Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1.7 Mb.
səhifə12/15
tarix29.11.2016
ölçüsü1.7 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Oрганизационные и социальные аспекты совершенствование стиля работы управленческий работников
Рзаев Рафик Меджид оглы
РЕЗЮМЕ
B cтатьe исследованы организационные и социальные аспекты совершенствование стиля работы управленческий работников на основе международного опыта, в том числе рассмотрены соответствие применение в областях экономической деятельности и подчеркнуты их важность. Было отмечено что современные и активные управленческие работники для эффективной работы должны иметь личные, профессиональные и организационные качества.

Ключевые слова: коммуникация, управленческий работник, подчиненные, организационные качества, деловое общение, факторы эффективности.
Organizational and social aspects of improving the work style of managerial employees
SUMMARY
In the article investigated organizational and social aspects of improving the work style of managerial employees on the basis of international experience, including considered the feasibility in the areas of economic activity and underlined their importance. It was noted that modern and active management employees to work effectively must have a personal, professional and organizational quality.

Key words: communication, managerial employee, subordinate, organizational skills, business communication, efficiency factors.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.119-127

REGİONAL İQTİSADİYYAT
UOT 332.012.2(479.24)
Xızı rayonunun sosial-iqtisadi inkişafının mövcud vəziyyəti və perspektivləri
Cəmilzadə Şəhla Vəkil qızı

Sumqayıt Dövlət Universitetinin doktorantı
XÜLASƏ
Məqalədə çoxillik statistik məlumatlar əsasında Xızı rayonunun sosial-iqtisadi inkişafının mövcud vəziyyəti iqtisadi fəaliyyət sahələri üzrə təhlil edilmiş, müvafiq ehtiyat imkanları aşkara çıxarılmış, onlardan səmərəli istifadə olunması üzrə tövsiyələr işlənilmişdir.

Açar sözlər: sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, tikinti və sosial infrastrukturlar.
Giriş. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə I və II Dövlət Proqramlarının uğurlu icrası nəticəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin elektrik enerjisi, qaz və su ilə təhcizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, həmin sahələrə dövlət iri həcmdə daxili və xarici investisiyalar yönəltmişdir. Məhz bunun nəticəsində qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığı təmin olunmuşdur.

2003-2013-cü illər ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 84 mlrd.man. vəsait yönəldilmiş, dövlət tərəfindən sahibkarlıq subyektlərinə 1,2 mlrd.man. güzəştli kredit, kənd təsərrüfatı məhsulları istehsalçılarına isə - 490 mlyn.man yardım verilmişdir. Həmin dövrdə 3,6 min vahid istehsal və xidmət müəssisələri yaradılmış, sahibkarlıq subyektlərinin sayı 2,9 dəfə artmış, geniş infrastruktur şəbəkələri yaradılmışdır. Bütün bu nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, onu da qeyd etmək lazım gəlir ki, hələ də respublikamızın ayrı-ayrı rayonlarında məhsuldar qüvvələr qeyri-bərabər yerləşdirilmiş, investisiya təminatı yetərincə təşkil edilməmiş, çoxsaylı ehtiyat imkanlarından lazımınca istifadə olunmamışdır. Odur ki, həmin ehtiyatlardan səmərəli istifadə üzrə elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələrin işlənilməsinə zəruri ehtiyac duyulur.



Xızı rayonunun iqtisadi-coğrafi xarakteristikası. Rayon Böyük Qafqazın şimalı-şərq yamacında, Samur-Dəvəçi düzənliyində yerləşir. Rayona bir şəhər, üç qəsəbə və 25 kənd daxildir. 2005-2012-ci illərdə rayon əhalisinin sayı 109,2% artaraq, 2013-cü ilin əvvəlində 15,5 min nəfər təşkil etmişdir. Əgər 2005-ci ildə rayonda hər 1000 nəfərə təbii artım 8,5 təşkil etmişdirsə, 2012-ci ildə bu göstərici 1,8 dəfə artaraq - 15,8 çatmışdır. Əhalinin 48,9% - kişilər, 51,1%-ni qadınlar təşkil edir. Rayon əhalisinin 49,3%-i - kənd yerlərində yaşayırlar.

Cədvəl 1.

Əsas

Göstəricilər

İ l l ə r

Artım tempi %-lə

2005

2010

2011

2012

2005-2010-cu illərdə

2010-2012-ci illərdə

Əhalinin sayı, min nəfər

14,2

15,1

15,3

15,5

106,3

102,6

Xəstəxanaların sayı, vahid

4

1

1

1

25,0

100,0

Həkimlərin sayı, nəfər

17

37

32

38

2,2 dəfə

102,7

Orta tibb işçilərinin sayı, nəfər

62

50

55

63

80,6

126,0

Əhalinin hər 10.000 nəfərinə düşən həkimlər, nəfər

12,1

24,5

20,9

24,4

2 dəfə

99,6

Əhalinin hər 10.000 nəfərinə düşən orta tibb heyəti, nəfər

44,0

33,1

35,9

40,6

75,2

122,6

Məktəbəqədər təhsil müəssisələrinin sayı, vahid

9

8

8

8

88,9

100

Ümumtəhsil müəssisələrinin sayı, vahid

14

14

14

14

100

100

Kütləvi kitabxanaların sayı, vahid

13

14

14

14

107,5

100

Klubların sayı, vahid

8

10

10

9

125,0

90,0

İqtisadiyyatda muzdla işləyənlərin sayı, min nəfər

1,8

2,4

2,1

2,3

133,3

95,8

Orta aylıq əmək haqqı, man

70

224

241

241

3,2 dəfə

107,6

Açılmış yeni iş yerlərinin sayı

379

371

620

537

97,8

144,7

Pərakəndə ticarət dövriyyəsi, mlyn.man

3,5

12,2

13,7

16,0

3,5 dəfə

131,1

Əhaliyə göstərilən pullu xidmətin həcmi, mlyn. man

0,91

5,8

6,1

6,3

6,4 dəfə

108,6

Məişət xidmətinin həcmi, mlyn. man

0,22

0,56

0,29

0,64

2,5 dəfə

114,3

Kənd təsərrüfatının məhsullarının istehsalı, min. ton

2,9

2,6

2,6

3,1

89,6

119,2

Sənaye müəssisələrinin sayı, vahid

5

6

5

5

120,0

83,3

Sənaye məhsulunun həcmi, mlyn. man

0,97

2,5

2,4

2,4

2,6 dəfə

96,0

Sənayedə çalışan işçilərin sayı, nəfər

78

144

153

153

184,6

106,3

Sənayedə əsas fondların dəyəri, mlyn. man

2,9

4,5

4,6

4,7

155,2

104,4

*) Azərbaycanın regionları. Bakı “DSK”, 2013, s. 91-100

Xızı rayonunun sosial- iqtisadi göstəriciləri
Xızı rayonu-Abşeron iqtisadi regionunun tərkibinə daxil olub, kənd təsərrüfatı rayonudur. Burada heyvandarlıq və əkinçilik inkişaf etdirilmişdir. Abşeron iqtisadi regionunda istehsal edilən kənd təsərrüfatı məhsullarının 73%-i həmin rayonun payına düşür. Rayonda beş sənaye müəssisəsi, 14- ümumtəhsil məktəbi, 12-klub və muzey, 14-kitabxana, fəaliyyət göstərir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasının nəticələri. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (ARDSK) operativ məlumatlarına görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Xızı rayonu üzrə nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilmiş və əsas makro-iqtisadi göstəricilərdə artım əldə edilmişdir. Belə ki, 2003-2013-cü illərdə rayon üzrə ümumi məhsul istehsalı 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 1,9 dəfə, pərakəndə ticarət dövriyyəsi 3,3 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi, 5,5 dəfə, iaşə dövriyyəsinin həcmi 6,1 dəfə, sahibkarlıq subyektlərinin sayı 2 dəfə, o cümlədən fərdi sahibkarların sayı 2,7 dəfə çoxalmışdır.

Həmin dövrdə rayon üzrə orta aylıq əmək haqqı 5,9 dəfə, pensiyaların orta məbləği 5,8 dəfə yüksəlmiş və 1053-ü daimi olmaqla 7313 yeni iş yeri açılmışdır.

Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən rayonda 83 sahibkara 10,6 milyon manat məbləğində güzəştli kredit verilmiş və kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 693 min manat məbləğində yardım edilmişdir. Bu illər ərzində rayonda mənzil fondunun ümumi sahəsi 28,5% artmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli 1 yaşayış binası və 1 fərdi ev tikilmiş, ümumi sahəsi 20,8 min kvadratmetr olan fərdi evlər istifadəyə verilmiş, su, qaz, kanalizasiya sistemi ilə təchiz olunmuş yaşayış sahələri müvafiq olaraq 20,3%, 16,2% və 7,4 dəfə artmışdır. Təhlilin əhatə etdiyi dövrdə rayonda ATS-lərin sayı 1,5 dəfə, ümumi nömrə tutumu 27,7% çoxalmış, internet istifadəçilərinin sayı 4,1 dəfə, internetə çıxışı olan evlərin sayı 2,8 dəfə, kompyuter istifadəçilərinin sayı 2,5 dəfə, mobil telefon abunəçilərinin sayı 17 dəfə artmışdır.

ARDSK-nın rəsmi məlumatlarına görə rayonun sosial-iqtisadi göstəriciləri ayrı-ayrı dövrlərdə artıb-azalan xəttlə dəyişmişdir. Bunu 1 saylı cədvəlin məlumatları da təsdiq edir. Təhlil göstərir ki, 2005-2012-ci illərdə rayon əhalisinin sayı 109,2% artmışdır. Həmin dövrdə orada fəaliyyət göstərən müəssisələrin sayı 3 vahid azalmış, lakin adı çəkilən Dövlət Proqramı çərçivəsində 2011-ci ildə Xızının və ətraf rayonların əhalisinin sağlamlığına xidmət edən müasir avadanlıqlarla təchiz olunmuş Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilmişdir. Bu mərkəzə müraciət edənlər funksional diaqnostika, hemodializ, stasionar, əməliyyat, reanimasiya və rentgen şöbələrinin xidmətlərindən yararlanırlar. Bununla yanaşı, rayon Mərkəzi Xəstəxanasının əvvəlki binasında 20 çarpayılıq tibb-bərpa şöbəsi yaradılmışdır. Səhiyyə sahəsində aparılan islahatlar nəticəsində Xızı rayonunda çalışan həkimlərin sayı 2,2 dəfə, orta tibb bacılarının sayı 102% artmış və, nəticədə, əhalinin hər 10.000 nəfərinə düşən həkimlərin sayı 24,4 nəfərə çatmışdır. Təhlilin əhatə etdiyi dövrdə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 200 şagird yerlik 1 məktəb binası tikilmiş, 3032 şagird yerlik 5 məktəb binası əsaslı təmir olunmuşdur.

Rayonda həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində iqtisadiyyatda muzdla işləyənlərin işlərinin sayı 1,3 dəfə; orta aylıq əmək haqqı - 3,5 dəfə; pərakəndə ticarət dövriyyəsi - 4,6 dəfə; əhaliyə göstərilən pullu xidmətin həcmi 6,9 dəfə; o cümlədən məişət xidmətinin həcmi - 2,9 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi isə - 106,9% çoxalmışdır.

Sənayenin inkişafı. Xızı rayonunda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı təhlil dövründə əsasən dəyişməsə də, orada istehsal edilən sənaye məhsulunun həcmi 2012-ci ildə 2005-ci ilə nisbətən 2,5 dəfə; orada çalışan işçilərin sayı - 196,2%; əsas fondların dəyəri isə - 162,1% çoxalmışdır.

Son illərdə Xızıda bir sıra əhəmiyyətli sənaye müəssisələri -Yaşma Külək Enerji Parkı, Dubrar su zavodu, “Giləzi” ASC, “Giləzi quşçuluq” MMC tikilib istifadəyə verilmişdir.

Sənaye müəssisələrinin fəaliyyətini xarakterizə edən məlumatlar 2 saylı cədvəldə verilmişdir.

Cədvəl 2.

Xızı rayonunda sənaye müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilər *)

Göstəricilər

İ l l ə r

2005-2012-ci illərdə artım tempi (%-lə)

2005

2008

2009

2010

2011

2012




Fəaliyyət göstərən müəssisələrin sayı cəmi, vahid

5

4

5

6

5

5

100,0



Sənaye məhsulunun həcmi (müvafiq ilin qüvvədə olan faktiki qiymətləri ilə), min manat

974,8

2941

2830

2467

2383

2381

2,4 dəfə

Sənaye məhsulunun həcmi əvvəlki ilə nisbətən, faizlə (müqayisəli qiymətlərlə)

140,5

103,2

90,5

78,9

88,3

108,8

X

Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi, faizlə

21,3

11,3

5,3

3,2

3,3

3,3

- 18,0

İşçilərin orta siyahı sayı – cəmi, nəfər

78

165

113

144

153

153

196,2

İşçilərin orta aylıq əmək haqqı, manat

58,4

198,0

231,0

342,3

293,8

318,4

5,5 dəd

Sənaye-istehsal əsas fondlarının mövcudluğu (ilin axırına; balans qiymətləri ilə), min manat

2972

4621

4438

4482

4607

4742

159,6

Natural ifadədə əsas məhsul növləri istehsalı:

Keramik tikinti kərpici, kub m.



4853

8312

697

-

-

-

X

Tikinti qumu, ton

-

-

23784

15446

16200

30400

X

*) Azərbaycanın regionları. Bakı, “DSK”, 2013, s. 99.

1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə