İxtisas: İqtisadiyyat Kurs: III fənn: Statistika Fənn Müəllimi


Statistikada qrafik təsvir vasitələri



Yüklə 165,88 Kb.
səhifə4/8
tarix23.05.2022
ölçüsü165,88 Kb.
#59123
növüReferat
1   2   3   4   5   6   7   8
SONGÜL slayt

4.Statistikada qrafik təsvir vasitələri.

  • İqtisadi-statistik tədqiqatlarda qrafiklər xüsusi rol oynayır. Qrafiklərin köməyi ilə sosial-iqtisadi hadisələrin inkişafındakı qanunauyğunluqları asanlıqla aşkar etmək və onları əyani şəkildə təsvir etmək mümkün olur. Statistika məlumatının başa düşülə biləcək şəkildə əhaliyə çatdırılmasında da qrafiklərin rolu böyükdür. Qrafiklərin çox böyük əyanilik xarakteri vardır. Onlar qüvvətli təbliğat – təşviqat vasitəsidir. Qrafikləri qurmaqda məqsəd statistika məlumatını geniş xalq kütləsi üçün əyani, başa düşüləcək şəkildə təsvir etməkdən və statistika məlumatını ümumiləşdirməkdən, öyrənilən hadisə üçün xarakterik olan əlaqə və nisbətləri aydınlaşdırmaqdan ibarətdir.
  • Statistika cədvəlləri kimi, qrafiklər də statistika materiallarının sistemləşdirilməsində mühüm vasitə hesab olunur. Qrafiklər statistika cədvəllərində verilmiş və statistika müşahidəsinin nəticələrinin mənasını düzgün başa düşməkdə xüsusi əhəmiyyətə malikdir. Statistika qrafiklərindən: 1) vaxt etibarilə hadisənin inkişafını xarakterizə etmək; 2) tapşırıqların yerinə yetirilmə dərəcəsini göstərmək; 3) müxtəlif obyektləri bir-birilə müqayisə etmək ; 4) öyrənilən statistika məcmuyunun tərkibini, quruluşunu və quruluş dəyişikliklərini xarakterizə etmək, 5) sosialiqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqələri öyrənmək, 6) bu və ya digər hadisənin məkanca paylanmasını göstərmək üçün istifadə edilir.

Qrafiklərin əsas elementləri. Statistika qrafiklərinin elementləri aşağıdakılardır. 1) Qrafik sahəsi. Qrafik sahəsi müəyyən həcmə, nisbətə malik olan işarələrin yerləşdiyi sahədir; 2) Həndəsi işarələr. Bunlar qrafikdə təsvir olunan nöqtələr, xətlər, dairələr, sektorlar, fiqurlardır. Onların köməyi ilə statistika məlumatı qrafikdə təsvir edilir; 3) Sahə orientasiyaları. Bunlar qrafik sahəsində həndəsi işarələrin yerləşdirilməsini müəyyən edir. Bu orientasiyalar qəbul sdilmiş koordinat sistemlərindən asılıdır; 4) Miqyas orientasiyaları. Bunlar həndəsi fiqurların kəmiyyətini əks etdirir; 5) Qrafikin izahı. Bu qrafikin məzmununun sözlə izah edilməsi və həndəsi işarəsinin hər birinin mahiyyətinin, mənasının göstərilməsi deməkdir.

  • Qrafiklərin əsas elementləri. Statistika qrafiklərinin elementləri aşağıdakılardır. 1) Qrafik sahəsi. Qrafik sahəsi müəyyən həcmə, nisbətə malik olan işarələrin yerləşdiyi sahədir; 2) Həndəsi işarələr. Bunlar qrafikdə təsvir olunan nöqtələr, xətlər, dairələr, sektorlar, fiqurlardır. Onların köməyi ilə statistika məlumatı qrafikdə təsvir edilir; 3) Sahə orientasiyaları. Bunlar qrafik sahəsində həndəsi işarələrin yerləşdirilməsini müəyyən edir. Bu orientasiyalar qəbul sdilmiş koordinat sistemlərindən asılıdır; 4) Miqyas orientasiyaları. Bunlar həndəsi fiqurların kəmiyyətini əks etdirir; 5) Qrafikin izahı. Bu qrafikin məzmununun sözlə izah edilməsi və həndəsi işarəsinin hər birinin mahiyyətinin, mənasının göstərilməsi deməkdir.

Yüklə 165,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin