Şəkil 9. Izokvantlar xəritəsi və izokostanın köməkliyi ilə istehsalın maksimal həcminin müəyyənləşdirilməsi
Optimal həll bu izokostanın mümkün qədər yüksək izokvantla toxunma nöqtəsində-dir. İzokostadan yuxarıdan keçən izokvantlar bu xərclərlə çatılmazdır.
İzokostu iki nöqtədə kəsən izokvantlar səmərəli deyil, çünki belə izokvantlarda həmi-şə daha ucuz başa gələn resurs kombinasiyalarını tapmaq olar. Yalnız toxunma nöqtəsi bu xərclərlə mümkün olan izokvant istehsalın ən yüksək həcmini göstərir.
Həm istehsal həcminin, həm də xərclərin kəmiyyətinin dəyişməsi mümkün olan və-ziyyəti nəzərdən keçirək. Hər bir izokvant yalnız müəyyən izokostaya toxunacaq. Nəticə-də, müxtəlif həcmdə məhsul istehsalının istehsal xərclərinin minimallaşdığı bir sıra nöqtə-lər alınacaq. Bu nöqtələri birləşdirərək xərclər əyrisini alarıq (şəkil 10).
Xərclər əyrisi yeni istehsal miqyasına çatmaq üçün tələb olunan minimal xərcləri və firmanın genişlənmə trayektoriyasını göstərir. İstehsal həcminin artırılmasının iki yolu var: amillərdən birinin dəyişdirilməsi ilə və amillərin hamısının dəyişdirilməsi hesabına (şəkil 11). və C nöqtələrinin müqayisəsi eyni bir məsələnin qısamüddətli və uzunmüddətli dövr-lərdə həlləri arasındakı fərqi göstərir. Asanlıqla görmək olar ki, uzunmüddətli dövrdə həm əmək, həm də kapital dəyişdikdə axtarılan istehsal həcmi (Q = 300) yalnız tətbiq olunan əməyin miqdarı dəyişən qısamüddətli dövrdən fərqli olaraq daha az xərclə əldə olunur (TC = 6000).
Ş əkil 10. Həm istehsal həcminin, həm də xərclərin kəmiyyətinin dəyişməsi zamanı xərclər əyrisi
Şəkil 11. Uzunmüddətli və qisamüddətli dövrlərdə müəyyən istehsal həcmininə çatdıqda xərclərin müqayisəsi.
Dostları ilə paylaş: |