ƏDƏBİYYAT
1. Логинов В.В. Развитие продовольственных рынков и современные аграрные проблемы. Экономист, №7, 2002, с. 88-94. 2. Quliyev H.X., Balayev R.Ə. İqtisadi informatika və hesablama texnikası. Bakı, BBU nəşriyyatı, 1998, 159 s. 3. Səmədzadə Z.Ə. Dünya iqtisadiyyatı. Çin “iqtisadi möcüzəsi”. Bakı, “Gənclik”, 2001, 320 с.
Обоснование приоритетов повышения экономической эффективности использования ресурсов в аграрном секторе
Алиев Самир Рамиг оглы
РЕЗЮМЕ
В статье исследованы научно-теоретические и методологические вопросы повышения экономической эффективности использования ресурсов, выявлены факторы обуславливающие ресурсосберегающую среду. Обоснованы приоритеты повышения экономической эффективности использования ресурсов в аграрном секторе.
Ключевые слова: ресурс, аграрный сектор, ресурсосбережение, приоритет, эффективность.
Justification of the priorities of increasing the economic efficiency of resource use in the agricultural sector
Aliyev Samir Ramig
SUMMARY
The article explores the scientific and theoretical and methodological issues of improving economic efficiency of resource use, resource-identified factors causing environment. Justified priorities to increase economic efficiency of resource use in the agricultural sector.
Key words: resource, agriculture, resource, priority, efficiency.
Rəyçi:
Balayev R.Ə.
İ.ü.f.d., professor
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.38-43
UOT 330.131.7
Aqrar sahədə risklər və onların idarə olunması məsələləri
Məhərrəmova Sevda Elşad qızı
Təfəkkür Universiteti, baş müəllim
XÜLASƏ
Aqrar sahədə iqtisadi səmərəliliyin təmin olunması bu sahədə təbii və süni amillərin təsirindən yaranan risklərin bacarıqla və vaxtında neytrallaşmasından bir başa asılıdır.
Məqalədə sahə üzrə risklərin xarakteri, fəaliyyət dairəsi və onların yumşaldılmasında dövlətin fəaliyyət mexanizmi şərh olunur.
Açar sözləri: aqrar sahə, risklər, sığorta, dövlət tənzimlənməsi.
Kənd təsərrüfatı istehsalında risklərin əsas hissəsinin təbii amillərdən asılı olması ilə yanaşı subyektiv amillər səbəbindən yaranan risklər az deyildir. Lakin hər iki halda risklərin nə qədər çətin olsada öncədən proqnozlaşdırma və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahə üzrə itkilərin minimum endirilməsinə imkan verər. Lakin bu proseslərin idarə olunması əsasən fraqmental xarakterli olduğundan risklərin sığortalanması yolu ilə istehsalçıların mənafeyinin qorunması bu gündə aktuallıq təşkil edir.
Aqrar sənaye kompleksinin əsas tərkib hissəsi olan kənd təsərrüfatı özünəməxsus xüsusiyyətləri olan bir sahə olub iqtisadiyyatın digər sahələrindən təbii-iqlim amillərindən çox asılılığı ilə fərqlənir. Aqrar sahənin dinamik inkişafı digər sahələrin də inkişafına təkan verməklə milli iqtisadiyyatın stabil inkişafını təmin edən amillərdən biridir. Ona görə də bu sahədə risklərin hərtərəfli tədqiqi о cümlədən onun idarə olunması məsələləri bazar iqtisadiyyatına keçid şəraitində böyük əhəmiyyət kəsb edir (1).
Heçdə təsadüfi deyildir ki, sosialist təsərrüfatçılığı iqtisadiyyatı şəraitində aqrar sahədə risklərin nəticələrini dövlət öz üzərinə götürürdü və sığortalanma dövlət büdcəsi hesabına maliyyələşdirilirdi. Kənd təsərrüfatının inkişaf proqramları işlənəndə risklərin idarə olunması məsələləri də dövlətin diqqət mərkəzində olurdu. Qeyd edək ki, Azərbaycan Dövləti müstəqilliyini əldə etdikdən sonra obyektiv və subyektiv səbəblər üzündən «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu (3) qəbul ediləndə aqrar risklərin idarə olunması məsələləri arxa planda qalmış və dövlət tənzimlənməsi mexanizmlərinin işə salınmasında müəyyən ləngliyə yol verilmişdir. Yalnız 2002-ci ildə «Kənd təsərrüfatında sığortalanmanın stimullaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra bu məsələlər yenidən ön plana çəkildi. Qeyd etməliyik ki, aqrar sektorda səmərəli sığorta sisteminin formalaşması məsələlərinə böyük əhəmiyyət verilməsi səbəblərindən biri də ölkədə son illər baş vermiş təbii fəlakətlər olmuşdur.
Aqrar sahənin inkişaf proqramında və ərzaq təhlükəsizliyi proqramında risklərin idarə olunmasının bəzi məsələlərinə baxılsa da dövlət səviyyəsində risklərin idarə olunmasının vahid sistemi mövcud deyildir. Beləliklə, risk amillərinin inkarı, risk-menecmentin inkişafından imtina edilməsi aqrar sektorun tarazlı inkişafını mümkünsüz edir və bu da bütövlükdə milli iqtisadiyyatın qeyri-tarazlı inkişafına gətirib çıxara bilər (2). Ona görə də aşağıdakılara xüsusi diqqət yetirilməsi məqsədəuyğundur:
-
Kənd təsərrüfatı müəssisələrinin gəlirlərinin qeyri-tarazlığı, təbii fəlakətlərin kənd təsərrüfatı istehsalçılarını müflisləşdirməsi; Bu amil kənd təsərrüfatı sahəsində məşğul olan əmək ehtiyatlarına əhəmiyyətli dərəcədə təsir edərək istehsalın həcmini aşağı salır və bu da işsizliyin artımına gətirib çıxarmaqla yanaşı onlar kənd təsərrüfatı müəssisələrində dövriyyə vəsaitlərinin dövriyyəsinin səngiməsinə, aqrar sektor ilə bağlı emal müəssisələrində gəlirlərə və məşğulluğa böyük təsir göstərir.
-
Kənd təsərrüfatında istehsal tsiklinin uzunluğu istehsal ediən məhsulun qiymətləndirilməsində səhvlərə yol verilməsi; Belə ki, konyunkturun düzgün qiymətləndirilməməsi gözlənilən gəlirlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə təsir edir. Kənd təsərrüfatı müəssisələrinin və işçilərinin ödəniş qabiliyyətliliyinin aşağı düşməsi istehsal vasitələrinə və istehlak şeylərinə tələbi aşağı salaraq, son nəticədə ticarət balansında tarazlığın və realizə edilməsi mümkün olmayan aktivlərin artımına gətirib çıxara bilər.
-
Kənd təsərrüfatı istehsalına xas olan risklərin aqrar sahənin səmərəli kreditləşdirilməsinə mane olması; Belə ki, təbii-iqlim şəraiti əlverişsiz olan illərdə kreditorların borcu qaytarmaq ehtimalı azalır və bank strukturlarının maliyyə vəziyyəti böhranla qarşılana bilər.
-
Makroiqtisadi səviyyədə rislərin idarə olunması sisteminin olmaması; Belə ki, ayrı-ayrı əmtəə istehsalçılarını öz şəxsi vəsaiti və ehtiyatları hesabına istehsalın tarazlığını artırmağa məcbur edir ki, bu da resursların gəlirliyini kəskin aşağı salır. Beləliklə, istehsalı risklə əlaqəli olan məhsulların istehsalından imtina ölkəni idxaldan asılı vəziyyətə salaraq ərzaq təhlükəsizliyi problemini yarada bilər.
Beləliklə, aqrar sahədə risklərin idarə olunması prosesinə dövlətin aktiv müdaxiləsi problemin həlli yollarından biridir və bunu inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir.
Beləliklə bizim ölkəmizdə də bu sahəyə diqqət artırılmış və «Kənd təsərrüfatında sığortalanmanın stimullaşdırılması haqqında» 2002-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu bu sahədə dövlətin aktiv rolunu əks etdirən əsas sənədlərdən biridir. Araşdırmalar göstərir ki, keçid iqtisadiyyatlı ölkələrin böyük əksəriyyətində aqrar sahənin inkişafındakı çətinliklər və onları şərtləndirən mühit oxşardır. Bu baxımdan vəziyyətdən çıxış yollarıda eynidir. Belə ki, bir çox MDB ölkələrinin aqrar sahəsində kənd təsərrüfatında risklərin sığortalanması sisteminin formalaşmasında dövlətin yardımı nəzərdə tutulur. Lakin, həqiqətdə büdcə böhranı ilə əlaqədar sığorta haqlarının kompensasiyasına heç bir büdcə vəsaiti kifayət qədər sərf olunmamış və yaxudda bu sahədə qəbul edilmiş siyasi qərarların icra mexanizmləri kafi olmur. Araşdırmalar göstərir ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu bu sahəyə elmi yanaşma səviyyəsində risk-menecmenti struktur fəaliyyətinin tətbiq edilməsidir.
Bunun üçün dövlət aşağıdakı əsaslarla risk-menecment sistemini qurmalıdır:
-
kənd təsərüfatı istehsalının yüksək məsrəfliliyini nəzərə alaraq təklif olunur ki, risklərin növünü, onların baş vermə səbəblərini və istehsal-maliyyə fəaliyyətinin nəticələrinə təsir dərəcəsini dərindən tədqiq etməklə risk-menecment sistemində dövlət siyasətinin prioritet istiqamətləri müəyyən edilməlidir;
-
risklərin idarə olunmasının kompleks tədbirləri təsərrüfat mexanizminin ənənəvi elementlərinə (qiymətqoyma, vergitutma, kreditləşmə və s.) və ya hələlik aqrar sektorda istifadə olunmayan və ya zəif istifadə olunan üsullara (risklərin sığortalanması) optimal uyğunlaşdırılmalıdır:
-
risk-menecment sistemi makro və mikro səviyyədə risklərin idarə olunması üsullarının səmərəli kombinasiyasını təşkil etməlidir.
Risklərin minimuma endirilməsi üçün bir çox üsullar mövcud olsa da onlardan heç biri havayı başa gəlmir və ondan istifadə olunması heç də asan deyildir. Risk-menecmentin ideal sistemi kənd təsərrüfatı istehsalçılarını iqtisadi üsullarla tarazlı istehsalın yaradılmasına istiqamətləndirməlidir. Bu zaman tələb olunan əsas məhsulların istehsal risklərinin kifayət qədər maliyyələşdirilməsi mümkün olmalıdır. Risklərin idarə olunma sisteminin optimal strukturunun dövlət tərəfindən yaradılması və fəaliyyətinə sərf olunan məsrəflər kənd təsərrüfatı istehsalına xas olan risklər nəticəsində yaranan itkilərlə müqayisə olunan səviyyədə olmalıdır.
İnkişaf etmiş bazar münasibətləri şəraitində risk-menecment sisteminin funksiyalarının əhəmiyyətli hissəsi əsasən kommersiya müəssisələrinə və təşkilatlarına-bankalara, sığorta şirkətlərinə, birjalara, təchizat strukturlarına və s. həvalə olunur. Risklərin idarə olunması sisteminin yaradılması dövlət tərəfindən əlavə maliyyə məsrəflərinə gətirməklə bərabər ayrı-ayrı müəssisələrin fəaliyyətinin səmərəliliyinin aşağı salınmasına səbəb ola bilər. Belə ki, tarazlı fəaliyyət və mümkün risk vəziyyətlərinə adaptasiya prinsipləri əsasında yaradılan sistem kifayət qədər yüksək ehtimalla ancaq orta gəlirlərin əldə olunmasına imkan verir. Proqnozlaşdırmada buraxılan səhvlər və resurslardan qeyri-optimal istifadə olunması səbəbindən risk amilini nəzərə almayan strategiyanın qəbul olunması (məsələn, istehsalın diversifikasiyası) müəssisələrdə hətta orta gəlirin də alınmasını qeyri-mümkün edə bilər (3).
Bununla belə müxtəlif ölkələrdə risklərin idarə olunmasında dövlətin iştirakının əhəmiyyəti bu ölkələrin inkişaf səviyyəsindən, təbii-iqlim şəraitinin spesifikliyindən, dünya təsərrüfat sisteminə inteqrasiya səviyyəsindən və s. aslı olaraq müxtəlifdir. Lakin bəzi risk-menecment üsulları bütün ölkələr üçün universal da ola bilər (3). Bu üsullardan biri dövlət büdcəsi hesabına maliyyələşdirilən və birbaşa (dolayı) kənd təsərrüfatında riskləri aşağı salmağa imkan verən investisiyalardan istifadə olunmasıdır. Məsələn, suvarılan torpaqlara investisiyaların məqsədi bir tərəfdən, torpaq və su resurslarının məhsuldarlığının yüksəldilməsi, digər tərəfdən isə kənd təsərrüfatında məşğulluq səviyyəsinin artırılması və yeyinti məhsulları ilə əhalinin təmin edilməsinin yüksəldilməsidir.
Вu investisiyalar eyni zamanda aqroekoloji sistemlərə xas olan qeyri-tarazlılığı müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilməsinin bilavasitə yağıntılardan və əkinlərin mövsümiliyindən asılılığını zəiflədərək risklərin idarə olunmasına imkan yaradır.
Risklərin aşağı salınmasının oxşar faydaları zərərvericilərə və xəstəliklərə, eyni zamanda quraqlıq və həddindən artıq rütubətlik kimi təbii hadisələr səbəbindən baş verən əlverişsiz şəraitə dözümlü olan yeni sortların yetişdirilməsində özünü büruzə verir. Belə elmi-tədqiqat işləri taxıl və digər faydalı bitkilər üzərində aparıldığı üçün risklərin aşağı düşməsi kimi faydaların yaranması dövlət büdcəsindən maliyyələşdirilən investisiyalar hesabına həyata keçirilirdi.
Dövlətin kənd təsərrüfatı sahəsinə müdaxiləsinin ənənəvi sferası qiymətlərin tənzimlənmə siyasətidir. Dövlət bu siyasəti çox zaman dotasiyalı ödəniş sistemi, bufer ehtiyatların yaradılması, müxtəlif tarif və dərəcələrin yaradılması vasitəsi ilə həyata keçirir. Qeyd edək ki, uzun müddət risklərin aşağı salınması üzrə qiymət siyasətinə qiymətlərin stabilləşdirilməsi tədbirlərini aid edirdilər. Digər tərəfdən, qiymətlərin stabilləşdirilməsi tədbirlərinin nəzəri əsaslandırılması üzrə əvvəllər bir çox tədqiqatlar həyata keçirilmişdir (39,41,45). Lakin bu işlərdən tez-tez belə bir tezis meydana çıxırdı: qiymətlərin stabilləşməsi nəticəsində cəmiyyətin maddi rifahının mümkün artımı nisbətən çox azdır. Əlavə olaraq stabilləşdirmə tədbirlərinin praktiki reallaşdırılması müxtəlif problemlərin meydana gəlməsinə səbəb olurdu. Bu problemlərdən biri bizim fikrimizcə, təklifin stabillikdən asılılığının qiymətləndirilməsinin çətinliyidir. Belə ki, obyektiv səbəblərə görə məhsulun anbarlarda və s. yerlərdə saxlanması havayı başa gələ bilməz və bu təbii olaraq qiymət artımına gətirib çıxarmalıdır.
Risklərin aşağı salınmasının ümumi alətlərindən biri də əkinlərin sığortalanmasıdır. Belə proqramların təkanverici səbəbləri dövlətin fəlakətli risklərdən (quraqlıq) narahatlığı və ya bank borclarının miqyasının aşağı salınması istəyi ola bilər. Bununla belə, aparılan tədqiqatlar göstərir ki, əkinlərin sığortalanması proqramının maliyyə şərtləri sığortaçılar üçün müflisləşdirici səviyyələrdə idi. Dövlət subsidiyalarından maliyyə cəhətcə asılı olmamaq üçün sığortaçı orta illik məsrəflərinin səviyyəsini (kompensasiya ilə idarəetmə xərcləri) kənd təsərrüfatı istehsalçılarından aldığı ödənişlərin (sığorta haqlarının) orta səviyyəsindən aşağı saxlamalıdır.
İnkişaf etmiş ölkələrin, о cümlədən ABŞ-ın təcrübəsi göstərir ki, əkinlərin sığortalanması üzrə iri proqramlara görə fermerlərdən alınmış hər bir dollara 2,5 dollar ödənilir. Bu zaman fərq dövlət tərəfindən ödənilir və hər sığortalanmış hektar üzrə məbləğlər 10 dollardan 400 dollar intervalında dəyişir. Lakin belə əlverişli subsidiyalarda belə fermerlər sığortalanmaqda maraqlı deyillər. Bunun nəticəsində bir çox sığorta proqramları müəyyən bitkilər əkən bütün fermerlər üçün (məsələn, Yaponiyada) və ya kənd təsərrüfatı banklarından borc götürən fermerlər üçün (məsələn, Meksikada) məcburidir .
Əkinlərin sığortalanması üzrə dövlət proqramlarının dəyərinin yüksək olmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, onlar ciddi mənəvi zərərə gətirə bilən problemlərin yaranmasına səbəb olan risklərin sığortalanmasına çalışırlar. Bu risklərə bir çox iqlim riskləri, əkinlərin xəstəlik və zərərvercilərlə zədələnməsi ola bilər. Bu risklərdən yaranan zərərin qiymətləndirilməsi çox çətindir və bu istehsalçının peşəkarlığından asılıdır. Digər tərəfdən, ümumiyyətlə qəbul olunmuşdur ki, real itkilərin kompensasiya edilməsi əvəzinə məhsulun müəyyən hissəsi sığortalanmalıdır. Lakin bu amillər həmin proqramların səmərəsizliyinin yeganə səbəbləri deyildir.
Səmərəli diversifikasiya olunmuş sığorta portfeli olmayan sığortaçılar gələcəkdə müəyyən illərdə böyük həcmli zərərlərlə üzləşmək imkanlarına malik olacaqlar. Bu səbəbdən belə dar ixtisaslaşma onların dövlətdən aslılığını artırır.
Zəif inkişaf etmiş ölkələrdə aqrar sektora borc verən kommersiya bank institutları borcların qaytarılmaması riski ilə rastlaşırlar. Banklar resurslarını idarə edərkən öz vəsaitlərini müxtəlif regionlara və iqtisadiyyatın sahələrinə qoyurlar, maliyyə ehtiyatları yaradırlar, başqa banklara borclar haqqında razılaşmalar bağlayırlar, öz müştəriləri ilə fərdi qarşılıqlı əlaqələr qururlar.
Böhran dövrlərində isə öz borcluları ilə birgə fəaliyyət planının qəbulu, faiz dərəcələrinin dəqiqləşdirilməsi və s. məsələlər üzrə iş aparırlar. Lakin, belə çeviklik kənd təsərrüfatını kreditləşdirən banklar üçün mümkün olmur və bu onların müdafiəsini daha da zəiflədir. Əvvəllər belə düşünülürdü ki, bu məsələnin həlli yollarından biri kreditlərin sığortalanmasıdır. Lakin bu ideya da bitkilərin sığortalanması üzrə iri dövlət proqramlarının taleyi kimi puça çıxdı. Hal-hazırda bu sahədə mütəxəssislərin əsas diqqəti borcların zəmanət sxeminin tətbiqi imkanları üzərinə cəmlənmişdir.
İstənilən ölkədə kənd təsərrüfatı istehsalında risklərin aşağı salınması və aqrar sahədə qeyri-müəyyənlik sferasına dövlətin müdaxiləsi özlüyündə ayrı-ayrı müəssisə səviyyəsində risk amillərinin dəqiq nəzərə alınmasını tamamilə əvəz edə bilməz. Bəzi hallarda dövlətin müdaxiləsi əlavə riskin yaranmasına da gətirə bilər. Belə ki, iqtisadiyyata siyasi müdaxilələr risk nəticələrinə, bəzi hallarda isə tez-tez baş verən siyasi dəyişiklər üzündən gözlənilməz nəticələr verə bilər.
Azərbaycanda son zamanlar aqrar sahədə aparılan islahatlar nəticəsində baş verən səmərələr - ərzaq təhlükəsizliyinin zəiflədilməsi (2 mln. tondan artıq taxıl istehsalı), xarici ticarətin liberallaşdırılması nəticəsində daxili ərzaq bazarında milli ərzaq məhsullarının rəqabət qabiliyyətliyinin aşağı düşməsi və s. aqrar sektorda risk amillərinin təsirinin güclənməsinə gətirib çıxarır.
Fermerlərə kömək etmək üçün siyasi amillərin təsirindən yaranmış risklərin xüsusiyyətlərindən biridə odur ki, bəzi ölkələrin hökumət təşkilatları risklərin idarə olunmasının əlavə üsullarını ortaya çıxarırlar. Məsələn, ABŞ-da fermerləri onların gəlirlərinə təsir edən bütün risklərdən, о cümlədən hökumətin siyasəti nəticəsində qiymətlərin dəyişməsindən yaranan risklərdən sığortalanma sxemləri müzakirə olunmuşdur.
Aqrar sahədə risklərin və qeyri-müəyyənliyin aşağı salınması sahəsində dövlətin əsas təsir sferalarından biri mülkiyyətçilərin hüquqlarının müdafiəsi sferasıdır. Belə ki, torpaq, su və digər əhəmiyyətli resurslardan məsuliyyətsiz istifadə risklərin yaranmasının əsas mənbələrindən biridir. Digər tərəfdən, mülkiyyət hüquqlarının gücləndirilməsi yolu ilə bu risklərin aşağı salınması üçün dövlətin müvəffəqiyyətlərini birmənalı qiymətləndirmək mümkün deyildir.
Hal-hazırda bir çox ölkələrdə mülkiyyət məsələlərində əsas problem torpaq hüququdur. Dövlət kənd təsərrüfatı ilə məşğul olmayan qruplara təbii resurslardan istifadə imkanı verərsə ətraf mühit məsələlərində qeyri-müəyyənlik və risklərin yüksəlməsi baş verə bilər.
Risklərin strateji idarə olunması məsələlərində dövlətin aqrar sahəyə müdaxiləsi mümkündür. Dövlətin müxtəlif müdaxilələrinə baxmayaraq bütün sahibkarlara məlumdur ki, aqrar sahə riskli fəaliyyət sahəsidir. Dövlətin riskləri optimal idarə etmək üçün aqrar sahəyə müdaxiləsinin aşağıdakı kimi müsbət və mənfi cəhətləri mövcuddur:
- kənd təsərrüfatı sahibkarları öz fəaliyyətlərini planlaşdırdıqda risk mühitinin dəyişməsini və bununla dövlətin tənzimləmə tədbirlərini nəzərə almalıdırlar;
- dövlət proqramlarına aqrar istehsalçıların reaksiyasının real dərəcəsi qərar qəbul olunan şəraitdən asılıdır.
Aqrar sahədə risklərin optimal idarə olunması, sığorta institutlarının formalaşması və beynəlxalq standartlara uyğun hüquqi bazanın yaradılması sığortalanması Azərbaycanın kənd təsərrüfatı sferasında səmərəli sığorta bazarının formalaşması üçün ilkin şərtlərdən biridir. Bu istiqamətdə Azərbaycan hökuməti artıq bəzi kompleks tədbirləri həyata keçirmiş, aqrar sektorda sığorta sisteminin formalaşması üçün stimullaşdırıcı tədbirlər sistemi (hələlik dövlət büdcəsindən sığortalanmaya subsidiyalar) nəzərdə tutmuşdur. Hazırda bir çox məhsullar üzrə sığorta xərclərinin ödənilməsində dövlətin iştirakı mövcuddur, lakin bu sahədə araşdırmaların ciddiliyinə və bu sahədə dövlətin iştirakının əhatəliliyinin və intensivliyinin artırılmasına böyük ehtiyac vardır. Belə ki, gələcəkdə bu, aqrar sahəyə investisiya mühitinin yaxşılaşdırılmasına imkan verməli, bu sahədə sığorta mədəniyyətinin yüksəlməsinə əsaslı təsir etməlidir.
ƏDƏBİYYAT
1. Аратегия и тактика управления рисками в аграрном производстве. Под рф. Проф. Лурносова А.П. Воронеж, 2000 г. 197 стр. 2. Рогов М.А. Риск-менеджмент.-М. ИАФРА-М, 2001, 120 стр. 3. Балабанов И.Т. Риск-менеджмент. М.. 1996, 192 стр.
Вопросы рисков в аграрном секторе и их управление
Магеррамова Севда Эльшад кызы
РЕЗЮМЕ
Обеспечение экономической эффективности в аграрном секторе непосредственно зависит от своевременной нейтрализации зарождающихся в этой отрасли рисков, возникающих под воздействием естественных и искуственных факторов.
В статье исследуется характер рисков в отрасли, их круг деятельности, механизм государственной деятельности в их смягчении.
Ключевые слова: аграрный сектор, риски, страхование, государственное регулирование.
Issuses of risks in agrarian sector and their management
Magerramova Sevda Elshad
SUMMARY
Ensuring economic efficiency in the agricultural sector directly depends on timely neutralization in this emerging industry risks which arised by natural and artificial factors.
The article investigates the nature of the risks in the industry, their range of activities, the mechanism of government activities in their mitigation.
Key words: agricultural sector, risks, insurance, government regulation.
Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.44-49
UOT 634.8(479.24)
Azərbaycan Respublikasında üzümçülüyün müasir inkişaf meyilləri və sahəyə investisiya qoyuluşlarının stimullaşdırılması
Şirəliyev Qasım Mamoş oğlu
Tədqiqatçı
XÜLASƏ
Azərbaycanda qədim tarixə malik istehsal sahəsi olan üzümçülük müasir şəraitdə də yüksək artım potensialına malikdır. Məqalədə hazırkı mərhələdə ölkəmizdə üzümçülüyün inkişaf meyilləri araşdırılmış və müvafiq dəyərləndirmələr aparılmışdır. Üzümçülük və şərabçılığın inkişafı üzrə dövlət tərəfindən müəyyən edilmiş strategiyanın reallaşdırılması vəzifələrinə uyğun olaraq, bu sahəyə investisiya qoyuluşlarının stimullaşdırılmasının təkmilləşdirilməli olduğu göstərilmiş və buna yönəlik təkliflər irəli sürülmüşdür.
Açar sözlər: üzümçülük, üzümçülük və şərabçılığın inkişaf strategiyası, inkişaf meyilləri, rentabellik, investisiyaların stimullaşdırılması, subsidiyalar.
Üzümçülük və şərabçılıq Azərbaycanda qədim tarixə malik olan istehsal sahələrdəndir. Ölkəmizin təbii-iqlim şəraiti bu sahənin iqtisadi cəhətdən səmərəli fəaliyyət sferası kimi formalaşmasına şərait yaradır. Üzümçülük həm müvafiq məhsullara daxili tələbatların səmərəli ödənilməsini təmin etmək, həm də yüksək ixrac potensialına malikdir.
Müasir dövrdə qeyd edilən sahənin inkişafının xüsusi sosial-iqtisadi əhəmiyyətə malik olduğunu nəzərə alaraq, bu istiqamətdə dövlət tərəfindən geniş tədbirlər həyata keçirilir. Üzüm və onun emalından alınan məhsulların istehsalının ardıcıl artırılması üçün institusional amillərin rolunu güçləndirməsində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə qəbul edilmiş “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulunun mühüm əhəmiyyəti olmuşdur. Bununla yanaşı, ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, habelə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda üzüm istehsalının dəstəklənməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nda isə sahənin kompleksli inkişaf strategiyası müəyyən edilmişdir.(1, səh. 877-881)
Göstərilənlər ölkəmizdə sistem transformasiyaları ilə bağlı baş vermiş böhrandan sonra üzümçülüyün bərpa və inkişaf etdirilməsi sahəsində əhəmiyyətli irəliləyişlərin təmin olunmasına yol açmışdır.
Qeyd etmək lazımdır ki, ölkəmizdə üzüm bağlarının sahəsi 2003-cü ildə 1990-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 23.6 dəfə, 2000-ci ilin göstəricisi ilə müqayisədə isə 1.8 dəfə azalaraq 7.7 min hektara düşmüşdür. Həyata keçirilən institusional və iqtisadi dəstək tədbirləri ilə əlaqədar sahənin investisiya cəlbediciliyinin əhəmiyyətli dərəcədə yüksəlməsi nəticəsində yeni salınan üzümlüklərin sahələri ardıcıl olaraq genişlənməyə başlamışdır. 1-ci diaqramın məlumatlarından da aydın olduğu kimi 2003-2012-ci illərdə ölkə üzrə üzüm əkmələrinin ümumi sahəsi 7.7 hektardan 16.3 min hektara çatmış və ya 2.1 dəfədən çox artmışdır. (4, səh. 170)
Diaqram .
Üzümçülük üzrə göstəricilərin dinamikası
Yeni üzümlüklərin salınması miqyaslarının genişlənməsi ümumi sahələrin tərkibində bar verən sahələrin payının azalması ilə nəticələnmişdir. Bu göstərici 2003-cü ildə 96.1% 2012-ci ildə isə 76.1% təşkil etmişdir. Hazırkı mərhələdə bar verən sahələrin xüsusi çəkisinin nisbətən aşağı olması öz növbəsində qarşıdakı dövrdə məhsul istehsalının artması potensialının da nisbətən yüksək olmasını ifadə edir.
Üzüm əkmələrinin sahələrinin genişlənmsı son illərdə məhsul istehsalının dinamik surətdə artması meylinin qərarlaşmasını təmin etmişdir. Üzümlüklərdən ümumi məhsul yığımının həcmi 2003-2012-ci illərdə 2.3 dəfə, 2008-2012-ci illərdə 1.3 dəfə çoxalmışdır.
Üzümçülüyün inkişafı sahəsində müşahidə edilən digər əsas meyil məhsuldarlıq göstəricisinin ardıcıl surətdə yüksəlməsidir. Üzümlüklərin 1 hektarından məhsul istehsalının həcmi 2003-2005-ci illərdə 50.5 sentner, 2006-2008-ci illərdə 73.6 sentner, 2009-2012-ci illərdə 79.9 sentner təşkil etmişdir. (4. səh. 170 məlumatları əsasında hesablanılmışdır.) Məhsuldarlıqda belə müsbət dinamika üzümçülükdə modernləşdirmə tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı olmuşdur. Yeni üzümlüklər bir qayda olaraq yüksək məhsuldarlıqlı sortlar, o cümlədən xaricdən gətirilmə tinklər hesabına salınır. Eyni zamanda, əkmələrə qabaqcıl qulluq və becərmə texnologiyaları tətbiq edilir. Bütün bunlar öz növbəsində yüksək məhsuldarlığa təminat yaradan amillərə çevrilmişlər. Üzümlüklərin məhsuldarlıq səviyyəsi hazırda hətta 1980-ci illərin sonu üçün müvafiq göstəricini əhəmiyyətli dərəcədə qabaqlayır. Hər hektardan üzüm yığımının həcmi 2010-2012-ci illərdə 1988-1990-cı illərin müvafiq göstəricisindən 10.2 sentner və ya 14% artıq olmuşdur.
Müasir mərhələdə üzüm istehsalının həcminin artması onun istiqamətlər üzrə istifadəsində dəyişikliklər ilə müşayiət olunur. Bu barədə cədvəl 1-in məlumatları da əyani təsəvvür yaradır.
Dostları ilə paylaş: |