Məhməd Nədim Aslan, habertakvim.com, 2009)
HEYKƏL ABİDƏLƏRİN DAĞIDILMASI
(İbrahim) atasına və qövmünə: “Sizin bu ibadət etdiyiniz mücəsəmələr nədir?” – dediyi zaman, “Bizim atalarımızın bunlara ibadət etdiyini görmüşdük”, deyə cavab verdilər. İbrahim onlara dedi: “And olsun ki, siz də, atalarınız da yol azmısınız!... Allaha and olsun ki, siz gedəndən sonra mən, bu bütləri (heykəlləri) dağıdacağam!” (Qur’ani-kərim, əl-Ənbiya, 21/52-57).
Məkkənin fəthindən sonra Peyğəmbərin (s.ə.s.) ilk gördüyü işlərdən biri cahil ərəblərin e’tiqad etdiyi bütləri, heykəlləri sındırmaq, dağıtmaq işi olub ki, onlar, bu bütlərə deyil, tək olan Allaha sitayiş etsinlər.
Respublikada, hakimiyyət əlimə keçsəydi mənim də ilk sərəncamım o cür olardı, əmr verərdim ki, məmləkətdə olan bütün heykəllər dağıdılsın.
“Heykəl ucaltmaq” ifadəsi bizim dilə kənardan, rus dilindən gəlib. Müsəlman dünyasında, tarixən, görkəmli adamların heykəllərini düzəltmək, onlara heykəl abidələr ucaltmaq ənənəsi olmayıb. Mədəniyyətimizdə belə adət-ənənə yoxdur. Ancaq bizdən fərqli olaraq başqa millətlərdə sitayiş etmək və hörmət göstərmək məqsədi ilə ilahilərə, mələklərə, peyğəmbərlərə, övliyalara və görkəmli şəxsiyyətlərə heykəl inşa etmək adəti vardır. Məsələn brəhmən dinindən olanlar öz məbədlərində sitayiş etdikləri minlərcə sayda mələklərə heykəllər qoyurlar. Buddanın ardıclıları onu təcəssüm edərək, daşdan, mərmərdən və tuncdan olan heykəllərini, abidələrini hazırlayırlar. Xaçpərəstlər isə Həzrəti İsanın, Həzrəti Məryəmin və ümumiyyətlə bütün din xadimlərinin təsvirlərini heykəl şəkilində hazırlayırlar. Onların dinində, adətində və ənənəsində övliyaların, peyğəmbərlərin, mələklərin və hətta Allahın canlı bir cisim şəklində təsvir olunması məqbul sayılır.
Qət’i bir şəkildə deyirəm ki, bizim məmləkətin ulu şeyxlərini, din xadimlərini şair adlandırıb onları Lenin, Stalin kimi cəllad və zalımları tərənnüm edən “saray şairlərinə”, Vurğunlara, Rüstəmlərə tən’ etmək olmaz, bu düzgün iş deyil. Deyirəm ki, respublikanın kommunist xadimlərinə və həmçinin onların nökərləri olan “xalq yazıçılarına”, “xalq şairlərinə” ucaldılmış heykəlləri dağıtmaq lazımdırsa, şeyxlərimizə, övliyalarımıza, dinimizin nəhənglərinə heykəl inşa etmək böyük qələtdir; bu, onlara qarşı bir hörmətsizlikdir. Bu səbəbdən onlar qəbirlərində rahat ola bilmirlər. İslamda peyğəmbərlərə, imamlara, ruhanilərə, dövlət xadimlərinə, alimlərə heykəl ucaltmazlar. Meydanlarda insan heykəllərinin ucaldılması işi müsəlman ölkələrində axırıncı yüz ildə də’bə düşüb. Bu o vaxt oldu ki, müsəlman ölkələri xaçpərəstlərin müstəmləkə və yarı müstəmləkələrinə çevrildilər, müsəlmanlar öz milli müstəqilliklərini itirdilər, İslami üsul-idarə ləğv olundu və müsəlmanın iradə qüvvəsi zəiflədi, zehni və düşüncəsi gavurların tə’siri altına düşdü.
Görəndə ki, Tehranda, bir meydanda İranın bir əfsanəvi qəhrəmanına heykəl qoyulub, çaşdım, mat-məəttəl durub qaldım, gözlərimlə, gördüyümə inanmadım. Təəccüb etdim ki, necə oldu ki, İslam cümhuriyyətində şəhər meydanında heykəl ucaldıblar. Sonralarda öyrəndim ki, İranda bu heykəldən başqa da heykəllər var.
Bu məsələ, İranda İslamın ulu xadimlərini, alimlərini və şairlərini (İbn Sina, Hafiz, Sə’di) təmsil edən heykəllərin şəhər meydanlarında qoyulması məni çox təəccübləndirir və mə’yus edir. Aydındır ki, oranın hökumət adamları bunu kütlənin, qara camaatın rəğbətini qazanmaqdan ötrü ediblər. Düzgün iş deyil. Müsəlmanın adətinə, ənənəsinə ziddir. Düzgün iş olsaydı əvvəlki çağlarda ucaldardılar. Məqbərə, başqa məsələ. Gələcəkdə, vaxt tapıb, oturub, İranın dini rəhbərinə məktub yazıb, müraciət edəcəyəm ki, lazımdır, gərəkdir ki, iranlılar, müsəlmanın adət və ənənəsinə zidd olan bu heykəlləri, abidələri dağıtsınlar. İrandakı bu heykəllər sənət nöqteyi-nəzərindən də eybəcər işlərdir, çünki, tarixən, bu ənənə İranda olmadığından, orada heykəltəraşlıq sənətinin tədrisi aşağı səviyyədədir.
İslamda, nəzəriyyədə, heykəl düzəltmək və şəkil çəkmək günah sayılsa da, əməldə buna ciddi riayət olunmayıb. Şəkil çəkib, heykəl düzəldirdilər. İslam sənətində quş, heyvan təsvirləri olubsa da, fəqət adam heykəli olmayıb. Bu ənənəyə riayət etmək lazımdır.
Bu gün Bakının müsəlman qəbiristanlıqlarında olan adam heykəllərini də sökmək lazımdır. Ancaq baş daşları üzərində cızılan, çəkilən şəkillərə mənim e’tirazım yoxdur.
Qüvvəli xalqlar ənənələrinə sadiq olanlardır. Əksinə buqələmun xasiyyətli xalqlar zəif xalqlardır, bunların axırı pis olur, məhv olub gedirlər, yer üzündə izləri qalmır.
Hərgah sən İslamın bu ulu şəxsiyyətlərini sevirsənsə, onlara hörmət nümayiş etmək istəyirsənsə onda, get, onların sözlərini özünə rəhbər tut, onların buyurduğu kimi yaşa, müsəlman ol, namazını qıl, orucunu tut, kafirlərin yolu ilə deyil, onların, övliyaların yolu ilə get.
Bakıda olan heykəllərin bəlkə ən mənfuru “Çadrasını atan qadın” heykəlidir. Bu heykəl şəriətə, dinə qarşı aparılan təbliğatın bir nümunəsi, təcəssümüdür. İslamiyyətdə hicab müsəlman əxlaqının zəruri ünsürlərindən biri hesab olunur.
Sovet dövründə tarixçilər bizi inandırmağa çalışırdılar ki, guya bizim qadınlar çadranı öz xoşlarına atdılar və dövlət tərifindən onlara heç bir təzyiq göstərilməyib. Mən isə buna nə o vaxt inanmışam, nə də ki bu gün.
Bir nəfər mənə Buxarada baş verən çadra ilə əlaqəli tarixi hadisələrdən danışdı. Sovet dövrünün ilk çağında dəstə-dəstə komsomolçular iki-üç silahlı Qızıl ordu əsgəri ilə birlikdə əhalisi çox mömin və dindar olan bu şəhərin müsəlman məhəllələrinə tez-tez gedir və hicab əleyhinə təbliğat aparırdılar. Bunların gördükləri iş bundan ibarət idi. Komsomolçular küçədə qabaqlarına çıxan hər qadının çadrasını başından çəkib götürürdülər. Müsəlman qadınlar fəryad çəkib, bağırdılar. O vaxt Buxarada başı açıq, çadrasız gəzmək böyük bir rüsvayçılıq sayılırdı. Bu cür təhqir olunan qadınlar üçün camaatın içində bədnam olmaq və ərlərinin onları boşamaq qorxusu var idi. Arvad çığırtısını duyan kişilər onların köməyinə qaçıb gələndə və komsomolçulara müqavimət göstərmək istəyəndə, əsgərlər onları güllə ilə vurub öldürürdülər.
Türküstanda şüra hökumətinin hicab əleyhinə apardığı mübarizə bu şəkildə idi.
Türkiyədə isə, erkən çağ cümhuriyyət dövründə “Şapka qanunu” adlanan qanun çıxmışdı ki, buna əsasən bütün əhali, kişili-arvadlı, məcburi bir şəikildə, müsəlman qiyafətlərini dəyişib avropa sayaq paltarlar qeyməli idilər. Bunu etməyənləri ağır cəza gözləyirdi. Qadınlar üçün xicab gədağan olunmuşdu, kişilər isə başlarına Avropa papaqları taxmalı idilər. Şapkanın günlüyü namaz qılanda adama maneçilik törətdiyinə görə, onunla səcdə etmək mümkünsüz olduğuna görə müsəlmanlar onları qəbul etmək istəmirdilər.
Əhali ölkənin bir çox yerində “Şapka qanunu”na qarşı üsyan etdi. Ordu isə dinc nümayişçilərə: qadın, kişi və uşaqalara güllə atırdı. Nəticədə çoxlu adam qırılırdı. Türkiyədə dünyəvi hökumət “avropalaşma” siyasətini bu şəkildə aparırdı – bu siyasətdən narazı olan vətəndaşlara qarşı zor tətbiq edirdi, cəza verirdi, hər cür zülm edirdi. Millətin tanınmış, hörmətli adamları dar ağacından asılır, bə’zi hallarda isə başları kəsilirdi. Sonra isə camaatı xoflandırmaqdan ötrü onların kəsilmiş başları şəhərlərin baş meydanlarında uca yerlərə qoyulub sərgilənirdi. Dinsiz hökumətin hicab əleyhinə apardığı “dinc” təbliğatı bu cür idi.
Bunlar deyirlər ki, bizdə “vicdan azadlığı” adlanan bir şey var, mövcuddur. Əgər həqiqətdə bu belədirsə, onda, qoy hökumət şəhərin bir görkəmli yerində başqa cür bir heykəlin, “Hicablı qadın” heykəlinin ucadılmasına icazə versin. Qoy, mömin müsəlman qadınların şanına da bir heykəl ucaldılsın. Onlar buna razı olarlarmı, məmnunluq nümayiş edərlərmi? Əsla, yox. Əksinə hər kəs ki bu təşəbbüslə şəhər valisinə müraciət etsə ona “müsəlman terrorçusu” adını verər, tutub dama basarlar.
Cavanlıqda, mənim əlimə bir ingilis qəzeti düşmüşdü. Orada, İngiltərədə baş verən bir hadisə barəsində bir məqalə oxudum. Bu, çox ibrətamiz əhvalatdır. O çağ, İngiltərədə bir şəhərinin bələdiyyəsi mərkəzi meydanda heykəl inşa etmək fikrinə düşdü. Bunu eşidən şəhər əhalisi çox hiddətləndi, bələdiyyə idarəsinin qarşısında e’tiraz nümayişinə çıxdı. Bizə bu heykəl, bu abidə lazım deyil, dövlət pulunun belə səmərəsiz xərclənməsinin əleyhinəyik, söylədilər.
Bizim cəmiyyətdən fərqli olaraq, Qərb cəmiyyətində əhali, dövlət puluna öz puluna baxan kimi baxır, onu vətəndaşların ümumi sərvəti hesab edir. Onlar, hökumətin artıq məsrəf etmək, xərcləmək işinə biganə qalmırlar.
Şəhər əhalisi bələdiyyə rəisinə müraciət edib dedi, dövlət pulunun bu cür faydasız yerə sərf olunmasını istəmirik, bu heykəlin ucaldılmasına ayrılmış pul daha vacib bir şeyə, məsəl üçün, ayaqyolu tikilişinə xərclənilsin. Və axırda, şəhər hakimiyyəti əhalinin tələblərini nəzərə alıb, heykəl əvəzinə şəhərin mərkəzi meydanında bir abdəstxana tikdi.
Bax millət belə olar! İngilislər hökumətdən onun, bütün pul məsarifinə, qəpiyinə kimi dəqiq, hesabat tələb edirlər. Bu əhvalatdan aydın olur ki, ingilislər nəyin vacib bir şey, nəyin isə ikinci dərəcəli bir şey, bəlkə də tamamı ilə lüzumsuz bir şey olduğunu yaxşı anlayırlar.
Bir neçə il bundan qabaq Bakıda ingilis dilində çıxan qəzetdə bir xarici vətəndaş belə bir fikir söyləyib. Dedi, Bakıda ucalan bütün heykəllər çox eybəcər, sənət baxımından çox zəif işlərdir. Bu heykəllərin yalnız biri, filan bağda gördüyüm əsər, dəyərli, qeyri-adi bir heykəltəraşlıq nümunəsidir. O, Əliağa Vahidin tunc baş şəkilli heykəlini nəzərdə tuturdu.
YƏHUDİLƏR
Bir müddət bundan qabaq tatların kim olduğunu və tat dililin nə olduğunu öyrənmək istədim. Yadımdadır ki, Londonda olanda əlimə kiçik həcmli bir kitab, “Yəhudi ensiklopediyası” düşmüşdü. Ancaq orada tatlara aid bir bənd yox idi.
Uşaqlıqda mənə elə gəlirdi ki, tat dili sırf yəhudilərə aiddir. Ancaq sonralarda gördüm ki, Buxaranın müsəlmanları da bu dildə danışırlar.
Ərdəbildə olanda iranlılardan soruşdum, tat dilində danışanlar kimdirlər, yəhudilərdir? Onlar bir nəfəri göstərib dedilər, bu adamın yaşadığı kəndin camaatı da tat dili danışır. Ondan soruşdum, siz yəhudisinizmi? Dedi ki, yox müsəlmanam. Biz kənddə tat dilində danışırıq və hamımız müsəlmanıq.
Bundan əlavə mən həm də eşitmişəm ki, Xınalığın əhalisi də tat dilində danışır və hamısı müsəlmandır. Sonradan öyrəndim ki, düşündüyümün əksinə, tat dili fars dilinin loru şəkli deyil, qədim bir növüdür. Bundan anlaşılır ki, qədim zamanlarda İran dövlətinin geniş ərazilərində məskun olmuş yəhudilər bu dili farslardan mənimsəyiblər.
Bir rus müəllifinin yazdığına görə sovet dövründə yanlış bir fikir var idi ki, güya dağ yahudiləri və yəhudi tatları eyni xalqa, eyni qövmə aiddirlər. Məqaləyə görə bir rus alimi bu iki xalqın nümayəndələrinin kəlləsini, qafa tasını tutuşduraraq belə fikrə gəlib ki, dağ yəhudiləri əslikar yəhudidilər, fəqət yəhudi tatlar isə qeyri-yəhudi irqinə mənsubdurlar. Onun fikrinə görə qədimdə yəhudi tatlarının əsli fars idi, lakin onlar sonradan musəvi dinini qəbul edib, yəhudi oldular. Bu o deməkdir ki, bu iki yəhudi dəstəsinin mənşəyi eyni deyil, fərqlidir.
Ondan başqa bu yaxınlarda İnternetdən maraqlı bir şey öyrəndim. Rusiya arxivlərindəki sənədlərə görə, çarın ordusu Bakını tutanda ruslar şəhərin əhalisini (qala divarları içində yaşayanları) siyahıya aldılar. Şəhərin nufus sayı səkkiz min çıxdı. Sənəd bildirir ki, bütün bu əhali sırf tat dilində danışanlardan təşkil olunmuşdu. Yə’ni ki şəhərdə türkcə danışan adam olmayıb.
Aydın olur ki, əvvələrdə Qafqaz, İran və Orta Asiya şəhərlərinin geniş xalq kütləsi, bazar əhli tat dilində danışırdı. Ədəbi fars dili isə sarayın, əşrəf təbəqənin və əhli-səvadın dili idi.
Bu gün Bakı şəhərinin yuxarı məhələlərində dağlı tatlar yaşayırlar. Müğənni Zeynəb Xanlarova da dağlı tatıdır. Nisə Qasımova da dağlı olub.
Respublikanın siyatbazları, adətən, ermənilərin mənafeyini güdən Rusiyanən yəhudi siyasət adamlarını qəsdən erməni kimi göstərməyə çalışırlar. Məsəl üçün Yelena Bonner, Qalina Novodvorskaya, Qarri Qasparov kimi.
Londonun bir məhələsində çoxlu yəhudi yaşayır. Axır vaxtlarda türklər də bu məhələyə yerləşməyə başlayıblar. Ancaq görünür ki, bu, yəhudilərin acığını tutdurur, narazılığlarına səbəb olur. Bir dəfə o məhələdən keçirdim. Orada bir mərtəbəli evin qarşısında duran saqqallı bir kişini gördüm. Əynində qatı dindar yəhudilərin qeydiyi qiyafət vardı. Yanından keçəndə ardımca məni ibrani dilində söydü və tüpürdü. Onun tüpürcəyinin üstümə düşüb-düşmədiyini bilmədim. Avropanın şəhərlərində yalnız türklər başa şapka qoyurlar. Görünür ki, o, elə bu səbəbdən, mənim bir türk, müsəlman olduğum üçün mənə bu cür rəftər göstərdi.
Amerika qəzetində oxumuşamı ki, Fələstində yaşayan xristian ərəb qadınları yəhudilərin əlindən küçəyə çıxmağa qorxurlar. Şikayətlənirlər ki, hər dəfə küçəyə çıxanda yəhudi kişilər onlara tüpürürlər.
Londonda kitabxanada bir kitab tapıb oxudum. Kitab ilk dəfə Almaniyada alman dilində çıxmışdı, sonra isə onu ilgilis dilinə tərcümə etmişdilər. Müəllifi bir ərəb idi. O, coğrafiyaşünas idi. Yazır ki, Səudiyyə Ərəbistanında işləyəndə Yemənlə sərhəddə yerləşən kiçik bir ərazidə çoxlu miqdarda yer adları mənim diqqətimi çəkdi. Bu yer adları “Tövrat”da adı keçən məntəqə adları idi. Bu məsələ məni maraqlandırdı. Araşdırmalar apardım. Sonra öyrəndim ki, 20-30 il bundan qabaq bir alman alim də bu məsələyə maraq göstərib və Səudi hökumətindən orada qazıntılar aparmağa icazə almışdı. Yerin altında tikintilər aşkar olandan sonra səudlar qazıntı işlərinin dayandırılmasını tələb etdilər. Alman, işini qurtara bilmədi.
Sionistlər Fələstinini başdan başa qazaraq “Tövrat”da adı çəkilən şəhərlərin yerlərini tapmağa çalışırlar və bununla yəhudilərin hələ çox qədim zamanlarda bu ərazidə yaşadıqlarını sübut etmək istəyirdilərsə də onların bu səyləri boşa çıxmışdı. Onlar o şəhərlərin, məskənlərin heç bir əsərini tapa bilmədilər. Ancaq Ərəbistanın bu yerində otuza qədər məntəqə o şəhərlərin və vilayətlərin adını daşıyırdı. Bu çox kiçik üçbucaq şəkilində bir ərazidir.
Müəllif yazır ki, bundan sonra o, bu məsələ ilə ciddi məşğul oldu və həttə ibrani dilini də öyrəndi. Onun sözünə görə yəhudilərin yaşadığı və İsrail kimi adlanan ərazi Fələstində deyil, Səudiyyə Ərəbistanının cənubunda yerləşmişdi. O, yazır ki, keçmişdə yəhudilər kiçik, az əhəmiyyətli bir xalq olduqları halda, sonralarda, öz tarixini, öz millətinin əhəmiyyətini şişirdib, dünya səviyyəsində mühüm bir qövm kimi göstərməyə çalışıblar. Halbuki bütün bu “şəhərlər” iyirmi-otuz komadan ibarət olduğu yerlər olub. Qədimdə 20-30 evi olan məntəqə böyük şəhər hesab olunurdu. Tövratda işlədilən “Misr” dövləti əslində dövlət adı olmayıb bu məntəqədə yerləşən kiçik bir yer adı idi. Yəhudilərin müqəddəs kitabında bu kiçik məntəqələr, kəndlər arasında gedən çəkişmələr, davalar nəhənq, qüdrətli dövlətlər arasında gedən müharibələr kimi görsədilib. Məsəl üçün yəhudilər iddia edirlər ki, qədimdə onların misirlilər, hettlər, iranlılara qarşı müharibələri olmuşdu.
Sonralarda İran bu ərazini işğal edəndə yəhudilər və ərəblər oradan köç edib Fələstində yerləşiblər. Nəhayətdə yəhudilər Fələstində dövlət yaratdılar və buradakı şəhərlərə və vilayətlərə vətənlərində qalan məntəqələrin adlarını verdilər. Baş şəhərlərini “Yeni Yerusalim” adlandırdılar. Sonradan “yeni” sözü düşdü.
“Tövrat”ın çox yerində “Yordanın o tayı, bu tayı” sözləri işlənilir. Fəqət, orada bu çay adı kimi göstərilməyib. Onun fikrinə görə qədim “Yordan” (Ordun) Səudiyyədə yerləşən bir dağ silsiləsinin adıdır. Müəllifə görə yəhudilər Fələstinə köçəndə vətənlərində gördükləri dağların adını bir çaya veriblər. Sonralarda yəhudilər əvvəlki vətənlərinin yerini unudublar, səhvən elə düşünürlər ki, “Əhdi Ətiq”də adı çəkilən yerlər Fələstində yerləşıb.
Ərəb yazır ki, yəhudilər öz Kitabını çox vaxt səhv oxuyurlar. Məsəl üçün “Tövrat”ın bir yerində bir peyğəmbər and içərək deyir ki, “And içirəm, yəhudi arvadlarının döşləri və paçalarına!”. Bu gün yəhudilər bunu belə başa düşürlər. Halbuki “döşlər” bu məntəqədə yerləşən bir dağın adıdır. “Paçalar” isə bir vadınin adıdır. Bu ağla batan sözdür, çünki peygəmbərin arvad döşləri və paçaları ilə and içməsi məzəli görsənir. Yə’ni ki əslində orada yazılıb ki, “Yəhudi məmləkətinin “Döş” dagları və “Paçalar” vadisinə and içirəm!”.
Parisin “Luvr” muzeyində bir qədim Babil lövhəsi nümayiş olunur. Qərb alimləri, qərəzliklə, yalandan orada yəhudi xalqının adı çəkildiyini bildirirlər. Bununla yəhudilərin qədim və çox əhəmiyyətli bir xalq olduqlarını sübut etməyə çalışırlar. Müəllif bu lövhəni başqa cür oxuyur və orada, əslində, yəhudilərin adı çakilmədiyinə tə’kid edir.
“BiBiSi” televiziyası milliyonlarla pul xərcləyib film işçilərini Misirə göndərib iki hissəli sənədli film çəkdirmişdi. O vaxtlarda bu televiziyanın müdüri bir yəhudi idi. Onlar altı ay ərzində o ölkədə film çəkərək sübut etməyə çalışırdılar ki, qədim Misirdə yerləşən məhşur mə’bədləri Misirin qədim xalqı qibtlər deyil, yəhudilər tikiblər. Sonralarda mötəbər alimlər bu filmə e’tiraz etdilər və orada deyilən bütün fikirlərin yalan olduğunu bildirdilər. Onlar dedilər ki, misirşünas alimlər Misirdə yəhudilərin yaşayışının heç bir əsər-əlamətini, dəlil-sübutunu tapa bilməyblər.
Mən cavanlıqda eşitmişdim ki, “Tövrat”a görə qədim zamanlarda Yəmənin məlikəsi Bilqeyis üç suala cavab tapmaq üçün Süleyman peyğəmbərin yaşadığı vilayətə getmişdi. Mən bu məsələyə şübhə ilə yanaşdım, axı Yəmən ilə Fələstinin arasında yüzlərlə kilometr yol yar. O vaxt bu məsafəni gət’ etmək üçün aylar lazım idi. Axı bu suallara cavabı məktublaşmaq, qasid göndərmək yolu ilə də əldə etmək olardı.
Lakin eşidəndə ki, əslində Süleymanın yaşadığı şəhər Fələstində deyil, Yəmənin sərhədində yerləşib, bu, mənə daha inandırıcı görsəndi. Axı padşahlar uzun müddətə öz dövlətlərini tərk etməyi sevmirlər, çünki onda məmləkətdə usyan, dövlət çevrilişı baş verə bilərdi.
Görünür ki, Səudiyyə dövləti fikirləşdi, əgər yerin altında bir şey tapılsa və almanın bu mülahizəsi doğrulansa, onda yəhudilər Fələstin kimi onların ərazilərinə də iddialı olarcaqlar. Buna görə qazılma işini dayandırdı.
Moskvanın bir qəzetində bir rus tarixçisinin yazdığı “İsrail Krımda da ola bilərdi” adında maraqlı bir məqalə çıxmışdı. Oktyabr İnqilabından sonra, iyirminci illərdə Rusiyanın hakimiyyətinə gələn yəhudilər özləri üçün Krımda ayrıca bir respublika qurmaq fikrinə düşdülər və bunun qerçəkləşməsi üçün layihələr hazırlamağa başladılar. Layihəyə görə bu gözəl diyara 280 min yəhudi köçürülməli, orada bir yəhudi muxtariyəti yaradılmalı idi. O vaxtdan başlayaraq yəhudilərin Krıma, tatarların məskun olduğu ərazilərə köçü başladı. Bu köçə sovetin yəhudi əsilli hökumət adamları yardım edirdi: Trotski, Kamenev, Buxarin, Tsyurupa və Larin. 1936-cı ildə Krımda yəhudilərin beş milli vilayəti və minlərlə təsərrüfatı yaradılmışdı.
1943-cü ildə sovetin “Yəhudilərin ziddi-faşist komitəsi”nin başçısı S.Mixoels Amerikaya səfəri zamanı oranın nufuzlu yəhudiləri ilə (A.Aynştayn, T.Mann, L.Feyxtvanger, T.Drayzer, Ç.Çaplin , M.Şaqal) və ən vacibi Vaysmanla (sonralarda İsrailin dövlət başçısı oldu) görüşmüşdü. Sovet ordusu Krımı almanlardan yalnız 1944-də azad etdiyi halda, bunlar hələ qabaqçadan bu yarımadanı yəhudilərlə doldurmağın lahiyələrini hazırlayır və Mixoelsi “bizim dövlət rəisimiz” kimi qəbul etmişdilər.
O vaxt Stalin bu lahiyəyə hələ ki qət’i bir qərar vermədi. Görünür ki, Stalin yəhudilərə çoxda e’tibar etmirdi. O, qorxurdu ki, əvvəlcə muxtariyyət tələb edəcəklər, sonra isə tam müstəqillik.
Bundan belə çıxır ki, hələ iyirminci illərdə Kremilin tatarları Krımdan köçürmək üçün bir layihəsi mövcud idi. Və nəhayətdə, müharibədən sonra Kreml tatarları ittiham etdi ki, güya onlar alman işqalçılarına rəğbət bəsləyirdilər və bu bəhanədən istifadə edib onları yarımadadan Sibirə sürgün etdirdi.
Christofer Jon Bjerkines adında bir müəllif 2006-cı ildə “Yəhudilərin xristian ermənilərini qətli-am etməsi” (The Jewish Genocide of Armenian Christians) kitabını yazıb nəşr etmişdi. Müəllif bu əsərdə xaçpərəst nöqtəyi nəzərindən baxaraq “Qənc türklər”in hakimiyyəti dövründə ermənilərin Anadolu torpoqlarından sürgün edilməsini bir qətli-am kimi qiymətləndir. Belə xristian müəlliflər, adətən, əsərlərində erməniləri mə’sum və yazıq bir xalq kimi göstərirlər. Ermənilərin müsəlman əhalisinə qarşı törətdikləri qeyri-insani cinayətləri, qırğınları isə göz ardı edirlər.
Fəqət başqa əsərlərdən fərqli olaraq kitabda “qətli-am”ın günahkarları kimi türklər deyil, yəhudilər göstərilmişlər. Kitabın müqədiməsindən bir parça:
1915-Ci İLİN QƏTLİ-AMINDAN ƏVVƏLKİ DÖVR. Yəhudi rəhbərləri 1905-ci ildə Salonik, Paris və Vyananın mason lojalarında görüşüb Türkiyənin sultanı İkinci Əbdül Həmid əleyhinə dövlət çevrilişi etmək üçün tədbir tökürdülər. Bu “Sion hükamalarının protokolları” ilə tam müvafiq bir şəkildə idi. 1909-cu ildə “İttihad və Tərəqi” firqəsinin yəhudiləri və gizli yəhudiləri (dönmələr) Türkiyə İmperatorluğunu ələ aldılar. Onların bir neçə məqsədləri vardı. Əsas məqsədləri Fələstində “Yəhudi dövləti”ni yaratmaq idi. Bundan əlavə Birinci Dünya müharibəsini qızışdırmağ, xrisian əhalisini qırmaq, Türkiyə İmperatorluğunu məhv etmək və İslam dinini və mədəniyyətini mə’naviyyatsız və mədəniyyətsiz bir cəmiyyətlə əvəz etmək. Bütün bunlar Vyana, Paris və Salonikin “pozitivistləri” (dini ehkamları rədd edən xüsusi bir fəlsəfə görüşü) tərəfindən layihələndirilmişdi.
“The Times of London” qəzetinin müxbirinin 1911-ci ilin iyulunda yazdığı məqalədən bir parça:
“Bunu hamı bilir ki, “İttihad və Tərəqi” firqəsi masonların havadarlığı ilə yaradılmış və gərargahları Salonik şəhərində yerləşən Türkiyənin yəhudi və dönmələri tərəfindən təşkil olunmuşdu. Bu gizli təşkilat hələ Əbdül Həmid dövründə mason şəklini almışdı. Emanuel Karoso, Salem, Sassun, Farci, Meslah kimi yəhudilərin, Cavad Bəy və Balcı ailəsi kimi dönmələrin “İttihad və Tərəqi” firqəsinin Salonikdəki təşkilatçılğı işində, onun özəyinin yaradılmasında xüsusi bir payları olub. Bu məsələlər Türkiyədə və Balkanlarda yaxşı bilinən şeylərdir. Orada elə bir təmayül baş qaldırıb gedir ki, “İttihad və Tərəqi” firqəsinin yanlış hərəkətləri səbəbindən baş vermiş qırğınların günahkarları yəhudilərdir. Hesab olunur ki, bunun məsuliyyətini sırf onlar daşıyır”
MÜQƏDDİMƏ. 1909-cu ildə “İttihad və Tərəqi” firgəsi Türkiyə İmperatorluğunu devirdi. Sionist bank sahibləri Fələstini öz nəzarəti altında saxlayan Türkiyə İmperatorluğunun məhv edilməsini çoxdan arzulayırdılar. Bu irqçi yəhudilərin arzusu Fələstini yerli əhalinnin əlindən alıb, “Yəhudi Dövləti”ni qurmaq idi. Sonra isə əslikar fələstinliləri ya qovmaq və ya da öldürmək və orada onların əvəzində Şərqi Avropa yəhidilərini məskun etmək.
“Gənc Türklər” inqilabı daha sonralarda Rusiyada baş vermiş bolşevik inqilabının eyni idi. Hər iki inqilab yəhudi bank sahibləri tərəfindən layişələşdirilmiş və maliyələşdirilmişdi. Hər iki inqilab yəhudi və gizli yəhidilər tərəfindən icra edilmişdi. Hər iki inqilab qədim yəhudi kahinlərinin müjdələrinin yerinə yetirlməsi idi. Kahinlər, yəhudiləri qeyri-yəhudi dövlətlərini, dinlərini və mədəniyyətlərini e’tibardan salmağ və məhv etməyə çağırırdılar. Elə ki əvəzində Fələstində Yəhudi Dövləti yaradılacaq və yəhudilər dünyaya hakim olacaq, Yerusalemdə (Qüdsdə) yerləşəcək hökumətinin vasitəsi ilə və yəhudi padşahın başçılığı altında dünyanı idərə edəcəklər. Tövrata və Talmuda görə tanrı yəhudilərə dünya üzərində və qeyri-yəhudilər üzərində ağalıq haqqını verib, elə ki, qeyri-yəhudilər kölələr kimi yəhidilərə xidmət etməli və Yerusalemdən gələn qanunlara tabe’ olmalıdırlar. Yəhudilər həmişə inanırdılar ki, qeyri-yəhudi məlikləri, məlikələri və şahzadələrinin, başqa sözlə qeyri-yəhudi rəhbərlərin müqəddəratı, alın yazıları qul olub yəhudilərə tabe’ olmaqdır.
Yəhudi dini kitabları yəhudilərdən tələb edir ki onlar bütün qeyri-yəhudi dövlətlərini dağıdıb, tarimar etsinlər. Bu millət elə hesab edir ki, yəhudilər tanrının yer üzündəki təmsilçiləridir. İnanırlar ki, tanrı onlara hökmranlıq haqqını verib. Elə ki, yəhudilər qeyri-yəhudilərin hökmranlığına son qoyub, onları qul etməli, hökm oxuyub, nəhayətdə, qətl etməlidirlər.
Səbatayçı yəhudilər xüsusi ilə Talmudçulara və Kabbala (yəhudi təriqəti) yazıçılarina pərəstiş edirlər, hansılar ki, əsrlər boyu Türkiyə və Rusiya hökumətlərini devirmək üçün şəy göstərib, tədbir tökürdülər və bu, nəhayətdə, yəhudi “Gənc Türklər” inqilabına və yəhudi bolşevik inqilabına gətirib çıxartdı.
Dostları ilə paylaş: |