. 
Plotter (qrafquran) faktiki olaraq çertyoj quran böyük printerdir. 
İndiki  kompüterlərin  hamısında  audioadapter  (səs  platası)  vardır.  Səsucaldan 
kolonkalar həmin audioadapterlə işləyir. 
3.9.4 Bəzi digər qurğular.  
Riyazi prosessor sürüşən (üzən) vergüllü ədədlər üzərində cəld və daha dəqiq əməl-
lər aparır. 
Taktlı impulslar generatoru kompüter qurğularına ötürülən siqnalları müəyyən vaxt 
fasilələri  ilə  göndərir.  Bir  saniyədəki  taktların  sayına  kompüterin  takt  tezliyi  deyilir. 
Saniyədə  milyon  takt  1  meqahersdir.  Bu,  bütün  qurğuların  işini  sinxronlaşdırmaq 
üçündür.  
Kəsilmələr kontrolleri kəsilmələri idarə edir. Bu, vaxt kvantları ilə işləyir. 
Yaddaşa  birbaşa  müraciət  kontrolleri  operativ  yaddaşla  xarici  qurğular  arasında 
prosessorun iştirakı olmadan əlaqə yaradır. Nəticədə paralel iş rejimi yaranır. 
Taymer kompüterin takt tezliyini ixtiyari tezliyə çevirmək üçündür. Bunun köməyi 
ilə kompüter real vaxta köklənir və səs generasiyası baş tutur. 
 
 Bölmə 4. Kompüterin hesabi və məntiqi əsasları 
4.1. Ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi 
  
Obyektlərin miqdarı barədə olan informasiyanın yazılışı üçün ədəddən istifadə edilir. 
Ədədlər  müəyyən  say  sistemlərində  ifadə  olunur.  Say  sisteminin  əlifbası  rəqəmlərdən 
ibarətdir. Məsələn, 10-luq say sisteminin əlifbası: 0,1,2,3,4,5,6,7,8,9  

 
50 
Say sistemləri mövqeli və mövqesiz olmaqla 2 iri qrupa bölünür. Mövqeli sistemlərdə 
rəqəmin  qiyməti  onun  ədəddəki  mövqeyindən  asılıdır.  Məsələn,  10-luq  say  sistemi 
mövqeli, Roma rəqəmləri mövqesiz say sisteminə aiddir.  
Roma rəqəmləri: I (1), V (5), X (10), L (50), C (100), D (500), M (1000) 
Burada  kiçik  rəqəm  soldadırsa  çıxılır,  sağdadırsa  toplanır.  Ədəd  rəqəmlərin 
toplanmasından əmələ gəlir: XXX =10+10+10=30. 
1998=MCMXCVIII=1000+(1000-100)+(100-10)+5+1+1+1. 
4.1.1 Mövqeli say sistemləri. Qədim dövrlərdə 3-lük, 5-lik, 7-lik, 10-luq, 12-lik, 20-
lik, 30-luq, 40-lıq, 60-lıq və s. say sistemlərindən istifadə edilmişdir ki, bunların da izləri 
bu gün də qalmaqdadır.  
Hal-hazırda  kompüter  tətbiqi  ilə  bağlı  olaraq  10-luq,  2-lik,  8-lik  və  16-lıq  say 
sistemləri  geniş  istifadə  edilir.  Hər  bir  say  sisteminin  öz  əlifbası  və  əsası  vardır.  Say 
sisteminin  əsası  onun  əlifbasındakı  rəqəmlərin  sayıdır.  Məsələn,  2-lik  say  sisteminin 
əlifbası 0 və 1-dən ibarət, 8-lik say sistemininki 0,1,2,3,4,5,6,7-dən, 16-lıq say sistemininki 
isə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,  A(10), B(11), C(12), D(13), E(14), F(15)-dən ibarətdir.  
4.1.1.1  10-luq  say  sistemi.  Burada  ədəd  10-luq  mərtəbələrdən  ibarətdir.  Mərtəbə 
sağdan sola artır: 555=500+50+5. Bunu belə də yazmaq olar: 
 
0
1
2
10
10
5
10
5
10
5
555
  
Göründüyü kimi, mövqeli sistemdə ədədi say sisteminin əsası vasitəsilə ifadə etmək 
mümkündür. Qarışıq ədəd də bu qayda ilə yazılır: 
2
1
0
1
2
10
10
5
10
5
10
5
10
5
10
5
55
,
555
 
Beləliklə, ümumi hal üçün: 
m
m
n
n
A
10
...
10
10
...
10
1
1
0
0
1
1
10
 alınır. 
Göründüyü kimi, adi yazılış: 
1
1
0
1
1
10
...
,
...
m
n
n
a
a
A
 (məsələn, 555) kimidir. 
Ədədin 10-a vurulması vergülü sağa sürüşdürür. Bölmə isə sola sürüşdürür: 
10
10
5
,
5555
10
55
,
555
  
10
10
555
,
55
10
/
55
,
555
 
4.1.1.2 2-lik say sistemi. Burada əsas 2, əmsallar 0 və 1 olduğundan: 
2
1
0
1
2
2
2
1
2
0
2
1
2
0
2
1
A
     
01
,
101
2
A
 olacaqdır. 
Ümumi hal üçün: 
m
m
n
n
A
2
...
2
2
...
2
1
1
0
0
1
1
2
 
İxtiyari əsaslı say sistemləri üçün: 
m
m
n
n
q
q
q
q
q
A
1
1
0
0
1
1
...
...
 yazmaq olar. 

 
51 
8
8
2
,
673
A
 8-lik say sistemindədir və 
1
0
1
2
8
8
2
8
3
8
7
8
6
A
 kimi açılır. 
16
16
,
8
F
A
A
 
16-lıq 
say 
sistemindədir. 
Burada 
A=10, 
F=15 
olduğundan, 
1
0
1
16
16
15
16
10
16
8
A
 alınır. 
4.2 Ədədlərin bir say sistemindən digərinə keçirilməsi. 
Ədədlərin 10-luq say sisteminə keçirilməsi. 2-lik, 8-lik və 16-lıq say sistemlərindəki 
ədədləri 10-luq say sisteminə keçirmək üçün ədədin açıq yazılışından istifadə edilir:  
10
2
1
0
1
2
75
,
2
2
1
2
1
2
0
2
1
11
,
10
  
10
1
0
1
8
625
,
55
8
5
8
7
8
6
5
,
67
 
10
0
0
1
16
415
16
15
16
9
16
1
19F
 
 
Ədədlərin 10-luq say sistemindən 2-lik, 8-lik və 16-lıq say sistemlərinə keçirilməsi. 
Bu bir qədər mürəkkəbdir və müxtəlif üsullarla həyata keçirilir.  
10-luq  say  sistemindəki  tam  ədədi  2-lik  say  sisteminə  keçirmək  üçün  2-lik  əsasına 
ardıcıl bölüb qalıqları sağdan sola oxuyub soldan sağa düzmək lazımdır: 
2
10
19
X
  yazılışı  10-luqdakı  19  ədədinin  2-likdəki  ekvivalentini  tapmağı  ifadə  edir. 
Ardıcıl  bölmə:  19:2=9  [1],  9:2=4  [1],  4:2=2  [0],  2:2=1  [0],  1:2  [1]  alınır.  Yəni 
2
10
10011
19
.  Bu  qaydaya  əsasən,  mövqeli  say  sistemlərinin  hamısının  əsası  10  şəklində 
göstərilir.  Bu,  say  sisteminin  özünün  əsasına  bölünməsi  nəticəsində  alınır:  10:10=  1[0], 
2:2=1[0] , 8:8=1[0], 16:16=1[0]. Bu baxımdan say sisteminin əlifbasını təşkil edən hər bir 
işarə say sisteminin əsasına nəzərən qalıq kimi çıxış edir. 
10-luq  say  sistemindəki  düzgün  kəsrləri  2-lik  say  sisteminə  keçirmək  üçün  ardıcıl 
vurmadan  istifadə  edilir.  Yəni  10-luqdakı  düzgün  kəsr  ardıcıl  olaraq  2-yə  vurulur,  aşan 
mərtəbələr (tam hissələr) sıra ilə yuxarıdan aşağı oxunub, soldan sağa düzülür. 
 Ardıcıl vurma: 0,75X2=1,50, 0,50X2=1,00 
Beləliklə, 
2
10
11
,
0
75
,
0
alırıq.  
Qarışıq  ədədin  10-luqdan  2-liyə  keçirilməsi  üçün  tam  və  kəsr  hissələri  ayrıca 
tərcümə edib birləşdirmək lazımdır: 
2
10
11
,
10011
75
,
19

Bu qayda ilə 10-luq ədədlər həm 8-lik, həm də 16-lıq say sistemlərinə keçirilir. Belə 
ki, 8-liyə keçid zamanı ardıcıl 8-ə bölmə və 8-ə vurma, 16-lıq say sisteminə keçərkən isə 
ardıcıl 16-ya bölmə və 16-ya vurma həyata keçirilir. 
Məsələn, 
8
10
424
X
 yazılışı üçün: 424:8=53 [0], 53:8=6 [5], 6:8 [6], 
8
10
650
424
 

 
52 
16
10
424
X
 yazılışı üçün: 424:16=26 [8], 26:16=1 [10], 1:16 [1],       
16
10
8
1
424
A
 
8
10
40625
,
0
X
 tərcüməsi:  
8
10
32
,
0
40625
,
0
 
2-lik say sistemindəki ədədləri 8-lik say sisteminə keçirmək üçün 2-lik ədədi sağdan 
üç-üç 8-lik rəqəmlə əvəz etmək kifayətdir. Məsələn, 
8
2
101001
X
  yazılışı üçün  001=1 və 
101=5 əvəzlənməsi etmək lazımdır: 
8
2
51
101001
 
2-lik  say  sistemindəki  ədədləri  16-lıq  say  sisteminə  keçirmək  üçün  2-lik  ədədi 
sağdan  dörd-dörd  16-lıq  rəqəmlə  əvəz  etmək  kifayətdir.  Məsələn, 
16
2
101001
X
  yazılışı 
üçün 1001=9 və 0010=2 əvəzlənməsi etmək lazımdır: 
16
2
29
101001
. 10-luq ədədləri 8-lik 
və 16-lıq say sistemlərinə keçirmək üçün onları əvvəlcə 2-lik say sisteminə keçirib sonra 
bu qaydadan istifadə etmək daha məqsədəuyğunddur. 
4.3 2-lik say sistemində hesab əməlləri. 
2-likdə toplama:      
0+0=0 
0+1=1 
1+0=1 
1+1=10 
2
2
2
1001
11
110
 
2-likdə çıxma: 
0-0=0 
0-1=-1 
1-0=1 
1-1=0 
2
2
2
11
11
110
 
2-likdə vurma: 
0x0=0 
0x1=0 
1x0=0 
1x1=1 
2
2
2
10010
11
110
 
2-likdə bölmə: 
2
2
2
10
11
/
110
 

 
53 
8-lik və 16-lıq say sistemlərində hesab əməlləri də bu qayda ilə gedir. Lakin sadəlik 
üçün  hesablamanı  2-likdə  aparıb  üç-üç  8-ə,  dörd-dörd  16-ya  tərcümə  etmək  daha 
məsləhətdir. 
 
4.4. Məntiqin əsasları və kompüterin məntiqi əsasları 
4.4.1.Təfəkkür formaları 
Təfəkkürün  formaları  və  üsulları  haqqında  elm  olan  formal  məntiqin  əsaslarını 
Aristotel  yaratmışdır.  Təfəkkürün  əsas  formaları  bunlardır:  anlayış,  mülahizə  və  hökm 
(nəticə, qərar).  
Anlayış.  Anlayış  bir  obyekti  digər  obyektlərdən  fərqləndirən  əsas  əlamətləri  ayırır. 
Anlayışda  əhatə  edilən  obyekt  müəyyən  çoxluq  təşkl  edir.  Məsələn,  ―kompüter‖  anlayışı 
çoxsaylı  elektron  və  elektromexaniki  qurğuları  özündə  birləşdirir.  Anlayışın  məzmun  və 
həcm  cəhətləri  vardır.  Anlayışın  məzmunu  əhəmiyyətli  əlamətlər  yığınıdır.  Məsələn, 
―Fərdi  kompüter‖  anlayışının  məzmunu  ona  verilən  tərifdə  açıqlanır:  ―Fərdi  kompüter 
dedikdə, bir istifadəçi üçün nəzərdə tutulan informasiyanı avtomatik emal etməkdən ötrü 
olan universal elektron qurğu nəzərdə tutulur‖. Anlayışın həcmi dedikdə, onun əhatə etdiyi 
əşyaların sayı nəzərdə tutulur. Məsələn, ―Fərdi kompüter‖ dedikdə, dünyada mövcud olan 
bütün fərdi kompüterlər göz önünə gətirilir.  
Mülahizə.  Mülahizə  anlayışlar  əsasında  qurulan  nəqli  cümlədir.  Mülahizə  müxtəlif 
formalarda,  təbii  və  formal  dillərdə  tərtib  edilə  biləndir.  Mülahizə  gerçək  və  yanlış  ola 
biləndir.  Əgər  anlayışlararası  əlaqələr  real  gerçəkliyi  adekvat  əks  etdirirsə,  mülahizə 
gerçək sayılır. Məsələn, ―Prosessor informasiya emal edən qurğudur‖ -gerçək mülahizədir. 
Lakin  mülahizənin  gerçəkliyi  nisbidir.  Mülahizə  təfəkkürün  elə  formasıdır  ki,  o,  real 
hadisə  və  predmetlərin  xassələrini  və  münasibətlərini  ya  təsdiq,  ya  da  inkar  edir  və  ya 
doğru,  ya  da  yalan  olur.  Sadə  mülahizələrdən  mürəkkəb  mülahizələr  yaradılır.  Məsələn, 
―Prosessor  emaledici,  printer  çapedici  qurğudur‖  –  mürəkkəb  mülahizədir.  Mürəkkəb 
mülahizələrin doğruluğu mülahizələr cəbrinin köməyi ilə təyin edilir. 
Hökm. Mülahizələrdə ifadə edilən məlum faktlara əsasən hökm çıxarılır. Hökm  bir 
və  ya  bir  neçə  mülahizə  əsasında  meydana  çıxan  yeni  mülahizədir.  Məsələn,  üçbucağın 
bütün  tərəflərinin  bərabər  olmasını  təsdiq  edən  mülahizə  əsasında  hökm  verilir  ki,  bu, 
bərabərtərəfli üçbucaqdır. 
4.4.2. Mülahizələr cəbri 

 
54 
Mülahizələr  cəbri  mürəkkəb  mülahizələrin  məzmununa  varmadan  onların  doğru  və 
ya yalan olduğunu təyin etmək üçün yaradılmışdır. Burada hər bir mülahizəyə bir məntiqi 
dəyişən kimi baxılır.  
Fərz edək ki: 
1
x
=‖İkinin üstünə iki əlavə etdikdə dörd alınır‖ 
2
x
=‖İkinin üstünə iki əlavə etdikdə beş alınır‖ – kimi 2 sadə mülahizə vardır. Doğru 
mülahizə 1, yalan – 0-la qiymətləndirilərsə, onda 
1
x
=1, 
2
x
=0 alarıq. 
Yəni mülahizələr cəbrində istifadə edilən məntiqi dəyişənlər yalnız 2 qiymət (0 və 1) 
ala bilir. Mülahizələr üzərində müəyyən məntiqi əməllər icra etməklə mürəkkəb mülahizə-
nin  doğru  və  ya  yalan  olduğunu  aşkara  çıxarmaq  mümkündür.  Əsas  məntiq  əməlləri: 
―VƏ‖, ―VƏ YA‖, ―DEYİL‖. ―VƏ‖ məntiqi vurma əməli olub, konyunksiya adlanır. ―VƏ 
YA‖ məntiqi toplama əməlidir. Buna dizyunksiya deyilir. ―DEYİL‖ məntiqi inkar əməlidir 
ki, buna da inversiya deyilir. 
 
4.4.3. Riyazi məntiqin elementləri 
Kompüterin  aparat  və  proqram  vasitələrinin  fəaliyyət  məntiqini  təsvir  etmək  üçün 
riyazi məntiqdən istifadə edilir. 
Məntiqi dəyişən 2 qiymət alır: 0 və 1. 0-yalan, 1-gerçək deməkdir. 
x x
x
n
1
2
,
,
...,
  məntiqi  dəyişənlərinin  qiymətləri  çoxluğu  dəyişənlər  yığımı  adlanır. 
Məntiqi  dəyişənlər  yığınını 
n
  mərtəbəli  2-lik  ədəd  kimi  təsvir  edirlər  ki,  bunun  da  hər 
mərtəbəsi bir dəyişənin qiymətinə uyğundur. 
Məntiqi dəyişənlər yığınının (
x x
x
n
1
2
,
,
...,
) məntiqi funksiyası 
f x x
x
n
(
...,
)
,
,
1
2
elə funksiya-
dır ki, yalnız iki qiymət alır: 0 və 1. 
Məntiqi  funksiyanın  təyinolunma  oblastı  həmçinin  arqumentlərin  mümkün  yığınla-
rının sayından da asılıdır. İstənilən məntiqi funksiya gerçəklik cədvəlinin köməyi ilə verilə 
bilir.  Cədvəlin  sol  tərəfində  arqumentlərin  mümkün  yığınları,  sağ  tərəfində  isə  uyğun 
funksiyanın  qiyməti  verilir.  Lakin  arqumentlər  çoxsaylı  olduqda  cədvəl  münasib  olmur. 
Buna görə də mürəkkəb məntiqi ifadələri sadələşdirmək lazım gəlir. Beləliklə mürəkkəb 
məntiqi funksiya elementar funksiyalar vasitəsilə ifadə edilir. İstənilən mürəkkəblikdə olan 
məntiqi  funksiyanı  ifadə  etməyə  imkan  verən  elementar  məntiqi  funksiyalar  tam 
funksional sistem təşkil edir.  

 
55 
n
dəyişənli məntiqi funksiyaların ümumi sayı 
2
2
n
qədər olur. Beləliklə, 1 arqumentin 
4 funksiyası vardır: 
x
  
f x
0
( )
 
f x
1
( )
 
f
x
2
( )
 
f
x
3
( )
 










Göründüyü  kimi, 
f x
0
0
( )
  və 
f x
3
1
( )
  sabitdir. 
f x
1
( )
  funksiyası  arqumenti  təkrar 
edir:
f x
x
1
( )

f x
2
( )
 funksiyası isə arqumenti inkar edir: 
f x
x
2
( )

2 arqumentli məntiqi funksiyaların sayı 16-dır: 
      
x
1
     
x
2
   
f
0
  
f
1
   
f
2
  
f
3
  
f
4
   
f
5
  
f
6
  
f
7
  
f
8
    
f
9
  
f
10
   
f
11
   
f
12
  
f
13
   
f
14
   
f
15
 
0     0     0    0    0    0    0    0    0    0    1     1     1     1     1     1     1     1 
0     1     0    0    0    0    1    1    1    1    0     0     0     0     1     1     1     1 
1     0     0    0    1    1    0    0    1    1    0     0     1     1     0     0     1     1 
1     1     0    1    0    1    0    1    0    1    0     1     0     1     0     1     0     1 
Göründüyü  kimi,  bu  funksiyalardan  6-sı  cırlaşmış  funksiyadır.  Bunlar 
aşağıdakılardır: 
f x x
0
1
2
0
( ,
)
    
f x x
x
3
1
2
1
( ,
)
     
f x x
x
5
1
2
2
( ,
)
 
f
x x
x
10
1
2
2
( ,
)
   
f
x x
x
12
1
2
1
( ,
)
    
f
x x
15
1
2
1
( ,
)
 
f x x
1
1
2
( ,
)
  və
f x x
7
1
2
( ,
)
  funksiyaları  uyğun  inversiya  (inkar)  funksiyaları  ilə  birlikdə 
təcrübədə  tez-tez  rast  gələn  tam  funksional  sistem  təşkil  edir.  Bu  sistem  3  elementar 
məntiq əməli ilə təşkil edilir: inversiya, konyunksiya və dizyunksiya. 
Konyunksiya  əməliyyatı  (
f
1
  funksiyası)    ilə  işarə  edilir.  Hərdən  nöqtə  ilə  əvəz 
olunur. Çox zaman nöqtə də atılır. 
Dizyunksiya  əməliyyatı  (
f
7
  funksiyası)    ilə  işarə  edilir.  İnkar,  konyunksiya  və 
dizyunksiya əməliyyatlarının gerçəklik qiymətləri  aşağıdakı kimidir: 
       İnkar                                    Konyunksiya                         Dizyunksiya 
x
 
x
 
x
1
 
x
2
 
x
x
1
2
 
x
1
 
x
2
 
x
x
1
2
 
















 
 







 
56 
  
Məntiqi əməliyyatlarla birləşdirilmiş  məntiqi dəyişənlər  məntiqi ifadə əmələ gətirir. 
Daxili  mötərizələrdə  əvvəlcə  inversiya,  sonra  konyunksiya,  sonra  isə  dizyunksiya  əməli 
icra edilir. Məsələn, 
f x x x
x
x
x
x
x
x
( ,
,
)
(
)
1
2
3
1
2
2
3
1
3
 ifadəsi (0,1,1) yığınında yalan (0), 
(1,0,1) yığınında isə gerçək (1) qiymət alır.  
Riyazi məntiqin əsas qanunları aşağıdakılardır: 
Kommutativlik qanunu: 
x
x
x
x
1
2
2
1
     
x
x
x
x
1
2
2
1
 
Assosiativlik qanunu: 
x
x
x
x
x
x
1
2
3
1
2
3
(
)
(
)
 
x
x
x
x
x
x
1
2
3
1
2
3
(
)
(
)
 
Distributivlik qanunu: 
x
x
x
x
x
x
x
1
2
3
1
2
1
3
(
)
 
x
x
x
x
x
x
x
1
2
3
1
2
1
3
(
)
(
)
(
)
 
de Morqan qaydası: 
x
x
x
x
1
2
1
2
 
x
x
x
x
1
2
1
2
 
0 və 1 sabitləri ilə əməllər: 
0
1
       
1
0
     
1
x
x
     
0
0
x
     
0
x
x
      
1
1
x
 
Dəyişənin öz inkarı ilə aparılan əməllər: 
x
x
1
   
x
x
0
 
Udulma qanunu: 
x
x
x
x
1
1
2
1
 
x
x
x
x
1
1
2
1
(
)
 
İdempotentlik qanunu: 
x
x
x
 
x
x
x
 
İkiqat inkar qanunu: 
x
x
 
 
 







 
57 
Qalan 8 funksiya inversiya, konyunksiya və dizyunksiya əməliyyatları vasitəsilə ifadə 
edilə bilir. Belə ki: 
f x x
2
1
2
( ,
)
 funksiyası 
x
2
 üzrə qadağan funksiyasıdır və 
x
x
1
2
 əməliyyatı ilə ifadə edilir. 
Bu, ―əgər 
x
1
 gerçəkdirsə, onda 
x
2
 də gerçəkdir hökmü yalandır‖- deməkdir. 
f x x
4
1
2
( ,
)
 funksiyası 
x
1
 üzrə qadağan funksiyasıdır və 
x
x
2
 əməliyyatı ilə ifadə edilir. 
Bu, ―əgər 
x
2
 gerçəkdirsə, onda 
x
1
 də gerçəkdir hökmü yalandır‖- deməkdir. 
f x x
6
1
2
( ,
)
 funksiyası 2 modulu üzrə toplama adlanır. 
x
x
x
x
1
2
1
2
 əməliyyatı ilə ifadə 
edilir və 
x
x
1
2
 kimi işarə edilir. Bu, ―
x
1
  
x
2
 ilə eyniqiymətli deyil‖ - kimi oxunur. 
f x x
8
1
2
( ,
)
  funksiyası  Pirs  oxu  adlanır  və  dizyunksiyanın  inkarıdır. 
x
x
1
2
  kimi  işarə 
edilir. Bu, həm də de Morqan qaydasına uyğundur: 
x
x
x
x
1
2
1
2
.  
f x x
8
1
2
( ,
)
 funksiyası ―nə 
x
1
-dir, nə də 
x
2
-dir‖-kimi oxunur. 
f x x
9
1
2
( ,
)
  funksiyası  ekvivalentlik  funksiyasıdır. 
x
x
x
x
1
2
1
2
  ilə  ifadə edilir. 
x
1
 
x
2
 
kimi işarə edilir. ―
x
1
-lə 
x
2
 eyni qiymətlidir‖ - kimi oxunur. 
f
x x
11
1
2
( ,
)
  implikasiya  funksiyasıdır. 
x
x
1
2
  ilə  ifadə  edilir. 
x
x
2
1
  kimi  işarə  edilir. 
―Əgər 
x
2
 gerçəkdirsə, 
x
1
 də gerçəkdir‖ - kimi oxunur. 
f
x x
13
1
2
(
,
)
 implikasiya funksiyasıdır. 
x
x
2
1
 ilə ifadə edilir. 
x
x
1
2
 kimi işarə edilir. 
―Əgər 
x
1
 gerçəkdirsə, 
x
2
 də gerçəkdir‖ - kimi oxunur. 
f
x x
14
1
2
( ,
)
  Şeffer  ştrixi  (konyunksiyanın  inkarı)  adlanır.  Bu  da  de  Morqan  qaydasına 
uyğundur: 
x
x
x
x
1
2
1
2
.  Şeffer  ştrixi 
x
x
1
2
/
  kimi  işarə  edilir.  Bu,  ―
x
1
  və
x
2
  gerçəkdirsə, 
funksiya yalandır‖ deməkdir. 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin