RZA bəy QARAŞARLI
Rza bəy QaraĢarlı (QaraĢa-
rov) Azərbaycan milli istaqlal hə-
rəkatının və Xalq Cümhuriyyətinin
görkəmli xadimlərindən biridir. O,
Azərbaycan xalqının məĢhur soyla-
rıdan olan QaraĢarlılar nəslindən
çıxmıĢdır. Bu soy öz baĢlanğıcını
QaraĢar bəy Bilici-Kəngərlidən gö-
türüb. Bu soy Kəngərli elinin Bilici
oymağına bağlıdır. Vaxtı ilə Nax-
çıvandan köçüb ġuĢa Ģəhərində
məskunlaĢmıĢdılar. QaraĢar bəyin
oğlu Hümbət bəy 18-ci əsrdə Qa-
rabağ xanı Ġbrahimxəlil xan Sarı-
calı-CavanĢirə xidmət etmiĢdi. Rza
bəy Kərbəlayı Baba bəy oğlu
(1853) QaraĢarlı (QaraĢarov) 1891-
ci ildə ġuĢa Ģəhərində nüfuzlu ailə-
də anadan olmuĢdu. Kərbəlayi Baba bəy ticarətlə məĢğul olsa da,
Qarabağda zil səsli mahir xanəndə kimi də ad çıxarmıĢdı. Onun
Məmməd bəy (1889-1961) və Rza bəy adlı iki oğlu vardı... Rza bəy
Ģəhər real məktəbini bitirmiĢdi. Sonra ali pedaqoji təhsil almıĢdı...
Rza bəy QaraĢarlı 1918-ci ilədək müxtəlif məktəblərdə riya-
ziyyat müəllimi iĢləmiĢdi. Zaqafqaziya Xeyriyyə Cəmiyyətində də
çalıĢmıĢdı. Sosialist inqilabçılar (eser) partiyasının üzvü olmuĢdu.
R. QaraĢarlı Zaqafqaziya Seymi Müsəlman fraksiyasının, Azərbay-
can Milli ġurasının da üzvü olub.Milli ġuranın “Azərbaycan
Məclisi Məbusanının təsisi haqqında” 1918-ci il 19 noyabr tarixli
qanununa əsasən 7 dekabr 1918-ci ildə Azərbaycan Xülq Cümhu-
riyyəti Parlamentinin tərkibinə daxil edilib.
Rza bəy QaraĢarlı Parlamentdə (o, deputat kimi ”Metropol”
mehmanxanasında otururdu) 13 nəfərdən ibarət Sosialistlər fraksiya-
sında təmsil olunurdu. Onun adı fraksiya üzvləri sırasında 7-ci səs-
332
lənirdi. R. QaraĢarlının Sosialistlər fraksiyasında millət vəkili məs-
ləkdaĢları Aslan bəy Səfikürdski, Səməd ağa Ağamalıoğlu, Qasım
bəy Camalbəyov, Camo bəy Hacınski, Əli Heydər Qarayev, Əhməd
bəy Pepinov, Ġbrahim Əbilov, Əkbər ağa ġeyxülislamov və baĢqaları
idi. R. QaraĢarlı Parlamentdə bir neçə iclasa katiblik etmiĢdi.
Rza bəy QaraĢarlı 1919-cu il mayın 6-da Azərbaycan höku-
mətinin qərarı ilə Daxili ĠĢlər Naziliyinin Qazax qəzasaında Xüsusi
Səlayiyyətli müvəkkili vəzifəsinə göndərilmiĢdi. Bu vəzifə general-
qubernator (vali) vəzifəsinə bərabər hüquqlu bir vəzifə idi. Qəza
rəisi də ona tabe idi. Rza bəy QaraĢarlı bu vəzifədə 1919-cu ilin
oktyabrınadək xidmət göstərmiĢdi... Sonuncu tarixdən onun yerinə
Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində iĢləyən Əmir
xan Xoyski təyin olunmuĢdu.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbay-
can SSR Xalq Daxili ĠĢlər Komissarlığının (XDĠK) 11 may 1920-ci
il tarixli xüsusi əmri ilə Azərbaycan Xalq Cümhuriyyəti DĠN-in
strukturları, o cümlədən general-qubernator, qubernator, qradona-
çalnik, xüsisi səlahiyyətli müvəkkillər, Ģəhər və qəzaların polis-
meysterliyi, polis müfəttiĢliyi, pristav vəzifələri ləğv edildi və əvə-
zində milis rəisləri, milis komissarlıqları və s. sovet inzibati orqan-
lara və vəzifələri tətbiq olundu. Ġlk dövrdə Azərbaycan SSR XDĠK-
in də peĢəkar kadrlara ehtriyacı olduğu üçün vaxtı ilə Azərbaycan
Xalq Cümhuriyyəti DĠN sistemində çalıĢmıĢ iĢçıləri də yeni
xidmətə cəlb edirdi. Onların sırasında Azərbaycan SSR XDĠK-in
BaĢ Milis Ġdarəsində məsul vəzifəyə qəbul olunmuĢ Ġsrafil Ġbrahi-
mov, Riza Mövləzadə, Əbil Musayev, həmçinin Rza bəy QaraĢarlı
(milisə nəzarət üzrə müfəttiĢ vəzifəsində) var idi. Onlara Bakı mi-
lisində milis komissarları təyin edilən Həsən bəy Firidunbəyovu və
Qriqori ġpakı, qəzalarda Qiyas bəy ġıxlınski, Məmməd və Qiyas
bəy Sarıcalınski qardaĢlarını və baĢqalarını da əlavə etmək olardı...
20-ci illərin ortalarına doğru Rza bəy QaraĢarlının XDĠK
sistemindən çıxıb Azərbaycan SSR Xalq Maarif Komissarlığında
çalıĢması barədə məlumatlar da vardır...Lakin bir çox milli təəssüb-
keĢlərimiz kimi Rza bəy QaraĢarlının da repressiya qurbanlarından
biri olduğu söylənilir...
333
ƏMİRASLAN xan XOYSKİ
(1888-1954)
Əmirasalan xan (tarixi ədə-
biyyatda qısaca Əmir xan yazılır)
məĢhur Xoyskilər nəslinin və Azər-
baycan Xalq Cümhuriyyətinin gör-
kəmli nümayəndələrindən biri idi.
O, Fətəli xan Xoyskinin böyük qar-
daĢı
Cahangir xanın oğluydu.
Ə. Xoyski 1888-ci ildə Gəncədə
doğulmuĢdu. Ali təhsilini Peterburq
Universitetinin hüquq fakultəsində
almıĢdı... Azərbaycan Xalq Cüm-
huriyyəti dövründə Əmir xan Xoy-
ski Bakı qubernatorunun böyük kö-
məkçisi (1-ci müavini-vitse-quber-
nator), aylıq məvacibi 2700 manat idi.O, bu vəzifəyə Azərbaycan
Cümhuriyyəti
daxili iĢlər nazirinin əvəzi, general-mayor
M.S.Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə
qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmiĢdi.
Daha sonra Gəncə qəzasının rəisi iĢləmiĢdi. Ə. Xoyski 1919-cu il
oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili ĠĢlər Na-
zirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuĢ,
1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DĠN-in Xüsusi Səla-
hiyyətli müvəkkili təyin edilmiĢdi. Bu vəzifə general-qubernator və-
zifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermiĢdi.
11-ci ordunun Bakını 1920-ci ilin 27 aprel iĢğalı ərəfəsində Ə.
Xoyski Quba qəzasının rəisi... vəzifəsində idi. Ə. Xoyski sovet
hakimiyyətinə qarĢı 1920-ci il mayın 24 - iyunun 4-də Gəncədə baĢ
vermiĢ üsyanda fəal iĢtirak etmiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci
il iyunun 19-da əmisi F.Xoyski Tiflisdə muzdlu erməni qatilləri
tərəfindən xaincəsinə qətlə yetirildikdə bərk sarsılmıĢ Ə.Xoyski
həbs və təqibdən yaxa qurtarmaq üçün bacısı Sara bəyimlə Türki-
334
yəyə getmiĢdi. Azərbaycanda qalan Əmir xanın həyat yoldaĢı Əf-
Ģan xanım bir neçə ay sonra vəfat etmiĢdi (ƏfĢan xanım Cənubi
Azərbaycandakı Maku xanlığının nəslindən olan Cəfər xanın qızı
idi). Əmir xanın 10 yaĢlı oğlu Cəfər xan (1912-1987) ana babası
Cəfər xanın adını daĢıyırdı. O və 12 yaĢlı bacısı Bəyim atasız və
anasız qalaraq qohumlarının himayəsində yaĢamıĢdılar. Bu zavallı-
larda böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgün-
lərə məruz qalıb, öz soyadlarını (Cangirli) dəyiĢib Cahangirli soya-
dını daĢımağa məcbur olmuĢdular...
Sovet quruluĢu dönəmində, ömrü boyu Azərbaycana qayıt-
maq həsrəti ilə yaĢayan, lakin bu arzusuna çata bilməyən, bundan
məhrum qalan Əmir xan Xoyski bir çox istiqlal fədailərimiz kimi
siyasi mühacirət həyatı yaĢayaraq,1954-cü ildə Ankarada 66
yaĢında vəfat etmiĢdi. Hərçənd, ġ. Nəzirli “Cümhuriyyət general-
ları” kitabında Əmir xanın 1966-cı ildə Ġstanbulda vəfat etdiyini ya-
zır... Fikrimizcə, 1954-cü il, Ankara daha dəqiqdir. Əmir xan Xoy-
skinin iki arvadı vardı. Onlardan olan övladları Xoylu soyadını
daĢıyır və Türkiyədə yaĢayırlar...
CAVAD bəy MƏLİK-YEQANOV
(1878 – 1942)
Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov (Məlik-Yeqanlı)
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən biri ol-
muĢdur. O, 1878-ci ildə Qarabağda ġuĢa qəzasının Tuğ kəndində
əsilzadə ailədə doğulmuĢdu.Tuğdakı mülkdə anadan olmasına
baxmayaraq, ailələri ġuĢada yaĢayırdı. Ġbtidai təhsilini Mir Mehdi
Xəzaninin (Mir Mehdi HəĢim bəy oğlu Musəvi. Görkəmli tarixçi,
tədqiqatçı və Ģair idi.1819-cu ildə BərgüĢad mahalının Məmər
kəndində anadan olmuĢdu.”Xəzani” onun ədəbi təxəllüsüdür.
Axund Mir Mehdi Xəzani 1894-cü ildə Tuğ kəndində 75 yaĢında
vəfat etmiĢdi) məktəbində alıb, sonra texniki məktəbi də bitirmiĢdi.
Lakin o, ixtisasca iqtisadçı idi.
335
1903-cü ildən Bakının neft mədən-
lərində iĢləmiĢ, inqilabi hərəkatda iĢtirak
etmiĢdi. ”Hümmət” təĢkilatının üzvü ol-
muĢdu. 1909-cu ildə Bakıdan sürgün
edilmiĢdi. 1914-cü ildə yenidən Bakıya
qayıdıb, neft mədənlərində çalıĢmıĢdı.
Ġslam dininə itaət edirdi. ”Hümmət” par-
tiyasında fəaliyyəti qeyd olunmalıdır.
Lakin 1917-ci ildə “Müsavat” partiyası-
na daxil olmuĢdu...
...Cavad
bəy
Məlik-Yeqanov
1918-ci ildə Zaqafqaziya Seyminin Mü-
səlman fraksiyasının üzvü idi. O, Azərbaycan Milli ġurasının Ġs-
tiqlal Bəyannaməsini qəbul edən 24+2 üzvündən biri idi.C.Məlik-
Yeqanov Müsəlman Fəhlələrinin Həmkarlar Ġttifaqının yaradıcısı,
Azərbaycan Xalq Cümhuriyyətinin Həmkarlar təĢkilatının banilərin-
dən idi... Məhz fəhlələrin ümumi yığıncağının qərarı ilə o, 1918-ci il
dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamentinə millət vəkili
seçilmiĢdi. O, Parlamentdə “Müsavat” və Bitərəflər fraksiyası”nda
təmsil olunurdu. Parlamentin iclaslarında fraksiya siyahısında adı 9-
cu səslənirdi... Parlamentin üzvü kimi münaqiĢəli, çətin bölgələrə
ezam olunurdu.Parlamentdə onun yaxından məĢğul olduğu
məsələlərdən biri fəhlə məsələsi idi. O, fəhlələrin ağır güzəranı ilə
əlaqədar hökumət qarĢısında kəskin tələblərlə çıxıĢ edirdi.
Cavad bəy Məlik-Yeqanov Azərbaycan Cümhuriyyəti döv-
ründə Lənkəranın 1-ci general-qubernatoru olub. O, bu vəzifəyə
1919-cu il avqustun 12-də Azərbaycan Cümhuriyyəti Nazirlər ġura-
sının və Daxili ĠĢlər Nazirliyinin birgə qərarı ilə təyin olunmuĢdu.
C.Məlik-Yeqanov Lənkəranda inzibati idarəçiliyin təĢkili, möhkəm-
ləndirilməsi və həyata keçirilməsi, qanunçuluğa nəzarət, ictimai-
asayiĢin qorunması və cinayətkarlıqla intensiv mübarizə iĢlərinə
rəhbərlik etmiĢdi... Sonra bu vəzifələrin həyat keçirilməsində onu
Bəhram xan Naxçıvanski əvəzləmiĢdi...
...Onbirinci ordu tərəfindən 1920-ci ilin 27 aprel iĢğalından
sonra C.Məlik-Yeqanov mayın 11-də həbs olunmuĢdu. Lakin iyulun
19-da azad edilmiĢdi... Sonrakı həyatında repressiyalar davam etmiĢ
336
və o, yenidən dəfələrlə keçmiĢdə general-qubernator və bəy nəslin-
dən olduğuna görə həbs olunmuĢ, buraxılmıĢdı... Azərbaycan SSR
Ali Ġnqilabi Tribunalının hökmünün icrası olaraq FK-nın əməkdaĢı,
komissar Nersesov 1920-ci il sentyabrın 19-da 733 saylı orderlə
Bakıda onu həbs edib, Bayıl həbsxanasına salmıĢdı...
C. Məlik-Yeqanov sovet hakimiyyəti illərində tikinti trestin-
də, əmək birjasında çalıĢmıĢ, Azərbaycan SSR Xalq Əmək Komis-
sarlığında Qaçqınlar ġöbəsinin rəisi,1927-1928-ci illərdə Neft
Məhsulları SatıĢı Ġdarəsinin rəisi vəzifəsində iĢləmiĢdi. 1931-ci
ildə “Gizli Müsavat” partiyasının üzvü ittihamı ilə həbs olunmuĢ və
10 il müddətinə uzaq Ģimala sürgün edilmiĢdi. Onun sürgündə nə
kimi dəhĢətli əzablara düçar olduğu 1934-1937-ci illərdə Kareliya-
dan,1935-ci ildə Komi (Ural) Ģəhərindən arvadı Məryəm xanım
Teymur bəy qızı Bayraməlibəyovaya (4 aprel 1898, Lənkəran -
1988, Bakı, 90 yaĢ) yazdığı məktublardan bilinirdi. Cavad bəy
1935-ci ildə Komi Ģəhərindən Məryəm xanıma göndərdiyi mək-
tubda yazırdı: ”...Sən çox yaxĢı bilirsən ki, mən Vətənimi - Azər-
baycanımı, xalqımı nə qədər sevirəm, hər Ģeydən üstün tuturam və
hətta canımı onlara qurban verirəm...”.
C. Məlik-Yeqanov hələ Lənkəranda iĢləyərkən Məryəm xa-
nımla ailə qurmuĢdu. Onların Azarya, Təlalə və Asiman adlı 3 öv-
ladı dünyay gəlmĢdi. Cavad bəyin həyat yoldaĢı Məryəm xanım
ilk maarifçi qadınlarımızdan idi. Onu da 1937-ci il noyabrın 14-də
həbs edib Ģimala - uzaq Arxangelsk Ģəhərinə sürgün etmiĢdilər.
Zavallı qadın düz 19 ildən sonra Bakıya qayıda bilmiĢdi. Bu za-
man o artıq Ģikəst idi, dah gözləri görmürdü, dünya iĢığına həsrət
idi. Məryəm xanım 1988-ci il dekabrın 2-də həyatdan köçmüĢdü.
Əri Cavad bəy Məlik-Yeqanov isə ondan düz 45 il qabaq, 1942-ci il
mayın 18-də 64 yaĢında sürgündə - Kareliya MSSR-in Keme
Ģəhərində, Medvejskaya Qori Ģəhərində ürək partalamasından vəfat
etmiĢdi...Cavad bəy Məlik-Yeqanova ölümündən yalnız 17 il sonra,
1959-cu ildə bəraət verilmiĢdi.
337
ƏBDÜL SƏMƏD bəy CƏMİLLİNSKİ
(1892 – 1937)
Əbdül Səməd bəy (ağa) Cə-
mil ağa (bəy) oğlu Cəmillinski
1892-ci ildə Qarabağda, CavanĢir
qəzasının (mərkəzi Tərtər idi) Cə-
milli kəndində əsilzadə ailədə ana-
dan olmuĢdu... (Bəzi tarixi ədəbiy-
yatda və internet məlumatında Cə-
millinskinin atasının adının Cəlal
bəy olduğu bildirilir. Lakin bu, düz-
gün deyildir. Əbdül Səməd bəyin
(ağanın) atasına babası Cəmil ağa-
nın adı qoyulmuĢdu. Odur ki, Əb-
dül Səməd bəy Cəlal bəy oğlu yox,
Cəmil bəy (ağa) oğludur). Əbdül
Səməd bəy görkəmli Azərbaycan
Ģairəsi XurĢudbanu Natəvanın qız
nəvəsi idi. O, X. Natəvanın ikinci əri, ĢuĢalı Seyid Hüseyndən olan
qızı Həcər bəyimin oğlu idi. Belə ki, Cəmil bəy Cəmillinski Həcər
bəyimlə (1869) ailə qurmuĢ və bu ailəlikdən onun 4 övladı, 3 oğlu
və 1 qızı dünyaya gəlmiĢdi. Oğlanların adı Əbdül Səməd bəy, Kə-
nan bəy (onu daha çox “KəniĢ bəy”, ”GeniĢ bəy” deyə çağırırdılar),
Məhəmməd bəy, qızın adı isə Zərəngiz xanım idi.
”KəniĢ bəy” BaxıĢ bəy Qalabəyovun qızı Zivər xanımla ev-
lənmiĢdi. Bu evlilikdən Tubər xanım və Sara xanım adlı qızları dün-
yaya gəlmiĢdi. ”KəniĢ bəy” özündən 2 yaĢ böyük qardaĢı Əbdül
Səməd bəy kimi sovet dövründə repressiyanın qurbanı olmuĢdu. O,
1937-ci ildə həbs edilərək, 16 noyabr da, 43 yaĢında güllələnmiĢdi...
Əbdül Səməd bəyin digər qardaĢı Məmməd bəy evlənməmiĢdi və
uĢağıda olmayıb... Bacısı Zərəngiz xanım isə Məhəmməd bəy Nə-
cəfqulu oğlu Qalabəyov ilə ailə qurmuĢdu. Bu izdivacdan Yeganə
adlı bir qızları dünyaya gəlmiĢdi.
Beləliklə, Səməd bəy X. Natəvanın birinci əri, knyaz Xasay
xan Usmiyevdən olan qızı, naxçıvanlı - Kəngərli polkovnik Əmə-
338
nulla xana ərə getmiĢ qızı Xanbikənin oğlu, Azərbaycan Xalq Cüm-
huriyyəti dövründə Araz-Türk Cümhuriyyətinin baĢçılarından biri,
Cənub-Qərbi Azərbaycan (Naxçıvan) general-qubernatoru və Lən-
kəran qəzasında DĠN-in Xüsusi Səlahiyyətli müvəkkili vəzifələ-
rində çalıĢmıĢ Bəhram xan Naxçıvanskinin xalası oğluydu (ögey).
Səməd bəy ixtisasca hüquqĢünas idi, Sankt-Peterburq Univer-
sitetini bitirmiĢdi... Sonra hərbi xidmətə cəlb olunmuĢdu...Polkovnik
rütbəsi vardı... Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onun xid-
mətinə keçmiĢdi. 1919-cu ilin avqustunda Azərbaycan Cümhuriyyəti
hökumətinin qərarı ilə o Bakıdan Naxçıvana - Cənub-Qərbi Azərbay-
canın (Naxçıvan) general-qubernatoru vəzifəsinə göndərilmiĢdi.
Ə.S. Cəmillinski, bu vəzifədə Azərbaycan Cümhuriyyəti daxili iĢlər
nazirinin müavini vəsifəsinə irəli çəkilmiĢ general-mayor Əliyar bəy
HaĢımbəyovu əvəz etmiĢdi. Əbdül Səməd bəy Cəmillinski o zaman
Naxçıvan bölgəsində mürəkkəb və çətin problemlərin hökm sürdüyü
bir Ģəraitdə xidmət göstərmiĢdi... Ə.S.Cəmillinski Naxçıvan Milli
ġurasının üzvü idi... General-qubernator Ə.S. Cəmillinski Behbud
ağa ġahtaxtlının (1881-Naxçıvan, 30.05.1924, Tiflis) baĢçılığı ilə
Qaçqınlar Komitəsi təsis etmiĢdi...Ə.S.Cəmillinski Cənub-Qərbi
Azərbaycan (Naxçıvan) general-qubernatoru vəzifəsində 1920-ci ilin
martınadək fəaliyyət göstərilmiĢ və sonuncu tarixdən geriyə, Bakıya,
DĠN-in sərəncamına çağırılmıĢdı...
Əbdül Səməd bəyin 2 övladı vardı: oğlunun adı Cəmil bəy,
qızının adı isə Həcər xanım idi. Hər ikisinə valideynlərinin adını
vermiĢdi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra polkov-
nik Əbdül Səməd bəy Cəmillinski xaricə mühacirət etməyib, Və-
tənində qalmıĢdı. Hərcənd, onu nə gözlədiyini yaxĢı bilirdi... Bir
müddət “sakit” keçsə də, onun keçmiĢini unutmamıĢdılar. Ə.S. Cə-
millinski məhz keçmiĢdə Azərbaycan Xalq Cümhuriyyətinə xidmət
göstərdiyi üçün otuzuncu illərdə repressiyaya məruz qalmıĢ və
1937-ci ildə həbs olunmuĢdu. Əbdül Səməd bəy Cəmillinski 1937-
ci il noyabrın 7-dən 8-nə keçən gecə 45 yaĢında güllələnmiĢdi... O,
həmin gecə cəmi güllələn 127 nəfərin içərisində 1-ci idi...
339
QUBERNATORLAR
MÜSEYİB bəy ƏXİCANOV
(1892-1920)
Müseyib bəy Əxicanov (bəzi ədəbiyyatlarda Axıcanov, Axi-
canov yazılır. Əxicanov düzdür) Azərbaycan milli-istiqlal hərəka-
tının tanınmıĢ iĢtirakçılarından biridir. Müseyib bəy Qəhrəman bəy
oğlu Əxicanov 1892-ci il oktyabr ayının 12-də Cavad qəzasının
Beyləqan sahəsində tərəkəmə - elat ailəsində anadan olmuĢdu. Ġxti-
sasca hüquqĢünas idi. Kiyev Universitetinin hüquq fakultəsini bitir-
miĢdi. 1918-ci il sentyabrın 15-də Bakı Nuru paĢanın komandanlığı
altında Qafqaz Ġslam Ordusu və Azərbaycan Cümhuriyyətinin hər-
bi qüvvələri tərəfindən azad edildikdən sonra Bakının müvəqqəti
qubernatoru türk zabiti, yarbay (podpolkovnik) Mehmet Fəthi, onun
böyük köməkçisi isə polkovnik Əli bəy Zizikski təyin edilmiĢdi...
1918-ci ilin noyabrından Mudros saziĢinin (30 oktyabr 1918)
Ģərtlərinə əsasən türklər Bakını tərk eməyə baĢlamıĢdılar. Həmin
vaxt Azərbaycan hökumətinin qərarı və daxili iĢlər naziri Behbud
xan CavanĢirin müvafiq əmri ilə Bakını tərk etmiĢ Mehmet Fəthi-
nin əvəzinə Bakının qubernatoru vəzifəsinin icrası ixtisasaca hüquq-
Ģünas olan Müseyb bəy Əxicanova həvalə olunmuĢdu. Müseyib bəy
Bakının qubernatoru vəzifəsini 1919-cu il fevralın 5-dək, yəni Azər-
baycan hökumətinin qərarı ilə bu vaxtadək Nazirlər ġurasında ĠĢ-
lər Ġdrəsinin müdiri iĢləyən RəĢid bəy Axundzadənin Bakının
qubernatoru təyin ediməsinədək yerinə yetirmiĢdi...
...Müseyib bəy Azərbaycan Milli ġurasının üzvü olmuĢdu.
1918-ci il dekabrın 7-dən isə o, Azərbaycan Parlamentinin “Müsa-
vat” və bitərəflər” fraksiyası”nın üzvü idi...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolĢevik-
lər onu dərhal həbs etmiĢ və 1920-ci il iyunun 6-da bir qrup milli
təəssübkeĢimizlə bir sırada Nargin (Böyük Zirə) adasında güllələ-
340
miĢdilər... Böyük M.Ə. Rəsulzadə özünün “Azərbaycan Cümhuriy-
yəti” kitabında Müseyib bəy Əxicanovu “Ġstiqlal ġəhidi” adlandır-
mıĢdır...
RƏŞİD bəy AXUNDZADƏ
(1880 – 1940)
RəĢid bəy Axundzadə Azər-
baycan milli-istiqlal hərəkatının fəal
iĢtirakçılarından biridir. O, 1880-ci
il martın 28-də Salyanda nüfuzlu ru-
hani, sonralar (1894-cü ildən) Qaf-
qaz Müsəlmanları Ġdarəsinin rəisi –
Ģeyxülislam olmuĢ Əbdüssalam
Axundzadənin (1843 -1907) ailə-
sində doğulmuĢdu (RəĢid bəyin do-
ğulduğu tarixi 1879-cu və 1894-cü
ilərə də aid edirlər... Lakin fikrimiz-
cə, o dövrün mötəbər sənədində təs-
diq olunan 1880-ci il tarixi daha də-
qiqdir...). Atasının RəĢid bəy üzərin-
də böyük zəhməti olmuĢdu... RəĢid bəy arzuladığı hüquqĢünas ixti-
sasına onun qayğısı sayəsində yiyələnmiĢdi... RəĢid bəy Axundzadə
1912-ci ildə Kiyev Universitetinin hüququ fakultəsini bitirmiĢdi.
Ġxtisasca hüquqĢünas olan RəĢid bəy əvvəl Zaqafqaziya Sey-
minin Müsəlman fraksiyasının, sonra Azərbaycan Milli ġurasının
üzvü idi. Milli ġuranın “Azərbaycan Məclisi-Məbusanının təsisi
haqqında” qanununa əsasən (19 noyabr 1918-ci il) Salyan qəzasın-
dan Azərbaycan Demokratik Respublikası Parlamentinin tərkibinə
daxil edilmiĢdi. O, Azərbaycan hökimətində ĠĢlər Ġdarəsinin müdiri
vəzifəsində də çalıĢırdı...
341
1919-cu il fevralın 5-də daxili iĢlər naziri X.Xasməmmədovun
təqdimatı və Azərbaycan hökumətinin qərarı ilə bu vaxtadək
Azərbaycan Nazirlər ġurasında ĠĢlər Ġdarəsinin müdiri vəzifəsində
çalıĢan RəĢid bəy Əbdüssalam oğlu Axundzadə 1919-cu il yanvarın
1-dən sayılmaqla Bakı Ģəhərinin qubernatoru vəzifəsinə (DĠN qul-
luqçularının 16 dərəcəli tarif cədvəlinə əsasən 1-ci dərəcə üzrə aylıq
əmək haqqı 3.600 manat olmaqla) təyin edilmiĢdi.Bu vaxtadək hə-
min vəzifəni Azərbaycan Parlamentinin üzvü Müseyib bəy Əxica-
nov (noyabr 1918 - 5 fevral 1919) icra edirdi.RəĢid bəy Axundzadə
Bakı Ģəhərinin qubernatoru vəzifəsində 1919-cu il avqustun 25-dək
iĢləmiĢdi. Sonra onun yerinə- Bakı qubernatoru vəzifəsinə, ixtisasca
hüquqĢünas olan Əmir bəy Nərimanbəyov təyin edilmiĢdi.
RəĢid bəy Axundzadənin Bakı qubernatoru təyin edilməsi
haqqında qərarla (5 fevral 1919-cu il) yanaĢı, daxili iĢlər naziri
X. Xasməmmədov da 9 fevral 1919-cu il tarixdə bütün DĠN sistemi
əməkdaĢlarının bu haqda məlumatlı olması üçün ayrıca əmr vermiĢ
və əmr elan olunaraq, yerlərə göndərilmiĢdi. R. Axunzadə isə yeni
qubernator təyin edildikdən bir neçə gün sonra, 1919-cu il fevralın
10-da Bakı və Balaxanı-Sabunçu polismeysterlikləri əməkdaĢlarının
müĢavirəsini keçirmiĢdi. MüĢavirədə polis iĢçilərinin yeni vəzifə-
ləri, yeni tələblər, həmçinin onların paltarla təmin edilməsi, nizam-
intizanın möhkəmləndirilməsi və s. barədə məsələlər müzakirə
olunmuĢdu. RəĢid bəy müĢavirədə polis iĢçiləri qarĢısında Azərbay-
can hökumətinin cinayətkarlıqla mübarizəyə qarĢı yeni qəbul
edilmiĢ qərarının icrasını mühüm bir vəzifə kimi qarĢıya qoymuĢdu.
RəĢid bəy gənc və bacarıqlı azərbaycanlı kadrların dövlət qul-
luğuna qəbul olunmasına çöx diqqət və qayğı ilə yanaĢır, buna
böyük əhəmiyyət verirdi. Məsələn, əslən Qarabağdan olan, Zaqaf-
qaziya Universitetinin təbiyət fakultəsinin gənc bir tələbəsi Əliyev
Ələkbər MəĢədi Qəhrəman oğlu 1919-cu il iyunun 9-da Bakı quber-
natoru RəĢid bəy Axundzadəyə iĢlə təmin olunması barədə ərizə ilə
müraciət etmiĢdi. RəĢid bəy onun ərizəsinə müsbət cavab vermiĢ və
özünün 25 iyun 1919-cu il tarixli 467 nömrəli əmri ilə Bakı Quber-
nator Ġdarəsində Ümumi ġöbənin kargüzar yardımçısı vəzifəsinə
təyin etmiĢdi. O zaman kargüzar iĢi xüsusilə mühüm dövlət vəzifəsi
342
sayılırdı. Qubernator R. Axundzadənin 17 avqust 1919-cu il tarixli
əmri ilə iĢdə qısa müddətdə özünü yaxĢı göstərmiĢ Ələkbər Əliyev
vəzifədə irəli çəkilərək Nekrasovun yetinə kargüzar vəzifəsinin
müvəqqəti icraçısı təyin olunmuĢdu.
1920-ci il aprelin 28-də Azərbaycanda kommunistlər haki-
miyyətə gəldikdən sonra keçmiĢinə görə təqiblərə məruz qalan
RəĢid bəy repressiyanın qurbanlarından biri olmuĢ, 1937-ci ildə
həbs edilərək sürgünə göndərilmiĢdi RəĢid bəy Axundzadə 1940-cı
ildə sürgün yerində həlak olmuĢdu...
Dostları ilə paylaş: |