İslam səNƏTİ azər miRZƏBƏY


Lö’lö’: inci, dürr. Ğəltan



Yüklə 0,66 Mb.
səhifə31/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   23   24   25   26   27   28   29   30   31
Lö’lö’: inci, dürr.

Ğəltan: yumru, dəyirmi.

Sürəti-rəhman: Allah surətli.

İtlaq: ayrılma, azad etmə, xilas olma.

Şəmsi-din: dinin günəşi.

Xəllaq: yaradan; Allah.

Zərrəvəş:

Nalan: nalə edən, ağlayan.

Lüdən, ləduni: ilahi, gizli.

Fəqih: fiqh alimi, şəriətçi.

Hirman: məhrum.

Şol: o.

Müşrik: bütpərəst, müsəlman olmayan.

Əbtər: faydasız: quyruğu kəsik.

Dəccal: qiyamət günü eşşəyi tərsinə minib zühur edəcək şəxs; yalançı Mehdi.

Xər: eşşək.

Xali: boş, azad.

Şu: bu.

Qiylu qali: səs-küy

Ərsə: yer, meydan.

Üryan: lüt.

Ədəm: yoxluq, ölüm.

Zərrat: zərrələr.

Şəms: günəş.

Məzhər: bir şeyin zühur etdiyi yer.

Müshəf: səhifələri olan.

Qamu : hamı.

Tibyan: bəyan etmə.

Masəva: başqa; müstəsna.

Ayati-müshəf: Qur’an ayəsi.

Vəli: dost.

Ənbiyavü övliya: peyğəmbərlər və müqəddəslər.

Bil filməsəl: misilsiz.

Ünvan: ad, başlıq; rütbə.

Ba: “bismillah”ın ixtisarı.

Bəsmələ: “bismillahir-rəhmanir-rəhim”in qısa tələffüz şəkli.

Əbi: mənim atam; ata.

Müştəri, Mərrix, Zöhrə, Ütərid, Keyvan: ulduz adları.

Qalu-bəla: “Bəli, dedilər”. Bu ifadə Qur’andan ( 7/17) iqtibas edilmişdir. “Mən sizin Allahınız deyilənmi? Bəli, dedilər”.

La: yox

Bibəsər: gözsüz.

Bican: cansız, ölü.

Ayna: qəlbin aynası.

Bikr: təmiz, saf.

Övrət: arvad.

Adəmzadə: adam balası.

Mə’ni: məzmun.

Naxələf: fərsiz, xeyirsiz.

Xələf: övlad, birinin yerini tutan.

Nabaliğ: yetişməmiş, həddi-büluğa çatmamış.

Bəsi: bir çox.

Üdvan: haqsızlıq, zülm.

İsmi-cəlal: adı uca olan; Allah.

Məzhər: bir şeyin zühur etdiyi yer.

Xülqi-həsən: gözəl xasiyyət.

Fəzl: kamal, fayda, gözəl əxlaq.

Bəd əz: sonra.

Fəna: ölmə; sufi yolunun yuxarı pilləsi.

Nəşət: hasil olma, vücuda gəlmə.

Giyah: göy ot.

Ğamu: düz, hamar, bərabər.

Yeksan: düz, hamar.

Məhbub: sevgili.

Lə’li-ləbü: ləl kimi qırmızı dodaq.

Dürr: mirvari.

Ariz: üz, yanaq.

Nö’man: qan.

Mühəqqəq: doğrudan; ərəb yazısı xətti.

Biqübar: kədərsiz, qüssəsiz.

Nəsx, reyhani: ərəb yazısı xəttləri.

Dil: ürək, qəlb.

Cahan: dünya.

Dəmbədəm: anbaan.

Xəndan: tam açılmış gül; şad.

Əhli-fəna: dərvişlər, sufilər.

Həftiqlim: yer kürrəsinin yeddi hissəsi.

Mehdiyi-dövran: doğru yola gəlmiş; zəmanənin Mehdisi, imamı.

Fəna filfəna: Allahın iradəsinə təslim olma halı.

Sahibqıran: uğur gətirən ulduzun altında doğulan bəxtəvər adam.

Ənsar: tərəfdar, arxa; Peyğəmbərin tərəfdarları.

Ə’van: köməkçilər.

İqlim: diyar, yer.

Əhli-süluk zümrəsi: sufilər.

Dara, Bəhman, Keyqubad, Xosrov : İran şahlarının adları.

Kəsrət: çoxluq, ayrılıq; vəhdətin ziddi; dünya.

Irmək: çatmaq.

Müşri: dinsiz.

Bihədd: hədsiz.

Bipeyma: iqrarsız.

Ülu: elmlər.

Gərç: əgərçi.

Məqa: söhbət, mövzu.

Elmi-lüdən: ilahiyyat elmləri; təsəvvüf elmi, qeybi-elmlər.
Dərviş: sufi, fəqir; kasıb.

Ülumi-nəş’ət: inkişaf elmləri.

Payan: nəhayət.

Bəhr: dəniz.

Bipayan: nəhayətsiz.

Salik: seyr edən, sufi yolunda olan.

Şövkət: əzəmət.

Şirk: çoxallahlıq.

Səza: layiq.

Hüzn: kədər.

Əfğan: fəryad, nalə.

Gövhər: daş-qaş.

Sərraf: bir şeyi yaxşı bacaran, bilən.

Mizan: tərəzi, müvazinət.

Eyn: göz.

Əhli-fəsad: fitnə-fəsad törədənlər.

Təəb: zəhmət, əziyyət.

Fəzli-rəb: Allah.

Əhli-yəmin: “Sağ cərgədə olanlar”; Allahın sağ tərəfində olanlar.

Beyt: ev.

Cö(v)şən: zireh.

Xan: karvansara.

On dörd xətt: Hürufilərin anlayışlarına görə insan yaradılışın ən kamil əsəri, əşrəfi olduğuna görə Qur’anın surələrində, yazısında işlənən 14 sayda ərəb hərfləri xüsusi əhəmiyyət daşıyır. Onlar, bu 14 rəqəm insanın üzündə 14 sayda xətt, cizgilər şəklində təzahür olmuşdur.

Müştəri: xoşbəxtlik gətirən ulduz.

Mahi-taban: dolu ay.

Siyər: sərgüzəştlər.

Təfərrüc: seyrə çıxma.

Rik: torpaq.

Siyəh: qara.

Lövn: rəng.

Buy: qoxu.

Şəms: günəş.

Rəva: həyat; diri, canlı.

Pünhan: gizli.

Çovkan: şahların top oyunu.

Xatəm: möhür, sonuncu; müstəsna.

Nəmrud: əfsanəvi qəhrəman.

Musa, İmran: peyğəmbərlər adları.

Vəch: üz, sifət.

Həqq: Allah.

Xavaric: Islama deyil, başqa dinə inananlar.

Fəzrəbu fövqəl-ənuq:

Şahi-Mərdan: Həzrət Əlinin (s.) ləqəbi.

Sücud: səcdə.

Səyyal: axıcı.

Müğtənəm: uğurlu

Xənnas: şeytan.

Həsud: həsəd aparan.

Tövhid: Allahın təkliyinə inanma.

Əhvəl: çəpgöz.

Yəzdan: tanrı.

Zülcəlal: cəlal sahibi.

Aydır: aydınlaşdır.

Issi: yiyə, sahib.

Cavidan: əbədi.

Küfran: yaxşılığı itirən.

Su : ver.

Müdam: daima; şərab.

Fariğ: rahat.

Nəsəb: nəsil.

Hümqa : axmaq.
Ədən: Ərəbistanda bir liman şəhəri.

Bişümar: çox sayda.

Müvəhhid: Allahın birliyinə inanan; sufi.

Fariq: fərqləndirən.

Cəng: dava.

Cida: arakəsmə ; məne’ə.

Höccətü bürhan: dəlil-sübut.

Anı: onun.

Ruhül-qüds: mələk Cəbrayılın adı.

Bərzə: fasilə; ölən adamların ruhlarının qiyamətə qədər qalacaqları yer.

Bibəsər ə’ma: gözsüz və kor olan.

Same’: eşidən.

LƏTİFƏLƏR
Bir nəfər başqasına dedi, respublika get-gedə abadlaşır, dükanlarda hər cür xarici mal, nə desən satırlar, orada ürəyin hər nə istəyirsə tapmaq olar. Bu adam susdu, ancaq ürəyində dedi ki, bizim xalqa ən çox lazım olan şey beyindir, heyf ki, dükanlarda hələ ki onu satmırlar. Və belə bir lətifə fikirləşdi:
Bir gün bir həmvətənlimiz eşitdi ki, Bakıda, Almanyada istehsa olunmuş dərmanları satan, bir dükanda müasir elmin son nailiyyəti sayılan bir şey, süni beyin satışa çıxarılıb. O, tez özünü bu dükana yetirib satıcı qızdan soruşur ki, sün’i beyini neçəyə satırsınız. Qız cavab verir ki, bizdə alman istehsallı üç beyin növü var: birinci, ikinci və üçüncü növ. Vətəndaşımız onların qiymətlərini soruşur. Qız cavab verir, 30 000 dollar, 10 000 dollar və 3 000 dollar. Kişi cavab verir ki, mənə üçüncü növ beyin də yarayar. 3 000 dollarlığ olanı alıram.

***

Qotur keçi həmişə suyu bulağın gözündən içməyi sevər.

Bir dəfə bir qotur keçi dedi ki, susamışam, indi gərək gedim, məxsusən, bulağın gözündən su içim. Soruşdular ki, nə üçün, məxsusən, bulağın gözündən? Cavab verdi, çay aşağı ceyranlar su içib, suyu bulayıblar. Onun üçün.

***
Bir gün üç dost: dəvə, eşşək və qoyun səhrada yol gedirdilər. Çox acmışdılar, ancaq azugələri yox idi. Nəhayət yolda bir az saman tapdılar. Bu saman çoz az idi, hamısının yeməsinə kifayyət etməyəcəkdi. Dostlar belə bir qərara gəldilər, aramızda kim daha yaşlıdırsa samanı da qoy o, yesin.

Eşşək dedi, mən, sizin ikinizindən də daha qocayam. Keçmiş əyyamda mən Hz. İsanın eşşəyi olmuşam. O, həmişə, məni minib gəzərdi.

Qoyun dedi, yox, sizin içinizdə ən qoca olanı mənəm. Mən ondan daha keçmiş zamanlarda yaşamışam. Hz.Nuhun gəmisindəki qoyunlardan biri mən olmuşam.

Dəvə işi belə görəndə samanı ağzına götürür, başını qaldırır və yeyərək deyir, sizin sözünüzdən belə çıxır ki, mən sizin qarşınızda lap uşağam.

Eşşək və qoyun isə çarəsiz şəkildə aşağıdan dəvəyə baxa-baxa qalırlar.
***
Bir cavan dərviş eşidir ki, filan şəhərdə bir kəramət sahibi, bir övliya, bir şeyx yaşayır. Dərviş qərara gəlir ki, o şəhərə gedib, onun müridi olsun. Şəhərə gəlib, bir az gəzir və nəhayətdə bir evin qarşısında oturan bir kişinini görür. Ondan soruşur ki, filan şeyxi axtarıram. “Onu tanıyırsınızmı?”

Kişi cavab verdi, “tanımanam, bilmənəm”. Dərviş elə başa düşür ki, kişi “tanımıram, bilmirəm”dedi. Sonra gedib başqa adamlardan soruşur ki, filan şeyxi axtarıraram, onu haradan tapa bilərəm? Adamlar ona cavab verdilər ki, siz bundan bir az qabaq bir kişi ilə danışmışdınız. Sizin axtardığınız şeyx elə odur.

Dərviş təzədən həmin o kişiyə yanaşıb deyir, mənim axtardığım böyük şeyx siz olduğunuz halda, nə üçün “tanımıram, bilmirəm” dediniz? Kişi cavab verdi, siz məni yaxşı başa düşmədiniz. Əslində, mən “tanı mənəm, bil mənəm” demişdim.
***
Müsülmanın ağlı ancaq yeməkdən yeməyə işləyir. Ondan o yana işləmir. Məsəl üçün, səhər oyanan kimi səhər yeməyini yeyir. Sonra fikirləşməyə başlayır, deyir, filan yerə də’vət olunmuşam, naharı ordada yeyəcəyəm. Yaxşı, bəs şam yeməyini harada yeyəcəyəm? Və deyir, daha orasını bilmirəm. Allah kərimdir!
***
Cənnətə düşmək üçün də pul lazımdır. Adam öləndən sonra cənnətin qapısına yaxınlaşanda onun qarşısını Cənnətin qarovulçusu, Ridvan adında bir mələk kəsir. Ridvan, adətən, soruşur: “Pulun varmı?”. “Yox” eşidsə isə, deyir: “Pulun yoxdur, onda rədd ol get! Pulu olmayan adam bu qapıdan içəri keçmə bilməz.”.
***
Bakıda bir mərd adam bizim başqa bir vətəndaşımıza dedi: “Qızını almaq istəyirəm”. O isə cavab verdi: “Nə yaxşı bir vəzifən var, nə də ki varın-dövlətin. Qızımı sənə ərə verməkdənsə, luçşe, aparıb onu Dübayın və ya Türkiyənin hər-hansı bir fahişəxanaına sataram, qazanaram”.

BOSNIYALI BİR NƏQŞİBƏNDİ ŞEYXİNİN DUASI, DƏRVİŞ NƏĞMƏSİ
Allah, Allah; aamlar xeyir ola; xeyirlər fəth ola; şərrlər dəf ola; xəsm ilə düşmənlərimiz hr ola; on iki Imamın himməti üzərimizə hazır ola; ərənlərimizi on iki Imamın qatarından ayırmaya; ərənləri iftiradan saxlaya; muradlarımız hasil ve niyazlarımız qəbul ola. Gülbəngi- Məhəmməd: nuri-nəbi, kərəmi-Əli; pirimiz Məhəmməd Bəhaəddin Uveysi, hazir ve nazir, zahir ve batin; HU, HU.
Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin