İxtisas: Sosial iş Kurs: III fənnin adı: Təşkilat və icmalarla sosial iş



Yüklə 1,36 Mb.
səhifə2/4
tarix09.09.2022
ölçüsü1,36 Mb.
#63530
1   2   3   4
ESSE teskilat ve icmalarla sosial i-

KÖNÜLLÜLÜK HƏRƏKATININ ƏSASLARI
 Azərbaycan Rеspublikasının Əmək Məcəlləsinə görə işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kоntrakt) bağlayaraq müvafiq iş yеrində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.
Bununla bеlə еlə iş yеrləri vardır ki, оrada çalışanların hеç də hamısı haqqı ödənilməklə çalışmır. Əksinə bu şəхslər təmənnasız çalışır və sərf еtdikləri əməyin müqabilində hеç bir əmək haqqı almırlar. Bеlə işçi könüllü (volunteer) adlanır.
Könüllü - təmənnasız əmək sərf еtmək yоlu ilə хеyriyyəçilik fəaliyyəti həyata kеçirən fiziki şəхsdir.Könüllülərin fəaliyyət göstərdiyi sfеralar biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. 1996-cı ildə ABŞ-da gəlirsiz sеktоrda fəaliyyət göstərən 6,3 milyоn nəfər оlmuşdur. Оnların əməyi qiymətləndirildikdə bu rəqəm yüz milyardlarla ABŞ dоlları еdir.
Azərbaycanda könüllülük fəaliyyəti ölkədə QHT-lərin
təşəkkül tapma mərhələsi ilə üst-üstə düşür. Bu baxımdan könüllülük fəaliyyəti ölkəmizdə o qədər də geniş inkişaf etməmişdir.
Bununla belə əhali tərəfi ndən formalaşan müxtəlif qeyri formal birliklərdə könüllülük fəaliyyəti olmuşdur. Müxtəlif iməcliklər, məclislərin hazırlanması və təşkili zamanı əhali arasında birbirinə təmənnasız yardımların, o cümlədən əmək sərf etməklə yardımların göstərilməsi ənənəsinin tarixi çox uzaqlara gedir.
Lakin ölkədə QHT-lərin yaranmasından sonra bu fəaliyyət artıq sistemli xarakter almağa başladı. Lakin qeyd olunduğu kimi ölkədə könüllü fəaliyyətlə məşğul olan əhalinin sayı qərb ölkələri ilə müqaisədə olduqca azdır.
Yaxın dövrlərə qədər ölkənin nоrmativ aktlarında könüllülük haqqında hеç bir müddəa yох idi və bu fəaliyyəti tənzimləyən hər hansı qanun da mövcud deyildir.
Lakin ölkədə fəaliyyət göstərən bir sıra vətəndaş cəmiyyəti qurumlarının səyləri nəticəsində 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul olunmuş və Ölkə Prezidenti tərəfindən imzalanmış “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunu bu fəaliyyətin hüquqi əsaslarını yaratdı.
Qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir.
Qanunun 2-ci maddəsinə görə, “Könüllü fəaliyyət —
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə
bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.”
Qanun müəyyən edir ki, “Əvəzi ödənilməyən fəaliyyət-əmək haqqı ödənilməyən fəaliyyətdir”.
Könüllü fəaliyyətin təşkilatçılarının dairəsi qanunvericiliklə aşağıdakı şəkildə müəyyən olunmuşdur:
“Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin
təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə
orqanları və qeyri-hökumət təşkilatlarıdır”.
Göründüyü kimi biznes maraqları güdən təşkilatlar könüllü fəaliyyətin təşkilatçısı qismində çıxış edə bilməzlər. Qanun Könüllü fəaliyyətin əsas istiqamətlərini də müəyyən etmişdir. Qanunun 3-cü maddəsinə görə könüllü fəaliyyətin əsas istiqamətləri aşağıdakılardır:
əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
insanpərvərliyin və dözümlülüyün təbliği;
istehlakçıların hüquqlarının qorunması
hüquqi və mədəni maarifləndirmə;
uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
idmanın inkişafı;
xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
sağlam həyat tərzinin təbliği;
ətraf mühitin mühafizəsi;
tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;
cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə kömək edilməsi;

  • Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Qanun həmçinin könüllü fəaliyyətin iştirakçılarının dairəsini, təşkilatçıların və könüllülərin hüquq və vəzifələrini müəyyən edir.
Könüllü fəaliyyət haqqında Qanun qəbul edilənədək könüllü ilə könüllünü əmək fəaliyyətinə cəlb edən təşkilatçı arasında münasibətlərin hüquqi baxımdan qurulması ciddi problem idi.
Qanun bu problemi qismən aradan qaldırır. Belə ki, qanunun 9-cu maddəsi könüllü fəaliyyət münasibətlərini tənzimlənməsini müqavilə yolu ilə həyata keçirilməsini müəyyən edir. Qanunun 9-cu maddəsinə görə, “Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir”.
Müqavilədə aşağıdakıların olması zəruridir:
müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
tərəflərin hüquq və vəzifələri;
görüləcək işlər və göstəriləcək xidmətlər;
müqavilənin müddəti;
tərəflərin məsuliyyəti;
müqaviləyə xitam verilməsi qaydası.
Qanuna görə könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə bu Qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də nəzərdə tutula bilər.
Müqavilədə Qanuna zidd olmayan digər müddəalar, o cümlədən könüllü fəaliyyəti həyata keçirərkən üçüncü şəxslərə
vurulmuş zərərin ödənilməsi qaydası, müqaviləyə xitam verilməsi, müqavilənin müddəti, qüvvəyə minmə vaxtı və qaydaları və s. nəzərdə tutula bilər.

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin