İzokosta. İstehsal xərclərinin minimallaşdırılması
İstehsal xərclərinin təhlilinin qrafik alətlərindən biri izokostadır (şəkil 7).
Şəkil 7. İzokosta
İzokosta iki resursun cəmdə eyni dəyərlərinin bütün kombinasiyalarına müvafiq olan nöqtələrin həndəsi yeridir. İzokosta istehlakçının büdcə xəttinə bənzəyir. İzokosta-nın mailliyi düz xətt boyu sabitdir və hər iki resursun qiymət münasibətlərinə bərabərdir (PL/PK).
Bir sıra paralel izokostalar amillərin qiymətlərinin dəyişməzliyi və ya qiymətlərin ey-ni nisbətdə dəyişməsi şəraitində məcmu xərclərin müxtəlif səviyyələrini səciyyələndirir. İzokostanın mailliyi dəyişirsə, bu bütün digər şərtlər bərabər olmaqla amillərdən birinin qiymətinin dəyişməsini (və ya hər iki amilin qiymətinin, lakin müxtəlif nisbətlərdə, dəyiş-məsini) göstərir.
Dostları ilə paylaş: |