İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix14.01.2017
ölçüsü1,71 Mb.
#5152
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Şəkil 8.
 
Aktiv və aktiv olmayan hücrələr 
Aktiv  hücrənin  kənarları  qalın  xətlərlə  çərçivəyə  alınır.  Bu  çərçivənin  aşağı  sağ 
küncündəki  kiçik  ―+―  işarəsinə  diqqətlə  baxın.  Bu  işarə  düyməsindən  hücrə  içərisindəki 
məlumatları digər hücrələrə müxtəlif formada köçürmək üçün istifadə edilir. 
Ünvanlar. 
Hücrə  adı  verilən  sahələrə  daxil  ediləcək  məlumatlar  üzərində  hansı  əməliyyatları 
aparacaqsınız?  Aralarında  hər  hansı  bir  əlaqə  qurulmayan  məlumat  yığımının  praktik 
olaraq bir məna daşımadığı aydındır. Hərflərdən ibarət məlumatlar
170
  görünüş baxımından 
uyğun  bir  formada  nizamlanaraq  bir  məna  kəsb  edə  bilər
171
,  ancaq  ədədlər  üçün  bunları 
demək çətindir. 
Excel XP
-dən istifadə etməkdə əsas məqsəd isə daxil edilmiş məlumatları 
bir riyazi modelə, ya da məntiqə görə cədvəl şəklində nizamlamaqdır. 
Deyək ki, bir sütuna adları, onun sağındakı sütuna soyadları, bunun sağına isə ümumi 
maaşları  daxil  etdiniz.  Növbəti  sağda  yerləşən  sütuna  alınacaq  maaşları  daxil  etmək 
istəyirsiniz. Bütün şəxslər üçün alınacaq maaşları bir-bir hesablamağa ehtiyac yoxdur. Bu 
halda, hücrələrə daxil edilmiş ümumi maaşlarla alınacaq maaşlar arasında bir riyazi əlaqə 
qurmaq lazım gəlir. Məsələn, deyək ki, alınacaq maaş ümumi  maaşın 
66%-
ni təşkil edir 
(şəkil 9.). 
                                                 
170
 
məsələn, adlar, soyadlar və s. kimi
 
171
 
adlar eyni bir sütuna alt-alta, soyadlar isə sağdakı sütuna alt-alta daxil edilə bilər
  

 
144 
 
Şəkil 9.
 
Sadə bir maaş cədvəli 
Bu riyazi əlaqəni qurduqdan sonra, bunu 
Excel XP
 cədvəlinə çevirmək lazım gəlir. 
E
 
sütununda, 
D
  sütunundakı  hər  ümumi  maaşın  yanında  alınacaq  maaşı  necə 
göstərəcəksiniz? Bu əməliyyat əslində çox asanlıqla yerinə yetirilir. 
E
 sütunundakı uyğun 
hücrələrə yuxarıda göstərilən riyazi əlaqəni bir formul şəklində daxil etmək kifayətdir. 
 
Hücrə ünvanlarından və formullardan istifadə etməyin əhəmiyyəti və əslində 
Excel  XP
-nin  əsas  məntiqi  budur:  formul  yerləşmiş  bir  hücrədəki  məlumatlar,  onun 
əlaqələndirildiyi  digər  hücrələrdəki  məlumatlar  dəyişdirildiyi  zaman  avtomatik  olaraq 
yenidən hesablanır. Məsələn, ümumi  maaşların hər hansı biri dəyişdirildikdə, ona uyğun 
olan alınacaq maaş da yenidən hesablanacaqdır. 
Bir hücrənin ünvanı. 
Excel  XP
  hücrələrinə  ad,  soyad,  maaş  və  s.  kimi  hərf  və  rəqəm  məlumatları  daxil 
etdikdə, bəzi məlumatların da öz-özünə yaradılmasını və görünməsini istəyə bilərsiniz. Bu 
cür məlumatlar digər mövcud məlumatlarla əlaqələndirilmə yolu ilə yaradıla bilər. Bunun 
üçün  yaradılacaq  məlumatların  digər  məlumatlarla  riyazi  əlaqəsini  qurmaq  və  formullar 
şəklində ifadə etmək lazımdır. 
Formullar məlumatlar arasında əlaqə quraraq yeni məlumatlar yaratmaq üçündür. Bir 
formulun  yazılışında,  hansı  məlumatlarla  əlaqə  qurulacağı,  o  məlumatın  yerləşdiyi 
hücrənin işçi səhifə üzərindəki yeri, yəni, ünvanı göstərilə bilər. 
Yuxarıda  göstərdiyimiz  misalda  alınacaq  maaşı  hesablamaq  üçün  aşağıdakına  uyğun 
bir ifadə yazmağınız lazımdır: 
AlınacaqMaaş = ÜmumiMaaş * 
0.66
 

 
145 
İşçi  səhifədə  məlumatların  yerləşdiyi  hücrələrin  ünvanlarını  nəzərə  alaraq  bu  ifadəni 
aşağıdakı kimi göstərə bilərsiniz: 
E3 = D3 * 0.66 
Bu  ifadə  yalnız  birinci  sırada  yerləşən  şəxs  üçün  münasibdir.  Digər  şəxslər  üçün  də 
oxşar ifadələr yazılmalıdır: 
E4 = D4 * 0.66 
E5 = D5 * 0.66 
Yaxşı,  bu  ifadələri  haraya  və  hansı  formada  daxil  edəcəksiniz?  Belə  hərəkət 
etməlisiniz: 
E3
  hücrəsini  sıxaraq  aktivləşdirməli,  sonra  içərisinə  aşağıdakı  ifadəni  daxil 
etməlisiniz (şəkil 10.): 
= D3 * 0.66 
Göründüyü kimi, burada 
E3
 hücrəsindəki məlumatı yaratmaq üçün sol tərəfindəki 
D3
 
hücrəsində yerləşən məlumatdan istifadə etdiniz. Bu baxımdan deyə bilərik ki, 
Excel XP
-
də hər hansı bir məlumatla əlaqə qurmaq üçün o məlumatın yerləşdiyi hücrənin səhifədəki 
yerindən, adından, ünvanından istifadə etmək lazım gəlir. 
Ünvanlar hücrənin yerləşdiyi sütunun adı və sətir nömrəsinin yan-yana yerləşməsi ilə 
göstərilir. 
 
Şəkil 10.
 
Alınacaq maaşın hesablanması 
E3
  hücrəsinə  yuxarıda  göstərdiyimiz  ifadəni  daxil  etdiyiniz  zaman,  hücrə  içərisində 
ifadənin  özü  deyil,  nəticəsi  görünəcəkdir.  İfadənin  özü  isə  ancaq  bu  hücrə  aktiv  olduğu 
(yəni, seçildiyi) zaman formul çubuğunda (
formula bar
) görünə bilər.  

 
146 
Şəkildə sütun adlarının yuxarısında, sol tərəfdə 
E3
 yazılmış sahəyə ünvan sahəsi və ya 
ad  sahəsi  deyilir.  Hansı  hücrədə  olduğunuzu  müəyyənləşdirmək  üçün  heç  də  həmin 
hücrənin  yerləşdiyi  sütun  adına  və  sətir  nömrəsinə  baxmağa  ehtiyac  yoxdur.  Bunun 
əvəzinə  ünvan  sahəsinə  baxaraq  hücrə  ünvanını  görmək  kifayətdir.  Ünvan  sahəsinin 
sağında, 
=D3*0.66
 ifadəsinin göründüyü yerə formul çubuğu deyilir. 
 
Formulları  yazarkən  mütləq  ―=―  işarəsi  ilə  başlamaq  lazımdır.  Bu  işarə  ilə 
başlamayan  formul  ifadələri  mətn  kimi  qəbul  edilir  və  hücrə  içərisində  nəticə  deyil, 
formulun özü görünür. 
 
Kəsr ədədləri daxil edərkən ―.― (nöqtə) və ya ―,― (vergül) işarəsindən istifadə 
edilə bilər. Bu da 
Windows
-un parametrlərinin necə qurulmasından asılıdır. Bu parametr-
ləri 
Control  Panel
  (
Панель  управление
-İdarə  Etmə  Paneli)  pəncərəsindəki 
Regional 
Setting
 (Ölkə Qurmaları) piktoqramı üzərində ikiqat sıxaraq açılacaq dialoq pəncərəsində 
dəyişdirə bilərsiniz. 
İlk sıradakı şəxs üçün alınacaq maaşı hesabladıqdan sonra, növbəti hər şəxs üçün oxşar 
formulları tək-tək daxil etmək lazım gəlmir. 
E3
 hücrəsindəki formulu aşağıdakı hücrələrə 
köçürərək, digər şəxslər üçün də alınacaq maaşları çox asanlıqla hesablaya bilərsiniz. 
Sahə ünvanı. 
Sahə  ünvanı  iki  və  daha  artıq  hücrə  ünvanını  ifadə  edən  və  bir  ünvan  formasıdır. 
Məsələn,  ümumi  və  ya  alınacaq  maaşın  cəmini  tapmaq  istədikdə  alt-alta  yerləşmiş  bu 
hücrələrin  genişlik  ünvanından  istifadə  edəcəksiniz.  Bu  əməliyyatı  aparmaq  üçün  sahə 
ünvanından istifadə etmək məcburiyyətində deyilsiniz, ümumi və ya alınacaq maaşların ən 
aşağısındakı boş hücrələrə aşağıdakı ifadəni daxil edə bilərsiniz: 
=D3+D4+D5+D6 
=E3+E4+E5+E6 
Bir  neçə  şəxs  üçün  bu  formada  yazmaq  mümkündür.  Ancaq  siyahıda  yüzlərlə  şəxs 
olarsa, bu ifadəni yazmaq çətin olur. Bu halda sahə ünvanından və standart funksiyalardan 
istifadə etmək məqsədəuyğundur: 
=SUM(D3:D6) 
=SUM(E3:E6) 

 
147 
Buradakı 
D3:D6
  və 
E3:E6
  ifadələri  bir  sahə  ünvanıdır. 
D3:D6
  ifadəsi 
D3
  ilə 
D6
 
arasındakı bütün hücrələri göstərir, yəni, 
D3, D4, D5, D6
. Sahə ünvanı bu şəkildə də verilə 
bilər: 
D3:E6
. Bu ifadə isə növbəti hücrələri göstərir: 
D3, D4, D5, D6, E3, E4, E5, E6

Mütləq və nisbi ünvan. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  maaş  cədvəlində  hər  bir  şəxs  üçün  alınacaq  maaş 
formulunu  bir-bir  yazmağa  ehtiyac  yoxdur.  Siz  ilk  formulu  daxil  etdikdən  sonra  altdakı 
hücrələrə bu formulu bir əməliyyatla köçürə bilərsiniz. 
=D3*0.66
  formulunu  aşağıya  köçürdükcə  digər  alınacaq  maaşların  da  avtomatik 
hesablanması  necə  baş  verir?  Əgər  bu  ifadəni  digər  hücrələrə  də  köçürərsinizsə,  onda 
bütün şəxslərin maaşı birinci şəxsin alınacaq maaşı ilə eyni olacaqdır. 
Bu  arada  nisbi  ünvan  anlayışı  ilə  tanış  olaq.  İçərisində  hər  hansı  bir  ünvan  olan 
formulu, məsələn, bir altdakı hücrəyə köçürərsinizsə, formuldakı bütün ünvanlar bir sətir 
artacaqdır.  Yuxarıda  verilən  misala  uyğun 
E3
  hücrəsindəki  formulu 
E4
  hücrəsinə 
köçürərsinizsə, 
E4
 hücrəsinə aşağıdakı formul daxil edilmiş olacaqdır: 
=D4*0.66 
Əgər daha sonrakı hücrəyə köçürərsinizsə, 
=D5*0.66 
olacaqdır. 
Formulun yerləşdiyi yer ilə köçürüldüyü yer arasındakı məsafə əsas rol oynayır. Əgər 
formulu  bir  altdakı  hücrəyə  köçürərsinizsə,  bütün  ünvanlar  bir  sətir  artar,  bir  üstdəki 
hücrəyə köçürərsinizsə, bir sətir azalar. Eyni məntiq sütunlar üçün də uyğundur. Əgər 
E3
 
hücrəsindəki formulu onun sağındakı hücrəyə köçürərsinizsə, 
=E3*0.66 
olacaqdır.  Bu  da  hesabda  yanlış  nəticə  verəcəkdir.  Uyğun  olaraq  formulu  bir  sağdakı 
hücrəyə  köçürərsinizsə,  bütün  ünvanlar  bir  sütun  artacaq,  bir  soldakı  hücrəyə  köçürər-
sinizsə,  bir  sütun  azalacaqdır.  Məsələn, 
E3
  hücrəsindəki  formulu 
G6
  hücrəsinə 
köçürərsinizsə, 
=F6*0.66 
olacaqdır. 

 
148 
Formullarda  istifadə  etdiyiniz  hücrə  ünvanları,  əksi  göstərilmədiyi  halda  nisbi 
ünvanlardır,  yəni,  formulun  olduğu  və  ya  köçürüləcəyi  hücrənin  yerindən  asılıdır.  Əgər 
formulu  başqa  bir  yerə  köçürərsinizsə,  bu  ünvanlar  da  köçürüldüyü  yerə  uyğun  şəkildə 
avtomatik olaraq dəyişəcəkdir. 
İstisna olan nisbi ünvanlar da vardır. Tutaq ki, içərisində 
A1
 ünvanı olan bir formulu 
bir hücrə sağa və ya bir hücrə sola köçürdünüz. Bu ünvan 
IV65536
 da ola bilərdi. Bu halda 
nisbi ünvan aşağıdakı kimi dəyişəcəkdir: 
A1 
əgər bir hücrə sola köçürərsinizsə, 
IV1;
 
A1 
əgər bir hücrə üstə köçürərsinizsə, 
A65536;
 
IV65536 
əgər bir hücrə sağa köçürərsinizsə, 
A1;
 
IV65536 
əgər bir hücrə alta köçürərsinizsə
IV1  
olacaqdır.
 
Yəni, buradan aydın olur ki, 
Excel XP
-də 
65536
 nömrəli sətirdən sonra 
1
 nömrəli sətir, 
1
  nömrəli  sətirdən  öncə  isə 
65536
  nömrəli  sətir, 
IV
  sütunundan  sonra 
A
  sütunu, 
A
 
sütunundan öncə isə 
IV
 sütunu gəlir. 
Nisbi  ünvanlar  yuxarıda  göstərdiyimiz  misaldakı  kimi  çox  əlverişli  ola  bilər,  ancaq 
bəzi hallarda bunlardan istifadə etmək məqsədəuyğun deyildir. 
Misalımızı  bir  az  dəyişdirək.  Ümumi  maaş  ilə  alınacaq  maaş  arasında  olan  əlaqədə 
iştirak edən 
0.66
 əmsalını başqa bir hücrəyə daxil edək və dəyişən halına gətirək. Yəni, bu 
əmsalı  dəyişdirməklə  zaman,  onun  yerləşdiyi  hücrə  ünvanının  istifadə  edildiyi  bütün 
formulların  yenidən  hesablanmasını  və  alınacaq  maaşlar  üçün  formulların  avtomatik 
nizamlanmasını  təmin  etməyə  çalışaq.  Əgər  bu  əmsalı ayrı  bir  hücrəyə  yazmasaq, bütün 
formullardakı 
0.66
 əmsalını bir-bir dəyişməli olacağıq. 
Şəkildə  göstərildiyi  kimi  (şəkil  11.),  alınacaq  maaşın  hesablanmasında  istifadə 
ediləcək əmsalı 
A2
 hücrəsinə daxil edib 
E3
 hücrəsindəki formulu aşağıdakı kimi yazın: 
=D3*$A$2 
Əgər formulu 
=D3*A2 
kimi yazarsınızsa, bu halda altdakı hücrələrə köçürdükdə, 
=D4*A3 

 
149 
=D5*A4 
=D6*A5 
ifadələri yaradılacaq və alınacaq maaşlar sıfır olacaqdır. Çünki, 
A3, A4, A5
 hücrələrində 
hər hansı bir qiymət yoxdur və ona görə də uyğun ümumi maaşlar sıfra vurulur. 
 
Şəkil 11.
 
Əmsalın dəyişkən kimi göstərilməsi 
Bu  cür  bir  misalda,  əmsalın  yerləşdiyi  ünvanı  nisbi  ünvan  kimi  göstərmək  uyğun 
deyildir.  Ünvanın  nisbilik  xüsusiyyətini  mütləqləşdirmə  yolu  ilə  qaldırmaq  lazımdır.  Bir 
ünvanı tam  mütləqləşdirmək üçün o ünvanın həm sütun adının, həm də sətir nömrəsinin 
soluna  ―
$
―  işarəsini  qoymaq  lazımdır.  İçərisində  belə  yazılmış  ünvan  olan  formulda, 
köçürüldüyü yerdən asılı olmayaraq bu ünvan həmişə sabit qalacaqdır. 
Misalımızda  köçürmə  əməliyyatını  yalnız  aşağıya  doğru  yerinə  yetiririk.  Əslində 
yalnız  sətirlərin  nömrəsi  dəyişəcəkdir.  Bu  səbəbdən  formulda  istifadə  ediləcək  ünvanda 
yalnız  sətir  nömrəsinin  qarşısında  ―
$
―  işarəsi  qoymaq  kifayətdir.  Bu  baxımdan  uyğun 
formulu aşağıdakı şəkildə də yaza bilərik: 
=D3+A$2 
Yəni, ünvanın yalnız sətir nömrəsi hissəsini mütləqləşdiririk. Sütun adı hissəsi isə nisbi 
olaraq  qalır.  Əgər  bu  formulu  sağa  və  ya  sola  doğru  köçürəriksə,  sütun  nömrəsi 
dəyişəcəkdir. Bu cür bir ünvan ifadəsinə qismi mütləq ünvan adı verilir. 
Bunun  əksi  olaraq  ünvanın  yalnız  sütun  adı  hissəsini  mütləqləşdirə  bilərsiniz  (
$A2
). 
Əslində  bu  xüsusiyyətdən  istifadə  etdikcə  daha  yaxşı  qavrayacaq  və  ünvanın  hansı 
hissəsinin mütləqləşdiriləcəyini özünüz təyin edəcəksiniz. Bu halda buna diqqət etməyiniz 

 
150 
lazımdır:  hansı  istiqamətdə  dəyişiklik  olmasını  istəmirsinizsə,  ünvanın  o  istiqamətlə 
əlaqədar hissəsini mütləqləşdirin, əgər hər iki istiqamətdə də dəyişməməsini istəyirsinizsə, 
o zaman tam mütləqləşdirin. Aşağıdakı yazılışa diqqət edin: 
=$D3*$A$2 
Bu formulu sağ alt hücrəyə köçürsək, formul aşağıdakı kimi olar: 
=$D4+$A$2 
Hücrə adları. 
Excel  XP
-də  formulların  yazılışını  sadələşdirmək  üçün  hücrə  ünvanı  yerinə  hücrə 
adlarından  istifadə  etmək  daha  məqsədəuyğundur.  Məsələn,  aşağıdakı  kimi  bir  formul 
yaza bilərsiniz (şəkil 12.): 
 
Şəkil 12.
 
Formulda hücrə adlarından istifadə edilməsi 
=ÜmumiMaaş*Əmsal 
Yaxud: 
=Amil ÜmumiMaaş 
Amilin  ümumi  maaşını  o  hücrədə  görəcəksiniz.  Bütün  bu  imkanları  ancaq  hücrələri 
adlandırmaqla əldə edə bilərsiniz. 
Hücrə ünvanlarından istifadə etməyin nə qədər yorucu və anlaşılmaz olduğunu 
Excel 
XP
-də uzun müddət işlədikcə hiss etmək olar. 
C3, A5, D7
 kimi hücrə ünvanlarının hansı 
məlumatları ifadə etdiyi bəlli olmadığından bir sıra ünvanlarla işlədikdə çətinlik çəkməli 
oluruq. 

 
151 
Excel  XP
-də  hücrə  və  sahələrə  xüsusi  adlar  verə  bilər  və  işinizi  bu  adlardan  istifadə 
edərək nizamlaya bilərsiniz. Məsələn, Yanvar ayına aid orta qiyməti hesablayarkən 
=AVERAGE
(Yanvar) 
şəklində bir formul tərtib edə bilərsiniz. 
Bir  hücrəni  və  ya  hücrə  qrupunu  adlandırmağın  ən  asan  yolu,  o  hücrə  və  ya  hücrə 
sahəsini seçib formul çubuğunun sol tərəfindəki ad sahəsinə onların adını daxil etməkdir. 
Aşağıdakı  misalda  Yanvar  ayına  aid  məlumatlar  seçilmiş  və  ad  sahəsinə  Yanvar 
yazılmışdır (Şəkil 13.). 
 
Şəkil 13.
 
Hücrə sahəsinə ad verilməsi 
Eyni  əməliyyatı 
Insert
  (
Вставка
-Daxil  Et)  menyüsünün 
Name
  (
Имя
-Ad)  alt  menyü-
sündən 
Define
 (
Присвоить
-Təyin Et) əmrini seçməklə də yerinə yetirə bilərsiniz. Şəkildə  
göstərilmiş 
Define Name
 (
Приосвоение имени
-Ad Təyin Et) dialoq pəncərəsi açılacaqdır 
(şəkil 14.). 
 
Şəkil 14.
 
Define Name
 (
Приосвоение имени
-Ad Təyin Et) dialoq pəncərəsi 

 
152 
 
Dialoq pəncərəsindəki 
Names in workbook
 (
Имя
-İşçi kitabdakı adlar) siyahısında o 
ana qədər yaradılmış hücrə və ya hücrə qrupu adları görünəcəkdir (siyahı boş da ola 
bilər). Siyahının yuxarısındakı sətrə yeni ad daxil edə bilərsiniz. Seçdiyiniz 
C3:C6
 
sahəsinin  üstündəki  Yanvar  sözünün  bu  sətirdə  avtomatik  olaraq  görünməsinə 
diqqət edin; 
 
Refers  to
  (
Формула
-Müraciət  et)  sətrində  daxil  etdiyiniz  adın  işçi  kitab  içərisində 
hansı  işçi  səhifənin  hansı  hücrəsinə  və  ya  hücrə  qrupuna  verildiyi  göstərilmişdir. 
Bunu istədiyiniz kimi dəyişdirə bilərsiniz; 
 
Daxil  etdiyiniz  adı  siyahıya  əlavə  etmək  istəyirsinizsə, 
Add
  (
Добавить
-Əlavə  Et) 
düyməsini sıxın; 
 
Siyahıdan  hər  hansı  bir  adı  çıxarmaq  istəyirsinizsə,  həmin  adı  seçdikdən  sonra 
Delete
 (
Удалить
-Sil) düyməsini sıxın; 
 
Uyğun parametrləri təyin etdikdən sonra 
OK
 düyməsini sıxın. 
 
Şəkil 15.
 
Sətir və sütun başlıqları ilə birlikdə məlumat hücrələrinin seçilməsi 
Misalda  göstərdiyimiz  işçi  səhifədəki  sütun  və  sətir  başlıqlarından  istifadə  edərək 
adları daha sürətlə yarada bilərsiniz. İşçi səhifədəki məlumatların yerləşdiyi hücrələri sətir 
və sütun başlıqları ilə birlikdə seçin (şəkil 15.). 
Insert
  (
Вставка
-Daxil  Et)  menyüsündəki 
Name
  (
Имя
-Ad)  alt  menyüsündən 
Create
 
(
Создать
-Yarat)  əmrini  seçin.  Şəkildə  göstərilmiş 
Create  Names
  (
Создать
 
имена
-Adlar 
Yarat) dialoq pəncərəsi açılacaqdır (şəkil 16.). 

 
153 
 
Şəkil 16.
 
Create Names
 (
Создать
 
имена
-Adlar Yarat) dialoq pəncərəsi 
 
Bu  dialoq  pəncərəsindəki 
Top  row
  (
В  строке  выше
-Üst  sətir)  və 
Left  column
  (
В 
столбце слева
-Sol sütun) parametrlərini işarələyib 
OK
 düyməsini sıxın. Bununla da 
məlumatların  olduğu  hücrələri  həm  aylara,  həm  də  şəhərlərə  görə  adlandırmış 
olursunuz. Yəni, bu adlar uyğun sahələrdəki hücrələrə veriləcəkdir. 
Yanvar 
C3:C6 
Bakı 
C3:F3 
Fevral 
D3:D6 
Sumqayıt 
C4:F4 
Mart 
E3:E6 
Gəncə 
C5:F5 
Aprel 
F3:F6 
Quba 
C6:F6 
Əgər 
C3:C6
  sahəsindəki  hücrələri  seçərsinizsə,  ad  sətrində  artıq  Yanvar  yazıldığını 
görəcəksiniz  və  ya 
C5:F5
  sahəsindəki  hücrələri  seçərsinizsə,  Gəncə  yazıldığını 
görəcəksiniz. 
 
Əgər 
Create  Names
  (
Создать  имена
-Adlar  Yarat)  dialoq  pəncərəsindəki 
Left 
column
  (
В столбце слева
-Sol  sütun)  parametrini  işarə  etməsəydiniz,  yalnız  aylara 
aid  məlumatlar  adlandırılacaqdır.  Yəni,  seçdiyiniz  bir  sahənin  ən  üst/alt  sətrindəki 
və ya ən sol/sağ sütunundakı mətnlər o sətir və ya sütundakı məlumatlara aid olaraq 
avtomatik təyin edilə bilər; 
 
Adları  seçdiyiniz  sahənin  ən  aşağı  sətrindən  və  ya  ən  sağdakı  sütunundan  da  ala 
bilərsiniz.  Bunun  üçün 
Create  Names
  (
Создать  имена
-Adlar  Yarat)  dialoq 
pəncərəsindəki 
Bottom  row
  (
В
 
строке
 
ниже
-Alt  sətir)  və  ya 
Right  column
  (
В
 
столбце
 
справа
-Sağ sütun) parametrini işarələməlisiniz; 
Create
 (
Создать
-Yarat) əmri ilə ad yaratmağın əsas əhəmiyyəti, eyni anda bir neçə adı 
avtomatik yaratmaqdır. 
Define
 (
Присвоить
-Təyin Et) əmri ilə isə eyni anda yalnız bir ad 
yarada bilərsiniz. 

 
154 
 Adlar  ən  çox 
255
  simvoldan  ibarət  ola  bilər.  Mümkün  olduqca  qısa  adlardan 
istifadə etməyiniz daha məqsədəuyğundur
 Adların yazılışında hərf, rəqəm, ―.―, ―?― və ―_― işarələrindən istifadə edə bilərsiniz; 
 Adın ilk işarəsi mütləq hərf olmalıdır; 
  Adın  yazılışında  boşluqdan  istifadə  etməyin.  Əgər  sözləri  ayrı  yazmaq 
istəyirsinizsə, ―_― işarəsindən istifadə edin. 
Beləliklə,  işçi  səhifənizi  nizamladıqda  məlumatlarınızı  adlandırarkən  mümkün  qədər 
ən  qısa,  ən  aydın  anlaşılan  ifadələrdən  istifadə  edin  və  bunlardan  ad  olaraq  istifadə  edə 
biləcəyinizi öncədən nəzərə alın. 
Hər hansı bir adı silmək üçün 
Insert
  (
Вставка
-Daxil  Et)  menyüsündəki 
Name
  (
Имя
-
Ad) alt menyüsündən 
Define
 (
Присвоить
-Təyin Et) əmrini seçin və açılacaq 
Define Name
 
(
Приосвоение
 
имени
-Ad Təyin Et) dialoq pəncərəsindəki 
Names in
 
workbook
 (
Имя
-İşçi 
kitabdakı adlar) siyahısından həmin adı seçib 
Delete
 (
Удалить
-Sil) düyməsini sıxın; 
Hər hansı bir adı dəyişdirmək istəyirisinizsə, 
Names in workbook
 (
Имя
-İşçi kitabdakı 
adlar)  siyahısından  həmin  adı  seçin.  Sonra  yeni  adı  yazıb 
Add
  (
Добавить
-Əlavə  et) 
düyməsini sıxın və mövcud adı seçib 
Delete
 (
Удалить
-Sil) düyməsini sıxaraq onu silin; 
 
Hücrələri  adlandırdıqdan  sonra  işçi  səhifə  üzərində  bu  adlardan  istifadə  edərək 
gəzişə bilər, yaxud seçmə əməliyyatları apara bilərsiniz. Məsələn, Yanvar ayına aid 
məlumatları  seçmək  üçün  ad  sətrinin  yanındakı  aşağı  ox  düyməsini  sıxaraq  ad 
siyahısını  açın  və  siyahıdan  Yanvar  adını  seçin.  Yanvar  ayına  aid  məlumatların 
avtomatik olaraq seçildiyini görəcəksiniz. 
 
İşçi səhifədə gəzişməyin başqa bir yolu da 
Go To
 (
Перейти
-Keç) əmrindən istifadə 
etməkdir.
  [F5]
  düyməsini  sıxın  və  ya 
Edit
  (
Правка
-Redaktə)  menyüsündən 
Go  To
 
(
Перейти
-Keç)  əmrini  seçin.  Açılacaq  dialoq  pəncərəsindəki  siyahıdan  uyğun  adı 
seçib 
OK
 düyməsini sıxın. 
Hücrələri  adlandırmağın  əsas  üstünlüklərindən  biri  də  hücrə  ünvanlarının 
anlaşılmazlığından  yaxa  qurtarmaq  və  bundan  sonra  məlumatlararası  əlaqəni  təşkil 
edərkən bu adlardan istifadə etməkdir. 

 
155 
Şəkildə göstərilmiş cədvəldə (şəkil 17.) Yanvar ayına aid cəm, 
AutoSum
 (
Автосумма
-
Avtomatik  Cəmlə)  düyməsi  ikiqat  sıxılaraq  hesablanmış  və 
=SUM(C3:C6)
  formulu 
yaradılmışdır . 
 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin