AzərTAc
22 yanvar 2015-ci il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
171
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz
regionu üçün mühüm hadisədir
Xətayi ƏZİZOV,
AzərTAc-ın xüsusi müxbiri
Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti, sərbəst güləş üzrə 5 qat dünya çempionu, Olimpiya
çempionu Leri Xabelov 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı AzərTAc-a
müsahibə verib. Müsahibəni təqdim edirik.
– Bildiyiniz kimi, iyunun 12-dən 28-dək Bakıda ilk Avropa Oyunları keçiriləcək. Siz bu yarışların
Bakıda keçirilməsini necə dəyərləndirirsiniz?
– İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xəbərini eşidəndə həm idman ictimaiyyətinin
nümayəndəsi, həm də Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi çox sevindim. Mən
Avropa Olimpiya Hərəkatında və Ümumdünya Olimpiya Hərəkatında hansı proseslərin getdiyini, dünya
çempionatlarının və Olimpiya oyunlarının keçirilməsi ilə bağlı qərarların necə qəbul olunduğunu, bunun üçün
hansı ciddi şərtlərin irəli sürüldüyünü çox yaxşı bilirəm. Ona görə də bu qərara çox sevindim. Bu, dost və qardaş
Azərbaycan üçün çox böyük nailiyyətdir. Bu, həm də Azərbaycanın çox düzgün inkişaf yolu tutduğunu sübut
edir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan deyil, bütün Cənubi Qafqaz regionu üçün
mühüm hadisədir. Bu, Azərbaycan üçün həm də çox böyük bir sınaqdır. Azərbaycan təkcə Avropaya deyil,
bütün dünyaya nümayiş etdirəcək ki, nəyə qadirdir.
Ona görə də hesab edirəm ki, Bakıda belə bir mötəbər yarışın keçirilməsi heç də kiçik hadisə deyil. Bu gün
sürətlə inkişaf edən Azərbaycanda idmanın 20-dək növü üzrə beynəlxalq yarışların təşkili bizim üçün də
qürurvericidir. Biz həm də Azərbaycanın təcrübəsini öyrənirik və özümüzdə tətbiq edirik. Bilirsiniz ki, iyulun
sonu, avqustun əvvəllərində Tbilisidə gənclər arasında ilk Olimpiya oyunları keçiriləcək. Bu da Gürcüstan üçün
mühüm əhəmiyyətə malikdir. Biz iki dost və qonşu ölkə dünyaya sübut etməliyik ki, biz də çox şeyə qadirik.
Düzdür, Azərbaycanda və Gürcüstanda bir neçə çempionatlar keçirilib. Amma bu yarışlar idmanın konkret
bir hissəsinə aid olub. Amma Olimpiya oyunlarının təşkili tam başqa bir məharət tələb edir.
– Gürcüstan idmançıları Avropa Oyunlarına necə hazırlaşırlar, idmançılarınız hansı növlər üzrə
Bakıda mübarizə aparacaqlar?
– Avropa Oyunlarına hazırlıq çox yüksək səviyyədə aparılır. İdmançılarımız Bakıda idmanın bütün növləri
üzrə güclərini sınayacaqlar. Onların içərisində keçmiş dünya və Olimpiya çempionları da var. Gürcüstan dövləti
Avropa Oyunlarında qalib gələcək komandalar və idmançılar üçün xüsusi mükafatlar da nəzərdə tutub. Fərdi
olaraq birinci yeri tutan idmançıya 68 min lari (təqribən 34 min dollar), ikinci yerin sahibinə 51 min lari, üçüncü
yeri qazanan idmançıya isə 34 min lari pul mükafatı veriləcək. Eyni zamanda, birinci yeri tutan komandaya 278
min lari, ikinci yerin sahibi olacaq komandaya 204 min lari, üçün yerin sahibinə isə 136 min lari mükafat
veriləcək.
– Bu yarışlar ərəfəsində Azərbaycan ilə əlaqələriniz, təcrübə və ya fikir mübadiləniz olubmu?
– Bəli, bizim xüsusən də Azərbaycan Milli Olimpiya Komitəsi ilə çox yaxşı münasibətlərimiz var və
mütəmadi olaraq əlaqə saxlayırıq. Biz Azərbaycanda gedən prosesləri yaxından izləyirik. Xüsusilə idmanın
inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndiririk. Azərbaycan tərəfi də, biz də yaxşı başa düşürük
ki, güclü dövlət qurmaq üçün sağlam nəsil, sağlam cəmiyyət lazımdır. Azərbaycanda bu istiqamətdə daha böyük
işlər görülür.
Mən Azərbaycanda Avropa Oyunlarına hazırlıq işlərini xüsusi qeyd etmək istəyirəm. Avropa Oyunlarının
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir.
Çox şadam ki, azərbaycanlı dostlarımız idmanın inkişafı ilə bağlı bizə hərtərəfli kömək göstərirlər. İlk
Avropa Oyunlarında iştirakımıza da Azərbaycan tərəfi kömək göstərəcəyini bildirib. Biz Azərbaycana 120
idmançı ilə gedəcəyik. Ümumilikdə isə Gürcüstandan bu yarışlarla əlaqədar Bakıya 200-dək qonağın getməsi
nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
172
– Gürcüstanda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına hazırlığın vəziyyəti necədir?
– Bayaq dediyim ki, biz də Olimpiya oyunlarına ciddi hazırlaşırıq. Bu yarışlarla bağlı Baş nazirin rəhbərliyi
ilə təşkilat komitəsi yaradılıb. Biz çalışacağıq ki, bu tədbiri yüksək səviyyədə təşkil edək. Tbilisidə keçiriləcək
gənclər arasında Olimpiya yarışları bizim üçün də ciddi sınaqdır. Mən yenə də qeyd edirəm. Ümumdünya
Olimpiya Hərəkatı və digər beynəlxalq idman təşkilatları qərarları elə-belə qəbul etməyiblər. Biz çətin sınaq
qarşısındayıq. Tbilisidə keçiriləcək Olimpiya oyunlarında 49 ölkədən 2600-dək idmançı iştirak edəcək.
Ümumilikdə isə şəhərimizə 7 minə yaxın qonağın gələcəyini gözləyirik. Bununla əlaqədar Azərbaycanın
təcrübəsini öyrənirik və bəzi sahələrdə tətbiq edirik.
Çalışacağıq ki, bu sınaqlardan qalib çıxaq. Əminəm ki, Azərbaycan da bunun üçün səylə çalışır. Biz bütün
dünyaya sübut edəcəyik ki, Olimpiya oyunlarını, dünya çempionatlarını keçirməyə qadirik.
Mən bu işdə Azərbaycan dövlətinə, onun rəhbərliyinə, xalqına uğurlar arzulayıram.
“Xalq qəzeti”.-2015.-23 yanvar.-N 16.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
173
“Bakı Kristal Hall” birinci Avropa Oyunlarına hazırlaşır
Avropanın idman aləmi üçün əlamətdar hadisə hesab olunan “Bakı-2015” birinci Avropa Oyunları günbəgün
yaxınlaşmaqdadır. Oyunların keçiriləcəyi obyektlərdə tikinti işlərinin gedişi daha da intensivləşib.
İdmanın bir neçə növü üzrə yarışlara azarkeşlik edəcəyimiz “Bakı Kristal Hall”da da inşaat işləri böyük
sürətlə davam etdirilir. Respublikanın ən möhtəşəm obyektlərindən biri sayılan, “Evrovision-2012” Beynəlxalq
mahnı müsabiqəsinin keçirildiyi bu məkanda boks, voleybol, karate, taekvondo və qılıncoynatma yarışlarının
təşkili nəzərdə tutulur.
Burada artıq xeyli iş görülüb. Tamaşaçılar üçün oturacaqlar quraşdırılıb, xidməti otaqlarda son tamamlama
işləri aparılır.
Tikinti işlərinin yerli “DDLAR Qrupu” şirkəti tərəfindən aparıldığını bildirən “Bakı Kristal Hall”-ın Avropa
Oyunları zamanı baş meneceri Ben Emerson deyib ki, zal yarışlar zamanı 3 yerə bölünəcək. Burada voleybolçu
və boksçular mübarizə aparacaq. “Kristal-3” deyilən və Bakıda “Evrovision-2012” mahnı müsabiqəsi zamanı
mətbuat mərkəzi kimi fəaliyyət göstərmiş zalda isə karate və qılıncoynatma yarışları nəzərdə tutulub.
“Biz “Bakı Kristal Hall”-ın rəhbərliyi, xüsusilə də layihə meneceri Eldar İmanovla sıx əməkdaşlıq edirik.
Burada Avropa Oyunlarının davam edəcəyi 17 gün ərzində idman yarışları təşkil olunacaq. Biz bu oyunlara
böyük önəm veririk. Yarışların təşkilində bir çox gənc iştirak edir, onlar öz təcrübə və bacarıqlarını artırır”, deyə
Ben Emerson bildirib.
Baş menecer onu da əlavə edib ki, birinci Avropa Oyunlarından sonra Azərbaycanda “Formula-1” yarışları
və İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bununla yanaşı, Azərbaycanda gələcəkdə Olimpiya Oyunlarının da
keçiriləcəyinə ümid edilir.
Bakıda artıq bir ilə yaxındır ki fəaliyyət göstərdiyini söyləyən B. Emerson Azərbaycan kimi gözəl bir ölkədə
işləməkdən böyük zövq aldığını vurğulayıb.
“Birinci Avropa Oyunlarından sonra “Bakı Kristal Hall”da keçiriləcək tədbirlər də öz möhtəşəmliyi ilə yadda
qalacaq”, - deyən B. Emerson Avropa Oyunlarına çoxlu sayda tamaşaçı gələcəyinə əminliyini ifadə edib. “Bakı
Kristal Hall”da voleybol yarışlarını 4 minə yaxın, boksu 2 min, karate və taekvandonu hərəsi 1500,
qılıncoynatmanı isə 1000-ə yaxın tamaşaçı izləyəcək.
Avropa Oyunlarının keçiriləcəyi hər bir idman obyektində mətbuat mərkəzi və şərhçi mərkəzi fəaliyyət
göstərəcək, yarışları yaxından izləmək üçün bu mərkəzlərdə hər bir şərait yaradılacaq.
Baş menecer qeyd edib ki, Azərbaycanda boks və voleybol çox populyar idman növləri olduğundan və bu
idmanı sevənlərin sayını nəzərə alaraq “Bakı Kristal Hall” ən yaxşı məkan kimi seçilib. Karate də ölkəmizdə
sevilən idman növüdür. Həmsöhbətim karate üzrə yarışlarda idmançılarımızın Avropa Oyunlarının qalibi
olacağına xüsusi ümid bəslədiyini də gizlətməyib.
Onun sözlərinə görə idman yarışları üçün quraşdırılan avadanlıqların Azərbaycanda olmadığı halda xaricdən
gətirilməsi planlaşdırılır. İdman avadanlıqlarından başqa, obyektdə qabaqcıl texnologiyalar, audio-video
avadanlıqları da quraşdırılacaq. Yarışların ilk günündə voleybol və karate yarışlarına start veriləcək. Avropa
Oyunlarının keçiriləcəyi 17 gün ərzində burada idman yarışları təşkil olunacaq. Yarışların yayınması üçün artıq
bir neçə televiziya kanalı ilə müqavilə imzalanıb, yayımın keyfiyyətlə həyata keçirilməsi üçün burada bütün
lazımi şərait yaradılacaq.
“Bakı Kristal Hall”-ın arxasında isə oyunların idarə edilməsi məqsədi ilə təqribən 30-40 otaqlı ikimərtəbəli
ofis binası tikiləcək. Şüşə və metal konstruksiyalardan inşa olunacaq müasir binada hakimlər və idmançılar
yerləşəcək. Hazırda ərazidə binanın təməlinin qoyulması istiqamətində işlər aparılır. Tikinti işləri aprelin
ortalarında yekunlaşacaq.
Bir az aralıda isə, “Bakı Kristal Hall”-ın vaxtilə mətbuat mərkəzi yerləşdiyi məkanda - 4000 kvadratmetr
sahədə karate, taekvondo və qılıncoynatma üzrə yarışlar təşkil olunacaq. Burada həmçinin idmançıların məşq və
isinmə hərəkətləri üçün 1000 kvadratmetr sahəyə malik geniş zal hazırlanır.
“İki sahil”.-2015.-23 yanvar.-№ 13.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
174
İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz
regionu üçün mühüm hadisədir
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti, sərbəst güləş üzrə 5 qat dünya çempionu, Olimpiya
Oyunları çempionu Leri Xabelov 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı AzərTAc-a
müsahibə verib. Müsahibəni təqdim edirik.
- Bildiyiniz kimi, iyunun 12-dən 28-dək Bakıda ilk Avropa Oyunları keçiriləcək. Siz bu yarışların Bakıda
keçirilməsini necə dəyərləndirirsiniz?
- İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xəbərini eşidəndə həm idman ictimaiyyətinin
nümayəndəsi, həm də Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi çox sevindim. Mən
Avropa Olimpiya Hərəkatında və Ümumdünya Olimpiya Hərəkatında hansı proseslərin getdiyini, dünya və
Olimpiya çempionatlarının keçirilməsi ilə bağlı qərarların necə qəbul olunduğunu, bunun üçün hansı ciddi
şərtlərin irəli sürüldüyünü çox yaxşı bilirəm. Ona görə də bu qərara çox sevindim. Bu, dost və qardaş
Azərbaycan üçün çox böyük nailiyyətdir. Bu, həm də Azərbaycanın çox düzgün inkişaf yolu tutduğunu sübut
edir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan deyil, bütün Cənubi Qafqaz regionu üçün
mühüm hadisədir. Bu, Azərbaycan üçün həm də çox böyük bir sınaqdır. Azərbaycan təkcə Avropaya deyil,
bütün dünyaya nümayiş etdirəcək ki, nəyə qadirdir.
Ona görə də hesab edirəm ki, Bakıda belə bir mötəbər yarışın keçirilməsi heç də kiçik hadisə deyil. Bu gün
sürətlə inkişaf edən Azərbaycanda idmanın 20-dək növü üzrə beynəlxalq yarışların təşkili bizim üçün də
qürurvericidir. Biz həm də Azərbaycanın təcrübəsini öyrənirik və özümüzdə tətbiq edirik. Bilirsiniz ki, iyulun
sonu, avqustun əvvəllərində Tbilisidə gənclər arasında ilk Olimpiya çempionatı keçiriləcək. Bu da Gürcüstan
üçün mühüm əhəmiyyətə malikdir. Biz iki dost və qonşu ölkə dünyaya sübut etməliyik ki, biz də çox şeyə
qadirik.
Düzdür, Azərbaycanda və Gürcüstanda bir neçə çempionatlar keçirilib. Amma bu yarışlar idmanın konkret
bir hissəsinə aid olub. Amma Olimpiya oyunlarının təşkili tam başqa bir məharət tələb edir.
- Gürcüstan idmançıları Avropa Oyunlarına necə hazırlaşırlar, idmançılarınız hansı növlər üzrə Bakıda
mübarizə aparacaqlar?
-Avropa Oyunlarına hazırlıq çox yüksək səviyyədə aparılır. İdmançılarımız Bakıda idmanın bütün növləri
üzrə güclərini sınayacaqlar. Onların içərisində keçmiş dünya və Olimpiya çempionları da var. Gürcüstan dövləti
Avropa Oyunlarında qalib gələcək komandalar və idmançılar üçün xüsusi mükafatlar da nəzərdə tutub. Fərdi
olaraq birinci yeri tutan idmançıya 68 min lari (təqribən 34 min dollar), ikinci yerin sahibinə 51 min lari, üçüncü
yeri qazanan idmançıya isə 34 min lari pul mükafatı veriləcək. Eyni zamanda, birinci yeri tutan komandaya 278
min lari, ikinci yerin sahibi olacaq komandaya 204 min lari, üçün yerin sahibinə isə 136 min lari mükafat
veriləcək.
-Bu yarışlar ərəfəsində Azərbaycan ilə əlaqələriniz, təcrübə və ya fikir mübadiləniz olubmu?
-Bəli, bizim xüsusən də Azərbaycan Milli Olimpiya Komitəsi ilə çox yaxşı münasibətlərimiz var və
mütəmadi olaraq əlaqə saxlayırıq. Biz Azərbaycanda gedən prosesləri yaxından izləyirik. Xüsusilə idmanın
inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndiririk. Azərbaycan tərəfi də, biz də yaxşı başa düşürük
ki, güclü dövlət qurmaq üçün sağlam nəsil, sağlam cəmiyyət lazımdır. Azərbaycanda bu istiqamətdə daha böyük
işlər görülür.
Mən Azərbaycanda Avropa Oyunlarına hazırlıq işlərini xüsusi qeyd etmək istəyirəm. Avropa Oyunlarının
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir.
Çox şadam ki, azərbaycanlı dostlarımız idmanın inkişafı ilə bağlı bizə hərtərəfli kömək göstərirlər. İlk
Avropa Oyunlarında iştirakımıza da Azərbaycan tərəfi kömək göstərəcəyini bildirib. Biz Azərbaycana 120
idmançı ilə gedəcəyik. Ümumilikdə isə Gürcüstandan bu yarışlarla əlaqədar Bakıya 200-dək qonağın getməsi
nəzərdə tutulub.
- Gürcüstanda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına hazırlığın vəziyyəti necədir?
- Bayaq dediyim ki, biz də Olimpiya oyunlarına ciddi hazırlaşırıq. Bu yarışlarla bağlı Baş nazirin rəhbərliyi
ilə təşkilat komitəsi yaradılıb. Biz çalışacağıq ki, bu tədbiri yüksək səviyyədə təşkil edək. Tbilisidə keçiriləcək
gənclər arasında Olimpiya yarışları bizim üçün də ciddi sınaqdır. Mən yenə də qeyd edirəm. Ümumdünya
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
175
Olimpiya Hərəkatı və digər beynəlxalq idman təşkilatları qərarları elə-belə qəbul etməyiblər. Biz çətin sınaq
qarşısındayıq. Tbilisidə keçiriləcək Olimpiya oyunlarında 49 ölkədən 2600-dək idmançı iştirak edəcək.
Ümumilikdə isə şəhərimizə 7 minə yaxın qonağın gələcəyini gözləyirik. Bununla əlaqədar Azərbaycanın
təcrübəsini öyrənirik və bəzi sahələrdə tətbiq edirik.
Çalışacağıq ki, bu sınaqlardan qalib çıxaq. Əminəm ki, Azərbaycan da bunun üçün səylə çalışır. Biz bütün
dünyaya sübut edəcəyik ki, Olimpiya oyunlarını, dünya çempionatlarını keçirməyə qadirik.
Mən bu işdə Azərbaycan dövlətinə, onun rəhbərliyinə, xalqına uğurlar arzulayıram.
“İki sahil”.-2015.-23 yanvar.-№ 13.-S.15.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
176
Patrik Hikki: "Bakı-2015 Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur"
“Dünya idmanının yenilik xarakteri daşıyan təkrarolunmaz hadisəsi - Avropa Oyunları haqqında qarşınızda
çıxış etməkdən şərəf hissi duyuram. Bu Oyunlar Avropa qitəsinin ilk çox idman növlü yarışması olacaq. Həmin
yarışlar iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Avropanın 50 ölkəsindən 6 mindən çox
atlet yarışlara qatılacaq”.
Bu sözləri Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O qeyd edib ki, Avropada idmana nəinki yeni prizmadan
baxılır, o cümlədən Avropa Oyunlarını keçirməklə, idman hərəkatına əlavə məzmun verilir: “Ənənəvi
dəyərlərimizin qorunmasının vacibliyini vurğulayaraq, biz eyni zamanda, həmin yeni eranı da alqışlayırıq.
Avropa hər zaman ənənəvi Olimpiya Oyunlarının beşiyi olub. Şimali Amerika, Okeaniya, Asiya və Afrikanın
hamısını bir yerdə götürərək, 120 il ərzində Avropada daha çox idman yarışları keçirilib. İnkişaf edən dünyada
vəziyyət sürətlə dəyişir. Son 20 il ərzində 10 olimpiya oyunu keçirilib. Onlardan yalnız üçü Avropada baş tutub.
Növbəti dörd olimpiya oyunundan heç biri Avropada keçirilməyəcək. Lakin bununla belə bu, qlobal iqtisadi
çiçəklənmənin təzahürüdür və idmanın müsbət dəyişikliklərə səbəb olduğunu nümayiş etdirir. Bu, əlbəttə ki,
çox yaxşı haldır”. P. Hikki bildirib ki, qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını
davam etdirməlidir. Onun sözlərinə görə, Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq: “Bu
Oyunlar çox innovativ olacaq və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcək. Onların
sayəsində atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar. Sonra onlar 2016-cı
ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar.
İdman sahəsinə gəldikdə, əvvəlcə yarışmalarda olmayan yeni idman növləri əlavə ediləcək. Məsələn, üçlük
basketbol, çimərlik voleybolu, karate və sair”. Avropa Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, Bakıda
olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək. “Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən,
zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş
tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb.
Zati-aliləri prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də onun Azərbaycan Milli Olimpiya
Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib”, - deyə o
vurğulayıb. İdmanın Azərbaycan cəmiyyətində xüsusi yer tutduğunu deyən P. Hikki qeyd edib ki, “Bakı-2015”
idman tarixində yeni maraqlı səhifə olacaq: “Prezident həmçinin Bakıda keçiriləcək digər yarışları da qeyd etdi.
Prezident İlham Əliyevin bir fikrini yüksək dəyərləndirirəm. O deyir: “Siz 2015-ci ildə Azərbaycanda Avropa
Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il ərzində bir ölkədə, bir
şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”. Bu sözlərlə mən bu çiçəklənən ölkəni sizə
xatırlatmaq istərdim. Bakıda keçiriləcək idman tədbirlərinin təqviminə gəldikdə, bunu bacarıqlı yerli kadrlar
təşkil edəcək.
“Bakı-2015” Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə,
Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və
bu cür böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki,
“Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd
ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər.
Lakin 2019-cu ildəki Oyunlar Bakıda bu yarışmanın tam təkrarı olmayacaq. Avropa Olimpiya Komitəsinin
məqsədi Avropa Oyunlarını bütün şəhərə uyğun təşkil etməkdir, əksinə yox. 2019-cu ildəki Avropa Oyunlarının
keçirilməsi ilə bağlı qərar bu ilin may ayına qədər elan olunacaq. Seçilmiş şəhər “Bakı-2015” Təşkilat Komitəsi
ilə əhatəli şəkildə təcrübə mübadiləsi aparacaq. Bu, çox dəyərlidir, çünki Bakıda ən yaxşı praktiki modellər
hazırlanıb. Adətən Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə 7 il müddət verilir. “Bakı-2015”
yarışması üçün cəmi 30 ay vaxt verildi. Zati-aliləri cənab prezidentin mövqeyi Azərbaycan və Avropa Olimpiya
Komitəsi üçün tarixin yazılmasında misilsizdir. Şübhə etmirəm ki, ilk Avropa Oyunları yaddaqalan tədbir
olacaq”.
“İki sahil”.-2015.-24 yanvar.-№ 14.-S.16.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
177
İsveçrə qəzetində “Bakı-2015”in Davosda təqdimatı haqqında məqalə dərc edilib
İsveçrədə rus dilində nəşr olunan “Naşa qazeta”da “Bakıda yolunuzu gözləyirik” sərlövhəli məqalə
dərc edilib. Materialda bu il iyun ayında ölkəmizin paytaxtında keçiriləcək “Bakı-2015” Birinci Avropa
Oyunlarının Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş
təqdimat mərasimindən bəhs edilir. AzərTAc həmin məqaləni oxuculara təqdim edir.
“Bakıda yolunuzu gözləyirik”
“Bakı-2015” Birinci Avropa Oyunlarının cümə axşamı Davosda keçirilmiş təqdimat mərasimində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışını bu sözlərlə bitirib.
Bu qəbildən olan başqa nüfuzlu görüşlərdə olduğu kimi, Davos forumunda da bir sıra mühüm hadisələr
sonradan translyasiya edilmək üçün yazılan “dəyirmi masa”larda deyil, xudmani məclislərdə baş verir. Burada
hər gün təxminən 10 bu cür məclis keçirilir. Giriş yalnız dəvətnamələr üzrə olan belə tədbirlərin iştirakçıları
əvvəlcə bir neçə kordondan və metalaxtaran qurğularda yoxlamadan keçməlidirlər. Davosda mühafizə xidməti
həmişə güclüdür, bu il isə, məlum kədərli hadisələrlə əlaqədar, təhlükəsizlik xidmətləri xüsusilə sayıqdır.
Təşkilatçılar kimin bu dəvətləri qəbul etməsini, kimin həmin dəvətlərə cavab verməməsini diqqətlə izləyir və bu
dünyanın güclü simalarının qeyri-rəsmi şəraitdə öz aralarında necə ünsiyyət saxlamalarını müşahidə edərək
müvafiq nəticələr çıxarırlar.
Bundan əvvəl “Bakı-2015” oyunlarına həsr edilmiş bədii sərginin açıldığı “İnterkontinental” otelində cümə
axşamı təşkil edilmiş Azərbaycan məclisinə gələnlərin sayından görünürdü ki, indi bu ölkə çoxlarını
maraqlandırır. Planetin işgüzar dairələrinin aparıcı nümayəndələri əllərində şərab (su və ya şirə) bakalları
tutaraq gəzişir, geniş zalın gözəl tərtibatını nəzərdən keçirir və hərdən, cəlbedici bufetə tərəf boylanırdılar.
Görünür, Davos forumunun gərgin iş günü ərzinə bu adamların çoxu acmışdı.
Qaydaya görə, ziyafətdən əvvəl rəsmi hissə oldu. Xoşbəxtlikdən tədbirin bu hissəsi uzun və yorucu olmadı
(qeyd edək ki, bu heç də həmişə belə olmur). Rəsmi hissəni şəxsən Azərbaycan Prezidenti İlham Əliyev açdı.
Vaxtilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş İlham Əliyev heç bir kağıza baxmadan
ingilis dilində gözəl danışırdı. Qeyd edək ki, Prezident idman haqqında məlumatı, necə deyərlər, ilk mənbədən
alır - cənab Əliyev uzun illərdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik edir.
İlham Əliyev vurğulayıb: “Bakının Birinci Avropa Oyunlarının paytaxtı seçilməsi bizim müəyyən layihələrə
ciddi sərmayə qoymağımıza imkan verdi. Həmin layihələr onsuz da həyata keçiriləcəkdi, lakin belə tez yox”.
Məsələn, Atletlər kəndi və bir neçə otel tikilib, 16 kilometrlik promenad yaradılıb. İlham Əliyev deyib:
“Ümidvarıq ki, bütün ölkələr öz güclü atletlərini göndərəcəklər, axı, “Bakı-2015” yarışlarının səviyyəsi sonrakı
Oyunlar üçün hədd müəyyən edəcək”.
Azərbaycanda iri idman tədbirləri təkcə Avropa oyunları ilə məhdudlaşmayacaq. Məsələn, artıq 2016-cı ildə
Bakıda ilk dəfə “Formula-1” yarışlarının bir mərhələsi (Avropa Qran-prisi) və Dünya Şahmat Olimpiadası
keçiriləcək. 2017-ci ildə isə Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. İlham Əliyev tədbirə
toplaşanların diqqətini bir məqama cəlb edib: “Təsəvvür edin, cəmi iki il ərzində Bakı həm Avropa Oyunlarının,
həm də İslam Oyunlarının paytaxtı olacaq. Bu, bütün xalqların dost kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı
ölkə olan Azərbaycanın mahiyyətini əks etdirir”. Azərbaycan Prezidenti daha sonra deyib ki, idmanın gözəlliyi,
dəyəri və gücü ondan ibarətdir ki, hətta “bir-biri ilə müharibə aparan ölkələrin nümayəndələri də ləyaqətlə
yarışır və qalibin əlini sıxırlar”.
Sonda cənab Əliyev tədbirə toplaşanların hamısını Bakıya dəvət edib, onlar bu dəvətə yekdil alqışlarla cavab
veriblər.
Prezidentdən sonra “böyük idman”ın bu tədbirdə iştirak edən əsas nümayəndəsi - Avropa Olimpiya
Komitəsinin sədri Patrik Hikki söz alıb. O, Azərbaycan hökumətinə qarşıdakı Oyunların uğurunu təmin etmək
üçün göstərdiyi səylərə görə səmimi təşəkkürünü bildirib.
“Bakı-2015” oyunlarına həsr edilmiş qısa, lakin məzmunlu filmə tamaşa edəndən sonra qonaqlar
Azərbaycandan məxsusi gətirilmiş, əyinlərində milli rəmzlərlə bəzədilmiş geyimlər olan aşbazların hazırladığı
ləziz yeməklərdən dadıblar.
* * *
Qəzetin həmin nömrəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovla qısa
müsahibə də dərc edilib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
178
Dostları ilə paylaş: |