6- Spirtli içkilərin qan dövranına zərəri
Mütəxəssislərin dediyinə əsasən, spirt tərkib hissəsini, mahiyyətini dəyişmədən, qana daxil olaraq, qan dövranı sistemini problemlə üzləşdirir. Mikroblar qarşısında müdafiəçi əsgər rolunu oynayan ağ qan cisimciklərini aradan aparır, dəmir tərkibini təşkil edən qan hemoqlobinini məhv edərək, bədəni son dərəcə qanazlığı təhlükəsi ilə üzləşdirir.
7- Spirtli içkilər, qidanın həzmində pozğunluğun amili
Spirt qida maddələrini bərkləşdirir, belə ki əti bir az spirt içərisinə atsaq, aşılanmış dəri kimi olar. Belə olduğu təqdirdə, mədənin başına hansı bəlanın gəldiyi məlumdur. Bundan əlavə spirt, mədə südlərini azaldararaq, xarab edir və qida üzərində təsirediciliyinin qarşısını alır, beləcə həzm olunmamış qida mədə üzərində qalır. Spirt həmçinin iştahanı da azaldır.1
8- Spirtli içkilər, ruhi xəstəliyin (dəliliyin) səbəbidir.
Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə əsasən, Amerikada ailənin yeddi üzvü ata-anasının şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər. Nyuyorkun tanınmış həkimlərindən sayılan doktor Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı spirtli içkilər səbəbilədir.
1902-ci ildə İngiltərədə götürülən statistikaya əsasən, spirtli içkilər səbəbilə dəliliyə, ruhi xəstəliyə düçar olan insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir.
İngiltərədə alimlərin araşdırmaları isbatlamışdır ki, təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır.2
İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi: çünki şərab, fəsad (cinayət) gətirir, şərab içənlərin əqlini alt-üst edir, onları Allah-taalanı inkar etməyə, onun ve Rəsulunun adından yalan danışmağa, töhmət vurmağa vadar edir, eləcə də cinayətkarlıq və ölüm hadisələri şərab içənlər tərəfindən həyata keçirilir".3
Dostları ilə paylaş: |