İslam səNƏTİ azər miRZƏBƏY



Yüklə 0,66 Mb.
səhifə28/31
tarix07.01.2017
ölçüsü0,66 Mb.
#4528
1   ...   23   24   25   26   27   28   29   30   31

Ümumiyyətlə, İngiltərədə qızlar da zənci aşnaları, ərləri ilə fəhr edirlər, onlarla öyünərək, zənci aşnaları olmayan qızlara yanıq verirlər. Başqa qızlar isə bunlara baxıb həsəd aparırlar. Orada vəziyyət belədir.

Sabahısı gün qəzetdə oxudum ki, o gün o bayramda üç milion adam iştirak edib. Gözəyarı baxanda anladım ki, ən azı, iki milion ingilis qızının aşnaları və ya ərləri, qaralardır. Amma bu da hələ hamısı deyildi.

İngilisin bir televiziya filmində elə bu məsələrə işarə edilmişdi. Bu məzəli film bir səhnədən ibarət idi. Yarım saat ərzində yorqan altına yatağa girib, oturan iki məşuğu, zəncini və ağ qızı göstərirdilər. Tam başda qız oğlana deyir, zəncilərin cihazı tənəsüli, cinsi aləti nətaraz, uzun olmalıdır, səninki isə o cür deyil. Zənci isə buna cavab verməyib, başqa mövzuya keçir. Qız isə oğlan danışıb qurtarandan sonra hər dəfə təzədən soruşur, axı, nə üçün səninki o cür uzun deyil?! Zənci yenə də onun fikrini bu məsələdən yayındırmaq istəyəndə, başqa mövzuya keçmək istəyəndə və sonra susanda, qız təzədən o sualı təkrar edib durur, ta ki filmin sonuna qədər.

Deməli, ingilislər özləri də belə məsələlərdən aqah olduqda, gülərək bunun üstündən keçmək istəyirlər.

Bir ingilis qızı demişdi ki, biz ingilis qızları çox ehtiraslı oluruq.

Arada ingilis qəzetlərində və televiziyasında maraqlı və məzəli bir hadisə barəsində danışıldı. Qırx yaşlı ərli bir ingilis arvadı Afrikaya səyahət edib, sonra geri qayıdanda özü ilə birlikdə bir gənc zəncini gətirmişdi. Bu gənc isə Masai tayfasına məxsus birisi idi. O, qurşaqdan aşağıya ağ parçadan don geyinmişdi, bədəninin yuxarısı isə açıq idi. Əlində isə uzun nizəsi var idi. Hava limanınin gömrük işçisi dedi ki, İngiltərəyə silah gətirmək olmaz, silahla ölkəyə daxil olmaq gədağandır. Zənci oğlan isə cavab verdi, bu bizim, Masai tayfasının ənənəsidir. Bizim bütün kişilər, evdən çıxanda, hər-hara getsələr yanlarında nizə gəzdirməlidirlər. Axırda gömrük mə’muru ona güzəştə getdi, ölkəyə daxil olmağa icazə verdi. O, sonralarda şəhərdə hər yerdə: avtobusda, küçədə nizə ilə gəzirdi.

Sonra üç uşağı olan bu arvad bəyanat verdi ki, ərindən boşanıb bu Masai gənci ilə evlənmək fikrinə düşüb. Əri və uşaqları isə başqa bəyanat verdilər ki, bu arvadın əhvali pərişandır, gec-tez ağlı başına gələcək və ailəsinə geri qayıdacaq. Jurnalistlər gəncdən soruşanda ki, İngiltərə xoşuna gəldimi? O, yox, cavabını verdi. Dedi, buralar mənim üçün çox soyuqdur, bizim bu milli paltarımızda çox üşüyürəm. Sonunda o arvadı buraxıb, Afrikaya geri qayıtdı.

Bir ingilis belə məsələlərə işarə edərək demişdi, “İngilis qızlarının hərəkət edən hər şeydən xoşları gəlir”.

İngilislərin kişiləri fransız, italiyan kişilərindən fərqli olaraq bahalı, gözəl paltarlar qeyinməyi sevmirlər. Çox nimdaş və səligəsiz paltarlar qeyinirlər. Bunu isə veclərinə belə almırlar. Təzə-təzə gələndə Londonda kasıbı varlılardan ayıra bilmirdim. Gözəl, bahalı paltarlar geyinmiş gəncləri görəndə onları varlı sayırdım və əksinə pis qeyinənləri kasıb sayırdım. Halbuki həqiqi vəziyyət bunun əksi idi. Dəbə uygun bahalı libaslar geyinənlərin hamısı kasıb qaçqınlar idi, yə’ni ki, Şərqi Avropadan, Asiyadan və Afrikadan gələnlər, yöntəmsiz geyinlər isə varlı ingilislər idi. Ingilis kişiləri paltarla öyünmürlər, öyünəndə başqa şeylərlə öyünürlər, məsələn malik olduqları maşınla, qayıqla, evlə və s. İngilislər deyirlər, “Fransızlar var-dövlətlərini əyinlərində gəzdirirlər”. Yə’ni ki, ingilislərdən fərqli olaraq, fransızlar paltarlara həddən artıq pul xərcləyirlər.

Arada bir, İngiltərədə mal-qara arasında “dəli inək xəstəliyi” azarı baş alıb getdi. Xəstə inəklər tələf olurdu. Xəstəliyə tutulmuş inəyin ətini yeyən adama da bu xəstəlik keçəndə, bir müddətdən sonra o, ölürdü. Hamı kimi mən də müəyyən qədər narahat olmağa başladım, ələlhüsus, o səbəbdən ki, bir müddət ərzində ucuz mal əti kalbasasını alıb, qızardıb yemişdim. Deyilənə görə inək ətinin az dəyərli yerlərindən hazırlanan bu kolbasalar daha təhlükəli sayılırdı, bunlardan yoluxmaq qorxusu daha böyük idi. Elə ki beş il ərzində bir-qədər narahat idim, çünki həkimlərin sözünə görə bu xəstəlik beş il adamın canında gizli qalandan sonra özünü birüzə verir.

İngilis hökuməti çarəsiz qalıb belə bir qərara gəldi, göstəriş verdi ki, məcburi bir qaydada, ölkədə olan mal-qaranın tamamı məhv edilsin, cəsədləri isə yandırılsın. Kənd təsərüfatı ilə məşgül olan adamların e’tirazlarına baxmayaraq dövlət özünün bu fikrindən dönmədi, tədbirini içra etdi.

Sonra bu xəstəliyin meydana gəlməsinin səbəbi bəyan edildi. Səbəbi isə ingilis zehniyyatı idi. İngilisin ifrat qənaətçiliyi, pulgirliyi və simicliyi idi. Bilindi ki, ingilis ferma sahibləri gənaət xatirinə ot yeyən heyvan sayılan inəklərin yeminə kəsilmiş mal-qaranın ovulmuş sümüklərini qatırdılar. Ota bə’zən hətta adam əti də qatırdılar. Yə’ni ki ferma saxlayanlar doğum evlərinin zibil yəşiklərindən doğuşdan sonra qalan atılmış göbəkbağılarını yığıb, sonra onları da (nə hikmətləsə) heyvanın yeminə, samanına qatırdılar. Sonralarda, təbiətinə uyuşmayan bu cür qidanı qəbul etdiyinə görə heyvan quduzluq xəstəliyinə tutulurdu, yə’ni ki, “dəli inək xəstəliyi”nə.

O dövrdə ingilislər, bütün əhali lotereya oynanılmasında iştirak etmə “azarına” tutulmuşdu. O vaxt dövlət böyük uduşlu lotereya buraxma qərarını aldı. Birinci oynanılmada gənc, pakistan mənşəli müsəlman ər-arvadın lotereya biletinə 16 milion paund pul uduşu düşdü. Bu ailədə üç uşaq da var idi. Qonşuların sözlərinə görə ər-arvad bir-birlərini çox istəyir, zəhmətkeş olub, bir fabrikdə işləyirdilər. Bu cür varlandıqlarına görə bütün İngiltərə onlara qibtə edirdi. Fəqət, nəhayətdə, İslamda haram sayılan, qumar hesab olunan bu uduş, bu pul onlara bədbəxtçilikdən başqa bir şey gətirmədi və ailə dağıldı. Halbuki, bu ər-arvad və onların uşaqları qabaqlarda, möhkəm bir ailə idi varlı olmadıqlarına rəğmən özlərini xoşbəxt hesab edirdilər.

Bu belə oldu. Arvad pakistanlı qohumlarına bu xoş xəbəri çatdıranda onlar hamısı tökülüb gəldilər və özləri üçün bu uduşdan milionlarla pul pay istədilər. Guya ki, bu, Asiya xalqları arasında qəbul olunmuş bir şeydir, oralarda qohumlar arasında yardımlaşma adətı var. Lakin, əri buna razı olmadı. Onda qohumlar arvadı sıxışdırmağa başladılar. Kişi isə arvadının tə’kidlərinə, dilə tutma cəhdlərinə baxmayaraq onun əqrabasının tələblərini qəbul etmədi.

Bir vaxt keçdi və arvad ərindən icazəsiz banka gedib, dedi ki, mən pul udan kişinin arvadıyam və o pulun iki milyonunu çəkmək istəyirəm. Bank işçisi onun sözünə baxdı və kişinin adına olan hesabdan o pulu ona verdi. Arvad da pulu aparıb qohumlarının arasında bölüşdürdü. Ər bunu eşidəndə, arvadının bu hərəkətinə bərk hirsləndi. Sabahısı gün banka gegib orada qalan on dörd milion pulu çəkir və arvad-uşağını tərk edib, Afrikanın hansısa ölkəsinə qaçır. Beləliklə bu ailə pula görə dağıldı. İllər keçəndən sonra da kişinin haraya getdiyi heç kəsə mə’lum olmadı.

O vaxtlarda yaşadığım yerin, cəmiyyətin ümumi əhval-ruhiyəsi mənə də tə’sir etmişdi, mən də bir qədər bu “lotereya azarına” tutulmuşdum. Xəbərlərdə eşitmişdim ki, bu adam müsəlman heyriyyə cəmiyyətlərinə uduş pulundan məscid tikilişi və sair bu kimi işlər üçün ianə, yardım vermək istəmişdi. Lakin onun bu yardımı qəbul olunmadı, çünki lotereya Şəriətə görə haram bir şey sayılır. Qəzetlərdə o ər-arvadın evlərinin, mülklərinin şəkli var idi, ancaq yeri, ünvanı verilməmişdi. Ona görə mən onların ünvanlarını öyrənməkdən ötrü bir qəzetə, bu məsələ barəsində məqalə yazmış jurnalistə zəng vurdum. Lakin o dedi ki, o “oğlanın” ünvanını verə bilmərəm, çünki bu qanunsuz bir iş sayılar.

Mən o vaxt Londonda “Batini elmlər cəmiyyəti” adında dini bir təşkilat qurmuşdum ki, onun failliyəti üçün pul axtarışında idim. Əlverişli imkandan istifadə edib bu pakistanlıya müraciət etmək istədim. Deyəcəydim ki, ilahiyyətçilərə görə bu pul haram yolu ilə əldə olunan bir şey sayılır. Amma mən, onlardan fərqli olaraq sizin bu cür maddi yardımınızı qəbul edə bilərəm. O pulu mənim dini təşkilatıma verin. Fikirləşdim ki, o pulu alıb xeyir işlərə xərcləsəm, bu işlərin savabı, günahını üstələyər.

Buna oxşar başqa çoxlu maraqlı əhvalatlar barəsində eşitmişdim. Məsələn, lotereya uduşu üstündə bir cavan oğlan nənəsini məhkəməyə vermişdi. Başqa hekayayə görə bir maşın mexaniki on miliondan artıq pul udandan sonra, sabahısı gün işdən çıxır. Bədxərclik etdiyi üçün iki ildən sonra o puldan heçnə qalmır. Onda, əlacsız qalıb təzədən gedib əvvəki iş yerində işə düzəlir.

Bir zənci isə on iki milion pul udur. O da o saat bədxərclik etməyə başlayır, bir neçə bahalı ev, 10-15 dənə bahalı maşın alır. İki ildən sonra, pulu qurtarır və borca girir. Borclarını qaytarmaq üçün məcbur olur ki, gedib tiryək alveri ilə məşğul olsun. Və, axırda, tutulur.

Üç yoldaş bankda işləyirdilər. Biri bir-neçə milion pul udanda, o biri ikisi onu məhkəməyə verdilər. İttiham edib, dedilər ki, bizə söz vermişdi, əgər onun lotereya biletinə uduş düşərsə, o pulu bizimlə bölüşəcək. Udan adam isə bunu yalan adlandırıb, təqzib edir. Hakim onları haqlı saydı, pulun üçünün arasında tən bölünməsini tələb etdi. Axı onlar iki nəfər idilər və onların şahidliyi qəbul olundu.

Bir dəfə Londonun mərkəzi məscidinə gedəndə, oranın müdiri ilə söhbət etdim. O, mənə Məğrib ölkələrinin adətlərinə müvafiq olaraq nanəli bir çay ikram etdi. Sonra, Bakıdan gəldiyimi eşidəndə Əbülfəz Elçibəydən söz açdı. Dedi ki, bu dövlət başçısı Londona səfər etməli idi. Elçibəyin adamları bizimlə əlaqəyə girib, dedilər ki, o, Londonda olanda bizim məscidə də gələcək. Biz onu qarşılamaq üçün hazırlığ gördük, fəqət, Bakıda dövlət çevrilişi baş verdiyinə görə bu səfər baş tutmadı.

İngilislər həm də “Diana sevgisinə” də tutulmuşlar ki, bu da bir azara, ümumxalq həstəliyə çevrilib. Diana, bilindiyi kimi vəliəhd Çarlzın arvadı olub. Lakın Çarlz çox ciddi, hər hərəkətini ölçüb-biçən, məs’uliyyətli bir adam olduğundan Britaniya əhalisi, geniş xalq kütləsi onu yaxşı qəbul etmirdi, onun əvəzinə Diananı sevib, bəyənirdi. Diana isə öz hərəkətləri, çılqınlığı ilə elə bil ki, Britaniya padşahlıq quruluşunun çökməsini arzulayırdı, bu işi gerçəkləşdirmək istəyirdi.

Mənim isə vəliəhd Çarlzdan xoşum gəlirdi. Sadə və təvazökar adam olduğuna görə. Diana isə bunun əksinə həyat boyu artistlik edib, dururdu. O, özünü teatr səhnəsindəki bir artist kimi aparırdı, əri ilə özü arasındakı gedən hadisələrdən bütün dünyanı xəbərdar etməyə çalışırdı, hamının ona tamaşa etməsini, onun sifətində yaranan üz ifadəsinə baxıb, onun daxili duyğularından aqah olmasını istəyirdi. Onun işi-sənəti hər vaxt, hər yerdə daima fotokameralar qarşısında olmaq idi. Elə ki sarayda baş verən hadisələr, əri ilə onun arasındakı məsələr rəiyyətin dilindən düşmürdü. Əhali bu saray hadısələrinə uzun braziliya seriallarına baxan kimi tamaşa edirdi.

İngiltərənin bütün məcmuələrinin üz cildində gərək, mütləq bir şəkildə, bu arvadın fotosu olaydı, ən azı, heç olmazsa bir küncündə. Məcmuənin sahibləri deyirdilər, biz bu nəşrləri üz qabığındakı bu şəkillər hesabına camaata sata bilirik. Bir dəfə birisini aldım və vərəqləyəndən sonra mə’yus oldum. Çünki məcmuənin yarısından çoxu, altmış səhifəsi Dianaya həsr olunmuşdu, daha doğrusu onun libaslarına. Orada onun iki yüz sayda olan çeşidli paltarlarının böyük rəngli şəkilləri var idi. Elə bu səbəbdən onun ölməsini arzulayırdım, öz-özümə deyirdim bu arvad ölsə, bəlkə onda ingilis məcmuələri ciddi məsələlərə dair məqalələr dərc etməyə başlayarlar.

Bir dəfə bir qəzetdə Diananın küçədə gəzərkən nimdaş paltar qeyinmiş bir kişi ilə birlikdə çəkilmiş şəkli çıxmışdı. O vaxt bu qadın artıq ərindən boşanmışdı. Bu kişi isə Pakistan əsilli bir İngiltərə sakini idi. Deyilənə görə Diana bu kişiyə vurulmuşdu və ona ərə getmək istəyirdi. Ancaq bir rəfiqəsinin sözünə görə bu işdən vaz keçdi. Rəfiqəsi dedi, əgər sən pakistanlıya ərə getsən ingilis xalqının gözündən düşərsən, bunu eləmə. Axı o cəmiyyətdə, ingilislərin gözündə pakistanlılar, zəncilərdən də aşağı bir pillədə yer tuturlar (yeri düşmüşkən deyim ki, yerli türklər kimi).

Bir dəfə radioda eşitdim ki, Diana Parisdə maşın qəzasında həlak olmuşdu. Boynuma alıram ki, buna sevindim. Yuxarıda yazdığım səbəblərə görə. O günü maraq üçün Diananın qabaqca yaşadığı yerə, Kensinqton sarayına getdim. Sarayın tunc hasırının qarşısına, yerə Diana aşiqləri tərəfindən külli miqdarda gül-çiçək qoyulmuşdu. O günü yəqin ki, London sakinlərinin yarısı oraya ziyarətə, bu qadına qarşı olan sevgilərini nümayiş etməyə gəlmişdi. Orada həm də yaşı həştadı ötmüş bir qoca arvadı görmüşdüm. Güclə yeriyirdi, nəvəsi, bir qız uşağı qolundan tutub ona kömək edirdi. O da Diana üçün gül gətirmişdi.

Üç gündən sonra eşitdim ki, mərhumun nə’şini onun doğma yurduna maşınla aparacaqlar. Maşın mən qaldığım mehmanxanadan yaxın məsafədə keçməli idi. Heç bir işim yox idi. Öz-özümə dedim ki, gedim o maşına baxım. Evdən çıxanda təəccüblə baxıb, gördüm ki, minlərlə adam da mənim kimi oraya getməyə can atırdı. Lakin biz elə də bir şey görə bimədik, çünki cənazəni daşıyan maşın bizim qarşımızda güllə kimi keçib, getdi.

Diana axır vaxtlarda İngiltərədə yaşayan çox varlı bir misirlinin, Əl-Fəyadın oğluna ərə getməyə hazırlaşmışdı. Əl-Fəyad oğluna Diana ilə yaşaması üçün Parisdə 20 million dollarlıq bir ev almışdı. Ancaq qəzaya görə onların toyu baş tutmadı və orada yaşamaq onlara müyəssər olmadı.

Bir qəzetdə oxumuşdum ki, Əl-Fəyad ürəyində bir məcmuə buraxmaq arzusunu tuturdu. Mənim ağlıma bir fikir gəldi və onun oturduğu idarəyə məktub yazdım. Orada ona təklif etdim ki, əgər o, “Molla Nəsrəddin” adında bir məcmuə buraxmaq istəsə, mən belə bir nəşrin buraxılması işini, yə’ni ki, müdir işini öz üzərimə götürə bilərəm. Fikirləşirdim ki, müsəlman nəzər-nöqtəsindən çəkilmiş məzəli şəkillər dərc edən nəşr yaxşı bir təşəbbüsdür. Zərfin içinə həm də çəkdiyim bir-iki siyasi məzəkəli şəkil də qoymuşdum. O vaxt, hələ ki, keçmişdə bu ad altında Tiflisdə çixan nəşrin, mənfur bir şey olmasından xəbərim yox idi.

Bir həftədən sonra məktubuma cavab gəldi. Əl-Fəyadın katibəsi yazırdı ki, Əl-Fəyad cənabları sizin maraqlı məktubunuzu oxudu və lakin sizin bu işgüzar təklifiniz qəbul olunmadı. Məktubun üst hissəsində bu adamın şirkətlərinin yaraşıqlı nişanları həkk olunmuşdu. Sonradan başa düşdüm ki, mənim bu təklifim çox xam bir fikir idi, yaxşı düşünülməmişdi. Axı məcmuə işində, nəşr işində heç bir təcrübəm yox idi. O işi apara bilməzdim. Ondan başqa bu adam heç vaxt Londonda müsəlmanlarla əlaqəli bir məcmüə, qəzet ya da başqa bir şey tə’sis etmək işinə girişməz. Çünki Böyük Britaniya müstəmləkəçi, qəsbkar bir dövlətdir, müsəlman ərazilərinə yiyələnmək və orada hökmranlıq etmək istəyir. Məlikə Elizabetin müsəlman təbəəsi ingilis dövlətinin müsəlmanlara qarşı apardığı düşmən siyasətdən yaxşı xəbərdardır. Ancaq onlar hökumətin bu siyasətinə qarşı çıxmağa qorxurlar və daima ona sədaqət nümayiş etməyə çalışırlar.

Əl-Fəyad da həmçının bu cür mövqe tuturdu, özünü Britaniya məlikəsinin xidmətçisi, ingilislərin milli xeyirirləri üçün çalışan bir adam kimi göstərmək istəyirdi. Ona görə o, 10 milion paund pul xərcləyib bir qocaman ingilis nəşrini, məzəli şəkillər dərc edən məcmuəni aldı. Lakin bu məcmuə borcun içində üzdüyü, gəlir gətirməyən bir şey olduğu üçün, bir-iki ildən sonra onun nəşri dayandırıldı. Axı bu ərəb onu heç də qazanc əldə etməkdən ötrü almamışdı, yalnizca ingilislərın qılığına girmək, bu xalqa yaltaqlanmaq üçün etmişdi.

Onun ən büyük arzusu ingilis pasportunu, vətəndaşlığını almaq idi. Ancaq o, buna nail ola bilmədi. Baxmayaraq ki, Əl-Fəyad iyirmi il İngiltərədə məskun salmışdı, arvadı ingilis vətəndaşı idi və ondan da uşaqları var idi, İngiltərənin hökuməti ona vətəndaşlıq vermək istəmirdi. O, deyirdi ki, bunun səbəbi onda idi ki, mən müsəlmanam. O, bunda həmdə yəhudi əsilli Daxili İşlər və Xarici İşlər nazirlərini günahlandırırdı. Əl-Fəyad qəzetçilərə tez-tez deyirdi, bəyanatlar verirdi ki, ərəb ölkələrinin silah sifarişlərinə görə İngiltərə dövlətinə bir milyarddan artıq pul qazandırmışam. Londonun futbol komandasını satın almışam, ancaq bunun qarşılığında onlar mənə bir pasport belə vermək istəmirlər.

Sonralarda Əl-Fəyad qəzetlərə söz sızdırıb, hakim partiyanın mə’sul işçilərinə rüşvət verdiyini xəbər verdi. Bunun nəticəsində iyirmi il hakimiyyətdə olan Mühafizəkarlar partiyası hakimiyyətdən düşdü. Bunu etməklə o, bu yəhudi nazirlərdən qisasını aldı.

Dianının maşın qəzasınından sonra o, həm də Britaniya kəşfiyyat idarəsini ittiham etdi ki, guya bu qəzada bu təşkilatın əli vardı. Dedi, bu qəza deyildi, qətl idi. O, ingilis hakim dairələri məhkəməyə verdi, ancaq uduzdu, çünki heç bir dəlil gətirə bilmədi. Əl-Fəyad sübut etmək istəyirdi ki, ingilis dövlətinin gizli xidmətləri bunu sarayın əmri ilə etmişdi, çünki saraydakılar Diananın, ingilis xalqının sevimlisinin bir müsəlmana ərə getməsini arzu olunmaz bir şey sayırdı. Əl-Fəyadın bu oğlu, Dodi, onun ən sevimli oglu idi və onu atasının şirkətlərinin varısı kimi hazırlaşdırırdılar. O, Əl-Fəyadın birinci ərəb arvadından olmuşdu, halbuki o biri uşaqları ikinci, ingilis arvadındandır.

İngilis çox simic adamdır. Məsəl üçün London kimi böyük, ucu-bucağı olmayan şəhərin uzağı altı dənə küçə abdəstxanası var. Dördünün yerini bilirəm. Bundan artığını tikmək istəmirlər, görünür dövlət puluna qənaət etməkdən ötrü.

Axırlarda Londonun şimal səmtindəki bir mehmanxanaya köçdüm. Metro, avtobus pulu çox baha olduğundan (bir günlük metro və avtobus işlətmə kartının qiyməti 3-6 paund arası) çox vaxt ayaqla gedib-gəlirdim. Bir dəfə evdən çıxıb şəhərin mərkəzinə tərəf getdim. Bir saat gedəndən sonra ayaq yoluna getmək istədim və ayaq saxladım, fikirləşməyə başladım. Şəhər mərkəzindəki ayaqyoluna çatmaq üçün mənə iki saat lazım olacağdı. Və qərara gəldim ki, bu gəzintidən vaz keçib, evə qayıdım.

İngilis məlikəsi Elizabetin qənc yaşında çəkdirdiyi şəkillərə baxanda onun sifətinində yəhudi qızlarına xas olan cizgiləri sezdim. Bir ingilis gənci ilə söhbət edəndə ondan soruşdum, bu məlikə yəhudidirmi? Yox, o əsl ingilisdir, deyə cavab verdi. Mən tə’kid etməyə başladım ki, o, mənə yəhudi arvadlarını xatırladır. O, isə öz dediyində dururdu. Lakin, axırda acıqlı bir şəkildə dedi, əslində, Elizabet, alman əsillidir. Bir neçə il keçəndən sonra tarixi kitabda oxudum ki, mən haqlı olmuşam, Elizabet Almanya yəhudi ailəsində anadan olub, sonralarda isə İngiltərəyə gəlib, məlikə olub.

Amerikanın “Forbs” məcmuəsi var ki, orada dünyanın ən varlı adamlarının siyahısını dərc edirlər. Əslində isə belə nəşrlərə heç inanmaq da düzgün deyil. Mənə elə gəlir ki, bunları nəşr edənlər varlı adamlardan bac alıb adlarını o siyahıya salib, çıxardırlar. Bə’zi zənginlər pullarının çox göstərilməsini istəmirlər, bə’ziləri isə varidatının çox göstərilməsini, şişirdilməsini istəyirlər. Yə’ni ki, belə məcmuələrin naşirləri ondan-bundan rüşvət alırlar. Məsəl üçün dünyanın ən varlı ailəsi yəhudi Rotşildlərin adları o siyahılara heç vaxt düşmür. Elə bizim özümüzün tanıdığımız milyarderlərin adları da həmçinin belə siyahılara düşmür.

İngiltərənin bir məcmuəsində də hər il o ölkənn 500 ən varlı adamlarının siyahısını dərc edirlər. Yə’ni ki, 10 milyon paund pulu olanlardan başlayaraq milliyarderlərə qədər. Mən bir neçə il ərzində bu nəşrləri aldım. Birinci il o ölkənin ən varlı adamı kimi “porno” adlandırılan biyabırçı məcmuələri və vidioları istehsal edən bir nəfəri göstərdilər. Mən birinci dəfə idi ki, belə bir adamın varlığından xəbər tutdum. Yazılmışdı ki, onun bütün varidatı, dörd miliyard pul bu cür əxlaqsız şeyləri satmaq hesabınadır. Bu mə'lumat mənə bir qədər şübhəli kimi görsəndi.

Gələn ilin siyahısına isə onun adı düşməmişdi. Bu da mənə şübhəli görsəndi, belə çıxırdı ki, bir ilə bu adam müflüsləşib, milliyardlarını itirmişdi. Ola da bilər ki, ingilis hökuməti biyabır olmamaqdan ötrü məcmuə sahibinə məsləhət verib ki, əxlaqsızlğı təbliq etməklə məşgul olan bu adamın adını o siyahıdan silsin.

Başqa il, üç miliyard pulla, ən varlı adam Elizabet oldu. Yenə bir il keçəndən sonra məlikə otuzuncu yerə düşdü, pulunu isə 300 milion kimi göstərdilər. Aydın məsələdir ki, bu dəfə saray adamları bu məcmuənin sahibini danladılar və məlikənin pulunu az göstərilməsini tələb etdilər.

“London” adında bir kitab var ki, orada o şəhərin həm yaraşıqlı, həm də me’marlıq və tarixi cəhətdən əhəmiyyətli binalarının adları çəkilib. Qaldığım hotelin yaxınlığında bir möhtəşəm bina var idi. Zənnimcə, saraya oxşayan bu ev Londonun ən gözəl, tarixi bir evidir. Ancaq, nədənsə o kitabda bu evdən heçnə danışılmırdı. Bunun səbəbi mənim üçün bir sirr kimi qaldı. Ola bilər ki, bu evin yiyəsi elə böyük və qüdrətli adamdır ki, ondan qorxub onun evindən danışmağa cürət etməmişlər. Kim bilir bəlkə o ev dünya iqtisadiyyatını əlində tutan, dünyaya hökm edən Rotşild ailəsinin hansısa bir üzvünə məxsusdur.

O evin yanından keçəndə bir neçə dəfə oradan çıxıb metroya gedən qızı görmüşdüm. Onu metrodan evə qayıdan da görmüşəm. Sadə geyinirdi, heç bir gözəlliyi, yaraşığı da yox idi. Onu o evdə işləyən qulluqçu sanmışdım. Sonra, başqa dəfə onu evdən qardaşı ilə, ya da ki nişanlısı ilə çıxdığını görəndə, onların hərəkətlərindən anladım ki, səhv etmişdim. O, qulluqçu deyildi və orada yaşayan adam idi, görünür ki, ev yiyəsinin qızı idi.

İngilis varlı adamlarının qızlarını tez-tez görürdüm, bizimkilərdən fərqli olaraq onlar çox sadə olurlar və var-dövlətləri ilə öyünməyi sevmirlər, ictimayi nəqliyyat vasitələrindən istifadə etməyə üstünlük verirlər. Fəqət, bizim adamlara bu təəcüb doğuran bir şey kimi görünməlidir.

Bir dəfə bir ingilis qızı mənə belə demişdi, ingilis oğlanlarının əsas marağı qızlardır. Mən onunla razılaşmadım. Dedim ki, burada artıq neçə ildir ki, yaşayıram və ingilisləri az-çox görüb tanımışam, odur ki, məni aldada bilməzsən. Əslində, ingilis oğlanlarını maraqlandıran birinci şey – puldur, ikinci şey – içkidir, qızlar isə olsa, olsa onların maraq dairəsində olan ən axırıncı bir şeydir. Elə buna görə ingilis qızları aşna, ər axtarışında olanda gəlmə adamalara, xaricilərə yönəlirlər, onları xaricilər arasında axtarırlar. Hətta kişi axtarmaq üçün başqa ölkələrə üz tuturlar. Qız nə qədər gözəl olsa da İngiltərədə onun heç bir dəyər-qiyməti yoxdur, orada qızın gözəlliyi az əhəmiyyətli bir şey sayılır.

Londonun əksər səkiləri çox ensiz olur, onlardan ancaq bir adam keçə bilər. Bakıda bizim kişilər hansı millətdənsə bir adət götürüblər. Bu adətə görə kişi küçədə gərək həmişə qıza, qadına yol versin. İngiltərədə isə bunun əksini görmüşəm. Orada, adətən, qızlar, qadınlar kişiyə hörmət göstərirlər, yol verirlər. Heç bir ingilis kişisi arvad xeylağına yol verməz, elə yarıb keçər. Bakıda öyrəşdiyim kimi hərəkət edib, arvadlara, qızlara yol verəndə onlar təşvişə düşür, karıxıb dururdular, anlamırdılar ki, nə üçün mən kişi ola-ola onlara yol verirəm.

İngilis qızının hərəkətləri, duruşu və gülüşü kişininkini xatırladır. Onlar hər şeydə kişiyə oxşamaq istəyirlər. Görünür ki, onlar analarındansa atalarına, qardaşlarına qibtə edirlərlər və buna görə onların hərəkətlərini yamsılayırlar.

İngiltərənin oğlanları qızları tə’qib etmir, bunun əksinə qızlar oğlanları təqib edir. Elə görünür ki, ingilis kişilərinin onlara qarşı laqeyd oluşunu görəndə, qızlar məcbur olurlar ki, kişilərlə tanış olmağa özləri təşəbbüs göstərsinlər. Bir amerikalı demişdi ki, bizim qızlardan fərqli olaraq ingilis qızları kişilərə qarşı çox təcəvüzkarcasına hərəkət edirlər. Doğrudur, xoşlarına gələn kişinin yolunu kəsirlər, çox əcaib, ədəbsiz hərəkətlər edirlər. O cür ki, belə şəylər barəsində danışmaq belə olmur.

Londonun küçələrində üstü açıq Mersedes, BMV maşınlarını sürən 16-18 yaşlı qızlar, ara-sıra, maşınlarını saxlayıb adamla dolu küçələrdə məni səsləyib, bu sayaq zarafatyanı sözlər qışqırırdılar: “Ay italiyalı, gəl min mənim maşınıma, səni restorana aparıb yeməyə qonaq edim”. Bunu deyib də, yanında oturan başqa qızlarla gülərək, sürüb gedirdilər. Bu cür hərəkətləri oglanlardan gözləmək olar, qızlardan isə bu heç də düzgün görsənmir.

Halhazırki ingilislər üçün “əxlaq” boş bir sözdür, əhəmiyyətsiz bir şeydir. Buna bir misal gətirim. Bir TV kanalında bir qızı, universitet tələbəsini mikrofona çağırıb, soruşurlar ki, sənin həyatının ən xoşbəxt günü hansi gün olub? O, cavab verdi, bir gün, təsadüfən, bir oğlanla tanış oldum və biz dərhal yaxınlıqdakı ictimayi ayaqyoluna qaçdıq. Orada cütləşdik. Bu mənim həyatımın ən xoşbəxt, şad günü idi. Sonra, qız əlini televiziya kamerasına yelləyib deyir, atamı salamladım. O, indi yoldaşları ilə pivəxanada oturub bizə tamaşa edir. Belə görünür ki, onun atası dostlarına baxıb fəhrlə deyəcək, baxın, bu mənim qızımdır! Çox ağillı uşaqdır.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin