Fiqurlu diaqramlar. Xətti diaqramların xüsusi bir növü də fiqurlu diaqramlardır. İctimai hadisələri daha əyani şəkildə xarakterizə etmək üçün həmin hadisələrə uyğun gələn fiqurlardan istifadə edilir. Bu zaman ölçü vahidi kimi şərti fiqurlar tətbiq olunur. Belə ki, diaqram vasitəsilə yük dövriyyəsinin artmasını xarakterizə etmək üçün şərti fiqur kimi yük vaqonları, süd istehsalının dəyişilməsini süd bidonları, yun istehsalının inkişafını xarakterizə etmək üçün şərti fiqur kimi qoyun götürülür və s. Bu o deməkdir ki, şərti olaraq 100 mln ton-km yük dövriyyəsini bir vaqona bərabər götürsək, onda 500 mln.ton-km yük dövriyyəsini təsvir etmək üçün 5 yük vaqonunun şəklini çəkmək lazımdır. Fiqurlu diaqramın qurulmasını Azərbaycan Respublikasının ümumi istifadədə olan dəmir yol nəqliyyatı ilə yük daşınması misalında izah edək. Həmin 104 nəqliyyat üzrə 1995 – ci ildə 9038 min ton, 2000-ci ildə 15876 min ton, 2001-ci ildə 15390 min ton, 2002- ci ildə 17464 min ton yük daşınmışdır

Kvadrat və dairəvi diaqramlar. Kvadrat və dairəvi diaqramlar müstəvi diaqramların mühüm növləri hesab olunur. Sosial – iqtisadi hadisələrin əlamətlərinin qiymətləri bir – birlərindən ciddi surətdə fərqləndikdə onları sütunlu diaqramla təsvir etmək əlverişli olmur. Belə halda kvadrat və dairəvi diaqramlardan istifadə etmək məsləhət görülür. Kvadrat və dairəvi diaqramlar həm sosial-iqtisadi hadisələrin vaxt etibarilə dəyişilməsini xarakterizə etmək, həm də eyni dövrə və ya vaxt anına aid olan kəmiyyətləri müqayisə etmək üçün istifadə edilir.