Bölmə 8. İnformasiya sistemləri və texnologiyaları
8.1. İnformasiya emalının müasir üsulları
Müxtəlif təbiətli sistemlərdə informasiyanın emalı qanunlarının ümumiliyi
informasiya prosesləri nəzəriyyəsinin fundamental təməlini təşkil edir. Bu nəzəriyyənin
öyrənmə obyekti informasiyadır. İnformasiya anlayışı istifadə edildiyi konkret bilik
sahəsindən bir qədər kənarda olan mücərrəd anlayışdır. İnformasiya resursları müasir
cəmiyyətdə maddi resurslardan önə çıxmaqdadır. Belə ki, malı kimə, nə vaxt və harada
satmaq barədə bilik malın özündən qiymətlidir. Bununla əlaqədar olaraq informasiya
emalı üsulları diqqət mərkəzinə çəkilir. Hər gün yeni, daha mükəmməl kompüterlər,
münasib proqramlar, informasiyanın saxlanması, ötürülməsi və mühafizəsi üzrə müasir
üsullar meydana çıxır.
179
Bazar mövqeyindən, informasiya çoxdan əmtəədir. Bu vəziyyət cəmiyyətin
kompüterləşdirilməsi nəzəriyyəsini, praktikasnı və sənayesini inkişaf etdirmək üçün əın
güclü stimuldur.
Kompüter, informasiya mühiti olaraq, nəinki təkcə sənayenin, elmin və bazarın
təşkilində ciddi keyfiyyət sıçrayışı etmiş, həm də olduqca qiymətli istehsal sahələrinin, o
cümlədən, hesablayıcı texnika, telekommunikasiya və proqram məhsulları istehsalının ön
plana çıxmasını şərtləndirmişdir.
Cəmiyyətin kompüterləşdirilməsi meylləri hesablayıcı texnika və digər müxtəlif
kateqoriyalı EHM istifadəçiləri şəklində meydana çıxan peşələrin yaranması ilə bağlıdır.
Əgər 60-70-ci illərdə elektronika mühəndisləri və proqramçılar kimi yeni hesablayıcı
texnika və yeni təbiqi proqram paketləri yaradan mütəxəssislər üstünlük təşkil edirdisə,
indi hər biri öz spesifik məsələsini həll edən peşəkar olmayan müxtəlif peşə sahibləri
EHM istifadəçiləridir. İndi istifadəçi yalnız kompüter mühitində informasiya proseslərinin
təşkilinin ümumi prinsiplərini bilməli, özünə lazım olan informasiya sistemini və texniki
vasitələri seçməyi və həmin texnikanı öz predmet oblastında tətbiq etməyi bacarmalıdır.
8.2. İnformasiya emalı sistemlərinin inkişaf tarixi.
Professor Buadeyə görə, latınca, information – izah etmək
174
, aydınlaşdırmaq,
məlumatlandırmaq mənasında olan informasiya dedikdə, verilmiş predmet barədəki
biliyimizdəki qeyri-müəyyənlik dərəcəsini azaldan hər şey başa düşülür. Bu tərif ötürülən
informasiyanın konkret ünvan üçün faydalılığını, qiymətliliyini təyin edir. Yəni, aldığımız
məlumatda yeni heç nə yoxdursa, onda bu informasiyanın miqdarı sıfra bərabərdir. Buna
görə də ―verilənlər‖ anlayışı daha ümumidir. Çünki burada istehlakçı qiymətləndirməsi
tələb olunmur.
XIX əsrin ikinci yarısınadək “ibtidai” informasiya texnologiyasından istifadə
edilirdi. Bu informasiya texnologiyasının əsasını qələm (pero), mürəkkəb qabı və
mühasibat kitabı təşkil edirdi. İnformasiyanın ötürülməsi vasitəçilərin, poçtalyonların,
kuryerlərin vasitəsilə həyata keçirilirdi. Bu rabitə etibarsız idi, çoxsaylı kənar amillərdən,
174
Halbuki ―İnformasiya‖ sözü qədim Şumer dilində olan İn +For+Ma+Si+Ya kimi 5 sözdən ibarət bir
cümlədir ki, burada da İn – var olan, For – yetkin güclü kişi, Ma – qadın, Si – məkan, Ya – çıx(ış) etmək -
danışmaq mənası verir. Bunu müasir Azərbaycan dilinə tərcümə etdikdə, informasiya – məkanda mövcud
olan kişi ilə qadının danışması, özlərini izah etməsi mənasına gəlir. Bax: İsa Musayev. Dil, Yaddaş,
Vətən, Vətəndaş. Bakı,1995.
180
havadan, kuryerin sağlamlığından, əhval-ruhiyyəsindən və s-dən asılı idi. İnformasiya
emalının məhsuldarlığı olduqca aşağı idi. Hər bir yazının (məktubun) üzü ayrıca əl ilə
köçürülürdü. Toplama əl ilə aparılırdı. Qərar qəbulu üçün başqa informasiya yox idi.
XIX əsrin sonunda “mexaniki” informasiya texnologiyası meydana gəldi. Yazı
makinası, telefon, diktofon və modernləşdirilmiş poçt sistemi informasiya texnologiyasını
prinsipial şəkildə dəyişdirdi. İnformasiya texnologiyasının məhsuldarlığı xeyli artdı.
Mexaniki texnologiya, mahiyyətcə, mövcud müəssisələrin təşkilati strukturunu
formalaşdırdı.
XX əsrin 40-60-cı illərində “elektrik” texnologiyası yarandı. Bu texnologiyada
elektromexaniki yazı makinası, surətçıxaran maşın, portativ diktofon və s. istifadə edilirdi.
Bu texnika müəssisənin fəaliyyətini yaxşılaşdırdı, sənədlərin emal keyfiyyətini və
hazırlanma sürətini artırdı. 60-cı illərin 2-ci yarısında böyük məhsuldarlığa malik EHM-
lərin müəssisə fəaliyyətinə cəlb edilməsi informasiyanın emalının forması ilə yanaşı, həm
də məzmununa təsir etməyə başladı. Beləliklə, informasiya texnologiyasının “elektron”
dövrü başlandı.
Məlum olduğu kimi, informasiya texnologiyası informasiya emalının ən azı 3 mühüm
komponentini – uçotu, təhlili və qərar qəbulunu əhatə edir. Bu komponentlər sənədlərin
kağız ―bataqlığında‖ reallaşdırılır ki, bu bataqlıq da günbəgün dərinləşir. Avtomatlaş-
dırılmamış informasiya sistemlərinin ən ciddi nöqsanı informasiyanın yığılması, emalı və
istifadə edilməsi proseslərinin ayrı-ayrılıqda baş verməsidir. Bu o deməkddir ki, müəs-
sisənin ayrı-ayrı bölmələrinin hər biri özünəməxsus ayrıca ―verilənlər bazası‖na malikdir
və bir bölmənin işçiləri ―özgə‖ bölmənin ―verilənlər bazası‖na daxil olmaq hüququna
malik deyildir. Odur ki, hər bölmənin işçiləri özlərinin ―verilənlər bazası‖nı özləri sərbəst
surətdə yaratmağa məcburdur. Bu, orta əsrlərdəki hər ailənin özü üçün tikdiyi yel
dəyirmanına və ya su çarxına bənzəyirdi. Hal-hazırda, demək olar ki, bütün kütləvi tələbat
məhsulları mərkəzləşdirilmiş şəkildə istehsal edilir və tələbata uyğun şəkildə istehlak
edilir. Bu baxımdan, idarəetmənin avtomatlaşdırılmasının əsas məqsədlərindən biri
müəssisədəki hər bir əməkdaşı, aid olduğu bölmədən asılı olmayaraq məxfilik tələbləri
ödənilməklə lazımi vaxtda, lazımi formada və lazımi həcmdə zəruri informasiya ilə təchiz
etməkdən ibarətdir. Bunun üçün vahid inteqrasiya edilmiş verilənlər bazası, lokal
hesablayıcı şəbəkə və hər bir işçi üçün lazımi avadanlıqlarla təchiz edilmiş avtomatlaş-
dırılmış iş yeri (AİY) lazımdır. Bu yanaşma müəssisənin kompleks avtomatlaşdırılmasını
181
nəzərdə tutur. Bu isə o deməkdir ki, müəssisə üçün kompüterləşdirilmiş idarəetmə sistemi
yaradılmalıdır ki, burada da alt sistemlərin qarşılıqlı fəaliyyəti təmin edilməli,
informasiyaya operativ müraciət mümkün olmalı və qərar qəbulu dəstəklənməlidir. SSRİ-
də ilk müəssisə avtomatlaşdırılmış idarəetmə sistemləri (MAİS-lər) və verilənlərin emalı
sistemləri (VES-lər) 60-cı illərdə yaradılmışdı. Bunlar kollektiv istifadə olunan
azməhsuldar, nəhəng hesablayıcı texnika ilə təchiz edilmiş müəssisə informasiya-
hesablayıcı mərkəzlər bazasında yaradılırdı. Bu sistemlər əsasən uçot və planlaşdırma
məsələlərini həll edirdi. Çox hallarda isə həll edilən məsələlər yalnız əmək haqqı
hesablamalarından və kadrlar uçotuna aid informasiyanın emalından ibarət olurdu.
Verilənlərlə işləməyin çətinliyi onunla bağlı idi ki, infformasiya sistemində hesablayıcı
texnika ilə yanaşı, informasiyanın kağıza yığılması və İnformasiya-Hesablayıcı Mərkəzə
daşınması və burada EHM-ə daxiletmə ilə bağlı olaraq perfokartların hazırlanması
prosesləri əl üsulu ilə yerinə-yetirilirdi. Emal nəticələri də kağıza çıxarılırdı.
80-ci illərdə ABŞ-da ―avtomatlaşdırılmış ofis‖ termini geniş yayılmağa başladı.
Burada söhbət bir-sıra idarəetmə funksiyalarının, o cümlədən, mətnlərin hazırlanması,
emalı və redaktə edilməsinin, sistemləşdirilib saxlanmasının, infor-masiya axtarışının,
rəhbər işçilərə informasion xidmət göstərilməsinin və s. avtomatlaşdırılmasından gedirdi.
Bu tip sistemlərin tətbiqi bir-sıra işçilərin, məsələn, katibələrin, referentlərin
funksiyalarının dəyişilməsinə, onların sayının ixtisar edilməsinə, əmək məhsuldarlığının
yüksəlməsinə səbəb oldu. ―Avtomatlaşdırılmış ofis‖ konsepsiyası bu gün də uğurla inkişaf
edir. Proqram təminatı istehsalçıları olan bir-sıra iri firmalar, o cümlədən, Corel, Microsoft
və s. ―Ofis‖ adlı
175
yeni-yeni inteqrasiya edilmiş proqram paketləri hazırlayır.
8.3. Müasir informasiya emalı sistemləri
Müasir informasiya emalı sistemlərində (İES-lərdə) kağız daşıyıcılardan imtina edilən
və AİY-lər arasında verilənlər mübadiləsini şəbəkə vasitəsilə reallaşdıran rəqəmsal
texnologiyalardan istifadə edilir. Bu texnologiyalar həm də hər hansı məsələnin həllində
əməkdaşlar qrupunun real vaxt rejimində birləşdirilməsini nəzərdə tutur. Rəqəmsal
texnologiya telekonfranslar təşkil etməklə fikir mübadiləsi etməyə, müəyyən suallar
ətrafında müzakirələr açmağa, elektron poçt vasitəsilə operativ material ötürülüşü etməyə,
175
MSOffice95, MSOffice97, CorelOffice97, Русский Офис и т.п.
182
elektron elanlar lövhəsi yaratmağa və s. imkan verir. Bu sistemlər müəssisənin bütün
işlərini əhatə etdiyindən, ―biznes-proseslərin korporativ idarəetmə sistemləri‖ termini ilə
ifadə edilir. Bu cür sistemlər üçün ―müştəri-server‖ texnologiyasından istifadə edilməsi,
qlobal İnternet şəbəkəsi vasitəsilə uzaqdakı istifadəçilərin prosesə qoşulması xarakterikdir.
Müxtəlif ölkələrdə və qitələrdə yerləşən 40 mindən artıq istifadəçinin ümumi informasiya
məkanında birləşdirilməsini reallaşdıran sistemlər geniş istifadə edilir. Məsələn,
McDonalds şirkəti öz bölmələrini bütün dünyaya yaymışdır.
8.4. İnformasiya emalının kompüter üsulu ilə bağlı problemlər
Mövcud informasion strukturu köklü surətdə yenidən qurmadan, sadəcə əməkdaşların
iş yerlərinə fərdi kompüter qoyub onları lokal şəbəkədə birləşdirmək idarəetmədə
nəzərəçarpacaq müsbət səmərə verə bilməz. Köhnəlmiş iş üsullarını avtomatlaşdırmaqla
yalnız kompüteri yüksək sürətli kağız sənəd istehsalçısına çevirmək olar. Belə ki, ABŞ
müəssisələrinin işinin təhlili göstərmişdir ki, bir işçinin müvəqqəti olaraq müəssisəyə
qəbul edilməsi üçün 113 səhifəlik 43 müxtəlif sənəd
176
tərtib etmək lazım gəlir. Çünki
mövcud informasiya sistemində ayrı-ayrı bölmələr və işçilər arasında əlavə əlaqələr vardır.
Müəssisənin normal fəaliyyəti üçün cəmi 20-30 daxili kommunikasiya kifayət edəcəyi
halda, mövcud olan kommunikasiyaların sayı bundan 3-4 dəfə çoxdur. Müəssisənin idarə
edilməsinin avtomatlaşdırılması təcrübəsi göstərir ki, məhsuldar kompüterin qurulması
―hər ehtimala qarşı‖ çap edilən və yayılan əlavə nüsxələr hesabına kommunikasiyaların
sayını artırmaq mümkündür. Buna görə də müəssisədə kompüter texnikası tətbiq
edilməzdən əvvəl lazımsız kommunikasiyalar optimal səviyyəyə qədər ixtisar edilməlidir.
Yayılmış əsas təhlükələrdən biri kompüterin imkanlarını həddən artıq şişirtməkdir. Fərdi
kompüter, nə qədər baha və nə qədər məhsuldar olsa da, bizim mürəkkəb iqtisadi
məsələlərimizi həll edə bilməsi üçün həmin məsələlərin proqramını tərtib etməyi tələb
edir. Kompüter texnikasının tətbiqi ilə bağlı olaraq kollektivdə yaranan sosial-psixoloji
problemlər böyük diqqət tələb edir. Çünki işçilərin ixtisara düşmək qorxusu və qalan
işçilərə daha ciddi nəzarət etmək imkanı yaranır.
Kompüterləşdirmə mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili texnologiyasını
əhəmiyyətli dərəcədə dəyişdirir. Ənənəvi texnologiyada mühasibat uçotu və təsərrüfat
176
Tələb olunan sənəd surətləri ilə birlikdə
183
fəaliyyətinin təhlili jurnal-orderdə və kağız sənədlərdə həyata keçirilirdi. Bu sənədlərin bir
çoxu kompüter sistemində də istifadə edilir. Lakin bu sənədlər çox hallarda elektron
formada olur. Əsas uçot sənədləri (mühasibat kitabı və jurnallar) verilənlər faylı şəklində
saxlanır ki, bunları da kompütersiz dəyişmək mümkün deyildir. Kompüter texnologiyası
bir-sıra xüsusiyyətlərə malikdir.
8.4.1 Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi.
Əməliyyatların eyni cür icrası.
Mühasibat uçotunun eyni, tam oxşar əməliyyatlarının icrası üçün kompüter
texnologiyasında eyni əmrlərdən istifadə edilir ki, bu da əl üsulu ilə işlənmə zamanı tez-tez
rast gələn təsadüfi səhvlərin yaranmasına praktiki olaraq imkan vermir. Əksinə, proqram
səhvləri və ya aparat və proqram vasitələrindəki digər sistematik səhvlər bütün qalan
şərtlərin dəyişməz olduğu hallarda da tamoxşar əməliyyatların icrası zamanı yanlış
nəticələrə səbəb olur.
Funksiyaların ayrılması.
Kompüter sistemi, adi halda müxtəlif mütəxəsislərin yerinə-yetirdiyi bir-sıra daxili
nəzarət prosedurlarını icra edə bilir. Bu halda, kompüterlə işləyən mütəxəssislər digər
funksiyaların icrasını da öz üzərlıərinə götürmək imkanı əldə edirlər. Nəticədə kompüter
sistemi nəzarət sistemini lazımi səviyyədə saxlamaq üçün əlavə tədbirlərin görülməsini
tələb edir. Bu tədbirlərdən biri parollar ssisteminin tətbiqidir.
Səhvlərin və qeyri-dəqiqliyin yaranması üçün potensial imkanlar.
Adi mühasibat uçotu texnologiyasına nisbətən kompüter texnologiyası icazəsiz
müdaxiləyə daha açıqdır. Bu, müəyyən səhvlərin və qeyri-dəqiqliyin yaranmasına yol aça
bilir. Tətbiqi proqramların tərtibi zamanı buraxılmış səhvlər uzun müddət nəzərdən yayına
bilir.
Rəhbərlik tərəfindən nəzarətin gücləndirilməsi üzrə potensial imkanlar.
Kompüter sistemi firma rəhbərliyinin ixtiyarına külli miqdarda aalitik vasitələr verir
ki, bunların köməyi ilə fəaliyyəti qiymətləndirmək və nəzarətə götürmək mümkün olur.
Bu, fəaliyyətin qeyri-səmərəli olması riskini xeyli azaldır.
Müəyyən əməliyyatların icrasına kompüter tərəfindən təşəbbüs göstərilməsi.
Kompüter sistemi bəzi əməliyyatları əlavə icazəyə ehtiyac duymadan avtomatik
olaraq icra edə bilir. Çünki bu əməliyyatların avtomatik icrası əvvəlcədən rəhbərliklə
razılaşdırılmış olur.
184
Beləliklə, təsərrüfat fəaliyyətinin təhlili və mühasibat uçotunun kompüterləşdirilməsi
müəssisədə həm dərin struktur dəyişikliyi törədir, həm də yeni texnologiya yeni metodlarla
birgə tətbiq edilir. Bu isə bir-sıra beynəlxalq standartların qəbul edilməsi zərurətini
meydana çıxarır ki, bu da müəyyən qanunvericilik aktlarının dəyişdirilməsini tələb edir.
8.5. Kompüter texnologiyalarının təkamülü
20-ci əsrin ortalarınadək kompüter yalnız mürəkkəb elmi və mühəndis hesablamaları
üçün istifadə edilirdi. 1950-ci illərdə kompüter ilk dəfə müxtəlif kommersiya məsələləri-
nin həllinə cəlb edildi. 1960-cı illərdə kompüter idarəetmə işinə tətbiq edildi. 1968-1972-ci
illərdə verilənlər bazası, terminallar, şəbəkələr və maqnit diskləri meydana çıxdı ki, bu da
prinsipcə yeni kompüter texnologiyasının əsasını yəşkil etdi.
80-ci illərdə informasiya texnologiyaları keyfiyyətcə dərin dəyişikliyə uğradı. Belə
ki, əvvəllər əsas fikir informasiyanın cəld işlənməsinə yönəldilirsə, sonra peşəkar olmayan
istifadəçi marağı ön plana çəkildi.
1990-cı illərin əvvəlində telekommunikasiya sistemlərinin biznesdə istifadəsi
aktuallaşdı. Fərdi kompüterlər müəssisədə idarə (ofis) maşınlarına çevrildi.
8.6. İnformasiya sistemlərinin baza texnologiyaları
Müasir informasiya sistemlərində informasiya texnologiyaları mühüm rol oynayır.
Təəssüf ki, bu iki termin yanlış olaraq tez-tez eyniləşdirilir. Halbuki bunlar fərqli anlayış-
lardır.
İnformasiya texnologiyaları dedikdə, verilənlərin yığılması, saxlanması, emalı, ötü-
rülməsi və istehlakçılara təqdim edilməsi metodları nəzərdə tutulur. İnformasiya sistem-
ləri isə informasiya texnologiyalarından istifadə edilməklə yaradılıb işlədilən kompüter
sistemləridir.
İnformasiya sistemlərində istifadə edilən informasiya texnologiyaları olduqca müx-
təlifdir. Lakin bunların hamısı son yekunda informasiya resursları ilə işləyir. Bu baxım-
dan, həm informasiya sistemlərində, həm də informasiya texnologiyalarında mərkəzi yeri
verilənlərin idarə edilməsi texnologiyası tutur. Bu texnologiyanın xarakteri emal edilən
verilənin təbiətindən asılıdır.
Müasir iqtisadi informasiya sistemlərində, həmçinin, digər təyinatlı informasiya
sistemlərində verilənlərin idarə edilməsi texnologiyasının 3 istiqaməti fərqləndirilir ki,
185
bunlara da baza texnologiyaları deyilir: 1) verilənlər bazası texnologiyaları, 2) veb-
texnologiyaları
177
və 3) mətni axtarış texnologiyaları.
Verilənlər bazası texnologiyaları verilənlər bazası adlanan strukturlaşdırılmış veri-
lənlərin yaradılmasını, saxlanmasını, aktuallaşdırılmasını, tamlığını, səmərəli və kollek-
tiv istifadə edilməsini təmin edir.
Veb-texnologiyaları şəbəkə mühitində və ayrıca fərdi kompüterdə hipermediya
informasiya resurslarının idarə edilməsi üçündür. Ümumdünya hörümçək toru adlanan
WWW, mahiyyətcə, qlobal paylanmış hipermediya informasiya sistemidir.
Mətni axtarış texnologiyaları təbii dildə mətn axtarışı ilə işləyir və səmərəli axtarış
təmin etmək üçündür.
Praktiki fəaliyyət göstərən informasiya sistemlərində baza texnologiyalarının
inteqrasiya edilməsi səmərəli sayılır.
8.7. Verilənlər bazası texnologiyaları
8.7.1. Verilənlər bazası (VB) texnologiyalarının əsasları
8.7.1.1. VB texnologiyalarının mənşəyi
―Verilənlər bazası‖ termini ilk dəfə ötən əsrin 60-cı illərinin əvvəlində işlədilmişdir.
Həmin illərdə maqnit lentlərində təşkil edilmiş faylların idarə edilməsi sistemi yaradıl-
mışdı. Bu, ardıcıl müraciətli sistem idi. Yəni, fayllar lentdə işlənmə ardıcıllığı üzrə yer-
ləşdirilirdi. Lakin bu ardıcıllıq tezliklə pozulduğundan, maqnit lentinin mexaniki yığılıb-
açılmasına çox vaxt sərf edilirdi. Buna baxmayaraq, hələ 60-cı illərin astanasında kifayət
qədər irihəcmli iqtisadı məsələlərin (anbarda ehtiyatların uçotu, sifarişlərin qəbulu və
işlənməsi, mal-nəqliyyat qaimələrinin işlənməsi və s.) həlli faylların təşkili üsulu ilə
mümkün olmuşdu. Bu məsələlərin həllində verilənlərin fayllara yazılması, fayldakı
verilənlərin təzələnməsi, yazıların silinməsi, eyni strukturlu faylların qovuşdurulması,
yazıların çeşidlənməsi və qruplaşdırılması, nəticələrin cədvəllər şəklində, aralıq və son
yekunlarla çap edilməsi əməliyyatları yerinə yetirilirdi. Bu istiqamətin fəallaşdırılmasın-
da 1961-ci ildə meydana çıxan Kobol dili mühüm rol oynadı. Belə ki, bu dil sözügedən
məsələlərin proqramlaşdırılmasının avtomatlaşdırılmasının təməlini təşkil etdi. Lakin
177
İnternet mühitində fəaliyyət göstərən ümumdünya hörümçək toru (WWW - World Wide Web) adlı
qlobal hipermediya paylanmış informasiya sistemi bir çox nəşrlərdə sadəcə, Veb kimi işlədilir.
186
maqnit lentinin mahiyyətindən irəli gələn nöqsan bu sahənin sonrakı inkişafına mane
olurdu. 1960-cı illərin əvvəlində birbaşa müraciətə imkan verən maqnit disklərinin
meydana çıxması ilə prinsipcə yeni imkanlar yarandı. Yalnız bundan sonra verilənlər
bazası yaratmaq mümkün oldu.
8.7.1.2. Verilənlər bazası və digər anlayışlar
Verilənlər bazası - kompüter yaddaşında müəyyən qaydalara uyğun şəkildə təşkil
edilmiş və istifadəçi tələbinə uyğun aktuallaşa bilən, başqa sözlə, predmet oblastının
ekstensional modelini təşkil edən verilənlər çoxluğudur. Verilənlər bazasının təşkili
predmet oblastının intensional modeli ilə təsvir edilir. Çünki intesional model eksten-
sional modelə nisbətən yuxarı səviyyə modelidir.
Verilənlər bazasının aktuallaşdırılması dedikdə, verilənlərin tərkibinin və quruluşu-
nun dəyişdirilməsi başa düşülür. Yəni, aktuallaşdırma nəticəsində bəzi verilənlər bazadan
çıxarılır, yeniləri daxil edilir, əlaqələr dəyişdirilir və s. Daha dərin aktuallaşdırma veri-
lənlər bazasının restrukturlaşdırılması adlanır. Bu, bütövlük məhdudiyyətlərinin dəyiş-
dirilməsi zamanı baş verir.
Çox zaman verilənlər bazası elə təşkil edilir ki, predmet oblastının hər vəziyyətinə
bazanın bir vəziyyəti uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı olaraq,
temporal (zamanlı, sürəkli) bazalar da yaradılır. Bu bazalardakı verilənlərin qiymətləri
müəyyən zamana aid olur. Yəni verilənlərin zaman sıraları (xronologiyası) əks etdirilir.
Verilənlər bazası verilənlərin inteqrasiya edilmiş çoxluğudur. Yəni, bir fakt bazada
bir dəfə qeyd edilir. Bu, bazanın informasiya bolluğunun minimum olmasını göstərir.
Lakin paylanmış bazalarda müəyyən baza fraqmentlərinin (replikatların) şəbəkə
düyünləri üzrə təkrarlanması şəbəkə trafikasını (məlumat ötürülüşünü) ixtisar etməyə və
sistemin məhsuldarlığını artırmağa imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə
xidmət üçün yaradıldığından, onun yaradılması kriterisi sosial xarakter daşıyır və ayrı-
ayrı istifadəçilərin təıləbibni ödəmək baxımından irəli gələn lokal səmərəlilik deyil,
inteqral səmərəlilik daha vacibdir.
Verilənlər bazasının tərkibi (məzmunu), ilk növbədə, hesablama yolu ilə alınması
mümkün olmayan müşahidə və ölçmə məlumatları ilə doldurulur ki, bunlara da baza
göstəriciləri, belə bazaya isə predmet bazası deyilir.
187
Verilənlər bazası xüsusi proqram kompleksi vasitəsilə idarə edilir ki, buna da
Verilənlər bazasının idarə edilməsi sistemi (VBİS) deyilir. VBİS-lə VB birliyinə VB
sistemi deyilir. Bir kompüterdə qurulmuş VBİS bir neçə VB-ni idarə edə bilər.
VB sisteminin istifadəçiləri adətən bazadakı məlumatların mənbəyi olan predmet
oblastı mütəxəssisləridir. Bunlar həm də son istifadəçilərdir. Lakin VB-yə müraciət edən
hər şey - VB sisteminin əlavələri adlanan tətbiqi proqramlar və proqram kompleksləri,
həmçinin kompüterlər və hesablayıcı sistemlər istifadəçi sayılır.
Son istifadəçilər VB ilə qarşılıqlı fəaliyyət göstərərkən VBİS-in istifadəçi interfey-
sindən, tətbiqi proqramlar isə tətbiqi proqramlaşdırma interfeysindən istifadə edir.
Verilənlərin mərkəzləşdirilmiş qaydada idarə edilməsi VB inzibatçısının səlahiy-
yətindədir. İnzibatçı heyət sistemi işlək vəziyyətdə saxlamalı, vaxtlı-vaxtında aktuallaş-
dırma aparmalı, sistemin informasiya resurslarından və yaddaşdan səmərəli istifadə
edilməsini təmin etməlidir.
Verilən bazaları mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş VB bir
kompüterdə yaradılır və ondan yalnız həmin kompüterdə işləyənlər istifadə edir. Belə
bazaya lokal şəbəkə kompüterləri də müraciət edə bilir. Kompüter şəbəkələri paylanmış
bazalar yaradılmasını şərtləndirdi. Belə bazalar müxtəlif kompüterlərdə təşkil edilmiş bir
neçə hissədən ibarət olur. Bu hissələr kəsişməyən, kəsişən və təkrarlanan ola bilir. Bir
kompüterdə təşkil edilmiş paylanmış baza hissəsi bəzən lokal VB kimi fəaliyyət göstərir.
Paylanmış VB-lər paylanmış VBİS-lə idarə olunur.
Paylanmış VB verilənlərin fraqmentləşdirilməsi və tirajlaşdırılması metodları ilə
yaradılır. Fraqmentləşdirmə bazanın kəsişməyən hissələrinin, tirajlaşdırma isə fraqment-
lərin nüsxələrinin müxtəlif kompüterlərdə təşkilini nəzərdə tutur.
VBİS VB-nin mərkəzi idarəedicisidir. Yəni VB-yə müraciət yalnız VBİS vasitəsilə
mümkündür.
VBİS-lər ümumi təyinatlı və ixtisaslaşdırılmış olurlar. Ümumi təyinatlı VBİS-lər
heç bir konkret predmet oblastına istiqamətli olmur. İxtisaslaşdırılmış VBİS-lər xüsusi
təyinatlı sistemlərdir.
VBİS-in əsas xassəsi verilənlər bazasına həm istifadəçi tərəfdən, həm də saxlayıcı
tərəfdən baxmağı reallaşdırmasıdır. İstifadəçi baxımı məntiqi quruluşu, saxlayıcı baxımı
isə fiziki quruluşu şərtləndirir.
Dostları ilə paylaş: |