Qrafiklərin növləri. Statistika məlumatının təsviri üçün istifadə edilən qrafikləri iki qrupa - diaqramlara və statistika xəritələrinə ayırmaq olar. Qrafiklərin ən geniş yayılmış növü diaqramlardır. Statistika məlumatının həndəsi fiqurlar sisteminin köməyi ilə təsvirinə diaqram deyilir. Diaqramlar: a) statistika göstəricilərinin müqayisəsi diaqramına, b) quruluş və quruluş dəyişikliyi diaqramına; c) dinamika diaqramına; ç) tapşırığın yerinə yetirilməsi qrafikinə; d) variasiya sıraları qrafikinə; e) əlaqə qrafikinə ayrılır. Diaqramları qurmaq üçün ən çox həndəsi fiqurlardan və xətlərdən istifadə edilir.

Statistika xəritələri hadisənin ərazi üzrə yerləşməsini göstərir. Statistika xəritələrinin ən geniş yayılmış növlərindən kartoqramları və kartodiaqramları göstərmək olar. Kartoqramla statistika məlumatı, məsələn, əhalinin sıxlığı haqqında məlumat coğrafi xəritədə rəngləmək və yaxud ştrixləməklə təsvir edilir. Yüksək sıxlığa malik olan rayon, ölkə daha tünd rənglənir. Statistika məlumatı coğrafi xəritə və ya tor üzərində şərti işarələr əsasında həndəsi fiqurlarla təsvir edilərsə, buna kartodiaqram deyilir.
5.Statistika məlumatının qrafiklərlə təsvirinin əsas növləri.
Sütunlu (lentvari) diaqramlar. Sütunlu diaqramlar qrafiklə təsvirin ən sadə, ən əyani formasıdır. Ona görə də təcrübədə sosial-iqtisadi hadisələri bir-biri ilə müqayisə etmək üçün hadisənin vaxt etibari ilə dəyişilməsini və quruluşunu xarakterizə etmək üçün sütunlu diaqramlardan geniş surətdə istifadə olunur.
Sütunlu diaqramları qurmaq üçün düzbucaqlı koordinat sistemindən istifadə edilir. Şkalalar absis və ordinat oxları üzərinə köçürülür. Adətən məkan və dövrlər absis oxunda, müəyyən miqyas əsasında hadisələrin vaxt hesabi ilə dəyişilməsini xarakterizə edən kəmiyyət göstəriciləri isə ordinat oxunda yerləşdirilir. Koordinat oxlarında statistika məlumatı eyni enlikdə olan düzbucaqlı sütunlar vasitəsilə təsvir edilir. Düzbucaqlı sütunlar şaquli şəkildə yerləşərsə sütunlu diaqram, üfüqi şəkildə yerləşərsə lentvari diaqram adlanır. Diaqram Azərbaqcan Respublikasında son illərdə tərəvəz istehsalının sürətlə artdığını əyani surətdə göstərir. Sütunlu diaqramda eyni vaxtda bir neçə göstəricini təsvir etmək mümkündür. Sütunlu diaqramlar vasitəsilə eyni zamanda sosial-iqtisadi hadisələrin həm quruluşunu, həm də dinamikasını öyrənmək olar. Bunun üçün Azərbaycan Respublikasında şəhər və kənd əhalisinin xüsusi çəkisinin dəyişilməsi haqqında aşağıda verilən məlumatdan istifadə etmək olar.