Mövzu: 14. İfadəli oxuya verilən orfoepik tələblər.
Ədəbiyyat siyahısı:
1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
Əlavə:
1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com Plan:
İfadəli oxuda ədəbi tələffüz məsələsi
Ədəbi tələffüz üzrə çalışmalar
Ədəbiyyat:
Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı,2003
A.M.qurbanov. Müasir Azərbaycan ədəbi dili I cild. Bakı, 2003
A.Abdullayev, İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962
K.Ə.Kərimov. Kiçik yaşlı məktəblilərə düzgün tələffüz vərdişlərinin aşılamağın psixoloji xüsusiyyətləri. Bakı, 1989.
Oxunun düzgünlüyü dedikdə aşağıdakılar nəzərdə tutulur:
Sözlərin aydın, səlis tələffüzü: təhrif etmədən heca və səsləri buraxmadan, əlavə etmədən, onların yerini dəyişmədən, sözün axırını “yemədən” oxumaq;
Aşağı siniflərdə oxunun düzgünlüyü daha çox pozulur. Bəzən yaxşı oxuya bilən şagirdlər yorulduqda diqqəti mətn üzərində toplaya bilmədiklərindən səhvlərə yol verirlər. Hər iki halda əsas səbəb oxunan sözlərin obrazlarının düzgün qavranmamasıdır. Bəzən şagird sözdəki hecaların və ya hərflərin sayını azaltmaqla oxu prosesini asanlaşdırır, gəlirdi sözünü gəldi, yazılır sözünü yazır, yığdılar sözünü yığdı şəklində oxuyur. Bəzən şagirdlər sözü səslənməsinə görə oxşar sözlə əvəz edir: “Uşaqlar tarlada çiyələk yığdılar” cümləsini “Uşaqlar talada çiyələk yığdılar” şəklində fərəh sözünü fəhlə kibrit sözünü kirpi, fırtınalı sözünü fırlatdı şəklində oxuyur.
Şagirdlər savad təlimi dövründə olduğu kimi, yuxarı siniflərdə də hecalarla oxuya qaçırlar belə hallarda müəllim özü sözləri hecalarla oxumağa təhrik etməlidir ki, uşaq gümana görə , uyduraraq oxumasın. Belə uşaqlarla müntəzəm təmrinlər aparılmalı, onların hecaları və sözləri təkrar oxumalarının qarşısı alınmalıdır.
Oxunun düzgünlüyünü təmin edən birinci şərt çətinlik dərəcəsi tədricən artan mətnlərin oxunmasıdır. I sinifdə əlifbadan oxuya keçid dövründə bu, xüsusi əhəmiyyətə malikdir. İkinci şərt oxu üzrə məşqin müntəzəm, hər gün aparılmasıdır.
Oxunun düzgünlüyünə xidmət edən vasitələrdən biri də çətin ifadələrin, yanıltmacların oxunmasıdır. Yanıltmaclar nitq aparatını qaydaya salır. Yanıltmaclar fərdi və xorla, əvvəlcə yavaş-yavaş, sonra sürətlə oxunmalıdır.
Oxunun düzgünlüyünə nail olmaq üçün şagirdlərin oxusuna müəllim tərəfindən gündəlik nəzarət lazımdır. Müəllim hər bir şagirdin buraxdığı səhvin xarakterini nəzərə almaqla dərhal düzəliş verməlidir.
Oxunun düzgünlüyünə nəzarətə uşaqların özlərini də cəlb etmək lazımdır. Hər bir şagirddə gözüitilik tərbiyə olunmalı, öz oxusuna nəzarət etmək və yoldaşlarının nöqsanlarına düzəliş vermək bacarığı yaradılmalıdır. Şagirdlər öz yoldaşlarının oxularına nəzarət etmək üçün aşağıdakı cəhətlərə fikir verməlidirlər:
sözdə heca və ya hərfin buraxılıb-buraxılmaması;
sözün təhrif olunub-olunmaması;
sözdə vurğunun yerində işlənib-işlənməməsi;
sözlərin aydın tələffüz olunub-olunmamsı;
oxu zamanı tələskənliyin olunub-olunmaması;
durğu işarələrində fasiləyə əməl olunub-olunmaması;\intonasiyanın gözlənib-gözlənməməsi.
Oxu prosesinin düzgünlüyünün pozulması nitq orqanlarının nöqsanlılığından irəli gələn bəzi defektlərlə bağlı olur.
z, s, ş səslərini düzgün tələffüz edə bilməmək: məs; zal, zər əvəzinə şal, şam, şən, şəkil əvəzinə sən, sam, səkil və s.
r səsini düzgün tələffüz etməmək: rahat, qatar, keçər, nar əvəzinə lahat, keəl, qatal, nal; bir armud əvəzinə biy aymud və s.
sözlərin əvvəlində g əvəzinə d samitinin işlənməsi (gəldi-dəldi, gözəl-dözəl).
sözün əvvəlində q əvəzinə d samitinin işlənməsi (qala-dala, qoy-doy)
sözün əvvəlində y əvəzinə l samitinin işlənməsi (yumaq-lumaq, yemiş-lemiş)
sözün əvvəlində k əvəzinə t samitinin işlənməsi (kitab-titab, kələm-tələm)
Sözün əvvəlində l əvəzinə y samitinin işlənməsi ( alma-ayma, qulaq-quyaq)
Oxu dərslərində nitqi bu cəhətdən nöqsanlı şagirdlər müəllimin daimi nəzarəti altında olmalıdır. Onlara fərdi yanaşmaq, məktəbdə loqopedin köməyinə müraciət etmək və evdə müstəqil işləmələrinə istiqamət vermək lazımdır.