Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


Kiçik innovasiya müəssisələri (KİM) innovasiya sahibkarlığının təsərrüfat fəaliyyətinin effektiv subyekti kimi



Yüklə 1,63 Mb.
səhifə13/15
tarix03.12.2016
ölçüsü1,63 Mb.
#714
1   ...   7   8   9   10   11   12   13   14   15

Kiçik innovasiya müəssisələri (KİM) innovasiya sahibkarlığının təsərrüfat fəaliyyətinin effektiv subyekti kimi.

İqtisadiyyatın real sektorunda kiçik sahibkarlıq innovasiya texnologiyaların effektiv tətbiqi və inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Kiçik biznes bazar mühitindəki dəyişikliklərə böyük adaptasiya olunmaq qabiliyyəti göstərir ki, bu da ona mütərəqqi texnologiyaların dayanıqlı və uzunmüddətli olmasına imkan verir. Kiçik istehsalın ayrı-ayrı istehsal halqalarında reallaşdırılan innovasiyalar iri maliyyə investisiyaları və istismar xərcləri tələb etmir. Kiçik sahibkarlıq strukturları tərəfindən idarəetmənin operativliyi yeni texnologiyaları sürətlə təkmilləşdirməyə və tətbiq etməyə kömək edir. İstehsalın çox da böyük olmayan həcmi ilə bağlı yeni istehsala keçid səbəbindən itki riski nisbətən böyük olmur.

Bazar iqtisadiyyatında innovasiya sahibkarlığı ölkənin iqtisadi inkişaf potensialın innovasiyaları işləyib hazırlayanların yaradıcılıq fəaliyyətinin kommersiyalaşdırılması sayılır. İnnovasiya sahibkarlığı mənfəət almaq məqsədilə yeni texnologiyaların, texnikanın, əmtəə və xidmətlərin işlənib hazırlanması və istehsala tətbiqi üzrə fəaliyyətdir.

Bir qayda olaraq, innovasiya sahibkarlığının təsərrüfat fəaliyyətinin daha effektiv subyekti kiçik innovasiya müəssisələri (KİM) sayılır. KİM özündə, həm bütövlükdə ölkə iqtisadiyyatının inkişafı üçün, həm də yeni texnika işləyib hazırlayanların, innovasiya yaradıcılarının fərdi tələbatının ödənilməsi üçün mühüm əhəmiyyətə malik innovasiya fəaliyyətinin spesifik təşkilati formasını əks etdirir (3, s.235).

Sahibkarlıq fəaliyyəti təcrübəsinə innovasiyaları tətbiq edərkən innovasiya prosesini ləngitməyə və ya sürətləndirməyə qabil amilləri: elmi-texniki, təşkilati-idarəetmə, maliyyə, hüquqi, siyasi, sosial-psixoloji və mədəni amilləri tədqiq etmək və qiymətləndirmək lazımdır (4, s.47).

Kiçik innovasiya sahibkarlığının əsaslarını nəzərdən keçirərkən, hesab edirik ki, texnoloji ukladlar konsepsiyasını yada salmaq lazımdır. Texnoloji uklad-bir-birilə eynitipli texnoloji zəncirlərlə bağlı olan və bütövlüyü təkrar istehsal edənləri yaradan texnoloji məcmu qrupudur. Hər bir növbəti texnoloji uklad innovasiyanın prinsipcə yeni “komplektinin” əmtəə və xidmət istehsalçılarının sərəncamına verdiyi vaxt başlayır. Hazırda inkişaf etmiş ölkələrdə beşinci uklad texnologiyalar hakimdirlər və altıncı texnologiya ukladı texnologiyaları formalaşmaqdadır. Dördüncü ukladın xarakterik xüsusiyyətləri yeni maşın bazası, istehsalın kompleks mexanikləşdirilməsi, əsas texnoloji proseslərin çoxunun avtomatlaşdırılması, ixtisaslı işçi qüvvəsinin geniş istifadə olunması, istehsalın ixtisaslaşmasının artımı, elektroenergetikanın üstün inkişafı, əhalinin uzunmüddətli istifadə olunan əmtəələrin kütləvi tələbatı ilə fərqlənən yeni istehlak tipinə, sintetik malların istifadəsinə keçid, beşinci texnoloji ukladı fərqləndirən əsas cəhətlər hesablama texnikasının, proqram təminatının, aviasiya sənayesinin, telekommunikasiyaların, robotqayırmanın, optik liflərin inkişafı hesab edilir. Altıncı ukladın xüsusiyyətlərinə isə biotexnologiyaları, nanotexnologiyaları, fotonikanı, optoelektronikanı, aerokosmik sənayeni aid etmək olar.

Azərbaycan iqtisadiyyatında yeni texnoloji ukladın formalaşması KİM-in əlavə üstünlüklərini təmin edən elementi texniki və texnoloji bazanın prinsipial olaraq dəyişməsi ilə bağlıdır. Firmaların böyük olmayan ölçüləri və dar ixtisaslaşması onların daha sürətli və daha ucuz yenidən silahlanmasına, minitexnikanın tətbiqinə hesablanmış yeni texnologiyaların tətbiqinə və aprobasiyasına imkan verir. Ona görə də kiçik biznes müəssisələri qeyri-məhdud resurslara malik olsa da, ənənəvi olaraq ETT-nin çoxlu istiqamətlərinin reallaşdırılmasında mühüm rol oynayır, belə ki, bu zaman dar istiqamətli tədqiqatların inkişafı üçün imkan meydana çıxır.

Tədqiqatlardan aydın olur ki, hazırda innovasiya müəssisələri tərəfindən daha geniş istifadəsi zamanı yeni bazar seqmentlərinin inkişafı imkanı yaranır. İnnovasiya sahibkarlığı fəaliyyətini stimullaşdırmaq məqsədilə dövlət sahibkarlığa köməyin iqtisadi və hüquqi infrastrukturun institusional dəyişiklikləri aktivləşdirmişdir.


  1. İnnovasiya sahibkarlığının inkişafı mexanizminin tətbiqi istiqamətləri

Azərbaycanda kiçik sahibkarlığa kömək infrastrukturunun yaradılması və inkişafı məqsədilə ölkənin strateji innovasiya inkişafı modelini, eləcə də innovasiya sahibkarlığının inkişafı üzrə təşkilati-iqtisadi mexanizmi işləyib hazırlamaq olar. Bu mexanizm KİM-in inkişafının stimullaşdırılması üçün, metod, üsul və alətlərin məcmusu kimi təkcə bütövlükdə ölkə üzrə deyil, həm də onun ayrı-ayrı iqtisadi rayonları üzrə tətbiq oluna bilər. İşlənib hazırlanmış mexanizm sahibkarlığın innovasiya inkişafına kömək istiqamətləri üzrə tədbirlər sistemini nəzərdə tutur.

İnnovasiya sahibkarlığının inkişafı mexanizminin tətbiqindən əsas nəticələri aşağıdakı kimi istifadə etmək məqsədəuyğundur:

1. KİM-in miqdarının artımı.

2. Sosial effekt:

- yeni iş yerlərinin yaradılması, işsizliyə və işədüzəltmə üzrə müavinətlərin ödənişinə görə dövlət xərclərinin aşağı salınması;

- mütəxəssislər, alimlər, o cümlədən ali təhsil məktəblərinin tələbə və aspirantları üçün əlavə gəlir mənbələrinin yaradılması.

3. İnnovasiya potensialının yüksəldilməsi.

4. ÜDM-də innovasiya məhsullarından gəlirlərin payının artması.

5. İnnovasiya məhsullarının buraxılışını xarakterizə edən göstəricilərin artımı.

6. Kiçik innovasiya sahibkarlığı subyektlərinin əsas istehsal fondlarının sürətli təzələnməsi və modernizasiyası.

Respublikada innovasiya sahibkarlığı sahəsində fəallığın artırılmasının mühüm istiqamətlərindən biri özəl investisiya qoyuluşlarının dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsidir. Son illərdə Azərbaycanda bu məqsədlə bir sıra inkişaf institutları yaradılmışdır. Bunlardan biri Sahibkarlığa kömək Milli Fondudur (SKMF). Təqdirəlayiq hal kimi qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının SKMF-nun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” AR Prezidentinin 13 oktyabr 2011-ci il tarixli Fərmanı ilə Fondun vəsaitlərinin istifadəsi qaydaları təkmilləşdirilmişdir.

Hesab edirik ki, bu Fərman sahibkarlığın inkişafında yeni mərhələ olmaqla, ölkədə ən son texnologiyaların tətbiqinə əsaslanan rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsulların istehsalını, infrastruktur müəssisələrinin yaradılmasını, o cümlədən kiçik sahibkarlığın inkişafını daha da sürətləndirəcəkdir. SKMF vəsaitlərinin istifadəsinin yeni mexanizminin əsas mahiyyəti ölkənin qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində daha mütərəqqi layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsindən, kreditlərin verilməsi şərtlərinin daha da optimallaşdırılmasından, effektiv maliyyələşmə mexanizminin tətbiq olunmasından, kreditlərin qaytarılma risklərinin minimallaşdırılmasından, sahibkarlıq fəaliyyətinə daha çox xırda təsərrüfatların və əhalinin həssas qruplarının cəlb olunmasından, kənd təsərrüfatının uzunmüddətli investisiya tələb edən sahələrinin maliyyələşdirilmə imkanlarının artmasından ibarətdir [5]. Yeni mexanizmə əsasən güzəştli kreditlərin növləri beynəlxalq maliyyə institutlarının praktikasına uyğunlaşdırılaraq dörddən üçə endirilmiş, kiçik, orta və böyük həcmli kreditlər kimi təsnifləşdirilmişdir. Kiçik həcmli kreditlərin aşağı həddinin 10 min manatdan 5 min manata endirilməsi və müddətinin 2 ildən 3 ilə qaldırılması xüsusilə gənclərin, məcburi köçkünlərin, xırda fermer və ailə təsərrüfatlarının sahibkarlıq fəaliyyətinə cəlb olunmasını stimullaşdıracaqdır. Orta həcmli kreditlərin yuxarı həddinin 250 min manatdan 500 min manatadək və kreditlərin müddətinin 3 ildən 5 ilədək artırılması ölkədə ən son texnologiyaların tətbiqi ilə rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsulların istehsalına, o cümlədən infrastruktur müəssisələrinin yaradılmasına təkan verəcəkdir. Böyük həcmli kreditlərin yuxarı həddinin 5 mln. manatdan 10 mln. manatadək, müddətlərinin isə 7 ildən 10 ilədək artırılması əsasən iri investisiya tutumlu sənaye müəssisələrinin yaradılmasını, o cümlədən kənd təsərrüfatının uzunmüddətli investisiya tələb edən çayçılıq, üzümçülük, sitrus meyvəçilik və digər çoxillik əkmələrin reallaşdırılmasını təmin edəcəkdir. Eyni zamanda, güzəştli kreditlərin güzəşt müddətinin üçdə iki müddətdən ikidə bir müddətinə əvəz edilməsi sahibkarlara əsas kredit borcunu ödəməyə möhlət verməklə əslində güzəşt müddətinin artmasına, kreditlərin qaytarılmasının daha da asanlaşdırılmasına maliyyələşdirilmiş layihələrin tam başa çatdırılması ilə bağlı risklərin minimuma endirilməsinə və sahibkarların səmərəli fəaliyyət göstərmələrinə şərait yaradacaqdır [5].

İnvestisiya layihələrinin maliyyələşdirilməsi üçün verilən kreditlərin illik faiz dərəcəsinin ən yüksək həddi 6%-ə bərabərdir. Bu da ölkədə kommersiya banklarının verdiyi kreditlərin faiz dərəcəsindən ən azı 3 dəfə azdır. Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk ikidə bir dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər .

Statistik məlumatların təhlili göstərir ki, bütövlükdə 2006-2011-ci illərdə SKMF-na dövlət büdcəsindən 453,1 mln. manat vəsait ayrılmışdır. 2011-ci ildə Fonda dövlət büdcəsindən 34 mln. manat ayrıldığını və Fond tərəfindən 2010-cu ildə cəmi 115 mln. manat məbləğində kredit verildiyini nəzərə alsaq, onda gələcəkdə əvvəllər verilmiş kreditlərin qaytarılması hesabına kreditlərin verilməsi artacaqdır. Belə ki, Fond 2005-ci ildə yalnız dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına kredit verilmişdisə, 2006-cı ildə 15,9 mln. manat, 2007-ci ildə 17,0 mln. manat, 2008-cı ildə 14,8 mln. manat, 2009-cu ildə 56,0 mln. manat, 2010-cu ildə isə 71 mln. manat əvvəllər verilmiş kreditlərin qaytarılması hesabına yeni kreditlər verilmişdir. Onu da qeyd edək ki, son illərdə Fond tərəfindən ölkədə investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılan vəsaitlər əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2010-cu ildə Fond tərəfindən investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün verilmiş kreditlərin həcmi 2002-ci ilə nisbətən 77,9 dəfə çoxalmışdır. Kənd təsərrüfatında innovasiya fəaliyyətinin inkişafı Fondun fəaliyyətinin prioritet sahələrindən hesab edilir. Belə ki, 2005-2011-ci illər ərzində SKMF tərəfindən verilmiş cəmi kreditlərin 30,5%-i kənd təsərrüfatı məhsullarının istehsalı üçün təklif edilmiş layihələrin maliyyələşdirilməsinə, 14,2%-i isə əsasən bu sahənin inkişafı ilə əlaqəli olan xidmət sahələrinin inkişafına yönəldilmişdir.

Bundan başqa, SKMF tərəfindən investisiya layihələrinin seçilməsi mexanizmində də əhəmiyyətli dəyişikliklər edilmişdir. Belə ki, əvvəllər güzəştli kreditin alınması üçün Fonda sahibkarlar müraciət edirdi və onların investisiya layihələri qiymətləndirilib kredit verilməsi haqqında qərar verilirdi. Belə şəraitdə eyni sahəyə aid layihələri müqayisə etmək imkanı olmurdu. Hazırda sahibkarlıq subyektlərindən investisiya təkliflərinin qəbulu üçün müxtəlif prioritet istiqamətlər üzrə kütləvi informasiya vasitələrində elanlar verilir, bir istiqamət üzrə verilmiş müxtəlif təkliflər qiymətləndirilir və qalib layihələr fond tərəfindən yüksək səviyyədə (investisiya tələbatının 60-70%-i civarında) güzəştli qaydada maliyyələşdirilir. Bu mexanizm beynəlxalq standartlara uyğun innovasiya layihələrinin seçilməsinə imkan verir. Onu da qeyd edək ki, SKMF tərəfindən 2009-2010-cu illərdə bu yolla müasir texnologiyaların tətbiqinə əsaslanan 112 investisiya layihəsi maliyyələşdirilmişdir. SKMF tərəfindən 2009-2011-ci illər ərzində respublika iqtisadiyyatının qeyri-neft sektoru üçün innovasiya yönümlü, ümumi dəyəri 707 mln. manat olan 185 investisiya layihəsinə 313,7 mln. manat güzəştli kredit vəsaiti verilmişdir. Bu layihələrdən 88-i istifadəyə verilmiş, digər 97-in investisiya layihəsi üzrə isə tikinti-quraşdırma işləri aparılır. Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində 2011-ci ildə 85 yeni istehsal, emal və infrastruktur sahələrinin inkişafına güzəştli kreditlər verilmişdir.

Sahibkarlıq təşəbbüskarlığının artırılması, sahibkarların maarifləndirilməsi və onların informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsi və genişləndirilməsi istiqamətində kompleks tədbirlərin reallaşdırılması özəl sektorunun inkişafı sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Bu baxımdan Bakı Biznes Tədris Mərkəzinin (BBTM) əsas fəaliyyət istiqamətləri respublikasında sahibkarlığın inkişafının innovasiya-tədris-konsaltinq sisteminin formalaşdırılması vasitəsilə sahibkarların, iş adamlarının və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsindən, onların informasiya, innovasiya və konsaltinq xidmətlərinə olan tələbatlarının dolğun şəkildə ödənilməsindən, regionlarda işgüzar fəallığın artırılmasından, eyni zamanda, əhalinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bu aspektdən yanaşdıqda, BBTM Bakı şəhərində və xüsusilə regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, müasir təlim texnologiyalarından istifadə etməklə onlara zəruri nəzəri biliklərin, beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, konsaltinq, innovasiya və informasiya dəstəyinin göstərilməsi istiqamətində tədbirləri daha da genişləndirməlidir.

Onu da qeyd edək ki, sahibkarlara sistemli və davamlı tədris, innovasiya, konsaltinq xidmətlərinin göstərilməsini beynəlxalq standartlara cavab verən səviyyədə təşkil etmək, yaradılmış nümayəndəliklərin fəaliyyətini gücləndirmək, təşəbbüskar adamların öz biznesinə başlaması, müəssisələrin səmərəli idarə olunması istiqamətində zəruri biliklərin verilməsini təmin etmək məqsədi ilə İqtisadi inkişaf nazirinin 02 fevral 2010-cu il tarixli F-12 nömrəli əmri ilə Bakı Biznes Tədris Mərkəzinin yeni stuktur və ştat cədvəli təsdiq edilmişdir.

Artıq BBTM-nin və onun regional nümayəndəliklərinin kadr potensialının gücləndirilməsi məqsədi ilə gənc mütəxəssislər işə qəbul edilmiş, müəyyən kadr dəyişiklikləri həyata keçirilmişdir. BBTM regional nümayəndəliklər şəbəkəsinin maddi texniki bazasının inkişafını təmin etmək məqsədi ilə mütəmadi olaraq tələbatlarına uyğun onları texniki və digər avadanlıqlarla təmin edir.

BBTM-nin strateji məqsədlərinin aşağıdakı istiqamətlərdə formalaşdırılması məqsədəuyğun hesab olunur:



  1. Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi;

  2. Sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin göstərilməsi;

  3. İqtisadi İnkişaf Nazirliyinin şöbələrinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının maarifləndirilməsi istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin həyata keçirilməsi (korporativ maarifləndirmə).

Strateji məqsədlərə nail olmaq üçün BBTM-nin konseptual baxımından aşağıdakı əsas vəzifələri yerinə yetirməsi tələb olunur:

-biznes və korporativ tədrisin metodologiyasının formalaşdırılması;

-Bakı şəhərində və regionlarda ixtisaslaşma, sosial-demoqrafik və digər xüsusiyyətlər nəzərə alınmaqla maarifləndirmə istiqamətlərinə tələbatın müəyyən edilməsi;

-biznes və korporativ tədris modullarının formalaşdırılması, tədris planlarının və tədris proqramlarının işlənib hazırlanması;

-Bakı şəhərində və regionlarda biznes tədrisinin təşkili və idarə edilməsi;

-gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə maarifləndirmə proqramının işlənib hazırlanması;

-müasir İKT-dən istifadə etməklə distant təhsilin təşkili, həyata keçirilməsi və s.

BBTM-nin əsas strateji məqsədlərini əhatə edən vəzifələri təmin etmək məqsədi ilə aşağıdakı 4 istiqamət üzrə 43 biznes və korporativ tədris modullarının hazırlanması zəruri sayılır:



  • ümumi xarakterli tədris modulları;

  • funksional xarakterli tədris modulları;

  • infrastruktur xarakterli tədris modulları;

  • korporativ tədris modulları.

Ümumi xarakterli tədris modullarına biznesin əsasları, biznesin təşkili və idarə edilməsi, öz biznesinə başla və təkmilləşdir (ÖBBT), biznesin planlaşdırılması, güzəştli kreditlərin alınması və səmərəli istifadə edilməsi, informatika, işgüzar əlaqələr, biznesin etikası, xarici dillər, müəssisənin iqtisadiyyatı kimi modullar daxil olunur.

Funksional xarakterli tədris modullarına ixracın təşkili və idarə edilməsi, marketinq, menecment, mühasibat uçotunun beynəlxalq standartları, elektron mühasibat, maliyyə menecmenti, keyfiyyət menecmenti, kommersiya fəaliyyətinin əsasları, aqrar iqtisadiyyat, statistika, müasir istehsal və emal texnologiyaları, insan resurslarının idarə edilməsi, texnoloji maşınlar və sahə avadanlıqları, standartlaşdırma və sertifikasiya, layihələrin idarə edilməsi, zamanın idarə edilməsi, logistika modelləri daxildir.

İnfrastruktur xarakterli tədris modulları biznesin maliyyə təminatı, biznesin hüquqi tənzimlənməsi, lizinq, elektron ticarət, vergilər, biznesin sığortalanması, biznesdə risklərin idarə edilməsi modullarından, korporativ tədris modulları isə korporativ idarəetmə, işgüzar əlaqələr, işgüzar etika, logistika, statistika, insan resurslarının idarə edilməsi, layihələrin idarə edilməsi, zamanın idarə edilməsi, keyfiyyət menecmenti modullarından təşkil olunur.

Kiçik və orta sahibkarlar (KOS) üçün Bakı şəhərində və regionlarda regional ixtisaslaşmanı və keçirilən sorğuların nəticələrini nəzərə alaraq biznes tədrisini həyata keçirmək məqsədi ilə həmin modullar üzrə BBTM tərəfindən müvafiq tədris vəsaitlərinin hazırlanması başa çatdırılmalıdır.



Nəticə

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, innovasiya sahibkarlığının inkişafı istehsalın inkişafının intensiv amillərinin güclənməsi ilə, yeni texnikanın işlənməsi və tətbiqi səmərəliliyinin yüksəldilməsində elmin müəyyənedici rolu ilə, elmi-texniki istehsal prosesinin spesifik xüsusiyyəti ilə, yeni texnika və texnologiyaların sürətli tətbiqinin obyektiv zəruriliyi və s. amillərlə şərtlənir. İnnovasiya sahibkarlığının əsas fazaları yeni ideyaların axtarışı və onların işlənib hazırlanmasından, biznes-planın tərtib edilməsindən, zəruri resursların axtarışından, idarəetmə və nəzarət proseslərinin həyata keçirilməsindən ibarətdir.

Azərbaycan reallığında milli innovasiya sisteminin inkişafının regional modullar bazasında həyata keçirilməsi məqsədəuyğun sayılır.

Kiçik innovasiya müəssisələrini innovasiya sahibkarlığı üzrə təsərrüfat fəaliyyətinin effektiv subyekti hesab etmək olar.



İnnovasiya sahibkarlığının inkişafı mexanizminin tətbiqinin əsas nəticələrinə kiçik innovasiya müəssisələrinin sayının artımını, innovasiya potensialının yüksəldilməsini, ÜDM-də innovasiya məhsullarından gəlirlərin payının artmasını, sahibkarlıq subyektlərinin əsas istehsal fondlarının sürətli təzələnməsi və modernizasiyasını, özəl investisiya qoyuluşlarının dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsini, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) və Bakı Biznes Tədris Mərkəzinin (BBTM) fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi daxildir. Məhz bu aspektlərədə nəzərdə tutulan tədbirlər innovasiya yönümlü iqtisadi inkişafın əsasında dayanacaqdır.
ƏDƏBİYYAT
1. Musayeva “İnnovasiya siyasəti : Avropa birliyi təcrübəsi və Azərbaycan şəraitinə adaptasiya imkanları” Azərbaycanın vergi xəbərləri, № 5, 2010 2. Özdemir Selim, Abutalıbov Rasim. Qloballaşmada insan amili və Azərbaycan. Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya. II Beynəlxalq konqresi. II hissə. 02-05 may. Bakı, 2007, s. 888 3. Евтеева, Л.Ф. Проблемы становления малого инновационного предпринимательства в Астраханской области, Вестник Астрахан. гос. техн. ун-та. –2006. – №6(35). С.235-243. 4. Евтеева, Л.Ф. Малое инновационное предпринимательство в соотношении с развитием технологических укладов / Материалы международной НК «Современные проблемы экономики: теория и практика». – Астрахань: Астраханская цифровая типография. – 2007, с.47-52. 5. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
Направление развития современного предпринимательства на основе инновационно - ориентированного экономического развития
Эминов Назим Октай оглы

Доцент АГЭУ
РЕЗЮМЕ
В статье рассматривается направление развития современного предпринимательства на инновационной основе. Для этого автором сначала обосновывается необходимость развития инновационного предпринимательства и определяется этапы ее формирования. Затем предлагается меры по развитию инновационной системы на базе региональных модулей. Считается, что на самом деле малые инновационные предприятии являются эффективных субъектов инновационного предпринимательства. В конце статьи обосновывается направления применения механизмов развития инновационного предпринимательства.

Ключевые слова: инновационное предпринимательство, инновационная система, малые инновационные предприятий.

The development directions of modern entrepreneurship on the basis of innovation oriented economic development
Eminov Nazim

SUMMARY
The development directions of modern entrepreneurship on the basis of innovation are looked through in the article. For this purpose, the author grounds on the necessity of innovation entrepreneurship development, and determines formation stages. The measures on the regional modules development basis of innovation system are suggested. It is considered that small innovation enterprises in the effective subject of innovation entrepreneurship in reality. The application directions of innovation entrepreneurship development are based at the end of the article.

Key words: innovation entrepreneurship, innovation system, small innovation enterprises.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2012/3 səh.117-124

___________________________________________________________
SOSİAL İQTİSADİYYAT
UOT 364-1(479.24)
Sosial inkişaf və sosial müdafiənin tənzimlənməsi
Musayev Pərvin Pərviz oğlu

ADİU-nın dissertantı
XÜLASƏ

Sosial inkişafın tənzimlənməsi obyektiv zəruriyyət olmaqla Azərbaycan iqtisadiyyatı üçün özünə məxsus xüsusiyyətlər kəsb edir. Tənzimləmə siyasəti rifahın yüksəldilməsi və sosial müdafiənin əsas istiqamətlərini özündə birləşdirir. Sosial müdafiə istehlak və resursların səmərəli istifadəsi yollarının təkmilləşməsi ilə baş verir. Bu baxımdan məqalədə sosial inkişafın əsas meyar və göstəriciləri, tənzimləmə mexanizmləri və sosial müdafiənin əsas istiqamətləri təhlil edilir.

Sosial müdafiə sisteminin mövcud vəziyyəti əhalinin rifahının yüksəldilməsi və yoxsulluğunun azaldılmasının təşkilati idarəetmə üsulları və maliyyə mənbələri verilir.

Məqalə sosial idarəetmə siyasətinin formalaşmasının konspektual əsasları və mexanizmləridir.



Açar sözlər: Sosial tənzimləmə, sosial müdafiə, sosial- iqtisadi normalar, sosial mexanizmlər, sosial indikatorlar.
Sosial inkişaf qlobal inkişaf məqsədi olduğu üçün onun tənzimlənməsi dövlət səlahiyyətləri çərçivəsində baş verir. Həyat səviyyəsinin yüksəldilməsi ölkə iqtisadiyyatının inkişafında strateji məqsəd olub, onun reallaşmasında iştirakçı obyekt və subyektlərin, mülkiyyətçi, icraedici orqanların təşkilati strukturların özünün müəyyən səlahiyyətləri və vəzifələri mövcud olamalıdır. Bu səlahiyyətlərin obyektiv əsaslar və potensial imkanlara uyğun olması son nəticədə qərar qəbulu kimi sosial inkişafın yüksəldilməsi yollarını daha səmərəli və adekvat olmasını səciyyələndirir.

Sosial inkişaf prosesi mürəkkəb və əhali ilə bağlı olduğu üçün onun tənzimlənməsi daha çox inzibati və normativ əsaslara yox, daha çox əhali seçimi, üstünlüyü və qərar qəbulunun qərarlaşmış qanunauyğunluqları ilə ölçülür. Bu məqsədlə sosial sorğular, əhalinin həyat səviyyəsinə görə qütbləşməsinin amillərinin və hər bir sosial qrupun arzu və istəyinin reallığını nəzərə almaqla aparılır. Əgər planlı təsərrüfat sistemində əhali fikirlərinin açıq təhlil etmək müəyyən qadağalar ilə rastlaşırdısa, demokratik inkişaf yolu, hər bir ölkədə dövlət qərarlarının sosial sifarişlər əsasında qurulması və daha çox əhali arasında ictimai rəyin formalaşması və onun ümumiləşmiş qərarları ilə müəyyənləşir.

Dövlətin sosial siyasəti yoxsulluğun azaldılması, orta təminat səviyyəsində olan əhalinin xüsusi çəkisinin üstün artması deməkdir. Bu məqsədlə əhali gəlirlərin adambaşına düşən səviyyəsini artırmaq və qütbləşmə səviyyəsini azaltmaq üçün bölgü sisteminə təsir etmək vəzifəsi durur. Bu minimum əmək haqqının yaşayış minimumuna yaxınlaşması və orta aylıq əmək haqqı gəlirlərinin artması yolu ilə özünü göstərir. Minimum əmək haqqının dəyişmə dinamikası minimum istehlak büdcəsinə uyğun artırılmaqla istehlak səviyyəsi ilə tələbat səviyyəsi arasında tarazlığın təmin olunmasına yönəlir

İstehlak səviyyəsinə təsir həmçinin əhalinin alıcılıq qabiliyyətinə uyğun bazar təklifinin təşkili, tələbin ödənilməsinin konkret formalarının təkmilləşməsi yolları ilə mümkün olur.

Bazar strukturunda əhalinin istehlak tələbini nəzərə almaqla təklifin formalaşma mənbələri müəyyənləşir. Təklifin ölçüsü, onun strukturunda mütərəqqi dəyişikliklər istehsal və idxalın tənzimlənməsi ilə reallaşır.

Adambaşına düşən gəlirin səviyyəsi, həmin gəlirin formalarını istehlak həcmini, onun strukturunu müəyyənləşdiridiyi üçün istehlak bazarının təşkili və idarə olunması dövlətin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir.

Gəlirlərin qütbləşmə səviyyəsi nisbi göstərici olmaqla baş verən meyillərin dinamik dəyişmələrin nəticəsi olduğu üçün müqaviləsi təhlil aparıb qərar qəbulu üçün əhəmiyyətlidir. Belə ki, qütbləşmə səviyyəsi ayrı-ayrı əhali qrupları üçün diferensial tənzimlənmə və hamarlama siyasəti aparmağa imkan verir. Minimal səviyyədə əhalinin gəlirlərinin sosial-demoqrafik tərkibi və iqtisadi amillərini nəzərə almaqla bölgü siyasəti formalaşdırır və uyğun mexanizmlərin hamarlama həyat keçirilir.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə dövlətin rolunu kredit və bank sisteminin səmərəli fəaiyyətini təşkil etməklə əmanətlərin artmasına və əhali resurslarının investisiya mənbəyi kimi istifadə olunmasına şərait yaradır. Əhalnin əmanətlərinin artım dinamikası həyat səviyyəsinin yüksəldilməsinin əsas göstəricilərindən biri ola bilər. Belə ki, inflasiyanın qarşısını almaq üçün həmin əmanətlərin banklarda saxlanılması həddindən artıq əmtəə almağa meyilini azaldır. Yığılmış vəsait dividend gətirməklə cari xərcləri əldə etmək üçün gəlir gətirir.

Dövlətin sosial inkişafda təsiri, həmçinin büdcə xərcləri ilə nəzarət olunan transfert xərcləri sosial müdafiə fondunun formalaşmasına təsir qüvvəsidir. Sosial xərcləri tənzimləmək üçün normativ və xərc strukturundan istifadə olunur. Belə ki, hər bir sosial xərcin standartlarına uyğun normativləri nəzərə almaqla büdcədən və xüsusi vəsaitlərdən ayrılan sosial xərclərinin səmərəli istifadəsinə nəzarət edilir.

Strateji və sosial təyinatlı məhsul və xidmətlər üzərində qiymətin dövlət tənzimləməsi ilə sosial siyasətin reallaşdırılması vasitələrinin mühüm istiqaməti bağlıdır. Bundan başlıca məqsəd əhalinin böyük hissəsinin minimum yaşayış səviyyəsi təmin etməkdir. Dövlət əhalinin minimum yaşayış səviyyəsi ilə bağlı istehlak səbətinə daxil olan məhsullara qiyməti tənzimləməklə əhalinin böyük bir qrupunun (az təminatlı, qocaların, işsizlərin) həyat səviyyəsini təmin etməklə cəmiyyətdə sosial sabitiliyə nail olursa digər tərəfdən həmin məshullara qiymətin tənzimlənməsi müvafiq sürətdə büdcə hesabına dövlət tərəfindən maliyyələşdirilən və cəmiyyətin aztəminatlı üzvlərinə verilən pensiya, işsizliyə görə yardım və s. xərclərinin artırılmasının qarşısını alır. Bu xərclər transfert ödəmələri olaraq dövlət büdcəsi hesabına ödənilir.

Transfertlə yaşayan əhali özünün yaşamaq tərzinə görə orta təminat səviyyəsindən aşağı olsa da, onun orta səviyyəyə çatdırılması stimul olaraq təmin olunmalıdır. Birbaşa büdcə xərcləri ilə, yaxud fiziki və hüquqi şəxslərin ünvanlı ayırmaları ilə qanunvericiliklə tənzim olunduqda büdcə resurlarının şəffaf istifadəsinə şərait yaratmış olur. Ona görə tənzimləmə siyasəti olaraq transfert gəlirləri və xərcləri arasında əlaqə elmi əsaslarla tərtib olunmuş metodlar və mexanizmlər vasitəsilə həll olunur. Transfert gəlirləri hər bir fərdin şəxsin fəallığı, onun sərəncamında olan resursların istifadə dərəcəsini azaltmalı və daha çox şəffaf formada stimulları yaratmalıdır.

Transfert gəlirləri natural və dəyər formasında reallaşır. Belə ki, natural gəlirlərin əsas mənbəyi dövlət büdcəsindən aztəminatlı ailələrin maddi vəziyyətini yaxşılaşdırmaq üçün istifadə olunan sosial sığorta, tibbi sığorta, pulsuz xidmət və güzəştli ödəmələr sisteminin tətbiqi ilə mümkün olur.

Sosial sığorta, diferensial sosil vergilər hüquqi və fiziki şəxslərdən tutulan vergilər, sosial təminat məqsədi ilə diferensiallaşır. Belə ki, aztəminatlı ailələr üçün sosial sığortanın maliyyələşdirilməsi mənbəyi dövlət büdcəsi yolu ilə baş verir. Tibbi sığorta sistemində yoxsul ailələr, pensiyaçılar və əlillər üçün tibbi sığortanın maliyyə mənbəyini dövlət büdcəsi təşkil edir. Dövlət büdcəsinin sosial sığorta və sosial obyektlərin xərclərinə yardım yolu ilə tənzimləmə siyasəti əhalinin fərdi xərclərini azaldır, daha çox maddi və xidmət istehlakını azaldır.

Sosial-iqtisadi roluna görə müavinətlar sistemi ayrı-ayrı sosial-demoqrafik və diferensiyasiyasına görə tənzimləyici xarakterli tədbiləri kimi reallaşır. Hər bir ölkədə iqtisadi və sosial müavinət sistemi əhali və yaşayış üçün zəruri olan maddi və mənəvi nemətlərin sistemi ilə uyğunlaşır. Ona görə də ehtiyac minimumu respublika əhalisinin ehtiyacı olanların xarakteristikaları ilə qiymətləndirilir.

Ehtiyac minimumu hesablama parametri olaraq məzmunu və səviyyəsi etibarilə sosial tənzimləmə obyekti rolunu oynayır. Ehtiyac minimumu mütərəqqi dəyişmə xarakterinə malikdir. Belə ki, istehlak sferasında məhsul və xidmətlərin qiymətinin dəyişməsi, əhalinin güzəranının yüksəldilməsi məqsədi ehtiyac minimumunun, minimum əmək haqqına bərabər tutulması konsepsiyası ilə tənzimlənir. Konseptual baxımdan ehtiyac minimumunun yaşayış minimumuna yaxınlaşması meyilləri əsas götürülür. Yaşayış minimumu hesab göstəricisi olmaqla iqtisadi sistemində baş verən dəyişikliklərlə təkmilləşir.

Pensiyaların minimum səviyyəsi yaşayış minimumu üçün lazım olan istehlak şeyləri ilə müəyyən olunub və hər il müvafiq olaraq indeksləşdirilməlidir. Pensiya səviyyəsində, əmək fəaliyyəti zamanı qazanılmış əmək haqqı tənzim olunmalıdır.

Əmək haqqı səviyyəsi sosial tənzimləmənin əsas amilidir. Əmək haqqı istehlak tələbatının ödənilməsində əsas funksiyasını yerinə yetirən amil kimi tənzim olunmalıdır. Əmək haqqının diferensiyasiya sistemi vahid tarif sistemi əsasında əməyin xarakterini və cəmiyyət üçün faydalılığını stimullaşdırmaq məqsədilə tənzimlənməlidir. Əmək haqqının minimum səviyyəsi üçün qarant yaratmaqla, onun diferensiyasiyası, əməklə əmək haqqı arasında və əməyin nəticəsi ilə onun ödənilməsi arasında uyğunluğu təmin edən prinsiplər işlənməlidir. Əmək haqqı siyasəti, həyat səviyyəsinin tənzimləyici mexanizmi və bölgü prinsipləri, stimullar sisteminin yaratdığı kimi istehsalın genişlənməsi üçün sahibkar və dövlət büdcəsinin istifadəsi və onun maddi, əmək və maliyyə resurslarının istifadəsini təmin edir.

İqtisadiyyatın inkişafı və dünya qiymət siyasəti daxili istehlak bazarında qiymətlərin dəyişmə dinamikasına təsir edir. Ona görə əmək haqqının artırılması real gəlirlərin yaxud istehlak məhsullarının həcmi və strukturunun yoxsulluq həddin düşməməsi məqsədini güdür.

Dövlətin rolu və funksiyası genişləndirilərək hər bir regionda iqtisadiyyatda baş verən dəyişikliklərə uyğun olaraq sosial infrastrukturun tənzimlənməsidir. Sosial inkişafının, ərazi tənzimlənməsinin özünəməxsus xüsusiyyətləri mövcuddur. O, hər şeydən əvvəl, regionların təbii-iqlim, sosial-iqtisadi inkişaf vəziyyətinə tam uyğun olaraq həyata keçirilməlidir. Belə ki, regionlar və ərazilər əhalinin təminat səviyyəsinin yaxınlaşdırılması istiqamətində dövlətin tənzimləyici rolu daha da güncləndirilməlidir. Sosial infrastrukturun formalaşdırılması istiqamətində ən başlıca yol hər bir regionda istehsal infrastrukturunun bazar iqtisadiyyatı tələbləri əsasında təkmilləşdirilməsidir.

Bazar münasibətləri şəraitində kəndin sosial inkişafının təmin edilməsi ilk növbədə aqrar sahədə çoxukladlı iqtisadiyyatın müvəffəqiyyəti ilə şərtlənir. Belə ki, kənd təsərrüfatında aqrar islahatların həyata keçirilməsi nəticəsində yaranan, mülkiyyətin müxtəlif formalarına əsaslanan sahibkarlığın inkişafı kəndin sosial inkişafın sürətlənməsinə, dövlətin sosial siyasətin, müəyyən kateqoriyalı vətəndaşlar və ictimai istehlakın, mənəvi dəyərlərin artırılması üçün yönəldikdə, onun maliyyə mənbələrinin aşkarlığı təmin olunmalıdır. Ona görə sosial müdafiə məqsədilə dövlətin rolunun onun büdcə, vergi və maliyyə mexanzimləri vasitəsilə əhalinin əsaslanmış ehtiyaclarının minimal yaxud normal səviyyəsini təmin etmək missiyası meydana çıxır. Bu baxımdan kənd əhalisinin rifahının yüksəldilməsi üçün ayrı-ayrı istehsal, kənd təsərrüfatına xidmət və emal sahələrinə güzəştli və uzunmüddətli kreditlər verilməsi, lizinq xidmətinin tətbiqi, sosial gərginliyin aradan qaldırlmasına dotasiya və müavinətın aşkarlığı və qaytarılması prinsiplərinin tətbiqi öz əhəmiyyəti ilə dövlətin dolayısı himayəsidir.

Kənd və şəhər əhalisinin sosial vəziyyətində diferensiallaşma obyektiv səbəblər üzündən baş veribsə, onun müəyyən müddətə tənzimlənməsi dövlətin əlində olan rıçaqlarla tənzimlənir. Belə ki, pensiya sistemi, müavinətlər, ayrı - ayrı əhali qrupları və funksional təyinat üçün xidmətlərə görə haqq verilməsi, əmək haqqının özünün sahə və ərazi diferensiyasiyasını nəzərə alır.

Dövlət bazar iqtisadiyyatı şəraitində rəqabət mühiti və təminat prinsipi əsasında özünün fəaliyyətini qurur. Mikrosəviyyəli problemlərin həllində əhali qrupları üzrə maksimal təminat, regionlar və sosial-demoqrafik qruplar üzrə müəyyən təminatlar məhdudiyyətinə, bölgüdə ədalət prinsiplərinin müəyyən olunması mühüm rol oynayır.

Belə ki, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı həmin sahələrdə əhalinin məşğulluğu əmək haqqısı və əmək haqqına olan əlavələr müəyyənləşir. Dövlətin sosial müavinat sistemi, sosial müdafiə tədbirləri və ayrı-ayrı sosial-iqtisadi sahələrin səmərəli təşkili ayrı-ayrı əhali qruplarının rifahını təmin edir.

Dövlət sosial təminat siyasətinin səmərəli həyata keçirilməsi üçün müasir informasiya texnologiyaları vasitələrindən istifadə edərək, sosial yardım və sosial xidmətlə bağlı, minimum əmək haqqı məbləğinin, ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksədilməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması, sosial müavinətları məbləğlərinin inflyasiya səviyyəsindən asılı olaraq indeksləşdirilməsi üzrə bir sıra işlərini həyata keçirir.

Hər bir insanın həyat keyfiyyəti və xarakteri cəmiyyətin normal fəaliyyətinə birbaşa təsir göstərir. Buna görə də dövlət cəmiyyətin hər bir üzvünün həyat və fəaliyyəti üçün münasib şərait yaratmaq vəzifəsini həyata keçirilir, ona müxtəlif formalarda sosial dəstək və yardım göstərir. Bu dəstək müxtəlif yollarla gerçəkləşdirilir və bütövlükdə sosial təminat adlanır.

Sosial təminat dövlətin sosial funksiyası ilə birbaşa bağlıdır. Bu hüquq onu ifadə edir ki, özünü saxlamaq qabiliyyətindən məhrum olmuş, yaxud başqalarına nisbətən cəmiyyətdə daha çox sosial müdafiəyə ehtiyacı olan şəxsin öz yaşayışını təmin etmək üçün müəyyən məbləğ əldə etmək haqqı vardır. Bu zaman fərdə əvəzsiz olaraq müəyyən məbləğdə pul vəsaiti və digər güzəştlər verilir.

Bütövlükdə sosial təminat ümumi məhsulun sərf olunmuş əmək müqabilində deyil, cəmiyyətdə yaradılmış, qanunvericiliklə tənzimlənən xüsusi fondlar hesabına qocaların, xəstələrin, əlillərin, uşaqların, ailə başçısını itirmişlərin, işsizlərin, cəmiyyətin bütün üzvlərinin yaşayış üçün vacib olan şəxsi tələbatlarını ödəmək, onların sağlamlığını qorumaq, iş qabiliyyətini bərpa etmək təminatçısı kimi çıxış etmək.

Müavinətlər sistemi dövlətin sosial siyasətinin tərkib hissəsi olmaqla sosial-demoqrafik tərkibdə ehtiyacların xarakteri və həmin ehtiyacları hamarlamaq vasitəsi kimi çıxış edir. Bu müavinətlərda sosial ədalət və meyarlarla uyğun tənzimləmə siyasəti əsas götürülür. Əhalinin yaş və əlillik kateqoriyaları üzrə tərkibində olan hissəsi uyğun ünvanlı güzəştlər və yaxud pul şəklində ödəmələr yolu ilə onların həyat səviyyəsi tənzimlənir. Ünvanlı sosial yardım kontingentləri Azərbaycan Respublikasında məlum səbəblər üzündən qərarlaşmış kontingent qrupları üçün ünvanlanır.

Müavinətlər qanunvericilik yolu ilə gəlirlərin ehtiyac minimum səviyyəsindən aşağı olan vətəndaşlar üçün mərkəzləşdirilmiş büdcədən ayrılır. Bununla yanaşı sahibkarlıq inkişaf etdikcə xüsusi gəlirin artımı bir sıra müavinət formaları tətbiq edilir. Belə ki, iri şirkətlər və yaxud sahibkarlar, mənzil kommunal xərclərini öz daxili resursları hesabına ödəməklə və uyğun olaraq vergi və məcburi sosial sığorta ödəmələrini verməklə müavinət sistemində müəyyən rol oynamış olur. Prinsipial olaraq müavinat sistemi bir qayda olaraq ayrı-ayrı əhali qruplarının müraciəti əsasında onların gəlirlərinin qiymətləndirilməsi yolu ilə təşkil olunur.

Sosial müavinətlər məqsədi və ünvanlı xarakter daşımaqla real həyat şəraiti və həyat tələbi üçün zəruri olan maddi və mənəvi nemətlərin məcmu ilə müəyyənləşir. Belə ki, həyat şəraiti üçün zəruri olan maddi və mənəvi nemətlərin müxtəlif sosial demoqrafik və insanlar üçün fərdi formada əsasladırılması, dövlətin transfert ayırmalarının iqtisadi və planlaşma bazasını müəyyənləşdirir. Dövlət tərəfindən işləyən və işləməyənlərə verilən müavinətlər bir-birindən fərqlənir. Bunu aşağıdakı cədvəllərdən aydın şəkildə görmək olar (Cədvəl 1)



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin