Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə14/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Plan:

  • Cingiltili samitlərin tələffüzü

  • Kar samitlərin tələffüzü

  • b,v,q,d,z,c cingiltili samitləri ilə bitən çoxhecalı sözlər ayrılıqda tələffüz olunduqda və bunlardan sonra samitlə başlanan şəkilçi və ya söz gəldikcə həmin sözlərin sonundakı cingiltili samitlər müəyyən dərəcədə karlaşır. Məs; kita[b], kita[b]rəfi, bulu[d]suz, bulu[d] dağıldı. Çəki[c], Ara[z]da, Ara[z] sahili, uşa[q], uşa[q]lar, uşa[q] bağçası, əhən[g], əhən[g]siz, əhən[g] torbası.

  • Az bir miqdar çoxhecalı sözün sonunda işlənən b səsi karlaşaraq p kimi tələffüz edilir.

  • Alınma sözlərdə t samitindən əvvəl gələn v samiti karlaşaraq f kimi tələffüz olunur. Məsələn; avtomat-a[f]tomat, avtobus-a[ft]obus, avtomobil-a[f]tomobil

  • Söz ortasında kar samitdən əvvəl gələn q səsi kar tələffüz olunur. Məsələn; nöqtə-nö[k]tə, nöqsan-nö[k]san, məqsəd-mə[k]səd və s.

  • Q samiti bəzi çoxhecalı alınma sözlərin sonunda karlaşaraq k samiti kimi tələffüz olunur. Məsələn; filoloq-filolo[k], reyxtaq-reyxta[k]

  • Söz ortasında gələn qoşa q samitindən birincisi karlaşaraq k şəklində tələffüz olunur. Məsələn; saqqal-sa[k]qal, şaqqa-şa[k]qa, doqquz-do[k]quz və s.


Kar samitlərin tələffüzü

  • Sözlərdə kar samitdən sonra gələn t səsi cingiltiləşərək tələffüz olunur. Məsələn; dəf[t]ər, xəs[t]ə, məf[t]il, iş[t]irak, tax[t]a, ix[t]iyar və s.

  • Söz ortasında qoşa işlənən t samitinin ikincisi cingiltili tələffüz olunur. Məs; əlbət[d]ə, hət[d]a və s.

  • Sözlərdə kar samitdən sonra gələn k səsi cingiltili tələffüz edilir. Məs; təş[k]il, seç[k]i, kəs[k]in və s.

  • Alınma sözlərin bir qismində işlənən k samiti cingiltili tələffüz edilir. Məs; sək[k]iz, təşək[k]ül və s.

  • Alınma sözlərin bir qismində işlənən k samiti özündən sonra incə sait gəldikdə ke kimi tələffüz olunur. Məs; an[k]et, pa[k]et, ja[k]et və s. həmin samitdən sonra qalın sait gəldikdə k dilarxası və kar vəziyyətdə deyilir. Məs; remar[k]a, mi[k]rob. Bu qəbildən olan sözlərdə k əvəzinə q və ya x işlətmək; qran-kran, qlub-klub tələffüz qüsuruna yol vermək deməkdir.

  • K samiti ilə bitən sözlərdən sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə həmin səs y samitinin kar qarşılığı ilə k deyilir. Məs; inə[k]lər-inə[k]lər, inə[k] yağı-inə[k]yağı.

  • Ortasında qoşa p samiti işlənən sözlərdə ikinci p cingiltili tələffüz edilir. Məs; ağap[p]aq, hop[p]anmaq, tap[p]ıltı və s.

  • P kar samitlə yanaşı gəldikdə cingiltiləşərək tələffüz olunur. Məs; res[p]ublika, eks[p]ert, as[p]irant.


Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin