İstehsal xərclərinin təbiəti və strukturu İstehsal xərclərinin növləri Uzunmüddətli dövrdə istehsal xərcləri



Yüklə 361 Kb.
səhifə13/15
tarix29.12.2021
ölçüsü361 Kb.
#48435
1   ...   7   8   9   10   11   12   13   14   15
MÖVZU 5-1

Pul gəlirləri və mənfəət

Firmanın fəaliyyəti funksional olaraq nemətlər istehsalı ilə əlaqədar olsa da, onun başlıca təyinatı bu deyildir. Firmalar məhsulu satış üçün istehsal edir. Firmanın istehsal olunmuş məhsulu reallaşdırması nəticəsində aldığı pul gəliri ümumi (məcmu) pul gəliri (TR) forması kəsb edir ki, onun da kəmiyyəti satılan nemətin bazar qiymətindən (P) və firmanın reallaşdırdığı məhsulun miqdarından (Q) asılıdır. Deməli, satılmış məhsulun miqdarını qiymətə vurmaqla biz firmanın məcmu pul gəlirinin kəmiyyətini alarıq: TR=P×Q. Ümumi pul gəliri – firmanın istehsal olunmuş məhsulun reallaşdırılmasından aldığı məcmu pul gəliridir. Pul gəliri, əgər, söhbət məcmu pul gəlirindən (TR) gedirsə, on-un ümumi kəmiyyətinin dəyişməsi mövqeyindən, həm məhsulun gəlirliyinin qiymətləndi-rilməsi, habelə həm də onun dəyişməsi səciyyəsi nöqteyinəzərindən təhlil edilə bilər. Bundan ötrü orta və son hədd pul gəliri göstəriciləri istifadə olunur. Orta pul gəliri (AR) – reallaşdırılan məhsul vahidinə düşən gəlirin kəmiyyətidir, yaxud AR=TR/Q= (P×Q)/Q=P. Son hədd pul gəliri (MR) – əlavə reallaşdırılan məhsul vahidindən əldə olu-nan ümumi pul gəlirinin artımıdır və MR=∆TR/∆Q=∆(P×Q)/∆Q=TR kimi müəyyən olu-nur.



Firmanın mənfəəti ümumi pul gəliri və ümumi xərclər arasındakı fərq kim əmələ gə-lir, onun dəyişiklikləri isə funksiya ilə ifadə edilir: π (Q) = TR(Q) - TC(Q). Lakin nəzərə almaq lazımdır ki, bu tənlikdə məsrəflərin kəmiyyəti TC(Q) mühasibat xərclərini deyil, digərləri ilə yanaşı normal mənfəəti də özünə daxil edən iqtisadi xərcləri əks etdirir ki, bu da bu göstərilən xərc növləri arasında kəmiyyət uyğunsuzluğuna səbəb olur. İstifadə edi-lən kapitalın nə qədər izafi dəyər yaratmasını mənfəət norması ifadə edir. Bu kəmiy-yət fərqləri, öz növbəsində, mühasibat hesabatının göstəriciləri ilə müəyyən ediləcək mən-fəətin kəmiyyətilə iqtisadi xərclər əsasında müəyyən olunan mənfəət arasında kəmiyyət uyğunsuzluğunun səbəbinə çevrilir. Buna görə də mühasibat və iqtisadi mənfəətləri fərq-ləndirirlər.


Yüklə 361 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin