Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları


Alınma sözlərdə o saitinin tələffüzü



Yüklə 335 Kb.
səhifə13/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Alınma sözlərdə o saitinin tələffüzü

  • Alınma beynəlxalq terminlərin bir qismində vurğulu hecadakı o bir qədər uzadılaraq tələffüz olunur. Məs; ur[o]loq, xr[o]nika, morfol[o]giya, fil[o]loq və s.

  • Alınma sözlərin böyük bir qrupunda vurğulu hecada rus dilinin orfoepik qaydasına uyğun olaraq o saiti əvəzlənərək tələffüz edilir.

Bəzi alınmaların deyilişində bu qayda istisna edilir. Başqa sözlə, həmin sözlərdə o vurğudan əvvəlki hecada öz məxrəcində tələffüz olunur. Bu hal daha çox Avropa mənşəli xüsusi isimlərin tələffüzündə özünü göstərir. Məs; ş[o]pen, M[o]passan, S[o]krat, oktyabr, noyabr, roman, folklore, okean kimi bir sıra sözlərdə də o vurğudan asılı olmayaraq yazıldığı kimi, tələffüz edilir. Bu qaydalara riayət edilməyərək sözlərdə o saiti öz məxrəcinə uyğun şəkildə tələffüz olunur. Məs; morfologiya ( m[a]rf [a]logiya) orfoqrafiya ([a]rf[a]qrafiya), dekorativ (dek[a]rativ), intonasiya (int[a]nasiya). O hərfinin xarakter məqamdakı səs mənasını bilməməyin nəticəsidir ki, şagirdlər bəzən yazıda əksinə bu qəbildən olan digər sözləri deyildiyi kimi yazaraq orfoqrafik səhvə yol verirlər.

  • Dilimizdə o saiti qoşalığı olan bir neçə söz işlənir; zoologiya, zooloq, zoopark, zootexnik, koordinasiya, mikroorqanizm və s. bu sözlər aşağıdakı kimi

Yazılır tələffüz edilir
Sosialist sos[ya]list
Material mater[ya]l
Artezian artez[ya] n və s.

  • ua, üə sait qoşalığı olan sözlərdə ü saiti atılır, birləşmələrdəki a və ə saitləri uzadılaraq tələffüz edilir.

Yazılır; deyilir;
Müasir m[a]sir
Müəllim m[ə]llim


  • Ixtisas: TSPX

  • Kurs: II

  • Fənn: Orfoqrafiya və orfoepiynın əsasları

  • Mövzu: 10. Samitlərin tələffüzü

  • Ədəbiyyat siyahısı:

1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
Əlavə:
1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.

Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin