Şərab haqqında alimlərdən qısa cümlələr
1- Badə az iç, əqlini bada vermə
2- Şərab qəlbi qaraldar və əqli korlayar
3- Ağlı şərab bağlayar, gözü isə yuxu
4- Şərq həkimlərindən biri deyir: Məstedicini almaq, dəliliyi almaqdır.
5- Alman tədqiqatçılarından biri deyir: Spirtli içkilər satılan mağazaları plomblayın, daha sonra zindanlardan cinayətkarları azad edin.1
Lətifə: Ağıllı dəlinin əmirlə söhbəti
Əmir dəlixanaya baş çəkməyə gəlmişdi, dəlilər arasında birisini görür ki, mətanət və vüqarla addımlayırdı. Əmir öz-özünə dedi: Onu səbəbsiz dəlixanaya gətirmişlər, daha sonra onunla danışmağa başladı. Söhbət əsnasında əmirə şərab gətirdilər, iki-üç cam içdikdən sonra, camı dəliyə təklif etdi. Dəli üzr istədi və içməkdən çəkindi. Əmir israr etdikdə, dəli dedi: Ey əmir sən şərab içirsən ki, mənim kimi olasan, mən içim ki kimin kimi olum?
9 – Şərabın digər orqanlara zərəri
Şərab təkcə qan dövranı sistemini deyil, bədənin bütün orqanlarını spirt düşgünlüyünə yuvarlayır. Şərab içən həzm pozğunluğu, mədə qıcolması (konvulsiya), qarınağrısı, ürəkbulanma, beyin zədəsi, ürək narahatçılıqlarına, o cümlədən: oritimi və takikardiyə düçar edir. Tədqiqatçılar bildirirlər ki, çox miqdarda spirtdən istifadə etmək, beyin fəaliyyətlərinin və tənəffüs sisteminin iflic olmasına və bununla da ölümə gətirib çıxara bilər.2
Dostları ilə paylaş: |