İxtisas: İqtisadiyyat Kurs: III fənn: Statistika Fənn Müəllimi


Qrafiklərin əsas elementləri



Yüklə 165,88 Kb.
səhifə2/8
tarix23.05.2022
ölçüsü165,88 Kb.
#59123
növüReferat
1   2   3   4   5   6   7   8
SONGÜL slayt

2. Qrafiklərin əsas elementləri.

  • Statistika qrafiklərinin elementləri aşağıdakılardır:
  • 1) Qrafik sahəsi-müəyyən həcmə, nisbətə malik olan işarələrin yerləşdiyi sahədir;
  • 2) Həndəsi işarələr-qrafikdə əks olunan hadisələrin simvollarıdır. Bu simvollar müxtəlif ola bilərlər: nöqtələr, xətlər, dairələr, sektorlar, fiqurlar;
  • 3) Sahə oriyentasiyaları: bunlar qrafik sahəsində həndəsi işarələrin yerləşdirlməsini müəyyən edir. Bu oriyentasiyalar qəbul edilmiş koordinat sistemindən asılıdır.
  • 4) Miqyas oriyentasiyaları: bunlar həndəsi fiqurların kəmiyyətini əks etdirir - işarələrin etalonudur. Onlar dairə, düzbucaqlı, kvadratlar şəklində təsvir edilir və adətən qrafik sahəsindən çıxarılır. Hadisənin kəmiyyətini ancaq hadisənin qrafik işarəsini etalonla müqayisə etməklə müəyyən etmək olar.
  • 5) Qrafikin izahı. Bu, qrafikin məzmununun sözlə izah edilməsi və həndəsi işarənin hər birinin mahiyyətinin, mənasının göstərilməsi deməkdir.

Qrafik sahəsinin həcmi onun təyinatından asılıdır. Həndəsi işarələrin tətbiqindən asılı olaraq qrafiklər nöqtələrlə, xətlərlə, sütunlarla, kvadratlarla, dairələrlə və s. təsvir oluna bilər. Qrafiklər fiqurlar vasitəsi ilə də verilir. Bu zaman həndəsi işarələrin düzgün seçilməsinin mühüm əhəmiyyəti vardır. O, qarşıda duran məqsədə və təsvir edilən statistika məlumatının əyaniliyinin artırılması məqsədinə uyğun olmalıdır.

  • Qrafik sahəsinin həcmi onun təyinatından asılıdır. Həndəsi işarələrin tətbiqindən asılı olaraq qrafiklər nöqtələrlə, xətlərlə, sütunlarla, kvadratlarla, dairələrlə və s. təsvir oluna bilər. Qrafiklər fiqurlar vasitəsi ilə də verilir. Bu zaman həndəsi işarələrin düzgün seçilməsinin mühüm əhəmiyyəti vardır. O, qarşıda duran məqsədə və təsvir edilən statistika məlumatının əyaniliyinin artırılması məqsədinə uyğun olmalıdır.
  • Cədvəllər kimi, qrafiklərin də başlığı qısa və aydın olmalıdır. O, qrafikdə təsvir olunan məlumatın əsas məzmununu əks etdirməlidir. Başlıq adətən iri hərflərlə qrafikin üstündə yazılır. Kitab və məqalələrdə qrafiklərin başlığı onun aşağı hissəsində yazılır.Başlıqdan başqa hər bir qrafikdə şaquli şəkildə miqyaslar,əyri xətlərin adları, şərti işarələr, qrafiklərin xarakterizə etdiyi vaxt və s.göstərilməlidir.
  • Qrafiklərin həcmi onların təyinatına uyğun olmalıdır. Sərgilərdə nümayiş etdirmək, mühazirələr aparmaq üçün böyük formatlı qrafiklər, elmi hesabatları işıqlandırmaq, kitab və məqalələrdə vermək üçün isə kiçik formatlı qrafiklər tərtib edilməlidir.

Yüklə 165,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin