Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə22/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   ...   14   15   16   17   18   19   20   21   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Ixtisas: TSPX

  • Kurs: II

  • Fənn: Orfoqrafiya və orfoepiynın əsasları

  • Mövzu: 15.Ədəbi tələffüzün pozulma mənbələri

  • Ədəbiyyat siyahısı:

    1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
    2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
    3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
    4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
    Əlavə:
    1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
    2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
    3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
    Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
    .
    Plan:

    • Mənbələrdən düzgün istifadə haqqında

    • Şivələr

    • Əcnəbi dillər

    • Orfoepik normaların sabitləşməsi, ümumiləşməsi, onun mənbələri, əsasları və vasitələri ilə üzvi surətdə bağlıdır.

    Məhz bu baxımdan Azərbaycan ədəbi dilinin orfoepik normalarının müəyyənləşdirilməsində istifadə olunan mənbələr eyni zamanda da ədəbi tələffüzün pozulmasına təsir edən mənbələrdən sayılır. Buna görə də ədəbi tələffüz normalarını öyrənərkən onun sabitləşməsinə, mənimsənilməsinə mane olan mənbə və səbəbləri bilmək, nəzərə almaq zəruridir.

    • Şivələr. Azərbaycan danışıq dili şivələrdən ibarətidir və bu şivələrdə həm fonetik, qrammatik cəhətdən, həm də lüğət tərkibi baxımından ümumxalq dili əsasında formalaşmış ədəbi dildən fərqli bir sıra xüsusiyyətlər vardır.

    Azərbaycan şivələrinin bir qismində Quba, bakı, şamaxı, Salyan şivələrində müəyyən sözlərdə, şəkilçilərdə dodaq saitliyi, dodaqlanma və dodaq ahəngi həmin şivələrin əlamətdar xüsusiyyətlərindəndir. Buna görə də həmin şivələrdə danışmağa vərdiş etmiş şəxslər hətta orfoepik normalara müvafiq surətdə danışarkən hova, zuğal və s. kimi şivə xüsusiyyətlərinə yol verirlər.
    Şivələrin əksəriyyətində sözlərin sonunda cingiltili samitlər karlaşır, lakin bununla yanaşı Bakı, Quba şivələrində söz sonunda olan cingiltili samitlər nəinki karlaşır, hətta bir sıra kar samitlər cingiltiləşir: çarığ, yarpağ
    Şivələrdə nisbətən ümumiləşmiş əlamətdar cəhətlər vardır ki, bunlar ədəbi tələffüz baxımından məqbul sayılmır.
    Ədəbi tələffüzə həm müsbət, həm də mənfi təsir göstərən mənbələrdən biri yazıdır. Yazı ədəbi dilin ümumiləşməsi və sabitləşməsi baxımından çox vacib vasitədir, hətta yazıda-orfoqrafiya qaydalarında sabitlik, vahidlik olmayanda tələffüzdə də vahidlik deyil, məhz müxtəliflik olur.
    Ərəb, fars dillərindən keçən bəzi sözlərin də tələffüzündə müxtəlif variantların yaranması, güman ki, məhz yazının nəticəsidir. Yazının tələffüzüə necə təsir etdiyini və yazı ilə tələffüzün əlaqəsini aydınlaşdırmaq üçün bu nümunələr ilə kifayətlənmək olar. Buradan isə belə nəticəyə gələ bilərik ki, orfoqrafiyada vahidlik olmayanda, tələffüzdə vahidlik pozulduğu kimi, yazılışı düzgün oxumayanda da onu düzgün tələffüz etmək olmaz.
    Lakin bu heç də o demək deyil ki, orfoepiya ilə orfoqrafiya eyniyyət təşkil edir. Yazı ilə tələffüz arasında ortaq cəhətlər olduğu kimi, fərqli cəhətlər də vardır.
    Müasir Azərbaycan orfoqrafiyası ilə orfoepiyası arasında ciddi fərqlər çox azdır, artıq cəhətlər isə çoxdur. Bəzən yazılış və tələffüz arasındakı fərq hətta ədəbi tələffüzdə də variantların yaranmasına səbəb olur. Əlbəttə, bu və ya digər fonetik məqamdan asılı olaraq, tələffüzdə belə variantlar qanuni sayılmalıdır. Lakin variantların həddindən artıq çoxalmasına yol vermək olmaz; çünki variantların çoxalması tələffüz vahidliyinin pozulmasına, orfoepik normların pozulmasına səbəb olur.

    • Ədəbi tələffüzün pozulma mənbələrindən biri də başqa qonşu dildir. Bəzən yaşayış şəraitindən asılı olaraq, bir şəxs həm ana dilində oxuyur, yazır, danışır, həm də qonşu-ikinci dildə yazıb-oxuyur, danışır, ya da ikinci dildə ancaq danışır. Belə şərait nəticəsində isə bir sıra sözlərin, xüsusən hər iki dildə də işlədilən sözlərin tələffüzündə variantlar yaranır. Bəzən belə şəxslər bu və ya digər sözü qonşu dilin orfoepik qaydasına müvafiq tələffüz edir, bəzən isə hər iki dilə xas olan tələffüz çalarlıqlarını qarışdıraraq danışır. Əlbəttə belə vərdiş edərək danışanların tələffüzü eybəcər olur, buna görə də belə təsirə qarşı mübarizədə danışan şəxsin şüurlu münasibəti zəruridir.

    Beləliklə aydın olur ki, ədəbi tələffüz məsələsində diqqət, nəzarət və şüurlu münasibət əsas şərtlərdəndir. Müəllimlər ədəbi tələffüz baxımından düzgün, səlis danışmaqla orfoepiya normalarını aşılamalı və eyni zamanda hər yerdə düzgün tələffüzün nəzarətçiləri və təlimatçıları kimi hər cür imkandan istifadə edərək ədəbi tələffüz normalarının pozulmasına qarşı mübarizə aparmalıdırlar.
    Yüklə 335 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   14   15   16   17   18   19   20   21   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin