Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə18/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   ...   14   15   16   17   18   19   20   21   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Ixtisas: TSPX

  • Kurs: II

  • Fənn: Orfoqrafiya və orfoepiynın əsasları

  • Mövzu: 12. Qrafik şəraitdə tələffüz.

  • Ədəbiyyat siyahısı:

    1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
    2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
    3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
    4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
    Əlavə:
    1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
    2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
    3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
    Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com

    Plan:

    • Orfoqrafik əsasda düzəldilən qısaltma sözlər haqqında

    • Əsli əsasda tələffüz olunan qısaltma sözlər

    • Hecalı əsasda tələffüz olunan qısaltma sözlər

    • Hərfi əsasda tələffüz olunan qısaltma sözlər.

    • Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibində elə sözlər var ki, bunları ümumiləşmiş halda adlandırmaq olar.Belə sözlərin tələffüzündə də onların yazılması, yəni hansı hərflərlə formalaşması, yazılmış sözlərin hansı hissələrinin əsasında qurulması və yazılmış vahidlərin heca təşkil edib-etməməsi nəzərə alınır.

    Buna görə də belə sözlərin tələffüzü yazı vahidləri ilə bağlı olur və bu tələffüz qaydaları-normaları qrafik şərait əsasında müəyyənləşir.
    Qrafik əsasda formalaşmış belə sözlər son zamanlarda Azərbaycan ədəbi dilində çoxalmış və geniş dairədə yayılmışdır. Hətta belə sözlərin bir qismi ümumi danışıq dilinə keçərək çox işlək sözlərdən olmuşdur. Bu cür sözləri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, bunların hamısı eyni əsasda formalaşmış və eyni qaydada da tələffüz olunur. APİ qısaltması (yəni Azərbaycan Pedaqoji İnstitutu) adını təşkil edən sözlərin ilk səsləri əsasında düzəldilmişdir. Lakin bu qısaltmanın tələffüzündə başqa prinsipdən istifadə olunur. Belə ki, bu qısaltmanı təşkil edən hərflərdən birincisi a və sonuncu i saitləri ortadakı isə p samit səsi bildirən hərflərdir. Buna görə də belə qısaltmanı təşkil edən hərflər birləşməsi hərfi adlarla APEİ kimi deyil, heca vahidləri birləşməsindən düzələn bir söz halında APİ kimi tələffüz olunur.
    Hərflər birləşməsindən düzəldilən qısaltma sözlərin tərkibindəki hərflərdən bəzisi müxtəlif məqam və şəraitdə hərfi adı ilə deyil, fonetik bir vahid halında bir səs kimi öz məxrəcinə müvafiq halda tələffüz olunur ki, belə tələffüz sövti tələffüz adlanır.

    • Əsli əsasda tələffüz olunan qısaltma sözlər:

    • İfadəni təşkil edən sözlərin ilk hissələrinin qovuşdurulmasından düzələn qısaltma sözlər.

    • İfadəni təşkil edən sözlərdən birincisinin ilk hissəsi ilə ikinci sözün əsasnda birləşməsindən düzələn qısaltma sözlər. Azərnəşr, Azərneft və s.

    • İfadəni təşkil edən sözlərdən birincisinin ilk hissəsi ilə digər sözlərin baş hərfləri əsasında düzələn qısaltma sözlər ilk sözün ilk hissəsi: Nax.MR

    • a) Sait və samit səslərin hərfi işarələrə birləşməsindən tək heca halında formalaşması qısaltmalar təkhecalı söz kimi tələffüz olunmalıdır: BOK (Beynəlxalq Olimpia Komitəsi), TEC (Tələbə Elmi Cəmiyyəti).

    b). Sait və samit səslərin hərfi işarələri birləşməsindən iki heca halında formalaşan qısaltmalar iki hecalı söz kimi tələffüz olunmalıdıdr. ADU,ATU.
    c). Hərflər əsasında düzəldilmiş qısaltmaların sonundakı sait səsin hərfi işarəsi özündən əvvəlki samitin hərfi işarəsi ilə birgə sövti əsasda vahid bir heca kimi tələffüz olunmalıdır. AE, MDY.
    4. a) Ancaq sadə səsləri bildirən hərflərdən ibarət qısaltmalar: EA (Elmlər Akademiyası)
    b) Samitləri bildirən hərflərdən ibarət olan qısaltmalar: BMT (Birləşmiş Millətlər Təşkilatı) Bee Mte
    Belə qısaltmalarda m, n, r, l kimi sonor samitlərdən əvvəl gələn samit səsləri bildirən hərflərin aralarındakı e səsi xüsusən sərbəst üslubda qısaldılır, ya da ixtisara düşür.
    Belə qısaltmalardan qeyri-sonor samitlərdən sonra gələn axırıncı samitləri, xüsusən sərbəst üslubda hərfi əsasda yox, sövti əsasda da tələffüz etmək olar.


  • 1   ...   14   15   16   17   18   19   20   21   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin