MAHMUD bəy SƏFİKÜRDSKİ
(1898-1977)
Mahmud bəy Bala bəy oğlu Səfikürdski 1898-ci ildə Qəncə
qəzasının Səfikürd kəndində (indu Goranboy rayonundadır) hərbçi
ailəsində anadan olmuĢdu. Atası Bala bəy Səfikürdski 1857-ci ildə
Səfikürd kəndində döğulmuĢ,çar ordusunda xidmət etmiĢ, praporĢik
(gizir) rütbəsi almıĢdı... O, xidmət zamanı Birinci Dünya mühari-
bəsi dövründə Rusiya qoĢunlarının tərkibində rumın cəbhəsindəki
döyüĢlərdə iĢtirak etmiĢdi. Yelizavetpol (Gəncə) Quberniya Ġdarə-
sində tərcüməçi də iĢləmiĢdi. Belə bir Ģəxsin ailəsində böyümüĢdü
Mahmud bəy.
...Mahmud bəy Səfikürdski Gəncədə Hüseynqulu xan Xoy-
skinin sədr olduğu və gənclərdən ibarət yaratdığı “YaĢıl qvardiya
adlı” özünümüdafiə dəstəsinin tərkibində sədr müavini olmuĢdu...
Mahmud bəy hüquq sahəsi ilə yaxından maraqlanırdı. Lakin iĢ elə
gətirmiĢdi ki, o, 1919-cu ildə hüquq fakultəsinə yox, BDU-nun tibb
fakultəsinə daxil olmuĢdu. Ailə vəziyyəti və maddi çətinlik iĢləməyi
tələb etdiyindən Azərbaycan Əks Ġnqilabla Mübarizə TəĢkilatnın
rəisi Nağı bəy ġeyxzamanlının təklifi ilə bu xüsusi orqana iĢə gir-
miĢdi. Çünki N.ġeyxzamanlı onu Gəncədəki fəaliyyətindən... yaxĢı
tanıyırdı və ona zəmanəti də özü vermiĢ və müavin vəzifəsinə təyin
etmiĢdi. Bu təĢkilta qəbul Ģərtlərində belə təsdiq olunmuĢdu ki,
rəhbər heyətə yalnız iki partiyanın “Müsavat” (sədr) və “Hümmət”
(müavin) partiyalarının üzvləri təyin olunmalıdır. Odur ki, Mahmud
bəy Səfikürdski “Hümmət”dən ƏMT-yə sədr müavini təyin edilmiĢ-
di. Beləliklə, gənc, bacarıqlı və perspektivli hesab olunan Mahmud
bəy Səfikürdski 1919-cu il noyabrın 15-də Azərbaycan Cümhuriy-
yəti DĠN-ə tabe olan Əks Ġnqilabla Mübarizə TəĢkilatının (Əks-KəĢ-
fiyat Ġdarəsinin) sədr (rəis) müavini vəzifəsinə təyin olunmuĢdu.
Həmin vaxt bu qurum DĠN-in əsas strukturlarından biri olan Bakı
General-Qubernatorluğunun tabeliyindəydi. Bu mənada Mahmud
bəy Səfikürdski tutduğu vəzifə nöqtey-nəzərindən həmdə, Bakı ge-
neral-qubernatorunun müavini hüququnda idi...
368
M. Səfikürdski DĠN-in Əks Ġnqilabla Mübarizə TəĢkilatının
rəis müavini vəzifəsində həmin qurumun ləğvinədək, yəni 1920-ci il
martın 6-na qədər çalıĢmıĢdı. O, bu vəzifədə xidmət edərkən özünü
layiqincə aparmıĢ, müstəqil gənc respublikamızın təhlükəsizliyinin
təmin edilməsində öz bacarığını əsirgəməmiĢdi. Xüsusilə, erməni
cəsuslarına və ağqvardiyaçıların təxribat hərəkətlərinə qarĢı bütün
imkanlarını səfərbər etmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir qrup
orqanda iĢləmək təcrübəsi olan hümmətçi kadr Azərbaycan SSR
Fövqəladə Komissiyasında iĢə qəbul edilmiĢdi.Onların biri də Mah-
mud bəy Səfikürdski idi. Lakin onun FK-da iĢləməsi uzun çəkmə-
miĢdi. 1920-ci il noyabrın 22-də M. Səfikürdskinin həbs edilməsi
haqqında 1906 nömrəli order imzalanmıĢdı. Bir gün sonra onu
Quba Ģəhərində həbs edib Bakıya göndərmiĢdilər. M. Səfikürdskini
kommunistlərə qarĢı çıxıĢ etməkdə suçlandırırdılar... Amma “cina-
yəti” sübut olunmadığından azad etmiĢdilər. 1921-ci il yanvarın 21-
də onun haqqında qərar çıxarıldıki, tutduğu vəzifədə qala bilməz.
Buna baxmayaraq, təqiblər davam edirdi və dözülməz Ģərait yaran-
mıĢdı...
Belə vəziyyətdə Mahmud bəy Azərbaycanı tərk etmək məc-
buriyyətində qalmıĢdı. O, əvvəlcə Yuqoslaviyaya köçüb bir müddət
orada yaĢamıĢ və ticarətlə məĢğul olmuĢdu. Sonrakı həyatını Türki-
yədə yaĢmıĢdı... Mahmud bəy Səfikürdski 1977-ci ildə Türkiyədə,
79 yaĢında vəfat etmiĢdi. Onun Əli bəy adlı oğlu, Mələk xanım,
Bilqeyis xanım və Leyla xanım adlı qızları vardı...
HÜSEYNQULU xan XOYSKİ
(1869-1955)
Fətəli xan Xoyskinin Cahangirdən sonrakı, özündən böyük
ikinci qardaĢı Hüseynqulu xan Xoyski milli istiqlal hərəkatımızın
fəal iĢtitakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin
yaĢaması üçün var qüvvəsini axıradək sərf etmiĢ fədailərdən biridir.
Hüseynqulu xan Ġsgəndər xan oğlu Xoyski 22 sentyabr 1869-cu ildə
369
Gəncədə anadan olmuĢdu. Ġsgəndər
xanın ġəhrəbanu xanım Hacı Molla
Zeynal qızından olan Hüseynqulu
xan Cahangirdən fərqli olaraq
Fətəli xanın doğma qardaĢı idi.
PeĢə etibarı ilə hərbçi olan
Hüseynqulu xan hələ 1917-ci ildə
Gəncədə gənclərdən ibarət “Zelyo-
naya qvardiya” (“YaĢıl qvardiya”)
adlı təĢkilat yaradıb onlara təlim
keçməklə məĢğul olmuĢdu... 1918-
ci il Mayın 28-də Tiflisdə Azər-
baycan Xalq Cümhuriyyətinin ya-
ranması xəbərini Gəncə camaatına
ilk çatdıran məhz Hüseynqulu xan
olmuĢdu. Azərbaycan Cümhuriy-
yəti dövründə əvvəlcə 261-ci ġamaxı piyada alayında batalyon ko-
mandiri vəzifəsində xidmət göstərmiĢdi. Podpolkovnik rütbəsi
vardı. O, 1918-ci ilin iyununda Gəncənin ilk qubernatoru, general-
mayor Ġbrahim ağa Vəkilovun böyük köməkçisi (1-ci müavini)
(2.500 manat məvaciblə) təyin olunmuĢdu.Azərbaycan hökumətinin
qərarı və DĠN-in 30 mart 1919-cu il tarixli əmri üzrə nümunəvi
xidmətlərinə görə Gəncə qubernatoru Ġbrahim ağa Vəkilova
general-mayor, onun böyük köməkçisi Hüsynqulu xan Xoyskiyə isə
polkovnik hərbi rütbəsi verilmiĢdi. 1919-cu il mayın 6-da Gəncəyə
yeni qubernator, Xudadat bəy Rəfibəyli təyin olunanda Hüseynqulu
xan həmin vəzifədə saxlanmıĢ və Azərbaycan Xalq Cümhuriyyə-
tinin süqutuna qədər bu vəzifədə uğurla axıradək, canla-baĢla xid-
mət göstərmiĢdi. O, Xudadat bəylə bərabər, Azərbaycan Cümhu-
riyyətinin Gəncə General-Qubernatorluğu hakimiyyət strukturunun
sovet hakimiyyəti nümayəndələrinə təhvil verilməsi (1920-ci il
aprelin 30-da) sənədlərinə imza atan Ģəxs olmuĢdu .
1920-ci il Gəncə üsyanının (24 may - 4 iyun ) əsas iĢtirakçı-
larından biri olan Hüseynqulu xan bolĢeviklərin təqibindən və labüd
güllələnmə təhlükəsindən yaxa qurtararaq Türkiyənin Ġstanbul Ģəhə-
rinə köçməyə macal tapa bilmiĢdi. Həyat yoldaĢı ġirinbəyim xanım,
370
əslən Cənubi Azərbaycanın Xoy Ģəhərindən olub, Gəncə xanı Cavad
xanın nəslindən Əbülfət xan Ziyadxanlının qızı idi (1875, Nuxa - 25
may 1957, Ġstanbul). Hüseynqulu xan ġirinbəyim xanım, öğlanları
Zahid xan və Ġsgəndər xanı, qızları Valiyyə və Samini, 6 aylıq
nəvəsi Abbası və kürəkəni, məĢhur Gəncə üsyanının baĢçısı,
polkovnik Cahangir bəy Kazımbəyov (1888-1955) götürüb əvvəlcə
Ġrana, sonrada Ġstanbula keçmiĢdi.
Qeyd etmək lazımdır ki, Hüseynqulu xanın kürəkəni, Gəncə
üsyanının məĢhur rəhbəri, Ģeyxli polkovnik Cahangir bəy Kazım-
bəyov 1988-ci ildə Gəncədə anadan olmuĢdu. Peterburq Hərbi-Hava
Akademiyasının məzunu, ilk təyyarəçilərimizdən idi (Ġlk hərbi təy-
yarəçimiz isə əslən Qazağın Qıraq Salahlı kəndindən olan, Birinci
Dünya müharibəsində, 1916-cı il sentyabrın 8-də döyüĢ təyyarəsin-
də həlak olmuĢ poruçik (baĢ leytenant) Fərrux ağa Qayıbov (Qayıb-
zadə) (1891-1916), ikinci təyyarəçimiz isə Teymur Mustafayev
(1896, Bakı-1981,Karaqanda,Qazaxıstan) olmuĢdur). C. Kazımbə-
yov Birinci Dünya müharibəsində almanlara qarĢı vuruĢmuĢdu.
1918-ci ilin iyununda Milli Ordumuz yarananda Rusiyadan Gən-
cəyə gəlmiĢdi. O, Hüseynqulu xan Xoyskinin böyük qızı Valiyyə
xanımla (11 dekabr 1900,Gəncə - 26 aprel 1947, Ġstanbul) ailə qur-
muĢdu. Polkovnik Cahangir bəy Kazımbəyov Azərbaycan Cüm-
huriyyətinin süqutundan sonra həyat yoldaĢı Valiyyə xanımı, 6
aylıq oğlu Abbası ,qaynanası ġirinbəyim xanımı, baldızı Samini (10
avqust 1904, Gəncə - 19 iyul 1971, Ġstanbul), qayınları Zahid xanı
və Ġsgəndər xanı 2 faytona yığaraq 20 silahlı əsgərin müĢayiətilə,
dağ yollarıyla qohumlarından birinin yaĢadığı Qazaxa gəlmiĢdi.
Orada qaynansı ġirinbəyimin xalası yaĢayırdı. Bir az dincəlməmiĢ,
xəbərçilər onların gəliĢini bolĢeviklərə çatdırmıĢdılar. Odur ki, qala
bilməmiĢdilər və Cahangir bəy evi mühasirəyə almağa qoyma-
yaraq, atıĢa-atıĢa öz əsgərləri ilə dağlara çəkilmiĢ, oradan isə Ġrana
keçmiĢdi...Ailəsi isə tutularaq yenidən Gəncəyə qaytarılmıĢdı.
Lakin Gəncəyə gəlmiĢ Azərbaycan SSR-in xalq daxili iĢlər komis-
sarı Həmid Sultanov C. Kazımbəyovun ailə üzvlərini ölümdən
qurtarıb onları azad etdirmiĢ və ġirinbəyimin qardaĢı ġahverdi xan
Ziyadoğlunun evində yaĢamağa icazə vermiĢdi.
371
C. Kazımbəyovun ailə üzvləri Gəncədə çox qala bilməz-
dilər...Odur ki, Ġran konsulunun verdiyi “saxta” pasportlarla əvvəlcə
Batuma, oradan isə “Ġtaliyanın “Reno” gəmisilə Ġstanbula gəlmiĢ,
orada yaĢayan Hüseynqulu xanı tapmıĢdılar. Cahangir bəy isə
yalnız bir müddətdən sonra Ġstanbula gəlib çıxa bilmiĢdi... Həmin
müddətdə 35 yaĢlı C. Kazımbəyov Ġrandan Gəncəyə qayıdaraq
Azərbaycan ordusunun 3-cü süvari alayının komandiri kimi 11-ci
orduya (rus-erməni bolĢeviklərə) qarĢı itirilmiĢ milli istiqlaliyyəti-
mizi bərpa etmək və qoruyub saxlamaq üçün silahdaĢları, Azər-
baycan Ordusunun BaĢ Artilleriya Ġdarəsinin rəisi, general-mayor
Ģahzadə Məhəmməd Mirzə Qacar (1853, ġuĢa - 6 iyun 1920, Nar-
gin adasında bolĢeviklər tərəfindən güllələnib...), 1-ci piyada
diviziyasının komandiri, general-mayor Cavad bəy ġıxlınski (3
yanvar 1875, Qazax qəzası, ġıxlı kəndi-1959, Türkiyə, 84 yaĢ),
süvari diviziyanın komandiri, general-mayor Teymur bəy Novruzov
Zülqədər (20 aprel 1880, Yelizavetpol (Gəncə) qəzasının Qovlar
(Tovuzda) kəndi - 3 may 1961, Nitsa (Fransa), 81 yaĢ) və baĢqa
milli təəssübkeĢlərimizlə birlikdə üsyana baĢçılıq etmiĢdi...
C. Kazımbəyov qeyri-bərabər döyüĢdə davam etmiĢ üsyanın
məğlubiyyətindən sonra (üsyanın yatırılmasında Gəncənin ikinci
hissəsində yaĢayan ermənilərin 11-ci iĢğalçı orduya bələdçilik və
xəbərçilik etməsi də təsirli amillərdən olmuĢdu) Ġstanbula qayıdıb
1922-ci il qədər, orada yaĢamıĢdı. Ġstanbula gəldikdən sonra Kazım-
oğlu (tarixi ədəbiyyatda Kazımbəyli də yazılır) soyadını qəbul etmiĢ
və bu adla mühacirətdə fəaliyyətini davam etdirmiĢdi. 1922-ci ildə
PolĢanın baĢçısı marĢal Pilsudskinin dəvəti ilə VarĢavaya köçmüĢ-
dü. PolĢada ailəsilə yaĢayan, sovet hakimiyyətinə nifrəti heç vaxt
sönməyən, onunla heç vaxt barıĢmayan polkovnik C. Kazımbəyli
PolĢa ordusunda diviziya komandiri kimi xidmət etmiĢdi. C. Kazım-
bəyliyə böyük hörmətlə yanaĢan marĢal Pilsudski ona general və-
zifəsinə bərabər diviziya komandirliyini vermiĢdi. C. Kazımbəyli
PolĢada sovetlərə qarĢı yaranmıĢ “Prometey” Cəmiyyətinin fəaliy-
yətində də iĢtirak eirdi. Ġkinci Dünya müharibəsi baĢlandıqdan sonra
döyüĢlərdən birində, PolĢa ordusunun zabiti kimi yaralanıb əsir
düĢən Cahangir bəyi vaxtıilə Yelenendorfdakı alman koloniyasında
yaĢadığı vaxtdan dostluq etdiyi, Almaniya ordusunun zabiti Emin
372
Qud azad etdirmiĢdi. Emin Qud əsir düĢmüĢ digər azərbaycanlılara
da bacardığı köməyi göstərmiĢdi...
Əsirlikdən qaçan Cahangir bəy əvvəl bir müddət Almaniyada,
sonra isə Ġtaliyada yaĢamıĢdı. 1950-ci ildə yenidən Ġstanbula dön-
müĢdü. O, Ġstanbulda Kazımoğlu soyadı ilə Topxanada, Kadılılar
küçəsində, 58/1 ünvanında ağır güzəran keçirmiĢdi...Həyat yoldaĢı
Valiyyə xanım 1947-ci ildə təyyarə qəzasında həlak olduqdan sonra
Ġstanbulda ikinci dəfə Məryəm xanım adlı qadınla evlənmiĢdi...
Lakin təzədən Almaniyaya qayıtmalı olmuĢ, ömrünün sonunadək
burada yaĢamıĢ və mübarizədən dönməmiĢdi. 1943-cü il noyabrın
6-da Berlində, ”Kayserol” otelində dünya azərbaycanlılarının 1-ci
qurultayı keçirilmiĢdi. Qurultayı açmaq Ģərəfi məhz Cahangir bəyə
həvalə olunmuĢdu. Qurultayda “Milli Birlik Məclisi” təsis olunmuĢ
və Ceyhun Hacıbəyli (1891, ġuĢa-1962 Paris) onun rəhbəri seçil-
miĢdi. C. Hacıbəyli və Fətəlibəyli Əbdürrəhman bəy Düdənginski
(12 iyun 1908 Ġrəvan quberniyası, ġərur qəzası Düdəngə kəndi - 20
noyabr 1954, Münhen, Almaniya. ”Abo” təxəllüslü Ə. Düdənginski
Azərbaycan legionunun yaradıcısı və komansdiri olmuĢdu... Muzd-
lu qatil, SSRĠ DTK-ın agenti, ”Miller” ləqəbli Georgi Vladimiroviç
tərəfindən xaincəsinə qətlə yetirilmiĢdi) ilə ən sadiq dost olan
C. Kazımbəylinin VarĢavada, Berlində və Romadakı evi bütün
mühacir azərbaycanlılar üçün mərkəz, “ata evi” sayılırdı.
...1947-ci il aprelin 26-da arvadı, Hüseynqulu xanın qızı
Valiyyə xanımın təyyarə qəzasından həlak olması Cahangir bəyi
bərk srsıtmıĢdı. Bu hadisə belə baĢ vermiĢdi: Valiyyə xanım Gəncə
üsyanının fəal iĢtirakçılarından biri idi. Əri, atası və qardaĢları ilə
birlikdə milli istiqlaliyyətimiz uğrunda var qüvvəsilə çalıĢırdı. O,
mühacir azərbaycanlıların yaratdığı “Milli Birlik Məclisi”nin üzvü
idi və onun tapĢırıqlarını dəqiqliklə icra edirdi.1947-ci il aprelin 26-
da mühüm bir tapĢırıqla Ġstanbuldan Romaya yola salınmıĢdı. Lakin
təyyarə Yunanıstanın paytaxtı Afina üzərində qəzaya uğramıĢ,
Valiyyə xanım və 12 nəfər yüksək rütbəli azərbaycanlı mübariz hə-
lak olmuĢdu. Bəlkə də bu hadisə təsadüfi deyildi... Cəmi 47 yaĢ
ömür sürmüĢ, lakin həyatını Azərbaycanın istiqlaliyyəti uğrunda
mübarizəyə həsr etrmiĢ, yüksək nüfuz qazanmıĢ bu mərd qadının (o,
həm də gözəl pianoçu olmuĢdur) dəfni böyük izdihama çevrilmiĢdi.
373
Onun dəfninə Avropanın hər yerindən məsləkdaĢları və mübarizə
yoldaĢları gəlmiĢdilər. Hüseynqulu xan Xoyskinin qızı Valiyyə xa-
nım Xoyski böyük hörmətlə Ġstanbulun “Fəri köy” qəbristanlığında
dəfn olunmuĢdu...
C. Kazımbəyli mətbuat sahəsində məqalələrlə çıxıĢlar edirdi.
Onun hələ 1951-ci ildə Almaniyanın Münhen Ģəhərində çıxan
azərbaycanlı mühacirlərin təsis etdiyi Azərbaycan Milli Birlik TəĢ-
kilatının orqanı olan “Azərbaycan jurnalında “Qafqaz imperializm
ərəfəsində” məqaləsi dərc edilmiĢdi. C. Kazıımbəylinin Azərbaycan
Milli Birliyinin ABġ-da da çıxan orqanı “Azərbaycan” jurnalının
1953-cü il tarixli 12-ci (dekabr) nömrəsində “Gəncə üsyanı haq-
qında xatirələr” adlı məqaləsi dərc olunmuĢdu. Məqalədə o, ilk dəfə
olaraq Gəncə üsyanının tarixi ilə əlaqədar sovet dövründə təhrif
olunmuĢ fakta aydınlıq gətirmiĢdi. Belə ki, sovet tarixçiləri həmiĢə
Gəncə üsyanının 1920-ci il mayın 25-31-də baĢ verdiyini yazmıĢ-
lar. Cahangir bəy isə üsyanın təĢkilatçılarından biri kimi (Gəncə
üsyanı Cahangir bəyin iĢarəsi ilə baĢlanmıĢdı) onun 1920-ci il ma-
yın 24-də axĢam saat 8-də baĢlanıb, iyun ayının 4-də gecə saat 3
radələrində baĢa çatdığını yazmıĢdır. Bu faktı Cahangir bəyin qaynı,
Gəncə üsyanının iĢtirakçılarından biri, ömrünün sonunadək ABġ-da
mühacir həyatı yaĢamıĢ Zahid xan Xoyski, Nağı bəy ġeyxzamanlı
və baĢqaları da təsdiq etmiĢlər...
Ömrünün axır günlərini də mühacirətdə- Almaniyada keçirən,
orada fəaliyyət göstərən “Azadlıq” radiosunda iĢləmiĢ (C. Kazım-
bəyli “Azadlıq” radiosunun yaradıcılarından biri idi) polkovnik
Cahangir bəy Kazımbəyli 1955-ci il yanvar ayının 17-də Berlin
Ģəhərində müəmmalı Ģəkildə, 67 yaĢında vəfat etmiĢ və orada torpağa
tapĢırılmıĢdı... Həmin vaxt Türkiyədə çıxan qəzetlərdə dərc olunmuĢ
nekroloqlarda Cahangir bəyin ölümünün SSRĠ DTK-nın agentləri
tərəfindən təĢkil olunduğu yazılmıĢdı... Nekroloqlarda bildirilirdi ki,
ömrü boyu sovet quruluĢu ilə barıĢmaz olmuĢ Cahangir bəy Türki-
yədən Berlinə bir qadının “sifariĢi” ilə dəvət olunmuĢ və bundan çox
keçmədən onun müəmmalı Ģəkildə həlak olması xəbəri yayılmıĢdı...
Artıq yuxarıda bəhs etdiyimiz kimi, C. Kazımbəylinin həyat
yoldaĢı Valiyyə xanım Ġstanbulda “Fəri köy” qəbristanlığında dəfn
olunmuĢdu. Onların 3 oğlu qalmıĢdı. Böyük oğlu Əli bəy Ġstanbul-
374
da, ortancıl oğlu Mustafa bəy və övladları Ġtaliyada, kiçik oğlu Ab-
bas bəy isə PolĢada yaĢayırlar... (Qeyd: Bütün tarixi ədəbiyyatlarda
Cahangir bəy haqqında bəhs olunarkən onun atasının adı yazılma-
yıbdır. Baxmayaraq ki, Türkiyədə onu Kazımoğlu kimi çağırmış-
lar... Ehtimalımıza görə, Cahangir bəy böyük oğluna atası Əli bəyin
adını qoymuşdur... Əli bəy İstanbulda məşhur Taksim Meydanında
yaşayırdı...).
C. Kazımbəylinin qayınatası Hüseynqulu xana gəldikdə, o,
SSRĠ-nin düĢməni olan PolĢanın (Poloniyanın) rəhbəri, milliyyətcə
polyak tatarı olan Yuzef Pulsudskinin (1867-1935) dəvətilə bir
müddət orada yaĢamıĢ, sonra yenidən Ġstanbula dönmüĢdü. Hərbi
rütbəsi polkovnik olan Hüseynqulu xan 1925-ci ildən sonra Türkiyə
Cümhuriyyətinin prezidenti Mustafa Kamal PaĢa Atatürkün (1881-
1938) göstəriĢilə oğlu Ġsgəndər xanla birlikdə hərbi məktəbdə
tərcüməçi kimi çalıĢmıĢdı. Hüseynqulu xanın oğlu Ġsgəndər xan
ixtisasca hüquqĢünas idi. Hər ikisi rus dilini təmiz bildiyindən on-
lar Türk Hava Yolları Qüvvələrinin tabeliyində türklərə uçuĢ təlim-
ləri öyrədən rus təyyarəçiləri ilə tərcümə iĢlərinə cəlb olunmuĢdular
(bu, 1921-ci il martın 16-da Moskvada Türkiyə ilə RSFSR arasında
bağlanmıĢ dostluq və əməkdaĢlıq haqqında müqaviləyə uyğun idi).
(Tarixi dövrü mətbuatda Hüseynqulu xana general verilməsi barədə
məlumat da vardır...).
KƏRİM xan İRƏVANSKİ
(1883-1919)
Kərim xan Ġrəvanski məĢhur nəsildən olan Abbasqulu xan
Ġrəvanskinin (1830-1907) oğlu idi. O, 15 noyabr 1883-cü ildə Ġrə-
vanda anadan olmuĢdu. Çar ordusunda layiqli xidmətinə görə pol-
kovnik hərbi rütbəsinə yüksəlmiĢdi. Qafqazda Kabardin süvari pol-
kunda xidməti zamanı igidliyi ilə ad çıxarmıĢdı.Onun çar Ġkinci
Aleksandrın (1818-1881) qardaĢı, böyük knyaz Mixail Aleksan-
droviçlə və rus ordusunun görkəmli sərkərdəsi, həmyerlisi, general-
leytenant Hüseyn xan Naxçıvanski ilə yaxĢı münasibətləri vardı...
375
Kərim xan Ġrəvanski nümunəvi xidmətinə görə çoxlu müxtəlif
təltiflərə layiq görülmüĢdü. Azərbaycan Cümhuriyyəti hökumətinin
baĢçısı F. Xoyskiyə göndəril-
miĢ 28 yanvar 1919-cu il tarixli
364 nömrəli xidməti qeydlərdə
bildirilirdi ki, Kərim xan Ġrə-
vanski 1918-ci ilin sonu-1919-
cu ilin əvvəllərində olan dövrdə
erməni daĢnak ordusu ilə dö-
yüĢlərdə
azərbaycanlılardan
ibarət 1000 nəfərdən artıq Nax-
çıvan süvarilərinə komandirlik
etmiĢ və düĢmənə tutarlı zər-
bələr endirmiĢdir. Azərbaycan
Xalq Cümhuriyyəti höküməti-
nin 28 fevral 1919-cu il tarixli
qərarı ilə Bəhram xan Nax-
çıvanskinin baĢçılığıyla Cənub-
Qərbi Azərbaycan (Naxçıvan)
General-Qubernatorluğu
yarandıqda məhz Kərim xan
Ġrəvanski onun hərbi hissə üs-
rə köməkçisi (müavini) təyin
edilmiĢdi...
...1919-cu il martın 26-da Kərim xan Ġrəvanski Cənub-Qərbi
Azərbaycan (Naxçıvan) General-Qubernatorluğunun hərbi hissə
üzrə köməkçisi vəzifəsindən “tərxis” olunmuĢ və o, yenidən Qafqa-
za, Kabardin süvari polkuna qayıtmıĢdı. K. Ġrəvanski Nalçik Dairə-
sində milliyyətcə balkar olan bir əsilzadə ailəsindən çıxmıĢ ġənu-
də Kumukerovna Aydabulova (qız familiyası ġamĢita Qazıməhəm-
mədovna idi) evlənmiĢdi...
Polkovnik Kərim xan Ġrəvanski 1919-cu il oktyabr ayının 9-
da Volqaboyunda Saritsın cəbhəsində gedən döyüĢlərdən birində
həlak olmuĢdu...Cəbhə komandanlığının təĢkiltçılığı ilə Kərim
xanın nəĢi Nalçik Ģəhərinə gətirilərək oradakı Volnıy Aul qəbris-
tanlığında dəfn olunmuĢdu...
Kərim xan İrəvanski)
(şəkildə sağdan ayaqüstə)
376
HÜSEYN bəy MAHMUDBƏYOV
(1874-1920)
Hüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə
ġuĢada əsilli ailədə anadan olmiĢdu. Ġbtidai təhsilini molla yanında
almıĢdı. Sonra Ģəhər məktəbində oxumuĢdu. Daha sonra ġuĢa qəza
idarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi iĢə baĢlamıĢdı.
Tərcüməçı və pristav vəzifələrini də daĢımıĢdı. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə əvvəlcə Zəngəzur və Cəbrayıl-Karyagin
(indiki Füzuli rayonu) qəzalarında böyük köməkçi, sonra isə qəza
rəisi vəzifəsində iĢləmiĢdi...1919-cu il yanvarın 15-də Qarabağ
General-Qubernatorluğu yarananda o, general-qubernator Xosrov
bəy Sultanovun köməkçisi (müavini ) vəzifəsinə təyin olunmuĢdu
(digər köməkçi erməni Qriqori Kələntərov idi...). H. Mahmudbəyov
bu vəzifədə AXC-nin süqutunadək xidmət etmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən
kənarlaĢdırılaraq, bir müddətdən sonra həbs olunan Hüseyn bəy
Mahmudbəyov naməlum Ģəraitdə güllələnmiĢdi...
HƏMDULLA əfəndi ƏFƏNDİZADƏ
(1888-1929)
Həmdulla əfəndi milli istiqlaliyyətimizin fədakar keĢik-
çilərindən biri olmuĢdur. Həmdullah əfəndi Ġsmayıl əfəndi oğlu
1888-ci ildə Quba qəzasının Dəvəçi nahiyəsinin Qələgah kəndində
anadan olmuĢdu. Ġlk təhsilini kənd mollaxanasında və Qubadakı
mədrəsədə almıĢ, ərəb və fars dillərini öyrənmiĢdi.Sonra ikisinifli
rus məktəbini bitirib (1906) rus dilinə də yiyələnmiĢdi.
1918-ci il martın sonu-aprelin əvvəlində S. ġaumyanın sədr
olduğu Bakı XKS-in daĢnak Amazaspın baĢçılığı ilə qaniçən hərbi
dəstələri Qubaya doğru irəliləyərkən Dəvəçiyə daxil olub, dinc azər-
baycanlıları və digər müsəlman əhalisini qırmağa baĢlayanda Həm-
377
dullah əfəndi dostu, qonaqkəndli əfsanəvi qaçaq Mayılla birlikdə
əhalini ayağa qaldıraraq vuruĢmuĢ, əhalinin müdafiəsini təĢkil
etmiĢdi.
Əhali arasında böyük nüfuzu
olan Həmdulla əfəndi 1918-ci ildə
Azərbaycan Milli ġurasının “Azər-
baycan Məclisi-Məbusanın təsisi
haqqında” 19 noyabr 1918-ci il ta-
rixli qanuna əsasən Quba qəzasından
Əli bəy Zizikski ilə bərabər Azər-
baycan Parlamentinə millət vəkili
seçilmiĢdi. Eyni zamanda Əli bəy
Zizikski Bakı qubernatorunun böyük
köməkçisi (1-ci müavini), Həmdulla
əfəndi isə köməkçi (müavin) təyin
olunmuĢdu... Həmdulla əfəndi Azər-
baycan Parlamentində 13 nəfərin
daxil olduğu “Ġttihad” fraksiyasın-
da təmsil olunurdu. Onun adı fraksi-
ya siyahısında 7-ci oxunurdu. Həmdulla əfəndi bir millət vəkili
kimi vətəndaĢları Bakıda, Serkovnaya küçəsi, 109-da qəbul edirdi...
Həmdulla əfəndi iri dəstələr toplayıb Azərbaycanda 1920-ci
il 27 aprel iĢğalı ərəfəsində Ģimaldan azsaylı milli sərhəd qüvvələri-
mizi məğlub edərək Bakıya doğru irəliləyən 11-ci ordunun “Üçün-
cü Ġnternasional” zirehli qatarlarının və 299-cu atıcı polkunun ərazi-
mizə daxil olmasının qarĢısını kəsməyə cəhd göstərən Azərbaycan
Xalq Cümhuriyyətinin qatarlar qrupunun rəisi knyaz Ġ. Lordikipa-
nedzenin baĢçılıq etdiyi qüvvələrin sırasında vuruĢsa da, lakin qüv-
vələr qeyri-bərabər olduğundan geriyə çəkilməyə məcbur ol-
muĢdu...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Həmdulla
əfəndi ona qarĢı müqavimətini davam etdirirdi. O, Əli bəy Zizikski-
nin, qaçaq Mayılın (1917-ci ildən Qonaqkənd Kənd Cəmiyyətinin
yüzbaĢısı idi. Qaçaq Mayıl Zahirov igidlikdə ad çıxarmıĢdı. At
nalını barmaqları arasında qırırdı. Əlli yaĢı tamam olmamıĢ, 1924-
cü ildə Azərbaycan FK-nın tutduğu muzdlu qatil tərəfindən arxadan
378
güllə ilə vurulub qətlə yetirilmiĢdi...), cağarlı Hatəm Əsgərovun
(1923-cü ildə Azərbaycan FK tərəfindən ələ keçirilib güllələnmiĢ-
di...) könüllü dəstələri ilə birlikdə Dərə Çiçəkdə toplantı keçirmiĢ
və 11-ci orduya qarĢı döyüĢ əməliyyatı aparmıĢdı...Həmdulla əfəndi
1920-ci il avqustun 30-da baĢına 2 min nəfərlik könüllü döyüĢçü
toplayaraq, bolĢeviklərə qarĢı vuruĢmuĢdu. Həmin könüllülərə
həmçinin ġəmsəddin əfəndi, türk zabitləri Ġsmayıl Əli əfəndi, Səttar
əfəndi, ġükür bəy və Arif əfəndi ġıxzadə baĢçılıq etmiĢdilər. 1920-
ci il sentyabrın 7-də Həmdulla əfəndi ġalomovun komandirlik etdiyi
11-ci ordu hissələrinin üzərinə hücum edib onu darmadağın etmiĢdi.
Lakin əlavə qüvvələr alan sovet ordu hissələri 245-ci atıcı polkunun
köməyi ilə 3 gün sonra, 1920-ci il sentyabrın 10-da Həmdulla
əfəndinin olduğu Qələgah kəndinə hücuma etmiĢ və döyüĢ zamanı
o, yaralanmıĢdı.Lakin Həmdulla əfəndini tutmağa müvəffəq
olmamıĢdılar. Həmdulla əfəndi nəhayət, çətinliklə də olsa, 1928-ci
ildə ələ keçirilib, həbsdə saxlanmıĢ, sonra isə Sibirə sürgün olunmuĢ
və orada vəfat etmiĢdi... Bu zaman onun cəmi 40 yaĢı vardı. Qeyd
etmək lazımdır ki, əslən Qubanın Zizik kəndindən olan yazıçı
Kərim Dünyamalı Həmdulla əfəndinin 1929-cu ildə Bakıda, Nargin
adasında güllələndiyini yazmıĢ və güllələnməzdən əvvəlki məhbus
paltarında olan Ģəkilini də kitabına daxil etmiĢdir...
379
POLİSMEYSTERLƏRİN KÖMƏKÇİLƏRİ
Dostları ilə paylaş: |