Ixtisas: tspx kurs: II fənn: Orfoqrafiya və orfoepiynın əsasları



Yüklə 335 Kb.
səhifə8/22
tarix20.06.2023
ölçüsü335 Kb.
#132986
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
Orfoqrafiya-və-Orfoepiyanın-əsasları-TSPX-2-kurs

Sözlərin bitişik yazılması. Bir vurğu və bir mənaya malik olub, tamamilə bir leksik vahidə çevrilmiş mürəkkəb sözlər bitişik yazılır. Məs: Ağdaş, Qarabağ Azərbaycan dilində bitişik yazılan mürəkkəb sözlərin formaları çox rəngarəngdir. Sözlərin bitişik yazılması mürəkkəb leksik vahidlərin sabitləşdiyini göstərir və bunun daha da möhkəmlənməsinə xidmət edir. Mürəkkəb sözlərin bitişik yazılmasına riayət edilmədikdə bəzən məna təhrif olunur.

  • Sözlərin yarımbitişik və defislə yazılması. Dildə tamamilə bir mürəkkəb leksik vahidə çevrilməyən sözlər defislə yazılır. Məs: əmin-amanlıq, gediş-gəliş. Yarımbitişik yazılan sözlər çox müxtəlif komponentlərdir. Bu cəhəti aşağıdakı misallada aydın görmək olar. Məs: ordan-burdan, cənub-şərq, dinmək-söyləmək.

  • Sözlərin ayrı yazılması. Sözlərin ayrı yazılması həm əsas nitq hissələrinə, həm də köməkçi sözlərə aid ola bilər. Məs: zərflərdən birə beş; köməkçi nitq hissələrindən belə ki, demək ki, yoxsa ki bağlayıcıları və s. ayrı yazılır.

    Şəkilçilərin bir cür yazılması.

    • varı- qalxanvarı, yüngülvarı və s.

    • dar – məhsuldar, evdar və s.

    • daş – silahdaş, məsləkdaş, sirdaş və s.

    • şəkilçi halında bitişik yazılan dək qoşaması. (dağadək, evədək)

    • sifət düzəldən –i şəkilçisi; xarici, qərbi, cənubi və s.

    • feli bağlama düzəldən –kən şəkilçisi: almışkən, oxuyarkən və s.

    • –kar şəkilçisi; xilaskar, tələbkar, təmizkar və s

    • –gil şəkilçisi: xalamgil, əmimgil və s.

    • –laq şəkilçisi: qışlaq, otlaq, çaylaq və s.

    • –stan şəkilçisi: Gürcüstan, dağıstan və s. Samitlə bitən sözlərdə -stan şəkilçisindən əvvəl sözün son hecasındakı saitə uyğun olaraq qapalı saitlərdən biri ə, i, u, ü əlavə olunur; dağıstan, Monqolustan.

    • Felin icbar növünün şəkilçisi- t: anlat, oxut və s.

    • Ön şəkilçilər –na: nabələd, nalayiq, nacins və s. -ba: baməzə və s. –bi: bisavad və s.

    İki cür yazılan şəkilçilər.

    • İsmin yönlük hal şəkilçisi –a, -ə; dağa, yola, dilə və s.

    • Felin arzu formasının şəkilçisi –a, -ə; yaza, gəzə, bilə və s.

    • Mürəkkəb zərf düzəldən şəkilçi –a, -ə; qaça-qaça, gülə-gülə

    • Felin əmr formasının I şəxs cəm şəkilçisi: -ar, -ək; tutaq, gedək, görək və s. Saitlə bitən şəkilçidən əvvəl –y artırılır: dilləyək.

    • Feldən sifət düzəldən şəkilçi: -ağan, -əyən: qaçağan, uçağan və s.

    • Feldən düzələn alt əl: azalmaq, düzəlmək.

    • –an, -ən şəkilçisi

    • –anda, -əndə: oturanda, duranda

    • –ar, -ər şəkilçisi: alar, olar, uçar və s.

    • –araq, -ərək şəkilçisi: qaçaraq, uçaraq

    • –ası, -əsi: olası, gedəsi

    • –acaq, -əcək: qalacaq, gedəcək, duracaq

    • –da, -də: bağda, yolda, ulduzda

    • –dan, -dən: candan, dostdan

    • Fel düzəldən –la, -lə: başla, dişlə, yolla və s.

    • –la, -lə qoşma şəkilçisi: atamla, ağılla

    • –lar, -lər: dağlar, yollar

    • –lan, -lən: bağlan-maq, yollan-maq

    • –laş, -ləşşəkilçisi: yaxşılaşmaq, pisləşmək

    • İnkar şəkilçisi: -ma, -mə: qazma, baxma, qoyma

    • İsim düzəldən –ma, -mə şəkilçisi: qazma, bükmə

    • –maq, -mək şəkilçisi: yazmaq, oxumaq

    • –madan, -mədən şəkilçisi: oxumadan, yazmadan

    • –malı, -məli: oxumalı, yazmalı, yatmalı

    • –mayınca, -məyincə: yazmayınca, bilməyincə

    • –sa, -sə şəkilçisi: alsa, olsa, varsa

    • –san, -sən şəkilçisi: dursan, bilərsən

    • –ca, -cə şəkilçisi: qaraca, xırdaca, quruca

    Dörd cür yazılan şəkilçilər:

    • –qı, ğı, qu, ğu, gi, ki, kü, gü: silgi, sürtkü

    • –qın, ğın, qun, kin, gun, gün, kün: çaşqın, tutqun

    • –dı, di, du, dü: yazdı, qırdı

    • –dır, dur, dir, dür xəbər şəkilçisi: qışdır, yazdır.

    • Felin icbar növünün şəkilçisi: -dır, dir, dur, dür: yazdır, pozdur

    • –dıqda, dikcə, duqca, dükdə: yazdıqca, olduqca

    • –dıqda-duqda, -dikdə- dükdə: dedikdə, gəldikdə

    • –dığı-duğu, -diyi-düyü şəkilçisi: oxuduğu, aldığı

    • Sifət düzəldən –ıq, ik, uq, ük: çapıq, pozuq

    • –ib, ub, ıb, üb: yıxıb, qurub.

    • –ıl, il, ul, ül: açıl, doğul

    • Feldən isim düzəldən –im, ım, üm, um şəkilçisi: atım, tutum, udum

    • əmr forması isim düzəldən –ım, im, um, üm: udum, biçim, büküm

    • Birinci şəxsin təkinin mənsubiyyət şəkilçisi: im, ım, um, üm: yazdım, elim

    • I şəxsin cəminin mənsubiyyət şəkilçisi: -imiz, ımız, umuz, ümüz: arzumuz, anamız

    • Feldən isim düzəldən şəkilçi: -in, ın, un, ün: axın, qoşun.

    • Yiyəlik hal şəkilçisi: -in, ın, un, ün: ağacın, odunun

    • Təsirli fel əmələ gətirən şəkilçi –in, ın, un, ün: çalın, sayın, bilin (yın, yin, yun, yün) anlayın, oxuyun.

    • Əmr forması II şəxsi cəm şəkilçisi: -iniz, ınız, unuz, ünüz: alınız, əyləşiniz. Saitlə bitən isimlərdə yınız, yunuz, yiniz, yünüz: deyiniz, yoxlayınız.

    • –ıncı, inci, uncu, üncü: qırxıncı, onuncu

    • –incə, ınca, üncə, unca: dolunca, görüncə

    • Feldən ad düzəldən –inc, ınc, ünc, unc: qorxunc, gülünc

    • İndiki zaman şəkilçisi: -ır, ir, ur, ür: alır, olur, gəlir

    • Təsirli fel düzəldən –ır, ir, ur, ür: qaçır-maq, uçur-maq

    • Təsirli fel düzəldən –ıt, it, ut, üt: axıtmaq, bərkitmək.

    • Feldən isim düzəldən –ıntı-inti, -untu-üntü: qazıntı, çəkinti

    • Feldən ad düzəldən –ıcı, ici, ücü, ucu: vurucu, seçici, sürücü.

    • Feldən isim düzəldən –iş, ış, uş, üş: çağırış, duruş, eniş

    • Felin qarşılıq növü düzəldən şəkilçi: ış, iş, uş, üş: yazış-maq, vuruşmaq

    • –lı, li, lu, lü: qarlı, qırlı

    • Lıq, lik, luq, lük: daşlıq, otluq.

    • mış4 : yazmış

    • 4 : azmı, çoxmu

    • 4 : axşamkı, onunku

    • sız 4 : saysız, adsız

    • əmr forması III şəxsin təkinin şəkilçisi sın4 : bilsin, görsün

    • siniz 4 : gedəsiniz, alasınız

    • 4: ağartı, xorultu

    • çi 4: topçu, yazıcı.


  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   22




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin