İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə26/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   23   24   25   26   27   28   29   30   31

Atam mənə danışdı ki, o, bir başqa məhbusun sözü ilə bu cür hərəkət edirdi. O, atama məsləhət etmişdi ki, xalça məsələsini e’tiraf etsən iki il, etməsən daha ağır ittihamlarla on ilə məhkum olunarsan. Stalin vaxtı “xalq düşmanı” kimi ittiham olanlar, adətən, on il iş alırdılar. O, məhbus dedi ki, bu həbsxanaya düşəndən sonra artıq məhkumluk həyatını sürməmiş buradan çıxa bilməzsən.

Atam qalan yerdə yüzə qədər məhbus yerləşdirilmişdi. Barmaqlıqlı pəncərələri şüşələnməmişdi, qara-yağışa açıq idi.

Məhbus həyatının birinci günündə atam özü ilə buxara verilmış kolbasaları gətirmişdi və onları o barmaqlıqlardan asmışdı. Məhbusların havaya çıxmaq saatı gələndə atam hamı ilə birlikdə çölə çıxmışdı. Bir məhbus onlara qoşulmadı və kolbasanın hamısını yemişdi.

Atam hirslənərək onu möhkəm döydü. Sonradan dustaqlar atama dedilər ki, döydüyün o adam Tiflisin tanınmış bir oğrusudur. Bəxtin gətirib ki, həbsxana həyatı onu zəif salıb, elə olmasaydı sən onu döyə bilməzdin.

Həbsxanada bir Türkiyəli məhbus da var idi. O, Almaniyanın xeyrinə cəsusluq etdiyi üçün tutulmuşdu. O, atama Almaniyanın hərbi gücündən, ordusunun texniki təchizindən danışıraq, bu muharibədə almanların ruslara qalib gələcəyinə tə’minat verirdi. Ondan başqa o, sovet həbsxanasındakı vəziyyətdən şikayət edərək, Türkiyə həbsxanalarını tə’rifləyidi. Deyirdi ki, bizim həbsxanalarda sizdə olan kimi dustaq paltarı yoxdur. Orada adam istəsə kostyum, qalstuk geyinib oturar. Dustaqlar istəyəndə özləri üçün şəhər restoranından xörək sifariş edib, gətizdirə bilirlər. O, həmdə, özünün Bursalı olduğundan danışdı. Bu şəhəri çox təriflədi.

Başqa bir hücrədə ölümə məhkum olunmuşlar saxlanılırdı. Oradan dəhşətli səslər gəlir, nalələr səslənirdi. Oradakılar ölüm qorxusundan səhərə qədər bar-bar bağırırdılar. Cavan oğlanların saçları bir qecəyə ağappaq olurdu.

Həbsxanada atamı narahat edən şey həm də dustaqların bir-birini ağır söyüşlə söymələri idi.

İki il keçdi. Buraxılanda atam həbsxanada saxlanılan ona məxsus iki min manat pulu alır. Qatarda gedəndə o pulu onun dal cibindən çəkirlər. Atam o pulun oğurlanmasından çox pərişan olmuşdu. Onunla birlikdə həbsxanadan buraxılan bir bakılı zərgar isə ona ürək dirək verərək dedi, özünü darıxdırma, işləyib, o pulu yenə qazanarsan. Zərgar atamın sakitləşmədiyini görəndə cibindən beş min pul çıxardıb, iki minini atama hədiyə edir. Dedi, götür bu pulu, ancaq qanımızı qaraltma. Axı, biz bu gün azad olmuşuq. Atam pulu götürüb cibinə qoyur, sakitləşir.

Atamın o vaxtlarda çəkdirdiyi şəkli var, sifətdən çox arıqlamışdı. Həbsxanada aclıqdan o qədər zəifləmişdi ki, yerindən qalxmağa belə gücü olmurdu. Əvvəlcə başını yerə əyirdi və ancaq qan başına axandan sonra ayaq üstünə qalxa bilirdi. Buraxılandan sonra həkimə gedib arayış almaq istəyirdi ki, məhbəs işçiləri onu dəfələrlə döymüşdülər. Lakin həkim arayış vermədi, dedi ki, mən sizdə heç bir zədə yeri görmürəm. Görünür ki, orada sizi iz buraxılmasın deyə qarnınızdan vurub, döyürdülər.

Partiyadan çıxardıldığına görə o, çox çətinliklər çəkdi. Özünə layiqli bir iş tapa bilmirdi. Hər-harada işləyirdisə onu orada çox incidirdilər, zülm edirdilər. O vaxtı o cür adamlara çox pis baxırdılar.

Birinci arvadı uşaq doğa bilmədiyinə görə ondan boşandı və mənim anamı aldı. Üç otaqlıq mənzil isə o arvada qaldı. Hər şeyə rəğmən onun hələ bir neçə nüfuzlu dostları qalmışdı. O, Mərkəzi Komitədən bir kağız almışdı. Orada ev bölüşdürmə idarəsinin müdürünə göstəriş verilmişdi ki, bu adam şəhərin mərkəzində yaxşı iki otaqlı mənzillə tə’min olunsun. Kağızı oxuyandan sonra müdür atama acıqla dedi, sənə yalnız bir otaqlı mənzil verə bilərəm. Atam e’tiraz etdi ki, kağızda iki otaqlı ev yazılıb. Onda, mə’mur qışqırdı, bəs sən nə istəyirdin, üç gündən bir arvad alıb boşayacaqsan və hökumət də hər dəfə səni mənzillə tə’min edəcək? Mən sənə iki otaqlı mənzil verməyəcəyəm, get kimə istəyirsən şikayət elə!

Atam naçar qalıb bir otağa razı oldu. Bu yəhudi müdir o idarədə otuz ildən artıq işlədi. Onun apardığı mənzil bölüşdürmə siyasətinə görə mərkəzdə yerləşən evlərdə, şəhərin ən abad yerində, yalnız ermənilər və yəhudilər yaşaya bilərdilər.

Stalin öləndən sonra ölkədə siyasi ab-hava dəyişməyə başladı. Ona gərə 1956-da atam partiya üzvlüyünü bərpa etmək üçün Moskvaya getdi. Məni də yanında götürmüşdü. Mənim onda beş yaşım var idi. Görünür atamın uşağını yanınca götürməsində niyyəti paytaxt mə’murlarının ürəyini yumşaltmaq və sonra müsbət bir cavab almaq idi.

Məni, Kremlin yaxınınlığında yerləşən Mərkəzi Komitə binasının birinci mərtəbəsində qoyub, yuxarı çıxdı. Brejnevin kabinetində onunla yarım saat ərzində söhbət etdi. Brejnev o vaxt hələ dövlətin birinci adamı olmasa da, amma partiyanın mə’sul bir işçisi idi. Atam Brejnevə onun ailəli olduğunu, Moskvaya oğlu ilə birlikdə gəldiyini bildirdi. Sonra həbsxanada onun başına gəldiyi işlərdən, həbsxanadakı pis vəziyyətdən danışdı. Atam bunu danışdıqca Brejnev gülüb-dururdu. Sonralarda atam həmişə deyirdi ki, Brejnevin gülməsinin səbəbini başa düşmədim. Halbuki, Brejnev gülməyib, nə etməli idi? Axı elə çıxırdı ki, atam hökumətdən hökumətə şikayət edirdi.

Moskvada mehmanxanada qalırdıq, restoranlarda yemək yeyirdik. Bir dəfə restoranda bir rus qeneralı ilə bir stol arxasında oturmuşduğ. General atamı tənbeh edib dedi, sən oturub tıxırsan, uşağın isə durub sənə baxır. Atam dedi ki, bu az yeyən uşaqdır. Qeneral onun sözünə inanmadı. Cürbəcür dadlı təamlar, şirniyyat sifariş etdirib, mənim qabağıma düzdürdü. Mən, atamı pərt etməmək üçün o iştah doğuran yeməklərin heç birini yemədim.

Başqa gün Qızıl Meydanda balaca uşaqların əllərində apardıqları gəşəng hədiyyə qutularını gördüm. Atamdan o qutulardan birini mənə də almasını istədim. Öyrəndik ki, o yeni il hədiyyə qutuları Kremldə uşaqlar üçün təşkil olunmuş şənliklərdə paylanılırdı. O şənliklərə ancaq də’vətnaməsi olan uşaqlar buraxılırdı. Də’vətnaməni əldə etmək üçün respublikanın nümayəndəliyinə getdik. Fəqət onlar artıq qurtarmışdı, amma orada mənə o hədiyə qutularından birini verdilər. İçində mandarinlər və cürbəcür şirniyyat var idi.

Biz, nə iş üçünsə Kremlə də getmışdik. Orada olanda mənim qarnım ağrımağa başladı. Atam Kremlin bir əsgərindən soruşdu ki, uşağın qarnı ağrıdı, buralarda yaxında tualet varmı? Cavab verdi ki, xeyr, yoxdur. Sonra bir az fikirləşıb dedi, uşağı o tikinti qedən yerə apar. Mən o taxta hasarın arxasında bayıra getdim. Atam da ətrafına baxandan sonra, işədi.

Bakıya gələndən sonra atam hamıya danışırdı ki, Azər həttə Kremlin içində bayıra gedib. Amma mən deyəndən sonra ki, sən də orada işəmişdin atam daha bu məsələ barəsində danışmağı buraxdı.

Nahəyət cavab gəldi ki, atamın partiya üzvlüyü bərpa edildi. Həyatının bu dövrü onu o dərəcədə yormuşdu ki, təzədən partiyalı olandan sonra dərhal təqaüdə çıxdı. 120 manat fərdi təqəüdçü pulu alırdı. O vaxt bu çox böyük bir pul sayılırdı. Bundan belə çıxır ki, bizim ailə özünün yaxşı maddi vəziyyətinə görə Brejnevin mərhəmətinə, atamın müraciətinə müsbət cavab verməsinə borcludur.

Təqaüdə çıxandan sonra atam ara-sıra Qaqranın, Kislovodskinin istirahət evlərində dincəlirdi. “Kazbek” papiroslarını çəkirdi. Bizim evdə tə’mir işlərini aparan rus usta, atama dedi ki, görünür sizin pulunuz çoxdur. Bu bahalı papirosu yalnız sovetin böyük, vəzifəli adamları çəkirlər.

İçəri şəhərdə, Qoşa qala qapsı tərəfdə bir bərbərxana vardı. Orada Qurgen adında bir erməni usta işləyirdi. Atam üzünü həmişə ona qırxdırırdı.

Bir gün Nizami kinoteatrın qabağında gəzişəndə yanımızdan bir kişi keçdi. Atam mənə onu göstərib dedi ki, bu kişi şair Əlağa Vahiddir. Hər haçan ona rastlaşırsan, görürsən ki, keflidir.

Bakıda Hökumət Evinin binasında Qafqazın köhnə kommunistlərinın yığıncağını təşkil etmişdilər. Atam da ora getmişdi. Orada Tiflisdə birlikdə oxuduğu universitet yoldaşlarını görür. Evə çox pərişan olmuş bir halda qayıtmışdı. Orada rast gəldiyi bu yoldaşlarının hamısının hələ də yüksək vəzifələr tutduqlarını, işlədiklərini öyrənəndə onun qanı bərk qaralmışdı.

Birlikdə Nügədi kəndinə getmişdik, O, çay qırağındakı köhnə qəbristanlığda atasının qəbrini axtardı. Ancaq tapa bilmədi və bundan çox pərişan oldu.

O, vaxtı ilə yüksək dövlət vəzifələri tutduğu üçün kənddə hamı ona çox hörmətlə yanaşırdı. O, hər dəfə kəndə gələndə bütün kənd onu qarşılamağa çıxırdı. Görünür ki, o kənddən hələ heç kəs o səviyyəyə qalxmamışdı, bu cür böyük vəzifə almamışdı. Buna oxşar rəftar hətta o, təqaüdə çıxandan sonra da davam edirdi.

Atamın kənddəki evində ailəsi ilə birlikdə qardaşı oğlu yaşayırdı. Bir dəfə kolxoz sədri atama bir sənəd göstərdi və dedi ki, bu adam kağız düzəltdirərək bu evin ona məxsus olduğunu sübut etməyə çalışıb. Bu kağızı cırın və evinizə yiyə durun. Atam razı olmadı, qoy yaşasın, eybi yoxdur, dedi.

Onda, sədr atama dedi ki, sizə kənddə bir sahə yer ayıracağam, tikinti üçün hər nə lazımdır, daş, ağac, fəhlə verib ev tikdirəcəyəm. Gəlin kənddə o evdə yaşayın. Atam Bakıda mənə dedi, istədiyin bir ev şəkli çək ki, fəhlələr ona əsasən bir ev tiksinlər. Mən kağızda cızma-qara etdim. Nədənsə evin pəncərələrinin yumru olmasını istəyirdim. Ancaq sonradan bu fikirdən daşındıq, çünki kənd evinə baxmaq çətindir, kənd evi çox zəhmət tələb edir.

Bizim əksər əhalinin xasiyyətində biclik var. Bunlardan fərqli olaraq atamın bicliyi yox idi. Təmiz adam olub. Hesabda da, doğru-dürüst. Kinli, paxıl, hiyləgər adam olmayıb. Şəhrətpərəst, pul hərisi, tamahkar olmayıb. Özgəsinin də malına gözünü tikmirdi.

Atamın şəxsi kitabxanasında: Leninin əsərləri, qırx cild, Karl Marksın “Kapital”ı və Tolstoyun “Hərb və sülh” tərcümə kitabının birinci cildi var idi. Soruşdum ki, bəs nə üçün ikinci cildi yoxdur? Dedi, bu əsərdə çoxlu sayda rus adları məni çaş-baş etmişdi, axıracan oxuya bilmədim və ikinci cildi sifariş etmədim. Sonralarda Leninin kitablarını ikinci əl kitab dükanına aparmaq istədim. Oranın yəhudi müdirü dedi ki, onlar bizdə var. Neçə ildir mağazada qalıb, alan yoxdur. Onda mən onları aparıb zibil qutusuna atdım.

Atam həmişə mənə deyirdi ki, dərsliklərini oxu, başqa kitab oxuma. Mən də bu cür etmişəm və həyatda hər şeyə nail olmuşam, vəzifələrim olub. Ancaq əlbətdə ki, onun bu nəsihəti düzgün deyil. O, bunu öz həyat təcrübəsinə əsasən deyib.

Atam hər gün hava almağa dəniz sahilinə gedirdi, orada başqa təqaüdçülərlə otururdu. O, dəniz sahilindən evə qayıdanda hər dəfə bir-neçə maraqlı və məzəli lətifə danışırdı. Hamısı Məzair adında bir adamdan eşitdiyi hekayələr idi. Onlar müasir deyil, keçmiş əyyama aid hikmətli lətifələr, təmsillər idi. Məzair inqilabdan qabaq qimnaziyada oxuyubmuş. O, həm də şəhərdə böyümüş adam olduğundan atamdan qat-qat bilikli, daha məlumatlı bir adam idi. Axı atam kənd yerində böyümüş, ilqilabdan əvvəlki dövrün yalnız 10-12 ilini görmüşdü. Onun müsəlman mədəniyyəti, tarixi və dini haqqında çox az məlumatı var idi. Mən bir dəfə atama dedim ki, məni o kişinin yanına apar. Onun söhbətlərinə qulaq asmaq istəyirəm. Atam dedi Məzairə bir “Qızıl açar” mampasısını versən sənin üçün səhərdən axşama qədər cürbəcür lətifələr danışar.

Atam öləndən sonra Məzairi bir dəfə küçədə görmüşdüm. O, çox qocalmış və arıqlamışdı. İstədim ona salam verim və sonra bir kilo mampası alıb, danışdırım. Ancaq nədənsə etmədim.

Atam, bir dəfə mənə demişdi ki, komunistlər ömürləri boyu dinsiz olurlar, amma ölüm qapısında birdən dindar olurlar.

Atam qocalanda haldan düşdü, bir müddət xəstə oldu. Mən indi çox heyfslənirəm ki, ona qarşı olan övaldlıq borcumu yetərincə ödəyə bilmədim, xəstə olanda ona yaxşı qulluq edə bilmədim. Halbuki bu həyatda mənim ondan daha yaxın adamım olmayıb.

Atam, mən şəhərdə olmayanda 1972-ci ilin avqustun 10-da Bakıda vəfat etdi. O, Çəmbərəkənd qəbirsanlığında dəfn olundu. Lakin, məndən asılı olmayan bə’zi səbəblərə görə onun qəbrinin yerini bilmirəm.

ALMANİYA
Alman zəhmətkeş olur. Bu səbəbdən Almaniya abad və rifahlı bir yerdir. Almanlar zəhmətkeş olduğları üçün ölkələrində tox və firavan həyat sürürlər. Bu tayfa qayda-qanun sevib, cəmiyyətdə qəbul olunmuş bütün qaydalara riayyət edir. Bütün alman cəmiyyəti vəhdət şəkildə saat kimi işləyir. Çox dəqiq adamdırlar.

Almaniyada və İngiltərə kimi yerlərdə yaşayanda anladım ki, bu ölkələr güclü iqtisadiyyata qənaətkarlıq hesabına nail olunmuşlar. Oraların iqtisadiyyatı, hər şeyi qənaət üzərində qurulub. Anladım ki, qənaət olmayan yerdə, iqtisadiyyat olmaz. Başqa sözlə desək, qənaət üzərində qurulan iqtisadiyyat uğurlu olur. Düzgün ailə büdcəsi də qənaət üzərində qurulmalıdır. Atasından çox böyük bir miras qalmış olsa da, əgər oğul, qanaət etməsə, qısa bir zamandan sonra o var-dövlətdən heçnə qalmaz. Başqa sözlə -- iqtisadiyyat hesab üzərində qurulub. Hesab bilməyən adam varlana bilməz. Hər qəpiyi qüdən, bunu bacaran adam axırda mütləq varlanır.

Almaniyada yay isti keçir. Böyük mehmanxanalar və böyük şirkət idarələri hesaba alınmasa, orada heç bir evdə kondisioner yoxdur; mən görmədim. Bir almandan bunun səbəbini soruşanda cavab verdi ki, sən nə danışırsan, gərək millionçu olasan ki, kondisionerin aylıq elektrik pulunu ödəyə biləsən. Bakıya gələndən sonra bunu bizim vətəndaşlara danışdımsa da, heç kəs inanmadı. Dedilər yalan deyirsən, bu ola bilməz. Bu necə ola bilər ki, Almaniya dünyanın ən dövlətli lkələrindən biri olduğu halda oranın adamları isti havada kondisioner alıb işlədə bilmirlər?!

Almanyanın kənd yollarında toz olmur. Orada olanda, bir gün küçədə asfaltı qırıb, yer qazan balaca boyda bir maşın gördüm. O, qazıntı işindən toz əmələ gəldi. Ağlıma gəldi ki, ilk dəfədir ki, Almaniyada toz görürəm. Mehmanxanama çatanda orada yaşayan ruslara dedim ki, fikir vermisiniz mi ki, Almayiyada heç toz olmur? Onlar da bunu təsdiq etdilər.

Bizdə kənd yerlərində bir maşın keçdimi, toz havaya qalxır. Alman yollarında isə toz görsənmir. Bunun səbəbini anlamaq istədim.

Məncə bunun səbəbi ondadır ki, başqa ölkələrdən fərqli olaraq, Almaniyada istifadə olunmamış, bir şey əkilməmiş torpaq tapmaq mümkün deyil. Bütün torpaq sahələri istifadə edilir, gəlir əldə olunur. Şəhər kənarı maşın yollarının hər iki tərəfində yerləşən əkin sahələrinin bir santimetrini belə boş qoymurlar. Hər hansı bir tarlanın və asfalt yolun arasında bir barmaq enində belə boş yer qoymurlar. Taxılbiçən maşının bugdanı və ya arpanı biçməsinə baxanda, onun arasıkəsilməz maşın axını gedən yola yaxınlaşdığını görəndə adama elə gəlir ki, bunlar axırda toqquşacaqlar. Ancaq ehtiyatlı sürücü həm buna yol vermir, həm də axırıncı buğda qıçasını biçməyincə geriyə gedmir.

Alman ailələr özləri kənd təsərrüfatı ilə məşğul olmayanda da torpaq sahələrinin daima istifadə olunmasına çalışırlar, yaşadıqları ev yanı sahələrini kiməsə icarəyə verirlər. Bu sahələrdə də bir barmaq enində yer belə boş, əkilməmiş şəkildə qalmır. Oranın biçilmə işinə də duraraq təəcüblə baxırdım ki, görüm taxılbiçən maşın buğdanı, arpanı biçə-biçə gedəndə evə toxunacaq ya yox. Məharətli sürücü burada da həm evə toxunmur, həm də ki biçilməmiş bir şey qoymur. Elə bu səbəbə Almaniyada toz olmur, yə’ni ki bütün torpaq əkinti ilə bərkidilib.

Kənar yerdə yerləşən mehmanxanada yaşayanda, binanın yaxınındakı tarlaya zərərvericilərə qarşı istifadə olunun kimyavi dərmanlar səpiləndə evdən qaçırdım, axşama qədər şəhərdə, küçələrdə fırlanırdım. Çünki o dərmanın boğucu qoxusuna durmaq olmurdu.

Yollardakı arası kəsilməyən maşın axınından əmələ gələn qazlar, zəhərlər isə ətrafdakı buğda tarlalarındakı bitkilərin üstünə enirdi.

Almanlar bir ailəlik, bir-iki mərtəbəli şəxsi evlərdə yaşamağa üstünlük verirlər. Bu mülklər də şəhər ətrafında, yaşıllıqlar arasında yerləşir.

Almanyada təəcüb doğuran çox şey gördüm. Məsəl üçün alman avtobuslarının necə işləməsi kimi şeylər. Alman avtobus sürücüləri bizim sürücülərin etdiklərinin tam tərsini edirlər. Onların avtobusları çox dəqiq bir şəkildə, saat kimi işləyirlər.

Bakının sərnişinləri, adətən, dayanacaqlarda intizarlarla yola baxıb, uzaqda avtobusun görünüb-görsənməsini bilmək istəyirlər. Şürücü sərnişin mindirmək üçün avtubusu harada gəlsə saxlayır. Almanyada isə avtobus hərəkət cədvəlinə görə işləyir. Dayanacaqda asılan cədvələ baxıb öyrənirsən ki, avtobus, məsəl üçün, səhər saat doqquz, on iki dəqiqədə bu dayayanacağa çatacaq. Elə belə də olur, dəqiqəbadəqiqə gəlır. Adam bu cədvələ, almanların hər işi dəqiqlikdə icra etmələrinə, inanır ki, daha yola baxmağa ehtiyac görməyib, elə saata baxır. Məsəl üçün, saat doqquz on iki dəqiqəni göstərəndə təəcüb edirsən ki, bəs avtobus harada qaldı. Və birdən onun kəskin bir şəkildə tormozlayıb, qarşında peyda olmasından diksinib, təəcüb edirsən ki, bu avtobus göydənmi düşdü, axı iki saniyə bundan qabaq yola nəzər atmışdım və avtobusu görməmişdim. Avtobus qapılarının açılıb və örtülməsi saniyələr çəkir. Becid olmasan sürüb, qedəcək. Ona görə yerdə bir zolaq çəkilir ki, o da avtobusun qabaq qapısının yerini göstərir, gərək orada durasan ki, daxil olmağa macal tapasan. Çünkü sürücü o biri dayanacağa vaxtında çatmağa çalışır. Ona görə əgər bu qoca adam, uşaq, hamilə qadın olsa belə, lənq tərpənsə avtobus onu gözləməyəcək. Bizimkilər buna düzgün qiymət verməyib deyəcəklər ki, alman sürücülərin bizimkilərdən fərqli olaraq insafı yoxdur. Mən isə bununla razı deyiləm. Almaniyada, bizdən fərqli olaraq qanun-qayda var və bütün əhali buna riayət etməyə çalışır. Bu səbəbdən almanlar sakit olurlar, həyatları sakit və təlatümsüz keçir. Hər şey düzgün işləyəndə daha əsəbləşmirsən, səni narahat edən şeylər olmur.

Almanlar marş musiqisini, yə’ni ki, hərbi musiqini çox sevirlər, dəlicəsinə. Televiziyada il boyu, hər gün saatlarla bu cür musiqini çalıb dururlar. Bu da heyratamiz bir haldır. Televiziyada hər gün məclislər qurulur, yaşlı və cavan orada oturub, bir-birinin ardınca meydana girən hərbiçilərin, polislərin, dənizçilərin, yanğın söndürənlərin və məktəblilərin dumbulla, şeypurla marş çalmalarına qulaq asa-asa əl çalırlar. Elə bu axırıncı məsələyə də təəcüb edib, fikirləşirsən bəs, saatlarla əl çalmaqdan bunların əli ağrımırmı?

Bir dəfə bir avtomus dayanacağında uzanıb yatan nimdaş paltar geyinmiş bir alman avarasını gördüm. Çox təəcübləndim. Çünki bu, Almaniya üçün qeyri-adi bir haldır. Almanlar avaraları, işləməyən adamları sevmirlər. Alman olasan, ancaq işləməyəsən?!

Rus tanışlarım şəhərin başqa bir tərəfindəki afrikalı qaçqınların yaşadıqları beş mərtəbəli bir yataqxanadan danışdılar. Dedilər ki, oranın qarşısında daima zənci gəncləri durur. İş qurtarandan sonra isə bir sürü alman qızı özlərinə bir gecəlik məşuq tapmaq üçün ora gəlirdilər. Eləcə, maşının içindən ürəklərinə yatan zənciləri barmaqla, işarə ilə çağırırdılar. Maşınlarına mindirib evlərinə aparırdılar.

Bir nəfər alman kişisini utandırmaq istədim. Dedim, alman qızları zənciləri şox sevirlər. Lakin, o, mənim bunu rişhəndlə söylədiyimi anlamadı və dedi ki, sevəcəklər də, bəs necə, zənci kişisi bir sevgili kimi ağ adamdan daha davamlı və güclü olur.

Bir dəfə əlim belimdə, bələcə dururdum ki, fikrimə bir şey gəldi. Mehmanxanama girib bir belorusdan soruşdum, əli belinə qoyub duran almanı görmüsənmi? O, gülüb təsdiq etdi ki, yox, görməmişəm. Bir dəfə o qonaq evinin sahibi məni əlim belimdə duran görüb hirsli bir şəkildə dedi, buraya əlin belində durmağa mı gəlmisən, nə üçün bizim kimi edib, işləməyirsən? Sən deyəsən böyük adamsan, ağasan?!

Almaniyanın karxanalarında işləyənlər danışırlar ki, alman sahibkarlar onları boş durmağa, siqaret çəkməyə belə qoymurlar. Deyəndə ki, işin hamısını görmüşəm, onda alman ona hansısa bir təzə iş tapır. Məsələn, süpürğəni verib deyir, buraları süpür, mən sənə pulu boş durmaq üçün vermirəm, səkkiz saatın səkkizini də işləməlisən, bur dəqiqə belə boş durma.

Sonralarda, bir dəfə Amsterdam şəhərinin qəhvəxanasında İsrailli bir yəhudi oğlan ilə yanaşı oturmuşdum. Almanlardan söz düşəndə o, gülərək dedi ki, alman dilində “yavaş-yavaş” sözü yoxdur, ancaq “tez-tez” sözü var. Yə’ni ki, o, demək istəyirdi ki, alman sahibkar, bir qayda olaraq, fəhləyə qışqıraraq “şneler-şneler” deməyi xoşlayır. Mən isə dedim, axı alman dilində “lanqsam” (yavaş) sözü də var. O dedi, almanların o sözü işlətməsini eşitmisənmi?! Yox, dedim.

Yəhudi buna əlavə etdi, biz yəhudilər qazanc dalınca qaçırıq ki, pul qazanaq və sonra o pulu xərcləyib kefə baxaq. Fəqət, bu səfeh almanlara heç pul da lazım deyil, eləcə işləməkdən zövq alırlar.

Bir alman polisi ilə söhbət edəndə o, mənə dedi ki, Almaniyada həbs olunmaq müşkül bir işdir. Yə’ni ki, Amerka ilə müqayisədə. Almanyanın polisi hesab edir ki, adamı həbsxanada saxlamaq dövlətə çox baha başa gəlir. Buna görə xırda qanun pozuntusuna görə adamı həbs etməyib, ondan cərimə alırlar. Eşitmişdim ki, bir alman küçədə başqa almana bir şillə vurmuşdu. Vuranı tutmadılar, amma ondan üç min alman markası məbləğində cərimə pulu aldılar. Bir 18 yaşlı kürd oğlan gürurlanaraq, fəhrlə dedi, inanırsanmı ki, alman polis nəfərinə bir şillə vurmuşdum. Soruşdum, bəs nə oldu, həbs olundunmu? Yox, dedi, həbs etmədilər, ancaq atam beş min alman markası cərimə pulu ödədi.

Berlində “Kroytsberq” adlanan böyük bir məhəllə var ki, sakinlərinin tamamı türklərdir. Ora düşəndə özünü İstanbulda olan kimi hiss edirsən.

O məhəllədə bir məscidə girəndə sağ tərəfdə sovetin Qırmızı güşəsininə oxşar bir yer gördüm. Sovetin bu cür güşəsi adətən Leninin, Marksın şəkilləri ilə bəzəndiyi halda, bura Mustafa Kəmalın şəkilləri ilə süslənmişdi. Oranın mollası kürd idi. Soruşdum ki, bu necə işdir? Axı bu şəkillər məscid üçün heç də münasib olmayan şeylərdir. Fikirləşdim ki, din düşmanı olan bu adamın şəkillərini nə səbəbdən burada divara vurublar? Molla mənim nə düşündüyümü anladı və dedi ki, biz burada bu güşəni öz xoşumuzla qurmamışıq, buna məcbur edilmişik. Türkiyə hökuməti bu məscidi dövlət hesabına tikib bizə verib. Ancaq bir şərtlə ki, biz burada dünyavi cümhuriyyətin banisinin şərəfinə bir güşə yaradaq.

Mən o molla ilə yarım saat oturub söhbət etdim. Ondan öyrəndim ki, Almanyanın hansısa bir şəhərində bir sufi təriqəti fəaliyyət göstərir və onun başçısı “Adıyamanlı şeyxin albayıdır”. Hər ehtimala görə onların o şəhərdəki ünvanlarını götürdüm. Sufi təriqətlər cümhuriyyət dövründə gədağan olunduğuna görə onlar failiyyətlərini Almaniya kimi xarıcı ölkələrdə aparırlar.

Məsciddən çox fikirli bir halda çıxdım və ətrafıma baxıb müsəlmanları görəndə özümü doğma şəhərimdə, Bakıda olduğumu zənn etdim. Çaşıb qalmışdım, fikirləşırdim, bəs bura haradır, bəs evimiz hansı tərəfdədir? Bura görünüşünə görə “Basin küçəsinə” oxşayır. Sonra, birdən mənə çatdı ki, yad bir yerdə, Berlindəyəm.

Berlində bir rus səyyahla tanış olmuşdum. O, dedi, Berlinə Amsterdamdan gəldim. Hollandiya bizim sovet adamlarının təsəvvür etdiyinə oxşar bir kapitalist ölkəsidir. Halbuki, Almaniya özünün bir çox xüsusiyyətlərinə görə mənə daha çox sosialist ölkəsini xatırladır.

Almaniyanın çimərliklərində gənclər çox halda tumançağ çimirlər, bu orada qanunidir. İctimayi hovuzlarda da cavan qızlar döşləri açıq şəkildə üzdüklərini görmüşdüm. Saunalar da ümumidir, kişi, arvad, uşaq, hamısı isti otaqlarda tam çılpaq durur. Sonra da ümumi duşlarda yuyunurlar. Yalnız paltar dəyişmə otaqları və ayaqyolları cinsə görə ayrı-ayrıdır. Orada oğlanın, qızlara sataşması halları olmur. Almanlar bu cür lüt olma işini təbii və sağlam bir şey sayırlar.

Almanlar da ingilislər kimi zəncilərdən qorxurlar. Almaniyada qaraların sayı Fransa və İngiltərədəki kimi çox deyil. Almanlar bu gəlmə zəncilərə qarşı yaxşı rəftar göstərib, onları yola verməyə çalışırlar. Çünki, irqçilikdə ittiham olunmaq, “faşist” adlandırılmaq istəmirlər.

Bir dəfə Berlinin metrosunda yol kartımın vaxtı keçdiyinə görə, cərimə olunmaq istəndim (70 marka). Bu xoşumə gəlmədi, vaqondakı almanlara üz tutub bərkdən dedim sizlər, almanlar hamıniz faşistsiniz. Mən burada çox qalmayacağam, imkan tapıb Amerikaya gedəcəyəm. Məni cərimə etmək istəyən adam isə mənim bu sözümə acığı tutmadı, əksinə gülərək, dedi, məgər biz səni zorla tutub saxlamışıq, hara gedirsən, get!

Məni vaqondan düşürtdülər ki, get xəzinədən bilet al, gəl. Bir alman rahibəsi, yaşlı arvad öz puluna mənə bilet alıb verdi. Başqa bir alman pul kisəmdə çoxlu pul olduğunu görəndə məni almanca məzəmmət etməyə başladı. Dedi ki, səndə bu qədər çox pul var ikən, kasıb bir rahibədən pul almağa heç utanmadınmı?


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin