İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə29/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   23   24   25   26   27   28   29   30   31

Bir dəfə on dörd yaşlı incə-mincə bir qız televizyada yay məktəb tə’tili haqqında danışırdı. Dedi ki, mən bu yay Afrikaya səyahətə getmişdim. Atam mənə 4000 paund verib dedi ki, qızım bu pulu götür, hər-hara istəyirsən səyahətə get, sağına-soluna xərclə, kef çək. Mən də onun sözünə baxdım, kefimi sürdüm. Afrikada hündür boy, boy-buxunlu bir zənci ilə onun güləşlə örtülmüş çadırında iki ay yaşadım, onun arvadı oldum. Məktəbdə bütün qızlar bunu biləndə mənim paxıllığımı çəkirlər.

İngilislər hərəkətlərinə görə çox vaxt bizim xalqın etdiyinin əksini edirlər. Məsələn, bizim adamlar, yaxınlarını itirəndə bərkdən qışqıraraq, ağlayırlar, ingilislər isə bunun əksini edirlər, gülürlər. Elə ki əgər birisi faciyəvi bir şəkildə qızını itirmiş atadan bu hadisə barəsində bir şey soruşsa, ingilis ata cavab verə bilər: “Qızım çox yaxşı bir qız idi”. Və bunun ardınca şaqqanaq çəkərək güləcək. Bu cür hərəkət orada yaxşı qəbul olunur. Yə’ni ki, başqasına nə var ki, sənin yaxının ölüb. İngilislərə görə ağlamaq, fəryad çəkərək camaatın qanınını qaraltmaq, pis adətdir.

Tanınmış bir Britania bankının Sinqapur şəhəri üzrə rəisi bir qonaqlığa də’vət olunmuşdu. Bu ingilis kişisi orada, şalvarını, tumanını aşağı salıb və sonra dombalıb çıplaq ombasını qonaqlara göstərmişdi. Qonaqlar, yerli adamlar onun bu ədəbsiz hərəkətini qınayanda, ingilis çox təəcüb edib, dedi, anlamadım, bu adamlar nə üçün buna narazılığ edirlər? Axı bu, ziyansız bir ingilis zarafatıdır.

Başqa bir vaxt həmin bu adam bu hərəkəti restoranda etmişdi. Restorandakı qadınlar Sinqapur polisini çağırıb, şikayət etdilər. İngilis təzədən təəcüblənib dedi ki, bu xaricilər çox əcaib adamlardır, bizim bu məzəli ingilis zarafatını anlamırlar.

Həqiqətən ingilislər bu cür hərəkətləri yaxşı bir ingilis adəti, zarafatı hesab edirlər. Xaricə gedəndə də bu cür işləri görürlər. Sonra isə təəcüb edib deyirlər ki, biz, ingilislərdən fərqli olaraq başqa millət zarafat başa düşmür. Məsəl üçün, bir gün bir İtaliya çimərliyində otuz ingilis oğlanı dizlərinə qədər dənizə, suya girərək, arxalarını sahilə çevirib, dombaldılar. Sonra, hamısı eyni vaxtda tumanlarını çıxardıb ombalarını camaata nümayiş etdilər. Sahildə oturan italian ailələri isə polis çağırdılar. Polis məntəqəsinə gətirilən cavanlar, eynən, təəcüb edərək, dedilər, axı bu bir zarafat idi.

İngilislər bir işin dalınca düşəndə, həmişə mətanət nümayış edib, onu axıra çatdırırlar. Afikada, meşədə gəzən bir ingilis qızı yerli adamlar tərəfindən zorlanmış və sonra da öldürülmüşdü. Atası söz verdi ki, bu cinayəti törədənləri tapıb, həbs etdirəcəyəm. Sonuna qədər bu işin ardınca gədəcəyəm. Bu qətlin günahkarları isə o ölkənin bir neçə naziri olub. Bilindi ki, onlar meşədə ov edəndə bu qıza rast gəlmişdilər. İngilis ata bunları iyirmi il ərzində təqib etdi, çox zəhmət və əziyyət çəkdi. Və ata, nəhayətdə, o adamlar vəzifələrini itirəndən sonra hamısının tutulmasına və məhkum olunmasına nail oldu.

İngilis TV kanalında bir sənədli film görmüşdüm ki, orada bir ingilis arvadın uşağlarının bir ərəbin, onların atası tərəfindən qaçırılılmasından söhbət açılmışdı. Ərəb ata doqquz yaşındakı oğlan uşağını və on üç yaşlı qızını öz vətəninə Mərakeşə aparıb, geri gətirməmişdi. Kişi dedi, mən uşaqlarımı müsəlman məmləkətində yaşamalarını istəyirəm, çünki əgər onlar İngiltərədə qalsalar, onda böyüyəndə əksər ingilis cavanları kimi olacaqlarlar, yə’ni ki, qız qəhbə olacaq, oğlan isə tiryaki. Filmdə deyilirdi ki, arvad uşaqları İngiltərəyə qaytarmaqdan ötrü ona bu işdə yardım etmək üçün ingilis gizli xidmətinin bir keçmiş işçisini pul verib, tutmuşdu. O, bu filmin çəkilməsi üçün özü ilə birlikdə Mərakeşə həm də kino işçilərini də götürür. Aydın məsələdir ki, həqiqətdə, “keçmiş cəsus” adında bir şey yoxdur. Məncə, bu “keçmiş cəsusu” arvada tapan elə dövlətin özü idi. Axı bu məfkurəvi bir işdir. Bu məsələdə xristian və müsəlman ixtilafı, Qərb və Şərq dünyalarının qarşıdurması var idi.

Nəhayətdə, arvad və ingilis cəsusu Mərakeş dövlətinin qanunlarını pozaraq, cürbəcür qanunsuz işlər gərərək uşaqları İngiltərəyə aparmağa nail olurlar. Sonralarda uşaqlardan soruşanda ki, Mərakeşdə yaşayiş yaxşıdır, ya İngiltərədə? Uşaqlar cavab verdilər ki, biz həmişə İngiltərədə yaşamağ istəmişik. Ərəb ölkəsində hər şey bizə yad görsənirdi – ərəb dili, ərəb uşaqlar, ərəb qohumlar, ərəb xörəkləri və adətləri, ümumiyyətlə, hər şey.

Məncə, atanın səhvi onda olub ki, o, bu uşaqları, onlar hələ körpə ikən deyil, böyüyəndə Ərəbistana aparıb. Ağıl kəsən yaşa çatdıqdan sonra onlar artıq ingilisin adətinə və həyat tərzinə öyrəşiblər, ingilis olublar. İngilisin adətləri uşaqların qanlarına işləyəndən sonra, artıq müsəlman ata onları itirmiş, qeyb etmişdi.

Bir ingilis televiziya kanalında iki-üç ay ərzində qeyri-adi bir sənədli film göstərmişdilər. Orada, çoxsayda həştad yaşlı qarı nənələr biyabırçı, qalmaqallı e’tiraflar edirdilər. Filmdə, bu ingilis nənələri uşaqlıqda onların başına gələn pisliklərdən söhbət açırdılar. Bu filmi çəkənlər uzun zaman ərzində ciddi araşdırmalar aparıb belə nəticəyə gəldilər ki, qabaqlarda o ölkənin əksər uşağı öz yaxın adamları tərəfindən cinsi zorakırlığa mə’ruz qalmışdı. Bir nənə danışdı ki, atam məni yeddi yaşımdan on dörd yaşıma qədər olan müddət ərzində dəfələrlə zorlamışdi. Mən isə, atamdan qorxaraq bu məsələni anamdan gizlətmişdim. Bir qoca kişi isə danışdı ki, anam məni məcbur edirdi ki, mən onunla cinsi əlaqəyə girim. Başqa nənə danışdı ki, məndən böyük qardaşım mən hələ uşaq olanda məni zorlamışdı. Bu 20-30 hissəli lent elə bu cür biyabırçı e’tiraflardan ibarət idi. Filmin müəllifləri bunun səbəbini onda görürdülər ki, ingilis ailələrinin yaşadığları evlər və mənzillər çox kiçik idi. Bir otaqda və hətta bir yataqda üç-dörd adam yatırdı.

Görünür elə buna görə sonralarda İngiltərədə belə bir qanun çıxdı ki, hər evdə hər uşağın ayrıca yataq otağı olmalıdır və bu qanunla tənzim olmalıdır.

Ancaq mənim bir şübhəm var ki, kanalın rəhbərliyi qalmaqal doğuracaq bu filmi çəkməklə ingilis millətini alçaltmaq, təhgir və biyabır etmək istəyib. Axı bütün ingilis kanallarının rəhbərliyində yəhudi millətinin nümayəndələri, sionistlər dururlar.

Britaniya vəliəhdi Çarlz öz məktəb həyatından danışanda şikayət edirdi ki, onun şagird yoldaşları ona çox zülüm edirdilər, əziyyət verirdilər. Dedi, “Məktəbdə keçirdiyim illər mənə Cəhənnəmi xatırladırdı”. O, varlıların uşaqları üçün nəzərdə tutulan xüsusi bir məktəbdə oxuyurdu. Bu zülümün səbəbi onda idi ki, Çarlz Britaniya vəliəhdi idi. Bizim millətin nümayəndəsi, xasiyyətcə, vəzifəli adama boyun əymək, yaltağlanmaq istəyir. İngilis adamı isə bunun əksini edir, heç kəsə boyun əymək istəmir. Elə bu səbəbdən Çarlzın onlarla birlikdə oxuyacağını öyrənəndə məktəb uşaqları onu özlərindən üstün görmək istəmədilər və şərt kəsdilər ki, heç kəs onunla dostluq etməyəcək və danışmayacaq. Bu belə də oldu, o, məktəbi qurtarana qədər bu vəziyyət davam etdi. O, dedi ki, mən çox əziyyət çəkdim, ancaq sarayda bundan xəbər tutmadılar.

Yalnız bir uşaq bu şərti pozurdu və xəlvət yerlərdə, gizlincə onunla danışırdı. Sonralarda böyüyüb yaşlananda Çarlz bu adamın, keçmiş məktəb yoldaşının bu yaxşılığını unutmadı və onu dövlətin hərbi naziri vəzifəsinə tə’yin etdirdi. Halbuki bu adamın hərbi işlərdən heç bir anlayışı yox idi.

Xəbərlərdə çox eşitmişəm ki, sarayı, şahlıq quruluşunu sevməyən ingilislər dəfələrlə Çarlza yumurta atıb, üst başını bulaşdırırdılar. Lakin bu hərəkətlərinə görə onlara heç nə itməyirdilər. İngilis vətəndaşları ağıllı olurlar, bilirlər ki, daş atsalar, həbs olunacaqlar, onun əvəzinə yumurta kimi yumuşaq şey atsalar isə, onlara heç nə olmayacaq.

Bizim adamlar vəzifəli adamlardan, varlı adamlardan qorxur, onlardan çəkinirlər. İngilislər isə bunun əksini edirlər, qorxmurlar.

İngilis məlikəsi hər il “Askot” adlanan bir cıdır təşkil edir ki, ora cəmiyyətin yuxarı təbəqəsinin nümayəndələri də’vət olunur. Bu adamlar da gözəl libaslar geyinib bu cıdır meydanına gəlirlər, atların qaçışına baxır, qumar oynayır və pivə içirlər.

Bir dəfə telivizorda bu adamların cıdıra getməsini gördüm. Cıdır meydanına gedən yol bir kənddən keçir. Bu yarım kilometrlik yol ayaqla gedilməli idi. Kəndin bütün adamları ensiz bir yolun, çığırın hər iki tərəfində uzun sıra yaratmışdılar ki, də’vət olunmuşlar, əşraf və əsilzadələr onun arasından keçməli idilər. Bunlar keçdikçə kənd sakinləri onların üzərinə bərkdən qışqırır, pis-pis söyüşlər, qarqışlar yağdırırdılar. Söyülənlər isə naəlac bir şəkildə gülümsəyərək yollarına davam edirdilər. İngilisin ağlı burada da işləyirdi. Bu kasıb adamlar bu cür hərəkətlərlə, söyüş ilə varlılardan, özlərindən daha yuxarıda duran təbəqədən qisaslarını aldilar. Fəqət onlar daş tullamır, yumruq atmırdılar. İngilislər yaxşı başa düşürlər ki, indiki Britaniyada tək bir söyüşə görə onlara əsla cəza verilməyəcək.

İngilislər deyirlər ki, Britaniya təbəqələrə bölümmüş cəmiyyətdir, başqa yerlərdən fərqli olaraq bizdə hakim təbəqə mövcuddur. Əvvəllər mən buna e’tiraz edirdim, deyirdim ki, cəmiyyətin təbəqələrə bölünməsi həmişə olub və olacaq. Hər ölkədə, hər cəmiyyətdə təbəqələnmə vardır. Hətta komunist ölkələrdə də təbəqələnmə mövcud idi. Sovet İttifaqında Mərkəzi Komitədə işləyənlər, nazırlər, rəislər hakim təbəqə sayılırdı. Nəzəriyyədə, sözdə deyirdilər ki, fəhlə və kəndlilər sovetin hakim təbəqəsidir, əməldə, həqəqətdə isə bu heç də belə olmayıb. Əməldə bunlar cəmiyyətin ən aşağısında yer tutan təbəqə sayılırdı.

Əslinə baxanda isə sovetin bu hakim təbəqəsi, yə’ni ki Mərkəzi Komitəsi, nazirləri və rəisləri də fəhlə və kəndli zümrəsindən çıxan adamlar olublar, əsilzadələr olmayıblar.

Sonralarda anladım ki, ingilislər düz deyirlər, həqiqətən İngiltərə təbəqələrə bölünmüş bir cəmiyyətdir, orada hakim təbəqə və qeyriləri var. Oranın hakim təbəqəsi həqiqi hakim təbəqə olub, əşraf və əsilzadələrdən təşkil olunmuşdu.

Məsəl üçün Amerikada böyük sərvət sahibləri o ölkənin hakim təbəqəsidir. Orada yayılmış bir fikrə görə mövqeyindən asılı olmayaraq hər adam varlanıb hakim təbəqədə yer ala bilər. Rusiyada və bizdə də bu, bu cürdür. Düzdür, belə yerlərdə varlanmanın yeqanə yolu vəzifəyə keçməkdədir.

İngiltərədə isə bu belə deyil. Böyük sərvətə malik olsan belə sən hakim təbəqəyə məxsus olan birisi sayılmayacaqsan. Orada padşah nizamı, quruluşu var. İngiltərənin bugünki padşahları mütləq hökmdar olmasalar da, yenə də padşahlar sayılırlar, sözləri keçır. Rəsmən də Britaniya padşah səltənəti sayılır. Məlikə Elizabet ölkənin hökmdarı sayılır. Onun ailə üzvləri hakim təbəqənin başıdır. Ümumiyyətlə qötürülsə əsilzadələrın hamısı birlikdə yuxarı, hakim təbəqəni təşkil edirlər. İngiltərədə bütün cəmiyyət istəsə də, istəməsə də bunları hakim təbəqə kimi qəbul edir. Onu da başa düşmək lazımdır ki, bu o demək deyil ki, onların hamısı varlı adamlardır. Əsla yox. Çox əsilzadələr kasıb yaşayırlar, quru bəylər kimi. Fəqət bununla belə onlar yenə də hakim təbəqəyə məxsus adamlardır. Onların kasıblarını da saraya qonaqlığa dəvət edirlər.

Gürcülərə xəbər çatdı ki, onların keçmiş padşahlarının bir nəticəsi hal-hazırda İspanyada yaşayır. Sıravi gürcülər çox sevindilər və ölkədə şahlıq quruluşunun bərpa edilməsini tələb etdilər. Gürcü xalqı bu adama müraciət edib, onu Gürcüstana dəvət etdi. Ondan padşah kimi Gürcüstanın taxtına oturmasına razı olub, olmamasını öyrənmək istədilər. Razısınızsa, Tiflisə gələ bilərsiniz. O, cavab verdi ki, padşah olmağa razıyam, lakin mən İspaniyada kasıb bir avtomexanik kimi yaşayıram, hərgah Tiflisə qəlmək üçün mənə təyyarə bileti alınsa, onda gələrəm. Lakin Gürcüstanın hakim dairələri onu bu bilətlə tə’min etmədilər. O da Tiflisə gedə bilmədi. Mən o vaxt Londonda yaşayırdım. Pul tapsaydım özüm ona bilet alıb Tiflisə yolladardım ki, Gürcüstanda padşah quruluşu bərpa olunsun.

Londonun sıravi adamları nədənsə məni hakim təbəqəyə məxsus adam sayıb, uzaqdan mənə yumruq göstərir, söyüş söyürdülər, bə’zən də əllərinə keçəni atırdılar. Amma dəqiq bilmədim ki, məni əsilzadəyə, yoxsa sadəcə varlı adama oxşadıb nifrət nümayiş edirdilər. Bəlkə də məni yəhudi bilib bunu edirdilər, çünki mən varlı yəhudilərin məhələsində, Həmsteddə yaşayırdım.

İngiltərədə qəzetdə bir əhvalat barəsində məqalə oxumuşdum. Orada bir qadının həyatından söhbət gedirdi. Yazılmışdı ki, bu orta yaşlı qadın on beş il əri ilə yaşadıqdan sonra ondan ayrıldı. O, deyirdi ki, ərimi dəlicəsinə sevirdim, lakin on-beş il sonra onun telofonla bir kişi ilə, onun sevgilisi ilə danışığını eşidəndən sonra donub qaldım, böyük bir sarsıntı keçirdim, ərimin pis yolun adamı olduğunu anladım. Başa düşdüm ki, ərim riyakarlıq göstərib uzun illər ərzində böyük bir ustalıqla mənə qarşı sevgi, mehri-məhəbbət nümayiş edirdi. Halbuki, onun həqiqi sevgilisi telefonla danışdığı başqa adam olub. Çətin də olsa, gərəra gəlib, ondan boşandım. İndi doqquz yaşlı oğlumla və on dörd yaşlı qızımla ayrı yerdə yaşayıram. Ərim yaxşı pul qazanırdı. Kasıb yaşadığımıza görə uşaqlar məni qınayırlar, deyirlər ki, atamızın “qey” olmasını qəbul edə bilirik, bu cür kasıb yaşamağımızı isə, yox.

Məncə, bu çox məzəli bir əhvəlatdır. O qadından soruşmaq olar ki, bəs sən on beş il ərzində kimi sevmisən? İndi tanıdığın adamı, yoxsa xəyalında tutduğun adamı?

Məncə dünyanın ən ağıllı adamları ingilislərdir. Məsəl üçün bütün idman oyunlarının qaydalarını onlar yazıb, tərtib ediblər. Buna başqa çoxlu misallar da gətirmək olardı. İngilislərin yaxşı xüsusiyyətlərindən biri odur ki, onlar ağıllı adama hörmət edirlər. Ağlın varsa İngiltərədə onun hesabına qabağa gedə bilərsən, ən uca məqama qalxa bilərsən. İngilis cəmiyyəti ağıllı adamın qabağa getməsinə maneə törətmir, əksinə yolunu açıq edir. İndi ki ingilislər ağıllı adama hörmət edirlər, bu da onu göstərir ki, onlar özləri də ağıllıdırlar, çünki ağıllını axmaqdan ayırd edə bilirlər.

Ağıllı olmaqla bərabər ingilislər, həm də dəlidirlər. Ola bilər ki, onların dəliliyi ağılın çoxluğundandır. Mən Londonda ilk vaxtlar özümü ingilislərin arasında: küçədə, avtobusda, “tyub”da, yə’ni ki metroda çox narahat hiss edirdim. Səbəbini anlamırdım. Qorxdum ki, bəlkə mən dəli olmuşam. Ancaq, nəhayətdə, uzun bir müddət keçəndən sonra başa düşdüm ki, dəli, mən deyil, ingilislərdir. Və rahatlandım. Anladım ki, mən adi, ruhən səlim bir adamam, ətrəfımdakı əcaib insanlar, ingilislər isə dəlidirlər. Ondan sonra daha onların əcaib hərəkətlərinə baxmayıb, öz işlərimlə məşğul olmağa başladım.

Fransızlara, italiyanlara, ispaniyalılara baxanda görürsən ki, bunlar adi, ağıllı başlı adamdırlar. İngilislərə baxanda isə onları anlaya bilmirsən, insana oxşatmırsan, robot və ya səmadan gələn əcaib, qansız məxluqlar sanırsan. Bunun da səbəbi ondadır ki, ingilislər öz hisslərini gizlətməyə çalışırlar, təbii olmaq, istəmirlər. Məsəl üçün ingilis adamı avtobusda, metroda oturanda arşın udmuş birisi kimi düm-düz durur. Dodağında da daima təbəssüm olur. Yə’ni ki, ingilis daima sə’y edərək fikrini-zikrini gizlədir, onu ətrafındakılara göstərmək istəmir.

Mənim kimi xaricdən gələn adam isə qeyri-ixtiyarı olaraq ingilislər kimi durub-oturmaq istəyəcək, lakin bu ona böyük bir narahatlıq verəcək, çünki onun təbiəti bunu qəbul etməyəcək.

Bir dəfə metroda, “tyub”da vaqona girəndə orada bir fransızın oturduğunu gördüm. O, dizləri üstünə qoyduğu qoluna başını söykətmişdi, üzündən, duruşundan kədər hissi keçirtdiyini oxumaq olurdu. O, öz əhvalını ətrafdakılardan gizlətməyə təşəbbüs etmirdi. Bu mənə adi, təbii bir şey kimi görsəndi. O fransızı görəndən sonra mən sağaldım, özümə gəldim, rahatlandım, ingilislərə uyuşmaq fikrindən vaz keçdim.

Məsəl üçün Fransada və ya hər hansı başqa ölkədə birisi bir məclisə gəlib hər-hansı bir nəlayiq, əcaib hərəkət etsə, hamı onu məzəmmət edəcək və oradan kənarlaşdıracaq. İngiltərədə isə belə olmur, hamı durub susur, özlərini elə aparırlar ki, guya hər şey qaydasındadır. Bu səbəbdən, belə yerdə özünü narahat hiss edirsən, elə bil ki, dəlixanaya düşmüsən.

Məsəl üçün, küçədə gedən əlli yaşındakı ingilisə və onun yanındakı on səkkiz yaşındakı qıza baxanda anlaya bilmirsən ki, bunlar kimdir. Bilmirsən ki bunlar ata-baladır, ər-arvaddır, yoxsa kı, bir kişi müştəri və bir fahişə qızdır. Bəlkə də kişi dəyyusdur, qızda onun gəzdırdiyi fahişə. İngilslərin hərəkətlərindən, duruşlarından, üz ifadələrindən bunu qətiyyən anlamaq olmur.

Başqa vaxt, “tyub”un vaqonunda bir dəstə adam, fransızları gördüm. Fransız olduqlarından, dillərini anlamırdımsa da, bunların kim olduğunu ilk baxışdan tə’yin etdim. Başa düşdüm ki, bu qarı və qoca, ər-arvaddırlar, iki uşaq isə onların nəvələridir. Orta yaşlı kişi və arvad isə qarı və qocanın oğlu və gəlininidir. Bunların yerində ingilis ailəsi olsaydı bunu anlamaq olmayacaqdı.

Fransızlarda belə bir ifadə var, “O, mənə bir ingilis baxışı ilə baxdı”. Yə’ni ki, filənkəsin üzündə dəli bir baxış, üz ifadəsi var idi.

İngils həm də adamlarla ünsiyyət qurmağı bacarmır.

Ruslar və fransızlar dostları, yoldaşları ilə birlikdə oturanda uzun söhbətlər aparırlar, dərdləşirlər və bunu etməklə rahatlanır, sakitləşirlər. İngilislərdə isə belə şey qəbul olunmaz bir şey sayılır. Hər şeyi, dərdi-sərini ürəklərində saxlayıb heç bir kəslə bölüşmürlər və ola bilər buna görə də axırda, dəli olurlar.

Londonun küçələrində tez-tez divanələrə rast gəlmək olur. Səbəbi ondadır ki, İngiltərənin səhiyyə naziri dövlətin pulsuz xidmət göstərən ruhi xəstəxanaların müdirlərinə əmr verib ki, az həstə qəbul etsinlər, qəbul edəndə isə qısa bir müddətdən sonra sağlam e’lan edib, evə buraxsınlar. Məqsəd – dövlət puluna qənaət etməkdir. Bir dəfə bir xəstə həkimin yanına gəlib şikayət etdi ki, hansısa bir qüvvə məni adam öldürməyə vadar edir, qorxuram özümü saxlaya bilməyəcəyəm, cinayət törədəcəyəm. Onu bir-nəçə gün xəstəxanada saxlayıb, artıq daha sən sağaldın deyib, evə baraxmaq istədilər. O, nə qədər israr edib, hələ ki, sağalmamışam, desə də onun sözünə baxmadılar. Buraxıldıqdan qısa bir müddət keçir və o, heç bir səbəbi olmadan altı adamı bıçaqlayıb öldürür.

Səhiyyə naziri dövlət puluna qənaət etməkdən ötrü, həm də belə bir qayda qoydu ki, hökumətin pulu hesabına cərrahiyə əməliyyatı keçirmək istəyən adam altı ay gözləməlidir. Təcili cərrahiyyəyə ehtiyacı olanlar, məcbur oldular ki, pullu xüsusi xəstəxanalara müraciət etsinlər. Elə ki, dövlət bu təzə qayda hesabına xeyli pula qənaət etdi.

İngiltərədə kapitalist quruluşu hökm sürür. Bu səbəbdən oranın hökuməti təkcə zəngin dəstənin maraqlarını güdür. Buna bir misal gətirim, dövlət aptek sahiblərindən tələb edir ki, onlar əhaliyə dəva-dərmanı altı qat bahasına satsınlar. Burada məqsəd – dərman istehsal edən şirkətlər daha çox pula qazana bilsinlər. Aptekçilər şikayət edirlər ki, bu qayda həm bizə, həm də ki kasıb-kusuba zərərdir. Təqaüdə çıxmış adamlar aptekə gəlib dərmanın qiymətini eşidəndə, onu baha görüb, almırlar. Halbuki mən dərmanı bir-nəçə dəfə ucuz qiymətə satsam, həm mənə, həm də ki xəstələrə xeyir olar.

Televiziyada bir sənədli film görmüşdüm. Orada dövlət mə’murları bir qoca arvadı öyrədib bir pakistanlının aptekinə göndərdilər. Arvad gəlib gileyləndi ki, istədiyim dərman çox bahadır ala bilmirəm. Pakistanlının ona yazığı gəldi və dərmanı yarı qiymətinə satdı. Bunu gizli kamera ilə yazırdılar. Sonra mə’murlar gəlib apteki bağladılar və bu aptekçiyə, əczaçılıq sahəsində işləmək, ömrünün axırınacan gədağan olundu.

Bir yəhudi əsilli ingilis həkimi qocalara tibbi xidmət göstərirdi. Onun bütün xəstələri tez ölürdülər və ölməmişdən qabaq evlərini, mal-dövlətlərini ona vəsiyət edirdilər. Polislər ondan şübhələndilər və aparılan araşdırmadan, istintaqdan sonra aydın oldu ki, bu həkim xəstələrinə əvvəlcə, öz adına vəsiyyət yazdırırdı, sonra isə onları iynə vuraraq öldürürdü. Məhkəmədə hakim, bu təbibin iki yüz qoca xəstəni öldürdüyünə görə, ağır iş kəsdi. Əslində polislər və müstəntiq onun daha çox, dörd yöz xəstəni öldürdüyündən şübhələnirdi, lakin onlar bunu sübut edə bilmədilər.

Biyabır olduqları üçün bu yəhudi həkimin arvadı və qızı evlərini satıb Fransaya köçməyə məcbur oldular. Yəqin fikirləşdilər ki, orada onları heç kəs tanımayacaq.

İngilislərin cürbəcür əcaib adətləri var. Məsəl üçün, evlərində oturub içki içəndə və içki şüşəsi boşalanda onu otağın o biri başına diyirləndirirlər. Hər halda sıravi adamların hamısı belə edir.

Mən qalan mehmanxanada bir yaşlı ingilis yaşayırdı. Darıxdığından hərdən gəlib, mənim nömrəmdə otururdu. Çöx vaxt gələndə əlində caxır şüşəsini, pivə şüşəsi tuturdu. İçkiləri ıçib qurtaranda, ingilis adətinə görə, onları otağın o biri küncünə diyirlədirdi. O, bunu mənə qarşı hörmətsizlik göstərmək üçün etmirdi, axı o, öz nömrəsində də eynisini edirdi.

İngilislərdən fərqli olaraq heç bir rus içki düşkünü olan fərd, sərxoş belə olsa bunu etməz. Boş şüşələri səliqə ilə yerə qoyar.

Britaniya hökumət dairələri zəncilərdən çox qorxurlar. Səbəbini isə bir ingilis sənədli filminə baxandan sonra bildim. Bu film İngiltərədə baş verən yerli zənci gənclərin üsyanından bəhs edirdi. Təxminən otuz il bundan qabaq London polisləri bir qara adamı öldürmüşdülər. Bunu eşidən zəncilər e’tirazlarını bildirməkdən ötrü ölkənin hər tərəfindən paytaxta axışıb gəldilər. Üç gün ərzində şəhərin küçələri tamamı ilə zəncilərin əlində idi, onlar vurur-dağıdır, yaxıb-yandırırdılar. On minlərlə qara rənglilərin bu üsyanını yatırtmaq mümkün olmurdu, polis aciz qalmışdı. İngilislər, ağ adamlar qorxu və təşviş içində evlərin pəncərələrindən küçədə baş verən bu iqtişaşı, seyr edirdilər. Bu hadisələrdən sonra dövlət başa düşdü ki, zənci öfkəsi, zənci üsyanı yaman olur. Yaddaşında həkk etdi ki, bu adamlarla çox ehtiyatlı davranmaq lazımdır.

İngilislər çox qənaətçıl adamlar olmaqla bərabər həmdə çox pulgir olurlar. İngilis daşdan pul çıxardan adamdır. O, zir-zibili eşələyib nəsə tapanda, tapdığı şeyi büyük bir məbləğ pula satmağı bacaran insandır. Bizim millətdən olan hər hansı bir adam isə o şeyi tapsa onun bir dəyərsiz bir şey sayar, heç vaxt ağlına gəlməz ki, belə şeyi satıb varlanmaq olar.

Bir ingilis kişisi zibillikdə uzun xovlu məxmər bir ayı oyuncağını tapır. Onun şəklini qəzetdə görmüşdüm. Oyuncağın yırtılmış qarnından bayıra samanlar çıxmışdı. Hələ bir gözü də düşmüşdü. Bu adam sonradan onu 4000 paunda bir oyuncaq muzeyinə satdı. Sən demə o, yüz il bundan qabaq İngiltərədə istehsal olunmuş bir oyuncaqdır. Bü gün dünyanın hər tərəfində istehsal olunan bu ayı oyuncağıni düzəltmək ilk dəfə hansısa bir ingilisin ağlına gəlmişdi.

Londondonun əntiq dükanlarında hər cür mal tapmaq olar. Orada Fransa, Yaponiya, Çin, İtaliya və s. ölkələrin qədim sənət əşyaları satışa çıxarılıb. Elə əntik sənət əsəri var ki, əlli milyona və daha bahasına satılır. Fəqət, əntiq bazarında ən ucuz satılanlar müsəlman sənətinin nümunələridir. Məsəl üçün, başqa millətlərin əntiq sənət nümunəsı on min dollara satılırsa, eyni sənətkarlıqla işlənmiş müsəlman sənət əsəri isə yüz dollara satılacaq, yə’ni ondan yüz dəfə ucuz. Bə’zi hallarda isə min dəfə ucuzuna. Elə ki, cibində mincə dollar pulu olan adam Londonun dükanlarına girsə, o pula o qədər müsəlman əntik sənət əsəri ala bilərki, ondan kiçik bir ev muzeyi düzəltmək olar. Bunun səbəbi ondadır ki, müsəlman adam öz sənətinə qiymət vermir. Varlı ingilislər pullarını antik əşyaya yatırmağı sevirlər, çünki bilirlər ki, o, ilbail bahalaşacaq. Baxanda görürsən ki, əntik İslam sənətini pul verib alanlar, evlərində saxlayanlar, əsasən, yəhudilər və ermənilərdir.

Varlı ərəb şeyxləri isə elə şeyə pul verməzlər. Onların marağını cəlb edən şeylər, sifarişlə istehsal olunan, üzərlərinə qızıl suyu çəkilmiş maşınlar, almaslarla bəzənmiş cib telefonları və başqa buna oxşar səfeh şeylər. Bə’zən isə, çox nadır hallarda bu şeyxlər və sultanlar müsəlman əntiq sənət nümunələrini alıb muzey düzəldirlər, ancaq sırf siyasət üçün, özünü camaata müsəlmanların irsinə qiymət verən adam kimi göstərmək üçün.

Az saylı erməni xalqının əntiq sənət əsərləri də həmçinin, müsəlmanınkindən qat-qat baha qiymətə satılır.

Məsəl üçün Londonda miladı tarixlə on ikinci əsrə aid olan nücüm elminə aid bir şəkilli ərəb əlyazması satışa çıxarılmışdı. Kitabda insan və heyvan şəklində bütün bürcələrin gözəl rəsmləri var idi ki, bu qiymətli kitab 200 paund pula qiymətləndirilib, satışa çıxarılmışdı. Halbuki, əgər o, Avropaya, Çinə, Yaponyaya aid bir sənət əsəri olsaydı, o, min dəfə bahasına satılacaqdı.

Orada, həm də Şah İsmail sarayının tarixi bir fərmanının həmin pula, yə’ni ki, biabırçı bir ucuz qiymətə satışa çıxarıldığını görmüşdüm.

Eşitmişdim ki, alman dilində yazılmış ən qədim İncil əlyazma kitabını Londonda 30 milyon dollara satışa çıxardılmışdı. Almanya dövləti onu əldə etmək üçün 20 milyon dollar ayırdı. Pulun qalanını isə əhalidən toplandı və, nəhayətdə, o kitabı alındı.

Əgər müsəlman ölkələrin dövlətlərinin hər biri ildə bir milyon dollar pulu əntiq İslam sənət əsərlərinin alınmasına ayırsa müsəlman sənət əsərləri dərhal qiymətə minəcək, onlar dünyanın hər yerində əvvəlkinə nisbətən yüz qat bahasına satılac, əhəmiyyətli bir şey hesab ediləcəkdır.

İngilislər ev-alıb satmağ işinin hər sirrinə bələd olan bir xalqdır. Onlarda bir ifadə var – “lokeyşn, lokeyşn, lokeyşn”. Bu ifadə ilə onlar demək istəyirlər, “daxman olsun, yaxşı məhəllədə olsun”.

İngiltərənin İşçi partiyası iyirmi ilə yaxın idi ki, hakimiyyətə gələ bilmirdi. Bu firqənin başçısı, Toni Bleyr biclik işlədib “Stadi, stadi, stadi”, yə’ni ki, “Oxumaq, oxumaq, oxumaq” şüarı ilə seçkilərə getdi. O, bu şüarla təbliğat apardı, dedi ki, mən hakimiyyətə gəlsəm varlı ailələrin uşaqlarının getdiyi xüsusi məktəblərlə, imkansız ailələrin uşaqları oxuduğları pulsuz məkəblərin tədris keyfiyyətində olan fərqi sıfra çatdıracağam, elə ki, imkansız uşaqlar da məktəbi qurtardıqdan sonra varlı uşaqlar kimi yüksək məqamlara çata bilsinlər. Və o, bu şüar hesabına seçkilərdən qalib çıxdı. Aydın məsələdir ki, geniş xalq kütləsinə aid olan valideynlər uşaqlarının cəmiyyətdə yüksək məqamlar tutmasını istəyəcək. Ancaq, bu bic siyasətçi seçiciləri hürkütməmək üçün bu bir kommunist şüarı, Leninin şüarı olmasını camaatdan gizlətmişdi.

Amma dövlət başçısı olanda bu adam öz uşaqlarını siravi məktəbə deyil, varlı uşaqlar oxuyan yerdə, bir xüsusi məktəbdə oxutdurur. Hamı onu bu riyakarlığına görə məzəmmət etdi.

Bir dəfə harasa getməyə tələsirdim. “Tyubun” xəzinəsinə yanaşıb orada duran bir gənc adama dedim, mənə filan istiqamətə bir bilet verin. O isə belə dedi, verə bilmərəm. Mən təəcüblə soruşdum ki, nə üçün? O dedi, sehrli sözü deməyi unutduğun üçün. Onda anladım ki, o, mənimlə zarafat etmək istəyib. Və o sehirli sözü, “xahiş edirəm” kəlməsini işlətdim. Onda o, bileti mənə verdi, satdı.

Bizim cəmiyyətdə hər şey qiclik və yaltaqlıq üzərində qurulubsa, İngiltərədə vəziyyət başqa cürdür. Oradanın cəmiyyətində hər şey ağıl üzərində qurulub. Ağıllı vətəndaş, əgər buna layiqdirsə, hər məqamı tuta bilər. Fəqət, orada da çox vaxt ağılı adamı onun bank hesabına görə tə’yin edirlər. Yə’ni ki, pulun çoxdur, deməli ağıllısan. İmtəhası, orada, bizdən fərqli olaraq, qanuni yollarla, biliklərindən istifadə etməklə də böyük sərvət toplamaq mümkündür.

Bir dəfə nə iş üçünsə bir ingilis millət vəkilinin görüşünə getdim. Bu qadın Yaşıllar Partiyasının üzvü idi və həm də Avropa Birliyi parlamentində vəkil idi. Ondan başqa, qadın, bir kitab dükanının sahibəsi idi. Dükanında əyləşib söhbət etdik. O, dedi ki, mən macar əsilliyəm. Ancaq mən başa düşdüm ki, əslində o, macar yəhudisidir.

Ona dedim ki, neft satışı başlayanda respublikamızın gəlirləri artacaq, millət varlanacaq. O, isə bununla razı olmadı, dedi ki, dövlətinizin imzaladığı bu neft sazişinə görə ölkəniz neftini satsa da, əslində heç bir şey qazanmayacaq. Mən, buna e’tiraz etdim necə ola bilər ki, heç nə qazanmayacaq? Axı, lap desək ki, bu neft sazişinin şərtləri bizim üçün çoxda sərfəli olmayıb, lakin, az da olsa nəsə qazanmalıyıq. O, isə yenə tə’kid edib dedi, siz bu sazışə görə heç nə qazanmayaçaqsınız, sizin qazançınız sıfr olacaq. Axı siz mənimlə nə üçün mübahisə aparırsınız. Sizdən fərqli olaraq mən bu işin içindəyəm. İngilis parlamentində bir millət vəkili olduğuma görə mənə hesabat verib, başa salıblar ki, sizin qazancınız heçnə olacaq.

Ola da bilər ki, o, demək istəyirdi ki, neft satmaqdan əldə etdiyiniz pul təzədən Qərb ölkələrinə qayıdacaq, oranın şirkətlərinə və banklarına. Yə’ni ki, bizdə hər hansı bir başqa sənaye, istehsal olmadığına görə biz hər şeyi Qərbdən alacağıq və o pullar təzədən onlara qayıdacaq.

Yay mövsümündə ingilis oğlanlar əyinlərində bir tək tuman qeyərək küçələrdə gəzişirlər. Elə ki hətta Londonun mərkəzi küçələrində bu cür şəkildə gəzirlər və heç kəsi veclərinə almırlar.

İngiltərənin əksər əhalisi, yə’ni ki aşağı təbəqəsi heç vaxt kərə yağını dadmayıb, xörəkdə bitki yağlarından istifadə edir. Ucuzluğuna görə. İngilislər bu cür yağlara o dərəcədə öyrəşiblər ki, kərə yağını dadsalar, onu bəyənməyəcəklər. Buna görə fəhlə sinfi yaşayan məhəllələrin marketlərində kərə yağı satılmır. Belə dükamlarda təkcə donmuş əti tapmaq mümkündür. İngilislərin yediyi xörəklər az çeşidlidir. Elə şeylər yeyirlər ki, bizdə onların yediyini heç it də yeməz.

Varlı olmayan ingilisin il boyu yediyi əsas xörək “fiş ənd çips” deyilən şeydir. Yə’ni ki, donmuş balıq katleti və kartof. İngilislər bunu gündə üç dəfə yeyirlər və onların fikrinə görə bundan daha dadlı bir xörək yoxdur. Kisə ilə beş kiloluq doğranmış kartofu və balıq katletlərini alıb donduruducuya qoyurlar. Yemək hazırlayanda onları tavaya atırlar, buzu əriyib bişəndən sonra isə onu iştahla yeyirlər. Aşağı sinifin, təbəqənin nümayəndələri xörəyi stol arxasında yeməzlər. Bütün ailə üzvləri bir qayda olaraq boşqabları əllərində tutub və divanda oturub, televizora baxa-baxa xörəyi içəri ötürürlər. Başqa xalqların xörəklərini heç bəyənməzlər. Mən bir ingilis qadınına təklif etdim ki, bişirdiyim yarpaq dolmasını dadsın. O isə dolmaya baxıb üzünü turşutdu və dedi, biz ingilislər belə şeyləri yemərik.

Ancaq bu, zəngin, varlı təbəqəyə aid deyil, çünki onlar Londonun minlərlə sayda italiyan, fransız, hind, yapon və sair xalqların xörəkləri, təamları pişirilən restoranlara gedib, yeyib-içirlər.

Londonun marketlərində təzə quzu ətini almaq olur. Bu, körpə quzunun ən yeməli yerindən kəsilmiş, üzərində piyi və sümüyü olmayan ətdir. Bakıda satılanın tayı deyil; tavaya atan kimi pişir, kişmiş kimi yumşaq olur. Onu Yeni Zelandiyadan gətirirlər. Ancaq necə gətirirlər, anlaya bilmirdim. Axı o ölkə uzaqda, dünyanın qurtaracağındadır. Təyyarə iləmı? Sonradan televizorda mal-qaranın İngiltərəyə necə gətirildiyini gördüm. Deməli, çox nəhəng, 7-8 mərtəbəli, küləyin vurması üçün yan tərəfləri açıq, rəflərə oxşar bir gəmidə.

Varlıların bazarlıq etdikləri marketlərdə, dükanlarda türac əti də satılır. Ovda vurulduğu üçün, ətin içərisində qırma olur. Qızıl balıq İngiltərədə ən yaxşı balıq sayılır.

İngiltərə maşın oğruluğuna görə dünyada birinci yerdədir.

Oranın oğrusu ağıllı olur, Amerkadakı kimi dəlisov deyil. Məsəl üçün ev oğruları oğurluğa gedəndə yanlarında silah aparmırlar, evdə adam olanda ora girmirlər. İngilislər evdə böyük məbləğdə pul saxlamırlar. Buna görə bu xırda oğurluğdur. Bunu törədənlər nəşəxorlardır. Gündəlik tələblərinə görə bunu edirlər. Peşəkər oğrular isə başqa cürdürlər.

Bank oğruları da əksər halda soyğunu silahsız edirlər, çünki anlayırlar ki, əgər silah götürsələr, tutulanda daha uzun müddət həbsə məhkum olunacaqlar. Məsəl üçün, əllərini cibdə tutaraq və ya qəzetə bükülmüş bir şey nümayiş edərək bank işçilərini qorxudurlar, güya ki, orada odlu silah var. Tutulanda isə deyirlər ki, əslində orada heç bir silah olmayıb.

Bir dəfə yaşadığım yerin yaxınlığındakı banka girmişdim. Bir kişi bank işçisi məni görən kimi bərk qormuş halda qaçıb, xəzinə sayılan otağda gizlənir, qapını kilidləyir. Vəziyyəti belə görüb, bankı tərk etməli oldum. Sonradan anladım ki, onu qorxudan mənim başımdakı qara xizəkçı papağı idi. Axı soyğunçular buna oxşar papaqlarla oğurluğa gedirlər.

Ondan başqa qəzedə oxudum ki, o bank şöbəsi axırıncı ay ərzində iki dəfə soyulmuşdu. O vaxtlarda dörd nəfərlik bir quldur dəstəsi altı ay ərzində Londonda 50-60 dəfə bankları qarət etmişdilər. Bir neçə milion paund pul aparmışdı. Elə ki bir bankda yalnız dörd min pul tapanda, bu qənimətdən narazı qalaraq bankın işçisinə dedilər ki, bu çox az puldur, bir başqa vaxt da gəlib bu şöbədən pul aparaçağıq. Bank işçiləri bunu zarafat saydılar. Halbuki oğrular həqiqətən on gündən sonra yenə gəldilər və bir qədər artıq pul əldə etdilər.

Nəhayətdə, polis onları tutdu. Ancaq pullar tapılmadı. Soruşdular ki, bəs pullar necə oldu. Bilindi ki, bu dəstə üzvlərinin hamısı nəşəxorlar idilər və o bir-neçə milion pulu altı ay ərzində nəşəyə, tiryəkə xərcləyiblər.

İngiltərədə ən ucuz uyuşdurucu tiryəkdir. Onu Əfqanıstandan kürdlər (PKK-çılar) gətirirlər. Deyilənə görə tiryək alverçiləri onu hətta məktəblərin qarşısında, məktəb uşaqlarına satırlar. Bə’zən isə onu havayı paylayırlar ki, məktəb uşaqları ona öyrəşsinlər, alışqanlıq yaratmaqdan ötrü. Hökumət isə bu məsələyə biqanə yanaşır. Görünür ki, geniş xalq kütləsinin nəşəxorluğa qurşanması məsələsi hakim dairələrin işlərinə yarayır. Yeni nəsillərin xarab olması, nəşəxor olması İngiltərənin kapitalistlərini qorxutmur, çünki bunun onlar üçün bir təhlükəsi yoxdur, əksinə xeyri var. Axı hökumət ayıq-sayıq, xuşyar adamlardan, inqilab edib, hakimiyyəti ələ keçirmək istəyənlərdən qorxur. Nəşəxorlar isə belələrinə oxşamırlar. Onların bir azarı, bir istəyi var – nəşə tapıb, onu istifadə edib, özünə dünyanı unutdurmaq.

Bir ingilis qadını evdə alman çoban itini saxlayırdı. Bir dəfə it onun körpə oğlan uşağını dişləyib öldürmüşdü, kiçik yaşlı qızını isə şikəst etmişdi. Polislər iti aparıb öldürmək istədilər. Qadın isə köpəyin tərəfini saxlayıb, buna razılıq vermirdi. Dedi ki, günah uşaqların özlərindədir, çox nadincdirlər. Lakin polislər onun sözünə baxmadılar.

İngilislər heyvanları adamlardan daha çox sevirlər. İngilis qızını itin ağzından öpməsini daima görmək mümkündür. Bu qızlar sifətlərini itə yaladırlar. Görünür ki, bu onlara bir zövq verir. Bir qün bir qız yaşadığım yerin yaxınlığında itini gəzdirirdi. Sonra o, başını itə yaxınlaşdırır və üzünü itə yaladır. Sonra mənə baxıb fəhrlə deyir, mənim itim məni çox sevir.

Londonda yaşayan bir seylonlu kişi ingilislərdən gileylənərək dedi, ingilislər itlərini uşaqlarından daha çox sevirlər. Məsəl üçün, küçədə itlə gəzsən ayaq saxlayıb sənə deyəcəklər, “nə gözəl bir itdir”. Uşaqla gəzsən isə, heç vaxt, “nə gözəl uşaqdır” sözünü işlətməzlər.

Əhaliyə yardım etmək üçün failiyyət göstərən hökumət idarələrinin birinci mərtəbələrində rəngli, şəkilli kitabçalar düzülmüş uzun bir masaya rast gəlirsən ki, bu nəşrlərdə ölkənin qanunları vətəndaşlara anlaşdırılır. Hər sahəyə aid kitabçalar olur. Hərə özünə aid olanını tapır. Orada vətəndaşlara və qeyrilərinə onların hüquqları sadə bir dillə başa salınır. Evə ehtiyacın varsa, ərzaq almaq üçün, həkimə verməyə pulun yoxdursa orada yazılanı oxuyub, o şeyləri tələb edə bilirsən. Adam o kitabçanı bir-iki dəqiqəyə oxuyub piləkəni çıxır, sonra isə pəncərə arxasında oturan mə’murdan ona lazım olanını tələb edir. İdarə işçisi desə ki, vermirəm, onda o, kitabçanı göstərir və deyir ki, burada yazılana görə mənim buna haqqım çatır. Özünü mədəni bir şəkildə aparsa onun tələbini heç vaxt rədd etməzlər.

Bizim idarələrdə isə sıravi vətəndaşı adam yerinə qoymurlar. Dava etməsən və qışqırmasan sənə fikir vermirlər. İngiltərədə isə belə deyil. Orada davakar, baş ağrıdan adamları sevmirlər. Biri idarədə qışqır-bağır salsa oranın qarovulçusu onu bayıra atır. İdarə işçiləri isə qarovulçuya deyirlər ki, bu adamın sifətini yadında saxla bir də gəlsə içəri buraxma. Daha o adam ömrü boyu o idarəyə girib, haqlarını tələb edə bilməz.

FRANSA

Soruşsalar, “Paris gözəl şəhərdimi?”, buna cavab verərəm ki, me’marlıq əsərlərinə, binalarına baxmadım, cünki elə ancaq yerə baxaraq, ayağımı ehtiyatla atamağa çalışırdım ki, ayaqqabım poxa batmasın. İndini bilmirəm, ancaq mən orada olan vaxt Parisin bütün küçələri xalça kimi itin nəcizi ilə örtülmüşdü. Bu da fransızların qayda-qanuna riayyət etməyi sevmədiklərinin göstəricisilərindən yalnız biridir.

Bəlkə hər evdə it saxlanılır. Onları da havaya çıxardanda, bu köpəklər eləcə evin qarşısında asfalta bayıra gedirlər. Məsəl üçün, Almaniyada belə şeyləri görmək mümkün deyil.

Adətən, Parisə səyahət etmək istəyənlərə deyirlər ki, oraya yaz ayında getmək məsləhətlidir. Doğrudur, qışı soyuq və çiskinli keçır, yay havası isə isti və bürkülü olur.

Paris, keçmişdə ingilisləri, almanları və rusları öz pozğunluğu ilə cəlb edirdi. Halbuki, bu gün bu belə deyil, bu barədə Fransanın adı çıxıb, həqəqət isə başqacürdür. Pozğunluqda London, Amsterdam, Moskva, bəlkə də Bakıının özü Parisi çoxdan ötüb, keçib.

Ancaq buna baxmayaraq xaricdən gələn macara axtaran kişilər belə şeylər görmək üçün Parisə axışırlar. Bir nəfər mənə Tolstoyun adını daşıyan bir xeyriyyə cəmiyyətinin ünvanını verdi və dedi ki, Parisdə olanda mütləq oraya get, orada sənə hər cür kömək və məsləhət verə bilərlər. Qapısı bağlı olduğundan, bütün günü ətraf küçələrdə gəzir, sonra təzədən qapıya yanaşırdım və həmişə qapını bağlı görürüdüm. Tərslikdən, bu cəmiyyət Parisin ən bədnam San Deni küçəsində yerləşmişdi ki, ora fahişələrin yığışdığı bir yer, küçədir. Hər hansı tərəfə gedəndə qarşıma fahişələr çıxırdı. Yay olduğuna görə, onlar xüsusi ilə çox idilər, yüzlərçə sayda.

Diqqətimi özünə çəkməməkdən ötrü küçənin o biri tərəfindəki dəhlizin daxilindən bir fahişə məni səslədi, o, bunu hansısa əzizləyici bir sözlə etmişdi. Ona baxanda, plaşının hər iki tərəfini aralayıb, basketbol topu böyüklüyündəki lütlənmiş döşlərini mənə nümayiş edib də, dərhal örtdü. Düşündüm, çox güman ki, onlar sünü döşlər idi.

Fahişəlik Fransada qanunsuz kimidir, lakin hökumət ölkəyə pul gətirən xariciləri şəhərə cəlb etməkdən ötrü belə pozğunluğa mane’ olmaq istəmir. Düşünürəm ki, namusunu itirmiş bu qadınların müştərilərini, fransızlar deyil, əsasən xarici səyyahlar, ruslar, ərəblər və türklər təşkil edir.

Bir başqa dəfə, qışda, axşam tərəfi rusca danışan üç kişiyə rast gəldim. Onlar təzəcə Moskvadan təyyarə ilə Parisə gəlmiş, şeylərini mehmanxanaya qoyub, gəzməyə çıxmışdılar. Biz söhbət etdikdən sonra, onlardan biri soruşdu ki, ora haradadır? Souşdum, “ora” deyəndə haranı nəzərdə tutursunuz? O, isə dedi, sən bilirsən mən haranı soruşuram. Təzədən, yox, bilmirəm, dedim. O isə, yalan danışma sən yaxşı bilirsən ki, mən haranı deyirəm. Onda, başa düşdüm ki, onlar San Deni küçəsini axtarırlar. Mən dedim, axı dediniz ki, arvad-uşağınız var, bu iyrənc fahişələr sizin nəyinizə lazımdır? Onlar cavab verdilər, əgər biz Parisdə olub fahişələrə baş çəkməmış olsaq, Rusiyaya qayıdanda bunu eşidən dostlarımız bizə gülərlər, lağ edərlər.

Mən dedim, o dönqəyə çatanda sağa dönün, sizin axtardığınız küçə odur. Bir az Sen çayı istiqamətinə tərəf getsəniz, onlara rast gələrsiniz.

Xaricilər Parisi pozğun bir şəhər kimi təsəvvür edirlər, halbuki bu belə deyil. Parisdə addım başı kilsəyə rast gəlirsən. Bir bazar günü, günorta çağı oranın küçələrini bom-boş görmüşdüm. Düşündüm deyək ki, istirahət günüdür və fransızlar evdə oturublar, bəs hər gün şəhərin küçələrində dolaşan yüz minlərlə xarici adam haradadır? Uzaqda, “Notr Dam” kilsəsini görəndə, gedib, oranı görmək istədim. İçəriyə girib heyrətləndim, deyəsən, Parisin yarısı orada idi və ibadətlə məşgul idi. Fransızlar ibadət edirdilər, xaricdən gələnlər isə onların şəkillərini çəkirdilər. Bir fransızın amerikalıya acıqla baxdğını gördüm, yə’ni ki, biz namaz qılırıq sən isə foto çəkməklə bizə mane’ olursan. Demək istəyirəm, kim nəyi axtarırsa, onu da tapır. Fahişə axtaran fahişə tapır, kilsə axtaran isə kilsəni.

Nis şəhərində küçədə gəzəndə əyninə su samuru xəzindən bahalı bir kürk geymiş qadının yanından keçəndə, o, mənə fransızca nəsə dedi, anlamayıb yoluma davam etmək istədim. Onda o, dedi, məgər başa düşmürsən mən nə deyirəm? Bir az də gedəndən sonra onun fahışə olduğunu, özünə kişi, müştəri aradığını başa düşdüm. Dönüb, təəcüblə ona bir də baxdım. Axı o, yetmiş yaşında bir qoca arvad idi. Özünü qiymətə mindirməkdən ötrü də əyninə bahalı kürk geymişdi. Düşündüm ki, qocalığını, eybəcərliyini nəzərə alaraq, bu işə görə mənmi ona pul ödəməli idim, yoxsa o, mənə?! Görünür ki, o ürəyində deyirdi, mənim cavan qızlardan nəyim əskikdir, axı?!

Fransada kobudluq hallarına tez-tez təsadüf edirsən. Amma bununla belə orada “pardon” sözündən də çox-çox istifadə etməyi xoşlayırlar. Onlar bu cür üzr istəyəndə səndə gərək bunun qarşılığında “pardon” deyəsən. Bu yaxşı adətdir, gərginlik anlarında hər iki tərəfi sakitləşdirir. Fəqət, gündə 200-300 dəfə “pardon” demək, axırda adamı bezdirir. Məsəl, üçün qapıya yaxınlaşanda, o biri tərəfdən gələnə yol verəndə, o, səndən üzr istəyir. Və ya küçədə gəzəndə birisi ayaq saxlayıb sənə yol verəndə, sən gərək nəzakət göstərib ondan üzr istəyəsən, yə’ni ki “pardon” deyəsən.

Parisdə ayaqyolundan istifadə etmək üçün iki frank vermək lazım gəlirdi. Bu, yarım amerika dollarından bir az azdır. Bir dəfə küçədə on altı yaşındakı qız məndən iki frank istədi. Ola bilər ki, qız o pulu nəşə almaq üçün istəyirdi. Mən verməyəndə, acıqla, dedi, heç utanmırsanmı? Qız səndən ayaqyoluna getmək üçün iki frank istədi sən isə simiclik edib vermədin!

Parisdə ayaq üstü çay içmək pulu beş frankdır. O vaxt yə’ni ki, 92-də, bu pul, mənə çox böyük bir məbləğ kimi görsənirdi. O çayı oturub içəndə isə səndən on frank alacaqlar. Yayda, forslu adamlar kimi etsən, bayırda duran masaya otursan bir fincan çay sənə əlli franka başa gələcək. Mənim cibimdə min dollara qədər pul olsa da ona əl vurmaq istəmirdim, çünki fikrim vardı təyyarə ilə Amerikaya və ya Kanadaya getməyə bir yol tapım. Bu səbəbdən istədiyim miqdarda çay alıb içə bilmirdim. Yadıma düşdü ki Bakıda evimizdə qonağlara minlərlə dəfə içməyə çay verirdim. Parisdə özümə söz verdim ki, əgər Bakıya qayıtsam hər kim bizim evə gəlib məndən çay istəsə ona deyəcəyəm, hər fincanına dörd dollar verəcəksən!

Bir yay, Almaniyadan Fransaya getmək istəyəndə cibimdə cəmi dörd dollar var idi. Mehmanxanadakı ruslar dedilər, sən lap dəlisən. Almaniyanın bu başından, o başına Fransanın sərhədinə gədər getmək istəyirsən. Hələ oradan da Parisə qədər. Bu pulla onu necə edəcəksən?

Onlar hərəsi mənə iki dollar verdi və mən o pulla (18 dollarla) Parisə qədər getdim və qatarla geri qayıtdım. Hələ də cibimdə bir az da pul qaldı.

Parisdə küçədə gecəməli oldum. Gəzərək, axırda Eyfel gülləsinə çatdım. Onun yaxınlığındakı çəmənlikdə minlərlə mənim kimiləri var idi. Öz-özümə dedim ki, elə bura yaxşıdır, otun üstündə gecələyərəm. Lakin, on-on beş dəqiqə keçmədi ki, bağban gəlib fransızca nəyisə e’lan etdi. Və sonra hər tərəfdən bizə su fışqırmağa başladı. Hamımız durub qaçdıq. Anladım ki, Parisdə kasıb, çox pul xərcləmək istəməyən müsafirlərlə bu cür rəftar edirlər. Ətraf, bütün məhəllə sulanmışdı, quru bir yer tapmaq olmurdu. Sen çayının kənarına çıxdım ki, oturmaq üçün quru bir yer tapım. Yolda nümayişçilərə su fışqırdan maşın dayanmışdı. Orada oturan sürüçü mənim bir quru yer tapıb oturduğumu görən kimi uzaqdan mən tərəfə su fışqırtmağa başladı. Oranı da tərk etməyə məcbur oldum.

Fransanın sıravi polislərindən xoşum gəlmədi. Onlar, görünüşlərinə görə mənə oğruları, dələdüzləri xatırladırdılar. Lakin bir iki-üç zabitini görəndə onları sevdim. Həm mənimlə ingiliscə danışdıqlarına görə, həm də hədsiz dərəcədə nazakətlə davrandıqlarına görə.

Nis şəhərin hava limanında gəzəndə isə iki polisdən birisinin gözünə dəydim. Mən nədənsə duruxdum. Polislərdən biri məni işarə edərək yoldaşına dedi, bax, bu İran cəsusudur. Sonra, gülə-gülə yanımdan keçib getdilər. Heç anlaya bilmədim ki, nəyə görə məni iranlıya oxşatdılar.

Parisdə qaldığım qırx gün ərzində dəhşətli bir soyuqdəyməyə tutuldum, “Honq-Konq qripi”nə. Arası kəsilmədən burnumdan su axırdı. Gündə bəlkə beş-altı satıl su. Lap təngə gəlmişdim. Axırda qorxdum ki, öləcəyəm. Bakıya qayıtmaq qərarına gəldim. Fəqət, sovet pasportumu itirmişdim. Rusiya səfirliyinə getdim ki, mənə Bakıdan pasport almağıma yardım etsinlər. Dedilər, indi artıq siz müstəqil olmusunuz, gedin öz səfirliyinizə. Dedim ki, burada bizim səfirlik hələ ki, açılmayıb. Sonra isə soruşdu, bəs Bakıya avtobus yoxdur axı, ora necə gedəcəksən? Dedim, təyyarə ilə. Oranın işçisi dedi, aha, deməli sənin təyyarəyə verməyə pulun var. Onda pul ödəsən bizim səfirlik sənin şəxsiyyətini təsdiq edən bir kağız verər. Ödədim, kağızı aldım.

Ancaq o kağızla mənə təyyarə bileti satmaq istəmədilər. Pasport tələb edirdilər. Onda, Parisin baş polis idarəsinə getdim. Vəziyyəti başa saldım. Bir sarışın qız mənimlə, nədənsə, çox kobud və acıqlı danışdı. Dedilər ki, bir ay gözləsən sənə Fransa dövləti hesabına bilet alıb, o kağızla səni təyyarəyə mindirib, Bakıya yola salarıq. Dedim ki, bir ay gözləməyə halım yoxur. Bileti öz hesabıma da ala bilərəm. Dedilər, onda çıx bayırda bir az gözlə. Sonra bir yaraşıqlı, hansısa kino artistinə oxşayan, bığı burma bir polis işçisi qapıdan çıxdı. Soruşdu, öz xoşuna Fransanı tərk etmək istəyən adam sənsənmi? Bəli, mənəm, dedim. Sən dəlisən, nə sən?! Azərbaycan dediyin yer haradır?! Paris kimi yeri qoyb, başqa yerə gedərlərmi? Mən cavab verdim, Parisdə yaşamaq üçün milyonçu olmaq lazımdır. O isə, bəyəm mən milyonçuyam, görürsən ki yaşayıram. Sənin evə qayıtmaq fikrin heç də ağıllı bir fikir deyil.

Ondan xoşum gəldi. Axı o, tanımadığı birisi üçün bu cür narahat olurdu.

Nəhəyətdə təyyarə bileti alıb, metroya düşdüm. Çantamı yanımda yerə qoyub qatarı gözləməyə başladım. Bir “kloşar” (Fransada evsiz olan, küçədə yaşayıb avaralan adam belə adlanır) mənim çantamı qapıb çəkməyə başladı. Mən də onu öz tərəfimə çəkdim. Biz beləçə bir saata qədər dartışdıq. Çantamı ondan çəkib qoparda bilmirdim, çünki, zırı birisi idi, həm də xəstələnərək çox zəifləmişdim. Ara sıra “kloşar” camaata baxaraq və məni göstərib, qışqırırdı ki, bu adam oğrudur (volör), kiminsə çantasını oğurlayıb. Beləcə beş-altı qatar gəlib-keçdi. Belə getsə bilet batacaqdı, uça bilməyəcəydim. Metroda, bəlkə bir milyon fransız var idi, hamısı da bu dilənçi tərəfə idilər, mənə əyri-əyri baxırdılar. Çünki mən dil bilmirdim, fransız deyildim. Bir qız polis çağırmaq üçün nəzərdə tutulan telefonun yanında dururdu. Ondan xahiş etdim ki, telefonla polis çağırsın ki, mən canımı bu dəli, avara fransızdan qurtarım. O, isə çiyinlərini atıb, zəng etməkdən boyun qaçırdı, yə’ni ki, bu, mənə dəxili olmayan bir işdir.

Onda, fransızlardan zəhləm getdi. Anladım ki, bu ölkədə günün ortasında adamı soysalar, öldürsələr, heç kəs ona kömək etməz və yaxın durmaz. Heyfsiləndim ki, bayaqkı gün silah satılan dükandan düyməli bıçaq və beşbarmaq almadım. Elə cana gəlmişdim ki, bıçağım olsaydı onu öldürəcəydim. Sonra qatara minib hava limanına gedərdim, Bakıya uçardım. Tutulmaq qorsusu yox idi.

Axırda, bir yoğun fransız kişi yaxına gəlib qolumdan tutdu, dilənçi isə o biri qolumdan, məni bir oğru kimi yuxarıya çıxartdılar. İki mülki paltar geyinmiş polis gəldi. İkisi də polisdən daha çox , dələdüz adamlara oxşayırdılar. Xırtıldayıb gülürdülər. Onlara dedim ki, həm metro biletim var, həm də ki, təyyarə biletim. Məni oğurluqda ittiham edən bu adamdan, “kloşar”dan onun metro biletini soruşun görün, bileti varmı? O, bunu eşidən kimi aradan çıxdı. Məni isə buraxdılar.

Hava limanında, polislər məni gömrükdən keçirtdilər. Çünki, baş polis idarəsindən göstəriş almışdılar. Halbuki, beynalxalq qanunlara görə mənim kimi pasportsuz adamı təyyarəyə mindirməyə haqqları yox idi.

ƏLTAF ƏL-QÜDS”


MÜQƏDDİMƏ. Həmd olsun o Allaha ki, qüdrətinin nişanələrini öz səmimi qullarına, həm kainatda həmdə öz tənlərində göstərir ta ki, nəhayətdə onlar dərk edə bilsinlər -- Ondan başqa bir həqiqi varlıq yoxdur. Kainatda olan hər şey, istər maddi, istərsə qeyri-cismani olsun, hamısı Ona tabe’dir; O, isə yalnız Öz zatı və sifətləri (keyfiyyətləri) hesabına var olur. Allahdan başqa hər şey yalandır. O, mövcudatı tamamı ilə əhatə edir, hər istiqamətdə, bütün təzahürün son həddinə qədər. Üzünü hansı tərəfə çöndərsən orada Allahın vəchini görəcəksən. Mən şəhadət verirəm ki, Allahdan başqa bir ilahi yoxdur və Məhəmməd (s.ə.s) onun bəndəsi və rəsuludur. Qoy Allah Öz nurunun yağışını onun ailəsinin və səhabələrinin başlarına yağdırsın!

Və Allahın minnətçisi olan bu fəqir bəndə, adı Vəliyullah ibn Əbdülrəhim əl-Ümari Dehləvidir, qoy Allah onu, onun valideynlərini və yaşlılarını himayə eləsin, burada bəyan edib deyir – bu, “Əltaf əl-Qüds, fi Mərifət Lətaif ən-Nəfs” adlanan kiçik həcmli əsər, aşağıda adı çəkilən şeylərin həqiqi mahiyyətini araşdırmaq üçün yazılıb:
Qəlb

Əql

Nəfs

Ruh

Sirr

Xafi

Əqli-küll

Zat

Bundan əlavə, yuxarıdakıların saflaşdırılmasına dair düzgün üsullar təqdim olunur.

Bu söhbətdə məqsəd vəhy və kəşf məsələləridir ki, bu şeylər şər’i və mə’quli elmlərin nəzər dairəsindən kənardadır.

RUHANİ LƏTİFƏLƏRİN BİLİYİ. Allah, son çağ sufilərinə ruhani lətifələrin biliyini bəxş etməklə, onlara müvazinət saxlama qabiliyyətini verib. Bu lətifələri daha yaxşı tanıyanın onları daha yaxşı saflaşdırmaq bacarığı olar; və hər kəs ki bu lətifələrin fərqli xassələrini tanımağında daha bacarıqlıdır o, bu biliyə talib olanlara daha yaxşı bələdçilik eləyə bilər.

Biz, əyani bir misal kimi, bu lətifələrin biliyinə malik olan bir kəsi qədim ustadların böyük təcrübəsindən əldə olunan üsullara istinad edib, cürbəcür azarları müayinə eləmək qabiliyyətinə malik olan, onların səbəblərini, əlamətlərini və müalicə üsullarını bilən təbibə oxşada bilərik.

Misalı uzadıb, ömrünü təsəvvüfun öyrənilməsinə sərf edib, lakin bu biliyə nail ola bilməyən adamı elə naşı təbibə oxşatmaq olar hansı ki, bu və ya digər dava-dərmanı yazanda güvəndiyi şeylər özünün yanlış təcrübəsi və səhv anlayışları olsun.

Lətifələrlə tanışlığı olan bir adam ömrünü çöl-biyabanı dolaşmaqda keçirən bir bələdçi kimidir, hansı ki hər dağı, hər təpəni gəzib dolaşıb, onlardan keçən hər cığırı tanıyır, istər onlar yaxşı bilinən, istərsə də hələ heç kəsin ayağı dəyməmiş yollar olsun.

Əfsus ki, həvəsin şiddəti bir çox sufiləri əzab-əziyyətlə səhraları dolaşmağa vadar edərək, candan keçmə həddinə çatdırmışsa da onlar, nə axtardıqlarını, qəsd olunan şeyin nə olduğunu bilməmişlər, nə də ki yol tanımışdılar. Elələrinin əksəriyyəti bu səbəbdən məhv olub getmişdilər. Fəqət bə’ziləri isə nəyəsə nail olub geri, evlərinə, öz məmləkətlərinə qayıtmışdılar. Sonra onların hər biri öz səyahətinin naqis təəssüratlarını nəql elədi. Ancaq belə söhbətlər onlara qulaq asan camaatı, sadəcə, mə’yus edib hiddətləndirirdi, çünki belə səyyahların heç birinin sözü o birilərinki ilə düz gəlmir, təzadlıdır, elələri səyahətlərinin hər hansı məkanının harada yerləşdiyini bilib, başa sala bilmirlər.

Sözün qısası, əgər sizin arzunuz o adamların yolu ilə getməkdirsə hansılar ki, təməkkon (sakin olma) dərəcəsinə çatıblar və peyğəmbər mirasının varisi olublar, onda bunu bilmək vacibdir ki, bu iş bu lətifələri tanımayanlar üçün imkan kənarındadır. Həmçinin, əgər siz istəyirsəniz doğru yol tutasınız, səhv yollara gedib boş yerə əziyyət çəkməyəsiniz, onda bu biliklərsiz keçinə bilməzsiniz.

Lətifələrin biliyi böyük bir ne’mətdir ki, o da yaxın zəmanəyə bəxş olunmuşdur. “Bu Rəbbimin verdiyi ne’mətdir. Amma heyf ki, insanların çoxu bu ne’mətə şükür etməz” (Qur’an, Yusif, 12/38).

Əcdadlarından özlərinə miras qalan zikr və riyazət yolunun müasir nümayəndələrini iki ayrı-ayrı sinfə bölmək olar.

Birinci sinfə aid olan şəxs Allaha gedən yolla getməyə meyli olan adamdır. O, bu səbəbdən bu yola çıxıb istədiyi tərzdə irəli gedir və nəhayət xoşuna gəldiyi məqama (dərəcəyə) çatıb durur. Sonra o, bələdçi olmaq arzusuna düşür, haqq yolunu tutmaq istəyənləri özünə cəlb eləyib, ətrafına yığır ki, onları özünün tutduğu dərəcəyə çatmağa kömək eləsin. Ona elə gəlir ki, onun tutduğu məqam yeganə dərəcədir və ondan başqa heç bir məqsəd və kamillik dərəcəsi yoxdur və ola da bilməz. Belə bələdçinin tələbələri yalnız bu yolu tanıyıb, ona güvənirlər. Onların çoxu hər hansı bir dənə şeyə istinad edirlər. Məsələn, ola bilər ki, onların əlaqəsi şövq və qalaq (iztirab) sufi halları vasitəsilə olsun və ya Üveys əl-Qərni üslubu ilə, və ya aşağı səviyyə mələklərlə ünsiyyət yaratmaqla, ola da bilər vəhdət ya səfa fikrinə mübtəla olsunlar və ya onların meyli vəch halına olsun. Buna isə onlar, daim zikr edib dua oxumaq vasitəsi ilə nail olurlar. Əfsus, bütün belə hallarda, onların bütün mərkəzlərdən yalnız bırı, bu vasitənin köməkliyi ilə təmizlənir, qalanları isə saflanmayıb durur. Bu cür adamları, yə’ni ki, yalnızca bir mərkəzi saflandırılmış olanları sifətinin bir yanı ağ o biri yanı isə qara olan fərdə oxşatmaq olar, çünki “onlar yaxşı bir əməli bir pisi ilə qarışdırmışlar (Qur’an, ət-Tövbə, 9/102)”. Onların əksəriyyəti şəriətin hökmlərinə əməl etmirlər və bunu belə izah edirlər ki, bu cür işlər şəriətin zahiri qabığıdır, onlarsa özlərini onun həqiqi məğzini anlamış adamlar kimi qələmə verirlər.

İkinci sinfə aid olan təriqət mürşidləri elə qəbildən olan insanlardandırlar ki, elələri camaata hidayət etmək, yol göstərmək üçün hökuməti-sufiyyə tərəfindən tə’yin olunmuşdurlar. Onların vasitəsi ilə ümmətdə vəhdət və intizam yaranır, Allahın məqsədi dünyada izhar olur. Əvvəlcə onlara ilham gələrək, xəyallarında zühur edir ki, nəyi eyləmək lazımdır. Sonra onlar bu tələb olunan şeyləri öz müridlərinə ötürürlər, nəhayətdə bunlar atadan oğula keçir. Belə ki bu həmin o ulu yoldur ki, hansının minlərlə yolçusu var. Bu cür hadi bələdçilər sufi rahının xəritəsini düzgün çəkmişdilər, hər dərdin dərmanını yazıb, hər müşkülün çarəsini tapmışlar. Ancaq, əgər onların ardıclıları lətifələr elmini dərk edə bilməsələr, onda bu müridlər öz işlərində çoxlu əngəl və çətinliklərlə qarşılaşacaqlar. Bu çətinliklərin bə’ziləri aşağıda izah olunacaq.

Əksər müridlərin öz təbiətlərindən doğan səbəblərdən bir mərkəzləri daha çox güclü olub, o biriləri isə zəifdirlər. Əgər elələri, kor-koryana, eyni zamanda, bütün lətifələrinin tə’limi və saflaşdırılması işinə girişsələr, onda buna olduqca uzun vaxt tələb olunar. Hətta, eləsinin bu, güclü lətifəsi üçün çox uzun vaxt lazımdır ki, o, saflaşdırılsın, gücləndirilsin, qaynama həddinə çatdırılsın və saflaşmanın nişanələrini göstərsin və nəhayətdə salikin niyyət elədiyi məqama çatmağa imkan versin. Ancaq, əgər salik özünün, fitrən, daha güclü olan lətifəsinin qüvvələndirməsinə təşəbbüs göstərsə, o biri mərkəzlərin saflaşdırılması ilə yığcam şəkildə məşğul olsa, onda o istədiyi məqama daha tez çatar, arzuladığı dərəcəyə nail olar. Son məqsədə çatmaqdan ötrü çoxlu məqamları və çeşidli fəna mərhələlərini keçmək lazımdır, bunlar isə, fitrən güclü olan lətifə hesabına nail olunur. Salik cürbəcür mə’nəvi hallarla və çoxlu fəna mərhələləri ilə üzləşir, daimi məqamlara çatır və lakin, o, bu mə’nəvi halların hər birini lazımı, uyğun mərkəzi ilə qavrayıb, yerbəyer edə bilmir. Bunun nəticəsində düşdüyü çaşqınlıq vəziyyəti onu elə qənaətə gəlməyə məcbur edir ki, guya o, əsla, heç nəyə nail olmayıb və bu vaxta qədər ona vaqe’ olan hallar bir heçdir, şeytanın vəsvəsəsindən başqa bir şey deyildir. Bu səbəbdən o daim ümidsizliyə və bədbinliyə qapılıb durur və hətta axırda axtarışlarına son qoyur. Ancaq salik əhvalın, fənanın və sufi məqamının hər birinin mənbəyi hansı ulu mərkəzə aid olduğunu tə’yin edə bilsə, onda o, bədbinliyin daşını atar və rahatlıq tapar.

Salik, övliyaların cürbəcür mə’nəvi hallarını nəzərdən keçirəndə onların sözlərində və əhvalında uyğunsuzluqlara rast gəlir. Nəticədə o, şəkki-şübhəyə düçar olur. Bir gün o, nəzərini bu adamın mə’nəvi halına salır, sabah isə o birisinə və nəhayətdə bundan bezib işini dayandırır. Əksinə, başqa vaxt, o, hər hansı bir adamın hər tərəfli təhqiqi ilə məşğul olur və onun məhdud məqamının həddini görüb elə qənaətə gəlir ki, təriqət yolu elə bundan ibarətdir. Əslində həqiqət bundadır ki, cürbəcür vəlililərin hallarında və sözlərindəki təzadlar, və tutduqları məhdud məqamların səbəbi onların lətifələrinin fitri güclülüklərindən və ya zəifliklilərindəndir.

Məqsəd və hədəfin nə olduğunu qabaqcadan anlayanda iş asanlaşır, kiçik zəhmət də kifayət eyləyə bilir, halbuki, əks təqdirdə böyük bir sə’yə ehtiyac olardı. Salik bunun xeyrini hər gün görəcək, bu məsələləri daha dərindən düşünəcək, idrak qabiliyyətini artıracaq. Bu isə, öz yerində, onun görüşlərini genişləndirəcək. Sözün qisası, bu lətifələrin xüsusiyyətlərini bilməkdən alınan mənfəətləri burada qeyd eləmək mümkün deyil. Bu qısa icmal kifayətdir ki, göstərsin orada nə çox xəzinələr var.

NƏFSİN XÜSUSİYYƏTLƏRİ. Ruhani lətifələrin həqiqi mahiyyətinin və xüsusiyyətlərinin şərh olunması, öz növbəsində, nəfsin həqiqi mahiyyətinin nə olduğunu aydınlaşdırmaqdan asılıdır. Bu məsələ şəriət elmindənsə daha çox həqiqət elminə (təsəvvüf elminə) aiddir. Məhəmməd (s.ə.s.) həqiqət elminə dair heç bir göstəriş verməyib; o, bizə yalnız şəriət elminə və nəfsin saflaşdırılmasına dair mə’lumatlar vermişdir. Bu bir sirr deyil ki, istər ərəb və istərsə qeyri-ərəb olanlar ikinciyə aid məsələlərlə yaxşı tanışlıqları vardır. Birincisinə aid məsələlərə gəlincə, elə bir məclis tapılmaz ki, orada həqiqət elmi haqında uzun-uzadı danışılmamış olsun. Hz. Məhəmməd (s.ə.s.) əshabəyə, bu şərəfli elmlər haqqında, yalnız, ümumi şeylər danışıb və o, bu məsələlərdə, dərinə gedib geniş şərh verməyi qadağan edib. Bu bütün peyğəmbərlər üçün bir qayda olub.

Ancaq bu ona dəlalət eləmir ki, bu elmləri dərk etmək insan üçün qeyri mümkün bir işdir. Bu belə deyil; ancaq belə düşünülüb ki, bu məsələnin faş olunması geniş kütlənin zərərinə gələ bilər. Onda, bu belə görünə bilər ki, bəlkə yaxşısı, bizdə bu barədə sükut saxlayaq, gördüyümüzü görməmiş kimi qələmə verək? Sufilərin bu barədə rə’yləri çox fərqli olub, bu məsələ ətrafında sonsuz mübahisələr aparmaq isə onların bir xüsusiyyətinə çevrilib. Biz qeyd etdiyimiz kimi lətifələr elmi nəfsin həqiqi mahiyyətinin biliyi üstündə qurulub və bundan bir zərurət yaranır necə ki, məsələ görə, zərurət haramı halal eyləyir.

Nəfs dedikdə, biz o şeyi nəzərdə tuturuq ki, o, bədəndə olanda, bədən canlı olur və onu tərk elədikdə, bu onun ölümü ilə nəticələnir.

Gəlin biz nəfsin əsl mahiyyətinə nəzər salaq. Bunu bilmək lazımdır ki, o, üç hissədən ibarətdir.

Birincisi, bu incə bir maddədir ki, hansı ki, həzm olunan şeylərin fərqli ünsürlərinin xəfif buxarlarından əmələ gəlir. Bunun qidalanma, böyümə və hissetmə qabiliyyətləri var. Bunun adı nəfsdir və bu ətin və sümüyün hər yerinə sirayət etmişdir, necə ki, alovun kömürün içinə və ya ətrin qızıl gülün içinə sirayət etməsi kimi. Bax, elə bunun vasitəsilə, ruh bədənə birləşir. Necə ki, bədəndən ruh ayrılanda o can çəkişməsi verir, ruh da bədəndən ayrılanda eyni əzabı çəkir.

Bu incə, xəfif buxarın mənbəyi ürək, beyin və ciyərdir. O, qanın ürəkdə qızışmasından əmələ gəlir. Həkimlər bunu qanın qatılaşmasında və durulaşmasında, təmizlənib və çirklənməsində, artıb və azalmasında müşahidə edirlər. Onlar bu halları təcrübədə müşahidə edib ona münasib olan müalicə üsulunu tətbiq ediblər.

Rabitə kəsiləndə bu ölümlə nəticələnir. Ölü adam kəsilmiş ağaca bənzəyir hansı ki, kökündən kəsildikdə, bütün qidalanma və yeniləşmə imkanını itirir. Fəqət quru ağac gövdəsinin çürüyüb puç olması xeyli vaxt çəkir. Buna oxşar olaraq, nəfsi-natiqə və bu incə buxar arasında olan rabitə, hətta, ölümdən sonra da davam eyləyir, adamın tənində qalmaqda davam edir. Ancaq vaxt keçdikcə bu da, get-gedə, parçalanıb məhv olur.

İkinci hissə nəfsi-natiqədir. Xurma çəyirdəyi torpağa düşəndə, o, hər tərəfdən, suyun, havanın və torpağın əhatəsinə düşür. Bu çəyirdək, Allahın ona verdiyi qabiliyyət hesabına, bu maddələri özünə çəkir və onları təbdil edərək dəyişdirib, özünün, xüsusi, böyüyüb inkişaf etmə işində istifadə eyləyir. Nəhayət yarpaqlanıb budaqlanır və sonra gül açıb meyvə verir. Axırda zəifləməyə başlayır və sonunda məhv olur. İndi görəndə ki, hər çəyirdək öz inkişafını necə müstəqil şəkildə tənzim etməyi bacarır və hər ağacın necə özünə məxsus şəkli var, onda idrakımız bizi bu qənaətə gətirir – nəfsin də özünün lazımı qabiliyyətləri olmalıdır. Buna oxşar şəkildə, kişi tumu arvadın bətninə düşüb yumurtası ilə birləşəndə, qadının ruhu bu qatışmış məhlula öz tə’sirini göstərməyə başlayır, ta ki o vaxta qədər ki, cürbəcür bədən cihazları, ürək, qara ciyər və beyin əmələ gəlir, və nəhayətdə, ruh onun içinə üflənir. Yuxarıda qeyd etdiyimiz halların hər birində gözlə görünən və görünməyən hadisələr baş verir: qarışıq məzaclar öz yeni sürətinə görə (özlərini xassələri ilə bərabər) təzədən quraşdırılır.

Eynilə, elə bir ruh var ki, o bütün insan cinsindən olanları idarə edir və adama küllün qavranmasının qabiliyyətini verir, beş gizli lətifəni (onların nəticələri ilə bərabər) meydana gətirir. Buna isə, nəfsi-natiqə adı verilib. Hər kəsin ruhu əqli-küll bəhri-mühitinin səthində əmələ gələn bir köpükdür. İndi biz, burada bunu daha ətraflı şəkildə təhlil edəcəyik.

Kəşf əhli (sufilər) başa düşüblər ki, kainatda bir ruh var və o, bütün kainatda olanların mütləq məlikidir. Göydə və yerdə hər nə baş verirsə, bu o ruhun tələblərinə görə baş verir ki, ona da əqli-küll deyirlər. Onun təşəbbüsündən doğan xüsusi fəallıq nəzərində onu nəfsi-küll adlandırırlar və bu ruha lazım olan üzvü qurğu vəsiləi-küll adlanır. Kainatda mövcud olan bütün mə’dəni, nəbati, heyvani və ülvi ruhlar hamısı bir bədənin ayrılmaz üzvləri kimidirlər. Onların cümləsi bir vahid ruhda cəmləniblər və bir ümumi tərhə (xəttə) tabe’dirlər. Bu elə o ruhdur hansı ki, yaradılmışın bütün fərqli şəklilərində və hallarında, ya ə’yandır və ya da gizlidir. Buxar mayeyə çevrilir, maye isə buxara; hər iki halda əqli-küll dəyişməyib qalır; sadəcə o, bir halda gizli olub və digər halda özünü büruzə verir. Bu əqli-küll adlanan şey nəfsi-natiqənin, əslikar, həqiqi mə’nasıdır. Şərait imkan verəndə və lazım görəndə nəfsi-natiqə hər hansı bir şəxsiyyət təcəssümündə özünü, möhkəm şəkildə, əqli-küllə birləşdirir. Sonra, nəfsi-natiqə əqli-küllə qərq olur və orada fəna olub gedir.

Üçüncü hissə nəfsi-mələkdir. Əqli-küllün özünəməxsus qabiliyyətləri ondan ibarətdir ki, o, hər hansı bir şeyin mücəssəməsini, hələ o şeyin vücuda gəlməsindən qabaq özündə hifz edə bilir. Bu da insanın, hər hansı bir hadisəni, zahiri aləmdə hələ peyda olmamış fikrinə, xəyalına gətirməsi qabiliyyəti kimidir. Yə’ni ki, müəyyən mə’nada, fikrimizdə mövcud olan şey, zahiri aləmdə vücuda gələn şeyin eynidir. Eynən, belə deyə bilərik ki, əqli-küllün mahiyyətində gizli duran şəkil, şəhadət aləmində, hal-hazırda gördüyümüz şəklin eynidir.

Belə ki, bəşəriyyəti cismani şəkildə xəlq etməkdən çox əvvəl, o vaxt ki, Allah insan cinsini yaratmağa qəsd etmişdi, O, insan növünün ümumiləşmiş görünüşünü (şəklini) əqli-küllün daxildə yaratdı. Böyük müddət keçəndən sonra, bu ümumiləşmiş şəklə rəbbani səxavət mənbəyindən təzə bir qüvvə gəlir və bu tək şəkil misal aləmində ə’yan olur. Gəlin müqayisə üçün təsəvvür edək ki, günəş bir güzgüdə əks olunur, onun ətrafında isə başqa cürbəcür ölçüdə və rəngdə güzgülər qoyulub. Aydın məsələdir ki, günəşin görünüşü (şəkli) hər bir güzgüdə əks olunacaq. Belə ki, bir mə’nada, bütün bu müxtəlif şəklin müstəqil bir varlığı var; başqa mə’nada isə onların hamısının varlığı, yalnızca, ümumi şəklin hesabınladır. O, olmasaydı, bunlar da olmazdı. Belə ki, biz, əks olunmuş bu şəkillərinin hər hansı birini hər hansı bir insanın nəfsinə bənzədə bilərik.

Və çox-çox sonra, bu nüsxəyə əlavə qüvvə gəlir və o, misal aləmindən daha aşağı bir güc səviyyəsinə enir. Nəfs insanın bədəninə üfrülür, əqli-küll bir cəhəti tərk edir ki, o biri, daha məhdud cəhətdə əmələ gəlsin və onda ona nəfsi-natiqə adı verilir. Bu iki cəhət bir-biri ilə yaxın ünsiyyətdədir, necə ki, həcmli maddi bir cismin, onun (həcmli) təsvirinin, şəklinin vəhdəti kimi.

Bax elə ruhun bu hissəsi hesabına adam, gələcəkdə, özünü göy qatında təqdim edə biləcək, harada ki, onun əməlləri qeyd olunur. Əgər o, bir yaxşı əməl görsə ağ ləkə onun bu qarşılıqlı şəklinə düşür, bəd əməl işlətsə qara ləkə düşür. O biri aləmdə adamın cismani şəkli və onun qarşılıqlı şəkli birləşəcək və bunun nəticəsində onun cismani şəkli öz əməllərinin qeydlərini görə biləcək.

Nəfsin ayrı-ayrı hissələrini tanımaqdan ötrü bunu bilmək vacibdir ki, hər hissənin özünə məxsus xassələri var. Həmçinin, hissələrin müxtəlif çarpazlanmaları də əlavə xassələr verir. Adamın ruhu, bu və gələcək həyatda, bu xassələri tərəfindən idarə olunur.

Nəfsin xassəsi odur ki, o, maddi aləmdə yerləşib özünün qidalanmasını ünsürlər vasitəsi ilə tə’min edir. Nəfsin üç vəziyyəti ola bilər.

Birinci vəziyyətdə, onu hərəkətə gətirən, idarə eləyənlər bədən üzvləri və bədən cihazlarıdır. Burada, o, onların təbiətinə və adətlərinə uyğun şəkildə fəaliyyət edir və, tamamilə onların aludəsindədir. Nəfsin bu vəziyyəti nəfsi-heyvani adlandırılır.

Başqa vəziyyətdə, o, özünü bədən üzvlərinin və bədən cihazlarının xassələrindən kənar tutub və bunun əvəzində özünü ürəyin və beynin xassələrinin tə’sirinə salır. Bir halda bədənin üzvləri və cihazları bu axırıncı xassələri tə’min edir və tamamlayır, və ya digər halda ola bilər ki, bu xassələr öz-özlüyündə tamamlanmışdır, üzvlər və cihazlar onların lazımı ifadəçiləridirlər. Hər iki halda bu nəfsi-insani adlandırılır.

Üçüncüsü, elə bir vasitələr var ki, onların köməkliyi ilə nəfs tamamilə ram oluna bilinir və bu halda o nəfsi-mələk olur. Bu nəfsin xassəsi odur ki, o, daim göydə qərar tutan ruh əl-qüds adlanan ruhun hüzurundadır. Mələk-nəfsi bu əlaqəni hər vaxt saxlaya bilir və bu ulu məclisdə yerini möhkəm tutur, o yerdə ki, o, özünü qabiliyyəti səviyyəsində, karlı şəkildə ifadə edə bilir. Bunun nəticəsində ülvi ruhlarla olan sirli və gizli ünsiyyətlər adamın ürəyinə yol tapır. Əslində, o biri dünyada mükafat almağın əsasını, bütövlüklə, nəfsin bu hissəsinin ülvi səmalara olan cazibəsi təşkil edir. Əgər nəfsdə bu məqama uyğun əlamətlər varsa, onda bu şəxs orada özünü rahat və asudə hiss edəcək; yox, əgər orada o yerə uyğun əlamətlər yoxdursa onu qorxu və xəcalət hissi qəhr eyləyər.

Nəfsin əqli-küll ilə olan sıx rabitəsinin müqayisəsi üçün, civədə olan mə’dən və maye’ xəlitəsini gətirmək olar -- bunlar bir-birinə elə möhkəm bənd olublar ki, bunları heç cür ayırmaq mümkün deyil. Ancaq, bununla belə biz civədə həm maye’ həmdə ki, mə’dən xüsusiyyətlərini açıq-aşkar müşahidə edə bilirik. Eynilə, əqli-küll və nəfs birisi o birisinə elə bərk birləşirlər ki, onları bir-birindən ayırmaq mümkün deyil. Hər biri hansı tərəfə çəkilsə o birisi də, labüddən, ora çəkiləcək. Hər biri zövq alanda və ya ağrı çəkəndə, o birisi də eyni hal keçirəcək.

Nəfsi-natiqənin nəfsə olan nisbətdə, bu cür xassəsi var – o, ikincisinin cürbəcür hissələrini cəm’ eləyib xəlitə (ərinti) şəklinə salır. Biz, eynən, bunu nəfsi-nəbatinin ağacın bütün hissələrinə müəyyən bir şəkil verib onları xəlitə şəklinə salmasında görürük, o cür ki, ağac kökündən kəsilsə belə, o, uzun müddət tərkib hissələrinə bölünməyib durar. Eynilə, nəfsi-natiqə nəfsin bütün müxtəlif hissələrini birləşdirib bir xəlitə, ərinti şəklinə gətirir. Belə ki, əgər ölüm nəfsi, ət və qandan ibarət olan bədəndən, onun qidalanma və yenilənmə imkanından, tamamilə, kəsib ayırsa, nəfs hələ də ömür sürüb duracaq, ta o vaxtacan ki, nəfsi-natiqə sağ qalıb onu idarə edəcək. Həqiqətən, nəfsin bir neçə duyğu vasitəsi var və bunlar dağılmayıb dururlar, məsələn, hissi-müştərək, xəyal, hafizə və mütəsərrifə kimi. Belə ki, möhkəm qurulan xassələr və daim yenilənən istəklər, sabit qalıb öz qabaqkı vəziyyətini saxlayır. Göz ilə qulaq əldən getsə də, hissi-müştərək işini davam edərək durur. Adam dünyada uzun qərar tutması zamanı öz qulaqlarından və gözlərindən duyğu üçün istifadə edir və bu onun adət şəklinə çevrilir. Ancaq, o, öz duyğu alətlərindən ayrı düşəndə, hissi-müştərək qulaqların və gözlərin işini görməyə başlayır, o isə ya nəfsi-natiqə hesabına və ya da ki, külli-təsərruf hesabına olur və bu axırıncı isə, şəxsin öz amallarını, özününküləri ilə əvəz edə bilər. Rəbbani səxavət mənbəyindən gələn azacıq diqqət belə kifayətdir ki, görünən və eşidilən şəkillər onun içinə axsın, necə ki, adam hər hansı bir fərziyyəni fikrinə gətirəndə məntiqi istidlal onun düşüncəsinə axır.

Nəfsi-natiqənin təməl vəzifəsi özünü əqli-küllün içində yox etməkdən ibarətdir ki, o, bir cür süzülmə yolu ilə alınan ilhamla özünü daha böyük bir kimliyə qovuşdursun. Nəfsi-mələk vasitəçiliyi ilə o, mələklərin ilhamını ala bilər və ülvi təcəllilərə nail olar. Əgər adamın nəfsi nəfsi-mələyin idarəçiliyinə keçsə, onda o, uca bir məclisdə olan kimi olar, ya da aşağı səviyyə mələkdən biri olub onların məclisində yer tutar.

Bax, nəfsin özündən daha lətif olan iki hissələr (nəfsi-natiqə və nəfsi-mələk) ilə sıx təmas qurması ona bais olur ki, beş ruhani lətifələr əmələ gəlir. Bunların doğuluşunun gizli şəraiti budur: o səbəbdən ki, nəfsi-natiqə və nəfsi-mələk özlərinin qidalanması üçün nəfsə möhtacdırlar, onlar öz mehri-məhəbbətini ona çatdırmaq istəyirlər. Nəticədə, nəfsin hissələrinin çeşidləşdirilməsi hesabına, onun daha lətif hissələrindəki füzun bərəkət bir az da artır.

Qara ciyərdə yerləşən lətifə -- heyvani ruh; ürəkdə yerləşib şəxsin xasiyyətinin daşıyıcısı olan lətifə -- qəlb; beyində yerləşib, istər həqiqi olsun və ya istərsə xəyali mə’naları dərk etməyə qadir olan lətifə isə -- əql adlanır. Heyvani ruhun, qəlbin və əqlin hər üçünün yerləşdiyi yer nəfsdir. Bununla belə nəfs hər iki lətif hissədən qüvvə alır, necə ki, bulağın ətrafında olan torpaq ondan rütubət çəkib, sərinlik alan kimi və ya da bədənin vəz’lər vasitəsi ilə qara ciyərdən qida qəbul etdiyi kimi.

Baxmayaraq ki, bu üç lətifənin üçü də mənşəcən bu üç hissədən yaranıb, heyvani ruhun nəfslə, əqlin əqli-küll ilə və qəlbin nəfsi-natiqə ilə yaxınlığı var. Elə bu səbəbdən qədim zamanlarda qəlbi lətifəi-insaniyyə və əqli isə ruhun lisanı adlandırırdılar.

Salik özünü müəyyən dərəcədə nəfsin tə’sirindən qurtardıqda, o, iki incə hissələr ilə məşğul olmalıdır. Bu mərhələdə qəlbi onun ruhuna və əqli onun sirr lətifəsinə çevrilir.

Qəlb ilə ruhun fərqi bundadır: qəlb bədənin dərinliklərindən əmələ gələn nəfsin alətidir; ancaq o, iki incə hissəsi vasitəsi ilə idarə olunur və onlar onun hər yerinə nüfuz olunublar. Ruh deyəndə bizim nəzərdə tutduğumuz şey -- iki incə hissənin yaxın ünsiyyət yaradıb birləşməsidir və onların tamamilə asılı olduqları nəfsin ən nəfis libasını əyinlərinə geymiş olmasıdır.

Əql ilə sirrin fərqi ondadır ki, əql nəfsin aləti olub beyində yerləşir, ancaq iki incə hissənin vasitəsi ilə idarə olunur və onlar onun hər yerinə nüfuz olunublar. Sirr deyəndə, bizim nəzərdə tutduğumuz şey -- iki incə hissənin biri o birinə möhkəm bənd olub birləşməsidir və asılı olduqları nəfsin gözəl libaslarını əyinlərinə geymiş olmasıdır.

Bax bu səbəbdən ruh qəlbdən incədir və sirr əqldən daha parlağıdır. Qəlbin vəzifəsi məhəbbət və şövqdür, ruhunku isə ünsiyyət yaratmaqdır. Əqlin vəzifəsi yəqin olmaqdır, sirrinki isə vəchə nail olmaqdır. Ancaq bunların çoxlu mərhələləri var.

Salik özünü nəfsdən tamamilə azad etdikdən sonra gərək bu iki incə hissə ilə məşğul olsun, hansılar ki, civədə mə’dən və maye’nin tərkibləri kimi qatışıbdılar. Bu yerə çatdıqda salik bu aşağıdakı başlıqlardan birini almış olur.

Nəfsi-mələk cəlb etdikdə, salik özünü ruhi-qüdsdə yox edir, fənadan keçib səhv və təməkkon mərhələsinə çatır. Bu peyğəmbər mirasıdır.

Başqa halda, nəfsi-natiqə cəlb etdikdə salik özünü böyük kimlikdə fəna edir, təməkkon mərhələsinə yetişir və təzədən özünə gəlir. Bu böyük vilayət (vəlilik) məqamıdır.

Üçüncü halda salik hər iki məqamı müvazinət vəziyyətə gətirməyə nail olur. Bu məqam cəmül-cəm adlanır. Bu məqama çatmış adam iki cür şəkildə xatırlana bilər. Bə’zən o, əqli-küll nöqteyi-nəzərindən xatirə gətirilə bilər; ona daha böyük bir kimlik nüzul eləyir və onu bürüyür. İkinci şəkildə o, ruhul-qüds nöqteyi-nəzərindən xatirə gətirilə bilər; ona ulu məclis əhvalı nüzul edir və bu isə dama-dama süzülmə yolu ilə əldə olunur. Bax mən, elə bu üçüncü növə çatmağı özümə məqsəd qoymuşam.
İNSANİ LƏTİFƏLƏR. İndi biz insani lətifələrin (lətifəyi-insaniyə) saflaşdırılması haqqında bəhs edək. İnsani lətifələr üç şaxəyə bölünür: qəlb, nəfs və ağıl. Hədisi-şərifdə bu üç lətifələrin hər birinin adı çəkilir. Bu məxəzdən biz elə qənaətə gəlirik ki, nəfsin əlamətləri -- həvəs və şəhvət düşkünlüyüdür; qəlbin əlamətləri -- hər hansı bir arzunu şəklə salmaq, məhəbbət və nifrət, qoçaqlıq və qorxaqlıq və sair; əqlin əlamətləri – anlama və bilik, lazımlı olanı qərara alma.

Hikmət sahibləri nəfsi-natiqəni üç şöbəyə ayırıblar: təb qüvvələri, heyvani qüvvələr və idrakı qüvvələr. Onların yerləri, həmin bu ardıclıqda, qara ciyərdədir, ürəkdədir və beyindədir. Hükəmaların əsərlərində, bunlar, bütün xırdalığı ilə təhlil olunub və bu məsələ onların ən sevdikləri mövzuya çevrilmişdi. Halbuki, bizim bu əsərdə araşdırma aparacağımız mövzu tamam başqadır.

Nəfsin əsas vəzifəsi, işi cismani ehtiyacların ödənilməsi və ləzzət verən şeyləri axtarmaqdan ibarətdir. Bundan əlavə, onun işi bədən quruluşunun saxlanmasına tələb olunanları tə’min etmək və bədənin təbiətinə zidd olan şeyləri rədd etməkdir. Acımaq və susamaq, dincəlmək və şəhvət, bayıra getmək ehtiyacları – bunların hamısı nəfslə əlaqəli şeylərdir və hamısı həyat üçün vacib ehtiyaclardır. Ancaq buna baxmayaraq, ağır, məşəqqətli üsullar tətbiq edərək nəfsin təbii quruluşunu dəyişmək olar.

Ürəyin vəzifəsi, işi hirs, utanma, qorxu, comərdlik, səxavət, tamah, sevgi və nifrət nümayiş etdirməkdən ibarətdir. Hər kəs yaxşı bilir ki, o, hansı şeyi xoşlamır və nəyə görə onun ürəyi o şeyi rədd etmək arzusu ilə coşur-daşır və ya, başqa halda, nəyə görə, bə’zən, onun ruhu bədənini tərk eləmə dərəcəsinə çatır, nəyə görə onun damarları genişlənir və rəngi qızarır. Eynilə, qorxduğu zaman, o, yaxşı başa düşür ki, onun ürəyi nəyə görə əsir və sifəti nəyə görə ağarır və ağzı nəyə görə quruyur. Bax, ürəyin xüsusiyyətlərini belə qiymətləndirmək olar.

Ağlın vəzifəsi keçmiş hadisələri yada salıb, gələcək üçün tədbir tökməkdir.

Bizim hər birimiz bütün bu həqiqətləri öz şəxsi həyatımızda təcrübədən keçirtmişik. Bir tərəfdən bütün bu nəfs dərəcələri bir-birlərindən ayrıdır, ancaq başqa tərəfdən onlar

bir-birlərinə bağlıdırlar. Bu fərqliliklərin səbəbi ondadır ki, nəfsi-natiqə nəfsə və təbii nəfslərə nüfuz etdiyindən, eyni zamanda, həm onları idarə edir, həm də onlardan asılıdır. Bu nəfslər ayrı-ayrı yerlərdə yerləşib, ayrı-ayrı quruluşları və vəzifələri var.

Elə növ adam var ki, onun təbii qüvvələri – həzm, qəsb və şəhvət qüvvələri həddindən ziyada güclüdür; ancaq onun ürəyinin həssaslığı və düşüncə qabiliyyətinə gəldikdə, o, bir kütbeyin səfehdən başqa bir şey deyil. Hirs, şücaət, qorxu və utanma hissi belə adamda çox ahəstə şəkildə meydana gəlib və tez də yox olub gedir. O, öz hafizəsindən keçən hadisələri yaxşı yadda saxlaya bilmir və onun gələcək üçün tədbir tökmək və yaxşı-pisi ayırmaq qabiliyyəti pisdir. Belə adamı bir nəbati cismə oxşatmaq olar.

Fərqli cür də adam var ki, onun sə’yi, şücaəti, səxavəti və məsuliyyəti var ki, o, bu (könül) xassələrinə görə başqalarından üstündür. Lakin bu adam başqalarında olan təbii və idrakı güclərinin onda biri qədərinə malik deyil. Onu bir növ əhlilənmiş və vəhşi heyvanlara oxşatmaq olar.

Həmçinin, elə adam var ki, o, ətrafındakılardan, eşitdiyini yaxşı mənimsəyib yadda saxlamaq və düzgün yol tutmaq qabiliyyəti ilə seçilir. Bu səbəbdən onu aşağı səviyyəli mələklərə bənzətmək olar.

Biz fərqli şəxsiyyətlərin vəziyyətini nəzərdən keçirdəndə, elə qənaətə gəlirik ki, onlar bir sıra güvələr sarıdan zəif, başqa güvələr sarıdan güclüdürlər. Bu qüvvələrin yerləşmə yeri başqa-başqa olduğundan və fərqli şəxsiyyətlərin mə’ruz qaldıqları cürbəcür nasazlıqlar bizi onu düşünməyə vadar edir ki, orada fərqli qüvvələr fəaliyyət göstərir.

Biz, artıq, onların fərqliliklərinin səbəbindən danışdıq; onların birliyinin səbəbi isə ondadır ki, nəfsi-natiqə bu fərqli növlər üzərində hökm sürürsə də, buna baxmayaraq o, əslində, vahid, bölünməyən bir varlıqdır. Bu üç növ qüvvəni bir mənbədən axan fəvvarələrə oxşatmaq olar, ya da ki, bir çayın axınlarına. Ancaq, birisinin hərəkəti o birilərin köməkliyi olmasa tam olmaz.

Nəfs qəlbə uymasa nə boğazının damarları şişər, nə də ki, həyəcanlanar; əql qəlbə hər hansı bir təhlükə, nifrət təsvirlərini göstərməsə qisas hissi meydana çıxmaz. Həmçinin, qəlbin möhkəm niyyətinin müşayiəti olmasa biliyin işi öz-özünə danışmaq işinə oxşayar. Əqli qavrama hissi fəhmlərin təsdiqini almasa inamı olmaz, o, büdrəyər və təhrif edilmiş şəklə düşər. Habelə, nəfs qəlbin ya əqlin yardımı olmasa üç-aylıq körpə kimi aciz olar; belə adamın özündə nə bir inamı olar, nə gücü, nə də ki mətanəti olar.

Beləliklə, bu fərqli, amma vəhdətdə olan hissələrin əlaqələndirilməsi üçün xüsusi bir limfavi vasitəçilik silsiləsi vardır ki, o da aralılarında uzanıb onları bir-birinə bağlayır və nəticədə onlar bir-birinə öz tə’sirlərini göstərir. Bu yolla böyük çeşiddə xassələr və xüsusiyyətlər əmələ gəlir. Bu məsələnin geniş təhlili çox vaxt aparar, halbuki bu əsərin məqsədinə kifayət olanlar aşağıdakılar olacaq.

Əgər qəlb və əql hər ikisi də nəfsin tə’sirinə düşmüş olsalar, bu böyük miqdarda günaha gətirib çıxardar. Nəfsin bu vəziyyətinə nəfsi-heyvani deyilir. Belə hərəkətlər, məsəl üçün, şəhvani hisslərə qapılma, eşqbazlığın dalınca qaçma, məhbubuna baxıb onun nəvazişi ilə məşğul olma qəlbi də onu tə’qib etməsinə təhrik edir, onlar sevgi gəzir və qəlbi mehri-məhəbbətlə doldurur. Bununla yanaşı, onlar, əqli məcbur edirlər ki, o, məhbubun görünüşünü xəyalında canlandırsın və ona qovuşmaq üçün yol və çarə tapsın. Eyni şəkildə, dadlı taamlar yeyib içmək həvəsi qəlbi və əqli bunu izləməyi təhrik edir. Azca bir nəzər vermək kifayət edər ki, biz belə halları həyatda müşahidə eyləyək.

Əgər nəfs və əql qəlbə uysalar, bu başqa günahlara gətirib çıxararlar. Nəfs bu vəziyyətdə nəfsi-əmmarə adlanır. Güclü hirsdən də savayı nəfsi-əmmarə başqa böyük miqdarda pisliklər də əmələ gətirir. Məsələn, əgər hər hansı bir qəlbin qabalığı olub bir şəri olmasa, onda adam ətrafında olanlara ağalıq etmək istəyər. Bu xasiyyət qəlbin fitri xassəsi olduğundan nəfs ona öz yardımını çatdırır.

Güləşmə kimi işdə o, bütün gücünü səfərbər eyləyib, adamın daxili ruhlarını canlandırıb ona kömək eləyir. Hərgah qəlb elə güman etsə ki, uzun müddət pəhriz tutub, yemək və içməkdən qalmaq və evlənməmək lazımdır, onda o, buna e’tiraz etməyib üsyan qaldırmaz. Əql də, qəlbə dəstək verərək, onun xətrinə gələcək üçün gözəl tədbirlər tökər və layihə çəkər.

Hərgah qəlb və nəfs əql vasitəsi ilə idarə olunsa, bu təqdirə layiq keyfiyyətlər yaradar. Nəfs bu halda nəfsi-mütməin adlanır. Məsələn, adam əqlin yardımı ilə başa düşəndə ki, onun xoşbəxtliyi yaxşı əməllər hesabına olacaq, pis əməlləri isə ona bədbəxtçilik gətirəcək, onda onun nəfsi əqlin hədəflərinə zidd durmayıb əmrinə tabe’ olacaq və onun qəlbi də şüurun tələbinə sevgi və həvəs göstərməyə başlayacaq. Tez-tez belə olur ki, böyük zəkaya malik olan bir adam hər hansı bir dünyəvi və ya mə’nəvi məqsədə çatmaq istəyir. Baxmayaraq ki, bu iş onun könlünə yatmır və çoxlu dadlı, ləzzətli şeylər əlindən gedəcək, həm qəlb, həm də ki nəfs müxalifət yaratmadan əqlin əmrinə tabe’ olurlar.

Elə də adam növü var ki, qəlbən çox qüvvəli olduğundan, hirslənəndə və ya qısqanclıq hissi keçirəndə, qayğıdan və utancdan onun nəfsi öz fəaliyyətini dayandırır. O, nə aclıq çəkir, nə də ki, susama hiss edir və hətta həzmə və bayıra getməyə halı olmur. Əql, belə olanda hər nə qədər sə’y edib özünü inandırmağa çalışsa ki, hirslənmənin və əndişə çəkməyin heç bir faydası yoxdur, adam sakitləşmir, o, özünü qəlbin tə’sirindən qurtara bilmir.

Eləsi də var ki, onun nəfsi güclü olub adamı tamamı ilə eşqbazlığa və qarınqululuğa aludə edir. Bu cür əməllərin cəzası nə olduğu ona mə’lum olsa da, mə’ruz qalacağı nifrət, alçaltma və təhqirlər onun gözünün qabağına gəlsə belə də, o, dişisinin dalına düşən və ya yemin üstünə gedən eşşəyin erkəyinə oxşayır ki, ona nə qamçı nə dəyənək tə’sir eyləyir, o cür ki o, işinə aludə olmuşdur. Bunların hamısı şüurlu adamları bu qənaətə gətirib çıxardır ki, hər bir hissənin işi o birisinə ağalıq, ya da ki, kömək eləməkdən ibarətdir. Əql bə’zən başa düşsə də ki, bu alçaq işlərin nəticəsi pis olacaq, o, özünü idarə etməkdən aciz qalır.

Başqa halda, əql özünün bütün biliyini bir amala yönəldir. Bu məqsədə çatmaqdan ötrü düşünüb tədbir tökür, bütün ehtimalları fikrinə gətirir və axırda əvvəlki inamlardan kənar düşür. Bu məkruh şeylə mübarizə aparmaq hədsiz dərəcədə çətindir.

Bə’zən elə olur ki, insanın qəlbi sevgilisinə olan məhəbbətlə dopdoludur, lakin cinsi əlaqəyə girməyə halı olmur. Ya da qəlbi qisas hissi və qəzəblə dolu olur, lakin qolunda gücü olmur. Belə hallar da olur ki, adamın nəfsi qəlbin köməyinə gəlir və ona yeni güc-qüvvə verir, hansılar ki, bundan qabaq yox idi, mövcud deyildi.

Bu cür xassələr bədənin təbii ehtiyacları kimidir yə’ni ki, onları ram etmək mümkünsüzdür. Bu bir həqiqətdir ki, ağır zəhmət tələb eyləyən tə’limlər vasitəsi ilə bu xassələri bir müddət ört-basdır eləmək olar, lakin bu tə’limlərə ara verəndən az sonra onlar təzədən üzə çıxır. Əslində, bu xasiyyətləri saflaşdırmaq yalnız bu yolla mümkündür – adam onları (təbii qüvvələrini) yerli-yerində, ehtiyacına görə istifadə etsin və bu işlərdə ifrata yol verməsin.

Bütün deyinənləri qısa şəkildə nəzərdən keçirək: nəfs qara ciyərdə, qəlb ürəkdə və əql beyində yerləşir. Nəfsi-heyvani bütün bədənə nüfuz eyləmişsə də, lakin onun əslikar yeri qara ciyərdir, nəfsi-bəhimi bədənin bütün yerlərində mövcuddur, lakin onun əslikar yeri ürəkdir və nəfsi-mütməin bütün bədəni əhatə eyləmişsə də onun əslikar yeri beyindir.

Onu bilmək lazımdır ki, Allah insanda iki fərqli növdən olan qüvvə yaratmışdır. Bunlardan biri, maddi, insani qüvvələrdir ki, onlar, ümumən, heyvani qüvvə adlanır, onlar adamı heyvan kimi aparmağa vadar edir və bu halda, o, onlardan biri sayılır. O biri növ qüvvə mələk xassələrindən ibarət olub adamı mələklərin işini görməyə vadar edir və bu halda, o, onlardan biri sayılır. Özünü saflaşdırmağın mə’nası və məqsədi odur ki, mələk qüvvəsi heyvani qüvvələri ram etsin, birincinin xassələri ikincisinin xassələrinə üstün gəlsin, heyvani olanlar isə tabe’ olub öz tə’sirlərini azaltsınlar.

Özünü saflaşdırmaq məsələsi şəriət sahəsinə aid olan şeydir, nəinki təbabət elminə aiddir, lakin bu ikincinin ona müəyyən bir aidiyyəti vardır. O səbəbdən ki, insanın varlığı bu əsas üç növdən ibarət olub müxtəlif çeşidləri var, onların hər birinin saflaşdırılması vasitələri fərqli olmalıdır və bu isə çox geniş mövzuya çevrilir. Bunu da bilmək lazımdır ki, bu üç növün saflaşdırılması işi mərhələlərlə gedir və bunların hərəsinin öz şəkli və tərzi var. Bu səbəbdən bu məsələ əksər salik üçün qeyri-müəyyən və dumanlı görünür və onlar, çoxyönlü şəkli və tərzi olan bu üç növün vəhdətini yaratmaqda çətinlik çəkib, mə’yus olurlar. Halbuki, əhli-ürfan bu cür şəkilləri və tərzləri olan mərhələlərin hamısını yaxşı tanıyır və fərqləndirə bilir, bunların müntəzəm və daimi vəhdət yaradılmasının üsulu ilə yaxşı tanışlığı var. “Allah haqq söyləyir və hidayət edir.”


ŞƏRİƏT VƏ LƏTİFƏYİ-İNSANİYƏ. İndi bizim bəhs edəcəyimiz mövzu bədənin və üç insani lətifələrin saflaşdırılması haqqında olacaq ki, bu da üsuli-din bilmək vasitəsi ilə olur və bunu Allah-Təala hökmü olaraq ümum bəşəriyyətin hər dərəcəsinə şamil olunub və hal-hazırda şəriət kimi tanınır. Bu lətifələrin saflaşdırılmasının birinci mərhələsi öz nəfsindən üz çevirib şəriətə dönməkdən ibarətdir.

Şəriətin həqiqətlərini başa düşmək istəyirsinizsə onda yəqin sizin xəbəriniz var ki, qabaqlarda insanlar nəfsi-əmmarəyə tabe’ idilər. Onlar özlərini elə hala salmışdılar, o dərəcədə şeytani qüvvələrin əlində idilər ki, əgər o vəziyyətdə ölmüş olsaydılar özlərini heç cür qəbir evində əzabdan və hesab çəkmə günündən qurtara bilməz idilər. O dövrdə yaşayan bir ovuc adamdan savayı başqa heç kəs nicat yolunu tapa bilmirdi. Qadir Allah, hansı ki, yerin və göyün ağasıdır, özünün sonsuz mərhəməti səbəbindən bu palçıqdan yoğurulmuş olanlara səxavət göstərərək bəşəriyyəti öz idarəçiliyinə tapşırdı. Nəhayətdə xalqın içindən birisi seçilərək ümumi mərəzin şəfasına lazım olan biliyi onun qəlbinə vəhy yolu ilə verilir. Ondan sonra ona bir başqa ilham gəlir ki, o, bu biliyi xalqa ötürməlidir və onları buna əməl etməyə çağırmalıdır, xoşlarına gəlsə də, gəlməsə də. Bu azarın müalicəsinə təklif olunan əlac şəriət adlanır.

Bu əlac adamın yalnız ümumi şəklini və ümumi xüsusiyyətlərini nəzərə alıb, halbuki fərqli şəxsiyyətlərin qabiliyyətlərini hesaba almır. Bunun son məqsədi ondadır ki, bu dünya əhli pis əməllərdən kənar dursun, nicat tapsın, özünü axirətdən və qəbir evindəki əzabdan qorusun. Lakin bunun məqsədi əslən adamı (təsəvvüfün) fəna və bəqa kimi məqamlara çatdırmaq deyil, nə də ki, burada söhbət özünü təvəkkül və ya riza kimi məqama nail olmaqdan gedir.

Sizə Həzrəti Peyğəmbərdən (s.ə.s.) gələn kəlamlarda niyyət başqa şey deyil, elə bu olub, yə’ni ki, adamlar gərək pisliyi tərk eləsinlər və elə hərəkət etsinlər ki, qəbrin və Qiyamət gününün əzab və əziyyətindən qurtulsunlar...

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras buraxdıq. Onlardan kimisi özünə zülm edər, kimisi orta yoldadır, kimisi də Allahın izni ilə xeyirli işlərdə önə keçər. Bu isə ən böyük lütfdür!”(Qu’ran, Fatir, 3/32).



Buna əlavə biz deyə bilərik ki, mələk qüvvəsi heyvani qüvvə ilə baş-başa gələndə, onun nəticəsi aşağıdakı üç vəziyyətə gətirib çıxarda bilər.

Birincisində, heyvani qüvvə üstünlük təşkil edir, mələk qüvvəsi o dərəcədə yatırılır ki, ondan bir əsər əlamət görünmür, çox nadir hallardan başqa. Əgər o, pis işlərdən və rəzil əməllərdən çəkinmirsə onda o, yaramaz adamdır və hərgah onun pis və ikrah doğuran xassələri daha da güclənsə onda eləsi riyakar adlanar, çünki onun əməllərinə daima riyanın nişanələri olur.

İkincisində, mələk qüvvəsi heyvani qüvvənin kəkilindən möhkəm yapışıb saxlayır, ancaq axırıncısının əlləri və ayaqları hələ ki, müqavimət göstərməyə davam edirlər. O vaxtacan ki, mələk qüvvəsi əlini boşaltmayıb tutur və mübarizəni davam eləyir, belə növ adamlara “əshabi-yəmin” (sağ tərəf sahibləri) adını veriblər. Bu halda heyvani qüvvənin inadcıllığını iki cür ehtimal ilə izah etmək olar. Bir tərəfdən ola bilər ki, adamın qəzəb qüvvəsi və ya da əqli qüvvəsi daxilən zəif olsun. O, yaxşı əməllər görsə də onların arzu olunan xeyri və səmərəsi olmur. İkinci tərəfdən ola bilsin ki, şəxsin bu iki qüvvəsi onun daxilində möhkəm və sağlam yaradılmışsa da, çörək pulu qazanmaq işi onun başını qatdığından o, yaxşı əməlləri görməkdən vaz keçir.

Üçüncü vəziyyətdə insanın mələk qüvvəsi sonunda heyvani qüvvə üzərində tam qələbə çalır və onu həbsdə saxlayır, nəfsinin həvəslərini məhv edib onları daim ac saxlayır. Bələ şəxs “Allaha ən yaxın olanlardan biri” adlanır. Bu sonuncu halda olan şəxs üçün iki şey əsasdır: birinci, onun bəhimi və əqli qüvvələri möhkəm və sağlam şəkildə yaranmış olmalıdırlar; ikinci, o, üsuli-dinin tələblərinə doğru-dürüst əməl etməklə ağlını saflaşdırıb və qəlbin iradəsini ələ alıb, özünə tabe’ etməlidir. Onda bu bizim qəzəb qüvvəsi adını verdiyimiz iradə qüvvəsi nəfsi ram edə bilir. Bu yolla şəxs Allaha yaxın olmağa tam şəkildə layiq olur.

Burada ehtiyac yaranır ki, biz bu üç növdən olanların işarələrini aydın şəkildə təhlil edək. Mən, ondan başqa, şəriəti bəyan edən Peyğəmbərin (s.ə.s.) hər üç qüvvənin saflandırılması üçün göstərdiyi üsulları burada xatırlatmağı lazım bildim. Sonra biz ibadət yolu ilə olan saflaşdırmanı, insanın təbiətini dəyişdirən saflaşdırma yolundan olan fərqini göstərəcəyik. Biz, həmçinin, bu iki yolun fərqlərindən Peyğəmbərin (s.ə.s.) özünün söylədiklərindən də danışacağıq.

Burda bəhs etdiyimiz şəriətin zahiri tərifinə İslam adı verilib və bu bədən qüvvəsinə aid mövzudur. Deyildiyi kimi:
Bədəvi ərəblər “Biz iman gətirmişik!” – dedilər. De ki: “Siz qəlbən iman

gətirməmişsiniz! İman hələ sizin qəlblərinizə daxil olmamışdır” (Qu’ran, əl-Hucurat,49/14).

CÜNEYDİN TƏ’LİMİ. Seyyid ət-Taifə, Cüneyd Bağdadiyə (r.a.) görə beş lətifənin təsfiyəsi (saflaşdırılması) işinə “təriqət” və “mərifət” deyirlər.

Hz. Peyğəmbərin (s.ə.s.) səhabəsi və təbein dövründən sonra bir dəstə adam meydana çıxdı, hansılar ki, şəriətə riayət edərək, onun pəhriz və zöhd tələbləri ilə (və buna bənzər eşitdikləri başqa şeylərlə) çox ifratçı dərəcədə məşğul olurdular. Belə ki, onlar bu işlərdə həddini aşıraraq, müvazinət saxlamaq məsələsinə fikir verməyib və xəstəliyi doğru-dürüst tə’yin eyləməyib, bütün azarlara eyni əlac yazırdılar. Onlar elə fikirdə idilər ki, insanın yeganə müşkülü onun nəfsi, alışqanlıqları və adətləridir və bu səbəbdən bütün sə’ylər cismani və heyvani nəfsin şiddətini ram edilməsinə yönəldilməlidir.

Onlar özlərini cinsi ünsiyyətdən və ləziz taamlardan məhrum edir, bəzəkli paltar geyinməkdən çəkinirdilər, elə ki, nəhayətdə, öz bədənlərinin təbii, halal ehtiyaclarını ödəməyib halsız və zəif düşürdülər. Ya da ki, onlar, şəhər əhlinin rahat yaşayış tərzindən qaçıb, bunun əvəzində, ağır və sərt həyat sürürdülər. Onlar bütün həyat ehtiyaclarını ən aşağı həddə çatdırıb canlarını, necə deyərlər, acı dərman içməklə saxladırdılar. Onlar eyni cür sə’y göstərib özlərinə qapılırdılar və, həmçinin, səyahətlərə getməyi də çox sevirdilər. Onlar çalışırdılar başlarını elə şeylərlə məşğul etsinlər ki, bu, axırda, özlərində, ürəklərində olan bütün şan-şöhrət arzusunu, sərvət toplamaq, məqam və mənsəb qazanmaq sevgisini unutdursunlar.

Onlar, çöl-biyabanda məskən salaraq, istər təbii, istər qeyri-təbii ölüm təhlükəsindən belə qorxmurdular. Nə onlar dünya ilə təmasda olub, nə də ki, dünya bunlarla. Elələri, hər şeyi kənara qoyaraq, tə’lim edib öz zehin qüvvələrini o dərəcəyə çatdırırdılar ki, artıq duanın daxili mahiyyətinə çatmağı bacarırdılar və nəfslərinin heç bir istəyi fikirlərinə müdaxilə edə bilmirdi. Onlar qarşılarına elə bir məqsəd qoyurdular ki, istər dünya işlərində, istərsə şəri işlərdə, özlərini fiqhin mübahisəli məsələlərindən və başqa hər hansı, şəkki-şübhəli, şeylərdən kənarda saxlasınlar.

Bu növ zöhd qara camaatınkıdır və bu cürləri, ifrat dərəcədə ağır və əziyyətli üsullarla məşğul olub nə əvvəlində, nə də ki, sonunda doğru-düzgün yolu tanıyıb tapa bilirlər. Bu sayaq həyat tərzinin üsulu-qaydalarını, ilk dəfə, şeyx Həris əl-Muhasibi yazıb qələmə almışdı. Mən burada, yığcam şəkildə, bu dəstənin baxışlarını izah etməyə çalışdım.

Bu cür işgəncə və riyazət sayəsində, bə’zi çalışqan tələbələr öz daxili əhvalını aşağı dərəcə mələklərin əhvalı səviyyəsinə çatdırmağa nail olurdular. Belə adamlar “dəyişmiş olanlar” adlanırdılar. Başqa cürləri də var idilər ki, hərçənd, onlar bu cür ilhama nail olmasalar da, bə’zən onlar vəchə gəlib özlərini cürbəcür hallara və vəziyyətlərə sala bilirdilər. Bunun nəticəsində, onlara qeybdən feyzlər gəlirdi və səslər eşidirdilər, ya da, hətta, kürəyi-ərzi dövr eyləyirdilər, suyun səthidə yeriyirdilər.

Şeyx Cüneyd, isə ilk adam olub hansı ki, belə saxtalaşdırılmanın ötəsinə keçib, orta yolu seçərək, seyri-sülukun hər bir üsulunun məkanını düzgün yerbəyer edə bilmişdir. Ondan sonra gələn hər bir salik onun arxasından, onun cızdığı yolla gedir və buna görə ona borcludur, istəyir bundan xəbəri olsun, istəyir olmasın.

Təsəvvüf əhlinin arasında Əbu Təlib Məkkinin tutduğu yer, Əbu Hənifənin imamlar arasında tutduğu yer kimidir. Məkki, əsərlərində, açıq-aşkar, Cüneydin üsulundan bəhs edirdisə də, ancaq, onu Muhasibinin üsulu ilə qarışdırırdı, çünki o dövrün sufiliyi, hələ ki, tamamı ilə, belə sərt zahidlik növündən təmizlənməmişdi.

Yığcam desək, şeyx Cüneydin üsulu, beş ruhani lətifələrin (lətaifi-həmsə) saflaşdırılması işinin üstündə qurulub. Bunların adları budur -- nəfs, qəlb, əql, ruh və sirr. Buna ərəbcə -- təzkiyyət ən-nəfs, təzkiyyət əl-qəlb, təccəli ər-ruh və təqliyyət əs-sirr, deyirlər. Bu ruhani lətifələrin hər birisinin özünə məxsus xüsusiyyətləri vardır. Və onların saflaşdırılmasının, hərəsinin ayrıca, xüsusi, üsulu vardır. Təsəvvüfün istilahatına görə, nəfsin, qəlbin və əqlin saflaşdırılmasına “təriqət”, ruhun və sirrin saflaşdırılmasına isə, “mərifət” deyirlər.

Əfsuslar olsun ki, bu məsələdə, təsəvvüf elminin ehtiyatsız və qeyri dəqiq təhlili çoxlu çaşqınlıqlara səbəb olmuşdur. Mən burada, bu çaşqınlıqlara bais olan əsas səbəbi, bir dəfəlik, aydınlaşdıracağam ki, daha, kitabın hər qismində, bunu danışmağa ehtiyac olmasın.

Bunu başa düşmək lazımdır ki, “ ruh” və “nəfs” kimi sözlər fərqli mə’nalarda istifadə olunub. Məsələn, bə’zən “nəfs” sözü həyatın mənbəyini bildirmək üçün istifadə olunub və o, bu mə’nada, “ruh” mə’nasını verir. Bə’zən, adamlar “nəfs” istilahından istifadə edəndə yeməyə, içməyə və sairə ehtiyacı olan insan nəfsini nəzərdə tuturlar. Başqa vaxtı isə, bu söz işlədildikdə insanın təb’i (nəfsi-təbii) nəzərdə tutulub.

Bunun hamısının dəqiq təhlili yuxarılarda verilmişdir. Gördüyümüz kimi, insanın nəfsi onun qəlbinə və əqlinə hökm eləyir, hər ikisini özünə tabe’ edir və bunun nəticəsi böyük sayda günah iş olur. Biz insanın bütün günahların mənbəyinə “nəfs” adı veririk.

Habelə, adamlar bə’zi halda “qəlb” deyəndə, şam qozasına bənzər, ət parçasını, ürəyi nəzərdə tuturlar, başqa zaman isə onlar insanda olan əqli qabiliyyəti bildirmək istəyirlər, yə’ni ki, insan əqli. Biz isə, burada, qəlb istilahı işlədəndə, qəzəb və xəcalət hissinə malik olan bir şeyi göstərmək istəmişik və onun bu xüsusiyyətinə tə’sir göstərən, onu gücləndirən dahili cihazlar isə, əql və nəfsdir.

Əql” istilahı isə, bə’zən, idrakı bildirir, bilik verən daxili cihaza deyilir. Bu mə’nada, əql o, mütləq əbədi bir varlığın deyil, yalnızca ərəz olan, cismani bir şeyin mə’nasını verir. Əql deyəndə, mən fəhm güvəsini nəzərdə tuturam, o, təsəvvür və mütaliə etmək qabiliyyətinə malikdir, elə ki qəlb və nəfs onun göstərişlərinə qulaq verir və bu hamısı fəhm mərkəzində həmahəng olanda qəlb və nəfs ona yardım edirlər. Yuxarılarda qeyd etdiyimiz kimi bu üç mərkəz bütün bədənə sirayət edir, ancaq, qəlbin əslikar yeri cismani ürəkdədir, nəfsin yeri qara ciyərdədir və əqlin yeri isə beynindədir.



Adamlar, bə’zən, “ruh” deyəndə, onlar həyatın mənbəyini, bə’zən isə, ətin və qanın arasında hərəkət edən incə bir yeli nəzərdə tuturlar. Başqa vaxt onlar bu sözü işlədəndə mələk nəfsini fikirlərində tuturlar, hansı ki, insanın yaradılmasından min illərlə qabaq yaradılmışdır. Biz isə “ruh” deyəndə, burada, məhz qəlbi nəzərdə tuturuq, haçan ki, o, öz həvavü-həvəs xassələrini tərk edir və sonra onun mələk nəfsi və nəfsi natiqə ilə olan əlaqəsi üstünlük təşkil etməyə başlayır.

Və yenə, “sirr” ibarəsinin, nə adi danışıq dilində, nə də şəri məsələlərdə bir dəqiq mə’nası var. Söz özü gizlilik mə’nasını verir, halbuki elə bütün ruhani lətifələr gizlidir. Bu səbəbdən adamlar, bə’zən, əqlə və ruha gizli mərkəz adı verirlər. Biz isə, bu ibarəni (sirr) işlədəndə əqli nəzərdə tuturuq, haçan ki, o, öz nəfsani arzularından tamamilə azad olub ülvi aləmin tə’siri altına düşür və ona təcəlli edən ilahi nurları müşahidə edir. Bizim araşdırmalarımız bizi bu qənaətə gətirib çıxardıb ki, ruh lətifəsi cismani olmasa da, ancaq onun məskun olduğu yer bədəndəki ürəkdir. Sirr lətifəsi də, həmçinin, qeyri cismanidir və onun məntəqəsi beyindədir.

Beləliklə, burada aydın oldu ki, təsəvvüf müəlliflərin, öz əsərlərində, istilahları fərqli şəkildə işlətdikləri üçün, onların bildirmək istədikləri fikir qaranlıq qalır və mətni başa düşmək olmur. Məsələn, bə’zi sufilər qəlbin hər hansı bir halından danışanda, bu mövzunun dərinliklərinə gedib, eyni zamanda, əqlin halı haqqında danışırlar, guya ki, o, qəlbin daxili hissəsidir...
(Hindistanın məşhur ruhanisinin, Nəqşibəndiyyə təriqətinin şeyxi,
Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin