Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1.7 Mb.
səhifə6/15
tarix29.11.2016
ölçüsü1.7 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

ƏDƏBİYYAT
1. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» 2. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)» 3. Vəliyev T. S. İnfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti. Bakı: Elm, 2000, 169 s. 4. M.Əliyeva. Azərbaycanda istehsal infrastrukturunun inkişafi problemləri. Bakı, 2012. 98 səh. 5. Salahov S.V. Regionların iqtisadi inkişafının bəzi məsələləri / Az.ETKTİ və Tİ-nin elmi əsərləri. Bakı: EL-Alliance, 2003, s.3-12.6. Тарчоков, А.А. Инвестиции в производственную инфраструктуру села [Текст]: Статья / Б.А. Тарчоков. // Гуманитарные и социальные науки. - 2006. - № 4 С. 211-212. 7. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycanın statistik göstəriciləri. 2013. 8. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycanın regionları. 2013.
Существующее состояние и пути развития производственной инфраструктуры в сельских местностях
Касимова Эльмира Исмаил кызы

Аллахвердиев Касум Салман оглы
РЕЗЮМЕ
В статье, исследуется нынешняя ситуация производственной инфраструктуры, имеющей большое значение в обеспечении экономического развития, свойства формировании и факторы влияющие на нее, а также тенденции развития по экономическим районам Азербайджана. Кроме этого, показаны восстановления и пути развития производственной инфраструктуры сельских местностей.

Ключевые слова: производственная инфраструктура, социально-экономическое развитие, экономические районы, сельские местности.
Current situation of production infrastructure in rural areas and its

development directions
Gasimova Elmira Ismail

Allahverdiyev Qasım Salman
SUMMARY
In the article current situation of production infrastructure which is of great importance to the economic development has been analyzed, the formation features and influencing factors to it and development trends in the regions of Azerbaijan have been described. In addition, restoration of production infrastructure, and its development ways have been shown.

Key words: production infrastructure, social-economic development, economic regions, rural areas.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.62-66
UOT 331
Mənzil sferasının idarə edilməsinin iqtisadi mexanizminin formalaşması şərtləri
Ağayeva Könül Asəf qızı

Az.MİU – nun dosenti
XÜLASƏ
Məqalədə mənzil sferasının mahiyyəti açıqlanmış, onun inkişafını şərtləndirən göstəricilər təhlil edilmiş, formalaşmasının əsas amilləri şərh edilmişdir. Mənzilə olan tələblə təklifin qarşılıqlı əlaqəsi, onun şərtləri, mənzilə əhalinin tələbatı və onların gəlirləri məsələləri geniş təhlil edilmişdir.

Açar sözlər: mənzil sferası, mənzil fondu, daşınmaz əmlak bazarı, mənzil bazarı, mənzil xidmətləri bazarı, bazar strukturları, ipoteka krediti.
Mənzil sferası – insanın zəruri tələbatını təmin edən , iqtisadiyyatın mühüm sahələrindən biridir. Onun vəziyyəti çox halda həyat səviyyəsini müəyyən edir və əhalinin rifahı haqqında xəbər verir. Vətəndaşların xoş güzəranı ölkənin iqtisadiyyatının inkişafı üçün bazarı formalaşdırır.

Mənzil sferası mənzil fondunun yaradılmasının, fəaliyyətinin və əvəz edilməsinin mürəkkəb sistemi təsəvvür edilir və özünə istehsal sahəsini (tikinti, təmir , yenidən qurma və modernləşdirmə, mənzil fondu obyektlərinin sökülməsi ) və xidmətlər sferasının (mənzil fondunun layihələndirilməsini) fəaliyyətini daxil edir. Eyni zamanda da mənzil sferası onun qarşılıqlı əlaqəli iki əsas elementlərini təşkil edir: mənzil bazarını və mənzil xidmətləri bazarını. Onlar isə yaşayış daşınmaz əmlak bazarının cəmini əmələ gətirir.

Yaşayış daşınmaz əmlak bazarı – mürəkkəb qarşılıqlı əlaqəli sistemdir, özünə mənzil fondu obyektlərinin və mənzil xidmətlərinin yenidən bölüşdürülməsi mexanizmləri kompleksini daxil edir və onun iştirakçılarının maraqlarının və rəqabətinin uyğunluğuna, habelə səmərəli torpaq istifadəsinə əsaslanır. Mənzil xidmətləri mənzil fondunun cari fəaliyyət sferasına aiddir və belə seçimlə müəyyən edilir, hansı ki, istismar prosesində mənzil fondunun hər bir yaşayış vahidi istehsal edə bilər. Mənzil fondunun istismarı təkcə mənzilə insanın tələbatını təmin etmək mənbəyi kimi yox, həm də onun sahibləri üçün gəlir mənbəyidir. Son yekunda mənzil bazarında fəaliyyət göstərən əhali və iqtisadi subyektlər üçün, mənzil fondu sadə dəyər kimi yox, həm də mənzil xidmətlərini və gəliri əmələ gətirən obyekt kimi təsəvvür edilir.

Mənzil fondunun yaradılması mexanizmi kimi mənzil tikintisi mənzil bazarı və mənzil xidmətləri bazarının qarşılıqlı əlaqəli sferasında baş verən proseslərlə müəyyən edilir və onun qanunlarına tabedir.

Mənzil bazarı və mənzil xidmətləri sıx qarşılıqlı əlaqəlidir və “yaşayış daşınmaz əmlak” əmtəəsinin xüsusiyyətləri ilə şərtləndirilir, tələb və təklif kimi dəyişilənlərin vəziyyətindən aslıdırlar. (1,s.40)

Yaşayış daşınmaz əmlak bazarı lokallaşdırılıb, çünki onun obyektləri daşınmazdır və torpaqla bağlıdır. Yaşayış məntəqələri həddində bütün torpaq sahələri diferensiallaşdırılmışdır. Mənzil bazarı ancaq ona məxsus xüsusiyyətlər və müxtəlif xarici və daxili amillərlə şərtləndirilir. Mənzil fondu müxtəlif tərkiblidir. Hər bir mənzil özünü xidmətlərin müəyyən seçimi ilə təmin edir. Mənzilin xarakteristikası və onun yerləşdirilməsi yeri belədir: infrastrukturun məhdudluğu, mövcudluğu, ətraf mühitin vəziyyəti və çoxlu digər elementlər. Mənzilin xarakteristiksı mənzil fondunun kefiyyətini müəyyən edir.

Mənzil uzunmüddətli əmtəə olduğuna görə uzun müddət saxlanmasına və xidmət olunmasına ehtiyacı vardır. Həmin məzmunun xarakteri və keyfiyyətli mənzil fondu obyektlərinin köhnəlməsi dərəcəsinə və mənzil xidmətlərinin keyfiyyət xarakteristikasına təsir edir. Mənzilin sahibi mənzilin köhnəlmə dərəcəsinə və müddətinə nəzarət edə bilər, onun saxlanmasına, bərpa olunmasına və texniki xidmətinə vəsaitlər qoya bilər. Həmin xüsusiyyətlər mənzil sferasında baş verən proseslərə bilavasitə təsir göstərirlər, mənzilə və mənzil xidmətlərinə tələbin xarakterini, habelə onların təkliflərinin keyfiyyətini müəyyən edir.

Mənzil fondu və mənzil xidmətləri obyektlərinə tələb mənzil bazarında əldə edilən kəmiyyəti və xidmətləri təsəvvür edir, yəni maliyyə imkanlarının mənzilin dəyərini digər əmtəələrin və xidmətlərin dəyəri ilə müəyyən edilən, tələbin fərdi xüsusiyyətlərindən və kəmiyyətindən aslıdır. Mənzilə və mənzil xidmətlərinə tələb həmişə gəlirlərin səviyyəsinə birbaşa mütənasibdir və qısa müddətli perspektivdə qiymətlərə nisbətən kifayət olan qədər elastikdir.

Mənzilin və mənzil xidmətlərinin təklifi tələbin funksiyasını məhdudlaşdırır. Mənzilin təklifi mənzillərin miqdarını təsəvvür edir, hansı ki, mövcud qiymətlər səviyyəsinə uyğun istehlakçı bazarda onu əldə edə bilər.

Mənzillərin təklifinə təsir edən amillər aşağıdakılardır :

-Tikintiyə ümumi investisiyaların səviyyəsi :

-mənzil fonduna xidmət :

-onun amortizasiyasının (sıradan çıxmasının) sürəti.

Ümumi investisiyalar yeni tikintiyə, yenidən qurmaya və mövcud mənzil fondunun təmirinə bölünürlər. Xalis investisiyalar mənzilə qoyulan ümumi investisiyalar və amortizasiya səviyyəsi arasındakı fərqi təsəvvur edir. (1, s. 262) Mənzil bazarında mənzil fondunun strukturunda yeni mənzillərin hər il istifadəyə verilməsi həcmi böyük deyildir.

Mənzil fondunun əsasını köhnə mənzillər təşkil edir. Mənzil fondu obyektərində qiymətlərin dəyişilməsi uzunmüddətli perspektivdə mənzillərin təşkilinin dəyişilməsinə səbəb olacaqdır.

Mənzillərə (yaşayış evlərinə) texniki xidmət–yenidənqurma və modernləşdirmə xərclərinin artırılması təklif edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxarır. Müvafiq olaraq onların dəyərini mənzil bazarında qiymətlərin artması yeni tikinti və onun saxlanılması xərcləri investor üçün faydalı olur. Tikinti məhsuluna və mənzil xidmətlərinə aşağı qiymətlər olanda mənzillərin saxlanılması faydalı olmur və onun köhnəlməsi dərəcəsi və sürəti artır. Mənzillərin mövcud qiymətlərinin səviyyəsi tikinti xərclərinin dəyərinə bərabər olduqda investorların xalis gəliri olmur.

Mənzil bazarının fəaliyyət mexanizmi onun əsas parametrlərindən mənzil haqqı vasitəsilə ifadə olunan mənzil xidmətlərinin dəyərinin ödəməsindən, qiymətindən , mənzil tikintisinin həcmindən və mənzil fondunun mövcudluğundan aslılığı ilə xarakterizə olunur.

Mənzil üçün təklifin formalaşması, hər şeydən əvvəl, mövcud mənzillərin həcmi, keyfiyyəti (mənzil fondunun vəziyyəti) və kapital bazarı (daşınmaz əmlakın kapitallaşma səviyyəsi) ilə bağlıdır. Eyni zamanda da mənzillərin (yaşayış evlərinin ) təklifi tələblə sıx bağlıdır və mənzil xidmətləri bazarında onların dəyəri vasitəsilə formalaşır, mənzillərə əhalinin tələbatı və daşınmaz əmlak sahibinin istifadəsindən alınan gəlirin səviyyəsi ilə diktə olunur. Mənzillərə əhalinin tələbatı, birinci növbədə, demoqrafik və ümumi iqtisadi şərtlərlə, əhalinin gəlirlərinin yığılması səviyyəsilə müəyyən edilir. Tikinti, tikintinin həcmi, mənzil fondunun kəmiyyəti tam tarazlıqda olmurlar.

Mənzil sferası elementlərinin parametrlərinin tarazlıq vəziyyətinə xarici amillərin təsiri olur. Mənzil sferası elementlərinin daxili əlaqələri haqqında təsəvvür olanda, müəyyən etmək olar ki, hansı sahədə və hansı xarici təsirin altında tarazlıq pozulur, həmçinin itirilən tarazlığın nailiyyəti istiqamətlərini müəyyən etmək olur. Əhalinin gəlirlərinin artması və iqtisadi artımın amilləri kimi demoqrafik vəziyyətin müsbət dəyişilməsi, mənzil xidmətlərinə tələbin artırılmasına gətirir, bu isə öz növbəsində, sistemin bütün parametrlərinin mərhələlərlə dəyişilməsinə səbəb olur:

- mənzil fondunun mövcud həcminə görə mənzil xidmətlərinə tələbin artması təsiri altında mənzilə ödəmənin yüksəlməsi;

- mənzil ödəmənin artması və investorlar tərəfindən tələbin yüksəlməsi təsiri altında mənzil fondu obyektlərinin qiymətlərinin yüksəlməsi;

- mənzilin qiymətlərinin və investorların tələbinin artmasına görə tikintinin həcminin yüksəlməsi ;

- mənzil fondunun vəziyyətinin keyfiyyətli dəyişilməsi ;

İqtisadi tənəzzül dövründə həmin parametrlər əks istiqamətdə dəyişirlər.

Mənzil sferasının davranışına təsir edən amillərdən biri müxtəlif bazar strukturları və bazarın subyektidir.

Mənzil sferasının tərkib hissəsi kimi mənzil tikintisi bazarında müxtəlif bazar strukturu formalaşıb və fəal fəaliyyət göstərirlər, onun dövriyyəsinə səmərəli təsir edirlər. Mənzil tikintisi bazarının subyektləri arasında qarşılıqlı əlaqənin və qarşılıqlı münasibətin mürəkkəb funksional strukturu vardır və məqsədi isə daşınmaz əmlak obyektlərinin istehlak tələbini təmin etməkdir.

Mənzil tikintisi bazarının mərkəzi subyekti alıcıdır və orda fiziki və ya hüquqi şəxslər də ola bilərlər. Məhz alıcılar üçün mənzil tikintisi bazarının bütün strukturu işləyir.

Mənzil tikintisi bazarında başlıca sima peşəkar sahibkardır - bina tikəndir. (developer). Mənzil bazarının subyekti kimi bina tikən Azərbaycanda keçən əsrin 20 - ci illərində fəaliyyət göstərmişdir.

Azərbaycanda mənzil sferasında ipoteka mənzil kreditləşdirilməsinin inkişafı ödəmə qabiliyyətli tələbi stimullaşdırır, ancaq mənzilin likvidsiz bazarında məhdud təkliflər şəraitində mənzilin yaşayış sahəsinin qiymətinin artma tempini sürətəndirir və mənzilin əlverişliyini aşağı salır. Likvidlik göstəricisi tələb və təklifin qiymətlərinin nisbətidir. Məsələn, mənzilin 1 kv metrinin satış qiyməti orta hesabla 970 dollardır, orta aylıq gəliri 5500 dollar olan orta ailə üçün tələbin son qiyməti 50 min dollarlıq olan mənzili almaqdır. İlliyi 8% dərəcəsi olan ipoteka kreditinin alınması 25 il üçün maliyyələşdirilir. Bir halda ki, tələbin qiyməti ipoteka kreditinin kəmiyyətindən aslıdır, onda tələbin qiymətinin yüksəlməsinə dövlətin təsir imkanı məhduddur.

Mənzil sferasında tikinti bazarının likvidliyinin gələcək artımı üçün dövlət göstərilən qiymət fərqini müxtəlif formalarda yaxşılaşdırmaq üçün ya maddi yardım edə bilər, ya da təklifin qiymətini aşağı salmaq üçün tənzimlənmənin bazar metodlarından istifadə edə bilər.

Maddi yardım verilməsinə, ancaq əhalinin sosial müdafiə olunmayan kateqoriyasına ünvanlanan müvəqqəti tədbir kimi baxmaq olar. Əhali üçün mənzilin əlverişliyinin yüksəldilməsinin ən səmərəli üsulu onun tikintisinin maya dəyərinin aşağı salınmasıdır.

Mənzil sferasında yeniliklərin həyata keçirilməsinə baxmayaraq, qiymətlərin yüksək olmasının artması hesabına mənzillərin əlverişliliyi aşağı düşür. İndiki dövrdə Bakıdan mənzillərin 1 kv.metrinin dəyəri dünya şəhərlərinin çoxlarının mənzillərinin qiymətlərindən yüksəkdir.

Bu gün Azərbaycanda ipoteka krediti sisteminin geniş yayılması üçün obyektiv ilkin şərtlər yaradılmışdır. Toplanılan xarici təcrübə müasir ipoteka modelinin inkişafı üçün yaxşı əsasdır. Lakin son dövrlərdə onun həyata keçirilməsi çox genişlənmir. (2, s. 235)

Mənzil sferasında müvəffəqiyyətsizliyin səbəblərini təyin etmək üçün, axırıncı illərdə bu sahədəki hadisələrin təhlilini aparmaq lazımdır.

1992-1995- ci illərdə mənzillərin maliyyələşdirmə sahəsində olan vəziyyət

aşağıdakı əsas əlamətləri ilə fərqlənir:

- inflyasiyanın yüksəkliyi və qeyri–sabit uzun müddətli kreditləşdirmədə faiz dərcəsinin yüksək riskli olmasının nəzərdə tutulması, bank sistemi öhdəlikləri və onların qısamüddətli passivlərdə cəmləşdirilməsi;

- büdcə resurslarının məhdud ölçüdə qalması və mənzil bölməsinə köməklik imkanının olunmaması;

- mənzilin aşağı əlverişliliyi, əhali üçün orta gəlirlə vəsaitlərin çatışmamazlığına görə mənzilin (evin) əldə edilməsi imkanının olmaması;

- kredit üzrə ödənişi mümkün olmayan halda qoyulan mənzilə yüksək kredit riskinə görə cərimə edilməsi (mövcud hüquqi normaların olmasına baxmayaraq).

Bu isə mənzilin maliyyələşdirilməsi sahəsində Azərbaycan hökümətinin yeni siyasətinin istiqamətlərini, uzunmüddətli kreditləşdirilməsinin inkişafı üçün qanunvericilik bazasının işlənməsini, habelə mənzilin tikintisi və əldə edilməsi üçün əhaliyə ipoteka kreditlərinin təqdim edilməsi imkanlarının banklar tərəfindən yoxlanılmasını müəyyən etdi.
ƏDƏBİYYAT
1. İ.Ə.Mehdiyev, V.M.Şirəliyev. Tikintinin iqtisadiyyatı.(Ali məktəblər üçün dərslik) «Çaşıoğlu», Bakı, 2005, 674 səh. 2. Маркетинг в строительстве. / Под пред. И.С. Степанова, В.Я. Шайтанова. – М., Юрайт – М, 2001. – 344с.
Условия формирования экономических механизмов развития жилищной сферы
Агаева К.А.
РЕЗЮМЕ

В статье была раскрыта сущность жилищной сферы, проанализированы показатели, обусловливающие ее развитие и прокомментированы основные факторы формирования жилищной сферы. Также были проанализированы взаимосвязи между спросом и предложением на жилье, его условия, вопросы спроса населения на жилье и их доходов.



Ключевые слова: жилищная сфера, жилищный фонд, рынок недвижимости, жилищный рынок, рынок жилищных услуг, рыночная структура, ипотечный кредит.

The conditions of formation economic mechanisms of housing sphere’s development
Aghayeva K.A.
SUMMARY
It has been opened the essence of housing sector, analyzed indicators that contribute to its development and commented on the main factors of the housing sector. Also analyzed the relationship between supply and demand for housing, its conditions, questions the population’s demand for housing and their incomes.

Key words: housing spehere, housing, housing market, housing market, housing market services, market structure, mortgage credit
Rəyçi:

Mehdiyev İ.Ə.

Sənaye təşkili və idarə edilməsi”



kafedrasının müdiri, i.e.d, professsor

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.67-73
UOT 338.48

Turizm fəaliyyətinin təsnifatı və onun Şimali Kipr Respublikasında seqmentləşməsi məsələləri
Ahmet Özyigit Savaş

ADİU-nin dissertantı
XÜLASƏ
Məqalədə turizm fəaliyyətinin təsnifatı və Şimali Kipr Respublikasında seqmentasiyasının təhlil edir.

Açar sözlər: bazar rəqabəti, rəqabətqabiliyyətlilik, rəqabətqabiliyyətlilik göstəricisi, xalq təsərrüfatı, iqtisadi tənzimləmə, iqtisadi resurslar.

Turizm fəaliyyəti sosial-iqtisadi və kommersiya maraqları üzərində qurulmaqla sistemli, kompleks ərazi və funksional prinsiplər, məqsədlər və uyğun resurslar üzərində qurulur. Hər bir ölkənin coğrafi şəraiti, rekreasiya mühiti və əhalinin məşğulluq səviyyəsi turizm potensialı kimi qiymətləndirilir. Turizm potensialı cari inkişaf səviyyəsini və xarici amilləri nəzərə almaqla perspektiv transformasiya modelini təşkil edir. Turizmin sosial mahiyyəti, onun potensialını daha çox əhalinin məşğulluğu və yerli təsərrüfatını istifadə etməklə yeniləşir və təkmilləşir. Turizmin növü, onun həcmi, rolu, ictimai əmək bölgüsündə təsnifatlaşma kriteriyası ilə müəyyənləşir. Turizm təsnifatı onun səmərəsi və onun sosial əhəmiyyəti ilə yerləşmə və dinamik inkişaf meyilinə malikdir. Turizmin təsnifatlaşması onun ərazilərarası fəaliyyət növünə və məhsuluna görə eyni sahələrin və fəaliyyətlərin məcmusunu özündə əks etdirir.

Ərazi üzrə ixtisaslaşma sahə üzrə təsnifatın formalaşmasına səbəb olur. Turizmin ixtisaslaşması seqmentləşmə üzrə reallaşır. Əsas seqmentlər işgüzar, sağlamlıq, xüsusi maraq turizmini əhatə edir. İşgüzar turizm dünya ölkələrinin inkişafı, qloballaşma və əlaqalərin intensivləşməsi şəraitində xarici və daxili amillərin xüsusiyyətlərinə görə formalaşır. Daxili turizm, həyat səviyyəsi, təhsil, mədəni inkişaf və tələbat sistemi ilə bağlıdır. Xarici turistlərə yönələn fəaliyyət müasir şəraitdə prioritet istiqamət olaraq, təbii-coğrafi şəraiti olan regionlar üçün daha xarakterikdir.

Turizmin kompleksliyi onun sahələrarası fəaliyyət olduğunu formalaşdırır. Sahələrarası kompleks olaraq turizm mərkəzəmələgətirici rolu oynadıqda, onun regionunun ümumi daxili məhsulunun artımına, məşğulluğuna təsir edir (Sxem 1).




Ekoloji turizm

Regionun coğrafi-iqtisadi mühiti

Turizm


İşgüzar turizm

Əhali



Kənd təsərrüfatı və ekologiya

Xüsusi maraq turizmi


Xarici turistlər

Sağlamlıq turizmi

Sxem 1 Turizmin inkişafının təsnifat modeli.

Sxemdən göründüyi kimi, regional turizm həmin regionun kompleks şəraiti, məhsuldar qüvvələri və struktur siyasəti ilə formalaşır.

Müasir şəraitdə turizmin ixtisaslaşması və regional yerləşməsinin əsasını sahələrarası rəqabət və xüsusi maraq təşkil edir. Sahələrarası rəqabət mühiti olaraq ayrı-ayrı sahələrə qoyulan kapital və onun son nəticəsi ilə müəyyənləşir.

Region resursları sahibkarlıq mühiti və xarici investisiyaların axını ilə formalaşır. Xarici investisiyalar qloballaşma şəraitində investisiyaların təşviqi, dövlətin təminatlılığı və turizm bazarının doyumu ilə seçilir. Müasir şəraitdə Kipr Respublikası siyasi-coğrafi və iqtisadi əlaqələr sistemində müəyyən problemlərlə üzləşir. Onun iqtisadiyyatında investisiya axını, çətinliklər və maneələr mövcuddur.

Turizmin inkişafı hər bir regionda potensial resurs olmaqla islahatlar proqramı və resurs təminatının tərkib hissəsidir. Turizmin prioritetliyi Kipr Respublikası üçün əhəmiyyət kəsb edir. Kiprin coğrafi potensialı, resursları və coğrafi mühiti uyğun olaraq digər sahələrin və sahələrarası komplekslərin inkişafını təmin edir. Coğrafi potensialın zənginliyi, Qaradəniz, Egey və dağlıq ərazi mühiti uyğun olaraq turizm kompleksini yaradır.

Turizm təsnifatlaşması, özünün marketinq quruluşu, fond quruluşu, xidmət təminatı və məhsulun istehlak xarakterinə görə təsnifatlaşdırılır. Turizmin təsnifatlaşması meyarı, onun sosial-iqtisadi səmərəsi və digər sahələrə təsiri və regional inkişaf meyillərinə uyğun aparılır.

Sosial-iqtisadi meyarına görə turizm fəaliyyəti struktur dəyişmə obyekti kimi formalaşır. Onun təkmilləşməsi və idarə edilməsi iqtisadiyyatının əsas istiqamətidir. Turizmin inkişafının əsas istiqamətləri daxili və xarici turistlərin nisbətləri ilə ölçülür.

Daxili turizm ölkədə iqtisadi potensial və əhalinin seqmentləşməsi üzrə ixtisaslaşır və inkişaf edir. Daxili tələbat əhalinin rifahı, bazar tələbinə uyğun istehlak davranışı və əhalinin sərbəst vaxtdan istifadə istiqamətləri ilə ixtisaslaşır. Daxili turizmin təsnifatlaşması, regional seqmentləşməsi ilə uyğunluq təşkil edir. Kipr Respublikasında daha çox xarici turizmə motivləşən fəaliyyət daha sərfəlidir. O cümlədən, Avropa və Asiya coğrafi mövqeyinə görə Kipr Respublikasında beynəlxalq turizm üçün daha sərfəlidir. Beynəlxalq turizm üçün iqtisadi səmərə Kiprdə turizmin inkişafına zəruriyyət yaradır. Turizmin inkişafı investisiya axınına səbəb olur.

Turizmin təsnifatlaşması, onun ixtisaslaşması və kompleks inkişafını uzlaşdıran tarazlı inkişaf dinamikasını əhatə edir. Turizmin təsnifat sistemində aparıcı halqa kənd təsərrüfatı, ekoloji turizm və sağlamlıqla bağlı turizm təşkil edir. Potensial təminat olaraq kənd təsərrüfatı və sənaye potensialı, turizm məhsulu olan qida təminatını və turizm sənayesini inkişaf etdirir. Qida təminatı turizmin inkişafında yerli xammal və hazır məhsula istinad etdiyi halda ərazinin kompleks inkişafı üçün zəruri olan qida təminatı təşkil olunur. Qida təminatının yerli resurslara əsaslanması fizioloji tələbatı ödəmək və onun turist axını ilə ixracat potensialını artırmaq funksiyasını reallaşdırır.

Turizmin qida təminatı yerli məhsullarla təmin olunduqda kənd təsərrüfatı və emal sənayesi inkişaf edir. Emal sənayesinin turizm təminatına görə ixtisaslaşması kompleks aqrar sektorun və sənaye kompleksinin inkişafına səbəb olur. Turizmin kompleks inkişafı, sənaye potensialının təsnifatlaşmasına səbəb olur. Turizm sənayesi, turizm müəssisələrinin genişlənməsi, onun texniki təminatı və turistlərin tələbinə uyğun istehlak malları və xidmət məhsullarının inkişafına səbəb olur.

Aqrar turizm kənd təsərrüfatında qida istehsalı, sənaye potensialını araşdırmaq və uyğun infrastruktur təminatı, həmçinin ev təsərrüfatının genişlənməsi üçün əsas yaradır. Turizmin əsas istiqaməti olaraq turizm parkları, otel təsərrüfatı, idman və istirahət parklarının yaradılması ilə şəhər aqlomerasiyasını artırır.

Turizmin təsnifatlaşması meyarları və göstəriciləri, onun konseptual inkişaf istiqamətlərini, struktur dəyişmələrini və perspektiv islahatlaşma xüsusiyyətlərini əks etdirir. Turizmin inkişaf meyarı qlobal və lokal maraqlar, inkişafda aparıcı halqa və vəzifələrə görə müəyyənləşir. Qlobal meyar olaraq turizm məhsulunu maksimumlaşdırmaq, onun ixracatyönlü potensialını artırmaq və sosial təminat sistemində rolunu yüksəltmək vəzifələri durur. Turizmin makrosəviyyəli inkişaf konsepsiyası, onun ÜDM-də xüsusi çəkisini artırmaq, iş yerlərini genişləndirmək və kəndin, regionun sosial-iqtisadi inkişaf konsepsiyasını reallaşdırmaq vəzifələri durur.

Turizmin regional aspektləri və meyarları isə onun regiondaxili resurslarının istifadəsi yolu ilə maksimum gəlirlilik və məşğulluğun təşkili əsas yer tutur. Turizmin regional xüsusiyyətləri, hər bir regionun potensialından səmərəli istifadə etmək meyillərini əhatə edir. Regional turizm daha çox təbii resurslara əsaslanan turizm fəaliyyəti ilə bağlıdır. Regionlarda məskunlaşma və sahibkarlığın, onun potensialına uyğun inkişafı, müasir dünya turizm problemlərinin həlli istiqamətləridir. Turizmin ekoloji amilləri, kənd turizmi, şəhər və kənd arasında tarazlı inkişaf istiqamətləri ilə həll olunur. Kəndin sosial təminatı, kəndin ətraf mühiti və əhalinin tələblərinə uyğun inkişafı sosial-mədəni tələbatın ödnilməsi və kəndin kompleks inkişafı ilə həll olunur.

Sosial-iqtisadi inkişaf strategiyası olmaqla turizmin təşkili və idarə edilməsi mexanizmləri tərtib olunur və müasir dünya standartlarına uyğun tənzimlənir. Turizmin inkişafının regionda əsas istiqamətləri, onun ixtisaslaşması və təşkilinin əsas göstəricilərini, sxemlərini və resurs potensialının təkmilləşməsi istiqamətlərini formalaşdırır.

Turizmin ərazi təşkili, onun regional və regionlararası problemlərinin həlli yollarını formalaşdırır. Turizmin ərazi səmərəliliyi onun resurs potensialının istifadəsi mexanizmlərini əsaslandırır. Daha xarakterik cəhət regional turizmin təşkilində mülkiyyət münasibətlərinin təkmilləşməsi, məhsulun istehsalı və bölgüsü, yenidən bölgüsü sxemi və funksiyası ilə müəyyənləşir. Sosial turizm müasir şəraitdə özünün mahiyyəti mexanizmləri və potensialı ilə fərqlənir. Sosial turizm ayrı-ayrı sosial potensialların turizm dövriyyəsinə cəlb edilməsi metodları ilə müəyyənləşir. Sosial turizmə təhsil, səhiyyə, ekoloji turizm və istirahət turizmi daxildir. Səhiyyə turizmi daha çox gəlmə turizmi və kommersiya marağı ilə müəyyənləşir. Səhiyyənin inkişaf etmiş ölkələrdə əsas istiqamətləri, müalicə, diaqnostika və istirahət funksiyasını həyata keçirir. Səhiyyə sahələrində turizm potensialı, elmi-texniki tərəqqi, innovasiya və sənaye məhsullarının inkişafı ilə bağlıdır.

İnnovasiya turizminin informasiya bazasına məhsulun çeşidi və keyfiyyəti, müalicə-profilaktika və həmçinin istifadə olunan mexanizmlər daxildir. İnnovasiya sistemi turizmin sahə tətbiqi, onun mexanizmləri və iqtisadi stimulları üzərində qurulur. İnnovasiya texnologiyaları turizm infrastrukturunu kompleks və elmi əsaslar üzərində təşkil edir.

Şimali Kipr Respublikasının turizm modeli daha çox xüsusi turizm obyektləri ilə inkişaf strategiyasını əks etdirir. Bu da öz növbəsində sağlamlıq və təhsil turizmi modelini səciyyələndirir.

Təhsil sferası xarici və daxili tələbata uyğun olaraq mütəxəssis kadr hazırlığını formalaşdırır. Təhsil fəaliyyəti kommersiya marağını güdür. Ölkədə elmi potensialın cəmləşməsi, xarici tələbələrin ölkəyə gəlməsi infrastruktur sahələrinin artımına səbəb olur. Xarici tələbələrin yaşayışı üçün tələbə şəhərcikləri, idman kompleksləri, ictimai iaşə, ekskursiya fəaliyyəti və mədəni servis xüsusiyyətləri üçün xarici işçi qüvvəsinin miqrasiyası əsas fəaliyyət dairəsi kimi genişlənir. Sosial sahələrin artması, ölkəyə gətirilən vəsaitin artımına səbəb olur. Sosial infrastruktur sahələrinin inkişafı turizm kompleksi və şəhərsalma mədəniyyətinin beynəlxalq səviyyəli standartlara uyğun artımına səbəb olur. Sosial infrastruktur sahələri torpaq və kənd təsərrüfatı resurslarının inkişafına səbəb olur, ərazi kompleksləri yaranır. [1].

Ölkə iqtisadiyyatının inkişafı, onun potensialını, təbii və coğrafi mühitini istifadə etmək yolu olaraq, turizm modeli və onun əsas istiqamətləri iqtisadi islahatların tərkib hissəsi kimi genişlənir. Müasir şəraitdə dünya inteqrasiya modelinin reallaşma sferası, region turizm fəaliyyəti əsas götürülür. Turizm fəaliyyətinin regionlar modeli, onun idxal və ixrac balansında səmərəsinin yüksəldilməsi yolu ilə mümkündür. Turizm modeli daha çox multiplikasiya effekti üzərində qurulur. Multiplikasiya effekti turizmin daxili mahiyyəti, onun digər sahələr və bütöv iqtisadi artıma şaxələnən məcmuu effektlə ifadə olunur. Turizm effekti ölkəyə gətirilən resursların maksimumlaşması ilə baş verir. Ona görə də model olaraq ərazi səmərəsini yüksəltmək həmin resursların cəlb olunması ilə baş verir. Multiplikasiya səmərəsi olaraq kənd təsərrüfatı, ekoloji mühit, məşğulluq, ev təsərrüfatı bazar münasibətlərinin genişlənməsi və digər sahələrin kompleks təşkili ilə baş verir.

Ərzaq təhlükəsizliyi və təminat bütün ölkələrdə prioritet istiqamət olmaqla dayanıqlı inkişaf və əhali rifahını tənzimləmək siyasətinin əsas istiqamətidir. Ərzaq təminatı özünün resursları yaxud idxalın bazar tipli modeli ilə mümkün olur və proqnozlaşdırılır. Ərzaq təhlükəsizliyi, turizm təhlükəsizliyi və onun idxalı üçün əsas amil olaraq formalaşır və inkişaf edir. İdxalın ölkədə ərzaqları, onun xarici asılılığını və dayanıqlı inkişaf edən turizm bazarının formalaşmasını tələb edir. Şimali Kipr Respublikasında sosial infrastruktura modeli və turizm bazarı perspektiv inkişafın əsas istiqaməti olaraq ölkədə iqtisadi artım, məşğulluq və tarazlı inkişaf strategiyasını artırır. Turizm coğrafiyası genişləndikcə gətirilən malların və xidmətlərin bazarı genişlənir, bu da ərazinin inkişafına şərait yaradır.

Turizm modeli sahələrarası ərazi modeli olmaqla məhsuldar qüvvələri və əsas iqtisadi inkişaf parametrlərini əks etdirən mülahizələr və proqnozlar üzərində qurulur. Turizm iqtisadi və sosial islahatların səmərəli təşkili və onun ölkə iqtisadiyyatına tətbiqi metodlarını özündə əks etdirir. Turizm modelinin əsas konturu bu sahənin iqtisadi və sosial tərəqqiyə təsiri, xarici turistlərin ölkəyə gəlməsi şəraitinin yaradılması və uyğun qərarlarla turizm fəaliyyətinin təşkili sxemi və idarə edilməsi prinsiplərini yaratmaqdan ibarətdir.

Turizm modeli sahə marağı, ərazi və makroiqtisadi maraqlara uyğun olaraq təşkil olunur. Ərazi modelinin əsas məqsədi resurs yanaşma ilə sosial tərəqqi arasında uzlaşma və vahid həll etməni qəbul etməkdən ibarətdir. Ərazi turizm kompleksləri idarəetmə sistemi olaraq modelin daxili və xarici parametrlərini özündə əks etdirir. Bu modelin konturu aşağıdakı parametrləri əhatə edir (Sxem 2).




Maksimum turizm gəlirləri

İqtisadi sistem

TURİZM FƏALİYYƏTİ



Maksimum turizm axını

Ərazi resursları



Ərazi maraqları




Daxili bazara təsir




Sahə maraqları




İxracat yönümlü siyasət




Əhalinin sosial maraqları




Turizmin sahələrarası təsiri

1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə