Bakının erməni kilsəsinin böyründəki ev çar vaxtı bir varlı erməniyə məxsus idi. O, atasının ölümündən sonra ona qalan böyük mirasın hamısını satıb Parisə köçdü. Bakıda hamı bu hərəkətinə görə onu qınayırdı, məzəmmət edirdi. Onu yelbəyin bir adam, pis oğul hesab edirdilər. Bir az keçəndən sonra inqilab baş verdi. Yerli milyonçular müəssisələrini, evlərini, hər şeylərini itirdilər. Halbuki belə görünür ki, o, hamıdan daha ağıllı, bic çıxdı. Tez tərpəndi. Vaxtında bütün varını qızıla çevirib, aradan çıxdı.
Kem Xaçiciyan adında bir erməni Nikson və Reqan kimi Amerika başçılarının mə’ruzə yazanı olub. Belə deyirlər ki, Reqan bir dəfə bəyanat verərək “Erməni qətliamı”nı tanımışdı. Onun bu bəyanatının mətnini də bu erməni yazmışdı.
Xaçiciyan Reqanın baş mə’ruzə yazanı kimi bir müddət işlədikdən sonra “bu iş məni çox bezdirib” deyib “Ağ ev”dəki vəzifənsini tərk etmişdi. “Ağ ev”in işçiləri bundan çox mə’yus oldular, dedilər ki, indi Xaçiciyanı əvəz edə biləcək layiqli adamı tapmaq çox çətin olacaq.
Bu adam işdən çıxandan sonra da Reqan üçün mətnlər hazırlayırdı.
Ümumiyyətlə, bu erməni doqquz Amerika prezident namizədinin seçki hazırlığında məsləhətçi kimi iştirak edirdi.
İranda qirov saxlanılan Amerika səfarətxanasının işçiləri buraxılıb geri, vətənlərinə qayıdanda onların qarşılanma mərasimində Reqan çox yaxşı qarşılanan bir mətni oxudu ki, onu da bu erməni yazmışdı.
O, Amerika siyasətinə verdiyi tövhələrinə görə bir nişanla təltif edilmişdi. Bu nişan vermə mərasimində həm də deyilmişdi ki, “çox saylı nailiyyətlərindən biri də o olub ki, Xaçiciyan sübut etdi ki, qələm qılıncdan daha qüvvəlidir. O, erməni xalqının tarixi və erməni qətli-amı haqqında həqiqətləri geniş Amerika kütləsinə çatdırmağa müvəffəq oldu”.
Qorbaçev dövründə Bakının “Bulvar”ında gəzişirdim. Məndən bir qədər aralıda böyük bir dəstə (50-60 nəfər) Yasamal gənci gedirdi. Birdən gənclər bağırışmağa başladılar. Onlardan biri barmağı ilə qabaqlarında qedən iki oğlana və iki qıza işarə edərək qışqırırdı ki, “Ay camaat buna bir fikir verin. Bu iki qız bizim millətdəndir, yanındakı oğlanlar isə ermənidirlər!”
O vaxtlarda “Qarabağ məsələsi” ortaya atılmışdı. Mən düşündüm ki, indi dava qopacaq və bizim igid cavanlar bu erməniləri döyəcək, vurub-öldürəcəklər.
Əslində isə başqa cür oldu. Erməni oğlanlar qətiyyən qorxmadılar və əksinə səslərini qaldırdılar, bərkdən bizim milləti pisləməyə, məzəmmət etməyə başladılar. Dedilər ki, düzdür, bu iki qız müsəlman qızlarıdırlar, biz isə erməniyik. Bu qızlar onun üçün bizimlə gəzirlər ki, biz ermənilər mədəni bir xalqıq. Sizin nəyinizi sevəcəklər ki, sizdə nə mədəniyyət, nə də ki mərifət var, heyvan kimi şeysiniz, vəhşilərdən bir fərqiniz yoxdur.
Bu iki erməninin cəsarətlə hərəkət etməsi, böyük bir dəstə gəncdən qorxmaması və əksinə qışqıra-qışqıra onları sərt sözlərlə pisləməsi onları mat-məətəl etdi. Yasamallılar çaşqınlıq içində idilər, bu tənqidə heç bir cavab tapa bilmədilər və nəhayət, başlarını aşağı salıb keçib getdilər.
Qorbaçevin hakimiyyəti zamanı, qanunsuzluq və özbaşınalıq zamanı, bir gün, təxminən, yüz nəfər bizim gənc, uşaq-muşaq yaşadığımız evə gəlib erməni axtarmağa başladılar. O vaxtlarda artıq ermənilər bizimkiləri Ermənistandan qovub çıxartmışdılar, qaçmağa məcbur etmişdilər. Görünür ki, bizim yerli hökumət bunun əvəzində erməniləri, hakim dairələrə baş ağrisi verən bu nadinc xalqı, respublikadan kənara atmaq, uzaqlaşdırmaq istəyirdilər.
Gənclər həm də gəlib bizim mənzilin üzbəüzündə yaşayan bir erməni ailənin qapısını döydülər. Erməni ər-arvad içəridə gizlənmişdilər və elə görünüş yaratmağa çalışırdılar ki, guya evdə heç kəs yoxdur.
Axırda gənclər, çox çətinliklə olsa da, taxta qapını sındırdılar və içəri doluşdular. Onlar üç otaqlıq mənzili talamağa başladılar, əllərinə keçən hər şeyi ciblərinə qoyurdular. Aydın oldu ki, onların əsas məqsədi erməni aramaq deyil, oğurluqdur. Ər-arvad bir müddət eyvanda gizlənib durdular, sonra kişi vəziyyəti belə görüb bərkdən bağıraraq evin içinə girdi. Gənclər onu görüb vahiməyə düşdülər və qaçmağa başladılar. Piləkəndə bərk qaçışma səsləri gəldi. Sonra mən eşitdim ki, erməni arvadını çağırmağa başladı, qışqırdı, qorxma gəl, bunlar “vorişka”dılar. Yə’ni ki o, demək istəyirdi, bunlar möhkəm bir qayəsi, əqidəsi olan müsəlman gəncləri deyil, adi oğrulardır, bunlardan əsla qorxmaq lazım deyil.
Bizim mənzilin bayır qapısını bir erməni usta düzəltmişdi. Bu cür adamlar bizim bu möhkəm polad qapılı mənzilə də girməyə cəhdlər etmişdilər. Ancaq hər dəfə mən qapını onlara açmamışdım. Lakin bir dəfə anam onlarla söhbət etməyə çalışdı. Onlar isə anamı kənara itələyib içəri doluşdular. İyirmi-otuz nəfər və əksəri yeniyetmə idi. Əllərinə nə keçirdisə çiblərinə qoyurdular. Mən götürdükləri şeyləri onlardan geri aldım və böyük bir çətinliklə hamısını bayıra çıxartdım. Hamısı gədə-güdə, kasıb uşaqlar idi. Onlar əlverişli vəziyətdən istifadə edib, “erməniləri axtarırıq” bəhanəsi ilə hər-hansı bir qazanc əldə etmək istəyirdilər.
Ondan başqa bir hadisə barəsində də eşitmişdim. Bir gün (deyəsən haradasa Erməni kənd tərəfdə) böyük bir dəstə müsəlman erməni qoca ər-arvadın qapısını döymüşdü. Erməni kişi əlində balta qapının arxasında gizlənib qapını açdı və müsəlmanlar içəri daxil olanda yeddi-səkkiz nəfərini baltaladı. Bundan sonra qocaların hər ikisini öldürdülər.
Parisdə mənə Ermənistanlı bir qaçqın, bir cavan rast gəldi. O, Fransada qalıb, siyasi sığınacaq almaq istəyirdi. Mən özümü ona özbək kimi təqdim etmişdim. Ancaq o, deyəsən, buna çox da inanmadı və mənim Bakıdan gəldiyimi şübhə etmişdi. O, mənə dedi ki, Fransanın ermənilərinə nifrət bəsləyirəm. Çünki onlar nəyinki Fransada qalmağıma kömək etmək istəmirlər, hətta təşfiq edirlər ki, mən Ermənistana qayıdım. Deyirlər ki, sənin burada nə işin var? Vətəninə qayıt, get Qarabağın müstəqilliyi üçün vuruş. O, dedi, bu köpək uşaqları rahat yerdə, Parisdə oturuduqları halda, mənim müharibəyə gedib milli qayələr xatirinə özümü həlak etməyimi istəyirlər. Mən isə onların sözünə baxmayacağam çalışacağam ki, burada qalım, geri qayıtmayım.
Bütün bu misalları gətirməklə demək istəyirəm ki, Bakıda camaat erməniləri axmaq sayır, halbuki həm Qərbdə, həm də Şərqdə hakim dairələr onlar haqqında başqa fikirdədilər. Onları ağıllı bir xalq hesab edirlər. Axı bu cür mə’sul vəzifələri axmaqlara, biliksiz olanlara e’tibar etmək olmaz.
İdman yarışlarında və müharibədə, rəqibin və düşmanın həm zəif, həm də güclü cəhətlərini bilmək, öyrənmək lazımdır. Bunu etməyən idmançı və ya döyüşçü hər halda məğlub olacaqdır.
İRAN
Bakının Günəşli məhəlləsində bir cavan İranlıya rast gəlmişdim. O, dedi ki, biz, bir iranlı qaçqın ailəyik. Təzəlikdə sərhədi keçib bura gəlmişık. Sovet İttifaqında yaşamaq istəyirik. İranda vəziyyət pisdir, bizim üçün öz dilimizdə oxumağa, tədris almağa imkan yoxdur. Bizi zornan fars dilini öyrənməyə məcbur edirlər. Mən ona dedim ki, İranda dövlət dili fars dilidir və bu səbəbdən vətəndaşlardan tələb edirlər ki, onlar dövlət dilini öyrənsinlər. Sovet İttifaqında isə dövlət dili rus dilidir və ona görə cürbəcür xalqlardan tələb olunur ki, bu dövlət dilini öyrənsinlər. Bu təbii bir şeydir.
Sən türki dilini bizimkilərdən də yaxşı bilirsən. İranda məişətdə öz dilində danışmağa heç bir məhdudiyyət yoxdur. Halbuki Bakıda küçələrdə gəzəndə görürsən əksər camaat rus dilində danışmağa üstünlük vetrir. Mənim qohumlularımın əksəriyyəti öz doğma dilində danışa bilmirlər, rus dillidirlər. Valideyinləri onları rus dilli məktəblərdə oxudublar, çünki belə olanda gələcəkdə hökumət idarələrində işləməyə onlar üçün yaxşı imkan yaranar. Bakıda idarələrdə işə düzəlmək üçün rus dilini bilmək vacibdir. Bizim dil kasıb təbəqənin dili sayılır. Halbuki bu gün onlar da bizim dili unudublar, çox pis danışırlar.
Hərgah mən məktəbdə fars dilində təhsil ala bilsəydim özümü xoşbəxt adam sayardım. Çünki o halda zəngin fars dilli ədəbiyatı oxuya bilərdim. İran dövləti sənə havayı şəkildə fars dili təhsili verir. Sən isə naşükürlük edirsən. Axı keçmiş zamanlarda Osmanlı torpaqlarında, Qafqazda və Türkistanda yalnızca varlı uşaqları fars dilini öyrənməyə imkan tapa bilirdilər.
Sonralarda eşitdim ki, respublikada bizim dil dövlət dili e’lan edilir. Mən buna təəcüb etdim. Çünki o vaxta qədər ittifaqın bütün respublikalarında rus dili dövlət dili idi. Bizim xalq İttifaqın ən qapaz altı, alçaldılan xalqı olduğu halda necə oldu ki bizə belə hörmət göstərdilər? Başa düşdüm ki, bu bir biclikdir, bunu İrana görə ediblər. Bunu Təbrizin türk dilli əhalisi arasında təbliğat aparmaq məqsədi ilə, onları qızışdırmaq üçün, İran dövlətindən narazı etmək üçün ediblər. Bakıda bu gün də sovet dövründə olan kimi bizim dil sözdə dövlət dilidir, halbuki əslində bu ikinci dərəcəli, az əhəmiyyətli bir dil sayılır.
Şah vaxtı İrandan qaçan kommunistlər, “həmşəhərlilər” Bakının bir mikrorayonunda yerləşdirilmişdilər. Bunların içindən seçilən sovetin cəsusları İrana gedib camaatın arasında təbliğat aparırdılar, Sovet İttifaqındakı yaşayış şərayitini tərifləyirdilər. Onlar həm də belə bir əfsanə qundarmışdılar güya ki, məmləkətdə olan hər evin mətbaxında iki krant var. Birindən süd axır, o birisindən isə çaxır.
Bir dəfə Bakıda bir evə bir təbrizli qonaq, müsəfir düşmüşdü. O, Təbriz daneşgahının, universitetinin ustadı, professoru idi. Bu hərif qapıdan içəri girən kimi tez özünü mətbaxa verir və su krantını açır. Ancaq o krantlarda nəyinki süd və çaxır, heç su da yox idi. Onu mikrorayonun su vəziyətindən məlumatlandırdılar. Hərif buna təəcüb etdi. Dedi ki, İranda hamı buna, süd və çaxır məsələsinə, inanıb.
Bir başqa vaxt Bakıya Tehranlı bir professor gəlmişdi və eyni şey təkrar olunmuşdu.
Mən Londonda Tehran universitetinin ingilis dili professorunun yazdığı fars dilinin danışığ kitabını almışdım. Orada bir dənə də olsun savadlı şəkildə yazılmış ingilis cümləsini tapa bilmədim. İnanıram ki, İranda ingilis dilini yaxşı bilən xeyli adam var. Lakin, anladığıma görə şərq ölkələrində hər şey tanışbazlığ, dostbazlıq üzərində qurulduğuna görə İranın uneversitetlərində bu cür fərsiz adamların vəzifə tutmasına imkan verirlir.
Şah Londona ziyarətə gələndə orada onu, həmişə, İngiltərədə yaşayan bir İranlı məsləhətçi müşayət edirdi. Bir kitabda onun xatirələrini oxumuşdum. O, yazırdı ki, bir dəfə şah İran televiziyasında çıxış edib, demişdi ki, İsrail bu məntəqədə bir təhlükə mənbəyidir, daima gərginlik yaradır. Və axırda e’lan etdi ki, bundan sonra İran dövləti İsrailə qarşı sərt bir mövqe’ tutacaq. Müəllif bunu söz arası demişdi və bu bəyanata böyük bir əhəmiyyət verməmişdi. Halbuki, mənim fikrimə görə şahın bu çıxışı onun süqutuna gətirib çıxartdı. Bunun ardınca sionist düşməni tam gücü ilə ona qarşı hərəkətə keçdi. Qərbdən siyası təzyiqlər başladı. İsrail İranda öz cəsuslarını failiyyətə gətirdi. O çıxışdan sonra iki ay keçmədi ki, şah bu təzyiqlərə tab gətirməyib xaricə qaçmağa məcbur oldu.
Ondan başqa, o vaxtlarda şah Fransa ilə səkkiz atom stansiyası tikmək haqqında bir saziş bağlamışdı. Bu gələcəkdə İranın atom silahını yaradacağına gətirib çıxarda bilərdi. İsrail öz qonşuluğunda qüvvətli müsəlman ölkəsinin mövcud olmasına razı ola bilmir. Ümumiyyətlə, İsrail ətrafında yerləşən müsəlman ölkələrin hamısının xarabazarlığa çevrilməsini arzulayır, buna nail olmağa çalışır. Sionistlər elə düşünürdülər ki, şah devriləndən sonra İranda hərcmərclik dövrü başlanacaq və nəhayətdə bu dövlət tamamı ilə məhv olacaq.
İranda Amerikanın hərbi bazaları var idi. On minlərlə əsgər orada yerləşdilmişdi. Bu bazların itirilməsi Amerikaya zərər verdi. Fəqət belə görünür ki, İsrailin, sionistlərin xeyri Amerikanın öz xeyrindən daha vacibdir. Axı şahın taxtdan salınmasında İsrailə həm də Amerika kəşfiyat idarələri kömək edirdilər.
İndi bunu hamı unudubdur, ancaq İslam İnqilabına gətirən üsyan İranda bir kinoteatrın yandırılmasından sonra başaladı. Sinamada yüzlərlə adam yanıb ölmüşdü. Sonradan bilindi ki, bu yanğını şahı qoruyan ordu hissəsinin iki zabiti qəsdən törətmişdilər. Görünür ki, onlar İsrailə işləyən cəsuslar olub.
O vaxtlarda Sovet Rusiyası çalışırdı ki, İranı komunist dövləti etsin, öz tə’siri altına salsın. Moskva İranın Azərbaycan adlanan ostanını, vilayətini sovet ərazisinə qatmaq arzusunda idi. İnqilab ərəfəsində ruslar İrandakı cəsuslarını hərəkətə gətirmişdilər.
Lakin rusun bu arzusu puç oldu. İslam İnqilabından sonra hökumət İranın “Tude” komunist partiyasını dağıtdı. Kommunistlər canlarını qurtarmaq üçün xaricə qaçmalı oldular.
Londonda Həmsted məhələsində bir mehmanxanada qalırdım. O məhəllə milyonçular məhəlləsi sayılır. Londonlular o məhəlləni həm də “cuhud məhəlləsi” adlandırır. Orada həmçinin varlı İran mühacirləri yaşayır. Məhəllədə “Zərrin” adında bir İran ərazaq dükanı var. Darıxdığımdan bə’zən oranın satıcısı ilə söhbət edirdim. Bir dəfə ona dedim ki, İran şahının Amerikanın dövlət başçısına, Karterə baş əyməsini televizorda görmüşdüm. İranlıların bu məsələdən xəbəri varmı? Dedi ki, bəli var. Biz də onu televizorda görmüşdük.
İran şahı hələ hakimiyyətdə olanda arvadı ilə Amerikaya getmişdi. O, “Ağ Evdə” televiziya kameraları qarşısında Karterə tə’zim etdi. Sonra, arvadının baş əymədiyini görəndə, boynundan tutub, onu bir neçə dəfə Amerikanın başçısına baş əyməyə məcbur edir. Şah bununla arvadına demək istəyirdi ki, Amerikanın başçısı bizim ağamızdır, biz ona tə’zim etməliyik. Halbuki, bu adam özünü şahənşah adlandırırdı, yə’ni ki, dünyanın bütün şahlarının şahı.
Şahın arvadı (Fərəh Pəhləvi) öz xatirələrində yazırdı ki, şah Amerika üçün o qədər iş gördü, çox xeyir verdi, fəqət buna rəğmən əri xərçəng xəstəliyinə tutulananda və Nyu Yorkun bir xəstəxanasında müalicə olunanda İranın təzyiqi altında prezident onu məcbur etdi ki, ölkəni tərk etsin. Şah çarəsiz qalıb Cənubi Amerikanın kiçik bir ölkəsinin xəstəxanasında müalicə olundu və axırda elə orada öldü.
Mən eşitmişdim ki, keçmiş şah o ölkədə qalıb müalicə olmaqdan ötrü gündə bir neçə milion dollar pul ödəməli idi. Yə’ni ki, şah hakimiyyəti ərzində daima Qərb ölkələrinin xeyrini güdürdü. Onlara milliyardlarla dollar pul qazandırdı. Lakin hakimiyyətini itirəndə hansı Qərb ölkəsinin qapısını döydüsə, o qapı onun üzünə bağlı qalırdı.
2001-ci ildə Londonun bir mehmanxanasında şahın qızı yuxu dərmanını içib ölmüşdü. Onun qanında kokainin əsərləri də var idi. Yaxınları onun uzun illər ərzində bədbinlik xəstəliyinə tutulmuş olduğundan danışdılar. Onu basıranda molla da çağırmışdılar. İranlı mühacirlər, şahlıq tərəfdarları bundan narazı oldular dedilər ki, “biz molla rejiminə qarşı olduğumuz halda bu cür hərəkət düzgün deyildi”.
Bir neçə ildən sonra onun qardaşı, şahın oğlu da Boston şəhərində intihar etdı. Keçmiş şahın ailə üzvləri bu intiharların səbibini belə izah etdilər, dedilər ki, onlar bunu qürbət hissindən, vətənləri üçün keçirdikləri həsrətdən etmişdilər. İnternetdə bir müəllif yazır ki, bu izahlar səhvdir. Qərbdə millyonlarla İran mühaciri, qürbətçiləri vətən həsrəti çəkirlər, fəqət bununla belə onların heç biri intihira cəhd etmir.
Londonda, bir bağda “Mücahiddine-Xalq” təşkiltının nümayişi keçirilmişdi. Mən də ora getmişdim. Bunların danışıqlarına qulaq asmaq istəyirdim. Bu solçu təşkilat şah vaxtı İranda gizli failiyyət göstərirdi. İnqilabdan sonra isə “mücahiddin”lər Şəriət dövlətinin əleyhinə çalışmağa başladılar. Nəhayətdə İran hökuməti bu dəstəni dağıtdı və təşkilatın üzvləri Qərb ölkələrinə qaçdılar. Əslində bu, Qərb ölkələrinin və İsrailin xeyrinə işləyən bir dəstədir.
Nümayişçiləri ingilis polisləri qoruyurdu. Mən bir iranlı kişi ilə tanış oldum və xəbər aldım ki, siz hansı siyasi məqsəd güdürsünüz? Onda o, məni bir masaya tərəf apardı və bir qadına təqdim etdi. O, dedi ki, bu xanım bizim təşkilatın başçısıdır. Qadının adı Məryəm Rəcavi idi. Məni görəndə bu başı yaylıqlı qadın özünü itirdi, bir müddət beləcə utancaq şəkildə durdu. Halbuki mən gözləyirdim ki, biz ciddi siyasi söhbətlər aparacağıq. Fəqət bu qadın susub dururdu. Vəziyəti belə görəndə mən kənəra çəkildim. Bir az durandan sonra oradan çıxıb getdim.
Sonralarda bir ingilis məcmuəsində bu təşkilat haqqında bir məqalə oxudum. Müəllif bu qadını, Məryəm Rəcavini pislədi. Onun pis əxlaqından, kişilərdən çox xoşu gəldiyindən danışdı.
Bu qadın və onun təşkilatı ingilis mətbuatında çox təbliğ olunurdu. Yazırdılar ki, o, dini dövləti darmadağın edəcək və axırda İranın ilk qadın dövlət başçısı olacağ.
Londonda yaşayanda ağlıma bir fikir gəlmişdi. Bizim respublikada şahlıq üsuli-idarəsinin bərpa olunması üçün çalışacaq bir cəmiyyət yaratmaq fikrinə düşdüm. O vaxt, nədənsə, bu, mənə ağıllı bir fikir kimi görsənirdi. Londonda ingilislərin, şahlıq tərəfdarlarının bir çox cəmiyətləri mövcuddur. Onlarla əlaqə saxlamağa çalışdım, lakin bu mümkün olmadı. Onda keçmiş İran şahının ailəsi ilə tanış olmaq istədim, güman edirdim ki, onlar bu işdə mənə kömək etmək istəyərlər, buna maraq göstərərlər. Lakin onların yaşadıqları yeri bilmirdim. Sonra, İran mühacirlərinin bir qəzet redaksiyasını tapdım. Müdüri mənə bir adres verdi və dedi ki, bu “Hizbe Məşrutə-e İran” təşkilatının rəisinin poçta qutusunun nömrəsidir. Bunlara həm də “konstitutiyaçılar” da deyirlər, “səltənəte-məşrutə” tələbindədirlər. Yə’ni ki, İranda konstitutsiyalı şahlıq rejimi yaratmaq istəyirlər. Adreslərini isə gizli tuturlar, çünki İrandan qorxurlar.
Müdirə bir məktub yazdım və orada fikirlərimi ona izah etdim. Bir müddətdən sonra mənə zəng vurub dedi ki, siz Azərbaycan Respublikasında şahlığı necə bərpa edəcəksiniz, buna bir imkan varmı? Mən dedim, görüşək və bu məsələ barəsində söhbət edək. Elə düşünürdüm ki, biz onun idarəsində görüşəcəyik. O isə dedi, bir adres verin ora gəlim, söhbət edək. O vaxt bir otaqlıq mehmanaxana nömrəsində yaşayırdım. Dedim ki, mənim yaşadığım mehmanxana münasib bir yer deyil. O isə, haranı təklif etsəniz ora gələrəm, dedi. Onda mən duruxdum və dedim ki, bu gün mümkün deyil bir başqa vaxt sizinlə zəngləşərəm. Onunla bir daha əlaqə saxlamadım. Axı mən onu işgüzar bir söhbətə də’vət etmişdim. Buna görə onu restorana aparıb bir qonaqlıq verməli idim. Bu Qərb ölkələrinin bir adətidir. Mən isə o vaxt buna hazır deyildim. O, şaha yaxın adam olduğundan pulu birisi idi və ola bilər elə e’timal edirdi ki, mən onu varlı və zəngin adamlara münasib olan bir yerə, məsəl üçün “Dorçester” mehmanxanasının restoranına aparacağam. Orada o, qara kürü və şampan şərabı sifariş edə bilərdi. Bu isə külli miqdarda pul tələb edirdi. Odur ki, bu görüş baş tutmadı.
Maraqlıdır ki, İngiltərə dövləti Rusiyada, Osmanlıda və İranda şahlıq üsuli-idərəsini aradan qaldırmaq üçün çox çalışdı və nəhayətdə buna nail oldu, fəqət özündə isə onu qoruyub saxladı; belə məsləhət gördü.
Təbriz-Bakı səfərini edən avtobusumuz Astara gömrüyündə durduruldu. Bir İranlı gənc bizimkilərdən bir konyak taparaq, onu şüşəsinin boğazından başına çəkib içirdi. Təəcübləndim ki, avtobus ölkəyə hələ daxil olmadığı halda o, bu içkini haradan tapmışdı? Dedim ki, bir az ehtiyatlı ol, ola bilər ki, bu saxta içkidir. Mənim sözüm onun xoşuna gəlmədi. Dedi, həqiqi bir konyakdır. Guya ki, mən onun dadını bilmirəm. Görünür ki, İranlı içki həvəskarları onu “qara bazar”da alıb içirlər.
Gömrükdə bizi çox incitdilər sərhəddən keçməyə qoymadılar. Səhərə gədər avtobusda qaldıq. Az qalmışdı ki, donaq. İranlılar dilxor olmuşdular. Təbrizli şofer o biri İranlı ilə danışırdı. Acıqlı bir şəkildə bizim vətəndaşları pislədi, dedi ki, bunların kişıləri dəyyusluqdan başqa, arvadları isə rəqs etməkdən başqa bir şey bilmirlər. Bizim vətəndaşlar, kişilər ölkəyə təzə gələn xaricilərə, türkiyəlilərə və iranlılara, adətən, “sizə qiz lazımsa mən yerini bilirəm”, deyirlər. Görünür ki, elə bu səbəbə görə bu şofer belə fikrə gəlib.
Bir İranlı ilə tanış olmuşdum. Atasının tanışı onu Bakıda bir dükanda işə götürmüşdü. Mən onu şəhərdə avaralandığını, əli cibində gəzdiyini tez-tez görürdüm. O, şah dövrünü tərəfləyirək, demişdi ki, o vaxt atam sərdar (qeneral) idi. O dövrdə bizim ailə çox varlı idi. Evdə kiloqramla qara kürü saxlayırdığ və yeyirdik. Halbuki, eşitdiyimə görə, bu gün Amerikada bir kilo İran kürüsünün qiyməti on min dollara çatır. Bu axmaq, az savadlı, heç bir sənəti olmayan otuz yaşlı adam bu bahalığında olan kürünü yemək istəyir. Halbuki onu yemək imkanı ancaq Qərbin çox varlı adamlarındadır.
İranda qaldığım qısa müddətdə görüşdüyüm əksər adam İranın indiki hakimiyyətindən narazı idi. Səbəbini anlamadım. Məncə bu narazıçılıq onların axmaqlığından doğur. İranda gənclər arasında böyük işsizlik var. Bunun səbəbi ondadır ki, Qərb uzun illər ərzində İranı dünyadan təcrid olunmuş bir vəziyyətdə saxlayır, bu ölkənin iqtisadiyyatının, sənayesinin inkişaf etməsinə mane’ olur. Başqa səbəbi isə müsəlman əhalinin az qabiliyyətli olması, bacarısızlığıdır. Onlar hər şeyi hökümətdən umurlar. Halbuki gərək özləri hərəkət etsinlər, bir qeyrət göstərib iş yerləri, müəsisələr yaratsınlar.
Ərdəbildə yol soruşmaq istəyirdim. Bir ruznamə idarəsinə girib, müdürün oturduğu otağa daxil oldum. Müdir otuz yaşında bir kişi idi. Ondan axtardığım yerin ünvanını öyrənib eşiyə çıxdım. Binadan bir az uzaqlaşanda müdirin pəncərəni açıb mənə baxdığını gördüm. O, bərk səslə qışqıraraq İranın hökumətini pisləyən sözlər deməyə başladı. Onun bu halı bir növ dəliliyə oxşayırdı. Fəqət bu adam hökumətdən nəyə görə narazıdır, anlaya bilmədim. Axı o, yaraşıqlı binada oturub, idarədə müdir vəzifəsini tuturdu.
Dünyanın əksər müsəlman ölkələrinin əhalisi hökumətlərindən narazıdır. İşsizlikdən, pis həyat şərayitindən qileylənirlər. Hökümətin hər işində bir nöqsan axtarırlar, fəqət özlərinin nöqsanlı olmasından xəbərsizdilər, özlərində nöqsan, qüsur axtarmaq istəmirlər. Halbuki bu cür vəziyyətin əsas səbəbi elə bu müsəlman əhalinin özüdür. Müsəlman millətinin irqi zəifliyi vardır. Başqa millətlərlə müqayisə ediləndə müsəlman həmişə zəiflik göstərir, zəif görsənir. Onun əl qabiliyyəti yoxdur, sənət və elm əldə etmək, bu işdə qeyrət nümayiş etmək istəmir; tənbəldilr. Başqa irqlər müsəlmanlardan daha çox çalışqan, daha çox işgüzar olur. Tarixən Osmanlıda və İranda ticarət və sənaye qeyri-müsəlmanların əlində olub. Məsəl üçün, XX-ci əsrin əvvəlində Osmanlının ticarəti və sənayesi əksər e’tibarı ilə ermənilərin və rumluların (yunanlarrın) əlində olub.
Malaziyanın müsəlmanları şikayət edirlər ki, biz çoxluq olduğumuz halda ölkənin bütün sənayesi, ticarəti və bankları azlıqların, yerli çinlilərin və hindlilərin əlindədir. Biz isə bu azlığların nümayəndələrinin fəhlələri, nökərləri və qulluqçuları kimi işləyirik. Bu səbəbdən hökumət müsəlmanlar üçün xüsusi imtiyazlar yaratmaq istəyir. Azlıqlar isə buna e’tiraz edirlər, deyirlər ki, müsəlmanlara xüsusi imtiyazlar vermək düzgün fikir deyil, ədalətli deyil. Hər şey qabiliyyətə görə olmalıdır. Adam hansı işə, vəzifəyə layiqdırsə onu da almalıdır.
Təbrizdə yol soruşmaq üçün bir tikinti şirkətinə girdim. Müdirlə bir az söhbət etdim. O, dedi ki, keçən il Moskvaya səfər edəndə “Kosmos” mehmanxanasında yerləşdim ki, oranın restoranında “striptiz”ə baxdım.
Bu qadın rəqqasələrin oynadıqları əxlaqsız bir rəqsdir ki, onlar musiqi sədasınının altında kişi müştərilərin qarşısında, onları həvəsəgətirmək məqsədi ilə, paltarlarını yavaş-yavaş soyunub lütləşirlər. O, dedi, bu çox gözəl bir rəqsdir. Təbrizdə dostlarım eşidəndə ki, o rəqsə tamaşa etmişəm, hamısı mənə həsəd aparırlar.
Sonra dedi, bir vaxt gələcək ki, şimal ərazilər cənubla birləşəcək və onda bizim Təbriz bu təzə dövlətin paytaxtı olacaq. Dedim, deməli təbrizlilərin fikrinə görə Bakının ağaları hakimiyyəti sızə verib, deyəcək ki, gəlin ay təbrizlilər bizə başçılıq eləyin. Halbuki, şimalın ağaları soymağa adam axtarırlar. Ancaq siz elə düşünürsünüz ki, onlar topladıqları milyardlarla dollar sərvəti sizə, təbrizlilərə təfil edəcəklər?! Bu bir xayaldır, xam fikirdir.
Mən orada bu cür axmaq, yaramaz adamları çox gördüm. Bəlkə ağıllıları da var, ancaq onlara rast gəlmədim.
Əvvəllər İranın ingilis dilli “Press TV” xəbərlər televiziya kanalını dünyanın hər tərəfində izləmək olurdu. Onun yayımı bir farnsız şirkətinin peyki vasitəsi ilə edilirdi. Sonralarda bu şirkət bir bəhanə gətirərək bu kanalın yayımını dayandırdı. İranlılar bu şirkəti ittiham etdilər, dedilər ki, bu şirkət əslində İsrail yəhudililərinin əlindədir.
Bu kanalı İngiltərədə kabellə izləmək olurdu. Bir ingilisin TV tamaşaçısının dediyinə görə bütün İngiltərə haqq sözünü danışan bu kanala tamaşa edir, onu xoşlayırlar. Çünki “Press TV” indilis hökumətini tənqid edən, muxalifətdə olan siyasət adamlarını kanala də’vət edib, fikirlərini tamaşaçılarla bölüşməyə şərait verirdi.
Dostları ilə paylaş: |