İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

İSMAYIL  xan  ZİYADXANOV 

(1880-1920) 

 

Ġsmayıl  xan    Əbülfət  xan  oğlu 



Ziyadxanov  (Ziyadxanlı)  Gəncə  xanı 

Cavad  xanın  nəvəsi,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin görkəmli xadimlərin-

dən  biridir.  O,  15  avqust  1867-ci  ildə 

Gəncə  Ģəhərində  anadan  olmuĢdu. 

Moskva  Universitetinin  hüquq  fakul-

təsini bitirmiĢdi. Rusiya Birinci Dövlət 

Dumasına  Azərbaycandan  deputat 

seçilmiĢdi.  Ġ.  Ziyadxanov  ermənilərin 

Azərbaycanda  ən  qorxduğu  adamlar-

dan idi... 1918-ci ilin martında ġamaxı 

qəzasındakı  soyqrımın  səbəbkarı  daĢ-

nak  Stepan  Lalayanın  quldur  dəstələrini  Ġsmayıl  xan  Ziyadxanlının 

baĢçılıq  etdiyi  300  nəfərlik  süvari  alayı  darmadağın  etmiĢdi.  Bəd-

nam Stepan ġaumyan Ġsmayıl xanı Rusiya üçün  ən təhlükəli adam 

adlandırırdı... 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  podpolkovnik  rüt-

bəsində olan Ġsmayıl xan Ziyadxanov Gəncənin  polismeysteri  iĢlə-

diyi dövrdə Dağlıq Qarabağdakı mənfur daĢnaklardan bir qrupunun 

həbs edilərək Gəncəyə gətirilməsini həyata keçirənlərdən olmuĢdu... 

F.  Xoyskinin  2-ci  hökumət  kabinetində  Ġsmayıl  xan    Ziyadxanov  

hərbi    iĢlər  üzrə  müvəkkil  idi.  1919-cu  ildə  Ġrana  diplomatik  iĢə 

göndərilmiĢ Ġsmayıl xanı bolĢeviklər Azərbaycanda sovet hakimiy-

yəti qurulandan cəmi bir gün sonra həbs  etmiĢdilər. 



 

356 


Ġsmayıl xan Ziyadxanlının sağ qalmıĢ oğlu Cavad ağa söylə-

miĢdir  ki,  atamı  Gəncə  üsyanı    (24  may  -  4  iyun  1920-ci  il) 

ərəfəsində Bakıda, yeznəsi Kamil Səfərəliyevin evində həbs etmiĢ-

dilər. Tarixi ədəbiyyatlardakı faktlar gösrərir ki, Ġsmayıl xan Ziyad-

xanovu məhkəməsiz 11-ci ordunun Siyasi Ġdarəsinin Xüsusi Söbəsi-

nin  rəisi,  Azərbaycan  xalqının  qəddar  düĢməni  Semyon  Pankra-

tovun  əmri  ilə  1920-ci  il  iyun  ayının  6-da  görkəmli  ziyalılarımızın 

və  hərbçilərimizin  daxil  olduğu  79  nəfərin  içərisində  (onların 

arasında  Gəncənin  general-qubernatoru  Xudadat  bəy  Rəfibəyli, 

Azərbaycan Ordusunun BaĢ Qərargah rəisi, general-leytenant Məm-

məd  bəy  Sulkeviç,  general-mayor,  Ģahzadə  Məhəmməd  Mirzə 

Qacar, polkovnik Ġsgəndər bəy Seyfulin, milyonçu Murtuza Muxta-

rov,  Milli  Ordunun  generalı  Həbib  bəy  Səlimov  və  baĢqaları  da 

vardı) “ölüm adası” adlandırılan Nargin cəzirəsində (Bakının yaxın-

lığındakı Böyük Zirə adası) güllələnmiĢdi...Böyük M.Ə. Rəsulzadə 

özünün  yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabında  Ġsmayıl xan 

Ziyadxanlını “Ġstiqlal ġəhidi” adlandırmıĢdır... 

 

 



 

RÜSTƏM bəy MİRZƏYEV 

(1860-1920) 

 

Rüstəm bəy Hidayət bəy oğlu Mirzəyev (Mirzəzadə) 1860-cı 

ildə Gəncə Ģəhərində Zərrabi məhəlləsində anadan olmuĢdu. Ġbtidai 

təhsilini qardaĢı Aslan (Astan) bəy kimi (o, sonralar tanınmıĢ müsa-

vatçı  olmuĢdu..)  Gəncə  Ģəhər  Gimnaziyasında  almıĢ,  sonra  hüquq 

təhsilinə  yiyələnmiĢdi...  Gəncədə  N.Yusifbəylinin  rəhbərlik  etdiyi 

“Türk ədəmi Mərkəziyyət” firqəsinə, sonra isə “Müsavat” partiyası-

na daxil olmuĢdu... 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  bir  hüquqĢünas 

kadr olaraq 1918-ci il sentyabrından Bakı Polismeysterliyində döv-

lət  qulluqçusu  kimi  xidmətə  girmiĢdi...  Azərbaycan    hökumətinin 

qərarı  və  daxili  iĢlər  naziri  N.Yusifbəylinin  23  iyun  1919-cu  il 

tarixli əmri ilə Rüstəm bəy Mirzəyev (4-cü dərəcə üzrə əmək haqqı 

2.300 manat olmaqla) Bakı Ģəhərinin polismeysteri vəzifəsinə təyin 



 

357 


olunmuĢdu  (Qeyd:  Bakı  polismeysterliyi  hələ  rus  imperiyasının 

Daxili  İşlər  Nazirliyinə  tabe  olmaqla  1840-cı  il  aprelin  10-da  ilk 

növbədə  iri  şəhərlərdə  yaradılmışdı.  Polismeysterin  müavin  hüqu-

qunda  2  köməkçisi,  tələb  olunan  sayda  pristavları  vardı.  Məsələn, 

Bakı şəhər Polismeysterinin 11 sahə polis pristavı və onlarında bir 

o qədər köməkçisi, Balaxanı-Sabunçu polismeysterinin isə 7 pristavı 

və  bir  o  qədər  də  köməkçisi  vardı.  Polismeysterin  aylıq  məvacibi 

1918-ci ildə 2.300 manat, pristavların məvacibi isə 1800 manat idi. 

1919 -cu ildə bu rəqəmlər müvafiq olaraq 3.600 və 2700 olmuşdu). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Rüstəm bəy Mirzəyev (oturan soldan birinci) 

 

358 


R.Mirzəyev bu vəzifəyə Bakı Ģəhərinin qradonaçalniki vəzifə-

sinə irəli çəkilmiĢ Q. Qudiyevin yerinə təyin edilmiĢdi. O, Birja kü-

çəsi  (indiki  Üzeyir  Hacıbəyov)-21  nömrəli  ünvanda  otururdu. 

R.Mirzəyevin polkovnik rütbəsi vardı... Bakıda ictimai asayiĢin qo-

runmasında  və  cinayətkarlıqla  mübarizədə  R.  Mirzəyevin  (tarixi 

ədəbiyyatda  Mirzəzadə  kimi  də  yazılır)  xeyli  zəhməti  vardı...  O 

zaman  polis  orqanları  müstəqil  dövlətimizin  mövcudluğu  üçün 

önəmli  əhəmiyyət  kəsb  edən  neft  mədənlərinin  mühafizəsində  və 

orada  oğurluq,  təxribat,  ziyançılıq  törətmək  cəhdlərinə  qarĢı  qətiy-

yətlə mübarizə aparırdı. Bu iĢdə DĠN-in müvafiq əmri ilə demokra-

tik  prinsiplərə,  o  cümlədən  neft  mədənlərində  çalıĢan  fəhlələr  ara-

sında təbliğat, izah və profilaktikayada üstünlük verilirdi. 1920-ci il 

yanvarın 14-də  Bakı  polismeysteri Rüstəm  bəy  Mirzəyev neft mə-

dən-zavod  fəhlələrini  xüsusi  müĢavirəyə  dəvət  etmiĢdi.  O,  bunun 



Bakı Polismeysterliyi İdarəsinin fasadı – Birja küçəsi 

(indiki Ü.Hacıbəyov küç., Azərbaycan Dövlət Pedaqoji 

Universiteti ilə üzbəüz bina). 

 

359 


səbəbini açıqlayaraq demiĢdi:  

”Mən  bu  gün  sizləri  ona  görə  toplamıĢam  ki,  sizinlə  birlikdə 

(müĢavirəyə  65 nəfər fəhlə gəlmiĢdi) fikir mübadiləsi edim. Çünki 

indiki vaxtda sənaye rayonlarında oğurluqlar baĢ verir. Mən sizdən 

xahiĢ  edirəm  ki,  bu  bəla  ilə  mübarizə  iĢində  bizə  kömək  edəsiniz. 

Sizin üzünüzə mənim qapım həmiĢə açıqdır”. 

Bakı  MöhkəmləndirilmiĢ  Hərbi  Rayonun  general-quberna-

toru,  general-mayor  Murad  Gəray  bəy  Tlexasın  7  aprel  1920-ci  il 

tarixli  6966 nömrəli əmri ilə R. Mirzəyev  Bakı polismeysteri vəzi-

fəsindən  azad  edilərək  Balaxanı-Sabunçu  polismeysteri  təyin  edil-

miĢdi...Daxili iĢlər naziri M.Vəkilovun 10 aprel tarixli əmri ilə onun  

yerinə Mustafa bəy  Qabulov təyin olunmuĢdu... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Rüstəm 

bəy  Mirzəyev  bir  qrup  keçmiĢ  Azərbaycan  Cümhuriyyəti  DĠN-in 

məmuru sırasında  “Müsavat hökumətinə” xidmət etdiyi üçün həbs 

olunub,  bolĢevik  Əli  Bayramovun  “iĢi”  üzrə  mühakimə  olunaraq 

Azərbaycan SSR Ali Ġnqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın 

29-da gecə saat 2-də güllələnmiĢdi...Böyük M.Ə. Rəsulzadə özünün 

“Azərbaycan Cümhuriyyəti” kitabında Bakı Ģəhərinin polismeysteri 

Rüstəm bəy Mirzəyevi “Ġstiqlal ġəhidi” adlandırmıĢdır... 

 

 

 



MUSTAFA bəy QABULOV 

 

Mustafa  bəy    Qabul  oğlu  Qabulov  (tarixi  ədəbiyyatda  Kabu-



lov da yazılır) Qaxda məĢhur Qabulovlar ailəsində anadan olmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, 1919-cu ildə CavanĢir 

qəzasının rəisi təyin edilmiĢ və bu vəzifədə 1920-ci ilin  yanvarına-

dək  fəaliyyət  göstərmiĢdi.  Daxili  iĢlər  naziri  M.Vəkilovun  24  yan-

var 1920-ci il tarixli 805 nomrəli əmri ilə Mustafa bəy Qabulov  tut-

duğu  vəzifəsindən  azad  olunaraq  xidmətdə  irəli  çəkilmiĢ  və  Bala-

xanı-Sabunçu    polismeysteri  təyin  olunmuĢdu.  O,  1-ci  dərəcə  üzrə 

ayda  3.600  manat  məvaciblə  bu  vəzifədə  1920-ci  il  aprelin  10-dək 

iĢləmiĢdi. Sonuncu tarixdən isə daxili iĢlər naziri M.Vəkilovun əmri 

ilə  daha  məsul  vəzifəyə  -  Bakı  Ģəhərinin  polismeysteri  vəzifəsinə 



 

360 


təyin  edilmiĢ,  bu  vəzifədə  Azərbaycan  Xalq  Cümhuriyyətrinin 

süqutunadək (27 aprel 1920-ci il) xidmət göstərmiĢdi... 

Mustafa bəy sonralar bu haqda belə bəhs etmiĢdi:  ”1920-ci il 

aprelin 10-da Bakı Dəmir Yolunun Tiflis vağzalında Ģəxsi vaqonun-

da  onu  qəbul  edən  Azərbaycan  Cümhuriyyətinin  daxili  iĢlər  naziri 

Mustafa  bəy  Vəkilov  mənim  yeni  vəzifəyə  -  Bakı  Ģəhərinin  polis-

meysteri vəzifəsinə təyin olunduğumu bildirərək, tapĢırdı ki, özbaĢı-

nalığına görə polismeyster Rüstəm bəy Mirzəyevi həbs edim. O və 

yaxın  adamları  bolĢevik  Əli  Bayramovun  oğurlanıb  vəhĢicəsinə 

qətlə  yetirilməsində  müqəssir  bilinirdilər.  Mən  R.  Mirzəyevi  və 

daha 3 nəfər qorodovoyu həbs edib, silahlı konvoyun müĢayiəti ilə 

Bayıl Dustaxxanasına saldırdım. R. Mirzəyevin yaxın qohumu, 4-cü 

sahə polisinin pristavı Nurəddin Seyidovun (o, polismeyster Rüstəm 

bəy  Mirzəyevin  baçısı  oğluydu)  və  onun  müavini  Süleyman  bəy 

Sübhanverdixanovun  yerlərini  dəyiĢib  Balaxanıya göndərdim...”. 

Bakı  Ģəhərinin  polismeysteri  Mustafa  bəy  Qabulovun  da 

aqibəti  Azərbaycan  Xalq  Cümhuriyyəti  dönəmində  xidmət  göstər-

miĢ bir sıra dövlət məmurları kimi faciə ilə qurtarmıĢ və o, otuzuncu 

illər  repressiyasının  qurbanlarından  biri  olmuĢdur.  Belə  ki,  Azər-

baycanda  sovet  hakimiyyəti  dövründə  keçmiĢinə  görə  repressiyaya 

məruz  qalıb  həbs  olunan  Mustafa  bəy  Qabulov  da  1937-ci  ildə 

güllələnmiĢdir... 

 

 

 



 

361 


 

ƏLİ bəy HACIƏLİBƏYOV 

(1880 -1939) 

 

Əli  bəy  Ġsmayıl    bəy  oğlu  Hacıəli-



bəyov  (Hacıləlibəyli)  1880-ci  ildə  Gəncədə 

hərbçi  ailəsində  anadan  olmuĢdu.  Atası 

Ġsmayıl  bəy  (1810)  çar  ordusunda  xidmət 

etmiĢ, poruçik rütbəsi almıĢdı. Ġsmayıl bəyin 

Ġbrahim bəy və Əli bəy adlı oğulları vardı... 

Əli  bəy  atasının  yoluyla  getmiĢdi...Gəncə 

gimnaziyasını  bitirmiĢ,sonra  Tiflisdə  hərbi 

məktəbə  daxil  olmuĢdu...  Azərbaycan  Xalq 

Cümhuriyyəti  dövründə  Gəncə  Ģəhər 

polisində  pristav  və  polismeyster  köməkçisi 

vəzifələrində  çalıĢmıĢdı.  Sonra  o,  1919-

1920-ci  illərdə  (ayda  2.300  manat  məvaciblə)  Gəncə  Ģəhərinin  po-

lismeysteri  vəzifəsində  xidmət  göstərmiĢdi...  Əli  bəy  Hacıəli-

bəyovun rəisliyi zamanı polismeysterliyin  Ģtatları  onun  böyük  kö-

məkçisindən  (1-ci  müavini)  və  köməkçisindən  (müavini),  katibdən 

və  onun  köməkçisindən,  mühasib,  qeydiyyatçı  (həmdə  arxiuvarus) 

və tərcüməçidən ibarət idi. Gəncə Ģəhər Polismeysterliyi ümumən 7 

sahə polis pristavlığına bölünürdü. Polismeysterliyin yanında xüsusi 

Xəfiyyə  ġöbəsi  də  vardı  (rəisi  Mir  Cavad  Seyidov,  polisə  nəzarət-

çilər Əli Vəliyev, Muradağa Muradov və Mədət Quliyev idilər). Əli 

bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877-1920) Gəncənin 

general-qubernatoru  olduğu  dövrdə  (6  may  1919-30  aprel  1920) 

polismeyster  vəzifəsində  çalıĢmıĢdı...  O,  ictimai  asayiĢin  mühafi-

zəsində,  cinayətkarlıq  və  onun  ayrı-ayrı  növləri  ilə  mübarizədə 

qətiyyətli  fəaliyyət  göstərdiyi  üçün  qubernator  tərəfindən  dəfələrlə 

təltiflənmiĢdi.  Əli  bəy  Hacalıbəyov  Gəncə  üsyanının  (24  may  -  4 

iyun 1920-ci il) fəal iĢtirakçısı idi. Milli təəssübkeĢ Əli bəy Ġsmayıl 

bəy  oğlu  Hacıəlibəyov  repressiyanın  qurbanı  olmuĢdu.  O,  artıq 

1939-cu ildə həyatda yoxuydu... 

 

 



 

362 


 

 

GENERAL-QUBERNATORLARIN 

KÖMƏKÇİLƏRİ 

 

 



 

 

ƏLİ bəy ZİZİKSKİ 

(1878 -1928) 

 

Əli  bəy  Harun  bəy  oğlu 



Zizikski  milli  istiqlal  hərəkatımı-

zın  və  Azərbaycan  Xalq  Cümhu-

riyyətinin  görkəmli  xadimlərin-

dən olmuĢdur. O, 1878-ci ildə, rə-

cəb  ayının  23-də,  çərĢənbə  günü 

Qubanın  Zizik  kəndində  nüfuzlu 

əsilli ailədə dünyaya göz açmıĢdı. 

Dövrünün  ali  təhsilli  və  bacarıqlı 

Ģəxsiyyətlərindən olan Ə. Zizikski 

Rusiyada  1917-ci  il  fevral  inqila-

bından sonra həmin il martın 7-də 

27 yaĢında kapitan rütbəsində Xü-

susi  Zaqafqaziya  Komitəsi  tərə-

findən    Quba  qəzasının  milis  ko-

missarı  təyin  edilmiĢdi.  Ə.  Zizik-

ski  öz  təĢəbbüsü  ilə  Zaqafqaziya 

hökumətinin  qərarını  alıb,  həm-

yerlisi Mir Cəfər Bağırovu (1895-

1956...?)  köməkçi  (“müavin”) 

təyin etdirmiĢdi. 

1917-ci  il  aprelin  axırların-

da qəza komissarı Əli bəy Zizikski sabitliyi pozmağa cəhd göstərən 

araqarıĢdıranları,  muzdlu  cinayətkarları,  aĢkarlayıb  həbs  etməyə 

Яли бяй Зизикски (1878 -1928) 

(аиля цзвляринин юнцндя) 

 

 

 


 

363 


baĢlamıĢdı. Həmin ilin sentyabrında “Rusiyada Müsəlmanlıq“ parti-

yası və “Ġttihadi-Ġslam” təĢkilatı birləĢərək, vahid “Ġttihad” partiyası 

yaradılan  zaman  Əli  bəy  onun  sıralarına  daxil  olmuĢdu.  1917-ci  il 

noyabrın 11-də Tiflisdə çağırılmıĢ  Zaqafqaziya milli siyasi partiya-

larının toplantısında Quba qəzasından “Ġttihad”ın nümayəndəsi kimi 

məhz  Əli bəy Zizikski iĢtirak etmiĢdi. 

1918-ci  ilin  mart-aprel  soyqrımı  dövründə  Əli  bəy  Qubaya 

gəlmiĢ  erməni  baĢkəsəni,  Bakı  XKS-in  daĢnak  Amazaspın  baĢçılıq 

etdiyi qüvvələrinə qarĢı öz dəstəsi, milli təəssübkeĢ Həmdulla əfən-

dinin,  Azərin  və  ona  köməyə  gəlmiĢ,  dağıstanlı  dostu  Nəcməddin 

Qotsinskinin qüvvələri ilə birlikdə müsəlman əhalisini qorumuĢdu... 

1918-ci  il  aprelin  əvvəllərində  Əli  bəy  təcili  qoĢun  toplayaraq, 

qələgahlı Həmdullah əfəndinin, pozunlu Molla Möhləvinin (Möhlə-

linin), cağarlı Hatəmin, xuluqlu Hacı Cavadın, qubalı Səttar Əfəndi-

yevin,  qonaqkəndli  qaçaq  Mayılın  (Mayıl    Zahirovun)  və  Alpan 

bəylərinin  dəstələrini  birləĢdirib,  1500  nəfərlik  qoĢunla  Bakıya-

azərbaycanlılara  qarĢı  soyqrımın  törədilməsinin  təĢkilatçısı  S.  ġa-

umyanın  üzərinə  yürüĢ  etmiĢ  və  gəlib  Xırdalanın  yanına  çıxmıĢdı. 

Burada 3 gün Ģiddətli döyüĢ olmuĢdu...Dağıstana gedib orada  Qaf-

qaz  Ġslam  Ordusunun  və  oradakı  yerli  əhalidən  yeni  hərbi  dəstə 

yaradan  Əli  bəy  Hamazaspın  daĢnak-bolĢevik  qüvvələrinə  zərbə 

endirərək,  ”Qanlı  dərə”  adlanan  ġimi  dərəsindəki  döyüĢdə  çoxli 

erməniləri qıraraq 1918-cil mayın ortalarında Qubanı azad etmiĢdi... 

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqda,  Əli  bəy  Zizikski 

Azərbaycan  Milli  Ordusunun  sıralarına  daxil  olmuĢdu...1918-ci  il 

sentyabrın  15-də  Bakı  Nuru  paĢanın  komandanlıq  etdiyi  Qafqaz 

Ġslam  Ordusu  və  Azərbaycan  Silahlı  Qüvvələri  tərəfindən  Sentro-

kaspi  hökuməti  və  onların  havadarlarından  azad  olunduğu  gün 

Bakının müvəqqəti qubernatoru təyin  olunmuĢ türk zabiti -  yarbay 

Mehmet  Fəthinin  böyük  köməkçisi  (ayda  2700  manat  məvaciblə) 

təyin edilmiĢdi... 

Azərbaycan Milli ġurası tərəfindən qəbul edilmiĢ “Milli Məc-

lisin  təsisi  haqqında”  19  noyabr  1918-ci  il  tarixli  qanununa  əsasən 

keçirilən seçkilər zamanı Əli  bəy  Zizikski dostu və  silahdaĢı  Qələ-

gah kəndindən olan nüfuzlu Ģəxs, milli lstıqlalımızın fədakar keĢik-

çilərindən biri Həmdulla əfəndi ilə birlikdə Quba qəzasından 1918-



 

364 


ci  il  dekabrın  7-də  açılan  Azərbaycan  Parlamentinə  millət  vəkili 

seçilmiĢdi.  Onlar  eyni  zamanda  Bakı  qubernatorunun  köməkçiləri 

(Ə.  Zizikski  böyük  köməkçi  (1-ci  müavin),  Həmdulla  əfəndi  isə 

köməkçi (müavin) təyin edilmiĢdilər... Əli bəyin millət vəkili seçil-

məsi  erməniləri  bərk  narahat  etmiĢdi.  Onlar  Əli  bəyi  aradan  gö-

türmək üçün terror aktı planı hazırlamıĢ və onun həyata keçirilməsi 

Erməni  Milli  ġurasının  üzvü  Armikə  və  Vartanın  qızı  HaykanuĢa 

tapĢırılmıĢdı... 

Əli bəy parlamentdə “Ġttihad” partiyasını və fraksiyasını təm-

sil  edirdi.  Parlamentdə  “Ġttihad”  fraksiyasının  13  nəfər  üzvü  içəri-

sində  Əli bəyin  adı  sayca 10-cu çəkilirdi...  Əli bəy  Zizikski doktor 

Qara  bəy  Qarabəylinin  (Qarabəyovun)  sədr  olduğu  “Ġttihad”  parti-

yasının 1919-cu ilin aprelində olmuĢ 1-ci və 1920-ci ilin yanvarında 

keçirilmiĢ  2-ci  qurultayında  partiyanın  Mərkəzi  Komitəsinə  üzv 

seçilmiĢdi... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  yeni 

quruluĢa qarĢı müqavimət hərəkatında iĢtirak etsədə, təqibdən yaxa 

qurtarmaq  üçün  Ġrana  keçib  bir  müddət  orada  yaĢamıĢdı.  Ġrana-

Cənubi  Azərbaycana  mühacirətə  gedəndə  atası  Harun  bəy  (1843-

1915)  kimi  qayğılarını  onlardan  əsirgəmədiyi  Quba  əhalisi  onu 

Quba-Xaçmaz  yoluna  qədər  müĢayiət  etmiĢ,  “Yolunu  gözləyirik, 

bəy!”,  -  demiĢdilər.  Ġranda  olarkən  Əli  bəy  ġimali  Azərbaycanda 

baĢ verən hadisələr barədə ögey qardaĢı Hacıbala Məmmədyarovun 

Ġrana  tez-tez  gəlib  gedən  tanıĢları  vasitəsilə  xəbərdar  olurdu.  ġah 

rejiminə  uyğunlaĢa  bilməyən  Əli  bəy  Hacıağa  Ġbrahim  oğlunun 

köməkliyi ilə 1922-ci ildə Vətənə qayıtmıĢdı... 

Vaxtıilə  onun  köməkçisi  olmuĢ  M.C.  Bağırov  Azərbaycan 

SSR  FK-nın  sədri  və  xalq  daxili  iĢlər  komissarı  təyin  edildikdən 

sonra  1922-ci  ildə  Əli  bəyin  Vətənə  qayıtmasına  kömək  etmiĢdi. 

M.C. Bağırov Əli  bəy  Zizikskinin Qubada üzə  çıxmasaı  və  Bakıda 

yaĢaması  üçün  qanuni  sənədlər  düzəltmiĢdi.  Beləliklə,  Ə.  Zizikski 

leqal imkan əldə etmiĢdi. Lakin Ə. Zizikskini M.C. Bağırov da həbs 

olunmaqdan xilas edə bilməmiĢdi. O, Əli bəyi yalnız 1928-ci ilədək 

müdafiə  edə  bilmiĢdi  və  Azərbaycan  Cümhuriyyətinin  digər  gör-

kəmli xadimləri kimi onu da həbs etmiĢdilər. Bu, belə baĢ vermiĢdi. 


 

365 


...Əli bəy Bakıda Köhnə Qəbristanlıq küçəsi, 79 nömrəli evdə 

ailəsi ilə birlikdə yaĢayır və Ģəxsi mülkünü kirayiyə verməklə dola-

nırdı. 1927-ci ilin axırlarında M.C. Bağırovun göndərdiyi adam Əli 

bəyə xəbər verdiki, onun baĢı üzərində qara buludlar sıxlaĢmaqdadır 

və  yüksək  vəzifədə  çalıĢan  A.  Mikoyan  onunla  ciddi  maraqlanır. 

Təcili  Bakıdan  getsin.  Bu  xəbərdarlıqdan  sonra  Əli  bəy  Zizikski 

hara  gedəcəyi  barədə  götür-qoy  etməyə  və  hazırlaĢmağa  baĢladı. 

Təzədən Ġrana qayıda bilməzdi, orada Ģah rejimi (fars Pəhləvilər) tə-

rəfindən azərbaycanlılara qarĢı aparılan ifrat millətçi siyasətinə görə 

Rusiyada yaĢaya bilməzdi, oranın psixologiyasına, həyat tərzinə və 

dini  mənsubluğuna  görə,  Türkiyəyə  getməyi  qərarlaĢdırdı...Bu  fik-

rini  bacıları  Umra  xanıma  və  Sona  xanıma,  həyat  yoldaĢı  Fatma 

xanıma bildirdikdən sonra vaxt  itirmədən ev  əĢyalarını sataraq  yol 

pulu və sənədlər hazırlamıĢdı. 

SərniĢin gəmisində ailə üzvləri buraxılıĢ məntəqəsindən keçsə 

də, onu özünü gözlərinə qara eynək taxmıĢ 4 nəfər hündürboy Azər-

baycan  DSĠ  əməkdaĢı  həbs  edib,  qollarına  qandal  vuraraq,  öz  ida-

rələrinə gətirmiĢdilər. Əli bəyi fikir götürmüĢdü ki, Türkiyəyə gedə 

biləcəyini bacıları və həyat yoldaĢından baĢqa heç kəs bilmirdi... 

DSĠ  əməkdaĢları,  baĢ  müstəntiq  Andrey  Andreyev  və  müs-

təntiq  AĢot Sumbatyan Əli bəylə pis və amansız  rəftar edib onu ələ 

salır, keçmiĢini təhqir esdir, rezin dəyənəklə döyür, vaxtı ilə Qubada 

ermənilərin “qəhrəmanı” Amazaspın qoĢunlarını darmadağın etdiyi-

ni,    Bakı  üzərinə  Xırdalana  qədər  yürüĢünü  və  s-ni  xatırlayırdı... 

Sorğu-sualı əl-qolu bağlı Əli bəyin üzünə siqaret üfürə-üfürə aparan 

A. Sumbatyan və A. Andreyev bu mərd Ģəxsin yenilməzliyi və cəsa-

rətli cavabları qarĢısında mat qalmıĢdılar. Onu millətçilikdə günah-

landırırdılar.  Əli  bəyə  dostu,  Gəncənin  general-qubernatoru  Xu-

dadat  bəy  Rəfibəyliyə  böhtan  dolu  yazılmıĢ  kağıza  qol  çəkməsini, 

əvəzində  yaxĢı  vəzifə  verəcəklərini  təklif  etmiĢdilər.  Lakin  o, 

bundan qəti imtina etmiĢdi. Odur ki, Əli bəyin dırnaqlarını da çıxar-

mıĢdılar. Rezin dəyənəklə vurulan zərbələrdən qanla dolmuĢ ağzın-

dan qan süzülsə də, o, bütün ağır iĢgəncələrə mərdliklə dözmüĢ, ona 

qarĢı irəli sürülən ittihamı qətiyyətlə rədd etmiĢ və demiĢdi:  Əgər 

günahım  varsa,  Qubadakı  meydanda  xalqın  qarĢısında  mühakimə 

edin, təqsirim hamıya əyan olsun ”. 



 

366 


1928-ci ildə Azərbaycana rəhbərlik edən Levon Mirzoyan, Əli 

Heydər  Qarayev  və  Hüseyn  Bala  Ağaverdiyev  üçlüyü  onlara  düĢ-

mən olan M.C. Bağırovu Azərbaycandan “çıxardıqdan” sonra (M.C. 

Bağırov  onların  əlindən  Tiflisə,  keçmiĢ  dostu  və  vaxtıilə  onun 

Azərbaycan FK-da müavini olmuĢ, həmin vaxt Zaqafqaziya partiya 

komitəsinin  1-ci  katibi  vəzifəsində  iĢləyən  Lavrenti  Beriyanın  ya-

nına  “qaçmıĢdı”)  Əli  bəyi  Bakıda  Çəmbərəkənddəki  həmin  evində 

həbs etmiĢdilər. Onu M.C. Bağırovun  yerinə təyin edilmiĢ, Novruz 

Rizayev  (1883-1941)  Ģəxsən  həbs  etmiĢdi.  Ə.  Zizikskini  N.  Riza-

yevin sədr olduğu Azərbaycan SSR DĠSĠ  Kollegiyasının 1928-ci  il 

6  avqust  tarixli  qərarına  əsasən  güya  “erməni  qırğını  törətmək” 

ittihamı ilə həbs etmiĢdilər... 

1928-ci  il  avqustun  ortaları  idi.  Bacısı  Umra  xanım  (1907-ci 

ildə  Zizik  kəndində  anadan  olmuĢdu.  O,  kəndin  ilk  alimlərindən 

idi...Sonralar  Azərbaycan  Tibb  Universitetini  bitirib  adlı-sanlı 

ginekolq olmuĢdu. 1987-ci ildə dünyasını dəyiĢmiĢdir) həbsxanaya 

qardaĢına növbəti dəfə çörək gətirəndə ona bildirmiĢdilərki, Əli bəy 

daha  burada  yoxdur. Haraya  aparıldığı da bəlli deyildir... 

Ə. Zizikskini 1928-ci il sentyabrın 17-də güllələmiĢdilər... Bu 

zaman  onun  ömrünün  yetkin  yaĢı  idi.  Beləliklə,  Əli  bəyi  cəmi  50 

yaĢı  olarkən  güllələmiĢdilər...(Qeyd:  Əli  bəy  Zizikskinin  ölüm 

tarixinin  dəqiq  üzə  çıxarılması  Bakı  Avrasiya  Universitetinin 

perofessoru Ə.Tahirzadəyə məxsusdur). 

Azərbaycan Ġstiqlal Hərəkatının və Azərbaycan Xalq Cümhu-

riyyətinin  görkəmli  xadimi Əli  bəy  Zizikskinin  adına Qubada küçə 

vardır... 

 

 

 



 

367 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin