İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə23/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

Jorc Buş Tiflisə gələndə bir erməni ona bomba atmışdı. Bomba saz deyildi, partlamadı. Çox güman ki, bu hadisəni törətmək fikri bu adamın öz ağlına gəlib, heç bir kəsdən göstəriş, tapşırıq almamışdı. Onun bu əməlində bir erməni dəstixətti var. Dünyanın ən qüdrətli ölkəsinin başçısına bomba atmaq cəsarət istəyir, adamda ürək istəyir.

Məncə bunu etməklə bu adam erməni millətinə bütün dünyada hörmət qazandırmaq, dünya ölkələrinin başçılarının ermənilər qarşısında tit-tir əsməsini istəyib. Yə’ni ki, qoy bunlar bizdən çəkinsinlər, qorxsunlar.

Halbuki, Jorj Buş respublikamıza gəlsə bizimkilər onu gül-çiçəklə qarşılayacaqlar, hər cür yaltaqlıq nümayiş edəcəklər. Fəqət, nəticədə amerikanın başçısı bir erməninin ona bomba atmasına görə bütün erməni xalqına hörmətlə yanaşacaq, bunun əksinə ona gül verən, bizim yaltaq xalqa isə nifrət bəsləyəcəq.

Mən demək istəyirəm ki, Jorj Buşun İraqda və Əfqanıstanda milyonlarla müsəlmanın öldürülməsində əli var. Bu adam müstəqil Amerika jurnalistləri tərəfindən “hərbi cani” adlandırılmışdı. Və bununla belə bizimkilər belə adama məhəbbət nümayiş etməyə həmişə hazırdırlar, halbuki o, qətl olunmağa layiqdir.

Brejnev birinci dəfə Bakıya gələndə onun gizli erməni millətçi dəstələri tərəfindən suiqəsd edilməsi qorxusu yarandı. Dövlət Təhlükəsizliyi komitəsi bunun qarşısını almaq üçün ciddi tədbirlər görmüşdü, minlərlə erməni millətçisi tutulmuşdu. Lakin, Brejnev qedəndən sonra onların hamısı buraxıldı.

Keçmişdə də ermənilərin bu cür əməlləri olub. Məsəl üçün Osmanlı padşahına qarşı suiqəsd cəhdləri, rus çarının qubernatorlarını öldürməkləri kimi. Bu hərəkətlərinə görə nə Rusiyada nə də ki, Qərbdə bunları heç vaxt terrorçu belə adlandırmayıblar, əksinə erməni xalqını azadlıqpərvər, qəhrəman xalq kimi qələmə verməyə çalışıblar.

Arada “Asala” adında terorçu bir dəstə yaradılmışdı. Onlar Türkiyə səfirlərini Avropada və Amerikada qətl edirdilər. O vaxtlarda Moskvanın xarici kitab satan ikinci əl dükanından Türkiyə səfirliyində işləyən bir adamın fransız dilində ermənilər barəsində yazılmış bir tarixi kitabı aldığını görmüşdüm. Mən başa düşdüm ki, bu səfirlik o qünlərdə Parisdə keçirilən bir məhkəmə üçün hazırlaşırdı. O vaxtı Fransada türk səfirini öldürən erməni dəstəsi üzvlərinin davası gedirdi. Ermənilər özlərinə bəraət qazandırmaq üçün deyirdilər ki, biz bu qətli Osmanlı Dövlətinin erməniləri qırğına verdiyinə görə türklərdən qisas almaq məqsədi ilə etmişik. Onların vəkilləri bir erməni müəllifinin kitabına istinad edərək, erməni qətli-amını sübut etməyə çalışırdılar. Fəqət onlar bunu edə bilmədilər, çünki bu kitabın bütün iddiaları sübutsuz, orada göstərilən sənədlərin hamısı isə saxta idi.

Bir başqa dəfə bir rus tanışım mənə dedi ki, o dükanın yaxınlığında yerləşən Türkiyə səfirliyinin qarşısında silahlı KQB işçisinin durduğunu görüb. Mən də gedib ona baxdım. Həqiqətən onun pencəyinin altında tapanca görünürdü. Ondan başqa səfirliyin qapısında, daima, milis qoruqçu dururdu. Bu KQB işçisi isə müvəqqəti olaraq ona əlavə edilmişdi. Görünür ki, o arada səfirlik üçün hansısa bir təhlükə var idi. Türkiyə səfirliyinin ətrafındakı divarlarda elektrik buraxılmış tellər çəkilmişdi. Moskvada bu yeqanə səfirlik idi ki onu bu şəkildə qoruyurdular. Bunu ermənilərə görə edirdilər.

Ondan başqa, Qarabağın Ermənistan Respublikasına birləşdirmək işində Kreml rəhbərliyinin öz və’dlərinə əməl etməməsi, bu işdə gecikməsinə görə ruslardan qisas almaq məqsədi ilə dörd nəfərlik erməni dəstəsi Moskvanın metrosunda partlayış törətmişdi. Orada yetmişə qədər adam ölmüşdü. Sovet hökuməti bu hadisədə erməni əli olduğunu əhalidən gizlətmişdi.

Ermənilər qüdrətli dövlətlərə meydan oxumaq istəyir, bu dövlətlərin siyasətinə tə’sir etməyə çalışır. Bu kiçik xalq bəlkə bütün dünyanın ağası olmaq istəyir.

Ermənilər həm çar, həm də sovet dövlətlərini devirmişlər. Bu gün ruslar bu işdə yəhudiləri günahlandırırlar, halbuki bu inqilabların gərçəklənməsində ermənilərin zəhməti daha artıq olub. Əvvəlcə Qarabağda qarışıqlıq yaratmaqla çar hakimiyyətini devirdilər. Sonra isə sovet hakimiyyətini yıxmaq fikrinə düşəndə yenə də bu təcrübədən istifadə etdilər. Elə ki Qarabağ hadisələri nəhayətdə hər iki dövlətin çökməsinə gətirib çıxartdı.

Bir gün bir erməni qadını, Sveta adında qonşumuz öz eyvanında durub, “Yaqut, yaqut!” deyib, qışqırdı, anamı çağırdı. Anam bizim eyvana çıxıb mənim məhəccərdən aşağı sallandığımı gördü və tez məni tutdu, düşməyə qoymadı. Bir-iki saniyə gec gəlsəydi, mən aşağı düşə bilərdim. Onda mən hələ çox kiçik uşaq idim.

Bir başqa vaxt boğazımda qılçıq qalmışdı. Anam özünü itirdi, nə edəcəyini bilmirdi. Sonra məni tez əlinə alıb, yardım axtararaq qonşunun qapısını döyəcləməyə başladı. Qoca erməni arvadı qapını açdı və əli ilə qılşıqı boğazımdan çıxartdı.

Deməli, bu erməni qonşularımız iki dəfə məni ölümdən qurtarıblar.

Birinci sinifdə oxuyanda qonşumuz, bir erməni arvadı məni piləkəndə saxlayıb soruşdu, eşitmişəm ki, valideyinlərin səni azərbaycan dilli məktəbə qoyublar. Təsdiq etdim. Bunu eşidəndə başını buladı dedi, bu necə işdir? Biz ermənilər uşaqlarımızı rus dilli məktəblərdə oxuduruq, bunlar isə, təzəlikdə, uşaqlarını azərbaycanca oxutmağa başlayıblar. Yə’ni ki, onlar güman edirdilər ki, sovetin ruslaşdırılılma siyasətinə görə müsəlman artıq tədricən, dillini, dinini və kimliyini itirəcək.

Əvvəllərdə müsəlmanlar arasında uşaqlarını rus bölməsində oxutmaq dəbə düşmüşdü. Lakın əllininci illərdən sonra müsəlman valideyinlərin uşaqlarını təzədən milli məktəblərə qoymaları erməniləri mə’yus və narahat edirdi. Axı ermənilər bizi deyil, özlərini millətçi, azadpərvər adamlar sayırdılar.

Bizim evin yaxınlığında erməni dilində təhsil verən orta məktəb failiyyət edirdi. Ancaq sonralarda, şağird çatışmamızlığından, onu bağladılar.

Bir gün Mişa adında erməni tanışımla söhbət edirdim. O, mənə söylədi, dünən anama dedim ki, mən daha Bakıda yaşamaq istəmirəm, İrəvana köçmək istəyirəm. Soruşdum, nə üçün? Dünən çörəkçiyə getmişdim rusca soruşdum ki, çörək var? İnanırsanmı ki, dükançı qız mənə rus dilində deyil, sizin dildə cavab verdi, “yoxdur”, dedi.

Yə’ni ki, ermənilər bizim respublikanı və Bakını müsəlmanlara aid bir ərazi hesab etmirdilər. Müsəlmanca danışan adama rast gələndə bu onlara təəcüb gəlir və narahat edirdi.

Qonşuluğda Levon adında oğlan yaşayırdi. O, bir dəfə mənə dedi ki, ermənilər Bakının əsilzadələri, kübarlarıdır.

Ermənilərin bir ata sözünə görə, erməni olan yerdə yəhudinin işi getməz.

Gurciyevə görə isə, bir erməni lətifəsində deyilir ki, on rusu birləşdirsən bir yəhudi, on yəhudini birləşdirsən isə bir erməni edər.

Bizim xalqın lətifələrinə görə erməni əlifbasında “p” hərfi yoxdur. Mən bunu Mişaya, erməni tanışıma deyəndə o, qayıtdı ki, bu yalan sözdür. Əslində, sizdə, sizin öz əlifbanızda “p” hərfi yoxdur. Yəqin o, demək istəyirdi ki, ərəb əlifbasında “p” hərfi mövcud deyil.

Bizim ev otuzuncu ildə tikilmişdi. Onu “ilk erməni koperativi” adlandırmışdılar. Sonradan hökumət ermənilərdən ehtiyat edərək bu evi təzədən onlardan alaraq dövlət malı etmişdi. Evə bir gədər başqa millətdən olan adamlar yerləşdirildilər. Bu evin divarında, yuxarı hissədə böyük həriflərlə “Vernıy put” (doğru yol) yazısı həkk olunmuşdu. Görünür ki, ermənilər bununla bildirmək istəyirdilər ki, biz düzgün yol seçmişik, bizə Rusiyaya birləşmək müstəqillikdən də daha çox faydalı olacaq. Ancaq bu yaxınlarda o yazını oradan siliblər.

Biz bu evin iki otaqlı mənzilini bir erməni arvadı ilə bölüşürdük. Adı Repsima Qeorqiyevna Akopcanyan idi. İnqilabdan qabaq Tiflisdə yaşayırdı. Atasının orada zərgər dükanı var idi. Qızını İşveçrəyə universitetə oxumağa göndərmişdi. İnqilabdan sonra atası varlı olduğu üçün sovet hökuməti onu güllələtmişdi. Sonradan qardaşı ilə Bakıya köçmüşdü. Qardaşı mühəndis idi.

Bu qadın heç vaxt ərə getməmişdi və bu iki otaqlı mənzildə qardaşı ilə yaşayırdı. Müharibə vaxtı qonşuluqda yaşayan başqa bir erməni onun evini soyub çoxlu sayda cavahiratını oğurlamışdı. Tutulmuşdu, amma oğurladığı malın dəyərinin yalnız az bir hissəsini ödəmişdi.

Mən bu yaşlı qadını uşaqlıqdan başlayaraq “babuşka” deyə çağırırdım. Bu qadın məni “Azər” deyib çağırmaq istəmədi. Onun əvəzində məni həmişə “Arsençik” deyə çağırırdı. Yə’ni ki, ermənilərdə olan “Arsen” adı ilə.

Mənim ad günlərimdə bahalı, rəngli şəkilli nağıl kitablarını bağışlayırdı. Halbuki, o, təqaüdçi idi və ayda cəmisi altmış manat pul alırdı. Mən isə ad günlərində ona heçnə bağışlaya bilmirdəm. Ata-anam ona verəsi hədiyə üçün mənə pul vermirdilər.

O, bir dəfə konvervatoriyanın tikilməsi haqqında danışdı. Əvvəl onun yerində bir erməni kilsəsi dururdu. Erməni me’mar onu texnikanın son nailiyyatı ilə betondan tikdirmişdi. Sovet hökuməti onu dağıtmağa cəhd edəndə çətinliklərlə qarşılaşdı və nəhayətdə onu dinamitlə partlatmağa qərar verdi. Bizim evdə o partlayışdan bir qədər çat əmələ gəlmişdi. Kilsə binasının davamlılığı hökumətin o dərəcədə xoşuna gəlmişdi ki, onun yerində başqa ev tikiləndə bu işi həmin o erməni me’mara verdilər. Bu me’mar isə kilsənin dağıdılmasını hökumətdən qisas almaq istədi, layihəsində binanı, qəsdən, xaç şəkilində verdi. Dövlətə erməninin niyyəti yalnız binanın tikilməsindən sonra bəlli oldu. Onu güllələdilər. Evi isə konservatoriya etdilər.

Bu hekayəni eşidəndən sonra mən o binanın ətrafına dövr etdim və onun həqiqətən xaç şəklində olduğunundan əmin oldum.

Ancaq ola bilər ki, bu doğru bir əhvəlat deyil, büsbütün ermənilərin uydurduğu bir əfsanədir. Bir kitabda bu binanın me’marlarının adları çəkilmışdi. Ancaq orada erməni adına rast gəlmədim.

Bu yaxınlarda öyrəndim ki, o kilsənin me’marı Hovanes Katçazuni adında bir adam olub. Və o, konservatoriyanın tikilişində iştirak etməmişdi.

Mübaribə vaxtı Basin küçəsində yerləşən bazardan üç yüz qram ağırlığında kərə yağını almışdı. Bir müsəlman uşağı yağı onun əlindən qapıb qaçdı. Kənarda durub xırtıldayaraq erməniyə baxıb, yağı yedi. Babuşka çarəsiz qaldı və kor-peşman evinə qayıtdı.

Otuzuncu illərdə bərk yağış yağmışdı, sel olmuşdu. Babuşka evinin qarşısında səkinin o tayında qalmışdı. O vaxtlarda şəhərdə hamballar vardı. O, “hambal” deyə qışqırdı. Bir kişi yaxınlaşdı, onu əlinə alaraq suya girdi o tərəfə keçirtdi.

Bu qadın qatı bir erməni millətçisi olub. Həyətin erməniləri savadına, elminə görə ona çox hörmət edirdilər. Şəhərin fərqli yerlərindən onun yanına alman, fransız dillərini öyrənmək üçün erməni uşaqları gəlirdi. Bundan başqa erməni valideynlər həm də millətçilik ruhunu aşılamaq məqsədi ilə uşaqlarını onun yanına göndərirdilər. O, bu söhbətlərdə türkləri pisləyir, türkün zülmkarlığından danışırdı.

Bir dəfə mən bu söhbətlərin birisinin sonluğuna qulaq asa bildim. O, söyləyirdi ki, Osmanlı türk əsgərləri bir erməninin qarnını yarıb bağırsağlarını yerə tökdülər. Sonra bağırsağının bir uçunu ağaca bağlayıb ermənini qamçı ilə vurub qaçmağa məcbur etdilər. Elə ki, erməni qaçdıqca gülməyə başlayırdı, bağırsağının uzanması onu qıdıqlandırırdı. Mən belə əcaib, uydurulmuş hekayələri erməni tarixçilərinin yazılarında çox oxumuşam. Ermənilər öz uşaqlarını, qənclərini bu cür uydurma şeylərlə yetişdirirlər, onların qəlblərində türklərə qarşı nifrət hissini bəsləməyə çalışırlar.

Nyu Yorkda yaşayan keçmiş sovet vətəndaşlarının rus dilində çıxardıqları qəzet (“Novoye ruskoye slovo”) əlimə düşmüşdü. Əslində bu qazet yəhudilərə məhsus idi. Orada özünü tarixçi kimi qələmə verən bir erməninin bir yazısını oxumuşdum. O, həm də yazırdı ki, qüya müharibə zamanı Osmanlı zabitləri əllərinə keçən erməninin qarnını yarır və onun qanı ilə çəlləyi doldurdular. Sonra oradan kasalarla qan çəkərək, içirdilər.

Bir dəfə onun yanına cavan, yaraşıqlı bir qız gəlmişdi. Babuşkanın belə söhbətlərinə qulaq asandan sonra, çıxanda mənə çox acıqlı bir şəkildə baxdı. Üzündə kin və nifrət var idi. Halbuki gələndə mənə gülümsəmişdi.

O, bir dəfə mənə dedi ki, köçəri türk dilli tayfalar Orta Asiya tərəfdən İrana gəlib yerləşəndə orada mal otarmaqla məşğul olurdular. Min illər ərzində türkün dədə-baba sənəti elə bu olub – mal otarmaq və naxırçılıq. Türkün o boyda böyük və qüdrətli İran dövlətini idarə etməyə ağılı, bacarığı yox idi. İranı həmişə yüksək savadlı fars dilli adamlar idarə edirdilər. Mal otaran köçərinin dövlətçilik anlayışı ola bilməz.

Mən onun bu sözünü atama danışdım. Soruşdum, bunu düz deyir? Dedi, qələt eləyir. Bu yalan sözdür. Türk dilli tayfalar farsları kənar edib İranı ələ keçirəndən sonra səkkiz yüz il ərzində orada ağalıq ediblər, hakimiyyəti əllərində saxlayıblar.

Fəqət ola bilər ki, babuşka düz deyirdi. Ola bilər ki, İranın taxtında türk padşahları otururdu, halbuki əslində İranı vəzir qismində fars dillilər idarə edirdilər.

Repsima Qeorqiyevna bir dəfə demişdi ki, Qarabağ erməniləri təmiz erməni deyillər, onların kürdlərlə qarışığı vardır. Onun dediyinə görə ermənilər bir neçə ləhçələrdə danışırlar. Onun özünün danışdığı ləhçə isə ən gözəl “qrabar” ləhçəsidir.

Onun gürcülərdən də acığı gəlirdi, söyləyirdi ki, ermənilər sənətkar, işgüzar adam olduqları halda Tiflisin gürcü kişilərinin işi-sənəti çaxır içmək və küçələrdə gəzişən erməni qızlarına sataşmaq olub. İçki içməkdən, oğurluğdan və arvadbazlıqdan başqa heç nə bilmirlər.

Həyətdə bir dəmbəgöz erməni yaşayırdı. Ovçuluqla məşğul olurdu və hərdən bizə qaşqaldaq satırdı. Bir dəfə o, erməni qonşulara demişdi ki, “Azik bilikli uşaqdır, çünki o, Repsima Qeorqiyevnanın yanına çox gedir və onun ağıllı söhbətlərinə qulaq asır”.

Bir gün məndən soruşdu ki, böyüyəndə nə olmaq istəyirsən? Dedim hələ bimirəm, ancaq anam istəyir ki, mən rəssam olub. Dedi, nə, rəssam?! Sənin valideyinlərin nə cür ata-anadırlar ki, uşağına rəssam olmağı məsləhət görürlər. Rəssamlıq avara sənətdir. Soruşdum, bəs hansı sənət yaxşıdır. Dedi, yaxşı valideyn uşağının ya həkim və ya da hüquqşünas olmasını istəyər. Doğrudan da keçmişdə rəssamlara, müğənnilərə avaralara baxan kimi baxırdılar, hörmət etmirdilər. Babuşka da köhnə adam olduğundan onun köhnə görüşləri var idi.

Məktəbdə oxuduğum vaxtlarda sovet fəlsəfəçisinin bir kitabını almışdım. O, orada Amerikaya səfərindən, öz təəsüratlarından danışırdı. Repsima Qeorqiyevna dedi, o kitabı ver əvvəlcə mən oxuyum. Oxuyandan sonra mənə dedi ki, sən nahaq yerə o kitabı almısan, o əsər fəlsəfi anlayışlarla, istilahlarla doludur. Sən onu başa düşə bilməzsən. Onun bu sözü acığımı tutdurdu. Ancaq sonra kitabı oxuyanda gördüm ki, o, haqlı idi. Ondan sonra kitabxanaya gedib fəlsəfəyə aid kitablar tapıb oxumağa başladım.

Bu arvad 1979-cu ilə qədər, həştad yaşına qədər yaşadı. Lap haldan düşəndə qocalar evindən gəlib onu apardılar. Gedəndə o, piləkənlərdə duran ermənilərə dedi ki, mən çox heyfsilənirəm ki, mənim bu otağım müsəlman ailəsinə qismət olacaq. Gərək mən qabaqcadan bir tədbir töküb bunun qarşısını alaydım.

İndi öz-özümə düşünürəm, belə görünür ki, ermənilər müsəlmandan daha çox mədəni xalqdır. Məsəl üçün bizim həyətdəki erməni uşaqlarının söyüşməsini və dalaşmasını görməmişdim. Məktəb yaşında olan erməni oğlanlar və qızlar həyətdə bir yerdə oturanda həmişə mədəni söhbətlər aparırdılar. Halbuki müsəlman məhəllərində yaşayan uşaqlar lap kiçik yaşlarından söyüş söyməyə və yumruqlaşmağa alışqındırlar.

Uşaqlıqda, Bakıda bir kitab dükanında satıcıya dedim ki, o kitaba baxmaq istəyirəm. Bunun cavabında iki erməni arvadları, satıcılar gülüşdülər. Sonra onlardan biri mənə dedi ki, sən bir azərbaycanlı uşağı kimi böyüyəndə bazarda pomidor satmağla məşğul olcaqsan. Kitab sənin nəyinə lazımdır?

“Qabusnamə” kitabının bir səhifəsini rus dilinə tərcümə edib, sataşmaq məqsədi ilə, bir erməni tanışıma göstərdim. Sonra isə dedim, bu İranlı vəzir erməniləri pisləyib, türdilli xalqları tə’rifləmişdi. Ancaq o söz altında qalmadı. Dedi, bu fəsl qul almaq haqqındadır. Yə’ni ki bundan belə çıxır ki, ermənilər qul-qaravaş işinə məsləhətli, yararlı deyillər. Çünki ağayana adamdırlar, başqasından asılı olmağı sevmirlər, azadpərvər və müstəqildirlər. Bunun əksinə, yazanda ki, türklərdən yaxşı qul və nökər çıxır bu, əsla tə’rif mə’nasına gəlmir. Bu deməkdr ki, türklər kiminsə qulluğuna girmək, başqasının əmrinə tabe’ olmağı sevirlər. Yə’ni ki ermənidən fərqli olaraq türk öz ağlına güvənmir, başqasının ağlı ilə yaşamaq istəyir.

BiBiSi radiosunda İrəvan müxbiri kimi Manuvelyan adında bir adam işləyir. O, bizim dildə çox səlist, gözəl şəkildə danışır. Bu erməni bizim dili Bakının bütün jurnalistlərindən daha yaxşı bilir.

Respublikada mətbuatda, televiziyada il boyu, hər gün erməniləri pisləyirlər, “ermənilər axmaq xalqdır” deyirlər. Erməniləri bu cür pisləməklə biz nə əldə edirik? Bəlkə biz bununla öz-özümüzü aldadırıq?

Dünyanın ən mükəmməl qırıcı təyyərəsi “Miq”dir ki, bu şirkətinin qurucusu və baş mühəndisi bir erməni, Anastas Mikoyanın qardaşı olub.

Hal-hazırda “Russiya banklar birliyi”nin rəisi Qarenin Tosunyan adında bir ermənidir.

Londonun mərkəzində gözəl bir ev görmüşdüm ki, orada məşhur bir erməni sahibkarın, Kalust Qulbenkyanın tə’sis etdiyi xeyriyə cəmiyyətinin bir şöbəsi yerləşmişdi. Başqa dəfə o şəhərdə həm də “Müqəddəs Sarkis” adında erməni kilsəsini görmüşdüm. Sonralarda öyrəndim ki, həmin o adam, bu kilsəni 1922-ci ildə valideyinlərinin xatirəsinə tikdirmişdi. Onun özünün basırıldığı yer də o kilsə olub.

Qulbenkyan Osmanlı Dövlətində anadan olmuşdu. O, 1890-cı ildə, iyirmi yaşında olanda Qafqaza səyahət etmiş, fransız dilində “Apşeron yarımadası: səfər xatirələrim” kitabını yazmışdı. Sultan kitabın tə’siri altında olaraq 1908-ci ildə Osmanlı ərazilərinin bütün neft çıxartma haqlarını Qulbenkyana vermişdi.

1908-ci ildə, “Gənc Türk”lər inqilabından sonra Qulbekyan Osmanlı Dövlətinin milli bankının qurucusu olub.

Deyirlər ki, o vaxtlarda Osmanlının 18 bank sahibiblərindən 16-sı ermənilər olub.

Qulbenkyanın cürbəcür vaxtlarda dörd pasportu var olub – Osmanlı, İran, İngilis və Portuqaliya.

Birinci Dünya müharibəsindən sonra o, Parisdə İranın ticari və siyasi təmsilçisi olmuşdu.

Bu gün Kalust Qulbenkyanın tə’sis etdiyi xeyriyə cəmiyyəti Avropanın ən böyük cəmiyyətlərindən biridir. Cəmiyyətin 2009-cu ilki mövcudiyyəti, pul varlığı 2,8 milyard avro təşkil edirdi.

Bu cəmiyyətin Nobelinkinə oxşar yüz min avroluq bir mükafatı da var.

Lisabon şəhərində “Kalust Qulbenkyan” adında sənət muzeyi” mövcuddur.

Onun “Parteks” neft şirkəti Qətərdə, Əmiratlarda failliyyət göstərir. Bu şirkətin, deyəsən, Azərbaycanın neft şirkəti ilə də iqtisadi əlaqələri vardır.

Böyük sərvətə malik olduğuna görə bir vaxt həm Amerikanın, həm də İngiltərənin hökumətləri onu öz ölkələrinə köçüb yerləşməsinə səyy göstərirdilər.

Parisin və Londonun bahalı dükanlarında İran kürüsünün satıldığını görmüşdüm. Qutuların üzərində “Petrosyan” yazılmışdı. Bu erməni həm İslam inqilabdan əvvəl, həm də sonra İran kürüsünü dünyanın hər yerində satmağla məşğul olub. İngilis televiziyasında bu adam haqqında bir sənədli film çəkilmişdi. Bu bığı burma adam filmdə öz kürü satmaq failyyətlərindən danışırdı. Onun “Petrosyan” adında vodkası da vardır.

Mişa adında bir erməni tanışım Şıx çimərliyində bir erməni əsilli amerikalı turist ilə tanış olmuşdu. Turist Mişaya demişdi ki, oğluma erməni qızı almaq məqsədi ilə Sovet İttifaqına gəlmişəm. Onun sözünə görə Amerikada yaşayan erməni qızlarının əxlaqı lazımlı səviyyədə olmadığı üçün o, İrəvanda və Bakıda yaşayan erməni qızlarını daha münasib bilir. Ancaq Mişa onu heç bir erməni qızla tanış etmədi. Dedi, onu başqa qızlarla tanış etməyin mənə nə xeyri olacaqdı? Məqsədim onu mənim bacımla tanış etmək idi. İstəyirdim ki, bacım amerikalıya ərə getsin. Heyf ki, o vaxt bacım Moskvada səfərdə idi.

Ondan başqa Mişa bu turist ilə həm də Kerkoryan barəsində söhbət etdi. Bu adam Amerikanın tanınmış sahibkarı, milyarderidir. O, nəhəng şirkətləri alıb, sonra isə xırda hissələrə bölüb ayrı-ayrı sataraq gəlir əldə etməklə məşguldur. Bu çür işlərinə görə belə işgüzar adamlar “şark” (köpək balığı) adını qazanırlar. Kirk Kerkoryan 1969-cu ildə həm də məşhur bir Hollivud kinostudiyasını (“Metro-Qoldvin-Mayer”) da alıb satmışdı. 2008-ci ildə onun var-dövləti 16 milyard dollar təşkil edirdi və o, dünyanın 41-ci ən varlı adamı sayılırdı. O vaxt həm də Kaliforniyanın ən varlı adamı idi.

Ancaq bu Amerika ermənisi şikayətlənib demişdi ki, bu milliyarder ermənilərin siyasi amallarının xeyrinə pul xərcləmək istəmir, erməni təşkilatlarına pul vermir.

Fəqət sonralarda mətbuatda oxudum ki, Kevorkyan axırda fikrini dəyişib belə məsələlərə də pul ayırmağa başlayıb və Ermənistanın xeyriyə işlərinə bir milyard dollar pul xərcləmişdi.

Eduard Balladür adında bir erməni 1993-cü 1995-ci illər ərzində Fransanın baş naziri olub. 2008-ci ildə Ruanda dövləti bir bəyanət verdi və orada ittiham etdi ki, Balladürün 1994-cü ildə baş vermiş, 800 000 adamın tələf olduğu “Ruanda qətliamı”nda əli vardı. Balladür və onun ətrafındakı mə’murlar ittiham olunurdular ki, onlar o vaxtkı Ruandanın zalım hökumətinə hər cür siyasi, hərbi və maddı yardımlar vermişdilər.

İnternetdə bir Amerika ermənisinin böyük məqaləsi var. O, orada yazır ki, 1915-ci ildə baş vermiş erməni sürgününün gühahkarları türklər deyil, rumlular (Osmanlı yunanlar) olub. Bu bir yunan fitnəsi idi. Onun sözünə görə o vaxtlarda Osmanlı Dövlətində yaşayan bu iki dəstə (yunanlar və ermənilər) arasında güclü rəqabət mövcud edi. Osmanlının sənayesi büs-bütün bu iki xalqın əlində idi. Müəllifə görə yunanlar “Gənc türklər” hökumətini təhrik edib ermənilərin sürgün edilməsinə nail oldular. Çünki bu halda, erməni əhalidən təmizlənmiş ölkədə onlar ən varlı və qüdrətli adamlar olmaq imkanını əldə edə bilərdilər. Ermənininin bu iddiası mənə çox da inandırıcı görsənmədi. Axı “Gənc türklər”in üsyanı, inqilabı əslində bir yəhudi inqilabı idi.

Görünür ki, bu müəllif bu məqaləni yazanda əvvəlcə niyyət edirdi, yazmaq istəyirdi ki, bu sürgünün təşəbbüsü Osmanlı yəhudilərindən gəlirdi. Onlar əvvəlcə ermənililəri Osmanlı ərazilərindən, daha sonralarda isə yunan vətəndaşları Türkiyə Cümhuriyətindən sürgün etməklə bütün türk sənayesini öz əllərinə aldılar, türk iqtisadiyyatının ağası oldular. Bu daha çox doğruya oxşayır. Başa düşülür ki, bu müəllifin yəhudiləri bir başa ittiham etməyə cürəti çatmayıb və o, bu səbəbdən üstü örtülü bir şəkildə buna işarə etmişdi. İşarə edir ki, “yunan” deyəndə mən əslində cuhudları nəzərdə tuturdum.

Bu yaxınlarda Türkiyənin bir televiziya kanalında oranın qocaman, tanınmış erməni əsilli foto ustasının iştirak etdiyi bir söhbəti göstərdilər. Erməni uzun-uzun danışıb axırda dedi ki, bir vaxt Türkiyə Cümhuriyyətində əcaib, səhv və ədalətsiz bir qanun çıxmışdı. Bu qanuna görə bütün sənaye yerləri, müəssisələr qeyri-müsəlmanların, xristiyanların əllindən alınıb müsəlmanlara verilməli idi. Və bu qanun ölkədə tətbiq olunmuşdu.

Bu erməni də bu işdə müsəlmanları ittiham etdi. Halbuki həqiqətdə, bugünki Türkiyədə əksər banklar, sənayenin böyük hissəsi: şirkətlər, holdinqlər, televiziya kanallları səbatayçıların, gizli yəhudilərin əlindədir. Axı cümhuriyyət qurulanda böyük miqdarda yəhudilər Türkiyənin hakimiyyətinə gəlmişdi. Elə ki, bu təşəbbüsün müəllifləri, bu qanunu qəbul edənlər bu yəhudi iqtidar, yəhudi millət vəkilləri olub. Bunu etməklə onlar bu müəssisələri xristianların (ermənilərin və rumların) əlindən alıb öz adamlarına -- səbatayçılara vermişdilər. Axı bu gün Türkiyənin ən varlı təbəqəsi, özlərini müsəlman kimi göstərmək istəyən, “dönmə”lərdir, kasıb təbəqəsi isə: aclarından ölənlər, kasıb-füqara, dönərçilər və simitçılər -- müsəlmanlardır.

Bu erməni də, həmçınin, həqiqəti danışmağa cürət etmədi, yəhudiləri pisləmək istəmədi. Axı o söhbətin bir iştirakçısı da yəhudi əsilli bir jurnalist (Can Dündar) idi.

Həm də eşitmişəm ki, Osmanlı Dövlətinin son illərində bir erməni onun xarici işlər

naziri olub. Bir başqa erməni isə oranın maliyyə naziri idi.

Sovet dövründə bir ara ermənilər İrəvanın bir meydanında ucalan Lenin heykəlini Andronikin heykəli ilə əvəz etmək fikrinə düşdülər. Kreml təşvişə düşdü, tarixçilərdən bir hey’ət yığıb Ermənistana göndərdi. Bunlar Andronikin şəxsiyyəti və failiyyəti haqqında mə’lumat toplamalı və axırda onun haqqında ümumi bir rə’y verməli idilər. Bu hey’ətə Bakının “Monolit” binasında yaşayan yerli rus əsilli bir tarixçi də var idi. O, nəql etdi ki, onlar qocaman adamlardan, keçmiş hadisələrin canlı şahidlərindən mə’lumat topladılar. Məsəl üçün, bir müsəlman danışdı ki Andronikin silahlı dəstəsi onun bütün ailəsini öldürmüşdü. Başqa bir şahid, bir müsəlman arvadı dedi ki, Andronikin adamları xançalla onun döşlərini kəsmişdilər. Bu sayaq çoxlu dəlil topladıqdan sonra tarixçilər ümumi bir rə’yə gəldilər ki, Andronikin şanına heykəl düzəldib, onu şəhər meydanında ucaldmaq yaxşı bir fikir deyil. Bu adam bu şərəfə layiq deyil.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin