Ədəbi tələffüz üzrə çalışmalar.
Ədəbi tələffüzz təlimində çalışmaların rolu böyükdür. Bu çalışmalar üzərində işləməklə şagirdlər normativ tələffüz və intonasiyaya dair aldıqları nəzəri bilikləri konkret dil faktları üzərində tətbiq edir, müxtəlif müqayisələr və ümumiləşdirmələr aparılır, müəyyən əqli nəticələrə gəlirlər.
Ədəbi tələffüzü mənimsətmək üçün tətbiq edilən çalışmalar aparılma məqsədinə görə 3 qrupa bölünür.
Bu cür çalışma növündə şagirdlərin qarşısına müxtəlif tələblər qoyulur.” Yazılışla tələffüz arasındakı fərqi izah edin”. Sözlərin yazılışı ilə düzgün tələffüzü arasındaı fərqi nədə görürsünüz? “Hərfləri səslərindən çox olan sözləri müəyyənləşdirin”. Cümlədə durğu işarələri ilə fasilənin arasındakı uyğunsuzluğu göstərin. Belə çalışmalardan nümunələr göstərək.
Çalışma. Çovğun, dovşan, növbə, novruz, lövbər, sovqat, kövrək, dözlət sözlərini əvvəlcə yazıldığı kimi, sonra isə düzgün tələffüz qaydasına uyğun şəkildə oxuyun. Onların orfoqrafiyası ilə orfoepiyası arasındakı fərqi göstərin.
Çalışma. Yazılışı düzgün tələffüzdən fərqli olan sözləri orfoepik qaydad oxuyub qruplaşdırın. Rəis, operetta, müəllim, akkordeon, prospekt, barrikada, komissiya, mozaika, mübtəda, respublika, tralleybus, morfologiya, faiz, fonetika, attestat, xokkey, gonbul, əgər, məgər, əcnəbi, qorxunc, asfalt, usta, mütəkkə, rejissor, şikəst, manifest, təklif, güzəşt, reçept.
Səslərlə hərflərin sayı eyni olan sözlər;
Səsləri hərflərdən çox olan sözlər;
Səsləri hərflərdən az olan sözlər;
Çalışma. Sözləri köçürün və sonra ədəbi tələffüz qaydasında oxuyun. Qoşasamitli sözlərdən hansının bir, hansının II ilə deyilməli olduğunu müəyyənləşdirin.
Lissabon, hissə, assistent, komissiya, sessiya, qəssab, dissertasiya, massiv, kassa, kasset, kassir, komissiya, rejissor, Odessa, passiv, Ussuri.
Belə çalışmalar şagirdlərin nitqindəə qüsurlu tələffüz olunan sözlərin düzgün tələffüzünü mənimsətmək məqsədilə daha çox tətbiq edilməlidir.
Çalışma. Aşağıdakı sözləri əlifba sırası ilə yazın və sonra ədəbi tələffüz əsasında oxuyun. Antonim, orfoepiya, relyef, sessiya, leksika, Şamo, kosmonavt, Moskva, Elburus, Neva.
Ədəbi tələffüzlə şivə və adi danışıq dili tələffüz arasındakı fərqin göstərilməsində də orfoepik çalışmalardan geniş surətdə istifadə olunur.
Müəllim hər hansı bir fonetik hadisəni keçərkən həmin hadisə ilə əlaqədar şagirdlərin nitqində tələffüz qüsurunun olub-olmadığını müəyyənləşdirməli, əgər belə bir qüsur varsa, onun aradan qaldırılması üçün digər tədbirlərlə yanaşı, çalışmalardan da istifadə etməlidir.
Çalışma. Eniş-əniş, məşq-meşq, şəkil-şikil-şekil, xalça-xəlçə, abunə-əbunə, aslan-əslən kimi tələffüz şəkillərindən hansı düzgün sayılır?
Çalışma. Verilmiş sözlərin hansı tələffüz şəkli düzgün sayılır.
Ümid-umud, avam-əvam, sabun-sabın, bırın-burun, mazıt-mazut, bəxşiş-baxşış.
|