İstehsal xərclərinin təbiəti və strukturu İstehsal xərclərinin növləri Uzunmüddətli dövrdə istehsal xərcləri


Şəkil 8.Xərclərin minimallaşdırilması



Yüklə 361 Kb.
səhifə11/15
tarix29.12.2021
ölçüsü361 Kb.
#48435
1   ...   7   8   9   10   11   12   13   14   15
MÖVZU 5-1

Şəkil 8.Xərclərin minimallaşdırilması

Səmərəli davranış prinsipinə riayət edərək sahibkar nəzərdə tutulmuş məhsul həcmi-nin istehsal xərclərini minimallaşdırmağa can atır. Bu məsələnin qrafik həlli bir neçə izo-kost və verilmiş istehsal həcminə müvafiq izokvantdan istifadəni nəzərdə tutur. Standart izokvant üçün (Kobb-Duqlas istehsal funksiyası) həlli şəkil 8-də qeyd olunub.

İzokvantdan aşağıda yerləşib onunla ümumi nöqtələri olmayan izokostalar göstərir ki, xərclərin belə aşağı səviyyəsində verilmiş istehsal həcminə çıxmaq mümkün deyildir.

İzokvantı kəsən və onunla iki ümumi nöqtəsi olan izokostalar göstərir ki, xərclərin səviyyəsi lazım olduğundan artıqdır. Verilmiş həcmdə məhsul istehsalını daha az xərclə tə-min edən başqa resurs kombinasiyasını həmişə seçmək mümkündür.

İzokvanta toxunan izokosta verilmiş məhsulun istehsalı üçün tələb olunan xərclərin minimal səviyyəsini səciyyələndirir. Verilmiş izokvantın mümkün qədər aşağı izokosta ilə toxunma nöqtəsi bu halda tətbiq olunası resurslar kombinasiyasını göstərir. Toxunma nöq-təsində əyrilərin maillik bucağı bərabərdir, yəni MPL/MPK= PL/PK. Qrafik yolla da xərc-lərin cəbri yolla alınmış minimallaşdırılması düsturu alındı.

Məsələ bir qədər başqa cür də qoyula bilər. Əgər, istehsal xərclərinin kəmiyyəti veril-mişsə (sahibkarın bundan artıq vəsaiti yoxdur), bu xərclə əldə oluna biləcək maksimal məhsul istehsalı nə qədərdir? Bu sualın cavabı izokvantlar xəritəsi və məsələnin şərtləri ilə verilmiş bir izokosta vasitəsilə tapılır (şəkil 9).






Yüklə 361 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin