Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1.7 Mb.
səhifə7/15
tarix29.11.2016
ölçüsü1.7 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Sxem 2. Turizmin inkişaf modeli.
Sxemdən göründüyü kimi, şərait və məqsəd, alınan nəticələr arasında əlaqələr, onların təşkili və fəaliyyət mexanizmi modeli formalaşdırılır. Turizm modelinin təşkili, qəbul olunan məhdudiyyətlər və məqsədlər üzərində qurulur.

Turizmin inkişafı iqtisadi siyasət, konseptual yanaşma və hər bir ölkənin real iqtisadi sektoru ilə tarazlı meyillər və xüsusiyyətlər kəsb edir. Real sektor olaraq Şimali Kiprdə turizm perspektiv mahiyyət və struktur islahatlar obyektidir.

“Türklər Kipr adasında 450 ildir özlərini idarə edirlər. Bu gün türklər adada öz dövlətlərini qurduqları üçün cəzalandırılır. Avropa Birliyi Şimali Kiprə qarşı ticarət embarqolarını hələ davam etdirir. Adanın türk hissəsinin lideri 4 il əvvəl keçirilən referendumda Şimali Kiprin BMT planına “hə” deməsinə baxmayaraq, ŞKTC hələ də cəzalandırılan tərəf kimi qalır. 25 il əvvəl adada Türk Cümhuriyyətinin elan edilməsi separatizm yox, federal, hər iki millətin öz müqəddəratını təyinetmə hüququnu tanıyan yeni dövlətə nail olmaq məqsədi daşıyırdı”.[2].

İndiyə qədər dünyaya müstəqilliyini tanıda bilməyən Şimali Kipr blokada vəziyyətində yaşamaqda davam edir. Çətinliklərə baxmayaraq ada dövləti iqtisadiyyatını qaldırıb, ayaqda dayanmaq üçün var gücü ilə çalışır. İqtisadiyyatın formalaşmasında əsas gəlir sahələri təhsil və turizm hesab olunduğundan diqqətlər məhz bura yönəldilib. Bu baxımdan hər iki sahəni əcnəbilərə daha cəlbedici edib, həvəsləndirmək üçün müxtəlif kampaniyalar həyata keçirilir. Şimali Kiprə oxumağa gələn xarici vətəndaşlar ildən-ilə artır, adada müasir standartlara cavab verən mehmanxanalar tikilir, amma hələ ki, çoxsaylı turistin bura gəlməsinə nail olunmayıb.

Dövlət beynəlxalq səviyyədə tanınmadığından birbaşa təyyarə reyslərinin açılması müəyyən qədər problemlər yaradır. Bu isə, şübhəsiz, turistlərin sayına öz təsirini göstərir. Hazırda adaya uçuş Türkiyə vasitəsilə həyata keçirilir. Bununla belə Almaniya, İtaliya kimi dövlətlər artıq buraya uçuşu həyata keçirirlər. Türkiyədən sonra Şimali Kiprə ən böyük dəstək olan Azərbaycan da qardaş ölkənin ayağa qalxması üçün əlindən gələni edir. Hər il rəsmi Bakı kifayət qədər tələbənin məhz burada təhsil almasına şərait yaradır. Adaya turist axınının cəlb olunması üçün də hər cür dəstək göstərilir. Bakıda təşkil olunan “Şimali Kiprin Turizm Sektorunun Təbliği” konfransı da bu səpkili dəstəklərdən hesab olunur. Adanı təmsil edən iş adamları, dövlət nümayəndələri, mehmanxana sahibləri konfransda geniş çıxış edib, Şimali Kipr haqqında məlumat verdilər.

Aralıq dənizinin üçüncü ən böyük adası olan Kipr tarixi abidələri, mənzərəli görünüşü və özünəməxsusluğu ilə seçilir. Buraya dincəlməyə gələn turistlərə Şimali Kiprə tam səyahət etmək imkanı verilir. Nəinki Aralıq dənizinin təmiz sularında çimib, qızmar günəşin şüalarını qəbul edib, tarixi abidələrlə tanış olmaq, həm də yerli sakinlərlə görüşüb Kiprin adət-ənənələri, mətbəxi, əhalinin yaşam tərzi ilə yaxından tanış olmaq imkanı əldə etmək mümkündür. Şimali Kiprin turizm və mədəniyyət nazirliyi bu il qiymətlərdə ucuzlaşma olacağını bildirdi. Onun sözlərinə görə, Azərbaycandan adaya səyahət etmək niyyətində olan şəxslərə bir çox yeniliklər nəzərdə tutulub. Turistlər səyahət müddətində daim həkim nəzarətində də olacaqlar ki, bu da onların tam sığortalanması deməkdir.

Hazırda Şimali Kiprə gələn turistlərin sayı, oradakı şərait, eyni zamanda Azərbaycandan gələnlərin sayı artır. Ölkədə 96 mehmanxana fəaliyyət göstərir. Keçən il 74 min turist qəbul edilib. Amma tikinti işləri hələ ki, yekunlaşmayıb. Mehmanxanaların, parkların inşa edilməsi istiqamətində işlər davam edir. Kipr təmsilçisi mehmanxanalarda qonaqlar üçün hər cür şəraitin yaradıldığını müşahidə etmişdir. Buradaki şərait ən inkişaf etmiş turizm ölkələrindən hər hansı göstəricisinə görə geri qalmır, əksinə bəzi məqamlarda onları üstələyir. Ölkədə tibbi turizmin, konfrans turizminin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Belə ki, Aralıq dənizinin ən böyük konfrans zalları məhz Şimali Kiprdədir. Bununla yanaşı ölkədə ekoturizm, istirahət turizmi, tarixi yerlər üzrə turlar, kənd-etnoqrafik turizmi də ciddi inkişaf dövrünü yaşayır. [3].

Azərbaycan vətəndaşlarının Şimali Kiprə səyahət etmələrinin üstünlüyü tələbələrə məxsusdur. Onlar Kiprdə təhsil aldıqlarından adada daha sərfəli şərtlərlə dincəlmək imkanı əldə edirlər. Amma Azərbaycandan yalnız dincəlmək məqsədi ilə gələnlərin sayı qənaətbəxş hesab olunmur. Bu isə birbaşa hava reysinin olmaması ilə bağlıdır. Adaya Türkiyə vasitəsi ilə uçmaq lazım gəldiyindən bir qədər artıq pul xərcləmək lazım gəlir. Bu baxımdan azərbaycanlılar Türkiyədə dincəlməyə üstünlük verirlər. Bununla belə qiymətlər elə bir həddə olacaq ki, Kiprdə istirahət etmək Türkiyədən ucuz başa gələcək. Bu istiqamətdə konkret addımlar atılır. Bakıdan birbaşa təyyarə reysinin açılması üçün də işlər aparılır. Burada söhbət yalnız Azərbaycan vətəndaşlarının Şimali Kiprə səyahət etməsini asanlaşdırmaqdan getmir. Kiprlilərin də Bakıya gəlməsi baxımından bu çox vacibdir. Hazırda yol xərcinin baha olması, Kipr vətəndaşlarına bu imkanı vermir. Hər iki xalqın əlaqələri tarixə söykəndiyindən münasibətlərin inkişafı çox zəruridir. Məqsəd iki dövlətin vətəndaşları arasındakı əlaqələri Türkiyə-Azərbaycan arasında mövcud münasibətlər səviyyəsinə gətirməkdir. Yəni həm azərbaycanlılar, həm də kiprlilər istədikləri halda qarşılıqlı surətdə səfərlər edib, dostluq, qardaşlıq əlaqələrini ən yüksək səviyyəyə çatdırmalıdırlar.


ƏDƏBİYYAT

1. A.Nadirov “Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri”, Bakı, Elm, 2001, 451 s. 2. İ.H.Alıyev, S.A.İbadov və s. Azərbaycan iqtisadiyyatı, Bakı, “Ağrıdağ”, 1998, 396 s. 3. A.Ə.Əliyev, A.Ş.Şəkərəliyev “Bazar iqtisadiyyatının əsasları, Bakı, “Elm” 2011, 265 s.

The classification of tourism activity and its segmentation in North Cyprus Republic
Ahmet Ozyigit Savash

The article classification of tourism activity and its segmentation in North Cyprus Republic are analyzed.



Key words: market competition, competitiveness, indicator of competitiveness, national economy , economic regulation, economic resource
Классификация деятельности туризма и его сегментации на Северном Кипрском Республики
Ахмет Озйигит Саваш
В статье анализируются классификации туристической деятельности и ее сегментация на Северном Кипре Республика

Ключевые слова: рыночная конкуренция, конкурентоспособность, показатель конкурентоспособности, народное хозяйство, экономическое регулирование, экономические ресурсы.

Rəyçi:

İbrahimov Z.H.

ADİU-nun “Bank işi”

kafedrasının dosenti

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.74-82
MALİYYƏ VƏ UÇOT
UOT 336.14(479.24)
Dövlət büdcəsi və maliyyə-kredit mexanizminin formalaşmasında onun rolu
Tükanov Müşfiq Mahal oğlu

Az.ETKTİ və Tİ-nun dissertantı
XÜLASƏ
Məqalədə dövlət büdcəsinin əsas mahiyəti və formalaşma prinsipləri, həmçinin maliyyə-kredit mexanizminin təşkili məsələləri araşdırılaraq dövlət büdcəsinin bu prosesdə rolu müəyyənləşdirilmışdır.

Açar sözlər: dövlət, büdcə, iqtisadi, maliyyə, kredit, mexanizm, resurs, xərc.

Dövlət büdcəsi ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Belə ki, o, dövlətin gəlir və xərclərinin əsas hissəsini özündə birləşdirir. Dövlət büdcəsi dövlət krediti, gəlirlər, dövlət xərcləri, mənfəət kimi iqtisadi kateqoriyalarla bilavasitə bağlıdır. Həm də dövlət büdcəsi vasitəsilə yuxarıda göstərilən kateqoriyaların (proseslərin) bir növ vəhdətliyi təmin edilmiş olur. Dövlət büdcəsi cari il üçün dövlətin əsas maliyyə planını təşkil edir. Dövlət büdcəsi pul münasibətlərini ifadə edir və dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondunun əmələ gəlməsi və istifadə olunması prosesini müəyyənləşdirir. Büdcə vasitəsilə həmçinin müəssisələrin və əhalinin pul vəsaitləri səfərbər edilir və bu vəsaitlər maddi və qeyri-maddi istehsal sahələrinin və digər istiqamətli işlərin maliyyələşdirilməsinə yönəldilir. Konstitusiyanın 109.2 və 119-cu maddələrinə əsasən – «Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, Azərbaycan Respublikasının Prezidenti isə həmin layihəni Milli Məclisin təsdiqinə verir». Konstitusiyanın 95-ci maddəsinin 5-ci bəndinin tələblərinə əsasən – «Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə daxildir» (1).

Dövlət büdcəsinin rolu həm kəmiyyət, həm keyfiyyət baxımından da təsirli olduğu qəbul olunur. Büdcənin kəmiyyət təsiri dedikdə, hansı istiqamətə nə qədər vəsait yönəldilməsi başa düşülür. Keyfiyyət təsiri isə bir tərəfdən, vergilərin düzgün qurulması və vəsaitlərin səmərəli xərclənməsini, digər tərəfdən büdcə vasitəsilə bu prosesə nəzarət edilməsini nəzərdə tutur.

Kəmiyyət baxımından dövlət büdcəsinin gəlirləri milli dövlətin payını ifadə edir. Onun mütləq həcmi və xüsusi çəkisi dövlətin konkret vəzifələri və gəlir potensialından asılı olur. Dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında vergi ödəmələri mühüm yer tutur. Maliyyə resurslarının büdcədə toplanması dövlət əhəmiyyətli məqsədli proqramların həyata keçirilməsinin maddi əsasını təşkil edir. Ona görə də ən başlıca məsələ, həm də həmin maliyyə resurslarından səmərəli istifadə edilməsidir.

Büdcə mahiyyət etibarı ilə ölkənin iqtisadi həyatının əsas qanunudur, burada dövlətin gəlir və xərcləri, habelə iqtisadi inkişafın bütün parametrləri öz əksini tapır. Dövlət büdcəsi mərkəzləşdirilmiş mühüm maliyyə sistemi olsa da, ümumdövlət maliyyə sistemi yalnız dövlət büdcəsindən deyil, həm də büdcədənkənar fondlar, dövlət, əmlak, şəxsi və digər sığortalamadan və dövlət kreditlərindən ibarətdir. Bunlar bütövlükdə ümumdövlət maliyyə sistemi adlanır.

Respublikanın büdcə sistemi bütün büdcələrin vahidliyi və müstəqilliyi prinsipləri üzərində qurulmuşdur. Bütün büdcələr sərbəstdir və onların hər biri müəyyən vəzifə və funksiyanı yerinə yetirir. Hazırda respublikamız müstəqil bir dövlət olmaqla özünün sərbəst büdcə hüququna malikdir. Büdcə hüququ məfhumunda dovlət büdcəsi və onun ayrı-ayrı həlqələrinin tərtibi, müzakirəsi, təsdiqi və icrası, eləcə də büdcənin yerinə yetirilməsinə dair hesabatların tərtibi və təsdiqi qaydaları üzrə mərkəzi və yerli dövlət hakimiyyət orqanlarının fəaliyyətini nizamlayan hüquqi normaların məcmusu başa düşülür (2).

Büdcə dövlətin bütün digər maliyyə planları ilə qarşılıqlı əlaqədədir və onlar arasında nisbətən aparıcı rol oynayır. Çünki büdcə dövlətin iqtisadi vəzifələrini, sosial-mədəni, idarəetmə və müdafiə vəzifələrinin yerinə yetirilməsi üçün lazım olan pul vəsaiti fondlarının səfərbərliyə alınmasını təmin edir. Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsinin zəruriliyi ölkənin ümumi və sosial-mədəni ehtiyaclarının ödənilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi vəzifəsindən irəli gəlir. Dövlət iqtisadi metodlarla, o cümlədən büdcə vasitəsilə ölkənin məhsuldar qüvvələrini inkişaf etdirir, istehsalın perspektiv sahələrini maliyyə vəsaitləri ilə təmin edir və bununla xalqın maddi və mənəvi tələbatının ödənilməsi üçün zəmin yaradır. Deməli, dövlət ölkənin məhsuldar qüvvələrini hərtərəfli inkişaf etdirmək, geniş təkrar istehsalı pul vəsaitləri ilə təmin etmək, sosial ehtiyacları ödəmək, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə büdcə vasitəsilə milli gəliri istehsal və qeyri-istehsal sferaları, iqtisadi rayonlar arasında bölüşdürür və yenidən bölüşdürür. Milli gəlirin dövlət büdcəsinə daxilolma nisbətləri hər bir dövlətin yerinə yetirdikləri vəzifələrin xarakteri, mülkiyyət formaları və onların nisbətləri ilə müəyyən edilir.

Hazırda maliyyə-büdcə siyasəti üzrə bütün qanunvericilik hüquqları Milli Məclisin sərəncamındadır. Ölkənin maliyyə-büdcə siyasətinin əsas istiqamətlərini də, mövcud qanunvericiliyə uyğun olaraq, hər il bu ali dövlət orqanı müəyyən edir. Büdcə posesləri Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanun, Nazirlər Kabinetinin təsdiq etdiyi «Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları» və hər il qəbul edilən dövlət büdcəsi haqqında qanunlar əsasında tənzimlənir.

Azərbaycan Respublikasının büdcə sistemi Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan MR-in respublika büdcəsindən və yerli büdcələrdən ibarətdir. Büdcə sistemi ona daxil olan bütün büdcələrin vahidliyi və müstəqilliyi prinsipi əsasında qurulur. Bu o deməkdir ki, büdcənin sadalanan bütün səviyyələri qanunla tənzimlənən eyni gəlir mənbələrindən istifadə edir, məqsədli və regional büdcə fondların yaradılması, həmçinin maliyyə resurslarının müxtəlif büdcə səviyyələrində yenidən bölgüsündə onların qarşılıqlı əlaqəsinə, vahid büdcə təsnifatına və büdcə sənədləşməsinə əsaslanır. Büdcə sisteminin vahidliyi birləşdirilmiş büdcə tərtib etmək yolu ilə aşağı büdcə səviyyəsindən yuxarı büdcə səviyyəsinə lazımi informasiya verməklə və büdcələrin icrasına dair müntəzəm hesabat təqdim etməklə təmin olunur. Büdcələrin müstəqilliyi onun hər bir səviyyəsinin öz gəlir mənbəyinə malik olması, bu gəlirdən istifadənin və xərclənməsinin istiqamətlərini sərbəst müəyyən edilməsi hüququnu nəzərdə tutur.

Dövlət büdcəsinin xərcləri büdcə təsnifatına əsasən, müəyyən edilən xərclərdir. 5 avqust 1996 - cı ildə qəbul edilmiş (17.09.1997 və 03.08.1998 illərdə əlavə və dəyişikliklər edilmişdir) büdcə təsnifatına əsasən, dövlət büdcəsinin xərcləri - funksional, iqtisadi və təşkilati xərclər üzrə təsnifləşdirilir. Funksional xərclərə idarəetmə, müdafiə, elm, sosial, dövlət borcu ilə bağlı xərclər və digər xərc maddələri aiddir.

İdarəetmə xərclərinə - icra hakimiyyəti və prokurorluq orqanlarının saxlanılması xərcləri; sosial xərclərə – təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mənzil-kommunal və mədəniyyət xərcləri; digər xərc maddələrinə isə – sənaye və tikinti, nəqliyyat və rabitə, ehtiyat fondu xərcləri, yerli büdcələrə yönəldilən dotasiyalar, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri; kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq xərcləri, beynəlxalq təşkilatlara üzvlük haqları, banklarla hesablaşma xərcləri və s. mənbələr aid edilir. «Büdcə sistemi haqqında» qanunda dövlət büdcəsinin iqtisadi xərcləri də göstərilir. Xərclərin iqtisadi təsnifatına - cari xərclər, əsaslı xərclər və kreditlər üzrə borclar, faizlərə xidmət xərcləri üzrə borclar faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı daxildir.

Büdcə xərcləri - müvafiq büdcə təsnifatına uyğun olaraq təsdiq olunmuş büdcə ayırmaları həddində cari, investisiya, innovasiya və digər xərclərin maliyyələşdirilməsinə yönəldilir. Hər ilin dövlət büdcəsindəki ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək səviyyəsini göstərir.

Dövlətin maliyyə mexanizmində mühüm yer tutan dövlət büdcəsi dövlətin məqsədlərini və vəzifələrini özündə əks etdirir. Büdcənin mühüm əlamətləri aşağıdakılardır:

- dövlət büdcəsi hər il Milli Məclis tərəfindən təsdiq edilir. Bu o deməkdir ki, təsdiq edilmiş qanun dövlət hakimiyyəti və dövlət idarəetmə orqanları üçün məcburidir. Dövlət büdcəsinə tədiyə ödəyən bütün müəssisə, idarə, təşkilat və vətəndaşlar büdcə qarşısındakı öhdəlikləri yerinə yetirməyə borcludurlar və büdcədə nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi üçün bütün müvafiq orqanlar məsuliyyət daşıyırlar;

- dövlət büdcəsi dövlətin sosial-iqtisadi inkişaf göstəricilərinə əsaslanır. Bu o deməkdir ki, dövlət büdcəsinin həm gəlir hissəsi, həm də xərcləri respublikanın sosial- iqtisadi inkişaf göstəricilərinə uyğun olaraq müəyyən edilir;

- dövlət büdcəsi ümumxalq mənafeyini əks etdirir və əhalinin ümumi ehtiyaclarının ödənilməsinə xidmət edir;

- dövlət büdcəsi dövlətin iqtisadi inkişafı və onun müdafiə qabiliyyətinin möhkəmləndirilməsini maliyyə vəsaiti ilə təmin edir;

- dövlət büdcəsi tərtib və icra olunarkən, ölkənin sosial-iqtisadi inkişaf proqramının müəyyən etdiyi vəzifələrin, kəmiyyət və keyfiyyət göstəricilərinin yerinə yetirilməsi üzərində nəzarət edir;

- dövlət büdcəsinin mahiyyəti, əhəmiyyəti, onun gəlirləri və xərclərinin məzmunu ilə müəyyən olunur;

- dövlət büdcəsinin əlaqələri çox geniş olmaqla dövləti, bütün mülkiyyətdən olan müəssisə və təşkilatları, əhalini əhatə edir. Dövlət büdcəsi, eyni zamanda sosial-iqtisadi sahələri, inzibati-ərazi vahidlərini, yerli büdcələri və s. əhatə edir. O, dövlətin mərkəzləşdirilmiş pul fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi proseslərini həyata keçirir.

Dövlətlə hüquqi və fiziki şəxslər arasında formalaşan maliyyə münasibətlərinin tərkib hissəsi kimi çıxış edən büdcə münasibətlərinin spesifik xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

• birincisi, büdcə münasibətləri bölgü prosesində meydana gəlir, dövlət bu prosesin əsas iştirakçısıdır, o eyni zamanda təkrar istehsal prosesinin də birbaşa iştirakçısıdır;

• ikincisi, büdcə münasibətləri mərkəzləşdirilmiş pul vəsaitləri fondunun formalaşdırılması və istifadə edilməsi ilə əlaqədardır və ümumi dövlət tələbatlarının ödənilməsi üçün nəzərdə tutulmuşdur. Bu tələbatlar təkcə dövlət idarə aparatının tələbatı deyil, həm də təkrar istehsal prosesinin iştirakçılarının dövlət xidmətlərinə olan tələbatlarıdır.

Büdcə münasibətləri maliyyə təminatı və maliyyə tənzimlənməsi funksiyalarını yerinə yetirməklə, pul vəsaitlərinin mərkəzi dövlət fondunun bölüşdürülməsi və istifadəsi məsələlərindən kənara çıxır. O, təkrar istehsal prosesinə iqtisadi təsir metodu kimi həyata keçirilir, cəmiyyətin bütün maliyyə resurslarının yenidən bölgüsünün və istifadəsinin səmərəliyini təmin edir.

Beləliklə, dövlətin büdcə siyasətini formalaşdıran büdcə münasibətlərinin qurulması yalnız ayrı-ayrı vətəndaşlar və təsərrüfat subyektləri tərəfindən dövlətdən bu və ya digər xidmətləri əldə etmək marağına əsaslanmır. Qeyd etmək lazımdır ki, bu xidmətləri onlar, gəlirlərin bir hissəsini dövlətə vergilər və digər məcburi ödənişlər kimi milli gəlirin bölüşdürülməsində iştirakı formasında həyata keçirirlər. Eyni zamanda maliyyə resurslarının səmərəli istifadə edilməsi məqsədi ilə onların bölüşdürülməsində iştirak edən iqtisadi subyektlərin fəaliyyətində istifadə olunan norma və qaydaların işlənib hazırlanmasında bu subyektlərin maraqları nəzərə alınır.

Dövlət büdcəsinin mahiyyəti onun maliyyə təminatı və maliyyə tənzimlənməsi funksiyalarında ifadə olunmuşdur.

Büdcənin maliyyə təminatı funksiyası - bir tərəfdən, dövlətin idarəetmə, müdafiə, xarici siyasət və sosial məsələlərin cəmiyyət tərəfindən ona həvalə edilmiş dövlət xidmətlərinin yerinə yetirilməsinin maliyyə resursları ilə təmin edilməsi ilə əlaqədardır. Digər tərəfdən, büdcənin maliyyə təminatı funksiyası yalnız dövlət xidmətlərinin yerinə yetirilməsi üçün dövləti maliyyə resurslarına olan tələbatı ilə məhdudlaşmır. Dövlət xidmətlərinin səmərəliliyinin yüksəldilməsi üçün yalnız onların həcminin artılıması deyil, habelə müəyyən iqtisadi fəallığın təmin edilməsi məqsədi ilə dövlətin ixtiyarında olan bütün resursların səmərəli yerləşdirilməsi və istifadə edilməsi üçün müvafiq şərait də yaradılmalıdır. Odur ki, büdcənin maliyyə təminatı funksiyası bilavasitə büdcənin tənzimləmə funksiyası ilə əlaqədar olsa da, o öz spesifik formaları ilə seçilir.

Büdcə gəlirlərinin ənənəvi anlamı - onların yenidən bölgü konsepsiyasına əsaslanır, dövlət iqtisadiyyat üzərində üstqurum hesab olunur, onun gəlirləri isə təsərrüfat subyektləri və ayrı-ayrı vətəndaşların gəlirlərinin bir hissəsidir. Belə konsepsiyaya görə dövlətin xeyrinə iqtisadi agentlərdən tutulan vergi və digər məcburi ödənişlər nə qədər az olsa, bir o qədər yaxşıdır. Lakin müasir iqtisadi nəzəriyyəyə görə - dövlət ictimai nemətlərin yaradıcısıdır, yəni dövlətin xidməti məhsuldar xarakter daşıyır. Deməli, dövlət iqtisadiyyatda istifadə edilən pul vəsaitlərinin artırılmasına təkcə özəl sektorda maddi nemətlər istehsalının artımı hesabına deyil, həm də iqtisadiyyatın ictimai sektorunda planlaşdırılan artım hesabına nail olur. Bu zaman dövlət birbaşa pul emissiyası ilə yanaşı qaytarılma əsasında vəsaitlərin cəlb edilməsi metodlarından, eləcə də dövlət mülkiyyətindən olan gəlirlərdən istifadə edir.

Büdcə siyasətinin prioritetləri vasitəsi ilə maliyyə təminatı funksiyasını həyata keçirən dövlət, ÜDM-də yığımın və istehlakın nisbətini müəyyən edir. Bu zaman büdcənin cari xərcləri də son nəticədə mal və xidmətlər bazarında daxili istehlak tələbinin artmasına xidmət edir ki, bu da öz növbəsində istehsal həcminin artırılması üçün əlavə şəraitin yaradılması deməkdir.

Rəqabətli bazar tarazlığı sistemində büdcənin maliyyə təminatı onun gəlir potensialının həcmi, bazar subyektlərinin gəlirləri (resurslar) və ÜDM-in cari həcminin nisbətləri ilə müəyyən olunduğu üçün büdcənin maliyyə təminatı funksiyası təkcə vergi dərəcələrinin maksimallaşdırılması yolu ilə büdcə gəlirlərinin artırılmasına əsaslanmamalıdır. Gəlir potensialının səviyyəsi ilə xarakterizə olunan büdcə sisteminin resurstutumluğu rəqabətli bazar tarazlığı sistemində büdcənin xərctutumluğu ilə müqayisə edilməlidir. Bu isə büdcənin maliyyə tənzimlənməsi funksiyasının bərabərləşdirici təsirindən başqa bir şey deyildir.

Büdcənin maliyyə tənzimlənməsi funksiyasının mahiyyəti dövlət hakimiyyətinin müxtəlif səviyyələri, habelə ictimai təkrar istehsalın müxtəlif iştirakçıları arasında maliyyə resurslarının bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesində təzahür edir. Bu, onunla əlaqədardır ki, ictimai istehsalın bütün iştirakçıları büdcə ilə münasibətdə olurlar. Həmin funksiya dövlətin iqtisadi siyasətinin həyata keçirilməsi üçün büdcə resurslarının istifadə edilməsi prosesində həyata keçirilir və mahiyyət etibarı ilə büdcənin xərctutumluğu ilə xarakterizə olunur.

Büdcə tənzimlənməsinin əsas obyekti cari xalis gəlirdir, lakin bu o demək deyildir ki, zəruri məhsulun, bəzən isə milli sərvətin də dəyərinin bir hissəsi büdcə vasitəsi ilə bölüşdürülə bilməz. Büdcə sistemində cəmləşdirilmiş maliyyə resursları sonradan dövlətin apardığı sosial və investisiya siyasətinə uyğun olaraq, həm ölkə iqtisadiyyatı üçün prioritet əhəmiyyətli maddi istehsal sahələrində, həm də büdcənin himayəsində olan qeyri-maddi istehsal sahələrində yenidən bölüşdürülür. Bu funksiya, mahiyyət etibarı ilə dövlət xərclərinin təbii və yaradılmış sərvətdən, cari ümumi daxili məhsuldan və cəmiyyətin gələcək (uzunmüddətli) dövrdə qazanacağı gəlirlərdən asılılığını xarakterizə edir. Bu asılılıqla əlaqədar dövlət xərcləri ÜDM-in cari həcmində olan gəlirlərdən çox olmalıdır.

Büdcə tənzimlənməsi funksiyasının müasir anlamı ondan ibarətdir ki, o, inzibati idarəçilik və bölüşdürücülük prinsipini deyil, cəmiyyətin cari və gələcək maraqları naminə dövlət xidməti prinsipini həyata keçirir. Hər il formalaşdırılan büdcə təkcə dövlət xəzinədarlıq sisteminə daxil olan pul vəsaitlərinin kəmiyyətini deyil, iqtisadiyyatın struktur bölmələrində baş verən iqtisadi prosesləri əks etdirir. Bu xüsusiyyətlər ayrı-ayrı təsərrüfat subyektlərindən maliyyə resurslarının dövlət sərəncamına necə daxil olması, dövlətin mərkəzləşdirilmiş resurslarının onun tələbatlarına uyğun olub-olmaması birbaşa dövlət investisiyalarının iqtisadiyyatda kifayət qədər səmərəli işləyib-işləməməsi haqqında məlumat verir. Bütövlükdə büdcə prosesində ölkə iqtisadiyyatının zəif nöqtələrini də görmək mümkündür. Dövlət, mərkəzləşdirilmiş maliyyə resurslarının hərəkət istiqamətlərini dəqiqləşdirməklə, iqtisadiyyatın bu və ya digər istehsal sahələrində fəaliyyətin stimullaşdırılmasına təsir etmək imkanına malikdir.

Beləliklə, büdcənin tənzimləmə funksiyası nə qadağan, nə də məhdudlaşdırıcı xarakter daşımır, o, yalnız dövlətin təkrar istehsal prosesinə dolayı təsirinin səviyyəsi və formaları üzərində şüurlu nəzarət etməsinə imkan verir. Bu «şüurluluğun» səviyyəsi, cari ümumi daxili məhsulun yığım və istehlak proporsiyalarının formalaşdırılmasında büdcənin funksional rolunun reallaşdırılması prosesində qiymətləndirilir. Həmin problemin həlli dövlət büdcəsinin səmərəli idarə edilməsindən asılıdır, bu isə öz növbəsində həm müxtəlif səviyyəli hakimiyyət orqanları arasındakı büdcə münasibətlərini, həm də büdcə sisteminin struktur, texniki və institusional aspektlərini əhatə edir. Büdcənin idarə edilməsinin bu iki tərəfini bir-birindən ayırmaq mümkün deyildir.

Ümumilikdə büdcə siyasəti formalaşdırılarkən əsas məsələ - dövlətin maliyyə siyasətinin məcmu ictimai tələbin yüksəldilməsinə, ölkə iqtisadiyyatının dirçəldilməsinə, daxili və xarici bazarlarda ölkəmizin mövqeyinin möhkəmləndirilməsi vəzifələrinə tabe etdirilməsidir. Bu isə büdcə siyasətinin əsas daxili sosial problemlərinin həll edilməsinə, iqtisadi artımın və dövlətin təhlükəsizliyinin təmin edilməsinə yönəldilməsi deməkdir. Deməli, vergi islahatları nəinki vergiqoymanın nizamlanmasına, hər şeydən əvvəl investisiyaların stimullaşdırılması və iqtisadi artım məsələlərinin həllinə, vətəndaşların real gəlirlərinin yüksəldilməsinə yönəldilməlidir. Əsas məsələ ondan ibarətdir ki, iqtisadi islahatlar yeni məzmunla zənginləşmiş olsun, yəni islahatların məqsədi ölkənin sosial-iqtisadi maraqları ilə birbaşa əlaqədə olmalı, xalqın tələblərini ifadə etməlidir.

Postsovet ölkələrinin əksəriyyətində hələ də büdcənin formalaşdırılması prosesi və büdcə siyasəti bir neçə formal iqtisadi göstəricilərə əsaslanır, bu göstəricilər siyasi tövsiyələr üçün əsas kimi qəbul edilir. Həmin göstəricilər: ÜDM-in həcmi, inflyasiyanın səviyyəsi, milli valyutanın ABŞ dollarına görə məzənnəsi, büdcə kəsiri və s. büdcə siyasətinin məqsədinə çevrilmişdir.

Ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, onların təhlükəsizliyinin və layiqli həyatının təmin edilməsi ictimai inkişafın əsas məqsədi kimi büdcə siyasəti sahəsində hakimiyyət orqanlarının sosial və iqtisadi öhdəlikləri ilə onun maliyyə resurslarının səfərbəredilmə imkanları arasında uzunmüddətli tarazlığın təmin edilməsini tələb edir. Bu ideya funksional büdcə konsepsiyası çərçivəsində həyata keçirilə bilər. Bu zaman büdcə siyasəti başqa müstəviyə yönəldilir ki, onun əsas koordinatları kimi ölkədəki ictimai təkrar istehsal tsiklinin parametrləri və amilləri çıxış edir. Bunlar rəqabətli bazar tarazlığı sistemində dövlət büdcəsinin rolu və funksiyalarının qarşılıqlı əlaqədə təhlil olunmasını tələb edir. Bu zaman iqtisadi proqramların sosial meyillərinin miqyası və xarakteri dəqiq qiymətləndirilməli və o, büdcənin bütün səviyyələrində, bütün iqtisadi layihələrdə öz əksini tapmalıdır. Odur ki, büdcə layihələrinin tərtib olunması mərhələsində büdcə təminatı və büdcə tənzimlənməsinin əsas məqsədlərinə uyğun olaraq, dövlət gəlirləri və xərclərinin makroiqtisadi səmərəliliyinin qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dövlət büdcəsi iqtisadiyyata mərkəzləşdirilmiş qaydada rəhbərlik etmək üçün ən mühüm alətdir. Dövlət büdcəsi maliyyə əlaqələrinin xüsusi forması olub, onun vasitəsilə yaradılmış məcmu milli məhsulu və milli gəliri planlı qaydada bölüşdürür. Bölgü nəticəsində dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondu yaradılır və həmin pul fondundan müəyyən məqsədlərə istifadə edilir.

Dövlət büdcəsi spesifik ictimai təyinata malikdir, ümumdövlət ehtiyaclarının, elmi-texniki tərəqqinin sürətləndirilməsi zərurətilə əlaqədar istehsalın genişləndirilməsinin, iqtisadiyyatın ərazi və sahə strukturunda nəzərdə tutulan irəliləyişlərin təmin olunması, ehtiyat fondlarının yaradılması, elm, təhsil, səhiyyə xərclərinin, sosial təminat və sosial müdafiə ehtiyaclarının ödənilməsi, dövlətin idarəetmə və inzibati orqanlarının, həmçinin ölkənin müdafiə qüvvələrinin saxlanılması üçün pul vəsaiti fondudur. Dövlət büdcəsi aşağıdakı funksiyaları yerinə yetirir:

- vergilər vasitəsilə büdcəyə toplanan vəsaitlərin büdcə xərcləri vasitəsilə bölüşdürülməsi;

- iqtisadiyyatın dövlət tənzimlənməsi, vergilər və büdcə xərcləri vasitəsilə iqtisadiyyata təsir edilməsi;

- sosial sferanın və dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;

- mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadə edilməsinə maliyyə nəzarəti.

Dövlət büdcəsinin bölüşdürücü və nəzarət funksiyaları bir-birilə sıx əlaqədardır. Hər hansı bölgü nəzarətsiz həyata keçirilmir, yəni pul vəsaiti ayrı-ayrı sahələrə yönəldikdən sonra onun öz təyinatına uyğun qənaətlə xərclənməsinə ciddi nəzarət edilir. Bu funksiyalar dövlət büdcəsinin mahiyyətini özündə əks etdirir. Yerinə yetirdiyi funksiyalar ümumiqtisadi əhəmiyyətə malikdir və iqtisadiyyatın bütün sahələri ilə sıx surətdə bağlıdır. Bu funksiyalar əsas etibarilə bölgü və nəzarət funksiyası kimi qəbul olunub (3, s.17-19). Bütün bunlar dövlət büdcəsi mexanizmini yaradır. Dövlət büdcə mexanizmi ilə özünün sosial- iqtisadi məsələlərini həll edir, maddi istehsal və qeyri-istehsal sferasının inkişaf etdirilməsində əsas və həlledici rol oynayır.

Bölgü funksiyası milli gəlirin bölgüsündə mühüm rol oynayır və bölgünün təsir dairəsi çox genişdir. Belə ki, bu zaman bütün istehsalçılar və ya istehsalın bütün iştirakçıları büdcə ilə münasibətlərdə olurlar. Dövlət büdcəsinin yenidən bölgüsünün əsas obyekti xalis gəlirdir. Vergilər və digər dövlət gəlirləri vasitəsilə dövlət büdcəsində səfərbərliyə alınan vəsaitlər büdcə vasitəsilə yenidən bölüşdürülərək, milli iqtisadiyyatın inkişafının müxtəlif istiqamətlərinə yönəldilir. Büdcə iqtisadiyyatın bütün sahələri ilə qarşılıqlı əlaqədədir. Əksər ölkələrdə Ümumi Daxili Məhsulun 25-50%-ə qədəri büdcə vasitəsilə bölüşdürülür. Mərkəzləşdirilmiş plan iqtisadiyyatına malik olan ölkələrdə bu rəqəm daha yüksək, azad bazar iqtisadiyyatlı ölkələrində isə aşağı olur. Azərbaycanda bu rəqəm son illərdə 17-18% təşkil edir.

Büdcə dövlət təşkilatlarının müəyyən dövr üçün məqsədlərinə nail olmalarını, siyasətlərini və proqramlarını reallaşdırmasını təmin edən bir plandır. Bu əlamətlər bilavasitə büdcənin ayrılmaz fenomenləri sayılır. Dövlət büdcəsinin həyata keçirilməsi üçün ən vacib olan şərtlərdən biri də bu büdcənin dövlət orqanları tərəfindən mərkəzləşdirilmiş pul fondu formasında təsdiq edilməsidir. Bu təsdiqetmə büdcə hüququnun xalq tərəfindən istifadə edilməsinin təbii nəticəsi kimi meydana çıxır. Büdcənin təsdiq edilməsi dövlətin iqtisadi həyatında çox mühüm və həlledici bir mərhələdir. Büdcə bilavasitə dövlət idarəetməsinin ən təsirli maliyyə, iqtisadi siyasət vasitələrindən biridir. Dövlət büdcəsi dövlət xərcləri və vergilərinin mənbələrinin bölüşdürülməsində iqtisadi tarazlığın təmin olunmasında, iqtisadiyyatın artım və inkişaf etməsində çox mühüm bir iqtisadi siyasət vasitəsidir. Büdcənin gəlir və xərclər baxımından təsiri iqtisadiyyatın bütün sahələrində öz əksini tapır.

Bazar iqtisadiyyatı şəraitində dövlətin fəaliyyət göstərməsi fəaliyyət sahələrinin maliyyələşdirilməsi ilə təmin edilə bilir. Başqa sözlə desək, ölkədə dövlət idarəetmə aparatının fəaliyyət göstərməsi üçün idarəetmə mexanizminin büdcəyə daxil olan vəsaitlər hesabına işlədilməsi vacibdir. Hər il tətbiq olunan büdcələrdə idarəetmə xərcləri çox mühüm yer tutur. Bazar iqtisadiyyatı şəraitində isə bu xərclərin yeni büdcə siyasəti çərçivəsində təmin edilməsi xüsusi şəkildə əvvəlki dövrlərdən fərqlənir. Aydın görünür ki, bir çox hallarda büdcənin dövlət xərcləri içərisində 2-ci və ya 3-cü əsas xərc idarəetmə xərcləridir. Büdcə dövründə kəsrlər olduğu hallarda dövlət idarəetməsinin uğursuzluğu, dövlət xidmət proqramının həyata keçirilməsində müəyyən çətinliklərlə qarşılaşacağı təbii haldır. Bazar iqtisadiyyatı şəraitində büdcədən idarəetmə aparatının lazımi xərclərlə təmin edilməməsi bir sıra neqativ halların yaranmasına, idarəetmə mexanizminin lazımi səviyyədə fəaliyyət göstərməməsinə gətirib çıxarmaqla yanaşı, dövlət gəlirlərinin lazımi səviyyədə toplanmamasına da öz təsirini göstərir.

Qeyd etdimiz kimi büdcənin əsas əlamətlərindən biri planlamadır ki, bu da öz növbəsində proqnozlaşdırma və tarazlıq şəklində özünü göstərir. Büdcə proqnozlaşdırması gələcək dövrdə dövlət bölməsinin pul mənbələrinin və xərclərinin nə qədər və necə olacağı barədə büdcə vasitəsilə irəli sürülür. Büdcə proqnozları dövlət fəaliyyətinin təmin edilməsində müxtəlif mənbələrin pul vəsaitlərinin qiymətləndirilməsidir. Nəticə çıxararaq demək olar ki, dövlət büdcəsi vasitəsilə bir çox proqnozlarla gələcək büdcə göstəricilərini funksional olaraq bölüşdürmək və dəyərləndirmək, qismən də onları həyata keçirmək olar.

Bu proqnozlar dövlət xidmətlərinin pul vasitələri ilə maliyyələşdirilməsinin necə olacağı və bu maliyyəlləşdirmənin necə həyata keçiriləcəyi barəsində xəbər verir. Proqnozları iqtisadi baxımdan əsaslandırmaq və iqtisadiyyatın dövlət bölməsinə ayrılacaq mənbələrin ümumi ölçülərini və onun səmərəli şəkildə istifadə olunmasını da müəyyənləşdirmək mümkündür. Beləliklə, proqnozlaşdırma büdcə siyasətində xüsusi çəkiyə malik ən önəmli bölmələrdən biridir. Proqnozlaşdırma – son illərin makroiqtisadi göstəricilərinə dayanaraq gələcək illərdə büdcə vəsaitlərinin bölüşdürülməsini - iqtisadiyyatın dirçəlişinə, əhalinin sosial rifahının inkişafına, təhsilə, elmə, müdafiəyə ayrılan vəsaitlərin keçmiş illərlə müqayisə edilməsini təmin edən bir prosesdir. Məhz bu proses bazar iqtisadiyyatı şəraitində büdcə siyasətinin daima yeniləşdirilməsi üçün bir çox ölkələrdə tətbiq edilir.

Büdcə tarazlığı - büdcə daxilində mövcud gəlir və xərclərin balanslığını (bərabərliyini) nəzərdə tutur. Bu, ilkin olaraq özünü büdcə proqnozlaşdırılarkən göstərir. Büdcə tarazlığı iqtisadi tarazlığa nail olmaq üçün də istifadə edilə bilər. Büdcə tarazlığı ümumi iqtisadi tarazlığı təmin etməyə yönəlmirsə, onda bu siyasət əhəmiyyətini itirir. Belə ki, dövlət hər hansı iqtisadi tədbiri büdcə vasitəsilə həyata keçirir. İqtisadi tarazlığa malik olan ölkələrdə büdcə problemləri sadə olur və bu problemlərin həlli yolları da asan mümkün olur. Dövlət büdcəsi dövlət maliyyəsinin demək olar ki, 60-70%-ni özündə birləşdirir.

Cəmiyyətdə sosial və iqtisadi məsələlərin həlli məqsədilə dövlət tərəfindən büdcə mexanizmi yaradılır. Büdcə mexanizmi - büdcə vəsaitlərinin formalaşması və istifadəsinin spesifik metodlarının, büdcə münasibətlərinin konkret formalarının məcmusunu əks etdirir. Büdcə mexanizminin köməyi ilə büdcədən iqtisadiyyatın dövlət tənzimlənməsi, istehsal və sosial proseslərin stimullaşdırılması aləti kimi istifadə etmək olar. Büdcənin vasitəsilə milli gəlir yenidən bölüşdürülərək ictimai istehsalın strukturunu təkmilləşdirməyə köməklik edir. Bu zaman dövlət iqtisadiyyata birbaşa və dolayı təsir formalarını: müəssisələrə subsidiya verilməsi, dövlət investisiyaları, büdcə maliyyələşdirilməsi və s. Büdcə mexanizminin düzgün qurulması sosial və iqtisadi sferanın artımına, elmi-texniki tərəqqinin sürətlənməsinə təsir edir. Büdcə mexanizmi dövlətin büdcə siyasətinin reallaşdırılmasının aktiv aləti kimi çıxış edir.

Yuxarıda deyilənləri ümumiləşdirərək qeyd edə bilərik ki, dövlət büdcəsi sosial və iqtisadi sferanın inkişafında əsas vasitə hesab edilir və iqtisadiyyatda, xüsusilə də kənd təsərrüfatında maliyyə münasibətlərinin, maliyyə axınlarının formalaşması və tənzimlənməsində əvəzolunmaz alətdir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar dövlət büdcəsi iqtisadiyyatda rolunu məhdudlaşdırmamalı, yalnız ictimai istehsala büdcənin təsir metodlarını dəyişməli, büdcə münasibətləri əsaslı şəkildə yenidən qurulmalıdır.

1   2   3   4   5   6   7   8   9   10   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə