U saiti.
Ahəng qanununa tabe olmayan ərəb və fars mənşəli sözlərdə; xüs[u]si, üm[u]mi, n[u]rani, sən[u]bər, Füz[u]li və s.
Ə saiti.
Özündən sonra apastrof işarəsi qoyulan ərəb və fars mənşəli sözlərdə; d[ə]vət, b[ə]zən, m[ə]na, m[ə]dən və s.
ərəbcədən keçib qoşa ə ilə yazılan sözlərdə; t[ə]ccüb, t[ə]ssüf, mətb[ə] və s.
Ö saiti.
Apastrofla yazılan ərəb mənşəli sözlərdə; m[ö]təbər, ş[ö]lə, m[ö]tərizə və s.
E saiti.
Yazıda özündən sonra apastrof işarəsi qoyulan sözlərdə; m[e]mar, [e]tiraf, [e]dam və s.
Vurğulu hecadan gələn Avropa mənşəli sözlər; [e]ra, [e]pos, [e]tika, L[e]na, m[e]bel və s.
İ saiti
Söz önündə gələn bi ön şəkilçisində b[i]savad, b[i]xəbər, b[i]çarə, b[i]əlac və s.
Bəzi ərəb və fars mənşəli sözlərdə; əq[i]də, n[i]zə, həq[i]qət,mər[i]fət, vəs[i]qə, nət [i]cə və s.
Sözlərdə müxtəlif qoşa saitlərin və alınmalarda o saitin tələffüzü
Dilimizdəki alınma sözlərin müəyyən bir qismində iki müxtəlif sait yanaşı işlənir. Həmin sözlərin əvvəlində, ortasında və axırında müxtəlif saitlərin aşağıdakı birləşmələrinə təsadüf olunur.
ae- aeradrom, aeroport, aepoklub, aeroplan və s.
aə- itaət, qənaət, şücaət və s.
ai- ailə, aid, dair, dairə, Nailə, şair, xain və s.
ao- aorta, kakao və s.
au- kauçuk, pauza, nokaut, raunt, auditoriya, fauna, laureant və s.
ia-sosial, imperial, artezian, biabır, radiasiya, potensial, diabet, material, olimpiada, dipoziativ, material və s.
io- stasionar, radio, pioner, komission, biologiya, istiot, internsçional, pansionat, attraksion, aksiom, legion və s.
iu- radius, radium, ssenarius, simpozium, kollegium, akvarium və s.
ea- teatr, real, reaksiya, reaktiv, laureat və s.
eo- teorem, feodal, leopard, arxeoloq, neologizm və s.
ei- ateist, kodein, kofein və s.
oe- poema, poeziya, poetika, orfoepiya və s.
ue- duel, duet, suluet və s.
ua- aktual, Nikaraqua, situasiya, memuar və s.
üa- müasir, müaiyinə, müavin və s.
üə- müəllim, müəssisə, müəyyən və s.
Sait qoşalığı olan bu sözlər dilimizdə aşağıdakı çalarlıqda tələffüz olunur:
Ae, ai, ua, io, iu, ei, oe, ue, eo qoşalıqlı sözlərin tələffüzündə bu saitlər arasında bir y samiti artırılır.
Yazılır; ailə, aeroklub, simpozium, ateist, poema, siluet və s.
Deyilir; [ayi]lə, [aye]roklub, simpoz[uyu]m, at[eyi]st, p[oye]ma, sil[uye]t
Ea və eo sait birləşməli sözlərdə həmin qoşalıqların birinci saiti (e saiti) i ilə əvəzlənir və qoşalıq iya, iyo çalarlığında tələffüz olunur.
Yazılır: Oxunur (tələffüz olunur)
Teatr t[iya]tr
Okean ok[iya]n
Realizm r[iya]lizm
Feodal f[iya]dal
Frazeologiya fraz[iyo]logiya
Teorem t[iyo]rem
aə, ao, au, ua kimi qoşalığı olan sözlərdə həmin saitlər, əsasən yazıldığı kimi tələffüz olunur.
ia sait qoşalığı olan sözlərdə əvvəlinci sait artılır, sonrakı sait y səsi ilə birlikdə tələffüz olunur.
Dostları ilə paylaş: |