Ixtisas: TSPX
Kurs: II
Fənn: Orfoqrafiya və orfoepiynın əsasları
Mövzu: 13.Qrammatik şəraitdə tələffüz
Ədəbiyyat siyahısı:
1.N.Abdullayev. Ədəbi tələffüz təliminin metodikası Bakı-1966.
2.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi tələffüzü haqqında, Bakı-1969.
3.Ə.Dəmirçizadə.Müasir Azərbaycan dili, Bakı, 2007.
4.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.Bakı 2003.
Əlavə:
1.Y.Ş.Kərimov.Ana dilinin tədrisi metodikası. Bakı, 2005.
2.Şəhla Fətəliyeva. Orfoqrafiya və orfoepiyanın təlimindən praktik məşğələ (Dərs vəsaiti). Naxçıvan.2016
3.A.M.Ağalarov, S.Z.Həsənova. F.İ.Cəfərova. Ana dilindən praktik məşğələ (dərs vəsaiti). Naxçıvan. 2014.
Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Plan:
Sintaktik şəraitdə tələffüz
Morfoloji şəraitdə tələffüz
Saitlə bitən sözlərə şəkilçi bitişdirildikdə sözlərin və şəkilçilərin quruluşundan, fonetik tərkibindən asılı olaraq tələffüzdə bir sıra çalarlıqlara yol verilir.
Saitlə bitən sözə saitlə başlanan şəkilçi bitişdirildikdə, ümumi fonetik qanun üzrə əlavə edilən bitişdirici samitdən əvvəlki heca aşağıdakı çalarlıqlarda tələffüz olunur:
Çoxhecalı sözlərdə bitişdirici y-dan əvvəlki hecada olan açıq sait öz qarşılığı qapalı sait çalarlığında tələffüz olunur:
a-ı: ana – y- a – anıya və s.
ə-i: nənə - y- ə - nəniyə və s.
Bitişdirici s, y, n samiti olduqda sözlərin tələffüzündə qrammatik şəraitlə əlaqədar heç bir dəyişiklik edilmir:
-n: atanın, nənənin və s.
3. İki açıq hecadan formalaşmış və qapalı saitlə bitən III şəxsin təkinin şəkilçisi bitişdirildikdə, sözün sonundakı qapalı sait bir qədər qısaldılmış halda tələffüz olunur: bacısı: bacı – s – ı, dayısı: dayı –s –ı və s.
Saitlə bitən samitlə başlanan şəkilçi bitişdirildikdə söz lüğəvi şəraitdə olduğu kimi tələffüz olunur: atadan, dünyanın, ordudan və s.
Samitlə bitən sözə samitlə başlanan şəkilçi bitişdirildikdə yanaşı samitlər əsasən aşağıdakı çalarlarda tələffüz olunmalıdır:
Çoxhecalı sözlərin sonundakı b, d, g, c samitləri
b- kitabda, mürəkkəbli, corabsız və s.
d- azadlıq, buludlu və s.
g- ahəngdar, çələngdir və s.
c- ağacsız, turaclar və s.
Tək hecalı sözlərin axırındakı sonorlardan eləcə də y-dan sonra yanaşı gələn d, c, g, b samitləri
d- kəndli
c gənclik
g- rəngsiz
b- hərbçi
İki və daha artıq alınma sözlərin sonundakı (tiv) morfemində olan v karlaşmış halda tələffüz olunur: aktiv- aktivlik, obyektiv-obyektivlik və s.
Bəzi alınma sözlərin sonundakı q samiti: q; maraq- maraqlı, dəqiq-dəqiqlik və s.
Kar samitlə başlanan sözə şəkilçi bitişdirildikdə sözlərin sonundakı z samit z- dənizçilər və s.
Şəkilçi bitişdirilən sözlərin tələffüzü təkcə söz kökünün son səsinin deyil, həm də bir neçə şəkilçi bitişdirilmiş sözlərdən əvvəlki şəkilçilərin son səsini də əhatə edir.
a) İsmin çıxışlıq hal şəkilçisi –dan-dən sonu m, n samitləri ilə bitən sözlərə bitişdirildikdə xüsusən sərbəst üslubda –nan-nən fonetik tərkibində tələffüz olunur:
b). İkinci şəxs cəm bildirən xəbər şəkilçisi –sınız-sız ancaq iki variantda işlənir.
Variantda sınız4 şəkilçinin tərkibində olan n samiti ilə ətrafındakı saitlər birləşməsini azacıq uzadılmış çalarlıqda tələffüz etməli: alırsınız-alarsınız və s.
Variantda sız4 əsasən sərbəst üslubda istifadə olunur, həm də şəkilçinin sonundakı 2 samiti karlaşmış çalarlıqla tələffüz olunur: deyirsiz, gülürsüz və s.
Fellərdə gələcək zaman şəkilçisinə I şəxs tək və cəm şəkilçiləri bitişdirildikdə gələcək zaman şəkilçisinin sonundakı q –k samitləri ixtisara düşür, bəzən yaxın məxrəcli bir səs ilə əvəzlənir.
II şəxsin tək və cəmini bildirən nisbət şəkilçilərindəki n samiti sağır n çalarlığında tələffüz olunmalıdır: cəmin, atan-atan
Tək samitlə bitən çoxhecalı sözlərin sonunda bitişdirilmiş nisbət şəkilçilərindən sonra saitlə başlanan şəkilçi bitişdirildikdə nisbət şəkilçiləri aşağıdakı çalarlıqlarda tələffüz olunur.
I şəxsin tək və cəmini bildirn nisbət şəkilçilərinin baş saiti qısa tələffüz olunmalıdır: qardaşıma, kitabımı və s.
II şəxsin təkini bildirən nisbət şəkilçilərinin başındakı sait qısaldılmış halda, sonunda n samitinə bitişən şəkilçinin başlanğıcı isə n samiti ilə qovuşdurularaq sonorlu burun saiti çalarlığında tələffüz olunur:sənin qardaşına-qardaşına.
II şəxsin cəmini bildirən nisbət şəkilçisinin baş saiti və ondan sonra yanaşı gələn n samiti adi halda n samitindən sonrakı yanaşı sait isə son dərəcə qısaldılmış halda tələffüz olunur: sizin kitabınız-ı, kitabını-zı
III şəxsin tək və cəmini bildirən nisbət şəkilçiləri və ona bitişdirilən, saitlə başlanan şəkilçilər adi halda tələffüz olunur: onun yoldaşına və s.
Sözə nəqli keçmiş zaman şəkilçisindən sonra II şəxs xəbər şəkilçisi bitişdirildikdə keçmiş zaman şəkilçisinin sonundakı ş samitini ixtisara salmaq və tələffüz etməmək, hər iki üslub üçün normal sayılır: atmasan-atmısan
İndiki zamanın inkarını ifadə etmək üçün inkar şəkilçisinin saitsiz variantı hər iki üslub üçün normal sayılır: al-ın-ır, gə-li-nir və s.
İnkarlıq bildirən –ma-mə şəkilçisinə gələcək zaman, nisbi keçmiş zaman, arzu və əmr formasının şəkilçiləri bitişdirildikdə -ma –mə şəkilçisi sözlərin tərkibindəki saitlərə müvafiq olaraq müxtəlif qapalı saitlərlə tələffüz olunur: alamayacaq-almıyacaq və s.
Samitlə bitən sözə saitlə başlanan söz yanaşıldıqda yanaşı olan samit- sait, xüsusən sərbəst üslubda, bir heca vahidləri kimi bitişdirilir.
Lüğəvi şəraitdə dəyişdirilmədən tələffüz olunan hər bir samit bu məqamda da öz məxrəcinə müvafiq tələffüz edilir. Top atmaq, stol arxası-stol ar xası, düz otur – düzotur.
Lüğəvi şəraitdə sözlərin sonunda karlaşmış halda tələffüz edilən b, q, d, c, z belə tərkiblərdə əslində uyğun, yəni cingiltili halda tələffüz edilir: kitab aldım-kitabaldım
Tərkibində I tərəfində olan çoxhecalı sözlərin sonundakı lüğəvi şəraitdə x1 çalarlığında tələffüz edilən k belə məqamda y çalarlığında , lüğəvi şəraitdə x çalarlığında tələffüz edilən q isə belə məqamda ğ kimi tələffüz olunur: döşək ağı-döşəyağı və s.
Tərkiblərinin birinci tərəflərində ilə, üçün, imiş, idi, isə qoşmaları olduqda məqamına görə bu qoşmalar lə, çün, mış, di, sə şəkilçiləri halında da tələffüz etmək olar: Könül ilə- Könüllə və s.
Tərkibinin I tərəfində yanaşı samitlə bitən sözlərin lüğəvi şəraitdə ixtisara düşən sonuncu samiti belə tərkiblərin tələffüzündə bərpa olunur: dost olmaq-dosolmaq və s.
Əgər tərkiblərin tərəflərindən biri köməkçi sözdürsə və ya tərəflər əsas vurğulu mürəkkəb sözün hissələrindən ibarətdirsə, belə tərkiblərin tərəfləri qovuşuq halda tələffüz edilir: hər kəs, heçkim, onbaşı, uzunboğaz, əlbir və s.
|