Açar sözlər: tozcuq, həyati qabiliyyət, morfologiya, saxaroza.
Əhalinin sürətlə artdığı muasir dövrdə insanların ərzaq məhsullarına olan təlabatını ödəmək
ücün alimlərin qarşısında böyük vəzifələr durur. Bu vəzifələrdən biri də meyvə bitkilərinin keyfiyətli
bir şəkildə artırılmasıdır. Bu meyvələrdən ən cox istifadə olunan alma bitkisidir. Ona görə də tədqiqat
işimizdə alma bitkisinin tozcuqlarını öyrənməyi qarşımıza məqsəd qoyduq.
Tozcuqların quruluşu və həyati qabiliyyəti müxtəlif alimlər tərəfindən tədqiq olunmuşdur.
A.V. Doroşenkoya [1] görə tozcuqlar çox yüksək temperaturda yacücərmir, ya da anormal formada
cücərir.Y.S. Modilevskiyə [3] görə quru alma tozcuğu aşağı temperaturda təxminən 5 ay həyati
qabiliyyətini saxlaya bilir.Kapilaya [6] görə tozcuqlar həyati qabiliyyətini 10 günə qədər saxlayır. A.İ.
Uskova [6] görə təbii şəraitdə dişiciyə düşən tozcuq borusu 36 saata qədər uzana bilər. Aşağı
temperaturda isə hətta 10 günə cücərir və ya cücərmir. L.M. Yaremenkoya [7] görə tozcuqlar həyati
qabiliyyətini 30-49 gün, dişiciklər isə 5 gün öz həyati qabiliyyətini axlayır. İ.N.Dyakova[2] görə alma
növlərinin tozcuqları hamısı üçbucaq şəklindədir, lakin ölçüsünə və rənginə görə fərqlənirlər.
K.Sorkuna [8] görə tozcuqların rəngi açıq sarı, dadı ləzzətli, çiçək kimi ətirlidir, güclü kristallaşma
qabiliyyətinə malikdir.Y.Şarifiyə [9] görə tozcuqların həyati qabiliyyəti müxtəlif növlərdə fərqlidir.
Hətta eyni çiçəyin tozcuqları müxtəlif vaxtda cücərə bilər.Tozcuqlar tək hala nisbətən qrup halında
daha yaxşı cücərir.İ.V.Miçurin adına MDAU Meyvə-trəvəzçilik şöbəsində müəyyən olunmuşdur ki,
alma tozcuğu fevrala qədər həyati qabiliyyətini 50-70% saxayır, aprelə doğru isə bu göstərici azlalaraq
15-20%-ə düşür [5].
Tozcuqların morfolojiquruluşunun və həyati qabiliyyətinin tədqiqi sistematiklər üçün böyük
əhəmiyyətə malik olub, xüsusilə introduksiya işlərində ayrı-ayrı növlərin təyinində xüsusi rola
malikdir. Tozcuqların keyfiyyətinin müəyyən edilməsitozlanmanın və çiçəkləmə biologiyasının
öyrənilməsində də əhəmiyyətlidir. Tozcuğun keyfiyyət göstəricilərindən biri onun həyati
qabiliyyətidir. Seleksiya işlərində hibridləşmə üçün seçilmiş materialların nə qədər saxlana bilməsi
haqqında məlumat verir. Bunları nəzərə alaraq tərəfimizdən Abşeron şəraitində nedzvetski almasının
tozcuğunun morfoloji quruluşu və həyati qabiliyyəti öyrənilmişdir.