Kvadrat və dairəvi diaqramlar. Kvadrat və dairəvi diaqramlar müstəvi diaqramların mühüm növləri hesab olunur. Sosial – iqtisadi hadisələrin əlamətlərinin qiymətləri bir – birlərindən ciddi surətdə fərqləndikdə onları sütunlu diaqramla təsvir etmək əlverişli olmur. Belə halda kvadrat və dairəvi diaqramlardan istifadə etmək məsləhət görülür. Kvadrat və dairəvi diaqramlar həm sosial-iqtisadi hadisələrin vaxt etibarilə dəyişilməsini xarakterizə etmək, həm də eyni dövrə və ya vaxt anına aid olan kəmiyyətləri müqayisə etmək üçün istifadə edilir.

Sektorlu diaqram. Sektorlu diaqramlarda sosial-iqtisadi hadisələrin tərkibini, quruluşunu göstərən məlumat təsvir olunur. Təsvir edilən hadisənin tərkibinə, quruluşuna müvafiq olaraq, radiuslarla sektorlara bölünən dairə sektorlu diaqram adlanır. Sektorlu diaqramla hadisəni təsvir etmək üçün, bir qayda olaraq, sahələri 100 faizə bərabər olan dairə və ya kvadrat götürülür. Sonra, həmin dairə və ya kvadrat təsvir edilən məcmuyun ayrı-ayrı hissələrinə tənasüb olaraq sektorlara bölünür. Bunun üçün sektorların mərkəzi bucaqları tapılır və transportir vasitəsilə bölüşdürülür. Əgər hadisənin tərkib hissələri mütləq kəmiyyətlə verilərsə, onda mərkəzi bucaqları müəyyən etmək üçün 3600 – ni tama bölüb, alınan nəticəni ardıcıl olaraq tamın tərkib hissələrinin mütləq qiymətinə vurmaq lazımdır. Əgər hissə yekuna görə faizlə ifadə olunmuşdursa, o zaman 3600 –ni 100-ə bölüb, alınan nəticəni (3.6) faizlə ifadə olunan hissələrin xüsusi çəkilərinə vurmaq, yaxud hissənin xüsusi çəkisini 3600 -yə vurmaq lazımdır.